Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-682/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh MMC-yə və “X9 Company” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2177/2025 nömrəli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh MMC-yə və “X9 Company” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra cavabdeh “X9 Company” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı yazılı etiraz verərək, iddianın baxılmamış saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan iş üzrə ilk öncə müəyyən edilməli olan məsələ işə tətbiq olunmalı olan hüquq, mübahisələrin həllinə dair aidiyyətin müəyyən edilməsidir. Belə ki, Distributor müqaviləsinin 12-ci maddəsinə əsasən həmin müqaviləyə Rusiya Federasiyasının hüququ tətbiq olunduğu və həmin müqaviləyə aid olan və ondan irəli gələn bütün mübahisələrin Moskva Arbitraj Məhkəməsində baxılmalı olması qeyd olunmuşdur. Sonradan Müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli əlavəyə əsasən mübahisələrər baxılması üçün Rusiya Federasiyası Ticarət və Sənayə Palatası yanında X2 Məhkəməsində baxılması barədə razılığa gəlinmşdir. Daha sonra Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddiaya qarşı yazılı etiraz verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2177/2025 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı QSC qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2177/2025 nömrəli qərardadının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə arbitraj şərtinin olması səbəbindən işin baxılmamış saxlanılması barədə səhv nəticəyə gəlmişdir. Birincisi, rəqabət hüququ bazar bütövlüyünü, istehlakçıların rifahını və ədalətli rəqabəti qorumaq üçün nəzərdə tutulmuş publik tənzimləmənin əsas elementidir. Rəqabət hüququ rəqabət əlehinə razılaşmalar, bazarda hökmran mövqedən sui-istifadə də daxil olmaqla daha geniş ictimai maraqlara təsir edən davranışları tənzimləyir. Buna görə də rəqabət hüququna əsaslanan mübahisələrə müqavilə üzrə mübahisə hesab edilə bilməz. Belə ki,“Arbitraj haqqında” Qanunun 13.2.9-cu maddəsi rəqabət hüququ ilə əlaqədar yaranan mübahisələrin arbitrajda həllini açıq aydın şəkildə istisna edir. Həmin maddədə deyilir: “rəqabət hüququ və istehlakçıların hüquqlarının müdafiəsi, habelə istehlak kreditləri ilə əlaqədar yaranan mübahisələr arbitrajda həll edilə bilməz.” Burada istisna absolyut xarakter daşıyır, çünki “Arbitraj haqqında” Qanunun 13.3-cümaddəsinə əsasən, sözügedən mübahisələr yerli arbitraj məhkəmələrində həll edilə bilməz. Bu səbəbdən hazırki mübahisəyə X7 Məhkəməsində deyil, məhz cavabdehin olduğu yer üzrə kommersiya mübahisələrinin həlli səlahiyyətinə malik olan Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İkincisi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin xx.xx.1958-ci il tarixli “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” Nyu-York Konvensiyasının (1958) (bundan sonra – “Nyu-York Konvensiyası”) V(2)(a) maddəsinə, habelə MPM-in 476.1.2.1cimaddəsinə, “Arbitraj haqqında Qanun”un 56.1.2.1-ci maddəsinə əsasən Ali Məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyinə görə mübahisənin arbitrajda həll edilə bilməməsini müəyyən etdikdə, xarici arbitraj məhkəməsinin qərarının tanınmasından və ya icra edilməsindən imtina edilə bilər. Beləliklə, rəqabət hüququ ilə əlaqədar yaranan mübahisəsi üzrə arbitrajın yurisdiksiyasının məhkəmə tərəfindən tanınması təkcə“Arbitraj haqqında” Qanuna zidd deyil, həm də arbitraj prosesini səmərəsiz edir. Nəticə etibarı ilə sözügedənmübahisə üzrə arbitraj qərarıMPM-in 476.1.2.1-ci maddəsinə əsasən tanına və icra oluna bilməz. Yəni məhkəmənin hazırki mövqeyi baxımından İddiaçının rəqabət pozuntusundan irəli gələn Cavabdehdən zərər tələb etmək hüququ dalana düşür. Bu baxımından məhkəmənin aktı hüquqi məna daşımayan və sözügedən mübahisələrə baxmaq səlahiyyəti olan yerli məhkəmələrə çıxışı lüzumsuz şəkildə gecikdirən addımdır. Üçüncüsü, Məhkəmənin Ali Məhkəmə Plenumunun xx.xx.2023-cü il tarixli,15/2023 nömrəli “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qərarının (bundan sonra – “Plenum Qərarı”)3.3-cü bəndinə istinadı yersizdir. Belə ki, Plenum Qərarıxx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bu o deməkdir ki, Plenum Qərarı qəbuledilərkən xx.xx.2024-cü il tarixdən qüvvədə olan “Arbitraj haqqında” Qanunun 13.2.9-cu maddəsi nəzərə alınmamış və Plenum Qərarınınmövcudluğu qeyd edilən müddəanın tətbiqini istisna edə bilməz. İstənilən halda, məhkəmə tərəfindən Plenumun Qərarının“ Arbitraj haqqında” Qanunun 13.2.9-cu maddəsi ilə ziddiyyətli təfsirinə yol verilirsə, Qanunun müddəaları üstünlük təşkil edir. Bu baxımdan da, məhkəmənin qərarı Qanuna ziddir. Dördüncüsü, məhkəmə rəqabət hüququ ilə əlaqədar yaranan mübahisələrin arbitrajda həll edilə bilməməsinə dair hər 2 mülahizədə irəli sürdüyümüz dəlillərə heç bir münasibət bildirməmiş, nəticədə qanunsuz və əsassız Qərardad qəbul etmişdir. Halbuki, Məhkəmə qeyd edilən dəlillərə münasibət bildirsəydi işə mahiyyəti üzrə baxardı. Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli qərarında Avropa MəhkəməsininKraska İsveçrəyə qarşı iş üzrə xx.xx.1993-cü il tarixli qərarındaki hüquqimövqeyə istinadən qeyd etmişdir ki,“İnsan Hüquq və X3 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın. Odur ki, Məhkəmə tərəfimizdən irəli sürülən dəlillərə münasibət bildirməyərək qanunsuz və əsassız Qərardad qəbul etmişdir. 2-ci Cavabdeh özünün də xx.xx.2025-ci il tarixli etirazında qeyd etdiyi kimi arbitraj müddəasını daxil edən Distributor Müqaviləsinin tərəfi deyil, nə də ki, İddiaçı və 2-ci Cavabdeh arasında hər hansı yazılı arbitraj razılaşması mövcud deyil. Bu səbəbdən məhkəmənin qərarı Nyu-York Konvensiyasına və arbitrajın fundamental prinsiplərinə ziddir. Birincisi, Nyu-YorkKonvensiyasının İİ (2)-ci maddəsinə əsasən, arbitraj müqavilələri yazılışəkildə olduqda məcburidir. Həmin maddədə deyilir: “Yazılı razılaşma” termini müqavilədəki arbitraj müddəasını və ya tərəflər tərəfindən imzalanmış arbitraj müqaviləsini ehtiva edir [...]” 2-ci Cavabdeh və İddiaçıarasında hər hansı yazılı arbitraj razılaşması mövcud olmadığı üçün,2-ci Cavabdeh arasında olan mübahisənin arbitrajda baxılması ümumiyyətlə mümkün deyil. İkincisi, Nyu YorkKonvensiyasının İİ (1)-ci və İİ (2)-ci maddəsinin müddəalarından irəli gələrək yalnız arbitraja razılıq verən tərəflər arbitraj etməyə məcbur edilə bilər.1-ci Cavabdehlə bağlamış arbitraj razılaşmasını İddiaçı və 2-ci Cavabdehin münasibətlərinə tətbiq etməklə, məhkəmə arbitrajın fundamental prinsipi olan arbitrajı seçməkdə müstəqillik prinsipinə zidd olaraq tərəfləri arbitraj etməyə məcburedir. Beləliklə, 2-ci Cavabdehvə İddiaçı arasında hər hansı yazılı arbitraj razılaşması mövcud olmadığı üçün, tərəflər onlar arasında olan mübahisənin arbitrajda baxılmasına məcburedilə bilməz. Üçüncüsü, yazılı razılaşma olmadan tərəfləri arbitraj etməyə məcbur etmək İddiaçını müqavilədən irəli gəlməyən delikt mübahisəsi üzrə məhkəməyə müraciət etmək hüququndan məhrum edir. Məhkəmənin bu cür məcburetmə qərarı nəticə etibarı ilə Nyu-York Konvensiyasının V(1)(a) bəndinə zidd olduğu üçün icrası mümkün olmayan arbitraj qərarın çıxarılması ilə nəticələnəcək. Bu baxımından da məhkəmənin qərarı hüquqiməna daşımır. Göründüyü kimi, Qərardad Nyu- York Konvensiyasına ziddir. Birincisi, hazırkı mübahisə arbitrajda həll edilə bilmədiyi üçün, Məhkəmə MPM-in 259.0.5-ci maddəsini düzgün tətbiq etməmişdir. İkincisi, ümumiyyətlə 2ci Cavabdeh və İddiaçı arasında hər hansı yazılı arbitraj razılaşması mövcud olmadığı üçün, 2-ci Cavabdeh məhkəməyə müraciətində mübahisənin arbitrajda baxılması ilə bağlı hər hansı etiraz irəli sürməmiş, nə də ki bu cür etirazı irəlisürmək hüququna malik deyil. Məhkəmənin 2-ci Cavabdehlə olan hissədə mübahisənin baxılmamış saxlaması üçün MPM-in 259.0.5-ci maddəsində göstərilən əsas mövcud deyil və bu cür qərar əsassız və qanunaziddir. Odur ki, Qərardad ləğv edilməli və mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2177/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixində Elektron Məhkəmə sistemi vasitəsi ilə cavabdeh “X9 Company” MMC-nin nümayəndəsi, vəkili Vəkil1 və Vəkil2 nümayəndəsi və vəkili tərəfindən etirazlar daxil olmuşdur. Cavabdeh “X9 Company” MMC-nin nümayəndəsi və vəkili etirazını belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında olan münasibətlər məhz müqavilədən irəli gələn mülki münasibətlər olduğundan, məhz müqavilə ilə nəzərədə tutulmuş hüquq tətbiq olunmalı və mübahisələrə müvafiq məhkəmələrdə baxılmalıdır. Müqavilə münasibətlərindən irəli gələn məsələlər üzrə İddiaçının rəqabət qanunvericiliyin tətbiqi tələbinə dair iddiası tərəflər arasında olan müqavilə münasibətinə ziddir. İddiaçı tərəfindən dəfələrlə istər yazılı, istərsə də məhkəmə zalında Cavabdehin məhz müqavilə tələblərini pozmasını ifadə etməsi və bunu həm də rəqabət qanunvericiliyinin pozulması ilə əlaqələdirilməsi işin mahiyyətini dəyişmir və onun seçiminə uyğun olaraq mübahisəyə arbitrajda baxıla bilən olmaması iddiasını əsaslandırmır. 9. Tərəfimizdən nəzəri olaraq qəbul edilir ki, müqavilənin mövcudluğu mülki hüquq pozuntusunu istisna etmir, lakin müqavilədən irəli gələn pozuntunun mülki hüquq pozuntusu ilə nəticələnməsi istisna olunmalıdır. İddiaçının daha əvvəllər məhkəməyə təqdim etdiyi sənədlərdə qeyd edilir ki, hazırki iddia vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır və həmin zərər Cavabdehin xx.xx.2016-cı il tarixli Distributor və xx.xx.2017-ci il tarixli bonus Müqaviləsində nəzərədə tutulan öhdəliyin pozuntusundan da irəli gəlir. Bu hissədə İddiaçının Cavabdeh tərəfindən müqavilə öhdəliklərini pozaraq delikt törətməsinə dair mülahizəsini qanunvericiliyin tələblərinə uyğun hesab etmirik. Eləcə də, İddiaçı tərəfindən dəfələrlə Müqavilənin pozulmasınının ümumi şəkildə iddia olunmasına baxmayaraq, istər iddia ərizəsində, istərsə də Mülahizədə Müqavilənin hansı bəndinin, müqavilə üzrə hansı öhdəliyin pozulmasına konkret olaraq heç bir istinad mövcud deyildir. 10. İddiaçının Ali Məhkəmənin Azərbaycan Respublikasının qanunvericiliyinə görə mübahisənin arbitrajda həll edilə bilməməsini müəyyən etdikdə, xarici arbitraj məhkəməsinin qərarının tanınmasından və ya icra edilməsindən imtina edilə bilər müddəasına münasibətdə bildirilməlidir ki, qeyd olunan arqument antiinhisar qanunvericiliyin pozulması ilə bağlı xarici məhkəmənin arbitraj qərarının Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı məsələyə baxılması zamanı uyğun olardı, lakin məlum olduğu kimi hazırda baxılan məsələnin mahiyyəti başqadır. Əksinə nəzərə alınmalıdır ki, Rusiya Federasiyası Ticarət və Sənayə Palatası yanında X2 Məhkəməsinin xx.xx.2024-cü il tarixli M-25/2024 nömrəli Qərarına əsasən Cavabdehin iddiası əsasında, Müqaviləyə uyğun olaraq İddiaçı tərəfindən 2023-cü ilin mart ayından noyabr ayınadək alınaraq qiyməti ödənilməmiş mallar üzrə, eləcə də digər arbitraj və hüquqi yardım xərcləri üzrə 655.944,23 ABŞ Dollarının, 2.644.210,97 Rusiya rublunun və 3.757.697,97 Rusiya Rublunun İddiaçı QSC-dən alınaraq Cavabdehə verilməsi müəyyən edilmişdir. Hazırda həmin Qərarın Azərbaycan Respublikasında MPMnin 39-cu fəslinə uyğun olaraq tanınması və icrası məqsədi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə vəsatət ilə müraciət olunmuşdur. Cavabdeh nümayəndəsi vəkili etirazını belə əsaslandırılmışdır ki, hazırkı mübahisə rəqabət hüququ ilə deyil, müqavilədən irəli gələn və ya müqavilə ilə bağlı mübahisədir, yəni mülki mübahisədir. İş üzrə təqdim edilmiş materiallardan da göründüyü kimi İnteqral və SERC arasında distribütorluq müqaviləsi bağlanmış və mübahisə məhz həmin müqavilə ilə bağlı yaranmışdır. Yəni, belə bir müqavilə mövcud olmasaydı, İnteqral ona SERC tərəfindən zərər vurulduğunu heç iddia edə bilməzdi.Digər tərəfdən, distribütorluq müqaviləsinə tətbiq edilən hüquq Azərbaycan Respublikasının hüququ olmadığı üçün, mübahisələrin həlli forumunun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə istinad düzgün deyil.Hətta mübahisə rəqabət hüququ ilə əlaqədar olsaydı belə, SECC tərəfindən İnteqrala rəqabət qanunvericiliyinə uyğun olaraq zərər vurulması üçün, onlar ya eyni bazarda rəqabət aparmalı, ya da fərqli bazarlarda olduğu halda aralarında müqavilə münasibətləri mövcud olmalı idi ki, bu halların heç biri mövcud deyil.İkinci arqumentə münasibətdə qeyd edilməlidir ki, İnteqral və SECC arasında mübahisənin mövcudluğu üçün əsas olmalıdır. Bu əsas ya müqavilədən, ya da mülki hüquq pozuntusundan irəli gələ bilər.SECC və İnteqral arasında heç bir müqavilə mövcud deyil.İnteqral SECC tərəfindən rəqabət hüququnun pozulmasını və bunun nəticəsində ona zərər dəydiyini iddia edirsə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarına əsasən, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur:törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir;əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir;törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır;zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.Yuxarıda göstərilənlərlə bağlı qeyd etmək istərdik ki, SECC və İnteqralın fəaliyyət göstərdiyi bazarlar tamamilə fərqlidir. SECC "Samsung" əmtəə nişanlı malların idxalını və satışını həyata keçirmir, həmçinin ümumiyyətlə malların Azərbaycan bazarına təchizatı və bu bazarda satışı prosesində iştirak etmir. SECC-nin Azərbaycan Respublikasında fəaliyyəti yalnız marketinq və konsaltinq xidmətləri ilə məhdudlaşır. SECC-ə qarşı rəqabət hüququnun pozuntusu ilə bağlı iddianın irəli sürülməsi üçün İnteqral və SECC ya eyni bazarda fəaliyyət göstərən və bir-biri ilə rəqib olan şirkətlər olmalıdır (göründüyü kimi İnteqral və SECC tamamilə fərqli bazarlarda fəaliyyət göstərir), ya da fərqli bazarlarda fəaliyyət göstərirlərsə, aralarında müqavilə olmalıdır (belə bir müqavilə isə mövcud deyil). Fərqli bazarlarda fəaliyyət göstərdiklərindən və aralarında heç bir müqavilə olmadığından SECC tərəfindən İnteqrala qarşı hər hansı bir hüquqa zidd əməlin olduğunu iddia etmək tamamilə əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, “X9 Company” MMC ilə İddiaçı QSC arasında xx.xx.2016-cı il tarixli 410- A3 saylı distribütor müqaviləsi imzalanmışdır. Daha sonra 410-A3 nömrəli distribütor müqaviləsinə imzalanmış xx.xx.2017-ci il tarixli Əlavə razılaşmanın 12.2-ci bəndinə əsasən tərəflər bu Müqavilədən və ya onunla bağlı yaranan, o cümlədən, onun icrasına, pozulmasına, xitam verilməsinə və ya etibarsızlığına dair bütün mübahisələri, fikir ayrılıqlarını və ya tələbləri Rusiya Federasiyasının Ticarət-sənaye palatası yanında X2 məhkəməsində onun Reqlamentinə müvafiq olaraq tənzimləyəcəklər. İşin yuxarıda sadalanan hallarından görünür ki, “X9 Company” MMC ilə İddiaçı QSC arasında olan razılaşmada səalhiyyətli məhkəmə kimi Rusiya Federasiyasının Ticarətsənaye palatası yanında X2 məhkəməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın məhkəmə aşağıdakı ərizəni baxılmamış saxlayır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli 15/2023 nömrəli Qərarına əsasən MPM-in 29,32.2, 259.0 və 259.0.5-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, tərəflər mübahisənin arbitraja (münsiflər məhkəməsinə) verilməsinə dair öz aralarında əvvəlcədən razılığa gələrək bunu ayrıca müqavilə və ya müqavilə şərti ilə rəsmiləşdirmişlərsə, belə şərtin olması birmənalı olaraq mübahisəyə həmin qaydada baxılacağı anlamına gəlmir. Prosessual qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda (münsiflər məhkəməsində) baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan, konkret mübahisənin arbitrajda (münsiflər məhkəməsində) baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü MPM-in 152 və 153-cü maddələrinin tələbləri qaydasında yoxlanılmalıdır. Qeyd olunan prosessual əsaslar olmadığı təqdirdə işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, iddia ərizəsinə MPM-in 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilməli və ərizə baxılmamış saxlanmalıdır. Tərəflər arasında arbitraj şərtinin mövcud olmasına baxmayaraq, məhkəməyə iddia ərizəsi daxil olduqda, Azərbaycan Respublikasının 1999-cu il 9 noyabr tarixində qoşulduğu "Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında" 1958-ci il 10 iyun tarixli Nyu-York Konvensiyasının 2-ci maddəsinin 3-cü bəndinə və MPM-in 167.1, 167.1.5- ci maddələrinə uyğun olaraq tərəflərin arbitraja müraciət etmək hüququ və bu hərəkətin nəticəsi onlara izah edilməlidir. Məhkəmə hesab etmişdir ki, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli 15/2023 nömrəli Qərarında müəyyən olunan hüquqi mövqe nəzərə alınmaqla, hazırlıq mərhələsində cavabdeh tərəfindən etiraz edilməsi, həmçinin tərəflər arasında müqavilədə arbitraj şərtinin olması nəzərə alınaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2177/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-682/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-682/2025
12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver