Məhkəmə qərarları › İş №2-2(103)-58/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-58/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-58/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndə və vəkilləri Nümayəndə, Vəkil4, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndələri Zehra Demir və Bağış Demirin iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-40/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı MTK və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MTK Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 mart 2019-cu il tarixli, PKCHR-CA001/2019 saylı podrat müqaviləsi və həmin müqaviləyə əlavələrə əsasən görülmüş işlərin dəyəri ilə bağlı artıq ödənilmiş 232643 manat, işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31200 manat, müqavilənin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100000 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pul vəsaitlərinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia qaldıraraq, görülmüş işlərə görə 729657,2 manat, əlavə dəyər vergisinə görə 212707,57 manat, dəymiş zərərə görə 276365 manat, çatışmayan əmlakların dəyəri olaraq 95167 manat, əldən çıxmış fayda ******* manat, iki illik faiz borcuna görə 72965,7 manat, cəmi 3049509,47 manat məbləğində pulun İddiaçı MTK-dan alınıb Cavabdeh MMC-yə ödənilməsi, adları, miqdarı və vəziyyəti qeyd olunan 166 adda avadanlıq, qurğu, inşaat materiallarının İddiaçı MTK-nın qanunsuz sahibliyindən alınıb Cavabdeh MMC-yə verilməsi, qeyd edilən siyahıda göstərilən mal-materialların və avadanlıqlar verilmədiyi və ya mövcud olmadığı təqdirdə, onların dəyərinin alınıb Cavabdeh MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.06.2021-ci il tarixli e-2-2(113)-40/2021 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçındən görülmüş işlərə görə 37374,38 manat (otuz yeddi min üç yüz yetmiş dörd manat otuz səkkiz qəpik), illik 5 %-lə hesablanmaqla 1868,70 (min səkkiz yüz altmış səkkiz manat yetmiş qəpik) manat olmaqla, cəmi 39243,08 (otuz doqquz min iki yüz qırx üç manat səkkiz qəpik) manat məbləğində pulun Cavabdeh xeyrinə tutulması, BW57 tikinti ərazisində olmuş aşağıdakı alət və avadanlıqlar: 1. EYME BUKME MAKİNA 2 ədəd; 2. KESME MAKİNA 2 ədəd; 3. SU DİSPENSERİ 1 ədəd; 4. ETREQOL EYME UCUN 1 ədəd;

5. SLANQBAUN 1 ədəd; 6. QELİB 40 -2M 9 ədəd; 7. QELİB35 -2 M 5 ədəd; 8. QELİB 40 – İM 17 ədəd; 9. QELİB 35-1M 5 ədəd; 10. QELİB KUNC 3M - 20SM 5 ədəd; 11. LESA1.20 -1.45 (çalışma iskələsi dəst) 30 ədəd; 12. DORD YOL BAŞLİQLİ REZBA (başlıq nipel) 88 ədəd; 13. ALT AYAR MİLİ 260 ədəd; 14. QELİB 50 –İM 187 ədəd; 15. QELİB 50-2 M 75 ədəd; 16. SALYANQOZ 1500 ədəd; 17. PAYANDA ALTLİQİ 40 ədəd; 18. QURSAQ UCUN PAYANDA BAQLAYİCİ 41 ədəd; 19. SANCAQ PİM 25 ədəd; 20. PAYANDA 17 ədəd; 21. QELİB UCUN KORKULUQ 15 ədəd; 22. BADYA 1 ədəd; 23. DEMİR QELİB 50 1 M 105 ədəd; 24. DEMİR QELİB 50 1 M 75 ədəd; 25. UQOLNİK 3 M 30 ədəd; 26. UST AYAR MİLİ 280 ədəd: 27. ALT AYAR MİLİ 700 ədəd; 28. İSKELE DEST 150180 446 ədəd; 29. ELEKTRİK PANOSU BOYUK 1 ədəd; 30. AYAQ ALTİQİ İSKELE UCUN 76 ədəd; 31. İSKELE 1.10 -150 124 ədəd; 32. İSKELE 120-150 140 ədəd; 33. İSKELE 150180 159 ədəd; 34. CARPASLAR İSKELE UCUN 150 ədəd; 35. İSKELE 150- 180 33 ədəd; 36. FLYANSL1 DİREK 3M 72 ədəd; 37. DİREK QOLU 3M (flyanslı iskələ qolu 3 m) 133 ədəd; 38. ALT MİL48 45 ədəd; 39. BAŞLİQ NİPEL 200 ədəd; 40. AYAQ ALTİ DEMİR 32 ədəd; 41. İSKELE 150-180 dest 462 ədəd; 42. DOKA 4 M 160 ədəd; 43. Ust ayar mili 250 ədəd; 44. Teleskopikdirek 40 ədəd; 45. taxta 5*10 5 m3; 46. dikt 18 mm 100 ədəd; 47. Taxta Azman (5x20) 1000 metr; 48. Plywood 550 ədəd İddiaçı Mənzil Tikinti Kooperativindən alınaraq Cavabdehnə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun hər iki iddia üzrə iddiaçılara aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 161,52 manat (yüz altmış bir manat əlli iki qəpik) pulun 110 (yüz on) manat hissəsinin İddiaçındən, 51,52 manat (əlli bir manat əlli iki qəpik) hissəsinin Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı MTK və Cavabdeh MMC həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, sifarişçi İddiaçı MTK ilə podratçı Cavabdeh MMC arasında 04 mart 2019-cu il tarixli PKCHR-CA-001/2019 saylı podrat müqaviləsi (Bakı, Ağ Şəhər, BW-057 layihəsi) bağlanmış və müqaviləyə əsasən podratçı sifarişçinin tələb etdiyi qaydada, sifarişçinin təsdiq etdiyi və ya təqdim etdiyi layihəyə uyğun olaraq qiymətlərin və xidmətlərin razılaşma protokolunda qeyd olunan işləri yerinə yetirməyi, işi tam başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə, keyfiyyətli şəkildə tikinti norma və qaydalarına ciddi riayət etməklə bu tələblərə cavab verəcək formada təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işlərin müqabilində bu müqavilədə razılaşdırılmış şərtlər əsasında müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür (müqavilənin 1.1-ci bəndi). Müqavilədə tərəflər arasında yaranan münasibətlərin bu müqavilə və onun Əlavələri ilə tənzimlənməsi təsbit edilmişdir (bənd 1.3) Müqavilənin “qiymətlərin və xidmətlərin razılaşma protokolu” adlanan 1 saylı əlavəsinə əsasən görüləcək işlər kimi 1) qazıntı işləri; 2) qırmadaş sərilməsi və kipləşdirilməsi; 3) bünövrə altında olan izolyasiya işləri və 4) dəmir, beton və qəlib işləri razılaşdırılmaqla, müqavilənin ümumi dəyəri ƏDV xaric 6.500.000 manat müəyyən edilmiş və ödənişlərin Forma-2 və Forma-3-lər əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur (müqavilənin 2.1-ci və 2.2-ci bəndləri). İddiaçı MTK öz iddiasını onunla əsaslandırır ki, müqavilə ilə müəyyən olunan şərtlərə əsasən podratçı işləri sifarişçinin tələb etdiyi qaydada, onun təsdiq etdiyi və ya təqdim etdiyi layihəyə uyğun olaraq yerinə yetirməli və işi tam başa çatdıraraq, sifarişçiyə tam hazır vəziyyətdə, keyfiyyətli şəkildə, tikinti norma və qaydalarına ciddi riayət etməklə bu tələblərə cavab verəcək formada təhvil verməlidir. Lakin müqavilədə işə başlama tarixi kimi nəzərdə tutulan 05.03.2019-cu il tarixdən 01.07.2019-cu il tarixədək ötən müddət ərzində podratçı tərəfindən müqavilə şərtlərinin aşağıda göstərilən bir sıra əhəmiyyətli dərəcədə pozulması hallarına yol verilmişdir. Belə ki, podratçı müqavilə ilə razılaşdırılmış iş qrafikinə əməl etməmiş, işləri iş proqramında göstərilən müddətlərdə başa çatdırmamış, tikinti işləri bilərəkdən və ya podratçının maliyyə çətinliyi səbəbindən gecikdirilmiş və vaxtında yerinə yetirilməmiş, iş proqramına əsasən F binasının zirzəmisinin (B1) döşəməsini və qeyriyaşayış sahəsinin (C0) döşəməsini cari ilin iyun ayının 15-dək, G blokunun qarajının (B1) döşəməsini və qeyri-yaşayış sahəsinin (C0) döşəməsini isə iyun ayının 30-dək təhvil verməli olduğu halda, həmin işlər podratçı tərəfindən tamamlanmamış, 1 ay ərzində 2 blok üzrə (F və G) 2 mərtəbə təhvil verəcəyinə dair sənədə qol çəkilməsinə baxmayaraq, bir blokun 1 mərtəbəsini belə təhvil verə bilməmişdir. Gecikmə günləri 15 gündən artıq olmaqla, podratçının hazırkı vəziyyətdə işləri davam etdirə və vaxtında təhvil verə bilməyəcəyi aşkardır. Təsdiq edilmiş iş qrafikinə görə podratçı tərəfindən 2019-cu ilin iyun ayı ərzində qrafikin 13, 14, 15 və 16-cı qrafalarında nəzərdə tutulan işlər görülüb başa çatdırılmalı olduğu halda, 15-16-cı qrafalardakı işlər (G blok L0 və F blok L0 qəlib, dəmir, beton işləri) ümumiyyətlə görülməmiş, 13-cü qrafadakı G blok B01 üzrə çöl pərdəsi (yan divarı) və bəzi sütunlarda armatur toxuma, qəlib qurulma və beton tökülmə işləri görülsə də, pilləkən qəfəsi və lift pərdəsinin armaturlanması aparılmış, qəlibləri tam yığılmamış və betonu tökülməmiş, döşəmə hissəsinin işləri ümumiyyətlə başlanılmamış, 14-cü qrafadakı F blok B01 üzrə isə çöl pərdə (yan divar) və sütunların armatur toxuma, qəlib qurulma və beton tökülmə işləri görülmüş, 2 ədəd pilləkən qəfəsi və lift pərdəsindən birinin armatur toxuma, qəlib qurulma və beton işləri görülsə də, ikincisi tamamlanmamış, döşəmə hissəsinin işləri, yəni qəlib qurulması, armatur toxunması və beton tökülməsi görülüb başa çatdırılmamışdır. Eyni zamanda podratçı tərəfindən işlərin aparılması üçün tələb olunan lazımi mal-materiallar (xüsusilə qəlib materialları və onun aksessuarları, armatur) vaxtında sahəyə gətirilməmiş, dəmir konstruksiyaların yığılmasına görə tələb olunan armaturun alınması üçün sifarişçi tərəfindən avans ödənilməsinə rəğmən, podratçı öz öhdəsinə düşən armaturu da sahəyə vaxtında gətirməmişdir ki, bu da bilavasitə işlərin ləngiməsinə və yubanmasına gətirib çıxarmış, işçilərin faktiki işləmədiyi aşkar edilmişdir. Eləcə də beton qəlibləri söküldükdən sonra ciddi seqreqasiya halları müşahidə edilmişdir. Nəticədə podratçı tərəfindən müqavilənin 6.3-cü bəndinin tələbləri pozulmuşdur. Podratçı tərəfindən müqavilənin 5 saylı Əlavəsində nəzərdə tutulan və tələb edilən digər zəruri sənədlər (iş sahəsinə təhkim olunan işçilərin sayı, ixtisas səviyyələri, ştat cədvəli, əmək müqavilələrinin surəti, iş yerində istifadə edilən nəqliyyat vasitəsi, texnika və avadanlıqların siyahısı, onların sığortası, sahəyə gətirilən materiallar barədə məlumat və s.) sifarişçiyə ya ümumiyyətlə, ya da vaxtında təqdim edilməmişdir. Nəticədə podratçı tərəfindən müqavilənin 7.1-ci, 11.3-cü, 13.2-ci, 13.3-cü və 13.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Podratçı tərəfindən işə cəlb edilən yerli və əcnəbi işçi heyətinin sənədləşməsində, onların qeydiyyata alınmasında gecikmələr və uyğunsuzluqlar baş vermiş, qeydiyyatı (iş icazəsi) olmayan işçilərin tikinti ərazisinə buraxılması qadağan olduğu halda, dəfələrlə edilmiş xəbərdarlıqlara və yazılı göstərişlərə baxmayaraq, podratçı tərəfindən işçilərin müvafiq qeydiyyata alınmadan sahədə işə cəlb edildiyi müşahidə olunmuş, sifarişçinin məlumatı olmadan işçilər tikinti sahəsini özbaşına tərk etmiş, xarici vətəndaşlar iş icazəsi olmadan sahədə işə cəlb edilmişlər. Bundan başqa, sahədə aparılan işlərin həcmindən asılı olaraq işçi sayının artırılmasına ehtiyac yarandığı və işə əlavə işçilərin cəlb edilməsinin tələb edildiyi hallarda podratçı iş həcminə uyğun şəkildə ixtisaslı işçilərin sahəyə təhkim edilməsini təmin etməmiş, həmçinin sahədə tikinti-quraşdırma işlərini həyata keçirən işçilərin qeyri-peşəkarlığı, bacarıqsızlığı və işi mükəmməl bilməməsi müşahidə edilmişdir ki, bu da öz növbəsində işlərin ləngiməsinə və tikinti tempinə öz mənfi təsirini göstərmişdir. Nəticədə podratçı tərəfindən Müqavilənin 13.4-cü, 13.5-ci, 13.7-ci, 13.8-ci və 16.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Podratçı sifarişçi tərəfindən verilmiş tapşırıqlara, yazılı və şifahi şəkildə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, sağlamlıq, əməyin təhlükəsizliyi və əməyin mühafizəsi (SƏTƏM) ilə bağlı tələblərə riayət etməmiş, işçilərinin sağlamlığı ilə bağlı tələb olunan arayışlar sifarişçiyə təqdim edilməmiş, işçilərin qidalanması və yuyunması üçün lazımi şərait yaratmalı olduğu halda, başlamasından 3 ay müddət keçməsinə baxmayaraq, bu işləri təşkil etməmiş və ya yarımçıq təşkil etmiş, elektrik panoları üçün yanğınsöndürmə balonlarının sahəyə gətirilməsi, ilkin tibbi yardım çantasının olması, ayaqaltıların standartlara cavab verəcək quraşdırılması təmin edilməmiş, fərdi mühafizə vasitələrindən düzgün istifadə edilməmiş və ya tam təmin edilməmiş, bununla bağlı sifarişçi və Ağ Şəhərin səlahiyyətli şəxsləri tərəfindən dəfələrlə irad tutulsa da, təhlükəsizlik tədbirləri lazımınca görülməmişdir. Nəticədə podratçı tərəfindən Müqavilənin 14.1-ci, 14.3-cü, 14.12-ci, 14.13-cü və 16.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Layihənin icrasına başlanıldığı vaxtdan ötən müddət ərzində Sifarişçi tərəfindən podratçıya e-mail poçt vasitəsilə aşağıda göstərilən məsələlərə və pozuntulara dair rəsmi xəbərdarlıqlar olunmuşdur: 1) layihənin başlanğıc tarixi olan 04.03.2019-cu il tarixdən mobilizasiya işlərinə başlamaq, sahəyə müəyyən olunmuş sayda işçiləri texnika və avadanlıqları cəlb etmək və müvafiq olaraq onların tələb olunan sənədlərini təqdim etmək, sahədə işlər başladığı andan etibarən bütün növ təhlükəsizlik qaydalarına əməl edilməsi, risk faktorlarının minimuma endirilməsi, insan faktorunun əsas götürülməsi, malmaterialın layihəyə uyğun şəkildə istifadəsi və keyfiyyətinin standartlara tam cavab verməsi kimi amilləri layihə müddətində əsas məsələlər olaraq diqqətdə saxlamaq barədə 02.03.2019-cu il tarixli; 2) aparılan inşaat işləri ilə bağlı Bakı Ağ Şəhər layihəsi SƏTƏM qrupunun rəhbəri tərəfindən qeyd edilən SƏTƏM tələblərini diqqətə almaq, uyğunsuzluqların aradan qaldırılması üçün tez bir zamanda lazımi tədbirlər görmək barədə 11.03.2019-cu il tarixli; 3) sahədə armaturların toxunması üçün istifadə edilən ayaqaltıların işçilərin işləməsi üçün təhlükəli olması və təhlükəsizlik qaydalarına əməl edilməməsi, ayaqaltıların dayaqları və qoruyucu hissələri (məhəccərləri) tam quraşdırılmadığından işlərin aparılması üçün yetərli hesab edilməməsi və risk daşıması, bunun üçün ayaqaltıların çatışmayan hissələrinin sahəyə gətirilməsi, quraşdırılması və normal vəziyyətə gətirilməsinin tələb olunması, əks halda ayaqaltılarda görülən işlərin dayandırılması və qeyd olunan məsələlər öz həllini tapmayana, ayaqaltılar normal vəziyyətdə bərpa edilməyənə və təhlükəsizlik tədbirləri yerinə yetirilənə qədər onlardan istifadə edilməməsi, ayaqaltılar işlək vəziyyətə gətirilməyənədək istifadə edilməsi müşahidə edilərsə, müvafiq tədbirlərin görüləcəyi barədə 27.05.2019-cu il tarixli; 4) əlavə edilən siyahıdakı sənədləri və elektron hökumət portalından çıxarışı olmayan işçilərin günorta sahəni tərk etmək, eyni zamanda bütün işçilərin sağlamlıq haqqında arayışlarının, diplomlarının, elektron hökumət portalından çıxarışlarının, tərcümeyi-hallarının layihəyə və müvafiq vəzifəyə təhkim olunmağa dair əmrlərinin surətlərini göndərmək tələbi barədə 03.06.2019 və 11.06.2019-cu il tarixli; 5) sahədə aparılan qazıntı işlərində dayanmalar və torpağın daşınmasında ləngimələr və işlərin aparılmamasının müşahidə edilməsi, bunun plana əks-təsir etməsi, daşınma və torpağın boşaldılması üçün alternativ ərazi tapmağın podratçının üzərinə düşən öhdəlik olması, bu öhdəliyi vaxtında və layiqincə yerinə yetirə bilməməyin onu məsuliyyətdən azad etməməsi və əgər bu məsələ bu gün öz həllini tapmasa sabahdan etibarən qazıntı işlərini dayandırmaq və texnikaları sahədən çıxarmağın tələb olunması, bu tələb və müvafiq tədbirlərin görülməsinin müqavilə şərtlərinə əsasən Sifarişçinin hüququ olması, podratçının verilən tapşırıqlara və göstərişlərə qeyd-şərtsiz əməl etməyə borclu olması barədə 12.06.2019-cu il tarixli; 6) sahəyə gətirilən qəlib materiallarının tikintidə işlərin plana uyğun aparılması üçün kifayət etməməsi, bunun da öz növbəsində işlərin yubanmasına, plandan kənaraçıxmalara, işçi sayının azalmasına, işin effektivliyinə və proqresin zəifləməsinə səbəb olması və G bloklarının döşəmə və rigellərinin yığılması üçün tələb olunan dokalar, dirəklər və onların aksessuarlarının hələ də lazımi miqdarda sahəyə gətirilməməsi, sahəyə gətirilən kolon və yan pərdələrin qəlib materiallarında isə gecikmələr və material çatışmazlığının müşahidə edilməsi, buna görə də qəlib materiallarını vaxtında təmin etmək, sahədə işçi sayını artırmaq, döşəmə və rigellərin yığılması üçün tələb olunan ölçülərdə armatur sifarişi etmək, lazımi materialları tez bir zamanda sahəyə gətirmək, əks halda verilən tapşırıqları vaxtında yerinə yetirməməyə görə bunun sifarişçinin göstəriş və tələblərinə əməl edilməməsi, podratçının üzərinə götürdüyü öhdəliyi daşıya bilməməsi və müqavilə şərtlərinin pozulması kimi qiymətləndirilib lazımi addımlar atılacağı barədə 17.06.2019-cu il tarixli; 7) F və G bloklarının döşəmə və rigellərinin yığılması üçün tələb olunan və çatışmayan qəlib materiallarının 26.06.2019-cu il tarixədək gətirilməsini təmin etmək, iş planını bir daha nəzərdən keçirmək, mövcud və razılaşdırılmış iş planına əsasən cari ilin iyun ayı ərzində F və G binalarının B1 (Basement1) və CO (Courtyard) kolon, çol pərdə və pilləkən qəfəsinin armaturunun yığılmalı və betonu tökülməli olduğu halda, iyun ayının 19u olmasına baxmayaraq, yalnız F blokunun çöl pərdəsi və kolonlarının betonunun sökülməsi, pilləkən pərdələrinin armaturlanması və G blokunun çöl pərdə, pilləkən qəfəsi və kolonlarının armaturlanmaması, buna görə də iş planında nəzərdə tutulan işləri vaxtında tamamlamaq, işçi qüvvəsini artırmaq, döşəmələr üçün armatur sifariş vermək və sahəyə gətirmək, eyni zamanda verilən tapşırıqlara qeyd şərtsiz əməl etmək, materialların gecikdirilməsinin iş qrafikinə uyğunsuzluq, podratçının öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilməməsi kimi qiymətləndiriləcəyi, müqavilə şərtlərinə və mövcud qanunvericiliyə uyğun şəkildə müvafiq tədbirlər həyata keçiriləcəyi barədə 19.06.2019-cu il tarixli; 8) 12.06.2019, 17.06.2019 və 19.06.2019-cu il tarixli e-maillər vasitəsilə Podratçıya ünvanlanan məktublara istinadən işlərin gedişatında baş verən xoşagəlməz hallara (gecikmələr, plan-qrafikə uyğunsuzluq, işçilərin günbəgün azalması, qəlib materiallarının sahədə tam olmaması və s.), podratçının qarşısına qoyulan tələblərə adekvat cavab verilməməsi və verilən tapşırıqlara əməl edilməməsi, dəfələrlə şifahi və yazılı şəkildə edilmiş xəbərdarlıqlara baxmayaraq, bunlara əhəmiyyət verilməməsi və Podratçının öz bildiyi qaydada işləməyə davam etməsi, sifarişçi tərəfindən podratçıya bu tələbləri (F və G bloklarının tikintisi üçün tələb olunan və çatışmayan qəlib materiallarının sahəyə gətirilməsi; Tikinti işlərinin aparılması üçün yetərli olmayan işçi sayının artırılması; F binasının çöl pərdəsində və kolonlarında qəliblərin söküntüsündən sonra müşahidə edilən seqreqasiyanın aradan qaldırılması; F və G bloklarının döşəmələrinin yığılması üçün tələb olunan armaturların sahəyə gətirilməsi; Drenaj işlərinin başlanılması; Natamam işçi siyahısının və onların qeydiyyat sənədlərinin sifarişçiyə təqdim olunması; Gizli aktların tərtib olunaraq sifarişçiyə təqdim olunması; qüllə kranın sənədlərinin surətlərinin sifarişçiyə təqdim olunması) yerinə yetirməsi üçün 3 gün vaxt verilməsi, əks təqdirdə sahədə aparılan bütün işləri tamamilə dayandırmaq və işçiləri tikinti ərazisindən çıxarmaq tələbi barədə 20.06.2019-cu il tarixli. Bakı Ağ Şəhər layihəsi SƏTƏM qrupunun rəhbəri tərəfindən sifarişçiyə göndərilən 04.07.2019-cu il tarixli e-maildə 03.07.2019-cu il tarixində "xxxx" MTK təşkilatına məxsus olan BW 057 tikinti obyektində SƏTƏM üzrə yoxlama işləri aparılarkən təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulması halları qeyd edilmişdir. Bütün bunlardan əlavə, görülmüş işlərə görə sifarişçinin podratçıya Forma2-lər əsasında ödədiyi pul vəsaitləri podratçı tərəfindən düzgün istiqamətə yönləndirilməmiş, subpodratçılara borcu olmuş və ya yarımçıq ödəniş etmiş, sahədəki işçilərə guya sifarişçi tərəfindən ödəniş edilməməsi barədə yanlış məlumat verilmiş və onlar şikayət etməyə təhrik edilmiş, bu səbəblərdən yaranmış borca görə işçilərin dəfələrlə sahədə etiraz etməsi halları baş vermişdir. Göstərilənlər nəzərə alınaraq, sifarişçi tərəfindən podratçıya müqavilənin 24.2-ci bəndinə əsasən 03.07.2019-cu il tarixdə müqaviləyə xitam verilməsi barədə Bildiriş göndərilmiş və tərəflər arasında bağlanmış podrat müqaviləsinin 18.07.2019-cu il tarixdən ləğv edildiyi, tərəflərin müqavilə üzrə bütün öhdəliklərinə xitam verildiyi diqqətə çatdırılmaqla, bilidirişin qəbul edildiyi tarixdə Podratçının bütün işləri təxirə salınmadan dayandırması, ona məxsus olan mal-materialların tikinti sahəsindən çıxarılması və 15 gün ərzində görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi xahiş edilmiş, əks təqdirdə müqavilənin 24.3-cü bəndinə əsasən müqaviləyə xitam verilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi, Podratçının tikinti sahəsindən çıxarılması və hüquqi yardım xərclərinin Podratçıdan tutulması tələbi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq olunmuşdur. Müqavilə şərtlərinə əsasən (bənd 24.2, 24.4, 24.5) bu halda podratçı işlərin görülməsinə xitam verməli, bütün məlumat və hesablamaları münasib məlumat daşıyıcısında, işlərlə əlaqədar podratçı tərəfindən imzalanmış və ya əldə edilmiş bütün sənədlərin əsli və surətlərini təxirə salınmadan Sifarişçiyə təqdim etməli və xitamla əlaqədar Sifarişçinin lazımı və ya labüd bildiyi digər məsələlər üzrə bütün təlimatlarını və göstərişlərini yerinə yetirməlidir. Podratçı müqavilə ləğv edildiyinə görə tamamlamadığı işlər üçün hər hansı ödənişin ödənilməsini tələb edə bilməz. Müqavilə xitam olunduqdan sonra podratçı tərəfindən yerinə yetirilməli olan işlər tamamlanmayana və bütün xərclər sifarişçi tərəfindən qəti olaraq müəyyən edilməyənə qədər podratçı xitam tarixinədək yerinə yetirdiyi işlərin müqabilində 1 il ərzində hər hansı ödəniş almaq hüququna malik deyildir. Lakin Sifarişçi tərəfindən Podratçıya 03.07.2019-cu il tarixdə müqaviləyə xitam verilməsi və təhvil-təslim edilməsi barədə bildiriş verilməsinə, 12.07.2019-cu il tarixdə isə sifarişçi ilə podratçı arasında işlərin yekunlaşması və son haqq-hesab edilməsi barədə təhvil-təslim aktı tərtib edilib göndərilməsinə baxmayaraq, podratçı tərəfindən tikinti sahəsi tərk edilməmiş və təhvil-təslim işləri Podratçının əsassız iddiaları və bəhanələri ucbatından baş tutmamışdır. Podratçının sifarişçiyə bildirişə cavab olaraq ünvanlandığı 08.07.2019-cu il tarixli pretenziyada guya heç əsaslı səbəb olmadığına görə Müqavilənin ləğvini istəmədiyi, təhvil-təslim aktı ilə bağlı göndərdiyi 13.07.2019-cu il tarixli e-maildə 328079 manat ödəniş olunmayacaqsa, sahənin təhvil-təslim edilməyəcəyi, heç bir akta qol çəkilməyəcəyi, bu müddət ərzində şirkətə dəyən ziyan və xərclərin sifarişçidən tələb olunacağı və 15.07.2019-cu il tarixində sahədə işə başlanılacağı bildirilmişdir. Layihənin icrasına başlanılan 05.03.2019-cu il tarixdən 14.06.2019-cu il tarixədək podratçı tərəfindən layihə üzrə təsdiq olunan Forma-2-lərə görə ƏDV daxil cəmi 323030,2 manat (273754,41 manat əsas məbləğ + 49.275,79 manat ƏDV) məbləğində işlər görülmüş və bu müddətdə sifarişçi tərəfindən podratçıya görülən işlər üçün avans daxil cəmi 508161,62 manat (430645,44 manat əsas məbləğ + 77.516,18 manat ƏDV) ödənilmişdir. Göründüyü kimi, görülmüş işlərin dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərq 185131,42 manat (508.161,62 - 323.030,2) təşkil edir. Bununla əlaqədar, sifarişçi tərəfindən podratçıya 15.07.2019-cu il tarixdə pretenziya göndərilərək, bir daha bu pretenziyanın verdildiyi tarixdən 3 gün müddətində Tərəflər arasında bağlanmış podrat müqaviləsinin 18.07.2019-cu il tarixdən ləğv edilməsi və tərəflərin Müqavilə üzrə öhdəliklərinə xitam verilməsi ilə bağlı podratçı tərəfindən bütün işlərin dayandırılması, podratçıya məxsus olan mal-materialların, texnika və avadanlıqların tikinti sahəsindən öz hesabına çıxarılması və görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi, həmçinin görülmüş işlərin dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərqi təşkil edən 185131,42 manat pul vəsaitinin sifarişçiyə geri qaytarılması xahiş olunmuş, lakin podratçı tərəfindən həmin pretenziyada tələblərin yerinə yetirilməsi təmin edilməmişdir. Əksinə, 16.07.2019-cu il tarixli e-maildə özünə məxsus olan və digər şirkətlərə aid icarəyə götürdüyü mal-materialları sahədən çıxarmasına guya sifarişçinin imkan verməməsi bildirilmiş və buna cavab olaraq podratçıya göndərilən istər 03.07.2019-cu il tarixli bildirişdə, istərsə də 15.07.2019-cu il tarixli pretenziyada tərəflər arasındakı müqaviləyə 18.07.2019-cu il tarixdən xitam verilməsi ilə əlaqədar bütün işləri dərhal dayandırmaqla və ona məxsus mal-materialları, texnika və avadanlıqları da götürməklə, tikinti sahəsini tərk etməyin xahiş olunmasına, bu məqsədlə hətta təhvil-təslim aktı da tərtib edib, qarşılıqlı üzləşdirmə aparıb imzalamağın təklif edilməsinə rəğmən, podratçı tərəfindən bütün bunlara məhəl qoyulmayaraq, tikinti sahəsini tərk edib, təhvil verilməsini və mal-materiallarının ərazidən çıxarılmasını təmin etməmişdir. Əksinə tikinti sahəsində təxribat yaradaraq, əsassız iddialarla və müxtəlif bəhanələrlə heç bir sənədə imza çəkməyəcəyini və 15.07.2019-cu il tarixdən yenidən işə başlayacağını bildirməsi və sahəyə qanunsuz olaraq işçi qüvvəsini cəlb etməsi, tikinti sahəsindən mal-materialların çıxarılmasına sifarişçi tərəfindən heç bir maneə törədilmədiyi və podratçıya qarşı hər hansı qanunsuzluğa yol verilmədiyi 17.07.2019-cu il tarixli e-maillə podratçının nəzərinə çatdırılmaqla, bir daha mal-materialları ərazidən çıxarmaqla tikinti sahəsini tərk etməyin təmin olunması xahiş edilmiş, lakin yenə də heç bir nəticəsi olmamışdır. Cavabdeh ilk iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, tikinti işlərinin aparıldığı dövr ərzində "xxxx" MMC tərəfindən tikinti norma və qaydalarına ciddi əməl olunmuşdur. "xxxx" MMC tərəfindən ciddi gecikmə halları baş verməmiş və iş zamanı yaranmış hər hansı kiçik nöqsanlar tez bir zamanda aradan qaldırılmışdır. Həmçinin "xxxx" MTK tərəfindən tələb olunan sənədlər vaxtlı-vaxtında gecikdirilmədən "xxxx" MMC tərəfindən təqdim olunmuşdur. İlk iddia ərizəsində qeyd olunanın əksinə sahəyə təhkim olunmuş işçilər işə giriş təlimatı ilə tanış edilmiş, hər bir işçinin sənədləşməsi qanuna uyğun şəkildə aparılmışdır. Əmək müqaviləsi olmayan və müvafiq təlimatlarla təlimatlandırılmayan heç bir işçi işə cəlb edilməmişdir. Təhlükəsizlik qaydalarına əməl olunmaması barədə iddialar da əsassızdır. Bununla bağlı nə "Ağ Şəhər" İdarəsi SƏTƏM qrupu, nə də "xxxx" MTK tərəfindən yazılı xəbərdarlıqlar olmamışdır. 28.06.2019-cu il tarixdə sahəyə gəlmiş SƏTƏM işçiləri də hər hansı bir qüsur tapa bilməmişdilər. "xxxx" MTK işin gecikdirilməsini qeyd etsə də, bunun əslində hansı səbəblərdən baş verdiyini qeyd etməmiş, bunu yalnız "xxxx" MMC tərəfindən mal-materialın gecikdirilməsi ilə əlaqələndirmişdir. Lakin tikinti sahəsində baş verən gecikmələr əslində "xxxx" MTK-nın öz işini düzgün qurmaması və sənədləşmələrdə yol verdiyi qanunsuzluqlar üzündən baş vermişdir. Belə ki, "xxxx" MTK tərəfindən "Ağ şəhər" BW-057 layihəsinə ekspertiza rəyi alınmamışdır. Layihəyə ekspertiza rəyi almaq "xxxx" MTK-nın öhdəliyinə aid olmuşdur. Bu səbəbdən də apardıqları tikinti işləri Fövqəladə Hallar Nazirliyi tərəfindən dəfələrlə dayandırılmışdır. Bu da öz növbəsində işlərin gecikməsinə səbəb olmuşdur. Eyni zamanda, qeyd olunanın əksinə "xxxx" MMC tərəfindən işlər geçikdirilməyib, hətta nəzərdə tutulan proqramdan artıq işlər görülmüşdür. Belə ki, sahədə işçi qüvvəsinin artıq olması səbəbi ilə C, D, E bloklarındakı qazıntı, qirmataş sərilməsi, kipləşdirmə və hazırlıq beton işləri görülmüşdür. C, D, E bloklarında görülmüş qazma və digər işlər gecikdirilməsi iddia olunan işlərlə müqayisə edildiyində tikinti mərhələsi və adam/saat hesabı olaraq iş proqramından irəlidə olmuşdur. Bununla yanaşı, Proqrama əsasən 2020-ci ilin iyun ayında qazıntı işlərinin başlanması planlaşdırılan E blokunda hazırlıq qatı izolyasiya və bünövrə tökülmüş, B1-də isə mərtəbə sütunları belə bağlanmışdır. Bütün bu işlər "xxxx" MTK-nın layihə rəhbərliyinin göstərişi ilə icra edilmişdir. Bu bloka aid Forma 2-lər "xxxx" MTK-nın direktoru tərəfindən təsdiq olunmuş, imzalanmış və möhürlənmişdir. Sahədə aparılan bütün işlər nəzərə alındıqda, Podratçı tərəfindən proqramdan geri qalınmadığı və işlərdə hər hansı gecikmənin olmadığı aydın şəkildə görünür. Podrat müqaviləsi ilə bağlı "xxxx" MMC tərəfindən hər hansı əhəmiyyətli bir pozuntuya yol verilməmiş, işlər vaxtlı-vaxtında görülmüşdür. "xxxx" MMC tərəfindən podrat müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyindən iddiaçının 35000 manat cərimə və 100000 manat məbləğində real zərər və əldən çıxmış fayda kimi tələbləri də əsassızdır. Əksinə, podrat müqaviləsinə vaxtından əvvəl xitam verilməsi nəticəsində "xxxx" MMCyə külli miqdarda maddi ziyan dəyib. İlk iddia üzrə artıq ödənilmiş pul tələbi də əsassızdır. Belə ki, iddiaçı "xxxx" MTK 14.06.2019-cu il tarixdən 01.07.2019-cu il tarixədək yerinə yetirilmiş işlər haqqında hər iki tərəfin imzalayıb təsdiqlədiyi Forma-2 arayışını iddia ərizəsinə əlavə etməmiş və həmin Forma-2 üzrə ödəməli olduğu məbləği ümumi görülən işlərə münasibətdə nəzərə almamışdır. "xxxx" MMC 14.06.2019-cu il tarixdən 01.07.2019-cu il tarixədək mübahisəli tikinti sahəsində 142831,40 manat dəyərində işlər yerinə yetirib. Həmin işlərin görülməsinə dair Forma-2 arayışı hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və təsdiq edilmişdir. Yuxarıda qeyd edilən Forma-2 arayışı üzrə görülmüş işlərə ƏDV daxil deyildir. Həmin məbləğin üzərinə 18% ƏDV hesablandıqda görülmüş işlərin dəyəri ƏDV daxil (142831,40+25709,65=168540,58) 168540,58 manat təşkil edir. Belə olan halda, ilkin iddia ərizəsində qeyd olunanın əksinə Forma-2-lərə görə ƏDV daxil ödənilməli olan məbləğ 491.570,78 (323030,20+168540,58=491570,78) manat təşkil edir. Nəticə etibarilə, tərəflər arasında təsdiq olunmuş Forma-2-lərin ümumi məbləği ilə sifarişçi tərəfindən ödənilmiş məbləğ arasındakı fərq cəmi 16590,84 (508161,62-491570,78=16590,84) manat təşkil edir. "xxxx" MMC tərəfindən həmin tikinti sahəsində görülən işlərin həcmi sifarişçinin ödədiyi məbləğdən bir neçə dəfə çoxdur. Belə ki, "xxxx" MMC tərəfindən "Ağ şəhər" BW57 layihəsində yalnız qazma işlərinin aparılması üçün 381232,80 manat pul xərclənmişdir. Qazma işləri ilə bağlı sənədlərdə hər bir maşının hansı saatda tikinti sahəsinə daxil olması, gün ərzində neçə reys daşıma etməsi ilə bağlı hər bir məlumat öz əksini tapmışdır. Həmçinin "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış beton alqısatqı müqaviləsinə əsasən "Ağ şəhər" BW57 layihəsi üçün 2449,5 m3 həcmdə beton almış və həmin beton üçün ƏDV daxil ümumilikdə 255531,95 manat pul ödənilmişdir. Qeyd olunan həcmdə beton tikinti sahəsində təhvil verilmiş və təyinatı üzrə istifadə olunmuşdur. Beton alqı-satqısına dair təhvil-təslim aktlarında hansı avtomobil tərəfindən, hansı tarixdə, hansı həcmdə betonun tikinti sahəsinə təhvil verilməsi ilə bağlı hər bir məlumat öz əksini tapmışdır. Eyni zamanda "xxxx" MMC tərəfindən tikinti sahəsinə təxminən 500 ton armatur gətirilmiş, həmin armaturun 430 tonu tikinti işləri zamanı istifadə olunmuş, "xxxx" MMC tikinti sahəsindən məcburi çıxarıldığı zaman 66 ton istifadə olunmamış armatur tikinti sahəsində qalmışdır. 430 ton armatur hər tonu orta hesabla 1050 manatdan hesablandıqda istifadə olunmuş armaturun təxmini dəyəri 451500 manat təşkil edir. Digər xərclər nəzərə alınmadan sadəcə qeyd olunan 3 hal üzərindən hesablama aparılsa "xxxx" MMC tərəfindən həmin tikinti sahəsində bir milyon manatdan çox iş görüldüyü aydın olur. Lakin "xxxx" MMC tərəfindən həmin tikinti sahəsində görülən işlərin ümumi həcmi yuxarıda göstərilən məbləğdən 2 dəfə çoxdur. Belə ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin sifarişi əsasında Bakı Ağ şəhər BW 57 ünvanında yerləşən tikinti sahəsində "xxxx" MMC tərəfindən görülən işlərin həcmi və dəyəri barədə hesablama aparılmışdır. "xxxx" MMC tərəfindən 08 avqust 2019-cu il tarixdə aparılan hesablamalara əsasən "xxxx" MMC tərəfindən həmin tikinti sahəsində görülən içlərin həcmi və dəyəri 1949414,63 manat (bir milyon doqquz yüz qırx doqquz min dörd yüz on dörd manat, almış üç qəpik) təşkil edir. Həmçinin, "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılarkən real bazar qiyməti nəzərə alınmış və digər təşkilatlardan da həmin işlər və mal materiallar barədə qiymət təklifləri alınmışdır. Belə olan halda, "xxxx" MMC tərəfindən görülmüş işlərin ümumi dəyəri ilə sifarişçi tərəfindən ödənilmiş məbləğ arasındakı fərqi 1441253,01 (1949414,63 - 508161,62) manat təşkil edir. Nəticə etibarilə hazırkı vəziyyətdə "xxxx" MTK tərəfindən görülən işlərə görə Cavabdeh MMC-yə ödənilməli olan məbləğ 1441253,01 (bir milyon dörd yüz qırx bir min iki yüz əlli üç manat bir qəpik) manat təşkil edir. Tikinti işləri başlandığı dövrdən "xxxx" MMC həmin sahədən çıxarılana qədər, mal-materialın tikinti sahəsinə zamanında gətirilməsində hər hansı problem olmamışdır. "xxxx" MTK öz öhdəliklərini lazımınca yerinə yetirməmiş, tikinti işləri müəyyən mərhələyə çatdıqdan sonra tikinti sahəsində "xxxx" MMC-yə problemlər yaratmağa başlamışdır. "xxxx" MTK sifarişçi kimi öz hüquqlarından sui-istifadə edərək, "xxxx" MMC-dən lazımından artıq malmaterialın və həmçinin gələcəkdə istifadə olunacaq dəzgahların gətirilməsini tələb etmişdir. "xxxx" MTK-nın əsas məqsədi "xxxx" MMC tərəfindən işlər müəyyən mərhələyə çatdıqdan sonra öz hüququndan sui-istifadə edərək podrat müqaviləsinə xitam verərək, həmin mal-materialı və tikinti üçün xüsusi hazırlanmış qəlibləri dəyər-dəyməzinə "xxxx" MMC-dən almaq olmuşdur. Həmin tikinti üçün "xxxx" MMC tərəfindən xüsusi ölçüdə hazırlanmış qəliblərin başqa tikintidə istifadəsi mümkün deyil, yalnız həmin binanın tikintisi üçün yararlıdır. "xxxx" MMC həmin tikinti sahəsindən çıxarıldıqdan sonra bütün avadanlıq, qurğu və inşaat materialları həmin tikinti sahəsində qalmışdır. "xxxx" MMC dəfələrlə avadanlıq, qurğu və inşaat materiallarının tikinti sahəsindən çıxarılması ilə bağlı "xxxx" MTK-ya müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Daha sonra iddianın təmin tədbiri barədə qərardadla tikinti sahəsində olan, "xxxx" MMC-yə məxsus avadanlıq, qurğu və inşaat materiallarının bir hissəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardad apelyasiya qaydasında qismən ləğv edilərək, icarədə olan qüllə kranı, isgələ (800 ədəd) və alt-üst ayar millərinin (650+530 ədəd) üzərindən həbs götürülmüşdür. Hətta qeyd olunan avadanlıqların üzərindən həbs götürüldükdən sonra da "xxxx" MMC tərəfindən həmin avadanlıqların tikinti sahəsindən çıxarılmasına icazə verilməmişdir. Hazırda qüllə kranı sökülü vəziyyətdə açıq şəraitdə yağış altında qalaraq məhv olur. Həmin avadanlıqlar icarə müqaviləsi əsasında icarəyə götürülərək tikinti sahəsinə gətirildiyindən, "xxxx" MMC həmin əmlaklardan istifadə etmədiyi halda belə, hələ də onlara görə icarə haqqı ödəyir. Bu da öz növbəsində "xxxx" MMC-yə əlavə maddi ziyanın dəyməsinə səbəb olur. "xxxx" MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən mübahisəli tikinti sahəsində "xxxx" MMC-yə məxsus olan avadanlıq, qurğu və inşaat materiallarının mövcud vəziyyətinə uyğun bazar dəyəri və siyahısı müəyyən edilmişdir. "xxxx" MMC-nin 08 avqust 2019-cu il tarixli rəyinə əsasən "xxxx" MMC tərəfindən tikinti sahəsində istifadə üçün gətirilən (faktiki orda olan) 169 (yüz altmış doqquz) adda avadanlıq, qurğu və inşaat materiallarının ümumi bazar dəyəri 1014148,22 manat təşkil edir. Qeyd olunan ekspert rəyi məhkəməyə təqdim olunmuş və ekspert rəyində 169 adda avadanlıq, qurğu və inşaat materialların hər birinin hansı miqdarda və vəziyyətdə olması ətraflı göstərilmişdir. Həmin avadanlıq, qurğu və inşaat materiallarının bir çoxunun üzərinə həbs qoyulduğu halda, "xxxx" MTK tərəfindən binanın tikintisində istifadə olunur. İstifadə olunmayan avadanlıqlar açıq havada qalaraq yararsız vəziyyətə düşür. Qeyd olunan avadanlıq, qurğu və inşaat materiallarının əksəriyyəti "xxxx" MMC-yə məxsusdur və onun mülkiyyətindədir. Bir neçəsi icarə müqaviləsi əsasında onun istifadəsindədir. Buna görə də, həmin avadanlıqların hamısı "xxxx" MMC-yə geri qaytarılmalıdır. İddiaçı MTK qarşılıqlı iddiaya etiraz edir və bildirir ki, podrat müqaviləsinin ümumi dəyəri ******* manat müəyyən edilmişdir. Müqavilə üzrə görülən işlərin həcmi və dəyəri tərəflərin təsdiqlədiyi forma 2 arayışları ilə müəyyən edilmişdir. 19.04.2019-01.07.2019-cu il tarixləri əhatə edən dövr ərzində 6 ədəd forma 2 arayışı təsdiq edilmişdir. Həmin forma 2 arayışları üzrə görülən işlərə görə İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə nağdsız qaydada 508.161,62 manat, nağd qaydada 703.910 manat olmaqla, cəmi 1.212.072 manat məbləğində pul vəsaiti ödənilmişdir. “X3” MMC-nin 04.03.2021-ci il tarixli ekspert rəyi ilə Cavabdeh MMC tərəfindən görülən işlərin dəyəri 979.428.96 manat müəyyən edilmişdir. Beləliklə, Cavabdeh MMC tərəfindən görülən işlərin dəyərinin 979.429.00 manat olduğunu və həmin işlərə görə İddiaçı MTK tərəfindən 1.212.072 manat məbləğində pul vəsaitinin ödənildiyi nəzərə alınsa, İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə 232.643 (1.212.072-979.429) manat məbləğində pul vəsaitinin artıq ödənildiyi məlum olur. Cavabdeh MMC ƏDV ödəyicisi olduğu halda, İddiaçı MTK ƏDV ödəyicisi deyil. İddiaçı MTK ƏDV ödəyicisi olmadığına görə həmin məbləği əvəzləşdirə bilmir və nəticədə ƏDV ödəyicisi olan Cavabdeh MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği sonuncunun əvəzindən İddiaçı MTK tərəfindən ödənilmişdir. Tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2.1-ci bəndində də müqavilənin dəyəri ƏDV xaric müəyyən edilmişdir. Bu o deməkdir ki, ödənilən hər məbləğə görə sifarişçi podratçının ödəməli olduğu ƏDV-ni əsas məbləğdən əlavə olaraq podratçının əvəzinə dövlət büdcəsinə ödəməlidir. Digər tərəfdən ödəniş tapşırıqlarından görünür ki, hər forma 2 aktı üzrə 2 dəfə ödəniş həyata keçirilmişdir. Bunların birincisi əsas, ikincisi isə ƏDV məbləğinin ödənilməsi ilə bağlı olmuşdur. İddiaçı MTK ƏDV ödəyicisi olmadığına görə həmin məbləğlər ödəniş tapşırıqlarında müqavilə üzrə görülmüş işlərin dəyəri olaraq təyin edilmişdir. Buna görə də, nağdsız qaydada ödənilən ödənişlər üzrə ƏDV məbləği görülmüş işlərin dəyərinə aid edilməldir. İddiaçı MTK tərəfindən ağırlıq qaldıran mexanizmə (kran) görə ödənilmiş 60.000 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-yə aidiyyəti olmaması ilə bağlı qeyd edilməlidir ki, ağırlıqqaldıran mexanizmə (kran) görə 10.05.2019-cu il tarixdə 10.000 manat, 27.05.2019-cu il tarixdə 10.000 manat, 31.05.2019-cu il tarixdə 30.000 manat olmaqla, cəmi 50.000 manat məbləğində pul vəsaiti Zehra Demirə ödənilmişdir. Göründüyü kimi, qeyd edilən məbləğlər Cavabdeh MMC-nin iddia etdiyinin əksinə Barış Demirə deyil, Zehra Demirə ödənilmişdir. Bu fakt kassa məxaric orderləri ilə öz təsdiqini tapır. Digər tərəfdən əmək müqaviləsi bildirişindən görünür ki, Barış Demir 11.03.2019-cu il tarixdən direktor müavini vəzifəsində çalışır. Həmçinin, qarşılıqlı iddia ərizəsinə əlavədə Cavabdeh MMC ilk iddia üzrə ümumiyyətlə qəbul etmədiyi məbləğlər üzrə ödənişlərin görülmüş işlərə aidiyyətinin olmadığını göstərmişdir. Dolayısı ilə, Cavabdeh MMC öz ərizəsində İddiaçı MTK tərəfindən ödənilmiş məbləğləri almadığını iddia etməmiş, bundan imtina etməmiş, əksinə pul vəsaitlərini aldığını qəbul etmiş, sadəcə aldığı vəsaitlərin görülmüş tikinti işlərinə aidiyyətinin olmadığını göstərmişdir. Qarşılıqlı iddia üzrə iddia tələbinin həcminin artırılmasına dair ərizənin 3-cü bəndində qeyd edilən hallara dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Kassa məxaric orderləri üzrə ödənilən 129.732 manat məbləğində pul vəsaitinin barter ödənişinin alışı kimi göstərilməsinin Cavabdeh MMC-yə aidiyyəti olmaması ilə bağlı qeyd edilməlidir ki, təqdim edilən bütün kassa məxaric orderlərində ödənişlərin BW-57 layihəsi üzrə həyata keçirilməsi gğstərilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş vergi orqanının arayışından və əmək müqaviləsi bildirişindən görünür ki, pul vəsaitlərini qəbul edən şəxslər Cavabdeh MMC-nin vəzifəli şəxsləri olmuşlar. O cümlədən, qarşılıqlı iddia üzrə iddia tələbinin həcminin artırılmasına dair ərizənin 2-ci səhifəsinin 6-cı abzasında görüləcək işlərin dəyərinin ödənilməsi ilə bağlı tərəflər arasında tikilən binadan mənzillərin barter yolu ilə ödənilməsinin nəzərdə tutulduğunun bildirildiyi halda, daha sonra bu yolla aparılan ödənişin qəbul edilməməsi və ya Cavabdeh MMC-yə aidiyyətinın olmamasının iddia edilməsi əsassızdır. Bundan başqa, Cavabdeh MMC hesab edir ki, “X3” MMC-nin 04.03.2021-ci il tarixli ekspert rəyi ilə görülən işlərin dəyəri olaraq müəyyən edilmiş 979.428.96 manat məbləği ilə imzalanmış və möhürlənmiş forma 2 arayışları üzrə görülmüş işlərin dəyəri olaraq müəyyən edilmiş 273.754.4 manat (ƏDV xaric) məbləği toplanmalı və görülmüş işlərin dəyəri 1.420.049,31 manat müəyyən edilməlidir. Lakin hər iki tərəfin təqdim etdiyi forma 2 arayışları eyni tarixlidir, eyni dövrü əhatə edir, eyni layihə ilə bağlıdır. Yalnız mülki iş üzrə tərəflərin təqdim etdiyi forma 2 arayışlarında qeyd edilən həmin işlərin həcmi və dəyərləri fərqli göstərilmişdir. Hazırkı mübahisənin kökündə də bu məsələ durur ki, belə olan halda tərəflərin təqdim etdikləri forma 2 arayışlarının toplanması əsassız və məntiqsizdir. Həmçinin, Cavabdeh MMC hesab edir ki, 01.07.2019-19.07.2019-cu il dövrü əhatə edən, İddiaçı MTK-nın heç bir vəzifəli şəxsi tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmiş forma 2 arayışı üzrə ƏDV daxil cəmi 227.084 manat dəyərində işlər görülmüş və həmin işlərin dəyəri də İddiaçı MTK tərəfindən ödənilməlidir. Lakin, müqavilə şərtlərinə uyğun olaraq 03.07.2019-cu il tarixdə İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə bildiriş göndərilmiş və həmin bildirişdə qeyd edilmişdir ki, 04.03.2019-cu il tarixli podrat müqaviləsi 18.07.2019-cu il tarixdən ləğv edilir və tərəflərin müqavilə üzrə bütün öhdəliklərinə xitam verilir, o cümlədən bilidirişin qəbul edildiyi tarixdə, podratçı tərəfindən bütün işlərin təxirə salınmadan dayandırılmasını, podratçıya məxsus olan mal-materialların tikinti sahəsindən çıxarılmasını və 15 gün ərzində görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi xahiş edilir. Sözügedən bu bildiriş Cavabdeh MMC-yə təqdim edildikdən sonra İddiaçı MTK tərəfindən hər hansı tikinti işinin aparılmasına icazə verilməmişdir. Lakin buna baxmayaraq, Cavabdeh MMC-nin vəzifəli şəxsləri öz mülahizələri əsasında və birtərəfli qaydada tərtib edilmiş, yəni İddiaçı MTK-nın heç bir vəzifəli şəxsi tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmiş 01.07.2019- 19.07.2019-cu il dövrü əhatə edən forma 2 arayışını məhkəməyə təqdim etmiş, həmin işlərin görüldüyünü iddia etməklə həmin işlərin dəyərini də İddiaçı MTK-dan tələb etmişdir. Qarşılıqlı iddia üzrə iddia tələbinin həcminin artırılmasına dair ərizənin 7-ci bəndində göstərilən hesablamalar hər hansı bir sübuta əsaslanmır. Belə ki, əvvəlki dəlillərində İddiaçı MTK-nın iddia tələbi üzrə ƏDV-nin nəzərə alınmamalı olduğunu bildirdikləri halda, bu dəlillərində isə tələb edilən məbləğə ƏDV hesablanır və İddiaçı MTK-dan tələb edilir. Qarşılıqlı iddia üzrə iddia tələbinin həcminin artırılmasına dair ərizənin 8-ci bəndində isə qeyd edilir ki, görülmüş işlərin dəyəri ƏDV daxil 1.902.576 manat təşkil edir, İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə 888.157 manat ödənilmiş və 1.014.419 manat məbləğində pul vəsaiti ödənilməlidir. Lakin, görülmüş işlərə görə İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə 1.212.072 manat (703.910 manat nağd + ƏDV daxil 508.161.62 manat nağdsız) məbləğində pul ödənilmişdir. Görülmüş işlərin dəyərini Cavabdeh MMC-nin təqdim etdiyi forma 2 arayışları üzrə müəyyən edilsə isə bu məbləğ 1.145.794.90 manat, “X3” MMC-nin 04.03.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilsə 979.428.96 manat təşkil edir. Yəni, hər bir halda görülmüş işlərdən daha artıq məbləğdə pul vəsaiti İddiaçı MTK tərəfindən ödənilmişdir. Digər tərəfdən, İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə 888.157 manat ödənildiyi qeyd edilsə də, Xətai Rayon Prokurorluğunun 29.07.2019-cu il tarixli qərarında Cavabdeh MMC-nin qanuni nümayəndəsi Zehra Demir izahatında sözügedən tikinti layihəsi üzrə 1.040.000 manat məbləğində pul vəsaitini aldığını bildirmişdir. Ona görə də, Cavabdeh MMC-nin müxtəlif hesablamalarla ödəniş məbləğini azaltma cəhdləri əsassızdır. Qarşılıqlı iddiaya dair ərizənin avadanlıqlarla bağlı hissəsi ilə qeyd edilməlidir ki, İddiaçı MTK 19.08.2019-cu il tarixdə iş üzrə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh MMC-yə məxsus hazırkı ərizəyə əlavə olunan siyahıda göstərilən tikinti mal-materiallarının və avadanlıqlarının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, 20.08.2019-cu il tarixli, e-22(81)-1087/2019 nömrəli qərardadla ərizə təmin edilmiş və mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək iddianı təmini tədbiri kimi Cavabdeh MMC-nin BW057 tikinti ərazisindəki mal-materialların təsviri və miqdarı barədə siyahıda göstərilən, Cavabdeh MMC-yə məxsus avadanlıqların üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31.10.2019-cu il tarixli, e-22(103)-807/19 nömrəli qərardadı ilə Cavabdeh MMC-nin şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.08.2019-cu il tarixli, e-2-2(81)-1087/2019 nömrəli qərardadı qismən, isgələ (800 ədəd), alt-üst ayar milləri (650+530 ədəd) və qüllə kranının (1 ədəd) üzərinə həbs qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə ərizə təmin edilməmiş və qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2019-cu il tarixli, e-22(81)-1087/2019 nömrəli qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakların istifadəsi İddiaçı MTK-ya qadağan edilmişdir. Bütün bu qərardadların icrası ilə bağlı tədbirlər görülmüş və bununla bağlı müvafiq aktlar tərtib olunmuşdur. Belə ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 21.08.2019-cu il tarixdə 49 adda əmlakın üzərinə həbs qoyulmuş və İddiaçı MTK-nın saxlancına verilmişdir. Daha sonra üzərindən həbs götürülmüş əmlaklar, o cümlədən ağırlıqqaldıran mexanizm (kran) 20.05.2020-ci il tarixdə təhvil aktı əsasında Cavabdeh MMC-yə təhvil verilmişdir. Yasamal Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 17.04.2020-ci il tarixdə üzərinə həbs qoyulmuş əmlakların istifadəsi İddiaçı MTK-ya qadağan edilmişdir. Göründüyü kimi, Cavabdeh MMC-nin tələb etdiyi əmlakların üzərinə mülki prosessual qanunvericiliyə uyğun olaraq həbs qoyulmuş və İddiaçı MTK-nın saxlancına verilmişdir. Üzərindən həbs götürlümüş əmlaklar da icra şöbələri tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Bu hallar da müvafiq aktlarla öz təsdiqini tapır. Qərardadlarda qeyd olunmayan və iddia tələbində İddiaçı MTK-dan tələb edilən əmlakların isə İddiaçı MTK-da olmasının təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin hazırki mərhələdə iş üzrə yekun məhkəmə aktı qəbul edilməmiş üzərinə həbs qoyulmuş əmlaklarla bağlı vurulmuş zərərin tələb edilməsini əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia qismən əsaslıdır. Belə ki, tərəflər arasında podrat müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. İddiaçı MTK tərəfindən irəli sürülmüş birinci tələb isə həmin podrat müqaviləsi üzrə Cavabdeh MMC-yə artıq ödənilmiş 232643 manat məbləğində pul vəsaitinin sonuncudan tutularaq İddiaçı MTK-ya ödənilməsi ilə bağlıdır. Mülki Məcəllənin podrat müqaviləsi üzrə münasibətləri tənzimləyən 752, 753 və 759cu maddələrinin birgə təfsirindən müəyyən edilir ki, sifarişçi yalnız yerinə yetirilmiş işlərə görə razılaşdırılmış muzd ödəməyi borcludur. Eyni zamanda, Mülki Məcəllənin podrat müqaviləsinə dair münasibətləri tənzimləyən 39-cu fəslində müqavilə üzrə artıq muzd ödənildiyi təqdirdə həmin muzdun geri qaytarılmasına dair hər hansı bir xüsusi norma nəzərdə tutulmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (439.4). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırki işdə də həmin əsaslar mövcuddur. Belə ki, tərəflərin mübahisələndirilən hallar görülmüş işlərin həcmi və dəyəri ilə bağlıdır. İş materiallarından da görünür ki, 04.03.2019-cu il tarixli PKCHR-CA-001/2019 nömrəli podrat müqaviləsinə “Qiymətlərin və Xidmətlərin Razılaşma Protokolu” 1 saylı Əlavə adlandırılmış iki sənəd mövcuddur və tərəflərin hər biri müqaviləyə əsasən görülmüş işlərin dəyərinin özlərinin təqdim etdiyi Əlavə 1-ə əsasən hesablanmalı olmasını iddia edir. Həmin sənədlər aşağıdakı kimidir:

1. İddiaçı MTK-nın məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə qazıntı işləri – 110000 manat, qırmadaş sərilməsi və kipləşdirilməsi – 10000 manat, bünövrə altında olan izolyasiya işləri – 115000 manat və dəmir, beton və qəlib işləri – ******* manat olmaqla, ümumilikdə ******* (altı milyon beş yüz min) manat müəyyən edilmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmişdir.

2. Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə isə işlərin dəyəri ümumilikdə 13235483 (on üç milyon iki yüz otuz beş min dörd yüz səksən üç) manat müəyyən edilmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri və müqavilə dəyəri nisbi xarakter daşıyır və faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış, lakin təkcə Cavabdeh MMC tərəfindən möhürlənmiş, İddiaçı MTK tərəfindən isə möhürlənməmişdir. Göründüyü kimi İddiaçı MTK-nın məhkəməyə təqdim etdiyi 1 saylı Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş, Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavə isə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalansa da, təkcə Cavabdeh MMC tərəfindən möhürlənmiş, İddiaçı MTK tərəfindən isə möhürlənməmişdir. Bununla belə məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə olan imzanı və məlumatları təsdiq etdi. Eyni zamanda həm İddiaçı MTK, həm də Cavabdeh MMC tərəfindən eyni dövrü əhatə edən, sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş, eyni zamanda təkcə sifarişçinin imzası və podratçının imzası və möhürü ilə təsdiqlənmiş, həmçinin təkcə podratçının imzası və möhürü olan 2 saylı formalar təqdim edilmişdir. Qeyd olunan məsələ, yəni qiymətlərin hansı Əlavə 1-ə əsasən hesablanmalı olması ilə bağlı kollegiya öz mövqeyini əsaslandırmaq üçün aşağıdakı halları nəzərə alır:

1. İddiaçı MTK görülən işlərlə bağlı Cavabdeh MMC-yə cəmi nə qədər məbləğdə muzd ödəmişdir;

2. Görülən işlərin orta bazar qiyməti nə qədər təşkil edir. İşin mübahisəsiz halına görə İddiaçı MTK tərəfindən 04.03.2019-cu il tarixli podrat müqaviləsi üzrə Cavabdeh MMC-yə nağdsız qaydada 508.161,62 manat (430645,44 manat əsas məbləğ+77.516,18 manat ƏDV) və nağd qaydada 703.910 manat olmaqla, cəmi 1.212.071,62 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan başqa hazırki apelyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 yanvar 2022-ci il tarixli 10/5906- 9/7872 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, İddiaçı MTK və Cavabdeh MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli, PKCHR-CA-001/2019 saylı podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən Cavabdeh MMC tərəfindən “Ağşəhər” Tikinti sahəsi BW57 layihəsi üzrə İddiaçı MTK və Cavabdeh MMC tərəfindən imzalanmış və möhür vurulmuş 2 saylı formalarda göstərilən tikinti-quraşdırma işlərinin ümumi dəyəri 273754,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində, “Ağşəhər” Tikinti sahəsində BW57 layihəsi üzrə 2019-cu ilin 2-ci rübündə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərlərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalları tərtib edilməklə hesabat tərtib edilmiş və aparılmış hesablamalar nəticəsində tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin ümumi dəyəri “ƏDV”-siz 870707,10 manat, “ƏDV” ilə 1027434,38 manat məbləğində müəyyən edilmişdir. İddiaçı MTK və Cavabdeh MMC arasında bağlanmiş 04 mart 2019-cu il tarixli, PKCHR-CA- 001/2019 saylı podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən Cavabdeh MMC tərəfindən “Ağşəhər” Tikinti sahəsi BW57 layihəsi üzrə İddiaçı MTK və Cavabdeh MMC tərəfindən imzalanmış, lakin İddiaçı MTK tərəfindən möhür vurulmamış 2 saylı formalarda göstərilən tikinti-quraşdırma işlərinin ümumi dəyəri 1146294,9 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı MTK faktiki olaraq 04.03.2019-cu il tarixli podrat müqaviləsi üzrə ödəmələri (1.212.071,62 manat) Cavabdeh MMC-nin istinad etdiyi qiymətlərə əsasən aparmışdır. Həmçinin ekspert rəyinə əsasən görülmüş işlərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən təsdiq olunan bazis smeta qiymətlərinə əsasən hesablanan orta bazar qiyməti (1.027.434,38 manat) Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə qeyd olunan qiymətlərə daha çox uyğundur. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, podrat müqaviləsinə əsasən görülmüş işlərin qiymətləri ilə bağlı ziddiyyətlər olsa da, İddiaçı MTK görülmüş işlərin dəyərini Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavəyə və Forma 2 arayışlarına əsasən ödəməklə, həmin qiymətlərlə razılaşmasına dair iradəsini ifadə etmiş, yəni məhz Cavabdeh MMC tərəfindən təqdim edilmiş 1 saylı Əlavədə nəzərdə tutulmuş müqavilə şərtlərini qəbul etmişdir. Bundan əlavə yuxarıda da qeyd olunduğu kimi ekspert rəyinə əsasən görülmüş işlərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən təsdiq olunan bazis smeta qiymətlərinə əsasən hesablanan orta bazar qiyməti Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə qeyd olunan qiymətlərə daha çox uyğundur. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələblərinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan kollegiya hesab edir ki, 04.03.2019-cu il tarixli müqaviləyə əsasən görülmüş podrat işlərinin dəyəri Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavəyə və hər iki tərəfin imzaladığı Forma 2 arayışlarına əsasən müəyyən edilməlidir. Eyni zamanda, Cavabdeh MMC tərəfindən təqdim edilən 01.07.2019-19.07.2019-cu il dövrü əhatə edən Forma 2 arayışı görülmüş işləri təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki həmin Forma 2 arayışı İddiaçı MTK-nın nümayəndəsi tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Həmçinin görülmüş işlərin dəyərinin həm İddiaçı MTK, həm də Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilən Forma 2 arayışlarında qeyd olunan məbləğlərin cəmi şəklində hesablanması ilə bağlı Cavabdeh MMC-nin dəlillərini, o cümlədən həmin nəticəyə dair hissədə hazırki iş üzrə birinci instansiya məhkəməsində verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 29.01.2021-ci il tarixli 10/3742 saylı ekspert rəyini kollegiya əsassız hesab edir. Belə ki, İddiaçı MTK tərəfindən təqdim edilən hər iki tərəfin imzaladığı və möhürlə təsdiq etdiyi Forma 2 arayışlarında aşağıdakılar qeyd olunmuşdur:

1. 19.04.2019 - 30.04.2019-cu il tarixə görülən işlər haqqında:  G, F və E binalarının bünövrə çalasının qazıntısı - 45000 m3 (vahidinin dəyəri 1.00), ümumi dəyəri 45000 manat,  G və F binalarının təməlinin altına qırmadaş sərilməsi və kipləşdirilməsi - 291 m3 (vahidinin dəyəri 5,56), ümumi dəyəri 1617,96 manat,  G və F binalarının hazırlıq və qoruyucu qat beton verilməsi – 298 m3 (vahidinin dəyəri 70), ümumi dəyəri 20860 manat,  G və F binalarının təməlinin izolyasiyası - 1874 m2 (vahidinin dəyəri 10) ümumi dəyəri 18740 manat, Cəmi 86.217,96 manat, ƏDV (18%) 15.519,23 manat, yekun (ƏDV ilə birlikdə) 101.737,19 manat.

2. 01.05.2019 - 20.05.2019-cu il tarixə görülən işlər haqqında:  D və L binalarının bünövrə çalasının qazılması – 30000 m3 (vahidinin dəyəri 1) ümumi dəyəri 30000 manat,  E və D binalarının təməlinin altına qırmadaş sərilməsi və kipləşdirilməsi – 183 m3 (vahidinin dəyəri 5,56) ümumi dəyəri 1017,48 manat,  F binası təməlinin dəmir-beton və qəlib işləri – 763 m2 (vahidinin dəyəri 70) ümumi dəyəri 53410 manat, Cəmi 84.427,48 manat, ƏDV (18%) 15.196,95 manat, yekun (ƏDV ilə birlikdə) 99.624,43 manat.

3. 21.05.2019 - 27.05.2019-cu il tarixə görülən işlər haqqında:  G binası təməlinin dəmir-beton və qəlib işləri – 638 m2 (vahidinin dəyəri 70) ümumi dəyəri 44660 manat, Cəmi 44660 manat, ƏDV (18%) 8038,80 manat, yekun (ƏDV ilə birlikdə) 52.698,80 manat.

4. 27.05.2019 - 07.06.2019-cu il tarixə görülən işlər haqqında:  C binasının bünövrə çalasının qazılması – 15000 m3 (vahidinin dəyəri 1) ümumi dəyəri 15000 manat,  E və D binalarının təməlinin izolyasiyası – 1082 m2 (vahidinin dəyəri 10) ümumi dəyəri 10820 manat, Cəmi 25820 manat, ƏDV (18%) 4647,60 manat, yekun (ƏDV ilə birlikdə) 30467,60 manat.

5. 07.06.2019 -13.06.2019-cu il tarixə görülən işlər haqqında:  E binası təməlinin dəmir-beton və qəlib işləri – 183 m2 (vahidinin dəyəri 70) ümumi dəyəri 12810 manat, Cəmi 12810 manat, ƏDV (18%) 2305,80 manat, yekun (ƏDV ilə birlikdə) 15115,80 manat.

6. 14.06.2019 - 01.07.2019-cu il tarixə görülən işlər haqqında:  C binası təməlinin altına qirmadaş sərilməsi və kipləşdirilməsi – 178 m3 (vahidinin dəyəri 5,55) ümumi dəyəri 988,97 manat,  F binası B01 mərtəbəsinin çöl pərdə sutun pilləkan qəfəsi və lift pərdəsinin dəmir beton və qəlib işçiliyi – 173 m2 (vahidinin dəyəri 70) ümumi dəyəri 12110 manat,  G binası B01 mərtəbəsinin çöl pərdə və dəmir beton və qəlib işçiliyi – 96 m2 (vahidinin dəyəri 70) ümumi dəyəri 6720 manat, Cəmi 19818.97 manat, ƏDV (18%) 3567,41 manat, yekun (ƏDV ilə birlikdə) 23386,38 manat. Cavabdeh MMC tərəfindən təqdim edilən 2 nömrəli forma arayışlarda (hər iki tərəfin imzaladığı, lakin yalnız Cavabdeh MMC tərəfindən möhürlənmiş) aşağıdakılar qeyd olunmuşdur:

1. 19.04.2019 - 30.04.2019-cu il tarixə görülən işlər haqqında:  G,F və E binalarının bünövrə çalasının qazıntısı - 45000 m3 (vahidinin dəyəri 4,5), ümumi dəyəri 202500 manat,  G və F binalarının təməlinin altına qırmadaş sərilməsi və kipləşdirilməsi - 291 m3 (vahidinin dəyəri 22), ümumi dəyəri 6402 manat,  G və F binalarının hazırlıq və qoruyucu qat betonu– 298 m3 (vahidinin dəyəri 65), ümumi dəyəri 19370 manat,  G və F binalarının hazırlıq və qoruyucu qat betonunun pərdahla hamarlanması – 1405 m2 (vahidinin dəyəri 3), ümumi dəyəri 4215 manat,  G və F binalarının təməlinin izolyasiyası - 1874 m2 (vahidinin dəyəri 22) ümumi dəyəri 41228 manat,  Qazıntı ərazisinin ətrafında təhlükəsizlik çəpərlərinin quraşdırılması 160 p/m (vahidinin dəyəri 18), ümumi dəyəri 2880 manat,  Sahənin işıqlandırılması üçün plafonların quraşdırılması 2 ədəd (vahidinin dəyəri 300), ümumi dəyəri 600 manat, Cəmi 277.195,96 manat.

2. 01.05.2019 - 20.05.2019-cu il tarixə görülən işlər haqqında:  D və L binalarının bünövrə çalasının qazılması – 30000 m3 (vahidinin dəyəri 4,5) ümumi dəyəri 135000 manat,  E və D binalarının təməlinin altına qırmadaş sərilməsi və kipləşdirilməsi – 183 m3 (vahidinin dəyəri 22) ümumi dəyəri 4026 manat,  E və D binalarının hazırlıq qat betonu (B10) – 91 m3 (vahidinin dəyəri 65) ümumi dəyəri 5915 manat,  F binası təməl - B2 armaturu (A500C) – 132 ton (vahidinin dəyəri 1030) ümumi dəyəri 135960 manat,  F binası təməl - B2 betonu (B30) – 763 m3 (vahidinin dəyəri 90) ümumi dəyəri 68670 manat,  F binası təməlinin B2 qəlib, dəmir-beton işçiliyi - 763 m2 (vahidinin dəyəri 36) ümumi dəyəri 27468 manat,  F binasının təməl betonunun üst hissəsinin pərdahla hamarlanması - 763 m2 (vahidinin dəyəri 3) ümumi dəyəri 2289 manat,  Qazıntı ərazisinin ətrafında təhlükəsizlik çəpərlərinin quraşdırılması 210 p/m (vahidinin dəyəri 18), ümumi dəyəri 3780 manat,  Sahənin işıqlandırılması üçün plafonların quraşdırılması 2 ədəd (vahidinin dəyəri 300), ümumi dəyəri 600 manat, Cəmi 383.708,00 manat, Cərimə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sahənin ətrafından beton qalıqlarının təmizlənməməsi və ətraf mühitin qorunmasına əməl edilməməsi – 500 manat, ümumi cəmi 383.208,00 manat.

3. 21.05.2019 - 27.05.2019-cu il tarixə görülən işlər haqqında:  G binası təməl - B2 armaturu (A500C) – 127 ton (vahidinin dəyəri 1030) ümumi dəyəri 130810 manat,  G binası təməl - B2 betonu (B30) – 638 m3 (vahidinin dəyəri 90) ümumi dəyəri 57420 manat,  G binası təməlinin - B2 qəlib, dəmir-beton işçiliyi – 638 m2 (vahidinin dəyəri 36) ümumi dəyəri 22968 manat,  G binasının təməl betonunun üst hissəsinin pərgahla hamarlanması – 638 m2 (vahidinin dəyəri 3) ümumi dəyəri 1914 manat, Cəmi 213112 manat.

4. 27.05.2019 - 07.06.2019-cu il tarixə görülən işlər haqqında:  C binasının bünövrə çalasının qazılması – 15000 m3 (vahidinin dəyəri 4,5) ümumi dəyəri 67500 manat,  E və D binalarının təməlinin izolyasiyası – 1082 m2 (vahidinin dəyəri 22) ümumi dəyəri 23804 manat,  E və D binalarının qoruyucu qat betonu – 91 m2 (vahidinin dəyəri 65) ümumi dəyəri 5915 manat, Cəmi 97219 manat.

5. 07.06.2019 -13.06.2019-cu il tarixə görülən işlər haqqında:  E Binası təməl - B2 armaturu (A500 C) - 14,75 ton (vahidinin dəyəri 1030) ümumi dəyəri 15192,5 manat,  E binası təməl - B2 betonu (B30) – 110 m3 (vahidinin dəyəri 90) ümumi dəyəri 9900 manat,  E Blok təməl kalıp demir beton işçilik – 183 m2 (vahidinin dəyəri 36) ümumi dəyəri 6588 manat,  E Blok təməl betonunun pərdahla hamarlanması – 183m2 (vahidinin dəyəri 3) ümumi dəyəri 549 manat, Cəmi 32229,50 manat.

6. 14.06.2019 - 01.07.2019-cu il tarixə görülən işlər haqqında:  C binası təməlinin altına qirmadaş sərilməsi və kipləşdirilməsi – 178 m3 (vahidinin dəyəri 22) ümumi dəyəri 3916 manat,  C binasının hazırlıq qatı betonu (B 10) – 86 m3 (vahidinin dəyəri 65) ümumi dəyəri 5590 manat,  E Binası B 01 çöl pərdənin armaturu (A 500C) – 6,15 ton (vahidinin dəyəri 1030) ümumi dəyəri 6334,5 manat,  F Binası B 01 sütunların armaturu (A 500C) – 11,53ton (vahidinin dəyəri 1030) ümumi dəyəri 11875,9 manat,  F Binası B 01 çöl pərdə və sütunların betonu (B 30) – 97 m3 (vahidinin dəyəri 90) ümumi dəyəri 8730 manat,  F Binası çöl pərdənin qəlib, dəmir və beton işçiliyi – 191m2 (vahidinin dəyəri 36) ümumi dəyəri 6876 manat,  F Binası B 01 pilləkən qəfəsi və lift pərdəsinin armaturu (A 500C) – 19,87 ton (vahidinin dəyəri 1030) ümumi dəyəri 20466,1 manat,  F Binası B 01 pilləkən qəfəsi və lift pərdəsinin betonu (B 30) – 76 m3 (vahidinin dəyəri 90) ümumi dəyəri 6840 manat,  F Binası B 01 pilləkən qəfəsi və lift pərdəsinin qəlib, dəmir, beton işçiliyi – 234 m2 (vahidinin dəyəri 36) ümumi dəyəri 8424 manat,  F binası çöl pərdənin altına su tutucu bantların quraşdırılması – 50 m (vahidinin dəyəri 17) ümumi dəyəri 850 manat,  G Binası B 01 çöl pərdənin armaturu (A500C) – 11,31 ton (vahidinin dəyəri 1030) ümumi dəyəri 11649,3 manat,  G Binası B 01 çöl pərdənin betonu (B 30) – 79 m3 (vahidinin dəyəri 90) ümumi dəyəri 7110 manat,  G Binası çöl pərdənin qəlib, dəmir və beton işçiliyi – 181 m2 (vahidinin dəyəri 36) ümumi dəyəri 6516 manat,  G Binası B 01 pilləkən qəfəsi və lift pərdəsinin armaturu (A 500C) – 9,86 ton (vahidinin dəyəri 1030) ümumi dəyəri 10155,8 manat,  G Binası B 01 sütunların armaturu (A 500C) – 23,06 ton, (vahidinin dəyəri 1030) ümumi dəyəri 23751,8 manat,  G Binası B 01 sütunların betonu (B 30) – 17m3 (vahidinin dəyəri 90) ümumi dəyəri 1530 manat,  G Binası sütunların qəlib, dəmir və beton işçiliyi – 37 m2 (vahidinin dəyəri 36) ümumi dəyəri 1332 manat,  G binası çöl pərdənin altına su tutucu bantların quraşdırılması – 52m (vahidinin dəyəri 17) ümumi dəyəri 884 manat, Cəmi 142.831,40 manat Göründüyü kimi İddiaçı MTK tərəfindən təqdim edilən Forma 2 arayışlarında görülmüş işlər ümumi göstərilmiş və həmin işlərlə bağlı heç bir təfsilat qeyd olunmamış, sadəcə yekun qiymət göstərilmişdir. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilən Forma 2 arayışlarında isə görülmüş bütün işlər detallı şəkildə açıqlanmış və qiymətləri də təfsilatı ilə göstərilmişdir. Qeyd olunan həm İddiaçı MTK, həm də Cavabdeh MMC tərəfindən təqdim edilən Forma 2 arayışlarının müqayisəsindən müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən təqdim edilən Forma 2 arayışlarında əks olunan bütün işlər İddiaçı MTK tərəfindən təqdim edilən Forma 2 arayışlarında əks olunan işləri artıqlaması ilə tam əhatə edir və həmin arayışlarda əks olunan işlər arasında elə bir iş yoxdur ki, Cavabdeh MMC tərəfindən təqdim edilən və hər iki tərəfin imzaladığı Forma 2 arayışlarında əks olunmasın. Məhkəmə iclasında da İddiaçı MTK tərəfindən təqdim edilən Forma 2 arayışlarında əks olunan, lakin Cavabdeh MMC tərəfindən təqdim edilən Forma 2 arayışlarında əks olunmayan işlərin konkret göstərilməsi ilə bağlı Cavabdeh MMC-nin nümayəndəsinə sual verilmiş, lakin sonuncu konkret işi göstərə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, qiymətlər Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə qeyd olunan qiymətlərə uyğun tərtib olunan və hər iki tərəfin imzaladığı Forma 2 arayışlarına uyğun olaraq müəyyən edilməlidir. Görülmüş podrat işlərinə görə ödənilməli olan muzdun məbləği isə aşağıdakı qaydada müəyyən olunmalıdır. Belə ki, hazırki apelyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 yanvar 2022-ci il tarixli 10/5906-9/7872 saylı ekspert rəyi verilmişdir (həmin rəyin nəticə hissəsi yuxarıda tam qeyd olunmuşdur). Həmin ekspert rəyinə əsasən Cavabdeh MMC tərəfindən “Ağşəhər” Tikinti sahəsi BW57 layihəsi üzrə İddiaçı MTK və Cavabdeh MMC tərəfindən imzalanmış, lakin İddiaçı MTK tərəfindən möhür vurulmamış 2 saylı formalarda göstərilən tikinti-quraşdırma işlərinin ümumi dəyəri 1.146.294,9 manat təşkil edir. İddiaçı MTK da tikinti-quraşdırma işlərinə görə həmin məbləğdə ödəniş etməli olduğu təqdirdə bundan artıq məbləğdə, yəni 1.212.071,62 manat ödəniş etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı MTK artıq ödənilmiş 65.776,72 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır (1.212.071,62 - 1146294,9 = 65776,72). Ona görə də, həmin hissədə ilk iddia qismən əsaslıdır. Eyni zamanda kollegiya qeyd edir ki, hazırki iş üzrə İddiaçı MTK tərəfindən təqdim edilən "xxxx" MMC-nin 20.08.2019-cu il tarixli 92-E saylı ekspert rəyi, X1 04.03.2021-ci il tarixli 131 saylı ekspert rəyi, o cümlədən Cavabdeh MMC tərəfindən təqdim edilən "xxxx" MMC-nin 08.08.2019-cu il tarixli AEM/A 17-776/19 saylı hesabatı, “X5” MMC-nin 01.03.2021-ci il tarixli mütəxəssis rəyi, Azərbaycan Respublikası X1 08.04.2021-ci il tarixli ekspert rəyi sübut qismində qiymətləndirilə bilməz. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsinə görə məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər. Eyni zamanda “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2019-cu il tarixli 883 №-li Fərmanına və həmin Fərmanın icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2019-cu il tarixli 843s saylı Sərəncamına əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı təsdiq edilməli, həmçinin məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası, məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları, Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları müəyyən edilməlidir. Lakin hazıra kimi həmin sənədlərin siyahısı və qaydaların təsdiq edilməsi ilə bağlı müvafiq normativ-hüquqi aktlar qəbul edilməmişdir. Ona görə də, hal-hazırda “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsində göstərilən müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrindən başqa digər elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən məhkəmə ekspertlərinin fəaliyyətinin həyata keçirilməsinin qanuni əsası mövcud deyildir. Həmin rəylərin sübut hesab edilən “mütəxəssis rəyi” kimi qəbul edilməsi də mümkün deyil. Çünki Mülki Prosessual Məcəllənin “Sübutlar” adlı 76-cı maddəsində “mütəxəssis rəyi” sübutlar siyahısına aid edilməmişdir. Mülki Prosessual Məcəllənin 61 və 64-cü maddələrindən isə müəyyən edilir ki, prosesin digər iştirakçısı hesab edilən və zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər və onun vəzifəsi sübut hesab edilən rəy verməkdən deyil, məhkəmənin və tərəflərin verdiyi suallara cavab vermək, şifahi və yazılı məsləhətlər və izahatlar vermək, zəruri hallarda məhkəməyə texniki kömək göstərməkdən ibarətdir. İddiaçı MTK tərəfindən irəli sürülmüş ikinci tələb işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31200 manatın tutulması ilə bağlıdır. Həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 462.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Lakin hazırki işdə cavabdehdən cərimənin tutulması üçün əsaslar mövcud deyildir. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə 4 saylı Əlavədə cərimə cədvəli öz əksini tapmışdır. Həmin əlavədə tərəflər müqavilənin aşağıdakı 10 bəndinin pozuntusuna görə cərimə tətbiq olunması barədə razılaşmışlar: 7.2, 8.1, 13.5, 13.9, 14.3, 14.4, 14.8, 14.15, 14.19, 15.5. İddiaçı MTK həmin bəndlərdən 7.2, 8.1, 13.5, 13.9 və 14.3-cü bəndlərin pozuntusuna istinad etmişdir. Müqavilənin 7.2-ci bəndinə əsasən tələb olunan sənədlər vaxtında təqdim olunmadıqda, Sifarişçi Podratçının işə başlamasına razılıq verməməkdə, Podratçının ödənişini ödəməməkdə, işi müvəqqəti və tam qəbul etməməkdə, Podratçının təminatlarını qaytarmamaqda, 4 saylı Əlavədə göstərilmiş cərimə cədvəlindəki cərimələri tətbiq etməkdə (hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,01 %-i miqdarında) və Podrat Müqaviləsini hər hansı xəbərdarlıq etmədən ləğv etməkdə haqlıdır. Lakin hazırki işdə həmin əsaslar müəyyən olunmur. Çünki, iddiaçı müqavilənin həmin bəndinin cavabdeh tərəfindən pozulmasını iddia ərizəsində ümumi şəkildə göstərmiş, həmin halların mövcudluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin müqavilənin 13.5-ci və 13.9-cu bəndlərinə əsasən işçinin işçi pasportu olmadan və ya başqasının işçi pasportu ilə işlədildiyinin müəyyənləşdirildiyi halda (13.5-ci bənd), Podratçının sığortasız işçi işlətdiyi aşkar edildikdə (13.9-cu bənd), Sifarişçi həmin işçini iş yerindən uzaqlaşdırdıqdan sonra 4 saylı Əlavədə göstərilən cərimələri və ya 24-cü maddəni tətbiq edə bilər. Göründüyü kimi, həmin bəndlərin pozuntusuna istinad etməklə cavabdehdən cərimə ən azı ona görə tutulmamalıdır ki, sifarişçi artıq 24-cü maddəni (podrat müqaviləsinin ləğvi) tətbiq etmişdir. Bundan əlavə müqavilənin 14.3-cü bəndinə əsasən podratçı bu müqavilə çərçivəsində işlədəcəyi bütün işçilərini qüvvədə olan qanunvericiliyə uyğun olaraq tibbi müayinədən keçirməli və bu müayinələri sənədləşdirməlidir. Lazım gəldikdə, işçilərin tibbi müayinəsi Sifarişçinin göstərişinə və tələbinə əsasən edilə və ya etdirilə bilər. Bu halda Sifarişçi tərəfindən edilən və ya etdirilən tibbi müayinələrin nəticələri etibarlı sayılır. Tibbi müayinələr aparılmadan Podratçı işçisini işə başlamasına icazə verə bilməz. Əks təqdirdə, bu Qaydalarda və Podrat Müqaviləsinin 4 saylı Əlavəsində göstərilən cərimə müddəaları tətbiq ediləcəkdir. Lakin iddiaçı həmin halların mövcudluğunu da təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Müqavilənin 6.3-cü bəndinə əsasən podratçı işi podrat müqaviləsinin 6 saylı əlavəsindəki işlərin icrası qrafikinə uyğun olaraq icra edəcəkdir; 8.1-ci bəndinə əsasən podratçı işi iş proqramında göstərilən müddətlərdə başa çatdırmadıqda və ya podrat müqaviləsində qeyd edilən digər müddətli işləri vaxtında yerinə yetirmədikdə Podratçı Sifarişçiyə müəyyənləşdirilmiş müddəti keçən hər gün üçün 4 saylı Əlavədə göstərilən məbləğdə cərimə ödəməlidir; 8.3-cü bəndinə əsasən gecikmə 15 (on beş) gündən artıq davam etdikdə və ya Podratçının vəziyyətindən (iqtisadi, hüquqi və sair səbəbdən) onun işi vaxtında başa çatdıra bilməyəcəyi aydın olduqda, Sifarişçi həmin günlər üçün hesablanmış cərimə məbləğini tələb etməklə yanaşı, Podrat Müqaviləsini də ləğv edə bilər. İddiaçı işlərin icrasında gecikmələrin olmasını iddia etmiş, cavabdeh bəzi işlərin gecikdirilməsinin obyektiv, onlardan asılı olmayan səbəblərdən (müvafiq rəyin alınması və s.) baş verdiyini bildirərək, gecikdirilmə il bağlı halların onların təqsiri üzündən baş vermədiyini bildirmişdir. Kollegiya hesab edir ki, cavabdehdən həmin əsasla da cərimə tutula bilməz. Belə ki, həmin bəndin tətbiq edilməsi üçün ilk növbədə öhdəliyin icrası müddəti konkret müəyyən olunmalıdır ki, onun hansı müddətdə gecikdirilməsinin hesablanması mümkün olsun. Lakin hazırki işdə tərəflər arasında bağlanmış müqavilədə və ona əlavədə öhdəliklərin icrası üçün hər hansı konkret tarix göstərilməmişdir. Eyni zamanda iddiaçı da bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi hazırki işdə öhdəliklərin icrası müddətinin müəyyən olunması qeyrimümkündür. Bu baxımdan kollegiya hesab edir ki, hazırki işdə öhdəliyinin icra edilməməsinə görə məsuliyyəti müəyyən edən Mülki Məcəllənin 462-ci maddənin tətbiq edilməsi mümkün deyil və ona görə də, iddiaçı tərəfindən irəli sürülmüş cərimənin tutulması barədə tələblər rədd edilməlidir. İddiaçı MTK tərəfindən irəli sürülmüş üçüncü tələb müqavilənin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100000 manatın tutulması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin iddia tələbi də rədd edilməlidir. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı göstərilmişdir. Həmin maddəyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda Cavabdeh MMC-nin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki İddiaçı MTK ümumiyyətlə zərərin mövcud olmasının təsdiqi barədə mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri də rədd edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, qarşılıqlı iddia qismən əsaslıdır. Belə ki, Cavabdeh MMC tərəfindən irəli sürülmüş birinci tələb podrat müqaviləsi üzrə görülmüş işlərə görə 729657,2 manat və əlavə dəyər vergisinə görə 212707,57 manat pulun İddiaçı MTK-dan tutulması ilə bağlıdır. Həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Lakin hazırki işdə həmin əsaslar mövcud deyildir. Belə ki, işin yuxarıda göstərilən hallarından müəyyən olunur ki, İddiaçı MTK-nın Cavabdeh MMC-yə podrat müqaviləsi üzrə görülmüş işlər üçün ödənilməyən borcu qalmamış, əksinə İddiaçı MTK podrat müqaviləsi üzrə Cavabdeh MMC-yə 65776,72 manat məbləğində artıq muzd ödəmişdir. Göründüyü kimi podrat müqaviləsi üzrə İddiaçı MTK-nın Cavabdeh MMC-yə heç bir borcu yoxdur. Ona görə də, həmin iddia tələbləri rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsassızdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi podrat müqaviləsi üzrə İddiaçı MTK-nın Cavabdeh MMC-yə heç bir borcu yoxdur. Belə olan halda isə pul məbləğinin ödənilməsinin gecikdirilməsi və buna görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyil. Cavabdeh MMC tərəfindən irəli sürülmüş digər tələb dəymiş zərərə görə 276365 manatın tutulması ilə bağlıdır. Kollegiya hesab edir ki, həmin hissədə də qarşılıqlı iddia əsassızdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 21.2 və 443-cü maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bundan başqa, Mülki Məcəllənin 759.1-ci maddəsində təsbit olunmuşdur ki, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, Cavabdeh MMC zərərin mövcud olmasını İddiaçı MTK-nın onları qanunsuz şəkildə tikinti sahəsindən məcburi çıxartdığı üçün Cavabdeh MMC-nin üçüncü şəxslərlə bağladığı icarə müqavilələri əsasında icarəyə götürdüyü mal-material və avadanlıqların tikinti sahəsində qalması və buna görə də, onun boşuna icarə haqqı ödəməsi ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, Cavabdeh MMC-nin həmin dəlilləri əsassızdır. Belə ki, İddiaçı MTK tərəfindən müqavilənin ləğvi barədə göndərilən bildirişdən, email yazışmalardan müəyyən olunur ki, Cavabdeh MMC-yə müqavilənin 18.07.2019-cu il tarixdən ləğv edildiyi və tərəflərin müqavilə üzrə bütün öhdəliklərinə xitam verildiyi diqqətə çatdırılmaqla, bildirişin qəbul edildiyi tarixdə podratçının bütün işlərin təxirə salınmadan dayandırması, ona məxsus olan mal-materialların tikinti sahəsindən çıxarılması və 15 gün ərzində görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi xahiş edilsə də, həmin müddət ərzində göstərilən mal-materiallar tikinti sahəsindən çıxarılmamışdır. Sonradan hazırki məhkəmə prosesi zamanı İddiaçı MTK tərəfindən həmin malmaterialların da daxil olduğu, Cavabdeh MMC-yə məxsus əmlakların siyahısı məhkəməyə təqdim olunmuş və məhkəmə qərarları ilə qeyd olunan icarəyə götürülən əmlaklar istisna olmaqla, digər əmlaklar üzərinə həbs qoyulmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 15.2-ci bəndinə əsasən podratçı onun mülkiyyətində yaxud istifadəsində olan, o cümlədən icarəyə götürülmüş, lizinq ilə əldə olunmuş və ya digər vasitə ilə podratçı tərəfindən təqdim edilmiş əmlakın bu müqavilənin yerinə yetirilməsindən irəli gələn və ya bununla əlaqədar olan itkisi və ya zərərə məruz qalması ilə əlaqədar olaraq sifarişçiyə münasibətdə bütün iddia, itki, zərər, xərc (o cümlədən hüquq xidmətlərinin göstərilməsi ilə əlaqədar olan xərclər), məsrəf və məsuliyyət üzrə öhdəlik daşıyır və bunlardan sifarişçini müdafiə edir və qoruyur və Sifarişçinin müvafiq məsuliyyətini ödəyir. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh MMC başqa şəxslərlə aralarında olan icarə müqavilə münasibətləri üzrə yerinə yetirilməmiş öhdəliklərinin icrasını İddiaçı MTK-dan tələb etməkdə haqlı deyil. Ona görə də, həmin hissədə qarşılıqlı iddia rədd edilməlidir. Cavabdeh MMC tərəfindən irəli sürülmüş digər bir tələb adları, miqdarı və vəziyyəti qeyd olunan 166 adda avadanlıq, qurğu, inşaat materiallarının geri qaytarılması, həmçinin çatışmayan, cədvəldə qeyd edilən əmlakların dəyəri olan 95167,28 manat pul vəsaitinin tutulmasından ibarətdir. Kollegiya hesab edir ki, həmin hissədə qarşılıqlı iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki işdə də həmin maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, birinci instansiya məhkəməsində gedən icraat zamanı baxışının gedişində İddiaçı MTK tərəfindən işlərin görüldüyü ərazidə olan və Cavabdeh MMC-yə məxsus 49 adda mal-materialın siyahısı təqdim olunmuş və məhkəmə qərardadı ilə icarəyə götürülən əmlaklar istisna olunmaqla, digər əmlakların üzərinə həbs qoyulmuşdur. Həmin 49 adda əmlakdan qüllə kran Cavabdeh MMC-yə təhvil verilmiş, digər əmlaklar isə təhvil verilməmişdir. Cavabdeh MMC həmin əmlaklardan başqa əmlakların mövcud olduğunu və məhz İddiaçı MTK-nın qanunsuz sahibliyində olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də kollegiya hesab edir ki, İddiaçı MTK-nın təqdim etdiyi 48 adda malmaterial Cavabdeh MMC-yə qaytarılmalı, qalan hissədə isə həmin iddia tələbləri rədd edilməlidir. Eyni zamanda, hazırki apellyasiya baxışında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 yanvar 2022-ci il tarixli 10/5906-9/7872 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, ekspertiza təyini haqqında qərardadda göstərilən 48 adda malların orta istismar müddəti və orta istismar parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 82784,60 manat müəyyən edilir. Həm iddiaçı, həm də cavabdeh həmin rəyə etiraz etmişdir. Belə ki, iddiaçının nümayəndəsi əmlakların dəyərlərinin şişirdilmiş olmasını, cavabdehin nümayəndələri isə əksinə azaldılmış olmasını bildirmişlər. Qeyd olunan prosessual məsələ üzrə əlavə mübahisənin yarandığı və ən əsası həmin 48 adda olan əmlakların üzərinə həbsin qoyulduğu və icra məmuru tərəfindən siyahıya alındığı nəzərə alınaraq kollegiya hesab edir ki, qətnamənin icrası zamanı həmin əmlakların mövcud olmayacağı qənaətinə gəlmək üçün əsaslar mövcud deyil və ona görə də, hazırki mərhələdə Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə riayət edilməsi və həmin əmlakların dəyərinin müəyyən edilməsinə zərurət yoxdur. Qarşılıqlı iddiada irəli sürülmüş digər bir tələb ******* manat əldən çıxmış faydanın tutulması ilə əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin hazırkı işdə bu şərtlərin mövcud olması təsdiq olunmur. Belə ki, həmin hissədə Cavabdeh MMC qarşılıqlı iddianı onunla əsaslandırılmışdır ki, İddiaçı MTK-da olan əmlakların dəyəri kimi göstərdiyi 722899 manat məbləğin 1/10 hissəsi qədər, ayda təxminən 72289,9 manat icarə haqqından əldə edəcəyi gəlirdən mərhum olmuşdur. Belə ki, tikintiyə başlamazdan öncə Cavabdeh MMC-nin qeyd olunan avadanlıqları icarəyə verməklə gəlir əldə edirdi ki, həmin müqavilələrə görə əmlakın dəyərinin 1/10 hissəsi icarə haqqı kimi qəbul olunurdu. Cədvəldə qeyd olunan avadanlıqları iddiaçı özündə saxlamaqla Cavabdeh MMC-nin təxminən əldə edəcəyi (23 ayx72289=1662647) ******* (bir milyon altı yüz altmış iki min altı yüz qırx yeddi) manat gəlirdən məhrum etmişdir ki, həmin pul da iddiaçıdan tutulub Cavabdeh MMC-yə ödənilməlidir. Kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, İddiaçı MTK tərəfindən əmlakların siyahısı məhkəməyə təqdim olunmuş, həmin əmlakların (bir qismi istisna olmaqla) üzərinə həbs qoyularaq, İddiaçı MTK-nın saxlancına verilmişdir. Digər əmlakların İddiaçı MTK-da olmasını təsdiq edən mötəbər sübutlar isə məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə həmin hallar sübutlarla təsdiq olunmuş olsa belə, Cavabdeh MMC qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxs və ya şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları da təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddiada irəli sürülmüş artıq ödənilmiş məbləğin geri qaytarılması barədə tələblərin rədd edilməsi hissəsində və qarşılıqlı iddiada irəli sürülmüş görülmüş işlərə görə pulun tutulması barədə tələblərin qismən təmin edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə qarşılıqlı iddia təmin edilməməli, ilk iddia isə qismən təmin edilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri bərabər hissələrdə tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-40/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.06.2021-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddiada irəli sürülmüş artıq ödənilmiş məbləğin geri qaytarılması barədə tələblərin rədd edilməsi hissəsində və qarşılıqlı iddiada irəli sürülmüş görülmüş işlərə görə pulun tutulması barədə tələblərin qismən təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə qarşılıqlı iddia təmin edilməsin. İlk iddia isə qismən təmin edilsin və Cavabdeh MMC-dən İddiaçı MTK-nın xeyrinə 65.776,72 (altmış beş min yeddi yüz yetmiş altı manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti bərabər hissələrdə İddiaçı MTK və Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov   Hakimlər: Vidadi Məmmədov   Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar