Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-591/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC- yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mübahisənin münsiflər məhkəməsində baxılması barədə müqavilənin mövcudluğu, iddia ərizəsinin baxılmamış saxlanılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X7 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin "xxxx" QSC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı MMC ilə "xxxx" QSC arasında “Dartı yarımstansiyaları, elektrik təchizatı və digər əlaqəli komponentlər daxil olmaqla Bakı Böyük Kəsik dəhlizi üzrə 25 kv 50 hz sistemin zavod layihələndirilməsinin, təchizatının və quraşdırılmasının satınalınması üzrə” xx.xx.2012-ci il tarixli AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqavilə bağlanmışdır.
2. X3 46.1-ci bəndinə (Mübahisələr və arbitrajlar) əsasən, mübahisələr Ümumi Şərtlərin 46.3-cü alt-bəndinə müvafiq olaraq həll edilməsi üçün X1 çıxarıla bilər. Tərəflər Xüsusi Şərtlərdə göstərilmiş tarixlərdə X5 təyin etməlidir.
3. Müqavilənin “A” X2 Mexanizmi (MHM) Razılaşmasının ümumi şərtləri əks olunmuş, Əlavəyə əsasən İddiaçı MMC və "xxxx" QSC müqaviləyə daxil olmuşlar, hansı ki, "Müqavilə” adlandırılır və özündə bu Əlavəni daxil edən X4 Razılaşmasını təyin etmişlər.
4. Qeyd olunan Əlavənin 9-cü bəndinə əsasən, mübahisələr “X4 Razılaşması”ndan yaranan və ya onunla bağlı istənilən mübahisə və iddialar, yaxud da bu Razılaşmanın pozulması, xitamı və ya etibarsızlığı ilə bağlı mübahisə və iddialar yekun olaraq arbitraj institutu tərəfindən həll olunmalıdır. Əgər heç bir arbitraj institutu barəsində razılıq yoxdursa, arbitraj prosesi Beynəlxalq Ticarət Palatasının Arbitraj Qaydaları altında arbitraj qaydalarına müvafiq olaraq təyin olunmuş bir arbitr tərəfindən aparılmalıdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı MMC (iddiaçı) "xxxx" QSC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, müqavilə üzrə yaranmış 2 435 541,25 manat (iki milyon dörd yüz otuz beş min beş yüz qırx bir manat, iyirmi beş qəpik) məbləğin, 121 118 (yüz iyirmi bir min yeddi yüz yetmiş səkkiz) manat dəbbə pulunun və 2072 (iki min yetmiş iki) manat dövlət rüsumunun, ümumilikdə 2 559 391.25 (iki milyon beş yüz əlli doqquz min üç yüz doxsan bir manat, iyirmi beş qəpik) manat pul vəsaitinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, ərizədə aşağıdakıları göstərmişdir: “...Məhkəmə Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsini rəhbər tutaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmalıdır. Belə ki, cavabdeh ADY ilə İddiaçı MMC arasında “Dartı yarımstansiyaları, elektrik təchizatı və digər əlaqəli komponentlər daxil olmaqla Bakı Böyük Kəsik dəhlizi üzrə 25 kv 50 hz sistemin zavod layihələndirilməsinin, təchizatının və quraşdırılmasının satınalınması üzrə” xx.xx.2012-ci il tarixli AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqavilə bağlanmışdır. X3 46.1-ci maddəsinə (Mübahisələr və arbitrajlar) əsasən mübahisələr Ümumi Şərtlərin 46.3-cü alt-bəndinə müvafiq olaraq həll edilməsi üçün X1 çıxarıla bilər. Tərəflər Xüsusi Şərtlərdə göstərilmiş tarixlərdə X5 təyin etməlidir. Müqavilənin A X2 Mexanizmi (MHM) Razılaşmasının ümumi şərtləri əks olunub. Əlavəyə əsasən iddiaçı və cavabdeh müqaviləyə daxil olmuşlar, hansı ki, "Müqavilə” adlandırılır və özündə bu Əlavəni daxil edən X4 Razılaşmasını təyin etmişlər. Qeyd olunan Əlavənin 9-cü maddəsinə əsasən mübahisələr Hazırkı X4 Razılaşmasından yaranan və ya onunla bağlı istənilən mübahisə və iddialar, yaxud da bu Razılaşmanın pozulması, xitamı və ya etibarsızlığı ilə bağlı mübahisə və iddialar yekun olaraq arbitraj institutu tərəfindən həll olunmalıdır. Əgər heç bir arbitraj institutu barəsində razılıq yoxdursa, arbitraj prosesi Beynəlxalq Ticarət Palatasının Arbitraj Qaydaları altında arbitraj qaydalarına müvafiq olaraq təyin olunmuş bir arbitr tərəfindən aparılmalıdır. Digər Əlavədə isə X4 üzrə təlimatlar qeyd edilmişdir. X3 46.5-ci maddəsinə əsasən XŞ-də əksi göstərilməyincə, MHH-nin qərarının yekun qərara çevrilmədiyi və tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olmadığı hallarla bağlı istənilən mübahisələr yekun olaraq arbitraj instansiyasında həll edilməlidir. Qeyd olunanlara əsasən məlum olur ki, iddiaçının hər hansı bir mübahisəsi yarandığı zaman o X4 (MHM) Razılaşmasını rəhbər tutub mübahisənin həlli istiqamətində addımlar atmalı, Razılaşmanın pozulması ilə bağlı arbitraj institutuna müraciət etməli idi. Həmçinin Müqavilə ilə bağlı istənilən mübahisə yarandıqda iddiaçı məhkəməyə deyil, arbitraj instansiyasına müraciət etməli idi, lakin iddiaçı müqavilə şərtlərini kobud şəkildə pozmuş və müqavilənin şərtlərinə əməl etməmişdir”.
7. İddiaçının nümayəndəsi (vəkili) yazılı mülahizə təqdim edərək göstərmişdir ki, cavabdehin ərizəsinin dəlilləri əsassızdır, iddiaçı haqlı olaraq iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəmsinə müraciət etmiş, məhkəmə də düzgün olaraq iddia ərizəsini icraata qəbul etmişdir. Sözügeden müqavilənin 6-cı əlavəsi imzalanan zaman müqavilə tərəfləri "xxxx" QSC ve "xxxx" MMC-dir. Hər iki hüquqi şəxs Azerbaycan Respublikasında qeydiyyata alınan hüquqi şəxsdir. Hazirki iş üzrə iddianın predmeti də xx.xx.2012-ci il tarixli müqavilənin 6-cı Əlavəsi üzrə yaranmış borcların tələb edilməsidir. Tərəflər arasında bağlanmış Müqavilənin xüsusi şərtlərinin 5.1-ci bəndinə görə, tərəflər müqavilənin müvafiq olaraq təfsir olunacağı ölkənin qanunlarına uyğun olaraq Azərbaycan Respublikasını müəyyən etmişlər. Müqavilənin 46.5-ci bəndinə əsasən, Müqavilənin Xüsusi Şərtlərində əksi göstərilməyincə, MHH-nin qərarının yekun qərara çevrilmədiyi və tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olmadığı hallarla bağlı istənilən mübahisələr yekun olaraq arbitraj instansiyasında həll edilməlidir. Müqavilənin Xüsusi Şərtlərinin 46.5-ci maddəsinin "b” bəndinə görə isə ölkədaxili podratçılarla bağlanmış müqavilələr üçün arbitraj sifarişçinin ölkəsinin qanunlarına müvafiq prosedurlarla aparılmalıdır. Qeyd edilən normanın tələbinin hazırda tərəflər arasında yaranmış mübahisənin həlli qaydalarına tətbiqi nəticəsində müəyyən edilir ki, mübahisəyə Azərbaycan Respublikasında səlahiyyətli kommersiya məhkəməsində baxılmalıdır.
8. Birinci instansiya məhkəməsinin 09 aprel 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
9. Məhkəmə qənaətini belə əsaslandırmıışdır ki, İddiaçı MMC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2012-ci il tarixli AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqavilədə tərəflər mübahisələrin kommersiya arbitrajında (münsiflər məhkəməsində) baxılması barədə şərt nəzərdə tutmuşlar və cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz etmişdir.
10. Məhkəmə vurğulamışdır ki, MPM-də və digər normativ hüquqi aktlarda əksər hallarda "arbitraj” sözü "münsiflər məhkəməsi” söz birləşməsi ilə eyni mənada istifadə edilmiş, həmçinin, qanunvericilik münsif sözünün anlayışını müəyyən etməmişdir. Arbitraj sözünün anlayışı isə "Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikası Qanununda verilmişdir. Qanunda qeyd edilir ki, arbitraj - daimi arbitraj idarəsi tərəfindən keçirilib keçirilmədiyindən asılı olmayaraq hər bir arbitraj deməkdir. Bununla yanaşı, bir sıra ikitərəfli beynəlxalq sazişlərdə də "arbitraj” və "münsif” sözləri sinonim kimi istifadə edilmişdir.
11. Məhkəmə onu da qeyd etmişdir ki, qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda baxılması barədə razılığın əldə olunduğu hallarda işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan konkret mübahisənin arbitrajda baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, ərizəyə MPM-nin 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilə bilər.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.5-ci maddəsinə istinadla əsaslandırmışdır.
13. Qərardaddan iddiaçının nümayəndəsi şikayət verərək onun ləğv olunmasını və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinə təqdim etdiyi mülahizənin (§ 7) məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin prosessual qanunvericiliyi düzgün tətbiq etmədiyini, iddia ərizəsinin baxılmamış saxlanılması üçün heç bir əsas olmadığını irəli sürmüşdür.
14. Məhkəmənin 17 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya baxışı
15. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən qanunla nəzərdə tutulan hallar aşkar edilməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: ...259.0.5. qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
17. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
18. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
19. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı Mülki Prosessual Məcəllənin 259.0.5-ci maddəsinin tətbiqi ilə bağlıdır.
20. Qeyd edilməlidir ki, iddianın baxılmamış saxlanılması şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, iddia ərizəsinin MPM-nin göstərilən maddəsi əsasında baxılmamış saxlanılması zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.
21. MPM-nin 259.0.5-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, tərəflər arasında mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmış olsun və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz verilsin.
22. İşin hallarından görünür ki, İddiaçı MMC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədə tərəflər mübahisələrin kommersiya arbitrajında (münsiflər məhkəməsində) baxılması barədə şərt nəzərdə tutmuşlar və cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz etmişdir.
23. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2004/2025 saylı iş üzrə 09 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Leyla Əliyeva
Ziya Şirinov