Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-665/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı “İTM-İstehsalat Tikinti Mexanizasiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı "borcun ödənilməsi” tələblərinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-2(113)- 1046/2024 nömrəli qərardadından Cavabdeh QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “İTM-İstehsalat Tikinti Mexanizasiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən "xxxx"xxxx"xxxx" MMC tərəfindən ödənilmiş 400 manat mediasiya xərci və 431 manat məbləğdə dövlət rüsumu, cəmi 831 (səkkiz yüz otuz bir) manat pul məbləğinin Cavabdeh QSC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1046/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 541.063 (beş yüz qırx bir min altmış üç) manat, 50 (əlli) qəpik məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 431 (dörd yüz otuz bir) manat məbləğində pulun və mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq “İTM-İstehsalat Tikinti Mexanizasiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamə 07 may 2024-cü il tarixdə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün elə həmin tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə icraya yönləndirilmiş, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarı ilə qətnamənin icrasına başlanmışdır. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1046/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə təqdim edərək müddətin bərpa edilməsi və şikayətin baxılması üçün göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 may 2024-cü il tarixli e-2-2(113)-1046/2024 saylı qərardadı ilə, ərizə rədd edilmişdir. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin 15 may 2024-cü il tarixli e-2-2(113)- 1046/2024 saylı qərardadından şikayət verərək, qərardadının ləğv edilməsi və buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət ərizələri və apellyasiya şikayətləri məhkəməyə elektron kabinet vasitəsi ilə verilir. Bəzən məhkəmə elektron kabinetində yaranan problemlər isə üzürlü səbəbdən müddətin buraxılmasına səbəb olur. Hesab edir ki, qeyd olunan hal, onlardan asılı olmayan səbəb olduğundan üzürlü qəbul edilməli və buraxılmış müddət bərpa edilməlidir. Eyni zamanda qeyd edir ki, məhkəmə elektron sistemində edilmiş müəyyən dəyişiklər nəticəsində, kabinetə giriş və ərizələrin imzalanması zamanı müəyyən məhdudiyyətlər yaranmışdır. Bu səbəbdən də şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət tərəfimizdən buraxılmmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1046/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-2(113)-1046/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1046/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi həm Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin, həm də QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş Cavabdeh QSC tərəfindən isə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizəni xx.xx.2024-cü il tarixdə verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, bütün bu müddət ərzində “elektron məhkəmə informasiya sistemində olan nasazlıq olması mümkün olmadığından ərizədə istinad edilmiş pu hal müddətin bərpası üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət rüsumunun xx.xx.2024-cü il tarixdə ödənilməsi onu təsdiq edir ki, həmin tarixədək ümumiyyətlə cavabdeh apellyasiya şikayəti vermək niyyətində olmamış, buna cəhd etməmiş, apellyasiya şikayəti verməklə, qətnamənin icra edilməsi vaxtının uzadılmasına nail olmağa çalışmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəblər olmadığından şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-298/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı İmhotep İlaç X1 Tic.LTD.ŞTİ-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-298/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-665/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-665/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver