Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-59/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X11 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2295/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Sifarişçi "xxxx" ASC ilə baş podratçılar “Çakır Yapı&X15” MMC, “Beton və Rohrbau C.- F.Thymian GmbH & Co.KG” şirkəti və X22 ve tic. Ltd.şti arasında baş podrat müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən "xxxx" ASC-nin sifarişi əsasında “Cəlilabad rayonunun Qərb hissəsi üçün Su və Kanalizasiya Şəbəkəsinin tikintisi” layihəsi üzrə işlərin görülməsi baş podratçı “Çakır Yapı&X15” MMC-yə, “Cəlilabad Rayon Çirkab X20 və Kollektor Xətti” layihəsi üzrə üzrə işlərin görülməsi baş podratçı “Beton və Rohrbau C.-F.Thymian GmbH & Co.KG” şirkətinə, “Cəlilabad Rayonu Magistral Su Xətti layihəsi” və “Cəlilabad Rayonu Şərq X27 və Kanalizasiya Şəbəkəsinin Tikintisi” layihələri üzrə işlərin görülməsi baş podratçı X22 ve tic. Ltd.ştiyə həvalə edilmişdir. Bundan sonra sözügedən layihələr üzrə baş podratçılar subpodratçı "xxxx" ASC ilə subpodrat müqavilələri bağlayaraq baş podrat müqavilələri üzrə işlərin görülməsini subpodratçı "xxxx" ASC-yə həvalə etmişlər.
2. Daha sonra "xxxx" ASC 01 avqust 2012-ci il tarixində “İddiaçı”nin AR-dakı Filialı ilə baş podratçıların adından SNWSSP-JAL-1-D&B08/2011 və SNWSSP-JAL-NETW2- D&B-11/2011 saylı müqavilələr, eləcə də baş podratçı X22 ve tic. Ltd. Şirkətinin və öz adından SNWSSP-JAL-NETW1-D&B09/2011 saylı, SNWSSP-JAL-WS-D&B-10/2011 saylı müqavilələr bağlamış və həmin müqavilələrə əsasən “İddiaçı”nin AR-dakı filialı Cəlilabad Rayon Çirkab X20 və Kollektor Xətti, Cəlilabad Rayonu Şərq X27 və Kanalizasiya Şəbəkəsinin Tikintisi, Cəlilabad Rayonu Magistral Su Xətti və Cəlilabad Rayonu Şərq X27 və Kanalizasiya Şəbəkəsinin Tikintisi üçün layihələndirmə, mühəndislik və texniki məsləhət xidmətlərinin göstərilməsini xidmət haqqı müqabilində üzərinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-dən 1.021.813 ABŞ dolları pul vəsaiti, habelə ödənilmiş 1.659 manat dövlət rusumu tutularaq Türkiyənin hüquqi şəxsi olan İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, Türkiyənin hüquqi şəxsi İddiaçı dünya bankının maliyyə vəsaiti ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə tikinitisi həyata keçirilmiş “Cəlilabad su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”ndə Layihəçi olaraq yer almışdır. Bu Layihə çərçivəsində Layihənin 4 Lotu üzrə Podratçılar “Beton&Rohrbau”, "xxxx" Birgə Müəssisəsi və "xxxx" X3 Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC, podratçılar adından çıxış edərək onlarla xx.xx.2012-ci il tarixində “Layihələndirmə, Mühəndislik Xidmətləri və X10” üçün 4 müqavilə bağlamışdır. Hər bir Lot üzrə müqavilələr aşağıdakılardır: Lot-1: Cəlilabad Çirkab X20 və Kollektor Xəttinin Tikintisi (Podratçı: Beton&Rohrbau) Lot 2: X16 üçün su və kanalizasiya şəbəkəsinin Tikintisi (Podratçı: Art-Akkord BM) Lot 3: X17 Xəttinin Tikintisi (Podratçı: Art-Akkord BM) Lot 4: X18 üçün su və kanalizasiya şəbəkəsinin Tikintisi (Podratçı: Çakır YapıGül İş BM). Daha sonra İMECE, Dünya Bankının müqavilə tələblərinə uyğun olaraq Podratçılar tərəfindən Sifarişçiyə və Dünya Bankı ilə Sifarişçinin Məsləhətçisi GauffTemelsuya Layihənin tək rəsmi Layihəçisi kimi təqdim edilmiş və Məsləhətçinin razılaşma məktubları ilə İMECE, layihənin hər bir lotu üzrə yeganə rəsmi Layihəçi olaraq təsdiq edilmişdir. Beləliklə, İMECE, Sifarişçi və Məsləhətçi tərəfindən təsdiqlənmiş Baş Layihəçi statusunda, Cəlilabad su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində bütün lotlar üzrə podratçılara və onların subpodratçısı Akkorda layihələndirmə, mühəndislik və məsləhətçilik xidmətləri göstərilmişdir. Layihədəki meyarların Azərsu ilə razılaşdırması baxımından layihələndirmələr iki dəfə həyata keçirilmiş, Lot-1 üzrə isə ÇSTQ-un yerinin və meyarlarının bir neçə dəfə dəyişdirilməsinə bağlı olaraq onun layihələndirmə işləri iki dəfədən də artıq həyata keçirilmişdir və bunlar öz təsdiqlərini Akkord rəhbərliyinin də imzaladığı X7 (DƏT və ya COP) və X1 layihələndirmə işləri üçün nəzərdə tutulmuş Cədvəl-3-də (Schedule 3) öz əksini tapmışdır. Müqavilənin Xüsusi Şərtlər hissəsində, Maddə 7.1-də müəyyən olunmuşdur ki, əgər işəgötürən müştəridən layihənin layihələndirilməsində hər hansı dəyişiklik edilməsini tələb edər və bu dəyişiklik Məsləhətçinin yerinə yetirdiyi xidmətlərin həcminin artmasına və əsas müqavilənin nəzdində layihələndirmə/mühəndislik işində qiymət artımına səbəb olarsa (Müştərinin işinə aid olmayan), tərəflər razılığa gəlir ki, layihələndirmə/mühəndislik işinin nəticəsində yaranan haqqın (pul vəsaitinin) 62% birbaşa İMECE-yə ödənilməlidir, qalan 38 % isə akkorda ödənilməlidir. Nəticədə, layihələndirmə işləri ilə bağlı bütün müvafiq rəylər və razılaşdırmalar Sifarişçidən, məsləhətçidən, Azərsu-dan və FHN Dövlət Baş Ekspertizalarından alınmış və işlər tərəflərindən müvəffəqiyyətlə tamamlanmışdır. Cəlilabad layihəsində onlar tərəfindən təkcə layihələndirmə və mühəndislik fəaliyyəti göstərilməmiş, həmçinin aşağıdakı işlər də yerinə yetirilmişdir: Layihənin idarə edilməsi və layihənin təşkili, işçi təmini ilə bağlı Akkorda köməklik; Ərazinin geoloji araşdırmaları və qruntun labaratoriya sınaqları; Ərazinin xəritə və geodeziya işlərinə nəzarət, düzəliş və razılaşdırılması; DƏT– X8 - hazırlanması və Sifarişçi ilə razılaşdırılması; Nəticə olaraq yuxarıda qeyd edilən Müqavilələrdə əks olunmuş və daha sonra Müqavilələrə əlavə olunmuş xidmətlər İMECE tərəfindən tamamlanmışdır. İşlərin tam görülməsi faktı müvafiq dövlət orqanlarının ekspetiza rəyləri və sertifikatları, habelə sifarişçinin və əsas podratçının mavafiq məktubları ilə təsdiq edilmişdir. Buna baxmayaraq, İMECE-yə ödənilməli pul vəsaitləri indiyədək də ödənilməmiş qalmışdır. Onlara məlum olmuşdur ki, Sifarişçi tərəfindən bütün ödənişlər tam şəkildə Akkord ASC-yə ödənilmişdir. Lakin Akkord ASC tərəfindən İMECE-yə ödənilməli pul vəsaitləri ödənilməmiş və İMECE-yə ödənilməli olan ümumilikdə 1.021.813 ABŞ Dolları (ƏDV-siz) pul vəsaiti onlarda olan əsaslı şübhələrə görə onlara məlum olmayan şəxslər tərəfindən mənimsənilmişdir. Belə ki, müqavilələrin şərtlərinə görə İMECE-nin bütün Lotlar üzrə almalı olduğu ödəniş, ilkin müqavilələr (1.806.279,66 ABŞ dolları) + DƏT (1.589.025,54 ABŞ dollar) birlikdə, cəmi 3.435.305 ABŞ dollarıdır. Bu məbləğin 1.626.691 ABŞ dolları həcmindəki hissəsi müxtəlif vaxtlarda köçürmə yolu ilə, 786.800 ABŞ dolları həcmindəki hissəsi isə nağd şəklində İMECE-yə ödənilmişdir. Lakin yerdə qalan 1.021.813 ABŞ dolları (ƏDV-siz) həcmindəki məbləğ indiyədək də ödənilməmişdir. İlk öncə onlar elə düşünürdülər ki, qeyd olunan məbləğin ödənilməməsinin səbəbi sifarişçi tərəfindən ödənişlərin edilməməsidir. Lakin sonradan məlum olmuşdur ki, ödənişlər Akkorda tam şəkildə edilmişdir. Bu isə onlarda əsaslı şübhələr yaradır ki, İMECE-yə məxsus pul vəsaitləri qanunsuz olaraq mənimsənilmişdir. Cavabdehə etdikləri bütün yazılı və şifahi müraciətlərə və cavabdehin rəhbərliyinin dəfələrlə söz və vədlər verməyinə baxmayaraq, bu günə kimi məsələ həll edilməmiş, İMECE-yə aid pul vəsaiti ödənilməmişdir. Bütün bu hallar onların pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı əsaslı şübhələrinin əbəs olmamasına dəlalət edir. Bundan başqa, rəsmi sənədlərdə saxtakarlıqların edilməsi ilə bağlı da onlar da şübhələr vardır. Belə ki, layihənin yeganə rəsmi layihəçisi İMECE olmağına baxmayaraq, layihə ilə bağlı bəzi sənədləşmələrdə (istismara hazırlıq aktları, istismar aktları, müəllif nəzarət işlərində və s.) qanunsuz şəkildə başqa layihəçi təşkilatların adından və möhüründən istifadə edilməsinə dair məlumatlar vardır. Həmçinin Lot-4 üzrə podratçının (Çakır YapıGül İş BM-in) etibarnamə əsasında yeganə təmsilçisi olan şirkətlərinin rəhbəri İsmet Gedikin imzasının Akkord tərəfindən saxtalaşdırılaraq Lot-4 üzrə son 5% tutulmanın qanunsuz şəkildə sifarişçidən alınması ilə bağlı da əsaslı şübhələr vardır. Nəticə etibarı ilə, həm İMECE-yə məxsus 1.021.813 ABŞ dolları həcmindəki vəsaitin mənimsənildiyi müəyyən olunur, həm də İMECE adından sənədlərin saxtalaşdırılmasına dair əsaslı şübhələr ortaya çıxır. Tərəflərindən dövlət orqanlarına artıq yazılı müraciətlər olunmuşdur. Bundan sonra, cavabdeh tərəfindən 03-01/641 saylı xx.xx.2022-ci il tarixli məktubla KOBİA İdarə Heyətinin sədrinin birinci müavini cənab Namiq Həsənova cavab göndərilmişdir. Həmin məktubda cavabdeh tərəfindən onlarla müqavilə bağlaması və əməkdaşlıq edilməsi etiraf edilmişdir. Bu zaman, guya tərəflərindən hansısa işlərin icra edilməməsi, habelə cavabdeh tərəfindən digər şirkətlərin işlərə cəlb edilməsi qeyd olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi, işlərin görülməsi faktı sifarişçi tərəfindən qəbul və təsdiq edilmişdir. Ona görə də, hansısa işlərin görülməməsi subpodratçı olan cavabdeh tərəfindən bildirilə bilməz. Digər tərəfdən işlərin guya hansısa bir hissəsinin digər şirkət tərəfindən icra olunmasının qeyd olunması da faktiki və hüquqi baxımdan ola bilməz. Çünki, qeyd olunan LOT-lar üzrə işlərin yeganə və tək layihəçisi İMECE-dir. Layihəçinin dəyişdirilməsi, başqa layihəçinin işlərə cəlb edilməsi yalnız sifarişçinin razılığı ilə ola bilərdi ki, belə bir razılıq mövcud deyildir. Sifarişçi tərəfindən onlara ünvanlanmış məktublarda birmənalı olaraq qeyd olunur ki, hər hansı başqa layihəçi mövcud olmamışdır və tək layihəçi olaraq yalnız İMECE qəbul edilir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
6. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə iddia müddətinin keçməsini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi xx.xx.2012-ci il tarixli müqaviləyə istinad etmişdir. Müqavilə tarixindən 11 il keçdikdən sonra iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, iddiaçı iddia müddətini ötürmüşdür. Bundan əlavə, iddiaçı görülmüş işləri təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
7. İddiaçı cavabdehin dəlillərinə etiraz edir və bildirir ki, sifarişçi Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən verilən məlumata görə, İMECE-yə məxsus 1.021.813 ABŞ dolları həcmindəki pul vəsaiti Akkord ASC-yə ödənilmişdir. Belə olan halda, müəyyən olunur ki, mülkiyyətçi İMECE-yə məxsus 1.021.813 ABŞ dolları həcmindəki pul vəsaiti Akkord ASC-nin qanunsuz sahibliyində qalmışdır. Sifarişçi Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən pul vəsaitlərin Podratçılar Beton&Rohrbau”, "xxxx" Birgə Müəssisəsi və "xxxx" Birgə Müəssisəsinə deyil, birbaşa Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə ödənilməsi faktı məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclası zamanı "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəmədə bildirilmişdir. Bu isə bir daha təsdiq edir ki, mülkiyyətçi İMECE-yə məxsus 1.021.813 ABŞ dolları həcmindəki pul vəsaiti Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin qanunsuz sahibliyindədir. Cavabdeh tərəf nəzərə almamışdır ki, onların iddia tələblərinin məzmunu müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı deyil, çünki müqavilələr üzrə tərəf olan şəxs “Beton&Rohrbau”, "xxxx" Birgə Müəssisəsi və "xxxx" Birgə Müəssisəsidir ki, tələb olunan pul vəsaiti həmin hüquqi şəxslərdə deyil, məhz cavabdeh "xxxx" ASC-nin qanunsuz sahibliyində qalmışdır. Mülki Məcəllənin 384.0.4ci maddəsinin birmənalı tələbinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Bundan başqa, nəzərə almaq lazımdır ki, hətta hazırkı halda müqavilə hüququ tətbiq edildiyi halda belə iddia müddəti keçməmişdir. Belə ki, Layihə çərçivəsində Layihənin 4 Lotu üzrə Podratçılar “Beton&Rohrbau”, "xxxx" Birgə Müəssisəsi və "xxxx" Birgə Müəssisəsinin adından çıxış edən Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC xx.xx.2012-ci il tarixində “Layihələndirmə, Mühəndislik Xidmətləri və X10” üçün 4 müqavilənin hamısında eyni aşağıdakı eyni məzmunda müddəalar vardır: Müqavilələrin 2.7.5-ci bəndə əsasən məsləhətçiyə müqavilənin tələbləri əsasında, fors-major hadisə nəticəsində xidmətlər göstərə bilmədiyi müddət ərzində ödəniş edilməli, eyni zamanda, xidmətlərin görülməsi və onların bərpası müddətində çəkdiyi əlavə xərclər ağlabatan əsaslarla sonda ödənməlidir. 2.9.5-ci bəndə əsasən müştəri ÜŞ-nin 2.9 və ya 2.9.2-ci bəndləri üzrə müqavilənin xitamı ilə birlikdə, məsləhətçiyə müqavilənin xitam tarixindən öncə yerinə yetirdiyi qənaətbəxş xidmətlərə görə ÜŞ-nin 6-cı maddəsinə uyğun ödənişlər etməlidir. 5.5-ci bəndinə görə bu müqaviləyə əsasən, müştəri, məsləhətçinin yerinə yetirməli olduğu xidmətlərin müqabilində ona ÜŞ-nin 6-cı maddəsində nəzərdə tutulan qaydada və əsaslarla ödənişlər etməlidir. İİ. Müqavilənin Xüsusi Şərtlərinin 6-cı bəndlərinə əsasən ÜŞ maddə 2.4-Müqaviləyə Əlavə A-da göstərildiyi kimi məsləhətçi tərəfindən xidmətlərin yerinə yetirilməsi başa çatdıqdan və işəgötürən tərəfindən təsdiq edildikdən, eləcə də bu müqavilənin tələbləri əsasında müştəri tərəfindən göstərilən xidmətlər müqabilində məsləhətçiyə bütün ödənişləri ödəndikdən sonra xitam verilir ( həmin müqavilədə ”İşəgötürən” dedikdə, Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyəti və onun rəsmi nümayəndəsi başa düşülür). Bu isə onu təsdiq edir ki, hətta cavabdeh tərəfin istinad etdiyi xx.xx.2012-ci il tarixli müqavilələrə, həmin müqavilələrin məcburi şərtinə əsasən bütün ödənişləri ödəndikdən sonra xitam verilir. Bundan başqa, iş materiallarında hər 4 LOT üzrə sifarişçi qismində çıxış edən Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş iş bitirmə şəhadətnamələri və FHN tərəfindən işlərin təhvil verilməsini təsdiq edən ekspertiza rəyləri, habelə 2020-ci ildə işlərin təhvil-təslimi ilə bağlı Azərsu ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən tərtib edilmiş müvafiq akt vardır.
8. Üçüncü şəxs bildirir ki, iddiaçı şirkət bütün lahiyələndirmə işlərini aparıb. Cavabdeh iddiaçıya ödəniş etməli idi. Onlar bütün işlərin dəyərini cavabdehə ödəmişlər. Mübahisəli layihələr üzrə İddiaçındən başqa lahiyələndirmə işlərini aparan şirkət olmayıb.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2295/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə razı olduğunu bildirdi və təmin edilməsini xahiş etdi.
14. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Həmin Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
17. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
18. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
19. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
20. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
21. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
23. “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 1.3-cü maddəsinə əsasən tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
26. Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, hazırkı mübahisənin bir tərəfi – iddiaçı Türkiyə Respublikasında təsis edilmiş və fəaliyyət göstərən “İddiaçı”, digər tərəfi - cavabdeh isə Azərbaycan Respublikasında təsis edilmiş və fəaliyyət göstərən "xxxx" ASC olduğundan mübahisə xarici elementli mübahisədir.
27. Eyni zamanda “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/2023 saylı Qərarındakı göstərişlər nəzərə alınaraq məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikası Məhkəmələrinin hazırki mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.
28. Belə ki, tərəflər arasında bağlanılmış 01 avqust 2012-ci il tarixli SNWSSPJAL-1-D&B- 08/2011 saylı, 01 avqust 2012-ci il tarixli SNWSSP-JAL-NETW1-D&B-09/2011 saylı, 01 avqust 2012-ci il tarixli SNWSSP-JAL-WS-D&B-10/2011 saylı və 01 avqust 2012- ci il tarixli SNWSSP-JAL-NETW2-D&B-11/2011 saylı müqavilələrin İİ bölməsinin 12-ci hissəsinin ÜŞ 8.2-ci maddəsinin iii) yarımbəndində münaqişələrin danışıq yolu ilə həll edilə bilməməsi, müvafiq tərəfin Azərbaycan Respublikasının məhkəmələrində məhkəmə qaydasında iddia irəli sürə biləcəyi nəzərdə tutulmuşdur.
29. Göründüyü kimi tərəflər mübahisələrin Azərbaycan Respublikasının məhkəmələrində baxılmalı olması barədə aydın şəkildə razılaşmışlar.
30. Müəyyən edilməli olan digər məsələ isə xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.
31. Tərəflər arasında bağlanmış müqavilələrin (İİ bölməsinin 12-ci hissəsinin ÜŞ 8.2-ci maddəsinin iv) yarımbənin) şərtlərinə əsasən tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məsuliyyət daşıyırlar.
32. Müqavilənin qeyd olunan şərtini və “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 1.3cü maddəsinin tələblərini nəzərər alaraq kollegiya qeyd edir ki, hazırki mübahisə üzrə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunmalıdır.
33. Mübahisənin mahiyyətinə dair isə kollegiya qeyd edir ki, ilk olaraq iddianın əsası müəyyən edilməlidir.
34. Belə ki, tərəflər arasında podrat müqavilələrinin bağlanması işin mübahisəsiz halıdır.
35. Hazırki iddianın əsası isə ondan ibarətdir ki, tərəflər arasında podrat müqavilələri bağlanmış, iddiaçı (podratçı) öz öhdəliklərini tam yerinə yetirmiş, cavabdeh (sifarişçi) isə öz öhdəliklərini pozaraq həmin müqavilələr üzrə ödənilməli olan muzdun məbləğini tam olaraq ödəməmişdir.
36. Bununla yanaşı, iddiaçı podrat münasibətlərini tənzimləyən maddi hüquq normalarına deyil, Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək, mülkiyyətçi kimi cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. Həmin əmlak isə podrat müqavilələri üzrə ödənilməli olan 1.021.813 ABŞ dolları məbləğində pul vəsaitindən ibarətdir.
37. Kollegiya qeyd edir ki, iddiaçının hansı maddi hüquq normasına istinad etməsindən və hansı hüquqi əsaslandırmanı irəli sürməsindən asılı olmayaraq, mübahisənin məhz hansı hüquqi əsasda yaranması və buna uyğun olaraq da iddia tələblərinin düzgün qanuni əsası müstəqil surətdə məhkəmə tərəfindən müəyyən olunmalı və bu MPM-in 218.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Çünki iddianın əsası, yəni irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar dəyişməz olaraq qalır.
38. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında da qeyd olunmuşdur ki, mülki prosesdə məhkəmələr “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipinə uyğun olaraq, tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir.
39. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
40. Hazırki işdə də həmin maddənin dispozitiv şərtləri mövcuddur.
41. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 118m nömrəli iş bitirmə şəhadətnaməsinə (work completion certificate) əsasən müəyyən edilir ki, (subpodratçı) İddiaçı (podratçı – Beton&Rohrbau C.- F.Thymian GMBH & CO.KG.) Cəlilabad Rayon Çirkab Su Kollektorunun və X25 Qurğusunun tikintisi üzrə (SNWSSP-JAL-1-D&B-08/2011 saylı müqavilə) layihələndirmə işlərini müvəffəqiyyətlə bitirmişdir. Əsas müqavilənin yekun məbləği 24.303.151 ABŞ dolları (ƏDV xaric), Müqavilənin bitmə tarixi xx.xx.2018-ci il, subpodrat müqaviləsinin yekun məbləği 607.288,06 ABŞ dollarıdır (ƏDV xaric). Şəhadətnamə LHKQ-nin ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) rəhbərinin (Ayaz Qəhrəmanov) imzası və möhürü ilə təsdiq edilmişdir.
42. 31.05.2019-cu il tarixli 172 nömrəli iş bitirmə şəhadətnaməsinə (work completion certificate) əsasən müəyyən edilir ki, (subpodratçı) İddiaçı (podratçı – ART-X13) Cəlilabad Rayonun X26 Təchizatı və Kanalizasiya şəbəkəsinin tikintisi üzrə (SNWSSP-JAL-NETW2-D&B-09/2011 saylı müqavilə) layihələndirmə işlərini müvəffəqiyyətlə bitirmişdir. Əsas müqavilənin yekun məbləği 21.984.450 ABŞ dolları (ƏDV xaric), Müqavilənin bitmə tarixi xx.xx.2018-ci il, subpodrat müqaviləsinin yekun məbləği 672.851,83 ABŞ dollarıdır (ƏDV xaric). Şəhadətnamə LHKQ-nin ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) rəhbərinin (Ayaz Qəhrəmanov) imzası və möhürü ilə təsdiq edilmişdir.
43. 31.05.2019-cu il tarixli 173 nömrəli iş bitirmə şəhadətnaməsinə (work completion certificate) əsasən müəyyən edilir ki, (subpodratçı) İddiaçı (podratçı – ART-X13) Cəlilabad Rayonun Magistral Təchizatı xəttinin tikintisi üzrə (SNWSSP-JALWS-D&B- 10/2011 saylı müqavilə) layihələndirmə işlərini müvəffəqiyyətlə bitirmişdir. Əsas müqavilənin yekun məbləği 30.012.113 ABŞ dolları (ƏDV xaric), Müqavilənin bitmə tarixi xx.xx.2018-ci il, subpodrat müqaviləsinin yekun məbləği 720.997,32 ABŞ dollarıdır (ƏDV xaric). Şəhadətnamə LHKQ-nin ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) rəhbərinin (Ayaz Qəhrəmanov) imzası və möhürü ilə təsdiq edilmişdir.
44. 31.05.2019-cu il tarixli 174 nömrəli iş bitirmə şəhadətnaməsinə (work completion certificate) əsasən müəyyən edilir ki, (subpodratçı) İddiaçı (podratçı – Çakır Yapı - X28 Müəssisəsi) Cəlilabad Rayonun Qərb hissəsinin Su Təchizatı və Kanalizasiya şəbəkəsinin tikintisi üzrə (SNWSSP-JAL-NETW2-D&B-11/2011 saylı müqavilə) layihələndirmə işlərini müvəffəqiyyətlə bitirmişdir. Əsas müqavilənin yekun məbləği 50.690.378 ABŞ dolları (ƏDV xaric), müqavilənin bitmə tarixi xx.xx.2018-ci il, subpodrat müqaviləsinin yekun məbləği 1.434.168 ABŞ dollarıdır (ƏDV xaric). Şəhadətnamə LHKQ-nin ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) rəhbərinin (Ayaz Qəhrəmanov) imzası və möhürü ilə təsdiq edilmişdir.
45. xx.xx.2020-ci il tarixli təhvil-qəbul aktına əsasən müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə 2-ci layihənin həyata keçirilməsi üzrə Cəlilabad şəhərində “Cəlilabad şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi üzrə suqəbuledici qurğu, su anbarları, su təchizatı, kanalizasiya sistemləri, içməli və çirkab su nasos stansiyaları, çirkab X20 və onlara aid əsas vəsaitlər "xxxx" ASC-nin balansına əvəzsiz olaraq təhvil verilmişdir. Təhvil verilən əsas vəsaitlərin ümumi dəyəri 199.227.895,88 manat təşkil etmişdir. Təhvil-qəbul aktı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və "xxxx" ASC-nin nümayəndələrinin imzası və möhürü ilə təsdiq edilmişdir.
46. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 X19 tərəfindən Cəlilabad rayonunun su təchizatı və çirkab su sistemlərinin yenidən qurulması (çirkab sutəmizləyici qurğu) layihəsi üzrə xx.xx.2019-cu il tarixli 1012 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyəti Milli Su Təchizatı və Kanlizasiya Xidmətləri üzrə ikinci layihənin həyata keçirilməsi üzrə İşçi Qrupun sifarişi əsasında “X2 Company” MMC tərəfindən inşa edilmiş Cəlilabad rayonu üzrə su təchizatı və çirkab su sistemlərinin (çirkab sutəmizləyici qurğu) tikinti işləri layihəyə uyğun yerinə yetirilmişdir.
47. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilələrlə üzərinə düşən öhdəliklərin icra edilməsi yuxarıda qeyd olunanlara əsasən tam təsdiq olunur.
48. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə görə İMECE-nin bütün Lotlar üzrə almalı olduğu ödəniş, ilkin müqavilələr (1.806.279,66 ABŞ dolları) + DƏT (1.589.025,54 ABŞ dollar) birlikdə, cəmi 3.435.305 ABŞ dolları təşkil edir.
49. İşdə olan xx.xx.2015-ci il tarixli 5 nömrəli ödəniş üçün müraciətdən və aralıq ödəniş sənədindən görünür ki, SNWSSP-JAL-NETW2-D&B-11/2011 nömrəli müqavilə (Cəlilabad Rayonu Şərq X27 və Kanalizasiya Şəbəkəsinin Tikintisi) üzrə 1 xx.xx.2015ci il dövr üçün (müştəri) “X2 Company” MMC tərəfindən (məsləhətçi) İddiaçınə ödənilməli ümumi məbləğ (ƏDV daxil) 518.931,42 ABŞ dolları təşkil edir.
50. xx.xx.2015-ci il tarixli 5 nömrəli ödəniş üçün müraciətdən və aralıq ödəniş sənədindən görünür ki, SNWSSP-JAL-WS-D&B-10/2011 nömrəli müqavilə (Cəlilabad Rayon Çirkab X20 və Kollektor Xətti) üzrə xx.xx.2014-xx.xx.2015-ci il dövr üçün (müştəri) “X2 Company” MMC tərəfindən (məsləhətçi) İddiaçınə ödənilməli ümumi məbləğ (ƏDV daxil) 256.083,33 ABŞ dolları təşkil edir.
51. xx.xx.2017-ci il tarixli 33 nömrəli ödəniş üçün müraciətdən və aralıq ödəniş sənədindən görünür ki, SNWSSP-JAL-NETW1-D&B-09/2011 nömrəli müqavilə (Cəlilabad rayonunun X26 Təchizatı və Kanalizasiya Şəbəkəsinin Tikintisi) üzrə xx.xx.2017-xx.xx.2017-ci il dövr üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X6 ödənilməli ümumi məbləğ (ƏDV daxil) 792.240,94 ABŞ dolları təşkil edir.
52. xx.xx.2017-ci il tarixli 5 nömrəli ödəniş üçün müraciətdən və aralıq ödəniş sənədindən görünür ki, SNWSSP-JAL-WS-D&B-10/2011 nömrəli müqavilə (Cəlilabad Rayon Çirkab X20 və Kollektor Xətti) üzrə xx.xx.2016-xx.xx.2017-ci il dövr üçün (müştəri) “X2 Company” MMC tərəfindənh (məsləhətçi) İddiaçınə ödənilməli ümumi məbləğ (ƏDV daxil) 153.733,88 ABŞ dolları təşkil edir
53. Göründüyü kimi iddiaçı tərəfindən görülmüş lakin ödənilməmiş işlərin dəyəri 1.021.813 ABŞ dolları (ƏDV-siz) təşkil edir (3.435.305 – 1.626.691 – 786.800 = 1.021.813).
54. Çünki cavabdeh nəinki bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmiş, ümumiyyətlə ödənişlərin edilməsi halına istinad etməmişdir. Cavabdeh yalnız qeyd etmişdir ki, iddiaçı işlərin görülməsini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir.
55. Halbuki, işin yuxarıda qeyd olunan hallarından da müəyyən olunur ki, hər 4 layihə üzrə (Cəlilabad Rayon Çirkab Su Kollektorunun və X25 Qurğusunun tikintisi üzrə (SNWSSPJAL-1-D&B-08/2011 saylı müqavilə), Cəlilabad Rayonun X26 Təchizatı və Kanalizasiya şəbəkəsinin tikintisi üzrə (SNWSSP-JAL-NETW2-D&B-09/2011 saylı müqavilə), Cəlilabad Rayonunun Magistral Təchizatı xəttinin tikintisi üzrə (SNWSSP- JALWS-D&B-10/2011 saylı müqavilə) və Cəlilabad Rayonun Qərb hissəsinin Su Təchizatı və Kanalizasiya şəbəkəsinin tikintisi üzrə (SNWSSP-JAL-NETW2-D&B- 11/2011 saylı müqavilə)) layihələndirmə işləri 2018-2019-cu illərdə müvəffəqiyyətlə bitirilmiş (bu hal həm iş materiallarında olan iş bitirmə şəhadətnamələri (work completion certificate), xx.xx.2015-ci il tarixli 21099 nömrəli rəy, xx.xx.2019-cu il tarixli məktub, xx.xx.2019-cu il tarixli 1012 nömrəli rəy, həm də tərəflərin, o cümlədən müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatları ilə öz təsdiqini tapır) və sözügedən layihələr üzrə sifarişçi "xxxx" ASC tərəfindən bütün ödənişlər tam şəkildə həyata keçirilmişdir.
56. Bu mənada kollegiya hesab edir ki, cavabdehin dəlilləri formal mülahizələrdən ibarətdir.
57. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən bütün işlər görülmüş, lakin cavabdeh işlərin dəyərinin bir qismini, yəni 1.021.813 ABŞ dollarını sifarişçidən almasına baxmayaraq iddiaçıya ödəməmişdir.
58. Ona görə də kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqavilələri üzrə ödənilməli olan lakin ödənilməmiş 1.021.813 ABŞ dolları pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
59. İddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizəni isə kollegiya əsassız hesab edir.
60. Belə ki, hazırki tərəflər arasında bağlanmış müqavilələrin 5.5-ci bəndinə görə bu müqaviləyə əsasən, müştəri, məsləhətçinin yerinə yetirməli olduğu xidmətlərin müqabilində ona ÜŞ-nin 6-cı maddəsində nəzərdə tutulan qaydada və əsaslarla ödənişlər etməlidir.
61. Həmin müqavilələrin 6.4-cü maddəsinin “b” bəndinə görə müştəri ("xxxx" ASC) məsləhətçinin (İddiaçı) aylı bəyannamələri üzrə bütün ödənişlərini 15 bank günü müddətində müştəri tərəfindən digər sənədlərlə birgə bəyannamələri təhvil aldıqdan və işəgötürən ("xxxx" ASC) tərəfindən ödənişin həyata keçirilməsindən sonra ödənilməlidir.
62. Göründüyü kimi tərəflər ödəniş və hesablaşma qaydası və zamanını məhz "xxxx" ASC-nin "xxxx" ASC-yə ödəniş etməsindən asılı etmişlər. Bu isə o mənaya gəlir ki, "xxxx" ASC "xxxx" ASC-dən ödənişi almadığı təqdirdə, İddiaçı "xxxx" ASC-dən ödənişlərin edilməsini tələb edə bilməz.
63. İş materiallarında olan xx.xx.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X21” ASC-nin hesabına 373.383,77 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
64. xx.xx.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X21” ASC-nin hesabına 518.588,58 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
65. xx.xx.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X21” ASC-nin hesabına 257.562,42 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
66. xx.xx.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X21” ASC-nin hesabına 357.725,58 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
67. 26.12.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X21” ASC-nin hesabına 60.796,13 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
68. 26.12.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X21” ASC-nin hesabına 55.328,41 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
69. 26.12.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X21” ASC-nin hesabına 43.773,21 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
70. 26.12.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X21” ASC-nin hesabına 39.836,45 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
71. Həmçinin işdən görünür ki, Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyəti xx.xx.2019-cu il tarixli məktubla "xxxx" ASC-yə və Beton & Rohrbau Şirkətinin layihə rəhbərinə müraciət edərək qeyd etmişdir ki, İmece şirkəti İşçi Qrupa müraciət edərək Cəlilabad rayonunda Çirkab X20 və magistral çirkab su kollektoru üzrə "xxxx" ASC ilə imzalanmış müqavilə əsasında layihələndirmə və məsləhətçi xidmətlərinin həyata keçirdiyi barədə məlumat verərək müqavilə üzrə yerinə yetirdiyi işlərin dəyərini bugünədək ala bilmədiyini qeyd etmişdir. Məlumat üçün bildirirlər ki, Cəlilabad şəhərində Milli su İkinci layihə çərçivəsində həyata keçirilən İİ, İİİ və İV lotlar üzrə bütün ödənişlər 2018-ci ilədək, 1-ci Lot üzrə son 5% keyfiyyət zəmanəti saxlanılmaq şərti qalan bütün ödənişlər 2019-cu ilədək tam həyata keçirilmişdir. Qaldırılan məsələni araşdırıb qısa müddət ərzində məsələnin həlli ilə bağlı məlumat verilməsi xahiş edilmişdir. Məktubun surəti İddiaçınə ünvanlanmışdır.
72. Göründüyü kimi "xxxx" ASC 2019-cu ilədək bütün ödənişləri həyata keçirməmiş, məhz yekunda işlərin təhvil verilməsi zamanı ödənilməsi nəzərdə tutulan 5 % keyfiyyət zəmanət ödənişini saxlanmışdır.
73. Buna görə də kollegiya hesab edir ki, yuxarıda qeyd olunan müqavilə şərtlərinə görə İddiaçı "xxxx" ASC-dən ödənişləri tələb etmək hüququna dair 3 illik iddia müddəti 2019-cu ildən başlaya bilməzdi.
74. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinin tələblərinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
75. Eyni zamanda "xxxx" ASC tərəfindən qalıq olaraq saxlanılmış və məhz yekunda işlərin təhvil verilməsi zamanı ödənilməsi nəzərdə tutulan 5 % keyfiyyət zəmanəti ödənişinin edilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
76. Bununla yanaşı, işin yuxarıda qeyd olunan hallarından görünür ki, müqavilələr üzrə sonuncu təhvil-təslim aktı xx.xx.2020-ci il tarixdə imzalanmış və işlər təhvil verilmişdir.
77. Belə olan halda isə kollegiya qeyd edir ki, ödənilməmiş saxlanılan 5 % keyfiyyət zəmanəti ödənişinin edilməsini təsdiq edən heç bir sübut iş materiallarında mövcud olmasa da, podrat sahəsində formalaşmış işgüzar təcrübəyə əsasən qəbul edilir ki, işlər yekunlaşdığı üçün sonuncu ödəniş də məhz həmin tarixdə həyata keçirilmişdir.
78. Bu baxımdan kollegiya qeyd hesab edir ki, iddiaçının "xxxx" ASC-dən ödənişləri tələb etmək hüququna dair 3 illik iddia müddəti məhz sonuncu təhvil-təslim tarixi olan xx.xx.2020-ci il tarixdən başlamışdır.
79. Hazırki iddianın 10 aprel 2023-cü il tarixdə verildiyini nəzərə aldıqda isə müəyyən olunur ki, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir.
80. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməli və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabdehə aid edilməlidir.
81. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2295/2023 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-dən 1.021.813 ABŞ dolları pul vəsaiti, habelə ödənilmiş 2694 manat dövlət rusumu tutularaq Türkiyənin hüquqi şəxsi olan İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn