Məhkəmə qərarları › İş №2-2(103)-67/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-67/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-67/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı MMC-nin (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4752/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış 2018-ci il 1 oktyabr tarixli 26 saylı Podrat müqaviləsinə əsasən, iddiaçı cavabdehin tapşırığı ilə müqavilənin 1.2-ci bəndində (Müqavilənin 1 saylı Əlavəsində) göstərilmiş işlərin icrasını və işlərin nəticəsini tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq cavabdehə təhvil verməyi, Bakı şəhəri X10 istehsal sexində Müqavilənin 1 saylı Əlavəsində göstərilən işlərin öz qüvvə, material, avadanlığı, alət və mexanizmi ilə icrasını, cavabdeh isə həmin işin nəticəsini qəbul etməyi və ödənilməsini öhdəsinə götürmüşdür.

2. 9 ədəd smeta sənədindən görünür ki, həmin smeta sənədləri yalnız iddiaçı tərəfindən təsdiq edilmişdir.

3. 2019-cu il 1 fevral tarixli EAAP seriyalı 861167 saylı, 2019-cu il 19 aprel tarixli EAAT seriyalı 363851 saylı, 2019-cu il 31 may tarixli EAAV seriyalı 231275 saylı və 2018-ci il 8 noyabr tarixli EAAN seriyalı 487193 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 17.700,19 manat, 17.700,30 manat, 23.010 manat və 11.800 manat dəyərində xidmətlər göstərilmişdir.

4. E-mail yazışmasından görünür ki, e-mail Nümayəndə2 adlı şəxs tərəfindən Elektron ünvan e-mail vasitəsi ilə Tural Rəcəbli adlı şəxsə göndərilmiş və e-maildə qeyd edilmişdir ki, “İlqar m. təsdiq etdiyi işlər üzrə hesabat əlavədədir. Hər-hansı sual olduğu halda, xahiş edirəm, bildirəsiniz”.

5. Hesabdan çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 2018ci il 12 noyabr tarixdə 10.000 manat, 2019-cu il 4 fevral tarixdə 15.000,16 manat, 2019-cu il 23 aprel tarixdə 15.000,26 manat pul köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 2018-ci il 1 oktyabr tarixli 26 saylı Podrat müqaviləsinə əsasən görülmüş işlərin qalıq dəyəri olan və cavabdehin rəsmi e-mail vasitəsilə təsdiq edilmiş 147.665,64 manat məbləğində pul vəsaitinin, 400 manat mediasiya xərcinin, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat vəsaitin, ümumilikdə isə 148.096,04 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2018-ci il 1 oktyabr tarixdə 26 saylı Podrat müqaviləsi imzalanmışdır. Həmin podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehin hazırda fəaliyyət göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, X6 istehsalat sexində bünövrə, hörgü, döşəmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin qurulması, inzibati hissə və perimetr boyu hörgü, inzibati hissədə isitmə işləri, vitraj altı hörgü, suvaq və boya işləri, sanitar qovşaqlarının boru xətlərinin çəkilməsi, daxili və xarici su-kanalizasiya xətlərinin çəkilməsi işlərinin tam olaraq görülməsinə baxmayaraq, müqavilənin 3-cü bəndinə əsasən işlər tam yerinə yetirildikdən sonra görülmüş işlərin dəyəri 30 təqvim günü ərzində ödənilməsi nəzərdə tutulsa da, cavabdeh həmin vəsaitin ödənilməsindən imtina edərək iddiaçıya ünvanladığı rəsmi sənədlərdə müqaviləni sadəcə kağız üzərində imzaladıqlarını bildirmişdir.

8. Belə ki, iddiaçı cavabdehə 2020-ci il 11 avqust tarixli pretenziya məktubu ilə müraciət etmiş, həmin pretenziya məktubuna verilmiş 2020-ci il 21 avqust tarixli cavab məktubunda iddiaçının qeyd etdiklərinin cavabdehin mühasibat sənədlərində öz əksini tapmadığı bildirilmiş, qeyd edilən müqavilənin, müqavilə üzrə işlərin görülməsini təsdiq edən sənədlərin onlara təqdim edilməsi tələb edilmişdir. Bununla əlaqədar 2020-ci il 26 avqust tarixli məktubla 2018-ci il 1 oktyabr tarixli 26 saylı podrat müqaviləsi, qiymət cədvəllərini əks etdirən smeta cədvəllərinin surəti, email yazışmasının surəti cavabdehə təqdim edilmişdir. Bundan sonra cavabdeh tərəfindən göndərilmiş cavab məktubunda tərəflər arasında Bakı şəhəri, X10 istehsalat sexində işlərin görülməsi məqsədi ilə podrat müqaviləsi bağlandığı, lakin tərəflər arasındakı münasibətlərin bundan sonra davam etmədiyi, müqavilənin sadəcə kağız üzərində qaldığı, sifarişçi tərəfindən hər hansı podrat işi həyata keçirilmədiyi, podratçının müqavilə üzrə öhdəlikləri icra etmədiyi, podrat müqaviləsinin bağlanmasının yalnız tərəflər arasında onun imzalanması ilə bitdiyi, həmin işlərin iddiaçı tərəfindən görülmədiyi, iddiaçı tərəfindən hər hansı iş görülmədiyi üçün muzdun ödənilməsi ilə bağlı icra edilməmiş öhdəliklərin olmaması bildirilmişdir.

9. 2019-cu il 16 dekabr tarixdə cavabdehin rəsmi Elektron ünvan email elektron poçtu vasitəsi ilə iddiaçıya 147.665,64 manat məbləğində borcu olduğu təsdiq edilmişdir. Qeyd edilən elektron sənəd isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 89-cu maddəsinə əsasən yazılı sübut hesab edilir. Bundan əlavə, müqavilənin 11.2.3-cü bəndinə əsasən müqaviləyə tərəflərdən birinin təşəbbüsü ilə xitam verildikdə, həmin tərəf digər tərəfi 15 təqvim günü əvvəlcədən bununla bağlı məlumatlandırmalıdır. Lakin müqavilə imzalandıqdan sonra cavabdeh tərəfindən belə bir məlumatlandırma edilməmiş və müqaviləyə xitam verilməmişdir. Bu səbəbdən də müqavilədə göstərilən işlər iddiaçı tərəfindən tam olaraq yerinə yetirilmişdir. Lakin cavabdeh həmin işlərin görülməsi barədə təhvil-təslim aktlarının rəsmi qaydada imzalanmasından və görülmüş işlərin dəyərini iddiaçıya ödəməkdən imtina edir. Görülmüş işlərin smetası barədə sənədlər cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanaraq təsdiq edilmişdir.

10. Cavabdeh iddiaçıya ünvanladığı cavab məktubunda aralarında bağlanmış podrat müqaviləsinin sadəcə kağız üzərində qaldığını bildirsə də, faktiki olaraq iddiaçı tərəfindən müqavilə üzrə işlər həyata keçirilmiş və görülmüş işlərin dəyəri tam olaraq ödənilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də olan hesablaşma hesabına 2018-ci il 12 noyabr tarixdə 10.000,00 manat, 2019-cu il 4 fevral tarixdə 15.000,16 manat, 2019-cu il 23 aprel tarixdə 15.000,16 manat vəsaitin ödənilməsi iddiaçının həmin podrat müqaviləsinə uyğun olaraq üzərinə düşən vəzifələri icra etdiyini və gördüyü işlərin dəyərinin bir qisminin ödənildiyini bir daha təsdiq edir. Qeyd edilən tarixdən sonra cavabdeh tərəfindən digər işlərin dəyəri ödənilməmiş və cavabdehin rəsmi mailto:ravil@profix.azElektron ünvan elektron poçtu vasitəsilə iddiaçıya 147.665,64 manat məbləğində borcun olduğu təsdiq edilmişdir. İddiaçı tərəfindən işlərin görülməsini həmin dövrdə cəmiyyətdə işləmiş və bilavasitə həmin işlərin yerinə yetirilməsində şəxsən iştirak etmiş X5 və X8 da təsdiq edə bilərlər.

11. MPM və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qeyd edilən kommersiya mübahisəsinin mediasiya vasitəsi ilə həll edilməsi üçün Mediasiya Şurasına rəsmi qaydada müraciət edilmiş və ilkin mediasiya sessiyasında iştirak etmək üçün iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir.

12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 425.1, 442, 752, 753-cü maddələrinə istinad edilmişdir.

13. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim olunmamışdır.

14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 noyabr tarixli e-2-2(113)-4752/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – Z.Pirverdiyev).

15. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən (bax § 1-5) hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Müqavilədən göründüyü kimi iddiaçı işlərin icrasını və nəticəsini tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı işlərin görüldüyünü qeyd etsə də, bu barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi cavabdeh tərəfindən imzalanmasından imtina edilmiş təhvil-təslim aktlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş görülmüş işlərin smetası barədə sənədlər iddiaçı tərəfindən birtərəfli qaydada təsdiqlənmiş, həmin sənədlərin yuxarı hissəsində çəkilmiş imzanın isə kimə məxsus olması müəyyən olunmur. Yəni, həmin sənədlərin iddiaçının iddia etdiyi cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanaraq təsdiq edilməsi müəyyən olunmadığından, həmin sənədlər mötəbər hesab oluna bilməz. Məhkəmə iclası zamanı ifadə vermiş şahidlər işlərin görülməsini bildirsələr də, həmin işlərin görülməsini təsdiq edən hər hansı bir sübutun mövcudluğunu təsdiq edə bilməmişlər. İş materiallarına əlavə olunmuş e-mail yazışmasında isə iddiaçı tərəfindən işlərin görülməsi və cavabdehə təhvil verilməsi müəyyən olunmadığından, həmin sənəd də mötəbər sübut hesab oluna bilməz. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, e-mail yazışmasında adları qeyd edilən Tural Rəcəbli və İlqar Abbasov iddiaçının işçiləri deyillər. Beləliklə, iddiaçı tərəfindən işlərin görülməsi və cavabdehə təhvil verilməsi hər hansı bir sübutla təsdiq olunmur.

16. Məhkəmə bu qənaətini MM-in 752.1-ci, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 80-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

17. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

18. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 mart tarixli, 2-2(103)-201/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələblərinin qanuni əsasını MM-in 752.1-ci maddəsi təşkil edir. Lakin hazırkı işdə həmin maddənin dispozitiv şərtlərinin mövcud olması sübut olunmur. Belə ki, qeyd olunan maddədən də görünür ki, podrat müqaviləsi üzrə öhdəlik ilk növbədə podratçının üzərinə düşür və yalnız o, müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra sifarişçinin muzd ödəmək öhdəliyi yaranır. Lakin iddiaçı bununla bağlı heç bir mötəbər sübutu (təhvil-təslim aktı, forma 2 arayışı və s.) məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən elektron məktub, X9 Tikintisi üçün tərtib olunmuş smetalar, o cümlədən şahidlər X5 və X4 ifadələri bu halı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz. Belə ki, cavabdehin əməkdaşı olan Nümayəndə2 adından göndərilən elektron məktubda iddiaçı tərəfindən 147.665,64 manat dəyərində podrat işlərinin görülməsi və cavabdehə təhvil verilməsi müəyyən olunmur. Çünki həmin məktuba əlavədə qeyd olunan işlərin artıq görülməsi ilə bağlı məlumat yazılmayıb və həmin əlavə daha çox smeta sənədinə bənzəyir.

21. Bundan başqa birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, həmin elektron məktubda adları qeyd edilən Tural Rəcəbli və İlqar Abbasov iddiaçının işçiləri deyillər. İddiaçı tərəfindən təqdim edilmiş 9 ədəd smeta sənədi də iddiaçı tərəfindən işlərin görülməsini təsdiq etmir. Çünki, smeta podrat müqaviləsi üzrə layihənin həyata keçirilməsi üçün görülməli olan işlər, müddətlər və xərclərin hesablanmasını nəzərdə tutan maliyyə sənədidir. Həmin smeta sənədlərinin üzərində də onların məhz görülmüş işlərlə bağlı tərtib olunması qeyd olunmamışdır. Bu isə onu göstərir ki, smetalar məhz gələcəkdə görüləcək işlərlə əlaqədar tərtib edilmişdir. Cavabdehin mövqeyi də bundan ibarətdir ki, müqavilə bağlanıldıqdan sonra iddiaçı tərəfindən smetanın tərtib olunması ilə bağlı işlər görülmüş, bununla bağlı avans da ödənilmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, həmin smetaların yuxarı sağ hissəsindəki imzaların cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanıb-imzalanmamasının mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Göründüyü kimi iddiaçı tərəfindən məhz 147.665,64 manat dəyərində podrat işlərinin görülməsi və cavabdehə təqdim edilməsi iddiaçının təqdim etdiyi elektron məktub və smeta sənədləri ilə sübut olunmur. Cavabdeh tərəfindən iddiaçının hesabına 2018-ci il 12 noyabr tarixdə 10.000 manat, 2019-cu il 4 fevral tarixdə 15.000,16 manat və 2019-cu il 23 aprel tarixdə 15.000,16 manat məbləğində pul vəsaitlərinin ödənilməsi də podrat müqaviləsi üzrə işlərin görülməsi və cavabdehin iddia tələbində göstərilən məbləğdə borcunun olmasını təsdiq etmir. Çünki cavabdeh bununla bağlı bildirir ki, həmin ödənişlər avans və armatur alınması ilə bağlı həyata keçirilmişdir.

22. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 2019-cu il 31 may tarixli EAAV 231275 saylı və 2019-cu il 19 aprel tarixli EAAT 363851 saylı elektron qaimələrdən də görünür ki, həmin qaimələr tikinti işlərinin görülməsi üçün avans məbləği kimi 23.010 manat və armatur alınması üçün 17.700,3 manatın ödənilməsi ilə bağlı göndərilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən podrat işlərinin görülməsi heç bir yazılı sənəd və sübutla təsdiq olunmur. Bununla bağlı kollegiya qeyd etmişdir ki, hüquqi şəxs olan iddiaçı tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun (beton və ya digər tikinti materialların alınması, işçilərə əmək haqqının ödənilməsi və ya subpodrat müqaviləsi üzrə ödənişlərin edilməsi, tikintidə istifadə olunan texnikaların işlədilməsi və ya icarəsi ilə bağlı və s.) təqdim edə bilməməsi ağlabatan deyil. Bu baxımdan kollegiya hesab etmişdir ki, heç bir yazılı sübut olmadığı halda iş üzrə dindirilmiş şahidlərin, yəni iddiaçı şirkətin təsisçisi olmuş X3 və iddiaçı şirkətin ümumiyyətlə əməkdaşı olmayan X4 ifadələri podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

23. Hazırkı apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “WhatsApp” yazışmaları və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən iddiaçıya ünvanlanan məktublar isə gecikdirilmiş sübutdur və hazırda qəbul edilə bilməz. Belə ki, MPM-in 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

24. Lakin iddiaçı qeyd olunan maddənin tələblərinə riayət etməmişdir. Çünki iddiaçının vəkili verilmiş sorğuların gec cavablandırıldığını bildirsə də, bununla bağlı sübutları təqdim etməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinə də sorğuların verilməsi ilə bağlı məlumat verilməmişdir. İddiaçı tərəfindən “WhatsApp” yazışmalarının birinci instansiya məhkəməsinə təqdim edilməsi, lakin məhkəmə tərəfindən onların qəbul edilməməsi isə iş materialları ilə təsdiq olunmur. Eyni zamanda kollegiya qeyd etmişdir ki, kommersiya mübahisələri üzrə sübutlar elektron qaydada verildiyi üçün iddiaçı tərəfin qeyd olunan əsaslandırması tamamilə əsassızdır.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 752.1 və MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Kassasiya instansiyası məhkəməsindəki icraat

26. İddiaçı tərəfindən kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-2(102)-484/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 mart tarixli, 2-2(103)- 201/2022 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayətləri verildiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

35. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

36. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

37. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

40. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir.

41. Kollegiya bu nəticəyə gələrkən aşağıdakılara əsaslanır.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında göstərmişdir ki, iş üzrə tam, obyektiv və ədalətli nəticənin əldə olunmasına cavabdehin maliyyə direktoru vəzifəsində işləmiş Nümayəndə2 məhkəmə iclasında iştirakının təmin olunması, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə imzaların kimə məxsus olmasının və həqiqiliyinin müəyyən olunması vasitəsilə nail oluna bilərdi. Apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.

43. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır.

44. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur.

45. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.

46. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz.

47. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.

48. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

49. Hazırkı iş üzrə iddiaçının tələbi görülmüş işlərin qalıq dəyəri olan pulun ödənilməsi barədədir.

50. İddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə işlərin yerinə yetirilməsinin sübutu kimi podrat müqaviləsi, smeta sənədləri, “WhatsApp” yazışmaları, şahidlər təqdim etmişdir.

51. Cavabdeh tərəf “WhatsApp” yazışmaların işlərin görülməsini təsdiqləmədiyini, mübahisənin kommersiya mübahisəsi olduğunu, yalnız rəsmi sənədlərlə təsdiq edilə biləcəyini, müqavilə bağlanarkən Ravil Səfərovun orada olmadığını, smetanın isə təhviltəhvil sənədini əvəz etmədiyini, smetanın özünün isə birtərəfli qaydada tərtib olunduğunu bildirərək iddiaya etiraz etmişdir.

52. Birinci instansiya məhkəməsi isə iddiaçının təqdim etdiyi sübutlara belə qiymət vermişdir ki, hüquqi şəxs olan iddiaçı tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun (beton və ya digər tikinti materialların alınması, işçilərə əmək haqqının ödənilməsi və ya subpodrat müqaviləsi üzrə ödənişlərin edilməsi, tikintidə istifadə olunan texnikaların işlədilməsi və ya icarəsi ilə bağlı və s.) təqdim edə bilməməsi ağlabatan deyil. Heç bir yazılı sübut olmadığı halda iş üzrə dindirilmiş şahidlərin, yəni iddiaçı şirkətin təsisçisi olmuş X3 və iddiaçı şirkətin ümumiyyətlə əməkdaşı olmayan X4 ifadələri podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “whatsapp” yazışmaları və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən iddiaçıya ünvanlanan məktublar isə apellyasiya məhkəməsi tərəfindən MPM-in 372.2-ci maddəsinin tələbinə əsasən gecikmiş sübut hesab olunmaqla, qəbul edilməmişdir.

53. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir.

54. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarları) formalaşdırdığı hüquqi mövqelərində göstərilir ki, apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının qanunverici tərəfindən məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq tərəf bu və ya digər formada iddia qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfi öz mövqeyinin müdafiəsi üçün daha çox imkan verən məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.

55. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində yeni sübutların və faktların təqdim olunmasının məhdudlaşdırılması çəkişmə və tərəflərin bərabərliyi prinsipinə xələl gətirməməlidir.

56. İş materiallarından göründüyü kimi, əvvəlki apellyasiya baxışı zamanı 2022-ci il 1 fevral tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi işlərin yerinə yetirilməsinin sübutu kimi “WhatsApp” yazışmalarını birinci instansiya məhkəməsində təqdim etdiyini, lakin məhkəmə tərəfindən qəbul edilmədiyini, Fövqəladə Hallar Nazirliyindən sorğu ilə əldə edilmiş təhvil-təslim aktlarını məhkəməyə təqdim edəcəyini bildirmiş, birinci instansiya məhkəməsində həmin aktları məhkəməyə təqdim edə bilməməsini sorğuya cavabın gec alınması ilə əlaqələndirmişdir.

57. Həmçinin, iddiaçı apellyasiya məhkəməsinə sübutların təqdim edilməsi barədə vəsatətində qeyd etmişdir ki, müxtəlif dövlət qurumları ilə aparılmış yazışmaların əldə edilməsi üçün verilmiş sorğulara birinci instansiya məhkəməsində işə baxılarkən cavab alına bilməmiş, birinci instansiya məhkəməsi isə işə baxılma müddətinə bir aydan çox vaxt qalmasına baxmayaraq, qətnamə çıxarmışdır.

58. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, işə bərpa, aliment tutulmasına dair işlərə 2 ay, ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə 3 ay, digər mübahisələrə dair işlərə - 4 ay müddətində baxılır (MPM-in 172.1.1-172.1.3-cü maddələri).

59. İş materiallarından göründüyü kimi, iddia ərizəsi birinci instansiya məhkəməsinə 24 sentyabr 2021-ci il tarixdə daxil olmuş, işə baxılıb yekun məhkəmə aktının çıxarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bitməsinə hələ 1 aydan da artıq müddətin qalmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya əlavə sübutların təqdim olunmasına şərait yaradılmadan qətnamə qəbul olunmuşdur.

60. Halbuki, prosessual qanunvericilik nəinki proses iştirakçıları üçün zəruri sübutların əldə olunmasına şəraitin yaradılmasını, hətta işdə olan sübutlar kifayət etmədikdə məhkəmələr tərəfindən belə zəruri əlavə sübutların təqdim olunmasının iş üzrə tərəflərə təklif edilməsini nəzərdə tutmuşdur.

61. Belə ki, MPM-in 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

62. Bundan başqa, iş materiallarında olan “X15 LTD”nin və X11 Xidmətinin cavab məktublarından görünür ki, həmin məktublar iddiaçının vəkili tərəfindən 2021-ci il 1 noyabr tarixdə - yəni birinci instansiya məhkəməsinin 2021-ci il 18 noyabr tarixli qətnaməsindən daha əvvəl göndərilmiş 005/21 və 006/21 nömrəli məktublara cavab olaraq yazılmışdır.

63. Qeyd edilənlərə əsasən Kollegiya iddiaçının nümayəndəsi tərəfindən işlərin yerinə yetirilməsinin sübutu kimi təqdim olunmuş “WhatsApp” yazışmalarını apellyasiya mərhələsində təqdim edilməsini mümkün sayır və aşağıdakı kimi hüquqi qiymət verir.

64. “WhatsApp” yazışmalarından görünür ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə görüləcək işlərin icrasını təşkil və idarə etmək üçün “WhatsApp” qrupu yaradılmış, qrup 2018-ci ilin oktyabr ayından 2019-cu ilin dekabr ayınadək, yəni təxminən 1 il 2 aya qədər müddət ərzində işlək olmuş, qrupda aparılan yazışmalar da həmin dövrü əhatə etmişdir.

65. Qeyd edilən qrupda iddiaçı və cavabdehin aidiyyəti şəxslərinin iştirak etməsi, habelə bu qrupda aparılmış yazışmaların və bölüşülən fotoşəkillərin X10 inşa edilən istehsal sexi ilə əlaqəli olmasını tərəflər mübahisələndirməmişlər.

66. Həmin “WhatsApp” qrupunda aparılan yazışmalardan aydın olur ki, inşaat sahəsində beton hazırlıq işlərindən başlayaraq metal konstruksiyaların qurulmasına qədər işlər görülmüş, İddiaçı MMC -nin əməkdaşı Rövşən adlı şəxs tərəfindən görülən işlərlə bağlı mütəmadi olaraq fotoşəkillər yerləşdirilmişdir. Bu fotoşəkillərdən görünür ki, işlər torpaq səviyyəsindən başlamaqla, hazır fermanın qurulmasınadək davam etmişdir. Bundan başqa, görülmüş işlərlə bağlı müxtəlif dövlət orqanlarına müraciətlər edilərək zəruri sənədlər (rəylər, icazələr və s.) əldə edilmiş və onların fotoşəkili İddiaçı MMC-nin əməkdaşı Rövşən adlı şəxs tərəfindən bu qrupda məlumat üçün paylaşılmışdır. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, qrupda sadalanan işlər iddiaçı tərəfindən görülmüşdür və bu işlərin görülməsi 1 ildən artıq müddət ərzində icra edilmişdir.

67. “WhatsApp” qrupunda aparılan yazışmalarda adı “Rövşən Archimed” kimi qeyd olunmuş şəxs “Ravil Profix” adı ilə qeyd olunmuş şəxsə xx.xx.2019-cu ildə müraciət edərək bildirmişdir ki: “Ravil e-mailini yoxlayıb, işlərlə bağlı sualların həllini qısa müddətdə köməklik etsin ki, layihə tamamlansın”.

68. Həmçinin, İddiaçı MMC Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X7 S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu ilə tikinti-quraşdırma işlərində istifadə etdiyi tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruksiyaların layihəyə uyğunluğunun müəyyən edilməsi üçün xx.xx.2019-cu il tarixdə öz adından müqavilə bağlamış və 1360 manat xidmət haqqı ödənilmişdir.

69. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, İddiaçı MMC tərəfindən podrat müqaviləsində göstərilən işlərin görülməməsinə dair dəlilləri əsassız olmuşdur.

70. Bundan başqa, xx.xx.2019-cu il tarixdə Nümayəndə2 adlı şəxs tərəfindən Elektron ünvan e-mail ünvanından Tural Rəcəbli adlı şəxsə e-mail göndərilmiş və bu e-maildə qeyd edilmişdir ki, “İlqar m. təsdiq etdiyi işlər üzrə hesabat əlavədədir. Hər-hansı sual olduğu halda, xahiş edirəm bildirəsiniz”.

71. Sözügedən əlavədə isə “X16” “All Transactions” cədvəli əks olunmuşdur. Cədvəldən görünür ki, 11 (2018-ci ildən 2019-cu ilin dekabr ayınadək) ay üzrə aybaay, habelə görüləcək işlərin təsviri göstərilməklə, ümumilikdə 147,665 manat məbləğində işlərin görüldüyü qeyd edilmişdir.

72. Bundan əlavə iş üzrə 9 ədəd smeta sənədi tərtib olunmuş (aylar üzrə görüləcək işlərin smetası) və həmin smeta sənədləri yalnız iddiaçı tərəfindən imzalanıb möhürlə təsdiq edilmişdir. Lakin həmin sənədlərin hamısının birinci səhifəsinin yuxarı sag küncündə imza edilmişdir.

73. İddiaçı qeyd edilən imzanın Cavabdeh MMC-nin səlahiyyətli şəxsi Nümayəndə2 tərəfindən imzalandığını bildirmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə2 özü də həmin imzaların ona məxsus olduğunu bildirmişdir.

74. Bu smetalardakı rəqəmlər e-mail vasitəsilə göndərilən hesabatdakı “Amount” qrafasındakı aylar üzrə rəqəmlərlə (ƏDV xaric) əksər hallarda eynilik təşkil edir, “Build 04.04” və “Build 04.05” qrafaları üzrə transaksiyalarda bu rəqəmlər təxminən 1000 manat olmaqla, fərqlənir.

75. Bununla yanaşı, göndərilmiş hesabatın 1-ci qrafasındakı “Beton | Building Foundation” işlərinin görülməsi üçün “Amount” 68.075,00 göstərilsə də, “Open Balance” qrafası üzrə həmin məbləğ 8.754,58 kimi göstərilmişdir və 147,665.64 rəqəmi də məhz həmin azaldılmış məbləğə istinad edilməklə hesablanmışdır.

76. Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq Nümayəndə2 şahid qismində dindirilmiş, şahid ifadəsində o aşağıdıkıları bildrirmişdir: O, Cavabdeh MMC-nin maliyyə direktoru vəzifəsində çalışır. Onlar X10 istehsalat sahəsini inşa etmək qərarına gəlmiş, bu məqsədlə bir çox şirkətlərə müraciət etmişlər. Sonradan iddiaçı şirkətlə razılaşmışlar və onlar layihənin müəllifi kimi inşaat işlərinin aparılmasında iştirak etmişlər. Razılığa əsasən, onlar layihənin müəllifi olaraq onun icrasına nəzarət etməli, supervision həyata keçirməli idilər. Müqavilə çərçivəsində ilkin növbədə həmin layihənin hazırlanması işlərinə başlamış, işə başlanması üçün əvvəlcədən ödəniş də edilmiş, lakin iddiaçı təşkilatın işi onları qane etməmişdir. Belə ki, layihəyə əsasən istehsalat binası inşa olunmalı, orada 48 ton ağırlığı, 6 metr uzunluğu, 80 sm diametri olan cilalama dəzgahı yerləşdirilməli idi. Lakin iddiaçı şirkətin təklif etdiyi layihədə döşəməyə cəmi 20 sm qalınlığında beton tökülməsi nəzərdə tutulurdu. Bundan sonra onların işlərindən şübhələnib, Rusiya şirkətinə layihəndirməni yoxlamasını və rəy verməsini sifariş ediblər. Rusiya şirkəti həmin layihəni yenidən yoxlamaq və rəy verməyin daha çox vaxt aparacağını bildirmiş, onlara göndərdikləri konstruksiyalar üzrə hazır layihələri olduğunu demiş və həmin layihəni onlara göndərmişlər. Onlar da bu layihəni iddiaçı şirkətin nümayəndələrinə təqdim etmişlər. İddiaçı şirkətin nümayəndələri yeni layihəni bəyənmiş, onun daha qənaətli olduğunu demiş və qəbul etmişlər. Bundan sonra həmin layihəni pillə-pillə AR Fövqəladə Hallar Nazirliyində təsdiqlətməli olublar. Bundan başqa, iddiaçının layihəsi ilə Rusiya şirkəti tərəfindən təqdim edilən layihələrdə program fərqləri də olmuşdur. Bu işlərdə iştirak edirdilər. Onlarla iddiaçı şirkət arasında bağlanmış müqavilə çərçivə müqaviləsi olduğundan, xatırladığı qədərilə müqavilədə məbləğ də göstərilməmişdi. Müqavilələrə mütləq olaraq ayrılmaz hissəsi olan razılaşma protokolu tələb olunurdu. Razılaşma protokoluna əsasən görülən işlərə görə qaimə-fakturalar göndəriblər. Yadında deyil, hansı qismini avans olaraq ödəyiblər, amma dəqiq bilir ki, göstərilmiş xidmətlərə görə tam olaraq pulun hamısı ödənilib. İlkin mərhələdə materialların, armaturların alınmasını iddiaçı həyata keçirmişdir. Lakin bu materiallar keyfiyyətsiz olduğundan, onlar sonradan həmin malları özləri digər şirkətlərdən almışdır. Ümumiyyətlə, iddiaçıdan bir dəfə alınan xammal, bir də onlardan alınmırdı, digər şirkətlərdən alınırdı. İddiaçının təqdim etdiyi smetaların üzərindəki imzalar ona məxsusdur. Smeta təhvil-təslim sənədi deyil. Smeta təklif sənədidir. Sənədin üzərində ona görə imza atıb ki, onları nəzərdən keçirdiyini bilsin. Belə ki, sənədlər arasında qarışıqlıq idi, müxtəlif sənədlər verirdilər, sonra deyirdilər ki, düzəliş edəcəyik, sənədlər çox olurdu. Maliyyə direktoru kimi məqsədi büdcəyə uyğun addım atmaq idi. Yəni, imza etməkdə məqsədi məlumatı qəbul edib rəhbərliyə təqdim etmək idi. İlqar və Tural adlı şəxsləri tanıyır. Lakin onun bildiyinə görə, həmin şəxslər İddiaçı MMC-nin işçiləri deyil. Amma məsələn, Tural Rəcəblini "xxxx" MMC-dən tanıyır. Həmin şirkətlə də əməkdaşlıq ediblər. Ümumiyyətlə, işlərin görülməsi ilə bağlı bəzən bir tərəf ayrı-ayrı şirkətlər adından bir neçə təkliflər verirdilər ki, layihəni udmaq şansları olsun. Bu baxımdan Tural Rəcəblinin İddiaçı MMC ilə əlaqələri olub-olmamasından məlumatı yoxdur. Bir etapda o da inşaat işlərinin aparılması ilə bağlı təkliflər göndərmişdi, amma bunun İddiaçı MMC-yə aidiyyəti yoxdur. Onun Turala göndərdiyi e-mail də həmin təkliflərə verilən cavab olmuşdur. Layihə üzrə görülmüş işləri başqa şirkət həyata keçirib. Metal konstruksiyaların quraşdırılması və beton işlərini Tamerlan Əliyev adlı şəxs və onun briqadası həyata keçirib, bunun üçün materialları isə onlar özləri alıblar, xidmət haqlarını da özləri ödəyiblər, bunun İddiaçı MMC-yə aidiyyatı olmayıb. Tikinti işlərinin aparılması zamanı onlar bir çox şirkətlərlə əməkdaşlıq ediblər. Elektron qaimə gəlirdisə, deməli onun müqaviləsi, təhvil-təslim aktı, inşaat işləri forma-2 hamısı olub, bu səbəbdən də o, həmin qaimələr üzrə ödənişləri edib.

77. Bundan başqa, müxtəlif məhkəmə iclaslarında cavabdehin nümayəndəsi tərəfindən bir halda iddiaçı şirkətə avansın ödənildiyi, digər tərəfdən X10 görülmüş işlərin iddiaçı tərəfindən yox, digər şirkət tərəfindən görüldüyü bildirilmiş, lakin işlərin iddiaçı şirkət tərəfindən sona çatdırılmamasına baxmayaraq, ödənilmiş avans məbləğlərinin hansı səbəbdən geri qaytarılmasının tələb olunmaması, habelə işlərin digər hansı şirkət tərəfindən həyata keçirilməsi ilə bağlı məhkəməyə hər hansı sübutlar təqdim olunmamışdır.

78. MPM-in tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

79. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.

80. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

81. MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

82. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

83. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

84. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

85. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 80, 81-ci maddələri).

86. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını, şikayətin dəlillərini və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh podrat müqaviləsi üzrə işlərin görülmədiyini bildirsə də, iddiaçı tərəfindən müqavilə üzrə işlərin həyata keçirilməsi və görülmüş işlərin dəyərinin 147.665,64 manat təşkil etməsi tam olaraq öz təsdiqini tapır.

87. Bu zaman kollegiya nəzərə alır ki, hər iki tərəf kommersiya hüquqi şəxs olmaqla, onların arasında podrat müqaviləsi bağlanmışdır. Hazırkı iddia tələbi də məhz bu müqavilənin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi ilə bağlı olmuşdur.

88. Doğrudur, tərəflər arasında işlərin podratçı tərəfindən keyfiyyətli görülməsini və sifarişçiyə təqdim edilməsini təsdiq edən sübutlar mövcud deyildir.

89. Bununla bağlı iddiaçı bildirmişdir ki, həmin işlərin görülməsinə dair smeta sənədləri onların tərəfindən tərtib edilərək cavabdeh MMC-yə təqdim edilmiş və onun səlahiyyətli şəxsi tərəfindən imzalanmışdır.

90. Cavabdeh isə həmin smeta sənədlərinin işlərin görülməsini təsdiq edən sənəd olmadığını bildirir.

91. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş 9 ədəd smeta sənədlərində layihə üzrə görüləcək işlərin təsviri, bu işlərin həcmi və çəkilməli xərclər əks olunmuşdur.

92. Eyni zamanda, Cavabdeh MMC-nin maliyyə direktoru vəzifəsini daşıyan Nümayəndə2 tərəfindən Tural Rəcəbli adlı şəxsə ünvanlanan (surəti İlqar Abbasova göndərilib) e-mail yazısına əlavə edilmiş hesabat sənədindən görünür ki, cavabdeh təşkilatın görülmüş işlərə dair 147,665.64 manat borcunun olduğu etiraf edilmişdir. Özü də, bu qeyd edilən hesabatdakı rəqəmlərlə İddiaçı MMC -nin tərtib edərək cavabdeh MMC-yə göndərdiyi və onun maliyyə direktoru Nümayəndə2 üzərində imza etdiyi smetalardakı rəqəmlər təxminən eynidirlər.

93. Yalnız 1-ci qrafadakı “Beton / Building Foundation” işləri üçün smetada 68.075,00 manat göstərilsə də, 8.574,58 manat pul məbləği hesablanmışdır. Lakin hesabatın son hissəsindən görünür ki, tələb edilən 147,665,64 manat məbləğ məhz 8.574,58 manat, yəni cavabdehin nümayəndəsinin təklif etdiyi məbləğ nəzərə alınmaqla hesablanmışdır. Qeyd edilən hesabatlar “Tural / Archimed”-in adına tərtib edilmişdir.

94. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən İddiaçı MMC-nin təsisçisi olmuş Rövşən Rüstəmov işlərin görülməsi ilə bağlı Cavabdeh MMC ilə danışıqların onların ortaq dostu olan Tural adlı şəxslə aparıldığını bildirmişdir.

95. Bundan başqa, şahid İlqar Abbasov da vermiş olduğu ifadəsində İddiaçı MMC ilə "xxxx" MMC arasında podratçı kimi əlaqənin olduğunu və "xxxx" MMC-nin əməkdaşı kimi bu işləri gördüyünü bildirmişdir.

96. İş üzrə şahid kimi dindirilmiş Nümayəndə2 da Tural Rəcəbli adlı şəxsi "xxxx" MMCdən tanıdığını bildirmişdir.

97. Beləliklə, bütün qeyd edilənlər onu deməyə əsas verir ki, Tural Rəcəbli adlı şəxsin İddiaçı MMC ilə Cavabdeh MMC arasında həyata keçirilən layihə üzrə münasibətlərdə, danışıqların aparılmasında qeyri-rəsmi iştirak etmişdir.

98. Ona görə də, Cavabdeh MMC-nin maliyyə direktoru tərəfindən Tural Rəcəbli adlı şəxsə e-mail vasitəsilə göndərdiyi, görülmüş işlərə dair hesabatın İddiaçı MMC-yə heç bir aidiyyatının olmadığı barədə cavabdehin dəlillərini kollegiya əsassız hesab edir.

99. Əksinə, kollegiyanın qənaətinə görə, qeyd edilən hesabatdakı məbləğlərlə İddiaçı MMC tərəfindən tərtib edilmiş smetalardakı görüləcək işlərin və bu işlərin görülməsi üçün nəzərdə tutulan pul məbləğlərinin uyğun olması, həmin e-mailin mövzusunun “Profix- Archimed / Statement” olması, həmin hesabatın surətinin İlqar Abbasova göndərilməsi bir daha təsdiq edir ki, bu hesabatı tərtib etməklə, cavabdeh təşkilat qeyd edilən işlərin İddiaçı MMC tərəfindən görüldüyünü və bunun müqabilində 147,665.64 manat borcunun olduğunu etiraf etmişdir.

100. Tərəflərin nümayəndələrinin iştirakı ilə yaradılmış “WhatsApp” qrupunda 1 il 2 aya yaxın müddətdə görülən və görüləcək işlərlə bağlı yazışmaların aparılması, görülmüş işlərə dair fotoşəkillərin paylaşılması da iddiaçı MMC tərəfindən podrat müqaviləsi üzrə işlərin görülməsini bir daha təsdiq edir.

101. Mülki Məcəlləyə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442).

102. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, cavabdeh iddiaçı qarşısında öhdəliklərini yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Ona görə də cavabdehdən iddiaçının xeyrinə 147.665,64 manat tutulmalıdır.

103. Həmçinin işdən görünür ki, kommersiya mübahisəsinin mediasiya vasitəsi ilə həll edilməsi üçün Mediasiya Şurasına rəsmi qaydada müraciət edilmiş və ilkin mediasiya sessiyasında iştirak etmək üçün iddiaçı tərəfindən 400 manat mediasiya xərci və məhkəməyə iddia verilməsi üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir.

104. MPM-ə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1).

105. İddia təmin olunduğundan ödənilmiş 400 manat mediasiya xərci və 30,40 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

106. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

107. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.4-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

108. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4752/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh MMC-dən 2018-ci il 1 oktyabr tarixli 26 saylı Podrat müqaviləsinə əsasən görülmüş işlərin qalıq dəyəri olan 147.665,64 manat məbləğində pul, 400 manat mediasiya xərci, ödənilmiş 30,40 manat dövlət rüsumu, ümumilikdə isə 148.096,04 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar