Məhkəmə qərarları › İş №2-2(103)-602/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-602/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-602/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə borcun tutulmasına dair iddia ərizəsi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 2741/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehə qarşı xx.xx.2020-ci il tarixli SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” Müqaviləyə əlavə olaraq cavabdeh tərəfindən imzalanmış 10 mart 2020-ci il tarixli akta əsasən ödənilməli olan 19.746 manat əsas borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğin, vəkil xidmətləri üçün ödənilmiş 200 manat məbləğin cəmi, 19.946 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(103)-1111/2022 nömrəli qərardadı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti qanunla müəyyən edilmiş formada verilmədiyi üçün şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 nömrəli qətnaməsindən Cavabdeh xx.xx.2022-ci il tarixdə verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh yenidən xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2741/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)-243/2023 nömrəli qərardadı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 2741/2022 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması prosessual müddət ötürülməklə verildiyi üçün qeyri-mümkün hesab edilmiş və iş apellyasiya şikayətinin qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(102)- 126/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 2(103)- 243/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh yenidən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)-2741/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda cavabdeh ərizəylə məhkəməyə müraciət edərək, Bakı kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-2741/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini icraata qəbul edib üzürlü buraxılmış 1 aylıq prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2741/2022 nömrəli qərardadı ilə, Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2-2(113)-2741/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2741/2022 nömrəli Qərardadının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx"MMC-nin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixlie-2-2(113)-2741/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini qərara alması nəticəsində müddətin buraxılmasının səbəbini üzrlü hesab etməsi tamamilə hüquq normasının pozuntusudur. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 sentyabr tarixli, e-2-2(113)-2741/2022 nömrəli qətnaməsi ilə iddia təmin edildikdən sonra cavabdehin məhkəmə qətnaməsindən apelyasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş müddətin axımı xx.xx.2022-ci il tarixdə bitdikdən sonra o, xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti verməklə qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddəti ötürmüş, buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verməmişdir. Cavabdeh ilk dəfə apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində versə də, şikayət qüsurlu tərtib edildiyindən və qüsur aradan qaldırıldıqdan sonra prosessual müddət ötdüyündən apellyasiya şikayəti yenidən göndərilərkən buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilməli idi. Apellyasiya Məhkəməsi 2023-cü il 12 yanvar tarixli, 2- 2(103)-243/2023 nömrəli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli apelyasiya şikayətinə apelyasiya qaydasında baxılmasının qeyri- mümkün hesab edilməsi ilə bağlı öz mövqeyini ətraflı və aydın qeyd etməsinə baxmayaraq, cavabdeh qərardaddan 2023-cü il 18 yanvar tarixində kassasiya şikayəti verərəkən yenə də buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verməmişdir. Bununla da, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan halların məhz Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 sentyabr tarixli, e-2-2(113)-2741/2022 nömrəli qətnaməsinin icrasını ləngitmək məqsədi daşıdığı açıq-aşkar görünsə də, cavabdeh yenidən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-22(113)-2741/2022 nömrəli qətnaməsindən xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti vermiş və üzürlü buraxılmış 1 aylıq prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi isə xx.xx.2023-cü il tarixli, 2(113)-2741/2022 nömrəli qərardadı ilə Cavabdeh MMC-nin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixlie- 2-2(113)-2741/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini qərara alması ilə çox yanlış mövqe tutmuşdur. Səbəb isə odur ki, cavabdeh yuxarıda göstərilən müddətlərdə, yəni həm xx.xx.2022-ci il tarixdə qüsurlu olmayan formada apelyasiya şikayəti verərkən, həm də 2023-cü il 18 yanvar tarixində kassasiya şikayəti verərəkən buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatət verməli idi, bunun üçün cavabdehin kifayət qədər vaxtı var idi, eyni zamanda həm cavabdeh prosesual müddətlə bağlı apellyasiya şikayəti vermə müddətini bilməli idi, həm də ən azından Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 yanvar tarixli, 2-2(103)-243/2023 nömrəli qərardadı ilə buraxılmış prosessual müddət ilə bağlı öz mövqeyini aydın və ətraflı qeyd etdikdən sonra cavabdeh yenidən Apellyasiya Məhkəməsinin həmin 2023-cü il 12 yanvar tarixli qərardadından kassasiya şikayəti verərkən buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatəti verməli olduğu halda verməmiş, bununla da süründürməçiliyə yol vermişdir. Məhkəmə ən çox məhz prosessual pozuntulara yol vermişdir ki, nəticədə tam əsassız qətnamə çıxarılmışdır. Bu pozuntuların başında isə sübutlara qanuni və obyektiv hüquqi qiymət verilməməsi durur. Belə ki, cavabdeh həm Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 sentyabr tarixli e2-2(113)- 2741/2022 nömrəli qətnaməsindən xx.xx.2022-ci il tarixdə qüsurlu olmayan formada apellyasiya şikayəti verərkən, həm də 2023-cü il 18 yanvar tarixində kassasiya şikayəti verərəkən buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatət verməli idi, bunun üçün cavabdehin kifayət qədər vaxtı var idi, eyni zamanda həm cavabdeh prosesual müddətlə bağlı apellyasiya şikayəti vermə müddətini bilməli idi, həm də ən azından Bakı Apellyasiya Məhkəməsi 2023-cü il 12 yanvar tarixli, 2-2(103)-243/2023 nömrəli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli apelyasiya şikayətinə apelyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi ilə bağlı öz mövqeyini ətraflı və aydın qeyd etdikdən sonra cavabdeh yenidən Apellyasiya Məhkəməsinin həmin 2023-cü il 12 yanvar tarixli qərardadından kassasiya şikayəti verərkən buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatəti verməli olduğu halda verməmiş, bununla da süründürməçiliyə yol vermişdir. Lakin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(113)-2741/2022 nömrəli qərardadı ilə buraxılmış müddətin bərpasını qərara alarkən bütün bu halları nəzərə almamış, məhkəmə qərardadlarına əsasən iş üzrə lazimi və düzgün hüquqi qiymət verməmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli, e-2-2(113)-2741/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, e-2-2(113)- 2741/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, cavabdeh qətnamədən apellyasiya şikayətini vaxtında versə də, şikayət qüsurlu tərtib edildiyindən apellyasiya şikayəti geri qaytarılmış və məhkəmə qərardadından cavabdeh tərəfindən verilmiş şikayətlərə baxıldıqdan sonra cavabdeh apellyasiya şikayətini qüsurları aradan qaldırmaqla təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şəxs vaxtında məhkəməyə müraciət etmək üçün iradəsini ifadə etmişdirsə, şikayətin formal səbəblərdən geri qaytarılmış olması şikayət hüququnu məhdudlaşdırmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, apellyasiya şikayətinin formaya uyğun tərtib edilməməsi əsası ilə qaytarılması qanunun tələbinə uyğun olsa da bu əsasa görə cavabdehi məhkəmə qətnaməsini apellyasiya qaydasında mübahisələndirmək hüququndan məhrum etmək “Ədalətli məhkəmə araşdırması” prinsipinə ziddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, e-2-2(113)-2741/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, e-2-2(113)-2741/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar