Məhkəmə qərarları › İş №2-2(103)-609/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-609/2023

02.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-609/2023 02.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və X1 ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1559/2023 saylı, 17 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. MİP-TBK-4332/14 saylı, “Avtomobillərin tam sığortası üzrə sığorta” Şəhadətnaməsinin surətindən görünür ki, “CHEVROLET CAPTİVA” markalı, 99CA599 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək iddiaçı tərəfindən sığortalanmışdır.

2. MİP-TK-4765/14 saylı, “Avtomobillərin tam sığortası üzrə sığorta” Şəhadətnaməsinin surətindən görünür ki, “HYUNDAİ ACCENT” markalı, 90MM369 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək iddiaçı tərəfindən sığortalanmışdır.

3. MİP-2PT-6456/15 saylı “Avtomobillərin tam sığortası üzrə sığorta” Şəhadətnaməsinin surətindən görünür ki, “HYUNDAİ MATRİX” markalı, 90GO827 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək iddiaçı tərəfindən sığortalanmışdır.

4. İddiaçı “Chevrolet Captiva” markalı 99CA599 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 528 manat, “Hyundai Accent” markalı, 90MM369 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 2517 manat, “Hyundai Matrix" markalı, 90GO827 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 295 manat olmaqla, cəmi 3340 manat məbləğində sığorta ödənişinin cavabdeh tərəfindən ödənilməli olduğunu bildirir, cavabdeh isə “CHEVROLET CAPTİVA” markalı, 99CA599 dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə sığorta ödənişinin məbləğini 470 manat hissəsində qəbul edir, “HYUNDAİ ACCENT” markalı, 90MM369 dövlət qeydiyyat nişanlı və “HYUNDAİ MATRİX” markalı, 90GO827 dövlət qeydiyyat nişanlı avtomobillərə münasibətdə isə iddiaçının sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri verməməsinə əsaslanmaqla sığorta ödənişinin verilmədiyini bildirir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6650 manat məbləğində sığorta ödənişinin, 100 manat məbləğində mediasiya xərcinin və 6 manat məbləğində poçt xərcinin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixində, baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Vaz 21703” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili Babaşov Ramiz Əhliman oğlu idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Chevrolet Captiva” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Chevrolet Captiva” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 528 manat məbləğində qiymətləndirilmiş və eyni məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı cavabdeh tərəfindən Cəmiyyətə göndərilən xx.xx.2015-ci il tarixli, 15/639 saylı məktubda şirkətinin əməkdaşları tərəfindən “Chevrolet Captiva” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək dəymiş zərərin 470 manat məbləğində qiymətləndirildiyi, həmin məbləğdən azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişinin Cəmiyyətin hesabına ödəniləcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş, www.isb.az saytından çıxarışdan göründüyü kimi Babaşov Ramiz Əhliman oğlunun hadisə zamanı idarə etdiyi, “Vaz 21703” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı “avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, “Chevrolet Captiva” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin MİP-TBK-4332/14 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, “Chevrolet Captiva” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 22000,00 manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, MYP 445990 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində “Vaz 21703” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı “avtonəqliyyat vasitəsinin sürücüsü Babaşov Ramiz Əhliman oğlu təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 624/15 saylı sığorta aktından və xx.xx.2015-ci il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, yolnəqliyyat hadisəsi nəticəsində “Chevrolet Captiva” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 528 manat məbləğində qiymətləndirilmiş, həmin məbləğdə sığorta ödənişinin ödənilməli olduğu müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən müəyyən edilir ki, “Chevrolet Captiva” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 528 manat sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, BS-C-20/1344 saylı, xx.xx.2020-ci il tarixli, BS-C-20/0669 saylı, xx.xx.2020-ci il tarixli, BS-C-20/1994 saylı və xx.xx.2022-ci il tarixli, BS-S-22/3524 saylı məktublardan müəyyən olunur ki, “Chevrolet Captiva” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə Cəmiyyət tərəfindən ödənilmiş 528 manat məbləğində sığorta ödənişinin geri ödənilməsi cavabdeh "xxxx" ASC-dən tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 15/639 saylı məktubdan müəyyən olunur ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən “Chevrolet Captiva” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək dəymiş zərərin 470 manat məbləğində qiymətləndirildiyi, həmin məbləğdən azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişinin Cəmiyyətin hesabına ödəniləcəyi bildirilmişdir. Həmin məktubda cavabdeh qeyd edilən məbləğdən azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişini Cəmiyyətin hesabına ödəməyə hazır olduğu bildirməklə, iddianı qismən etiraf etmişdir. Lakin bu günə qədər qeyd edilən məbləğin ödənilməsi təmin edilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün Bakı şəhəri 14 saylı mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehlə razılıq əldə edilməsi mümkün olmamışdır. xx.xx.2015-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin icbari sığortası” növü ilə sığortalanmış “Mercedes Sprinter” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin tam sığortası” sığorta növü üzrə sığortalanmış “Hyundai Accent” markalı, ** MM *** dövlət nömrə nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Həmin hadisə nəticəsində “Hyundai Accent” markalı, ** MM *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan məbləği Cəmiyyət tərəfindən 2517 manat müəyyən edilmiş, həmin məbləğdə sığorta ödənişi Cəmiyyət tərəfindən ödənilmişdir. Hadisə ilə bağlı cavabdeh tərəfindən Cəmiyyətə göndərilən xx.xx.2015-ci il tarixli, 15/875 saylı məktubda şirkətin əməkdaşları tərəfindən “Hyundai Accent” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək dəymiş zərərin 1503 manat məbləğində qiymətləndirildiyi, həmin məbləğdən azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişini Cəmiyyətin hesabına ödəməyə hazır olduğu bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş, www.isb.az saytından çıxarışdan göründüyü kimi yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Sprinter” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti sığortası hadisə baş verən anda "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, “Hyundai Accent” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilin MİP-TK- 4765/14 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 10000 manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş elektron çıxarışdan göründüyü kimi “Mercedes Sprinter” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 190/15 saylı sığorta aktı və xx.xx.2015-ci il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2517 manat məbləğində qiymətləndirilmiş, həmin məbləğdə sığorta ödənişinin ödənilməli olduğu müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 22 oktybar 2015-ci il tarixli kassa məxaric orderindən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə iddiaçı tərəfindən 2517 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/3269 saylı məktubdan və xx.xx.2022-ci il tarixli elektron məktubdan müəyyən olunur ki, Cəmiyyət tərəfindən 2517 manat məbləğində sığorta ödənişinin geri ödənilməsi cavabdeh "xxxx" ASC-dən tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş cavabdehin xx.xx.2015-ci il tarixli, 15/875 saylı məktubundan müəyyən olunur ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən “Hyundai Accent” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək dəymiş zərər 1503 manat məbləğində qiymətləndirildiyi, zəruri sənədlər təqdim edildikdən sonra sığorta ödənişinin Cəmiyyətin hesabına ödəniləcəyi bildirilmişdir. Həmin məktubda cavabdeh zəruri sənədlər təqdim edildikdən sonra sığorta ödənişinin Cəmiyyətin hesabına ödəməyə hazır olduğunu bildirməklə, iddianı qismən etiraf etmişdir. Lakin bu günə qədər qeyd edilən məbləğin ödənilməsi təmin edilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün Bakı şəhəri, 14 saylı mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehlə razılıq əldə edilməsi mümkün olmamışdır. xx.xx.2015-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Daewoo Gentra” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Hyundai Matrix” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Hadisə nəticəsində “Hyundai Matrix” markalı, ** GO *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 295 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin sığorta hadisəsi ilə bağlı cavabdeh tərəfindən Cəmiyyətə göndərilən xx.xx.2015-ci il tarixli, 15/958 saylı məktubda şirkətin əməkdaşları tərəfindən “Hyundai Matrix” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək dəymiş zərərin 280 manat məbləğində qiymətləndirildiyini, həmin məbləğdən azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişinin Cəmiyyətin hesabına ödəniləcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş www.isb.az saytından çıxarışdan göründüyü kimi yol-nəqliyyat hadisəsi zamanı “Daewoo Gentra” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti sığortası hadisə baş verən anda "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, “Hyundai Matrix” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilin MİP-2PT- 6456/15 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək 9000 manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2015-ci il tarixli, 044991 saylı arayışından müəyyən olunur ki, “Hyundai Matrix” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobil və “Daewoo Gentra” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli 1031/15 saylı sığorta aktı və xx.xx.2015-ci il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, hadisə nəticəsində “Hyundai Matrix” markalı, ** GO *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 295 manat məbləğində maddi ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, yolnəqliyyat hadisəsi nəticəsində “Hyundai Matrix” markalı, ** GO *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 295 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, BS-C15/1510 saylı məktubdan, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli elektron məktublardan müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Matrix” markalı, ** GO *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 295 manat məbləğində sığorta ödənişinin Cəmiyyətə geri ödənilməsi cavabdehdən tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş cavabdeh "xxxx" ASC tərəfindən Cəmiyyətə göndərilən xx.xx.2015-ci il tarixli, 15/958 saylı məktubdan müəyyən olunur ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən “Hyundai Matrix” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək dəymiş zərər 280 manat məbləğində qiymətləndirilmişdir. Məktubda həmin məbləğdən azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişinin Cəmiyyətin hesabına ödəniləcəyi bildirilmişdir. Həmin məktubda cavabdeh qeyd edilən məbləğdən azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişini Cəmiyyətin hesabına ödəməyə hazır olduğu bildirməklə, iddianı qismən etiraf etmişdir. Lakin bu günə qədər qeyd edilən məbləğin ödənilməsi təmin edilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün Bakı şəhəri, 14 saylı mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehlə razılıq əldə edilməsi mümkün olmamışdır. Bütün qeyd edilən sığorta müqavilələri üzrə borcların ödənilməsi üçün xx.xx.2022-ci il tarixli, BS-S-22/5774 saylı məktubla cavabdeh "xxxx" ASC-yə müraciət etmiş və həmin məktub xx.xx.2022-ci il tarixdə cavabdehin rəsmi qeydiyyat ünvanına çatdırılmışdır. Bununla yanaşı cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün cavabdehə göndərilmiş xx.xx.2022ci il tarixli, BS-S-22/5774 saylı məktub elektron məhkəmə informasiya sistemi vasitəsilə cavabdeh "xxxx" ASC-nin elektron kabinetinə göndərilmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən “Chevrolet Captiva” markalı 99CA599 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 528 manat, “Hyundai Accent” markalı, 90MM369 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 2517 manat, “Hyundai Matrix” markalı, 90GO827 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 295 manat olmaqla, cəmi 3340 manat məbləğində sığorta ödənişinin, 100 manat məbləğində mediasiya xərcinin və 6 manat məbləğində poçt xərcinin tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələbini qismən, yəni cəmiyyət tərəfindən xx.xx.2015-ci il tarixli PSS********** saylı “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “VAZ21703” markalı, 90DG021 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2015-ci il tarixdə baş vermiş hadisə üzrə 470 manat hissəsində qəbul edir, digər hissələrdə isə qəbul etmir. Belə ki, cəmiyyət tərəfindən xx.xx.2015-ci il tarixli PSS********** saylı “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “VAZ21703” markalı, 90DG021 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2015-ci il tarixdə baş vermiş hadisə üzrə 528 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında iddiaçıya ödənilməlidir. Həmin hadisə nəticəsində zərərçəkmiş “CHEVROLET CAPTİVA” markalı, 99CA599 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 470 manat məbləğində qiymətləndirilmişdir. Eləcə də səlahiyyətli dövlət orqanı tərəfindən hadisənin baş verməsini təsdiqləyən inzibati tənbeh vermə barədə qərar cəmiyyətə təqdim edilmişdir. Odur ki, iddiaçı 470 manat zərər məbləği ilə razılaşmasına dair sığorta ödənişi aktını imzalayacağı təqdirdə 470 manat məbləğində sığorta ödənişi ona ödəniləcəkdir. Sözügedən hadisə üzrə iddia tələbi qismən, yəni 470 manat həddində qəbul edir. Cəmiyyət tərəfindən xx.xx.2015-ci il tarixli PSS********** saylı “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “MERCEDES BENZ 903KA” markalı, 05BB990 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2015-ci il tarixdə baş vermiş hadisə üzrə 2517 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında iddiaçıya ödənilməlidir, “icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə uyğun olaraq həmin hadisə nəticəsində zərərçəkmiş “HYUNDAİ ACCENT” markalı, 90MM369 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1503 manat məbləğində qiymətləndirilmişdir. Lakin səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş həmin hadisənin baş verməsini təsdiqləyən inzibati tənbeh vermə barədə qərar və digər sənədlər iddiaçı tərəfindən, eləcə də müvafiq sorğular əsasında səlahiyyətli dövlət orqanı tərəfindən cəmiyyətə təqdim edilməmişdir. Bu səbəbdən də həmin hadisə üzrə iddiaçıya sığorta ödənişinin ödənilməsi hal-hazıradək mümkün olmamışdır. İddiaçı “HYUNDAİ ACCENT” markalı, 90MM369 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişini könüllü sığorta müqaviləsi əsasında ödəmişdir. Həmin ödənişin verilməsi üçün isə səlahiyyətli dövlət orqanının qəbul etdiyi qərarın olması vacib deyil. Lakin “icbari sığortalar haqqında” Azərbaycan Respublikası Oanununun 17-ci maddəsinə əsasən isə mülki məsuliyyətin icbari sığorta ödənişinin ödənilməsi üçün tələb olunan sənədlərin siyahısı dəqiq müəyyən edilmişdir. Həmin siyahıda göstərilmiş sənədlər olmadan sığorta ödənişi ödənilə bilməz. İddiaçıdan “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq həmin hadisə üzrə mülki məsuliyyətin yaranması faktını təsdiq edən sənədlərin (inzibati tənbeh tətbiq etmə barədə qərar, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 24 yanvar 2014-cü il tarixli Q-03 nömrəli Qərarı ilə təsdiq edilmiş səlahiyyətli dövlət orqanının təqdim etdiyi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”), eləcə də hadisə ilə bağlı fotoşəkilləri təqdim etmələrini tələb etsə də, həmin sənədləri cəmiyyətə təqdim etməmişlər. Həmin hadisə üzrə “İcbar sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş mülki məsuliyyətin yaranması faktı təsdiqini tapmadığından iddiaçının sığorta tələbi icra oluna bilməz. Cəmiyyət tərəfindən xx.xx.2015-ci il tarixli PSS********** saylı “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “DAEWOO GENTRA” markalı, 90TV596 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2015-ci il tarixdə baş vermiş hadisə üzrə 295 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında iddiaçıya ödənilməlidir. Həmin hadisə nəticəsində zərərçəkmiş “HYUNDAİ MATRİX” markalı, 90TV596 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 280 manat məbləğində qiymətləndirilmişdir. Lakin həmin hadisə üzrə də yuxarıda qeyd olunan səlahiyyətli dövlət orqanı tərəfindən həmin hadisənin baş verməsini təsdiqləyən inzibati tənbeh vermə barədə qərar və digər sənədlər, eləcə də hadisə ilə bağlı fotoşəkillər cəmiyyətə təqdim edilməmişdir. Bu səbəbdən sözügedən hadisə üzrə iddiaçıya sığorta ödənişinin ödənilməsi hal-hazıradək mümkün olmamışdır. Həmin hadisə üzrə mülki məsuliyyətin yaranması faktı təsdiqini tapmadığından icbari sığorta qanunvericiliyinə əsasən sığorta ödənişi ödənilə bilməz.

9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1559/2023 saylı, 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən “Chevrolet Captiva” markalı 99CA599 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 528 manat və mediasiya xərcinə görə 55,04 manatın tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)- 1559/2023 saylı qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməsini, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iddiasının tam təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə baş vermiş sığorta hadisəsinin törədilməsində “Mercedes Sprinter” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini təsdiq edən elektron portaldan çıxarış və həmin hadisə ilə bağlı cavabdehin sığortaladığı avtomobilin sürücüsünün təqsiri ilə bağlı olan hal, həmçinin,cavabdeh "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, 15/875 saylı məktubu ilə iddianı həmin hissədə qismən etiraf etməsini təsdiq edən hal, eyni zamanda xx.xx.2015-ci il tarixdə “Daewoo Gentra” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai Matrix” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş sığorta hadisəsinə görə cavabdehin sığorta ödənişi etmək niyyətini təsdiq edən xx.xx.2015-ci il tarixli, 15/958 saylı məktubu ilə müəyyən edilməli olan hal aydınlaşdırmamaqla, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri barədə səhv nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə işdə olan sübutlarla müəyyən edilən hallara uyğun deyil. Belə ki, məhkəmə tərəfindən xx.xx.2015-ci il tarixdə baş vermiş sığorta hadisəsinin törədilməsində “Mercedes Sprinter” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, həmin vaxt qüvvədə olan ARİXM-in 151.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini təsdiq edən elektron portaldan çıxarış,cavabdeh "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli sığorta hadisələri ilə bağlı xx.xx.2015-ci il tarixli, 15/875 saylı və xx.xx.2015-ci il tarixli, 15/958 saylı məktubları ilə müəyyən edilən hallar məhkəmənin gəldiyi yekun nəticəyə uyğun deyil.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, sığortalanmış avtomobillərlə bağlı forma-4 arayışı mövcud deyil, hadisələr 2015-ci ildə baş verdiyi üçün bunu təqdim etmələri mümkün deyil. Qarşı tərəf “İcbari sığortalar haqqında” AR Qanununa istinad edərək ödəniş etməkdən imtina edirlər. İnzibati xəta hadisəsinin baş verməsi hazırkı halda şübhə doğurmur. Həmin hadisə nəticəsində “Hyundai Accent” markalı, ** MM *** dövlət nömrə nişanlı avtomobil dəymiş ziyan məbləği Cəmiyyət tərəfindən 2517 manat müəyyən edilmiş, həmin məbləğdə sığorta ödənişi Cəmiyyət tərəfindən ödənilmişdir. Həmin hadisə ilə bağlı elektron portaldan çıxarış və protokol təqdim etmişlər. Hətta bu hadisə ilə əlaqəli qarşı tərəfin ünvanladığı xx.xx.2015-ci il tarixli, 15/875 saylı məktubda şirkətin əməkdaşları tərəfindən “Hyundai Accent” markalı, ** MM *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərək dəymiş zərərin 1503 manat məblğində qiymətləndirildiyi, həmin məbləğdən azdolma məbləği çıxıldıqdan sonra sığorta ödənişini Cəmiyyətin hesabına ödəməyə hazır olduğu bildirilmişdir. Digər “Chevrolet Captiva” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 528 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin zərərə görə yalnız məktub əlavə edilmiş, digər sənədləri əlavə etmək mümkün olmamışdır.

14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, iki cür tənzimlənən münasibətlər var: qanunla və ya müqavilə ilə. Hazırkı hadisə üzrə münasibətlər müqavilədən əmələ gəlmişdir. Belə ki, iddiaçı tərəfdə könüllü tam sığortadır, bizdə isə mülki məsuliyyətin icbari sığortasıdır. “İcbari sığortalar haqqında” AR Qanunun 58-ci maddəsində sığorta ödənişinin həyata keçirilməsi üçün birbaşa tələblər müəyyən edilmişdir. Hazırkı iş üzrə belə tələblər mövcud deyil. Həmin Qanunun 17-ci maddəsinə qeyd olunmuşdur ki, forma-4 arayışı olmadığı təqdirdə ödənişin həyata keçirilməsi mümkün deyildir. Çünki bu arayış təqdim olunduqdan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq olunmalıdır. “İcbari sığortalar haqqında” AR Qanunun 18-ci maddəsində qeyd edilir ki, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

16. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

17. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

18. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

19. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

20. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

21. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən icbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir: 17.1.1. aşağıdakı məlumatları əks etdirən sığorta tələbi: 17.1.1.1. icbari sığorta şəhadətnaməsinin tarixi və nömrəsi; 17.1.1.2. icbari sığortanın növü; 17.1.1.3. sığortalının adı; 17.1.1.4. sığorta olunanın adı; 17.1.1.5. sığorta hadisəsi hesab edilə bilən halın baş vermə yeri, tarixi və vaxtı; 17.1.1.6. sığorta hadisəsi hesab edilə bilən halın təfsilatı və səbəbi; 17.1.1.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində dəyən zərərin təsviri və əgər mümkündürsə, ehtimal olunan zərərin məbləği. 17.1.3. sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin surəti; 17.1.4. bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış;; 17.1.5. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı zərərin məbləğini təsdiqləyən sənəd; 17.1.6. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxsin və ya sığorta olunanın sağlamlığına dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti; 17.1.7. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxs və ya sığorta olunan öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri; 17.1.8. müvafiq hallarda üçüncü şəxs və ya sığorta olunan sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində sağlamlığına zərər dəyməsi üzündən 3 il ərzində öldükdə, onun ölümünün hadisə ilə səbəb əlaqəsində olmasını təsdiq edən tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri; 17.1.9. mülki məsuliyyətin icbari sığortası üzrə sığortalı və ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti; 17.1.10. faydalanan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun nümayəndəsinə verilmiş müvafiq etibarnamə və həmin nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti; 17.1.11. bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş digər sənədlər.

24. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

25. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişinin verilməsi üçün bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq sənədlərlə yanaşı, sığorta olunanın sürücülük vəsiqəsinin surəti də tələb olunur.

26. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

27. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

29. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

30. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.

31. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə əsassızdır.

34. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçıda kasko sığorta növü ilə sığortalanmış “HYUNDAİ ACCENT” markalı, 90MM369 dövlət qeydiyyat nişanlı və “HYUNDAİ MATRİX” markalı, 90GO827 dövlət qeydiyyat nişanlı avtomobillərlə cavabdehdə icbari sığorta növü ilə sığortalanmış 05BB990 dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı, 90TV596 dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı yolnəqliyyat hadisələri baş vermiş və hadisələr nəticəsində avtomobillərə ziyan dəymişdir.

35. Sığorta müqavilələrinə əsasən iddiaçı tərəfindən sığortalılara “HYUNDAİ MATRİX” markalı, 90GO827 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə 295 manat və “HYUNDAİ ACCENT” markalı, 90MM369 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə 2517 manat məbləğində sığorta ödənişləri ödənilmişdir.

36. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2015-ci il tarixli 15/958 saylı məktubun surətindən görünür ki, iddiaçıda sığortalanmış “Hyundai Matrıx" markalı 90GO827 dövlət qeydiyyat nişanlı və “Daewoo Gentra" markalı 90TV596 dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə xx.xx.2015-ci il tarixində yol nəqliyyat hadisəsi baş vermişdir. Hal-hazırda baş vermiş yol nəqliyyat hadisəsi cavabdeh tərəfindən araşdırılır və aidiyyatı orqanlara müvafiq sorğular göndərilmişdir. Bununla əlaqədar “Qafqaz Ticarət MMC” tərəfindən avtomobilə dəymiş maddi ziyan 280 manat məbləğində qiymətləndirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 280 manatdan azadolma məbləğini çıxmaqla sığorta ödənişini iddiaçıya ödəməyə hazırdır.

37. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2015-ci il tarixli 15/875 saylı məktubun surətindən görünür ki, iddiaçıda sığortalanmış “Hyundai Accent" markalı 90MM369 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Mercedes Sprinter” markalı 05BB990 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2015-ci il tarixində yol nəqliyyat hadisəsi baş vermişdir. Hal-hazırda baş vermiş yol nəqliyyat hadisəsi cavabdeh tərəfindən araşdırılır və aidiyyatı orqanlara müvafiq sorğular göndərilmişdir. Bununla əlaqədar əməkdaşı “Bakı Sığorta" ASC-də sığortalanmış avtomobilə dəymiş maddi ziyanın qiymətləndirilməsində iştirak etmək üçün xx.xx.2015-ci il tarixində “Bakı Servıs” təmir servisində “Hyundai Accent" markalı 90MM369 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmiş və avtomobilə dəymiş maddi ziyan 1503 manat məbləğində qiymətləndirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq zəruri sənədlər təqdim olunduqdan sonra sığorta ödənişi məbləği hesablanıb, azad olma məbləği çıxılmaqla qanunvericiliyə uyğun olaraq son sənəd daxil olduğu tarixdən 7 (yeddi) ış günü ərzində həyata keçiriləcəkdir.

38. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsində icbari sığorta ödənişinin hansı sənədlər əsasında həyata keçirilməsi göstərilmişdir.

39. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıdan göstərilən iki avtomobil üzrə sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 24 yanvar 2014-cü il tarixli Q-03 nömrəli Qərarı ilə təsdiq edilmiş səlahiyyətli dövlət orqanının təqdim etdiyi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış və s.), verilməsi tələb olunsa da, iddiaçı tərəfindən həmin sənədlər cavabdehə, həmçinin məhkəməyə təqdim olunmamışdır.

40. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan göstərilən iki avtomobil üzrə sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin verilməsi tələb olunsa da, iddiaçı tərəfindən həmin sənədlər cavabdehə, həmçinin məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, sığorta ödənişinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim olunmadan həyata keçirilməsi qanunazidd olduğundan iddia tələbi, “HYUNDAİ ACCENT” markalı, 90MM369 dövlət qeydiyyat nişanlı və “HYUNDAİ MATRİX” markalı, 90GO827 dövlət qeydiyyat nişanlı avtomobillərlə bağlı sığorta ödənişinin ödənilməsi hissələrində təmin oluna bilməz.

41. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, iddiaçının apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

43. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1559/2023 saylı, 17 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar