Məhkəmə qərarları › İş №2-2(103)-683/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-683/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-683/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5346/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya dəymiş zərərin əvəzi kimi 1.680.000 manat, nümayəndəyə çəkilən xərcə görə 3000 manat, dövlət rüsumu 1632 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli e-16(113)-5346/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 840 000 (səkkiz yüz qırx min) manat pul vəsaiti, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 1130 (bir minyüz otuz) manat və vəkil yardımına çəkilmiş xərclərə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli e-16(113)-5346/2024 nömrəli qətnaməsinin iddianın rədd edildiyi hissədə ləğv olunmasını, iddianın həmin hissədə də təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-2(103)-250/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. xx.xx.2025-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(103)-250/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə mülki iş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatına daxil olmuş, xx.xx.2025-ci il tarixli, 2-2(103)-453/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətləri mümkün hesab edilərək icraata qəbul edilmişdir. İş materialları araşdırılarkən məhkəmə kollegiyası müəyyən etmişdir ki, xx.xx.2025-ci il tarixdə AZEMİS elektron sistemi vasitəsilə məhkəməyə apellyasiya şikayətinə əlavə olaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 2(103)-453/2025 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2-2(103)- 453/2025 nömrəli qərardadı ləğv edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, e-16(113)-5346/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması üçün iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə verərək, Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5346/2024 nömrəli qətnamədən şikayət verilməsi üçün MPM-nin 360-cı maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin Cavabdeh tərəfindən buraxılmamış hesab edilməsi və prosessual müddət bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5346/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 5346/2024 qətnaməsindən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddət Cavabdeh münasibətdə buraxılmamış hesab edilməsi və apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-5346/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa olunması barədə cavabdehin nümayəndəsinin ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə yeni qərardad qəbul edilməsini və şikayət təmin edilmədikdə baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 5346/2024 saylı qətnaməsindən apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermişdir. Belə ki, iş materialları əsasında müəyyən olunur ki, Cavabdeh EMİS-də qeydiyyatı yoxdur və qətnamə ona…” cümlə tamamlanmamışdır və məhkəmə qətnamənin Cavabdeh elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim edilib edilməməsi məsələsini şərh edilməmişdir. Qərardadda qeyd olunmuşdur ki, “Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5346/2024 saylı qətnaməsi xəbərnaməli məktubla Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilsə də qətnamə (poçt zərfi) poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Bakı Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixə vəkil müraciəti ilə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə o cavabdehin nümayəndəsi qismində proses iştirakçısı kimi işə əlavə olunmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)- 5346/2024 saylı qətnaməsi cavabdehə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada verilmişdir.” Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirəm ki, birinci instansiya məhkəməsi işə mənim iştirakım olmadan baxmış, məhkəmə bildirişləri, o cümlədən məhkəmə qətnaməsi birbaşa mənə təqdim edilməmişdir. Yalnız xx.xx.2024-cü il tarixdə nümayəndəmin elektron kabinetə məhkəmə tərəfindən əlavə edilməsindən sonra mübahisələndirilən qətnamə barədə məlumatlı olmuşam. Beləliklə, cavabdehin vəkili və nümayəndəsi qətnaməni xx.xx.2024-cü il tarixdə əldə etdiyini özü təsdiqləmişdir. Elektron məhkəmə portalında da vəkilin iş üzrə prosess iştirakçısı kimi qeydiyyata alınması xx.xx.2024 tarixində baş vermişdir. Lakin məhkəmə qərardadında işin faktiki hallarını təhrif edərək yazıb ki, guya cavabdehin nümayəndəsini xx.xx.2024-cü il tarixdə e-mehkeme.gov.az portalına qoşub və cavabdeh qətnaməni məhz həmin tarixdə əldə edib. Məhkəmə yanlış fakta əsaslanaraq cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş bir aylıq prosessual müddətin ötürülməməsi qənaətinə gəlmişdir. Halbuki, cavabdehin nümayəndəsi qətnaməni xx.xx.2024-cü il tarixdə əldə etmişdir, apellyasiya şikayətinin verilməsi üçün müddət xx.xx.2025-ci il tarixdə bitir. Lakin xx.xx.2025-ci il tarixi qeyri-iş gününə (bazar gününə) düşdüyünə görə bir aylıq prosessual müddət növbəti iş günü, yəni xx.xx.2025-ci il tarixdə bitmişdir. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətin xx.xx.2025-ci il tarixdə vermişdir və buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsində hansı üzrlü səbəbdən xx.xx.2025-ci il tarixində apellyasiya şikayətini vermədiyini heç cür əsaslandırmamışdır. Belə olan halda məhkəmə tərəfindən buraxılmış prosessual müddəti bərpa edilməməli idi. İddiaçı vəkili və nümayəndəsi KERMUR ixtisaslaşdırılmış vəkil bürosunun Dövlət Vergi Xidmətinin elektron kargüzarlığındakı hesabından xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin elektron portalı vasitəsilə cavabdehin elektron kargüzarlıq hesabına pretenziya göndərilmişdir və dəymiş zərərin əvəzi kimi 1.680.000 (bir milyon altı yüz səksən min) manat məbləğində olan pulun İddiaçı ödənilməsini xahiş etmişik. Cavabdeh həmin pretenziyaya cavab verməmişdir. Bundan sonra, xx.xx.2024 tarixdə İddiaçı vəkili və nümayəndəsi KERMUR ixtisaslaşdırılmış vəkil bürosunun Dövlət Vergi Xidmətinin elektron kargüzarlığındakı hesabından cavabdehin elektron kargüzarlıq hesabına hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış iddia ərizəsini və onun qoşmalarını göndərmişdir. Beləliklə, cavabdeh onun haqqında Bakı Kommersiya Məhkəməsinə iddianın verilməsi haqqında xəbərdar olmuşdur və iddia ərizəsini, onun qoşmalarını almışdır. Lakin, cavabdeh bu işin baxılmasında iştirak etmək üçün vaxtında heç bir tədbir görməmişdir, bu işə etinasız yanaşmışdır və özünün prosessual hüquqlarından istifadə etməkdən şuurlu surətdə imtina etmişdir. Bu faktlar sübut edir ki, cavabdehin vəkilinin ərizədə istinad etdiyi guya cavabdehin hazırki işdən məlumatsız olması barədə hal həqiqətə uyğun deyil. Yuxarıda qeyd edilən sənədləri əldə etdikdən sonra cavabdeh e-mehkeme.gov.az portalında özünü və yaxud nümayəndəsini qeydiyyata ala bilərdi və qabaqcadan məlumat əldə etdiyi məhkəmə çəkişməsinə aid sənədləri əldə edə bilərdi. Cavabdehin bu prosessual imkanlardan, hüquqlardan istifadə etməməsi heç bir halda üzrlü hallar kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, cavabdeh ona qarşı irəli sürülən tələb barədə xəbərdar olub və prosessual hüquqlarından öz səhlənkarlığı səbəbindən istifadə etməyib. Cavabdehin səhlənkarlığı üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Məhkəmə bu hallara qərardadında heç bir münasibət bildirməmişdir. Halbuki, həmin əsaslandırma iddiaçının məhkəməyə təqdim etdiyi etirazda yazılmışdı. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 5346/2024 saylı qətnaməsindən apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermişdir. Belə ki,iş materialları əsasında müəyyən olunur ki, Cavabdeh EMİS-də qeydiyyatı yoxdur. Belə ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 22. xx.xx.2024- cü il tarixli, e-2-2(113)-5346/2024 saylı qətnaməsi xəbərnaməli məktubla Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilsə də qətnamə (poçt zərfi) poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Bakı Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixə vəkil müraciəti ilə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə o cavabdehin nümayəndəsi qismində proses iştirakçısı kimi işə əlavə olunmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5346/2024 saylı qətnaməsi cavabdehə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada verilmişdir (onun vəkili prosessual şəxs qismində əlavə olunandan sonra). Məhkəmə kollegiyası qeyd edir, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 vəkil müraciəti xx.xx.2024-cü il tarixdə olsa da, texniki əməliyyatlardan ərizənin xx.xx.2024- cü il tarixdə təhvil alındığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1-ci maddəsinə görə aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət ötürülmədiyindən ötürülməmiş müddətin bərpa edilməsi zərurəti mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 5346/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət buraxılmamış hesab edilməlidir. Məhkəmə kollegiya qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə vəsatət əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5346/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar