Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-699/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-1089/2019 saylı xx xxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya işinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh1 ünvan 1 1-ci mərtəbə, qapı 12 ünvanda yerləşən 173,1 kv.m. ümumi sahəsi olan 1 saylı qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyriyaşayış sahəsinin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi və xx.xx.2019-cu il tarixdən qətnamə icra edilən tarixə qədər hər ay 1500 manat və eyni zamanda əlavə olaraq hər gün üçün 75 manat hesablanılmaqla Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3409/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh1 əsl Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilməsi, İddiaçı Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qeyri-yaşayış sahəsinin qanunsuz sahiblikdən götürülməsi və pul tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1089/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019- cu il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh2nin icarə müqaviləsinin obyekti olan ünvan 2 1-ci mərtəbə, qapı 12 ünvanında yerləşən ümumi sahəsi 173.1 kv.m. olan 1 saylı qeyri-yaşayış sahəsindən çıxarılması, həmin sahənin İddiaçı MMCyə təhvil verilməsi, Cavabdeh2-dən xx.xx.2019-cu il tarixdən qətnamə çıxarıldığı günə qədər olan müddət üçün 10.209.67 manat məbləğində icarə haqqının, icarə haqqının ödənilməsinin gecikdirilməsinə görə 500 manat dəbbə pulunun, cəmi 10.709.67 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pulun tutulması, iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 5 manat hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-1089/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi ilə verildiyindən onun geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-1089/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1089/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət məhkəməyə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-1089/2019 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2-2(82)- 1089/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və ötürülmüş prosessual müddətin bərpa edilərək mülki işin apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən Bakı Kommersiya Məhkəməsindən xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş məktubla 2-2(82)-1089/2019 saylı xx xxx 2020-ci il tarixli qərardaddan iddiaçı tərəfindən şikayət verildiyi bildirilmiş və bu səbəbdən də sözügedən işin məhkəməyə qaytarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-2(103)-372/2020 saylı xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolu ilə kommersiya işinin baxışdan çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1089/2019 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-1089/2019 saylı xx xxx 2020-ci il tarixli qərardadından verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(82)- 1089/2019 saylı xx xxx 2020-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət iddiaçının adından onun nümayəndəsi Vəkil tərəfindən imzalanmışdır. Lakin işə əlavə olunmuş iddiaçı tərəfindən Vəkil verilmiş xx xxx 2019-cu il tarixli etibarnamədən (i.v.13) görünür ki, həmin etibarnamə xx xxxxxx 2019-cu il tarixə kimi qüvvədə olduğu halda, şikayət onun tərəfindən xx.xx.2020-ci il tarixdə imzalanaraq verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra MPM) əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir (maddə 361.2). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). Eyni zamanda MPM-ə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (73.1.). Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir (73.2.). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir (73.4). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir (69.2). Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Hazırki işdən müəyyən olunur ki, qərardaddan verilmiş şikayət iddiaçının adından onun nümayəndəsi tərəfindən imzalansa da, iddiaçı tərəfindən Vəkil onun adından «şikayət vermək və imza etmək» səlahiyyətinin verilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Bütün bu hallar birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmadan iddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir ki, bu da işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-nin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də iddiaçının adından Vəkil xx.xx.2020-ci il tarixli qərardaddan verdiyi şikayət qeyrimümkün hesab edilərək, geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 366, 397, 398 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-1089/2019 saylı xx xxx 2020-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün kommersiya işi Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-2(103)-699/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-699/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver