Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-659/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçının nümayənəsi və vəkili Nümayəndə3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Şirkətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-402/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC Cavabdeh Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Baker Huges Services İnternational LLC” şirkətindən İddiaçı MMC-nin xeyrinə kimyəvi saxlama anbarı üçün quraşdırılmış 11 ədəd sürüşmə qapılarına görə yaranmış 86.152 manat əsas borcun və hesablanmış 10.473,1 manat faiz borcunun, cəmi 96.625,1 manat pulun; yeni sement bazasında kimyəvi anbarın (66x15x5m) tikintisinə görə yaranmış 65.056 manat əsas və 8.552,9 manat faiz borcunun, cəmi 73.608,9 manat pulun; emalatxana arxasına beton plitələrin (33x25m) qurşadırılmasına görə yaranmış 60.425 manat əsas və 9.478,7 manat faiz borcunun,cəmi 69.903,7 manat pulun; anbar və emalatxana arasında beton plitələrin (17x21m) quraşdırılmasına görə yaranmış 26.405 manat əsas və 3.598,1 manat faiz borcunun, cəmi 30.003,1 manat pulun; ehtiyat hissələri anbarının (15x15m) inşasına görə yaranmış 45.717 manat əsas və 6.229,5 manat faiz borcunun, cəmi 51.946,5 manat pulun; kimyəvi anbar üçün əlavə sahənin (15x15m) inşasına görə yaranmış 37.625 manat əsas və 5.126 manat faiz borcunun,cəmi 42.751 manat pulun; kimya anbarının (24x20m) inşasına görə yaranmış 64.282 manat əsas və 9.006.5 manat faiz borcunun,cəmi 73.288,5 manat pulun; yeni sementləmə sahəsində beton plitələrin (4387 kv.m.) quraşdırılmasına görə yaranmış 353.575 manat əsas və 43.711 manat faiz borcunun, cəmi 397.286 manat pulun; yeni yuyucu üçün (81x30m) kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin (2.430 kv.m.) quraşdırılmasına görə yaranmış 182.230 manat əsas və 22.528,4 manat faiz borcunun, cəmi 204.758,4 manat pulun; yeni yuma sahəsi arxasında çınqılların (81x81m) döşənməsinə görə yaranmış 15.240 manat əsas və 1.800 manat faiz borcunun,cəmi 17.040 manat pulun; yerləşdirmə sahəsində (“Lay down area”) çınqılların (5.008 kv.m.) döşənməsinə görə yaranmış 114.840 manat əsas və 14.197,4 manat faiz borcunun,cəmi 129.037,2 manat pulun; yeni yuma sahəsi hasarının (60x3m) quraşdırılmasına görə yaranmış 15.128 manat əsas və 2.061 manat faiz borcunun,cəmi 17.189 manat pulun; icarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə hesablanmış 525.528 manat borcun, cəmi 1.736.785,8 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. 14.11.2023-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh “Baker Huges Services İnternational LLC” şirkətindən İddiaçı MMCnin xeyrinə: 1. Kimyəvi saxlama anbarı üçün quraşdırılmış 11 ədəd qapı üçün 86.152 manat əsas borc və 12.755,8 manat faiz borcu, cəmi 98.907,8 manat; 2. Yeni sement bazasında Kimyəvi anbarın tikintisi (66x15x5m) işlərinə görə, 108.820 manat əsas borc və 19.235,9 manat faiz borcu, cəmi 128.055,9 manat; 3. Emalatxana arxasına beton plitələrin quraşdırılması (33x25m) işlərinə görə, 60.425 manat və 11.849 manat faiz borcu, cəmi 72.274 manat; 4. Anbar və emalatxana arasında beton plitələrin quraşdırılması (17x21m) işlərinə görə, 26.405 manat əsas borc və 5.202 manat faiz borcu, cəmi 31.607 manat; 5. Ehtiyat hissələri anbarının inşası (15x15 m) işlərinə görə, 45.622 manat əsas borc və 8.190 manat faiz borcu, cəmi 53.812 manat; 6. Kimyəvi anbar üçün əlavə sahənin inşası (15x11m) işlərinə görə, 27.305 manat əsas borc və 4.776,7 manat faiz borcu, cəmi 32.081,7 manat; 7. Kimya anbarının inşası (24x20m) işlərinə görə, 67.586 manat əsas borc və 12.429,2 manat faiz borcu, cəmi 80.015,2 manat; 8. Yeni sementləmə sahəsində beton plitələrin quraşdırılması (106,6m x42m=4387 kv.m.) işlərinə görə 358.955 manat əsas borc və 60.319 manat faiz borcu, cəmi 419.274 manat; 9. Yeni yuyucu üçün (81x30m) kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin quraşdırılması (2.430 kv.m.) işlərinə görə, 160.350 manat əsas borcu və 27.615,9 manat faiz borcu, cəmi 187.965,9 manat; 10. Yeni yuma sahəsi arxasında çınqılların döşənməsi (81x8m) işlərinə görə, 15.240 manat əsas borc və 2.462 faiz borcu, cəmi 17.702 manat; 11. Yerləşdirmə sahəsində (“Lay down area”) çınqılların döşənməsi (107mx51m=5.457 kv.m.) işlərinə görə 115.340 manat əsas borc və 19.449,8 manat faiz borcu, cəmi 134.789,8 manat; 12. Yeni yuma sahəsi hasarının quraşdırılması (60x3m) işlərinə görə 16.236 manat əsas borc və 2.906,2 manat faiz borcu, cəmi 19.142,2 manat; 13. İcarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə 642.312 manat əsas borc, ümumilikdə, ƏDV-siz 1.917.939,5 manat məbləğində pulun tutulması; 14. Ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqının cavabdehə aid edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-402/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Şirkətindən: Kimyəvi saxlama anbarı üçün quraşdırılmış 11 ədəd qapıya görə 86.152 manat əsas borc, 4897,68 manat faiz borcu, cəmi 91.049,68 manat məbləğində pul vəsaiti, Kimyəvi anbarının inşası işlərinə görə 108.820 manat məbləğində əsas borc, 6.186,34 manat məbləğində faiz borcu, cəmi 115.006,34 manat məbləğində pul vəsaiti, Emalatxana arxasına beton plitələrin quraşdırılması işlərinə görə 60.425 manat əsas, 2739,82 manat faiz borcu, cəmi 63.164,82 manat məbləğində pul vəsaiti, Anbar və emalatxana arasında beton plitələrin quraşdırılması işlərinə görə 26.405 manat əsas borc, 1197,27 manat faiz borcu, cəmi 27.602,27 manat məbləğində pul vəsaiti, ehtiyat hissələri anbarının inşası işlərinə görə 45.622 manat əsas borc, 2068,61 faiz borcu, cəmi 47.690,61 manat məbləğində pul vəsaiti, kimyəvi anbar üçün əlavə sahənin inşası işlərinə görə 27.305 manat əsas borc, 1238,08 manat faiz borcu, cəmi 28.543,08 manat məbləğində pul vəsaiti, kimya anbarının inşası işlərinə görə 67.586 manat əsas borc, 3064,52 faiz borcu, cəmi 70.650,52 manat məbləğində pul vəsaiti, Yeni sementləmə sahəsində beton plitələrin quraşdırılması işlərinə görə 358.955 manat əsas borc, 16.275,9 manat faiz borcu, cəmi 375.230,9 manat məbləğində pul vəsaiti, Yeni yuyucu üçün kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin quraşdırılması işlərinə görə 160.350 manat əsas borc, 7270,66 manat faiz borcu, cəmi 167.620,66 manat məbləğində pul vəsaiti, Yeni yuma sahəsi arxasında çınqılların döşənməsi işlərinə görə 15.240 manat əsas borc, 691 manat faiz borcu, cəmi 15.931 manat məbləğində pul vəsaiti, Yerləşmə sahəsində çınqılların döşənməsi işlərinə görə 115.340 manat əsas borc, 5229,8 manat faiz borcu, cəmi 120.569,8 manat məbləğində pul vəsaiti, Yeni yuma sahəsinin hasarının quraşdırılması işlərinə görə 16.236 manat məbləğində əsas borc, 736,18 manat məbləğində faiz borcu, cəmi 16.972,18 manat məbləğində pul vəsaiti, ümumilikdə 1.140.031,86 manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 480 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 570 manat pul vəsaiti tutularaq İddiaçınə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 60 manat hissəsi Cavabdeh Şirkətindən, 40 manat hissəsi isə İddiaçı MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
4. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri 5.Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, a. MM-in 445.7-yə görə faiz məbləğinin hesablanmalı olduğu tarixlə bağlı, məhkəmə, tərəflər arasında bağlanmış müqaviləyə və elektron qaimələrin təqdim edildiyi tarixlərə istinadən bəzi işlərə görə ödənişlərin (1 dekabr 2023-cü il tarixinədək) 415 gün, bəzilərinin isə, 331 gün gecikdirildiyini göstərmişdir. Halbuki məhkəmə mübahisəsindən əvvəl və prosesin gedişində belə, cavabdeh borcunun/öhdəliyinin mövcudluğunu qəbul etməmişdir. Başqa sözlə, cavabdehin borclu olduğu 1 milyondan artıq pul vəsaitini ödəməməsi, iddiaçının ona lazımı ödəniş sənədlərini təqdim edə bilməməsindən (özü də, iddiaçıdan deyil, elə cavabdehin özündən asılı olan səbəbdən!) deyil, cavabdehin öhdəliyinin olmadığını əsassız olaraq irəli sürməsindən qaynaqlanmışdır. Cavabdeh 11 ədəd qapıya görə satınalma sifarişlərini təqdim etməmişdir. Halbuki 11 ədəd qapıya görə təhvil aktlarını artıq imzalamışdı, yəni işi qəbul etmişdi. Cavabdeh digər podrat işlərinə görə, nə rəsmi satınalma sifarişi/po təqdim etmiş, nə də, sifariş verdiyi bu işləri qəbul etdiyinə dair təhvil aktlarını tərtib etməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin 2.3-cü bəndində əks olunmuş “düzgün hazırlanmış hesab” ifadəsi bütün sənədlərin (satınalma sifarişi, təhvilaktı, e-qaimə vs.) cavabdehə təqdim edilməsini ifadə edir. Maraqldıır ki, bu sənədləri iddiaçı, cavabdehin əvəzinə hazırlaya bilməzdi. Belə çıxır ki, cavabdeh həm sənədləri hazırlamayacaq, həm də, bu vəziyyətdən öz lehinə istifadə edəcək. Məhkəmə öz mövqeyi ilə də ziddiyyətə düşmüşdür: e-qaimə 2023-cü ilin iyulunda təqdim edildikdən sonra da, cavabdeh öhdəliyini icra etməmişdir. əgər məsələ e-qaimə ilə həll olunası məsələ idisə, onda məhkəmənin mövqeyinə görə, cavabdeh e-qaiməni aldığı tarixdən 90 gün ərzində pulu ödəməliydi və ya ən azı, niyə ödəmədiyini (sənədlərdə natamamlıq var vs. “bəhanəsi” ilə) iddiaçıya bildirməliydi. Bunların heç biri olmayıb. Məhkəmə qapılara görə satınalma sifarişlərinin təsdiq edilməsi barədə iddiaçının cavabdehə 2020-ci ilin sonundan başlayaraq yazdığı “email”-lərə heç bir qiymət verməmişdir. b. konteynerlərlə bağlı hissədə, hakim, öz gözü ilə gördüyü faktı inkar etmişdir. Belə ki, iş materiallarını açıq-aşkar təhrif edərək 2018-ci ildə satılmış 2 ədəd konteynerdən yalnız birinin 2018-ci ilin fevralında cavabdehə təhvil verildiyini qeyd etmişdir. Məhkəmə konkret sübuta istinad etməsə də, böyük ehtimal, 11 yanvar 2018-ci il tarixli, ********** nömrəli satınalma sifarişi əsasında satılmış konteynerin 2018-ci ilin 13 fevralında təqdim edildiyini nəzərdə tutmuşdur. Halbuki məhkəmə 15 yanvar 2018-ci il tarixli, **********3 nömrəli satınalma sifarişi əsasında cavabdehə satılmış və pps bazasına (“sangachal landfall”a deyil!) təchiz edilmiş digər konteynerin də, 2018-ci ilin fevralında təhvil verildiyini görməyə bilməzdi! Niyə? - ona görə ki işdə satınalma sifarişindən (po) və təhvil aktından (“delivery note”-dan) başqa iddiaçının cavabdehə təqdim etdiyi qiymət təklifi (quatation), invoys və e-qaimə vardır: iddiaçının qiymət təklifinin tarixi və nömrəsi: 24 oktyabr 2017; № q089/bh17. eqaimənin tarixi və nömrəsi: 25 fevral 2018; № 264173. 23.3. İddiaçının bu konteynerə görə ödəniş üçün təqdim etdiyi 002/bh18 nömrəli invoysun tarixi: 05 mart 2018-dir. Göründüyü kimi, bu konteynerin cavabdehə təqdim edildiyi tarix 2018-ci ilin fevral ayıdır; yəni 9 ədəd konteyner hələ icarədə olarkən, bu konteyner sifariş verilmiş və cavabdeh tərəfindən satın alınmışdır. Bir sözlə, bu konteynerlə icarədə olan 9 ədəd konteynerin heç bir əlaqəsi olmadığı ortadadır. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər: MM-in 697.2. Bu hissədə məhkəmənin gəldiyi nəticənin əsassızlığı faktlar və mülahizələr olaraq iki ayrı qrupda ifadə edilməlidir. Ancaq burada diqqət edilməli məqam ondan ibarətdir ki, işdəki faktlar (xüsusilə də, 3 ədəd konteynerin cavabdehə məxsus bazada aşkar edilməsi) bu məsələdə tərəflərin “locate/yerləşdirmə” kəlməsi üzərindəki mülahizələrini ikinci plana keçirməkdədir. Çünki işdəki faktlar o qədər barizdir ki, mülahizəyə ehtiyac duymur. Beləliklə də, məhkəmə faktlardan hərəkətlə MM-in 697.2-ci maddəsini tətbiq etməli olduğu halda, bunu etməmiş, maddi hüquq pozuntusuna yol vermişdir. Faktlar 1. 10- 462402 5 (20 funt ölçüdə) seriyalı konteyner (sertifikat (ndt report) tarixi və nömrəsi: t.: xx.xx.2017; № mt-373/01) və c280894 (20 funt ölçüdə)/ tualet qismində istifadə edilən konteyner (sertifikat (ndt report) tarixi və nömrəsi: t.: xx.xx.2017; № mt-320/07), eləcə də, fotoşəkil vasitəsilə eyniləşdirilən və cavabdehin bazada arxiv kimi istifadə etdiyi konteynerin cavabdehin bazasında olduğu mübahisəsizdir. Məhkəmə bu faktı bilavasitə özü aşkar etmişdir. 2. Hər üç konteynerin iddiaçıya məxsus olması və “sangachal landfall” ərazisində istifadə edilməsi mübahisəsizdir. Eyni zamanda, iddiaçıya məxsus olan digər 6 ədəd konteynerin cavabdehin bazasında aşkar edilməməsi, cavabdehin həmin konteynerlərdə müxtəlif layihələrdə istifadə etməsinə birbaşa dəlalət etməkdədir. 3. Cavabdeh, məhkəməyə 3 ədəd konteynerin satışı ilə bağlı sənədlər (hesab-faktura, e-qaimə, təslim aktı) təqdim etmişdir. Məhkəmənin yerli baxış zamanı işdə hər üç konteynerə dair satınalma sifarişləri (11 yanvar 2018-ci il tarixli, ********** nömrəli; 15 yanvar 2018-ci il tarixli, **********3 nömrəli; 19 mart 2019-cu il tarixli, ********** nömrəli) vardır. Diqqət, bu satınalma sifarişləri cavabdehə aid sənədlər olsa da, cavabdeh məqsədli şəkildə bu sənədləri məhkəməyə təqdim etməmişdir. Məqsəd, məhkəməni aldatmaq olmuşdur! Niyə? Ona görə ki, 11 yanvar 2018-ci il tarixli, ********** nömrəli və 15 yanvar 2018-ci il tarixli, **********3 nömrəli satınalma sifarişlərində satılan 2 konteynerin çatdırılma məntəqəsi dəqiq göstərilmişdir: pps bazasi! yəni “sangachal landfall” ərazi deyil! 19 mart 2019-cu il tarixli, ********** nömrəli satınalma sifarişində isə, bu barədə qeyd yoxdur. Ancaq buna ehtiyac da yox idi. Çünki 2019-cu ildə cavabdeh “sangachal landfall” ərazisində onsuz da fəaliyyət göstərmirdi. Digər tərəfdən, həmin satınalma sifarişinə görə təqdim edilmiş xx.xx.2019cu il tarixli, 006/bh19 nömrəli invoysda sözügedən konteynerdə görülən işlərə (invoysun 6-cı bəndi) istinad vardır. Həmin işlərin pps bazasında görüldüyü də, açıq şəkildə göstərilmişdir. Yeri gəlmişkən, 2019-cu ilin martında satılan konteynerdə iddiaçı tərəfindən quraşdırma (qapıların, plastik panellərin quraşdırılması, konteynerin rənglənməsi, istilik izolyasiyası vs.) işləri görüldüyü mübahisəsizdir. Yuxarı abzasda istinad etdiyi invoysdan və q043/bh18 nömrəli, xx.xx.2018-ci il tarixli qiymət təklifindən bu açıq-aşkar görünür. Deməli, iddiaçı, bu (adi) konteyneri cavabdehin sifarişi ilə ofis məqsədilə istifadə edilə biləcək konteynerə çevirmişdir, “sangachal landfall” ərazisində istifadə edilmiş olan konteynerlərdə bu cür işlərin görülməsinə ehtiyac olmamışdır. Çünki həmin konteynerlərdə icarədən əvvəl artıq bu kimi işlər görülmüşdü. Göründüyü kimi, bu konteynerin, ən azı, tarix baxımından, icarədə olan konteynerlərlə əlaqəsi olmadığı, ortadadır. Məhkəmənin gəldiyi nəticənin əsassızlığına haqq qazandırmaq üçün satınalma sifarişlərindəki “çatdırılma şərti: cpt” qeydinə istinadı açıq-aşkar ağlasığmazdır. Çünki 18 ay davam edən məhkəmə prosesi boyunca ümumiyyətlə, bu qeyd, müzakirə predmeti belə olmamışdır. Məhkəmənin öz qətnaməsində belə “sürpriz dəlil”ə istinad etməsi konteynerlər hissəsindəki faktları araşdırmadığını bir daha təsdiqləyir. Bu azmış kimi, məhkəmə beynəlxalq alqı-satqı müqavilələrinin icrasında istifadə edilən incoterms şərtlərindən biri olan “cpt” şərtini açıqlamağa lüzum belə hiss etməmişdir. Maraqlıdır, məhkəmə “cpt” şərtinə niyə istinad etmişdir?! İşdəki satınalma sifarişlərinin demək olar ki, hamısında “cpt” şərti vardır və bu işlərin hamısı da, cavabdehin bazasında və “sangachal landfall” ərazisində görülmüşdür. Yəni işlərin görülməsinin son təyinat yeri məhz cavabdehin bazası və ya iş gördüyü “sangachal landfall” ərazisi olmuşdur. Məhkəmə qətnamədə göstərir: “... icarə müddəti bitdikdən və konteynerlər iddiaçıya təhvil verildikdən sonra həmin konteynerlərin alqı-satqı müqaviləsi əsasında cavabdehə təqdim edilməsi istisna olunmur”. Bu iqtibası qeyd etmə səbəbi, məhkəmənin istifadə etdiyi “istisna olunmur” ifadəsidir. Maraqlıdır, işdəki sübutlar əsasında faktları müəyyən etməli olan məhkəmə nə vaxtdan “istisna olunmur” şəklində bir qiymətləndirmə aparmağa özünü səlahiyyətli sayır?! Məhkəmə işdəki sübutlar əsasında ya faktı müəyyən edir, ya da etmir; hakimin, ehtimala əsaslanmaq səlahiyyəti yoxdur. Məhkəmənin təhvil aktında “locate/yerləşdirmə” ifadəsi, habelə konteynerləri geri tələb etməməsi ilə bağlı apardığı qiymətləndirmə də, heç bir sübuta əsaslanmır. Nəhayət, məhkəmənin 12 dekabr 2023-cü il tarixdə cavabdehin konteynerlər hissəsində iddia müddətinin tətbiqinə dair verdiyi ərizəni görməzdən gəlməsi anlaşılmazdır. Bu barədə mövqeyi aşağıda ətraflı qeyd edir. Ancaq cavabdehin bu barədə ərizəsinin prosessual deyil, ancaq maddi hüquqi mənada tələbi qəbul etdiyinin açıq-aşkar dəlili olmasına baxmayaraq məhkəmə bunu da diqqətdən kənar saxlamıdşır. Üstəgəl, ərizənin verilmə tarixi (xx.xx.2023) də bu dərəcədə diqqətəlayiqkən! Göründüyü kimi, bu satınalma sifarişləri üzrə satılmış konteynerlərin “sangachal landfall” ərazisində icarədə olmuş konteynerlərlə heç bir əlaqəsi yoxdur! Bunu çox asanlıqla müəyyənləşdirə bilərik: 2018-ci ilin yanvarında satılmış 2 ədəd konteyner üzrə iddiaçının qiymət təkliflərinin tarixləri 2017-ci ilin oktyabr ayına, cavabdehin satınalma sifarişlərinin tarixləri isə, 2018-ci ilin yanvar ayına təsadüf edir. Aydındır ki, bu dövrdə artıq 9 ədəd konteyner icarədə idi. Deməli, bu konteynerlərin “sangachal landfall” ərazisi ilə heç bir əlaqəsi yoxdur. Əks halda, belə çıxır ki, cavabdeh satın aldığı konteynerlərə görə həm də icarə haqqı ödəyib? Bu isə, tam məntiqsizdir! Digər 1 ədəd konteyner üzrə isə, iddiaçının qiymət təklifi 12 sentyabr 2018-ci, satınalma sifarişi isə, 19 mart 2019-cu ildə verilmişdir. “sangachal landfall” ərazisi 2018-ci ilin mart ayının ortasından etibarən cavabdeh tərəfindən boşaldılmağa başlanılmışdır. Bu konteynerin ofis konteyneri vəziyyətinə gətirilməsi cavabdeh tərəfindən sifariş edilmiş və iddiaçı bu işləri görmüşdür. Aydındır ki, “sangachal landfall” ərazisində icarədə olmuş konteynerlərdə bu cür işlərin görülməsinə zərurət yox idi. Diqqət edilsin ki, müvafiq sertifikatlar bp şirkətinin tələbi əsasında hazırlanmış və təqdim edilmişdir. başqa sözlə, bp-nin standartlarına görə “sangachal landfall” ərazisində istifadə edilən bütün konteynerlər müvafiq sertifikatlaşdırmadan keçməli idi. Buna görə də, cavabdehə həmin 9 ədəd konteynerə dair sertifikat təqdim edilmişdir. Əks halda, 9 ədəd konteynerin “sangachal landfall” ərazisində cavabdeh tərəfindən istifadəsi mümkün olmazdı. Cavabdeh özü isə, satın aldığı konteynerlər üçün belə bir sertifikat tələb etməmişdir. Beləliklə, cavabdehin əməkdaşı Qasımovaya göndərilmiş sertifikatlar məhz “sangachal ladfall” ərazisində icarə əsasında cavabdehin istifadə etdiyi konteynerlərlə bağlı olmuşdur. Bunun üçün göndərilmiş “e-mail”in başlığına nəzər salmaq kifayətdir. İş materiallarında çoxsaylı “e-mail” yazışmaları vardır: 10 iyul 2017-ci il tarixində cavabdehin səlahiyyətli şəxsi binu joseph, digər əməkdaş nərgiz qasımovaya “e-mail” yazaraq “sangachal landfall” ərazisinə giriş icazəsi almaq üçün iddiaçının müvafiq işçisinin/işçilərinin şəxsiyyət vəsiqəsinin/vəsiqələrinin surətlərinin təqdim olunmasının təmin edilməsini xahiş edir. Nərgiz Qasımova, müvafiq sənədlərin təqdim edilməsi barədə iddiaçının direktoru Elşən İbrahimova 11 iyul 2017-ci il, saat 09:09-da “e-mail” yazır. Elşən ibrahimov həmin tarixdə, saat 09:23-də işçisinin şəxsiyyət vəsiqəsi (pdf formatda) qoşulmuş “e-mail”i nərgiz qasımovaya göndərir. “email”lər “e-məhkəmə sistemi”nə 02 may 2023-cü il tarixində yüklənmişdir. Sistemdəki sıra nömrəsi: 100. qeyd: bu e-mail nəyi təsdiqləyir? – hətta iddiaçı öz işçisinin belə “sangachal landfall” ərazisinə giriş icazəsini bp şirkətindən bilavasitə/birbaşa əldə etmək imkanına malik olmayıb, o ki qaldı, həmin əraziyə konteyner daşısın və konteyner yerləşdirsin! Cavabdehin əməkdaşı George Thomas, digər əməkdaş Nərgiz Qasımovaya 28 avqust 2017-ci il tarixdə, saat 21:00-da “e-mail” yazaraq iki ədəd 40 və 20-lik deponu/çəni təhvil almaq məqsədilə (mətndə “take delivery of ...” ifadəsi işlədilmişdir) iki yük maşınını göndərdiyini bildirmişdir. Eyni zamanda, həmin “e-mail”də tualet bloklarının isə, cümə axşamı (31-i) təhvil alınacağı vurğulanmışdır. cavabdehin əməkdaşı Nərgiz Qasımova 29 avqust 2017-ci ildə, saat 17:04-də iddiaçının direktoru E.İbrahimova “e-mail” yazaraq 30 avqust 2017-ci il tarixində, səhər 08:30-da sahə nəzarətçisi tural bəy və komandasının təlimatın keçirilməsi məqsədilə “sangachal landfall” ərazisinə göndərilmələrini və bəzi işlərin görülməsinə başlanılmasını xahiş etmişdir. “e-mail”lər “e-məhkəmə sistemi”nə 02 may 2023-cü il tarixində yüklənmişdir; sistemdəki sıra nömrəsi: 101. qeyd: bu e-mail nəyi təsdiqləyir? – depoların və tualet bloklarının “sangachal landfall” ərazisinə daşınması və yerləşdirilməsi bilavasitə cavabdeh tərəfindən həyata keçirilmişdir! İddiaçının işçiləri həmin əraziyə daxil olma icazələri cavabdeh tərəfindən alınmışdır. İşçilər yalnız həmin ərazidəki konteynerlərdə quraşdırma işlərini görmək imkanına malik olmuşlar. Cavabdehin əməkdaşları George Thomas və nərgizqasımova arasındakı 28 avqust 2017-ci il tarixdə, saat 08:12-də baş tutmuş təsdiqləmə/yeniləmə xarakterli “e-mail” yazışmasının bəzi bölmələri aşağıdakı kimidir: “2 ədəd 20-lik konteyneri qaldırdıq (lifting); bu axşam, 40-lıq və 20-likdən birini qaldıra bilərikmi – təsdiq edildikdən sonra yük maşınları(trailers) göndəriləcək – bəli, əlbəttə, qalan konteynerləri 1 saat qabaqcadan xəbər verməklə təhvil alına bilər”. “email”, “e-məhkəmə sistemi”nə 02 may 2023-cü il tarixində yüklənmişdir; sistemdəki sıra nömrəsi: 102. qeyd: bu e-mail nəyi təsdiqləyir? – konteynerlərin “sangachal landfall” ərazisinə daşınması və qaldırılması(liftinqi) cavabdeh tərəfindən həyata keçirilmişdir. 4.4. cavabdehin əməkdaşlarıgeorge thomas tərəfindən nərgizqasımovaya yazılmış 30 avqust 2017-ci il tarixli (saat 15:35) “e-mail” yazışmasının mətni aşağıdakı kimidir: “nərgiz, zəhmət olmasa aşağıdakıları təsdiqləyə bilərsiniz, çünki bp çatdırılma tarixləri ilə bağlı cavab verməyimizi xahiş edib: 1. generatorun təhvil verilməsi – 30 – avqust 2. tualet blokunun tamamlanması – 31 avqust 3. tualet blokunun əraziyə çatdırılması – 1 sentyabr 4. dizel çəni/su çəninin təhvil verilməsi – 5 sentyabr 5. generator üçün mühafizə – 5 sentyabr 6. 40' dəyişmə otağı / yeməkxana - 6 sentyabr 7. naqillərin/santexnika işlərinin tamamlanması – 6 sentyabr 8. ofis təsisatının istifadəyə hazır olması- 7 sentyabr 9. ofis ləvazimatlarının çatdırılması – 7 sentyabr (təqdim olunan siyahıya uyğun olaraq) 10. dizel çəni üçün mühafizə – 10 sentyabr təhvil alma (qəbul) məntəqəsi barədə məlumat versəniz, biz yük maşınlarını(“trailers”) təşkil edəcəyik. hörmətlə, george”. Cavabdehin əməkdaşı nərgizqasımova tərəfindən digər əməkdaş george thomas-a ünvanlanmış 01 sentyabr 2017-ci il tarixli (saat 20:47) “email”də deyilir: “razılaşdığımız kimi, bu gün onu kiçik aksessuarlarla ərazidə təhvil verməyi planlaşdırırdıq, lakin külək səbəbindən ləğv edildi. 40-lıq konteyner və tütünçəkmək üçün ayrılmış qapalı qurğu kimi - tam hazırdır və külək səbəbindən çatdırılmamışdır. sergey bu gün ərazidə heç bir qaldırma (lifting) əməliyyatına icazə verilmədiyini bildirdi”. “e-mail”, “e-məhkəmə sistemi”nə 02 may 2023-cü il tarixində yüklənmişdir; sistemdəki sıra nömrəsi: 102. qeyd: bu e-mail nəyi təsdiqləyir? – “sangachal landfall” ərazisində konteyner daşınması və qaldırma (lifting) işləri əvvəlcədən planlaşdırılır. Bp şirkətinin icazəsi olmadan orada heç bir iş görülə bilməz! Cavabdehin əməkdaşı nərgiz qasımova tərəfindən digər əməkdaş george thomas və iddiaçının direktoru e. ibrahimova ünvanlanmış 02 sentyabr 2017-ci il tarixli (saat 18:29) “e-mail” mətni aşağıdakı kimidir: “george, məmnuniyyətlə. müzakirə edildiyi kimi, tualet bloku bu gün təhvil alınmağa hazırdır. mən bu “e-mail”in surətini konteyner və işçi qüvvəsini təmin edən şirkətin sahibi olan elşən bəyə göndərirəm. mübariz, tural, konteynerlər və s. ilə bağlı hər hansı bir problem varsa, onu da məlumatlandırın ki, çatdırılma vaxtı və s. ilə əlaqəli yalnış anlaşılmaların qarşısını ala bilək. mübarizdən xahiş etdim ki, sergeyə zəng etsin və mobilizasiya üçün sabah səhər saatınırazılaşdırsın. təşəkkürlər nərgiz” “e-mail”, “e-məhkəmə sistemi”nə 02 may 2023cü il tarixində yüklənmişdir; sistemdəki sıra nömrəsi: 102. qeyd: bu e-mail nəyi təsdiqləyir? – cavabdeh konteynerləri iddiaçıdan təhvil alaraq “sangachal landfall” ərazisinə özü daşımışdır. mülahizələr 5. ********** nömrəli 6 aprel 2018-ci il tarixli satınalma sifarişi (po) və dr050418 nömrəli təslim aktının konteynerlərin iddiaçıya qaytarıldığını təsdiq edən sənəd kimi qələmə verilməsi qəbul olunmazdir! Ona görə ki: həmin sənədlərin məzmunu özü buna mane olur. Diqqət edilsin ki, sözügedən sənədlərin mətnində istifadə edilmiş ifadələr (“disassemble”/”sökmək, hissələrə ayırmaq”; “removal”/”sökmək, çıxarmaq”; “locate”/”yerləşdirmək”) konteynerlərin da daşınma və qaldırma (lifting) üçün hazır hala gətirilməsini ehtiva edir. Sənədlərin mətnindən açıq-aydın görünür ki, iddiaçının əməkdaşları yalniz və yalniz konteynerlərdə müvafiq sökmə, hissələrə ayırma işlərini görüblər. Burada hər hansı konteynerin daşınması və qaldırılmasına dair 1 söz belə yoxdur. Məhkəməyə 20 noyabr 2023-cü il tarixində cavabdehin əməkdaşı bunu joseph tərəfindən digər əməkdaşlar simon j hartley və nərgiz qasımovaya ünvanlanmış 6 mart 2018-ci il tarixli “e-mail” təqdim edilmişdir. Həmin “e-mail”də binu joseph “demobilizasiyanın bir hissəsi olaraq, 08-18 mart tarixlərində şəxslərin (mənə deyildiyinə görə, dominant şirkətinin) su çənləri və tualet bloklarının izolyasiyasını sökmə işlərini görməsinin təşkilini” xahiş etmişdir. göründüyü kimi, “sangachal landfall” ərazisinə yalnız iddiaçının müvafiq əməkdaşları daxil olmuş və orada yalnız sökmə işlərini görmüşlər. “sangachal landfall” ərazisindən tərxis etmənin icrası bütövlükdə, bp ilə müqavilə münsibətlərində olan cavabdehin öhdəliyi olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçı“sangachal landfall” ərazisinə hər hansı konteyner gətirmədiyi kimi, oradan da çıxara bilməzdi. Hətta belə bir hal olmuş olsaydı belə, cavabdeh lazımi icazələri bp şirkətindən almalı idi. İş materiallarında bu barədə heç bir sübut yoxdur və ola da bilməz! Çünki iddiaçı konteynerləri “sangachal landfall” ərazisindən çixarmamişdir! “locate” kəlməsindən hərəkətlə məhkəmənin yürütdüyü mühakimənin yalnışlığı ortadadır. Əvvəlcə qeyd edir ki, konteynerlərin iddiaçıya təhvil verildiyinə dair işdə heç bir sübut olmadığından, konteynerlərin “sangachal landfall” ərazisinə gətirilməsi və çıxarılması işləri cavabdeh tərəfindən görüldüyündən və bu azmış kimi, konteynerlərin ən azı 3 ədədi cavabdehin ərazisində tapıldığından mühakimənin həqiqətə uyğun olmadığı ortaya çıxmışdır. “locate” kəlməsi sökülmüş konteynerin daşınmasını və qaldırılmasını(liftinqini) nəzərdə tutmur. Əgər tutsaydı, buna görə ayrıca xidmət haqqı ödənilərdi. Diqqət edilsin ki, bu, obyektiv olaraq sıra № maddi hüquq norması maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər)da mümkün deyil. ona görə ki, “sangachal landfall” ərazisində daşıma və liftinq işlərini yalnız bunun üçün xüsusi icazəsi olan şirkət edə bilər. İddiaçının belə bir icazəsinin olmadığı mübahisəsizdir. fakt: bir ədəd 20 futluq konteynerin çəkisi 2200 kq, 40 futluq konteynerin çəkisi isə, 3800 kq təşkil edir. Deməli, “locate” kəlməsi sökülmüş konteynerin olduğu yerdə qalmasını nəzərdə tutur. Beləliklə də, iddiaçının həmin satınalma sifarişi üzrə işləri yekunlaşmış olur. Cavabdehin bp şirkəti ilə olan layihəsinin bitməsinə görə “sangachal landfall” ərazisini boşaltmalı olmasının isə, iddiaçıya heç aidiyyəti yoxdur. Şübhəsiz, cavabdehin həmin ərazidə istifadə etdiyi çoxsaylı texnikası, avadanlığı, konteyneri ola bilər. Cavabdeh həmin əşyaların çıxarılmasını özü təmin etməlidir. Dolayısı ilə, “locate” kəlməsi konteynerlərin söküldükdən (yəni daşınmağa və liftinqə hazır vəziyyətə gətirildikdən) sonra məhz “sangachal landfall” ərazisində qaldığına dəlalət etməkdədir. Əlbəttə, həmin konteynerlər sonsuzadək orada qalası deyildirlər. cavabdeh həmin konteynerləri oradan çıxararaq öz bazasına gətirmişdir. Bunun məntiqi nəticəsi kimi, məhkəmə də ən azı 3 konteyneri həmin ərazidə aşkar etmişdir. Məhkəmənin, konteynerlərə görə hesab-faktura verilməməsinin onların qaytarıldığının dəlili olmasına dair mövqeyi də əsaslı deyildir. Cavabdeh konteynerləri qaytardığını sübuta yetirməlidir. Bu barədə heç bir sübut işdə yoxdur. Əksinə, onların məhkəmə yolu ilə təsbit edə bildiyi qədəri ilə 3 ədəd konteyner cavabdehin bazasındadır. Cavabdeh həmin konteynerlərdən istifadə etməkdədir. Onda olan məlumata görə, digər 6 ədəd konteyner də, cavabdeh tərəfindən hazırda davam edən müxtəlif layihələrdə istifadə edilir. Sadəcə, həmin layihələrin həyata keçirildiyi sahələrə iddiaçının girişi yoxdur. İddiaçı, aylıq icarə haqqı tələb etmir. Mülki Məcəllə 697.2-ci maddəsini rəhbər tutmaqla kompensasiya tələb edir. Konteynerləri qaytarmaq öhdəliyi cavabdehin üzərindədir. İddiaçının əməkdaşları dəfələrlə konteynerlərin qaytarılması məqsədilə cavabdehin bazasına getmişlər. Ancaq cavabdehin qapılar və podrat işlərindəki mövqeyi bu məsələdə də təkrarlanmışdır. Cavabdeh konteynerlərin onda olduğunu inkar etmişdir. 2019-cu ildən başlayaraq cavabdehdə mütəmadi olaraq menecer dəyişikliyi yaşanmış, 2020-ci ildən sonra isə, covid-19 səbəbiylə iddiaçının öz konteynerlərini cavabdehin bazasında aşkar etməsi və götürməsi kifayət qədər çətinləşmişdir. Belə ki, cavabdehin durmadan dəyişən idarəedici əməkdaşları öz aralarında lazımı təhvil-təslimi yerinə yetirməmiş, yeni gələn menecer konteynerlərlə bağlı məlumata malik olmadığını bildirmişdir. Eyni vəziyyət, qapılarla bağlı (“e-mail” yazışmalarından açıq-aşkar görünür) məsələdə də yaşanmışdır. Bu azmış kimi, pandemiyanın mənfi təsiri də iddiaçının konteynerlərini tələb etməsini çətinləşdirmişdir. Məhkəmə MM-in 445.7-ci maddəsini tətbiq etməkdə haqlı olsa da, faizlərin hesablandığı müddəti düzgün müəyyənləşdirməmişdir. Məhkəmə faizlərin hesablanma tarixini cavabdehə e-qaimənin təqdim edildiyi tarixdən 90 gün sonrakı tarix olaraq müəyyənləşdirmişdir. Bunun əsassızlığı aşkardır: Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən, cavabdehin pul ödəmək öhdəliyi düzgün hazırlanmış hesabın cavabdehin mühasibatlığı tərəfindən alınmasından sonra yaranır və cavabdeh məbləği 90 gün ərzində ödəyə bilər. Müqavilənin 2.3-cü bəndinə əsasən, iddiaçının hesabı düzgün hazırlaması üçün cavabdehin imzalamalı olduğu aşağıdakı sənədlərə ehtiyacı vardı: cavabdehin satınalma sifarişi (po) + işlərin görülməsini təsdiqləyən hər iki tərəfin imzaladığı təhviltəslim aktı(delivery note). Bu iki sənəd olmadan, iddiaçı istəsə də, hesab təqdim edə bilməzdi. Üstəgəl, təqdim etmiş olsaydı belə, cavabdeh asanlıqla (“düzgün hazırlanmayıb” bəhanəsiylə) bunların ödənişindən imtina edəcəkdi. Cavabdehin faktiki olaraq sifariş verməsinə baxmayaraq, lazımı sənədləri təqdim etmədiyi iş materialları ilə təsdiq edilmişdir. Fakt: qapılar. 2019-cu ilin dekabrında 13 ədəd qapının quraşdırılması işi görülmüş, bunlardan yalnız 2 ədədi barəsində cavabdeh satınalma sifarişi (po) vermişdir. Qalan 11 ədəd qapı barəsində satınalma sifarişi verilməsindən əsassız olaraq imtina edilmişdir. Halbuki 2020-ci ilin mart ayında 13 ədəd qapıya görə təhvil-təslim aktları imzalanmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh 11 ədəd qapıya görə satınalma sifarişi verməkdən əsassız boyun qaçırmışdır. İş materiallarında 18 yanvar 2021-ci il tarixində cavabdehə yazdığı “e-mail”lər vardır. Heç bir faydası olmamışdır. Bu məzmunlu “e-mail”ləri onlar 2020-ci ilin sonlarında da yazmışdılar. Fakt: podrat işləri (1 002 284 azn dəyərində) podrat işləri iyul 2019-fevral 2020-ci illəri əhatə edən dövr ərzində cavabdehin bazasında görülmüşdür. Şübhəsiz, orada hansı işlərin görülməsini (ölçü, yer, işin növü, miqyası vs.) cavabdeh sifariş etmişdir. İşlər yüksək keyfiyyətdə görülmüşdür. Bunu yerli baxış zamanı asanlıqla müəyyənləşdirmək mümkün olmuşdur. Keçən müddət ərzində cavabdeh həmin işlərin nəticələrindən (anbarlardan və betonlama, çınqıllama işlərindən) faydalanmışdır. Yəni işləri faktiki olaraq qəbul etmişdir! Hətta onlar məcbur qalıb, təhvil-təslim aktlarını imzalayaraq 14, 15 və 21 iyul 2022-ci il tarixlərində cavabdehin səlahiyyətli şəxslərinə imzalanmaq və təsdiq üçün “e-mail” (mailto:afag.abbasova@bakerhughes.comElektron ünvan 1; Elektron ünvan 2) vasitəsilə göndəriblər. Ancaq bunun da heç bir nəticəsi olmamışdır. Çünki təxminən 1 il ərzində cavabdehin işçi (idarəetmə) heyəti ən azı, 3-4 dəfə dəyimişdir. Yeni gələn və vəzifədən gedən işçilər arasında heç bir təhvil-təslim əməliyyatı olmamışdır. Bu hal, cavabdehin idarəetmə sistemindəki qüsuru göstərməsinə baxmayaraq cavabdeh işçi heyətinin dəyişdiyini, köhnə işçilərlə yeni işçilər arasında şirkət daxili təhvil-təslim əməliyyatlarının aparılmadığını bəhanə edərək podrat işlərinə dair təhvil-təslim aktını (delivery note) imzalamaqdan imtina etmişdir. Cavabdeh, istər məhkəmə prosesindən əvvəl, istərsə də, məhkəmə prosesinin gedişində podrat işlərinə görə ödənişi gecikdirmələrini qəbul etməmiş, tam əksinə, öhdəliklərinin olmadığını bildirmişdir. Belə ki, cavabdeh qapılara görə ödənişi, onların keyfiyyətsiz olmaları səbəbindən etmədiklərini irəli sürmüş; 1 002 284 azn dəyərində podrat işlərinə görə isə, borclarının olmadığını (artıq bu işlərin əvəzini ödədiklərini) bildirmişlər. Göründüyü kimi, cavabdeh ümumiyyətlə, öhdəliyinin olmadığını irəli sürmüşdür. Aydındır ki, öhdəliyin olmaması və gecikməyə düşməmə fərqli və biri digərini istisna edən dəlillərdir. Çünki yalnız var olan bir öhdəlik üzrə gecikməyə düşmə məsələsi müzakirə predmetini təşkil edə bilər. Ancaq cavabdeh öhdəliyini vicdanla icra etmək əvəzinə başqa (əsassız yerə kütləvi inkaretmə!) yolu seçmişdir. Əsas öhdəliyinin varlığı və həcmi məhkəmədə tam təsdiqini tapdıqdan sonra, cavabdehin “hesabın düzgün hazırlanmadığı”na dair dəlillə çıxış etməsi, yəni “öhdəliyim var, ancaq iddiaçı vaxtında düzgün hesab təqdim etmədiyinə görə ödəməmişəm” deməsinin tamamilə əsassızlığı ortadadır! Xüsusilə qeyd edilməlidir ki, hazırkı işə məhkəmədə baxıldığı 18 ay ərzində cavabdeh satınalma sifarişlərini və təhvil-təslim aktlarını hansı səbəbdən imzalamadığına (təqdim etmədiyinə) dair heç bir dəlil irəli sürə bilməmişdir. Şübhəsiz, əgər cavabdeh öhdəliyinin varlığını vaxtında qəbul etmiş olsaydı, iş məhkəməyə belə gəlib çıxmaya bilərdi. Məhkəmə, müqavilə şərtlərinə əməl etməyərək podrat işlərinin əvəzini heç bir əsas olmadan təxminən 4 il ərzində ödəməyən cavabdehi, həmin müqavilənin 2.3-cü bəndinə istinadən məsuliyyətdən böyük ölçüdə azad etməsinin nə qanunla, nə də, ədalətlə heç bir əlaqəsi ola bilməz. Bir fakt: qapılar 2019-cu ilin dekabrında quraşdırılıb; qətnamə qəbul edilən tarixdə artıq 4 il keçmişdir və cavabdeh heç bir əsas olmadan həmin vəsaiti ödəməmişdir. Məhkəmə isə, cavabdehi qanunda nəzərdə tutulmuş məsuliyyətin əksər hissəsindən azad etmişdir. Məhkəmə, cavabdehin hüquqdan sui-istifadəsinə göz yummuşdur. MM-in 697.2-ci maddəsinə görə, konteynerləri qaytarmaq öhdəliyi məhz cavabdehin üzərindədir. Yuxarıda da qeyd edildiyi kimi, işdə konteynerlərin geri qaytarılmasını təsdiq edən heç bir sübut yoxdur. Əksinə, 3 konteyner cavabdehin bazasında aşkar edilmişdir. Konteynerlərin qaytarılmamasının bir səbəbi vardır: Cavabdehin həmin konteynerlərdən istifadəyə davam etməsi. Bu qənaətə necə gəlirik? – çox sadə: 1. konteynerlərdən üçü cavabdehin bazasında aşkar edilmişdir. cavabdeh həmin konteynerlərdən indi də, istifadə edir. məsələn: fotosu təqdim edilən konteynerin içərisində cavabdehə məxsus arxiv yerləşdirilmişdir. 2. Qalan 6 ədəd konteyneri cavabdehin bazasında aşkar edə bilmədilər. Bu o deməkdir ki, cavabdeh həmin konteynerləri hazırda icra etdiyi müxtəlif layihələrdə istifadə etməkdədir. Cavabdeh konteynerlərin istifadə edilməməsi ilə bağlı heç bir açıqlama vermədiyi kimi, sübut da təqdim etmir. Bu barədə sübut yalnız cavabdeh tərəfindən təqdim edilə bilər. Çünki konteynerlər faktiki olaraq onun sahibliyindədir və iddiaçının onlar üzərində nəzarət imkanı yoxdur. Göründüyü kimi, məhkəməyə görə, cavabdeh 9 ədəd konteyneri qaytarmamaqla onlardan 6 ildir istifadə etməkdə haqlıdır. Belə bir mövqenin, qanuna uyğun olmadığı aşkardır. Məhkəmənin “cpt” çatdırılma şərtinə istinadı tamamilə yersizdir. Əvvəla, mübahisə, tərəflər arasında alqı-satqı müqaviləsinin icrası ilə bağlı meydana çıxmamışdır. İkincisi, bütün məhkəmə prosesi müddətində ümumiyyətlə, bu məsələ müzakirə predmetini təşkil etməmişdir. Lakin məhkəmə öz qətnaməsində belə bir dəlillə çıxış etmişdir. Halbuki MPM-in 9-cu maddəsi məhkəməyə “sürpriz dəlil” irəli sürməyi qadağan edir. Bu normanın təyinatı açıqdır: məhkəmə əsaslandırılmış nəticəyə gəlməlidir! Heç bir əsas olmadan gəldiyi “nəticə”ni bu şəkildə “əsaslandırmağa çalışmalı” deyil! Üçüncüsü, cpt çatdırılma şərti, cavabdehin satınalma sifarişlərində öz əksini tapmışdır. Həmin satınalma sifarişləri cavabdehin standart forma şəklində hazırladığı və istifadə etdiyi müqavilə şərtlərini ehtiva edir. Məsələn: konteynerlərin “sangachal landfall” ərazisində icarədə olduğu müddətdə təqdim edilmiş satınalma sifarişlərində “shipping instructions ltl normal/consol” ifadəsinə yer verilib. bu şərtin, konteynerin icarəsi ilə əlaqəsi olmadığı ortadadır. Çünki həmin şərt (ltl = less than truckload/ less than load) daşınan yükün, avtomobilin yükdaşıma həcmindən az olduğu hallarla bağlıdır. İcarədə olan konteynerlərin ltl şərti ilə nə əlaqəsi var?! Beləliklə, cpt şərtinin məhkəmənin gəldiyi nəticənin əsasını təşkil edə bilməyəcəyi bu qədər açıqdır. Cavabdeh, 12 dekabr 2023cü il tarixli məhkəmə baxış iclasında iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. İlkin olaraq qeyd edir ki, burada həmin ərizənin özünə deyil, verilmə faktına məhkəmənin heç bir qiymət verməməsinə toxunacaq. İddia müddətinin tətbiqinə dair ərizə, cavabdehin maddi hüquqi mənada öhdəliyinin varlığını etiraf etməsidir. Sadəcə olaraq, ərizə vasitəsilə cavabdeh öhdəliyini icra etmədiyini irəli sürmüş, başqa sözlə, iddianı dəf etmə hüququnu həyata keçirmiş olur. Söhbət, prosessual mənada, iddianın etirafından getmir. Deməli, cavabdeh konteynerlərin onda olmasını, buna görə də, MMin 697.2-ci maddəsinə əsasən hesablanmış tələbi (öhdəliyinin varlığını) qəbul etmişdir. Sadəcə olaraq, son üç il üçün kompensasiya tutula biləcəyini qeyd etmişdir. Ən önəmlisi, cavabdeh bu ərizəni sonuncu iclasda vermişdir. Bu o deməkdir ki, cavabdeh konteynerlərlə bağlı mövqeyinin “əsaslılığına” özü də inanmamışdır. Əks halda, müddətin tətbiqinə dair ərizəni niyə versin ki? İddia müddətinin tətbiqi barədə ərizə, alternativ (yəni borcum yoxdur, ancaq olsaydı belə ...) dəlil olaraq irəli sürülə bilməz. Əgər sürülübsə (özü də, sonuncu məhkəmə iclasında), deməli, cavabdeh borcunu maddi-hüquqi mənada etiraf etmişdir. Göründüyü kimi, cavabdeh özü konteynerləri qaytarmasına dair irəli sürdüyü dəlilə inanmadığı halda, məhkəmə heç bir səbəb olmadan buna inanmışdır. Məhkəmə, cavabdehin prosessual hüquqlarından suiistifadəsinə, ədalət mühakiməsinin həyata keçirilməsinə aktiv şəkildə maneəçilik törətməsinə qiymət verməmişdir. Məhkəmə iddianı qismən təmin etdiyi hissədə, guya cavabdehin öz etirazlarının əsası kimi çıxış edən halları isbat edə bilməməsinə istinad etmişdir. Halbuki cavabdehin qanunsuz hərəkətlərinə bu cür “yüngül” qiymət verilməsi qəbul edilməzdir. Cavabdeh, 1 manat belə ödəmədən (yəni tamamilə iddiaçının öz hesabına maliyyələşdirdiyi) görülmüş işləri 2019-2020-ci illərdə qəbul edib bundan faydalanmışdır. Ancaq əvəzini ödəməkdən açıq-aşkar yayınmışdır. Bu bəsit, isbat edə bilməmə məsələsi deyildir. Cavabdeh guya bilmirdi ki, qapılar keyfiyyətlidir, digər podrat işləri lazımınca görülmüşdür. Əlbəttə ki, çox yaxşı bilirdi, sadəcə, pulu ödəməmək üçün özündən bəhanələr ortaya atırdı. Əgər cavabdehin pulu ödəməməsinin təməlində əsaslı bir fakt olsaydı, cavabdeh niyə əvvəlki (hazırkı mübahisə ilə əlaqəsi olmayan) işlərə dair sənədləri məhkəməyə təqdim edərək məhkəməni yanıltmağa çalışırdı?! Bu sənədlərin, işə aid olmadığını iddiaçı asanlıqla müəyyən edə bildiyi halda, cavabdehin bundan xəbərsiz olduğu necə ehtimal edilə bilər?! Cavabdeh pulu ödəmək əvəzinə, iddiaçını gördüyü işlərə görə, təkrarən pul tələb etməkdə “ittiham etmək”dən belə çəkinməmişdir. Cavabdehin iddianı etiraf etməsini də gözləmirdi. Ancaq cavabdehin bu qədər açıq şəkildə məhkəməni yanıltmağa cəhd edəcəyini belə ehtimal etməmişdi. Məhkəmə bu hallara lazımı qiymət verməyə borclu idi. Çünki qapılar və digər podrat işləri hissəsində, məsuliyyətdən yayınmaq məqsədilə, deyim yerindəysə, “hər cür fənd”ə əl atan cavabdehin, birdən-birə konteynerlər hissəsində doğru danışacağına dair fərziyyə belə, ən azı, hakimin daxili inamı süzgəcindən keçməməliydi! Ötən ilin 4 aprelində məhkəmənin iştirakı ilə keçirilmiş yerli baxış zamanı cavabdeh məqsədli şəkildə bir sıra konteynerlərin saxlanıldığı əraziyə girişi təmin etməmişdir. Belə ki, cavabdeh guya həmin ərazinin açarının olmadığını irəli sürmüşdür. Təhlükəsizlik qaydalarına ciddi şəkildə bağlılıqlarını həmin bazanın girişində nümayiş etdirən (hakim daxil hər kəsə təhlükəsizlik təlimatı keçən!) cavabdehin bu cür sadə arqumentlə konteynerlər yerləşən hasarlanmış əraziyə girişdən imtina etməsinə məhkəmə heç bir hüquqi qiymət verməmişdir. Halbuki cavabdehin bu cür davranışının yerli baxışın başlanğıcında artıq 3 ədəd məlum konteynerin aşkar edilməsindən irəli gələn qorxunun nəticəsi olduğunu anlamaq üçün çox da səy göstərmək lazım deyildi. Məhkəmə ekspertiza təyini barədə 24 may 2023-cü il tarixli qərardadında qeyd etmişdir ki, cavabdehin həmin ərazidəki konteynerlərin fotoşəkillərini məhkəməyə təqdim edəcəkdir. Ancaq həmin qərardadla məhkəmənin yerli baxış keçirdiyi tarix arasında 50 gün vaxt keçməsinə baxmayaraq qərardadda bu halla bağlı fotoşəkillərin təqdim edilibedilməməsi, əgər edilməyibsə, bunun səbəbləri ilə bağlı heç bir göstərişə yer verilməyib. Eyni zamanda, dəfələrlə məhkəmədə səsləndirməklərinə baxmayaraq cavabdehin fotoşəkilləri məhkəməyə təqdim etməməsinə heç bir hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayənəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayənəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Həmin Məcəllənin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyi və əsaslılığı iddianın təmin edilməyən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
17. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı tərəfindən 11 adda görülmüş işlərin dəyərini (ekspert rəyinə əsasən müəyyən edilib), həmin işlərə görə MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış gecikmə faizinin məbləğini, 11 ədəd qapının quraşdırılmasına görə MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış gecikmə faizinin məbləğini və 9 ədəd konteynerlərə görə kompensasiyanın tutulması hissələrində qətnamə mübahisələndirilmişdir.
18. İşin halları ondan ibarətdir ki, İddiaçı (podratçı) ilə Cavabdeh Şirkətinin (şirkət) AR nümayəndəliyi arasında bağlanmış xx.xx.2012-ci il tarixli BHİ-FM/2012/01 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı nümayəndəliyə məxsus olan obyektlərdə tikinti-təmir işləri görmüş, eləcə də avadanlıqlar icarəyə vermişdir, mallar təqdim etmişdir. Görülmüş işlərə, təqdim eidlmiş mallara, avadanlığın icarəyə verilməsinə görə cavabdeh tərəfindən ödənişlər edilmişdir. Hazırda iddiaçı görülmüş 11 adda podrat işinə görə muzdun, cavabdehin təqdim edilərəkən kimyəvi saxlama anbarına quraşdırılmış 11 ədəd sürüşmə qapısının dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini, eləcə də müqavilə əsasən iddiaçı tərəfindən cavabdehin icarəsinə 9 ədəd konteyner icarəyə verildiyini, lakin icarə münasibətlərinə 2018-ci ilin mart ayında xitam verilməsinə baxmayaraq konteynerlərin hal-hazıradək qaytarılmadığını əsas göstərərək 11 adda podrat işinin, 11 ədəd sürüşmə qapısının dəyərinin və həmin öhdəliklərinin ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin, eləcə də konteynerin qaytarılmasına görə aprel 2018-noyabr 2023-ci ili əhatə edən 66 aylıq dövr üçün icarə haqqı həcmində dəymiş zərərin cavabdehdən tutulmasını tələb edir.
19. 11 ədəd sürüşmə qapısının ödənişinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən faizlərin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə 5 saylı əlavəyə əsasən şirkət müqavilə üzrə ödənişlərini düzgün hazırlanmış hesabın şirkət mühasibatlığı tərəfindən alınmasından doxsan (90) təqvim günü həyata keçirməlidir. Hazırkı halda qapıların təqdim edilməsinə görə iddiaçı tərəfindən cavabdehə hesab təqdim edilməmiş, yalnız 14 iyul 2022-ci il tarixdə cavabdeh şirkətin AR nümayəndiyinə elektron qaimə göndərilmişdir.
20. Məhkəmə hesab etmişdir ki, belə olan halda cavabdehin qapıların dəyərinin ödənilməsinə görə gecikdirmə müddəti elektron qaimə təqdim edildikdən 90 gün sonrakı müddət üçün, yəni 12 oktyabr 2022-ci il tarixdən hesablanmalı və 01 dekabr 2023-cü il tarixədək olan 415 gün müddət üçün 4.897,68 manat (86. 86.152x5%/365 gün*415 gün) məbləğində müəyyən edilməlidir.
21. Mülki Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
22. MPM-in 206.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
23. Məhkəmə ekspert rəyini məhkəmə iclasında tədqiq edərək və digər sübutlarla qiymətləndirərək hesab etmişdir ki, məhkəmənin həmin rəylə razılaşmaması üçün əsasların mövcudluğu müəyyən edilmir. Odur ki, mübahisəku iddiaçı tərəfindən görülmüş, lakin cavabdeh tərəfindən ödənilməmiş podrat işlərinin dəyəri ekspert rəyinə əsasən müəyyən edilməlidir.
24. Məhkəmə hesab etmişdir ki, mübahisəli tikinti-təmir işlərinin görülməsinə görə muzdun ekspert rəyində müəyyən edilmiş qiymətlər nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia əsaslıdır.
25. 11 adda təmir-tikinti işlərinin görülməsi üçün ödənişlərin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizin tutulmasına dair iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia qismən əsaslıdır.
26. Tərəflər arasında bağlanmış qarışıq müqavilənin şərtlərinə görə ödənişlər hesab təqdim edildikdən 90 gün sonra ödənilməli olduğundan, kimyəvi anbar tikintisi ilə bağlı elektron qaimə 14 iyul 2022-ci il tarixdə cavabdehə göndərildiyindən, eyni zamanda hər iki tərəfin nümayəndələri digər podrat işləri ilə bağlı elektron qaimələrin xx.xx.2022-ci il tarixdə göndərilməsini təsdiq etdiklərindən, kimyəvi anbar tikintisi işlərinin ödənilməsinin gecikdirilməsinə görə faizlər 12 oktyabr 2022ci il tarixdən (xx.xx.2022+90 gün) 01 dekabr 2023-cü il tarixədək olan müddətə, yəni 415 günlük müddət üçün, digər podrat işləri üzrə isə xx.xx.2023-cü il tarixdən (xx.xx.2022+90 gün) xx.xx.2023-cü il tarixədək olan müddətə, yəni 331 günlük müddəti məhkəmə hesablayaraq qətnamənin əsaslandırıcı hissəsində faizlərin məbləğini müəyyən etmişdir.
27. İddiaçının konteynerlərdən istifadəyə görə dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, 9 ədəd konteynerlərin 2017-ci ilin avqustunda iddiaçı tərəfindən cavabdehin icarəsinə verilməsi və 2018-ci ilin mart ayına kimi Sangachal Landfall adlı ərazidə cavabdehin icarəsində olması, sözügedən müddət üçün konteynerlərin icarə haqqısının cavabdeh tərəfindən ödənilməsi işin mübahisəsiz hallarıdır. Hazırda iddiaçı tərəflər arasında icarə münasibətlərinin 2018-ci ilin mart ayında bitməsinə baxmayaraq sözügedən konteynerlərin onlara qaytarılmadığını iddia edir və 2018-ci ilin aprelindən 2023-cü ilin dekabr ayınadək olan müddət üçün konteynerlərdən istifadəyə görə icarə haqqı məbləğində dəymiş zərərin ödənilməsini tələb edir. Cavabdeh isə konteynerlərin 2018-ci ilin mart ayında iddiaçıya qaytarıldığını bildirir.
28. Göründüyü kimi həmin hissədə işin mübahisəli halı icarəyə verilmiş konteynerlərin iddiaçıya qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Bununla bağlı qeyd edilmişdir ki, tərəflər arasında icarəyə verilmiş konteynerlərin icarəyə verənə (iddiaçıya) qaytarılması ilə bağlı təhvil-təslim aktı imzalanmasa da, işin mübahisəsiz hallarından görünür ki, 2018-ci ilin mart ayında cavabdeh tərəfindən Sangachal Landfall adlı ərazidən 9 ədəd mübahisəli konteynerin "sökülməsi və yerləşməsi” (dissemble and locate) işlərinin görülməsi iddiaçıya tapşırılmış və həmin sifariş əsasında 2018-ci ilin mart ayında sözügedən işlər görülmüşdür. Göstərilən işlərin sifariş edilməsi və görülməsi müvafiq olaraqa ********** nömrəli 6 aprel 2018-ci il tarixli sifariş orderi və DR050418 nömrəli təslim aktı ilə təsdiq edilir. İddiaçı 2018-ci ilin mart ayında tərəfindən sifariş orderinə əsasən görülmüş işlərin yalnız konteynerlərin sökülməsindən və daşınmaya hazır vəziyyətə gətirilməsindən ibarət olmasını və konteynerlərin ərazidən daşınmasını həyata keçirməmələrini iddia etsə də, birincisi, sifariş orderində, onun əsasında verilmiş elektron qaimədə və digər sənədlərdə konteynerlərin “yerləşdirilməsi” ifadəsinin göstərilməsi, eləcə də “sifariş orderi”ndə CPT daşınma şərtinin yer alması ona dəlalət edir ki, sökülmüş konteynerlərin daşınması da iddiaçı tərəfindən icra edilmişdir. Digər tərəfdən konteynerin icarəsi ilə bağlı invoysların da məhz konteynerlərin sökülərək Sangachal Landfall adlı yerdən daşındığı vaxtadək göndərilməsi, konteynerlər sökülərək daşındığı vaxtdan halhazıradək iddiaçının konteynerlərin qaytarılmasını tələb etməməsi də konteynerlərin söküldükdən sonra iddiaçı tərəfindən aparılmasına dəlalət edən hallardandır.
29. İddiaçının konteynerlərin hal-hazıradək cavabdehin sahiblik və istifadəsində qalmasını sübuta yetirmək üçün istinad etdiyi yerində müayinə zamanı cavabdehin istifadəsində olan ərazidə 3 ədəd konteynerlərin aşkar edilməsi və aşkar edilmiş konteynerlərin ikisinin birka nömrəsinin cavabdehə icarəyə verilmiş mübahisəli konteynerlərdən ikisinin nömrəsinə uyğun gəlməsi barədə dəlillərə gəldikdə qeyd edilməlidir ki, işə cavabdeh tərəfindən əlavə edilmiş sifariş orderləri və invoyslardan görünür ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə ölçüləri ərazidə aşkar edilmiş konteynerlərin ölçüsünə uyğun gələn 3 ədəd konteyner satılmışdır. Həmin konteynerlərin yalnız biri mübahisəli konteynerlərin Sangachal ərazisində olduğu dövrdə-2018-ci ilin fevralında cavabdehə təhvil verilmişdir. Odur ki, cavabdehə alqısatqı müqaviləsi əsasında təqdim edilmiş qalan iki konteynerin əvvəllər cavabdehə icarəyə verilmiş konteynerlərdən olması, yəni icarə müddəti bitdikdən və konteynerlər iddiaçıya təhvil verildikdən sonra həmin konteynerlərin alqı-satqı müqaviləsi əsasında cavabdehə təqdim edilməsi istisna olunmur və belə olan halda həmin konteynerlərin hazırda cavabdehin ərazisində yerləşməsi icarəyə verilmiş konteynerlərin qaytarılmaması faktını sübut etmir.
30. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, yuxarıda istinad edilən halların məcmusu ilə icarəyə verilmiş konteynerlərin 2018-ci ilin mart ayında cavabdehə qaytarıldığı öz təsdiqi tapır. Odur ki, konteynerlərin saxlanılmasına görə dəymiş zərərin tutulması hissəsində iddia əsassız olduğundan rədd edilməlidir.
31. Qeyd edilənlərdən göründüyü kimi məhkəmə podrat münasibətlərindən əmələ gələn 11 adda görülmüş işlərin dəyərini hesablamaq üçün ekspertiza keçirmiş, həmin rəyə əsaslanarkən prosessual hüquq normalarını pozmamışdır. Məhkəmə gecikdirmə faizinin məbləğini düzgün hesablamışdır. Belə ki, gecikmə günlərinin düzgün müəyyən edilməsi faiz məbləğini düzgün hesablamaq üçün zəruridir. Məhkəmə işin hallarını, tərəflər arasında müqavilə şərtlərini nəzərə alaraq gecikmə gününün başlanğıcını düzgün müəyyən etmişdir. Bundan başqa məhkəmə 9 ədəd konteynerlərlə bağlı qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ehtimallar üzərində qurulmuşdur.
32. Belə ki, apellyatora görə cavabdehin prosesin sonunda iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsi iddianın konteynerlə bağlı tələbi etiraf etməsi kimi qəbul edilməlidir. Halbuki bu yanaşma prosessual hüquqa ziddir. Mülki prosesdə müdafiə vasitələrindən biri olan müddətin tətbiqi ərizəsinin cavabdehin ziyanına şərh edildiyi təqdirdə bu vasitənin istifadəsiz qalmasına gətirib çıxarardı.
33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-402/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.