Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-691/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə borcun tutulmasına dair iddiası üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1342/2022 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 70000 manat məbləğində pul və ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 16 iyun 2021-ci il tarixli, 010/2018 saylı saziş bağlanmışdır. Qeyd olunan müqavilə üzrə cavabdeh tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.1ci bəndinə əsasən tərəflər razılaşır ki, hazırkı sazişdə göstərildiyi kimi birinci tərəfin qəbul etdiyi hesab-fakturalar üzrə ümumi borc öhdəliyi ƏDV daxil olmamaqla 70000 (yetmiş min) manat (ödəniləcək məbləğ) təşkil edir. Birinci tərəf ödəniləcək məbləği ikinci tərəfin bu sazişin 3.2-ci bəndində göstərilmiş qaydada bank hesabına iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları ərzində hər ay 14000 (on dörd min) manat olmaqla, ümumilikdə 70000 (yetmiş min) manat ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən 16 iyun 2021-ci il tarixli, 010/2018 saylı sazişin şərtlərinə əməl olunmamışdır. Sazişin icra olunması müddətinin keçməsinə baxmayaraq bu günə qədər Cavabdeh MMC tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh tərəfə müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün pretenziya məktubu göndərilmiş, lakin həmin preteziya məktubuna əsasən Cavabdeh MMC yenə də öz üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı tərəfindən mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməzdən öncə Mediasiya Şurasına müraciət olunmasına baxmayaraq, qarşı tərəf mediasiya proseslərində iştirak etməkdən boyun qaçırmışdır. Bakı Kommersiya Məhkəməsinin 13 may 2022-ci il tarixli, e-2-2(113)-1342/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022, 2-2(113)-1342/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, əlavə subutların toplanılması ücün vaxt verilmədən birtərəfli qətnamə qəbul etmişdir. Məhkəmə cavabdeh tərəfin məhkəmədə iştirak etmədiyini əsas gətirərək subutları belə araşdırmamışdır. İddiaçı MMC ilə Cavabdeh MMC 16 iyun 2021-ci il tarixdə 010/2018 nömrəli saziş bağlamışlar. Həmin sazişdə qeyd edilmişdir ki, nəzərə alaraq ki, tərəflər 07dekabr 2018-ci il tarixli, 010/2018 nömrəli müqavilə imzalamışlar və hazırda tərəflər müqaviləyə 30 iyun 2021-ci il tarixində xitam verilməsi barədə razılığa gəlmişlər və müqavilə üzrə birinci tərəfin borc öhdəliyinin hesablaşma şərtlərini bu sazişdə müəyyənləşdirmək niyyətindədilər. Sazişin 1.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə müqaviləyə 30 iyun 2021-ci il tarixdən xitam verilir. Sazişin 2.1-ci bəndinə əsasən hazırkı saziş tərəflərin müqavilə üzrə və ya müqavilə ilə əlaqəli olaraq bir-birinə qarşı sürə biləcəyi həqiqi və ya potensial, bilinən və ya bilinməyən, indiki və ya gələcək və ya qanun dəyişikliyi və ya hər hansı bir digər dəyişiklikdən yarana biləcək bütün tələblərin və va şikayətlərin (hər hansı bir faiz tələbi də daxil olmaqla) (bundan sonra “Həll eidlmiş iddialar”adlanacaq) tam və son həllidir. Sazişin 3.1-ci bəndinə əsasən tərəflər razılığa gəlir ki, birinci tərəfin hazırkı sazişdə göstərildiyi kimi, birinci tərəfin qəbul eldiyi hesab-fakturalar üzrə ümumi borc öhdəliyi ƏDV daxil olmamaqla 70000 (yetmiş min) manat (“ödəniləcək məbləğ”) təşkil edir. Birinci tərəf ödəniləcək məbləği ikinci tərəfin bu sazişin 3.2-ci bəndində göstərilmiş bank hesabına aşağıdakı qaydada ödəməyi öhdəliyinə götürür: 2021-ci ilin iyul ayı – 14000 manat; 2021ci ilin avqust ayı – 14000 manat; 2021-ci ilin sentyabr ayı – 14000 manat; 2021-ci ilin oktyabr ayı – 14000 manat; 2021-ci ilin noyabr ayı – 14000 manat. Apellyasiya məhkəməsinə tələb olunan vəsaitin iddiaçıya dənildiyini təsdiq edən şahid ifadələi təqdim olunacaq. Müqavilədə pul vəsaitinin bank hesabına ödənilməsi nəzərdə tutulsa da cavabdeh şifahi razılığa əasən həmin məbləği nəğd ödəmişdir. Sübut isə ondan ibarətdir ki, əgər cavabdeh borcu ödəməsəydi iddiaçı daha əvvəl məhkəməyə müraciət edərdi. Pulun verilməsini təsdiq edən əlyazma isə məhkəmə baxışında təqdim ediləcək. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1342/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 07 dekabr 2018-ci il tarixli, 010/2018 nömrəli xidmət müqaviləsi bağlanmış, 16 iyun 2021-ci il tarixdə isə həmin müqavilənin qarşılıqlı razılaşma əsasında 30 iyun 2021-ci il tarixdən ləğv edilməsi barədə 010/2018 nömrəli saziş imzalanmışdır. Saziş xidmət müqaviləsinə xitam veriləcə barədə razılığa gəlmişlər və müqavilə üzrə birinci tərəfin borc öhdəliyinin hesablaşma şərtlərini bu sazişdə müəyyənləşdirmək niyyətindədilər. Sazişin 3.1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişdir ki, hazırkı sazişdə göstərildiyi kimi, birinci tərəfin qəbul eldiyi hesab-fakturalar üzrə ümumi borc öhdəliyi ƏDV daxil olmamaqla 70000 (yetmiş min) manat (“ödəniləcək məbləğ”) təşkil edir. Birinci tərəf ödəniləcək məbləği ikinci tərəfin bu sazişin 3.2-ci bəndində göstərilmiş bank hesabına aşağıdakı qaydada ödəməyi öhdəliyinə götürür: 2021-ci ilin iyul ayı – 14000 manat; 2021ci ilin avqust ayı – 14000 manat; 2021-ci ilin sentyabr ayı – 14000 manat; 2021-ci ilin oktyabr ayı – 14000 manat; 2021-ci ilin noyabr ayı – 14000 manat. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında 16 iyun 2021-ci il tarixdə bağlanmış saziş mövcud borcun etirafı haqqında mücərrəd müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin müvafiq normalarının tələblərini, cavabdeh tərəfindən 16 iyun 2021-ci il tarixli saziş əsasında iddiaçıya olan 70000 manat borcun etiraf edildiyini, həmin borcun ödənildiyinə dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyini nəzərə alaraq iddianın təmin edilməli olduğuna dair nəticəyə gəlmişdir. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən iddiaya etiraz təqdim etməmiş, apellyasiya şikayətində borcun nəğd ödənildiyini, bu barədə sübutların məhkəməyə təqdim ediləcəyini bildirsə də, məhkəməyə apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsinin şahidin dəvət olunması ilə əlaqədar məhkəmə iclasının təxirə salınması barədə vəsatəti MPM-nin 372.2ci maddələrinin tələbləri nəzərə alınaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh iddiaya etirazı ilə bağlı sübutları birinci instansiya məhkəməsində işə baxılarkən hazırlıq iclasında təqdim etməli olduğundan və prosessual qanunvericilikdə MPM-nin 372.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla yeni sübutların qəbuluna yol verilmədiyindən məhkəmə cavabdehin vəsatətini əsassız hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1342/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1342/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-691/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-691/2022
20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver