Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-669/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-971/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qərardadından İddiaçınin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçınin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçınin Azərbaycan Respublikasındakı filialına vurulmuş zərərin əvəzi qismində 226868,63 manat məbləğində pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 226898,63 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin bank hesablarında olan 216745,67 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.03.2021-ci il tarixli e-2-2(113)-971/2021 saylı qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh bank hesablarında olan pul vəsaitlərinin üzərinə 216745,67 manat həcmində həbs qoyulmuşdur. Cavabdeh MMC şikayət verərək, həmin qərardadın ləğv edilməsi və iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.04.2021-ci il tarixli e-2-2(113)-971/2021 saylı qərardadı ilə şikayət təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin 10.03.2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizənin qismən təmin edilməsi, Cavabdeh MMC-nin bank hesablarında olan pul vəsaitlərinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan 216745,67 manat həcmində həbs qoyulması və qalan hissədə ərizənin rədd edilməsi qərara alınmışdır. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh MMC həmin qərardaddan ayrı-ayrılıqda şikayətlər vermişdir. Bakı Kommersiya Məhkəməsinin 26.04.2021-ci il və 29.04.2021-ci il tarixli qərardadları ilə şikayətlər təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 10.03.2021-ci il tarixli qərardaddan şikayət verilməsi müddətini buraxmışdır. Bundan başqa mübahisələndirilən qərardad iştirak edən şəxslərin çəkişmə və hüquq bərabərliyi prinsipinin təmin olunmadığı bir şəraitdə qəbul edilmişdir. Həmçinin cavabdeh öz şikayətində 10.03.2021-ci il tarixli qərardadın ləğv olunması ilə yanaşı iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Mübahisələndirilən qərardadın nəticə hissəsinin 1-ci abzasında məhkəmə cavabdehin şikayətinin tam təmin edilməsini göstərmiş, lakin sonrakı abzaslarda iddiaçının ərizəsini qismən təmin etməklə cavabdehin şikayətini də qismən təmin etmişdir. Bundan əlavə, məhkəmə 10.03.2021-ci il tarixli qərardadını ləğv edib 12.04.2021-ci il tarixli qərardadı qəbul edərkən qərardadın dərhal icra olunması ilə bağlı olan göstərişini qərardada daxil etməmiş və əvvəlki qərardadın həmin hissəsinin hansı səbəbdən ləğv olunduğuna aydınlıq gətirməmişdir. Cavabdehin şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçınin Azərbaycan Respublikasındakı filialının Cavabdeh MMC-ə borcu mövcuddur. Belə olan halda cavabdehin bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması əsassızdır. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin şikayətini müdafiə etdilər və əks tərəfin şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh MMC məhkəmənin 10.03.2021-ci il tarixli qərardadından verdiyi şikayətdə qərardadın ləğv olunması ilə yanaşı iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi 12.04.2021-ci il tarixli qərardadının nəticə hissəsində cavabdehin şikayətinin tam təmin edilməsini, 10.03.2021-ci il tarixli qərardadın ləğv edilməsini və iddiaçının ərizəsinin qismən təmin edilməsini göstərmişdir. Halbuki şikayət tam təmin edildiyi halda məhkəmə iddianın təmini tədbiri barədə iddiaçının ərizəsini də cavabdehin xahişinə uyğun olaraq tam rədd etməli idi. Bundan başqa məhkəmə tərəfindən ləğv edilmiş 10.03.2021-ci il tarixli qərardaddan fərqli olaraq, 12.04.2021-ci il tarixli qərardadın nəticə hissəsində məhkəmə onun dərhal icra edilməsi ilə bağlı hər hansı göstəriş qeyd etməmişdir. Halbuki 10.03.2021-ci il tarixli qərardad ləğv edilib iddia təmini tədbiri barədə ərizəyə münasibət bildirildiyi halda Mülki Prosessual Məcəllənin 160.1-ci maddəsinin tələblərinə riayət olunmalı idi. Bundan əlavə iş materiallarından görünür ki, Cavabdeh MMC-nin nümayəndəsinin elektron kabineti mövcuddur. Bakı Kommersiya Məhkəməsinin 10.03.2021-ci il tarixli, e-2-2(113)-971/2021 saylı qərardadı da həmin tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmiş, lakin məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda məhkəmə həmin qərardadı poçt vasitəsilə kağız daşıyıcıda tərəflərə göndərmiş, lakin Cavabdeh MMC-yə göndərilən məktub poçt orqanı tərəfindən çatdırılmadan geri qaytarılmışdır. Cavabdeh MMC tərəfindən 10.03.2021-ci il tarixli qərardaddan verilən şikayət isə bundan 1 ay sonra, yəni 09 aprel 2021-ci il tarixdə elektron kabinet vasitəsilə yüklənmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinin tələbinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi Cavabdeh MMC-nin nümayəndəsinin elektron kabineti mövcud olduğu halda məhkəmə tərəfindən qərardadın elektron sistem vasitəsilə avtomatik Cavabdeh MMC-nin nümayəndəsinə çatdırılmasına dair sənəd işə əlavə edilməmiş və qərardad poçt vasitəsilə göndərilmişdir. Belə olan halda isə həmin qərardaddan cavabdeh tərəfindən şikayətvermə müddətinin ötürülüb-ötürülməməsi qeyri-müəyyəndir və məhkəmə tərəfindən həmin hallara yenidən qiymət verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayətlər qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Bakı Kommersiya Məhkəməsinin 10.03.2021-ci il tarixli e-2-2(113)-971/2021 saylı qərardadı ilə bağlı müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçınin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh MMC tərəfindən ayrıayrılıqda verilmiş şikayətlər qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-971/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin 10.03.2021-ci il tarixli e-2-2(113)-971/2021 saylı qərardadı ilə bağlı müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-669/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-669/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver