Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-702/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (İş № 2-2(103)-702/2024) Bakı şəhəri 26 iyul 2024-cü il Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-319/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, PDL – 21/20 saylı, xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı və xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqavilələrinin ləğv edilməsi və Cavabdeh MMC-dən "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, PDL – 21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 62338,23 manat və əlavə xərclərə görə ƏDV daxil 25215,42 manat, cəmi 87553,65 manat borcun, xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikintiquraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 80344,54 manat və əlavə xərclərə görə ƏDV daxil 71373,48 manat cəmi 151718,02 manat borcun, xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Lerik rayonu, Loda kəndində 20 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 52124,98 manat və əlavə xərclərə görə ƏDV daxil 75816,18 manat cəmi 127941,16 manat borcun və ödənilmiş 600 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, "xxxx" MMC ilə "xxxx" MMC (indiki Cavabdeh MMC) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PDL – 21/20 saylı, xx.xx.2021-ci il tarixli, PDL – 30/20 saylı və xx.xx.2020-ci il tarixli, PDL – 51/20 saylı Tikintidə Subpodrat müqaviləsinə əsasən ardıcıllığa uyğun olaraq "xxxx" MMC Astara rayonunun Xiçəsu və Şəvqo kəndlərində, Lerik rayonun Loda kəndində modul tipli ibtidai məktəb binalarının tikinti-təmir işlərini həyata keçirməlidir. "xxxx" MMC (indiki Cavabdeh MMC) isə həmin məktəblərə görə ödənişləri etməlidir (bundan sonra Modenco MMC). "xxxx" MMC ilə Cavabdeh MMC (keçmiş adı:"xxxx" MMC) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PDL – 21/20 saylı tikintidə subpodrat müqaviləsinə əsasən "xxxx" MMC Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikintiquraşdırma işlərini həyata keçirmişdir. Həmin müqavilənin 3.1.7-ci bəndinə əsasən Cavabdeh MMC-nin yerinə yetirilmiş işlərin dəyərini müqavilə şərtlərinə uyğun ödəmək öhdəliyi vardır. Lakin, cavabdeh icra edilmiş işlərin dəyərini ödəmir və üzərinə düşən öhdəliklərin icrasından məqsədli şəkildə yayınır. Qeyd edilməlidir ki, yuxarıda qeyd olunan müqavilə üzrə işlərin ümumi smeta dəyəri ƏDV daxil 87472,67 manat müəyyən edilmişdir. Qeyd olunan məbləğdən cavabdeh tərəfindən ƏDV daxil 25134,44 manat məbləğində vəsait ödənilmişdir. Yerdə qalan 62338,23 manat məbləğində vəsait ödənilməmişdir. Eyni zamanda, Astara rayonu Xiçəsu kənd ərazisində inşa edilmiş məktəbin tikintisi zamanı smeta dəyərindən kənar əlavə xərclər çəkilmişdir. Qeyd olunan əlavə xərclər barəsində cavabdehə məlumat verilmişdir. Lakin, cavabdeh bu xərclərin də ödənişindən yayınmışdır. Əlavə xərclərin dəyəri ƏDV daxil 25215,42 manat təşkil etmişdir. Ümumilikdə cavabdehin Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikintiquraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 62338,23 manat və əlavə xərclərə görə ƏDV daxil 25215,42 manat, cəmi 87553,65 manat borcu mövcuddur. xx.xx.2020-ci il tarixli, PDL30/20 saylı tikintidə subpodrat müqaviləsinə əsasən işlərin ümumi smeta dəyəri ƏDV daxil 110956,78 manat müəyyən edilmişdir. Qeyd olunan məbləğdən cavabdeh tərəfindən ƏDV daxil 30612,24 manat məbləğində vəsait ödənilmişdir. Yerdə qalan 80344,54 manat məbləğində vəsait ödənilməmişdir. Eyni zamanda, Astara rayonu, Şəvqo kənd ərazisində inşa edilmiş məktəbin tikintisi zamanı tərəflərindən smeta dəyərindən kənar əlavə xərclər çəkilmişdir. Qeyd olunan əlavə xərclər barəsində cavabdehə məlumat verilmişdir. Lakin, cavabdeh bu xərclərin də ödənişindən yayınmışdır. Əlavə xərclərin dəyəri ƏDV daxil 71373,48 manat təşkil etmişdir. Ümumilikdə cavabdehin Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikintiquraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 80344,54 manat və əlavə xərclərə görə ƏDV daxil 71373,48 manat, cəmi 151718,02 manat borcu mövcuddur. xx.xx.2020-ci il tarixli, PDL52/20 saylı tikintidə subpodrat müqaviləsinə əsasən işlərin ümumi smeta dəyəri ƏDV daxil 110112,61 müəyyən edilmişdir. Qeyd olunan məbləğdən cavabdeh tərəfindən ƏDV daxil 57987,63 manat məbləğində vəsait ödənilmişdir. Yerdə qalan 52124,98 manat məbləğində vəsait ödənilməmişdir. Eyni zamanda, Lerik rayonu, Loda kənd ərazisində inşa edilmiş məktəbin tikintisi zamanı tərəfindən smeta dəyərindən kənar əlavə xərclər çəkilmişdir. Qeyd olunan əlavə xərclər barəsində cavabdehə məlumat verilmişdir. Lakin, cavabdeh bu xərclərin də ödənişindən yayınmışdır. Əlavə xərclərin dəyəri ƏDV daxil 75816,18 manat təşkil etmişdir. Ümumilikdə cavabdehin Lerik rayonu, Loda kəndində 20 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 52124,98 manat və əlavə xərclərə görə ƏDV daxil 75816,18 manat, cəmi 127941,16 manat borcu mövcuddur. Yuxarıda qeyd olunan müqavilələrin 6.1-ci bəndinin tələbinə görə işlər Forma-2 və təhvil təslim aktı əsasında təhvil verilməlidir. Müəyyən mərhələlər üzrə cavabdeh tərəfindən sənədlər imzalanmışdır. Sonradan, cavabdeh tərəfindən işin son nəticəsi üzrə sənədləşmələri həyata keçirilməsi təklif olunmuş və tərəfdən qəbul olunmuşdur. İşin nəticəsi, yəni işlərin bitib təhvil verilməsi mərhələsində cavabdeh qərəzli şəkildə təqdim etdiyi Forma-2 və təhvil təslim aktlarını imzalamaqdan boyun qaçırmışdır. Çəkilmiş əlavə xərclər barəsində də, cavabdehə aktlar təqdim edilmiş, lakin cavabdeh həmin sənədləri də, imzalamaqdan yayınmışdır. Yuxarıda istinad olunan müqavilələrin 6.2-ci bəndinin tələbinə görə podratçı, Subpodratçı ona işləri tam yerinə yetirməsi haqqında rəsmi məlumat verəndən sonra 10 gün ərzində Subpodratçının iştirakı ilə yerinə yetirilmiş işləri baxıb qəbul etməli, təhviltəslim aktını imzalayıb onun bir nüsxəsini Subpodratçıya qaytarmalı və yaxud Subpodratçıya İşlərin qəbul olunmasından əsaslandırılmış imtina təqdim etməlidir. Əgər Podratçı həmin müddət ərzində təhvil-təslim aktını imzalamazsa və yaxud əsaslandırılmış imtinanı təqdim etməzsə, işlər Subpodratçı tərəfindən tərtib olunan birtərəfli akt əsasında Podratçı tərəfindən qəbul edilmiş hesab olunacaqdır.
3. Cavabdehin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, hazırkı Cavabdeh MMC (əvvəlki "xxxx"MMC ) ilə müqavilələr üzrə modul tipli ibtidai məktəbin quraşdırılması zamanı görüləcək iş və xidmətlərin göstərilməsi ilə əlaqədar subpodrat müqaviləsi imzalanmışdır. Həmin Subpodrat müqaviləsi üzrə görüləcək iş və xidmətlərin, həmçinin alınacaq materialların qiymətləri müqavilələrin ayrılmaz tərkib hissələri olan əlavə razılşma protokolları ilə tərəflər arasında razılaşdırlaraq rəsmləşdirilmişdir. Əlavə olaraq tərəflər arasında müqavilələr üzrə daim üzləşmələr aparılmış şəxsən "xxxx" MMC-nin direktoru X3 tərəfindən imzalanmış və möhürlənmiş Cavabdeh MMC tərəfindən öhdəliklərin tam icra edilməsi, "xxxx" MMC-yə qeyd edilən müqavilələr üzrə heç bir borcun qalmadığı barədə üzləşmə aktı və ayrılıqda borcun olmaması barədə etiraflar rəsmləşdirilmişdir. Həmçinin qeyd edilən müqaviləyə əsasən subpodratçı qarşısında öhdəliklər tam icra edilmiş və müqavilə üzrə tərəflər arasında əvvəlcədən razılaşdırılan məbləğ nəzərdə tutulan həcmdə subpodratçının müqavilədə göstərilən rekvizitləri üzrə və kəsdiyi e-qaimələr əsasında bank hesablarına köçürülmüşdür. İddiaçı tərəfindən bu günədək kəsilmiş e-qaimələr üzrə tam ödəniş həyata keçirilmiş və ödənilməmiş vəsait qalmamışdır.
4. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin atırılmasına dair ərizə verərək Cavabdeh MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, PDL- 21/20 saylı, xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı və xx.xx.2020-ci il tarixli, PDL- 52 20 saylı tikintidə subpodrat müqavilələrinin ləğv edilməsi və cavabdeh "xxxx" MMC-dən "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, PDL - 21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Xiçəsi kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 62338,23 manat və əlavə xərclərə görə ƏDV daxil 25215,42 manat, gecikdirilmiş müddət üçün illik 5% hesablanmaqla 13524 manat, cəmi 101077,65 manat; xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikintiquraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 80344,54 manat və əlavə xərclərə görə ƏDV daxil 71373,48 manat, gecikdirilmiş müddət üçün illik 5% hesablanmaqla 23003 manat, cəmi 174 721,02 manat borcun, xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Lerik rayonu, Loda kəndində 20 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 52124,98 manat və əlavə xərclərə görə ƏDV daxil 75816,18 manat, gecikdirilmiş müddət üçün illik 5 % hesablanmaqla 17099 manat, cəmi 145040,16 manat borcun və ödənilmiş 400 manat mediasiya xərci və 310 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsinin xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf uzun müddət yaranmış borcu ödəmədiyi üçün geckdirilmiş müddət görə illik 5 faiz həddində faiz ödənilməsinin tələb edilməsi hüququndan istifadə etmək qərarına gəlinmiş və məhz bu səbəbdən də iddia tələbinin dəqiqşləşdirilməsinə və həcminin artırılmasına zərurət yaranmışdır. xx.xx.2020-ci il tarixli, PDL - 21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 62338,23 manat və əlavə xərclərə görə ƏDV daxil 25215,42 manat, cəmi 87553,65 manat borca görə müqavilə müddəti bitdikdən məhkəməyə müraciət olunan tarixədək gecikdirilmiş müddət üçün illik 5 faiz olaraq hesablanmış məbləğ ƏDV daxil 13524 manat təşkil edir. Belə ki, xx.xx.2020-ci il tarixli PDL 21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə işlər 3 aya tamamlanıb təhvil verilməliydi və cavabdeh tərəf xx.xx.2020-ci il tarixdə ödənişi tam etməli idi. Belə olan halda gecikdirilmiş müddət xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (məhkəməyə müraciət olunan gün) hesablanmalıdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət 3 il 1 ay 3 gün edir. Gün hesabı olaraq isə 1128 gün edir - 3 il x 365 gün + 30 (1 ay) + 3 gün = 1128 gün, 87 553,65 manat ümumi borcun 1 illik (365 günlük) 5 taizi 4377 manat təşkil edir (87553.65:100 x 5% = 4377 manat), 4377 manat məbləğin günlük qarşılığı 11,99 manat təşkil edir (4377.68 : 365 = 11.99 manat). Ümumi gecikdirilmiş gün sayı 1128 gün olduğu üçün həmin müddət üçün illik 5 % hesablaması ilə məbləğ 13524 manat təşkil edir (1128 x 11.99 = 13524 manat). xx.xx.2020-ci il tarixli, P D L -30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 80344,54 manat əlavə xərclərə görə ƏDV daxil 71373,48 manat, cəmi 151718,02 manat borca görə müqavilə müddəti bitdikdən məhkəməyə müraciət olunan tarixədək gecikdirilmiş müddət üçün illik 5 faiz olaraq hesablanmış məbləğ ƏDV daxil 23003 manat təşkil edir. Belə ki, xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə işlər 3 aya tamamlanıb təhvil verilməliydi və cavabdeh tərəf xx.xx.2020-ci il tarixdə ödənişi tam etməli idi. Belə olan halda gecikdirilmiş müddət xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (məhkəməyə müraciət olunan gün) hesablanmalıdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət 3 il 12 gün edir, gün hesabı olaraq isə 1107 gün edir, 3 il x 365 + 12 gün = 1107 gün, 151718,02 manat ümumi borcun 1 illik (365 günlük) 5 faizi 7585 manat təşkil edir (15171 8.02 : 100 x 5% = 7585 manat) 7585 manat məbləğin günlük qarşılığı 20,78 manat təşkil edir (7585.90 : 365 = 20.78 manat). Ümumi gecikdirilmiş gün sayı 1107 gün olduğu üçün həmin müddət üçün illik 5 % hesablaması ilə məbləğ 23003 manat təşkil edir (1107 x 20.78 = 23003 manat). xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Lerik rayonu Loda kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 52124,98 və əlavə xərclərə görə ƏDV daxil 75816,18 manat cəmi 127941,16 manat borca görə müqavilə müddəti bitdikdən məhkəməyə müraciət olunan tarixədək gecikdirilmiş müddət üçün illik 5 faiz olaraq hesablanmış məbləğ ƏDV daxil 17099 manat təşkil edir. Belə ki, xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə işlər 3 aya tamamlanıb təhvil verilməliydi və cavabdeh tərəf xx.xx.2021-ci il tarixdə ödənişi tam etməli idi. Belə olan halda gecikdirilmiş müddət xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cii il tarixədək (məhkəməyə müraciət olunan gün) hesablanmalıdır. xx.xx.2021-ei il tarixdən xx.xx.2023-cii il tarixədək olan müddət 2 il 8 ay 6 gün edir. Gün hesabı olaraq isə 976 gün edir - 2 il x 365 gün + 240 (8 ay) + 6 gün = 976 gün, 127941,16 manat ümumi borcun 1 illik (365 günlük) 5 faizi 6397 manat təşkil edir (127941.16: 100 x 5% = 6397 manat). 6397 manat məbləğin günlük qarşılığı 17,52 manat təşkil edir (6397 : 365 gün = 17.52 manat). Ümumi gecikdirilmiş gün sayı 976 gün olduğu üçün həmin müddət üçün illik 5 % hesablaması ilə məbləğ 17099 manat təşkil edir (976 x 17.52 = 17099 manat).
6. Cavabdehin nümayəndəsinin dəqiqləşmiş iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, iddaçı borcun yaranmasını nəinki sübut edən dəlilləri təqdim edə bilmir, ümumiyyətlə belə bir borcun olmasını, yaranmasını və mövcudluğunu hər hansı rəsmi sənədlə, dolayı sənədlərlə, qiymət razılaşma protokolları, təhvil təslim aktları, qaimə fakturları, müqavilələr və ya tərəflər arası münasibətləri müəyyən edən səndləri təqdim edə bilmir. Əlavə olaraq "xxxx" MMC tikinti sahəsində böyük və peşəkar işçi heyətinə, müvafiq lisenziyaya malik tanınmış müəsissə olmaqla Dövlət Satınalmasında Təhsil Nazirliyinin keçirdiyi bir sıra modul tipli müəsissələrin tikintisi üzrə 2017-2023-cü illərdə satınalma müsabiqələrində qalib olaraq ölkə ərazisində çoxsaylı modul tipli məktəb inşa edərək dövlətə təhvil vermişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-319/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PDL-21/20 saylı, xx.xx.2021-ci il tarixli, PDL30/20 saylı və xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı tikintidə subpodrat müqavilələrinin xx.xx.2023-cü il tarixindən ləğv edilmiş hesab edilməsi, Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli, PDL-21/20 saylı tikintidə subpodrat müqaviləsiüzrə Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri ƏDV daxil 61496,40 manat; əlavə xərclərə görə ƏDV daxil 25215 manat, borcun gecikdirilməsinə görə 13524 manat faiz borcu; xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 80344,54 manat, əlavə xərclərə görə ƏDV daxil 71373,48 manat, borcun gecikdirilməsinə görə 23003 manat faiz borcu; xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Lerik rayonu, Loda kəndində 20 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə smeta dəyəri üzrə ƏDV daxil 52124,98 manat, əlavə xərclərə görə ƏDV daxil 75816,18 manat manat, borcun gecikdirilməsinə görə 17099 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 710 manat tutularaq İddiaçınə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin verdiyi heç bir ərizə və vəsatəti təmin etməmiş, etirazlarını nəzərə almamışdır. Məhkəmə iddianı təmin edərkən, əsası olmayan sübutlara istinad etmiş, əlavə olaraq cavabdehin iddanın əksini sübut edəcək sənədləri təqdim etmədiyini vurğulamışdır. Halbuki, iddiaçının iddianı sübut edən və əslı olmasını müəyyən edən sənədləri olmamış, habelə iddiaçının sübut kimi sistemə yüklədiyi tərəflər arasında rəsmləşdirilmiş yekun üzləşmə aktında məhkəmənin nəticə olaraq təmin etdiyi məbləğdən dəfələrlə aşağı məbləğ qeyd edilmişdir. İddiaçı öz tələblərini təsdiq edən heç bir sənəd, o cümlədən müqavilə, qiymət razılaşması, təhvil təslim aktları, tərəfindən cavabdehə göndərilmiş lakin ödənilməmiş heç bir e-qaimə, hətta geri qaytarılmış, dəyişdirilmiş e-qaimə olmadan və təqdim edilmədən dövllət satınalması üzrə tikilmiş modul tipli məktəbin inşası üzərindən güya çəkdiyi xərclərin tələbi ilə idda qaldırmışdır. Məhkəmə baxışı zamanı, cavabdeh tərəfindən yazılı və şifahi tələb edilsə də, borcun yaranmasını dolayısı ilə də təsdiq edən hər hansı işlərin hansı şəkildə görülməsini, mal material alışını, tərəfdaşlıq müqavilələrini, əmak haqqı ödənişləri və s. sənədlər təqdim edilməmişdir. "xxxx" MMC tikinti lisenziyasına malik və 2017-ci ildən dövlət sifarişlərini icra edən, o cümlədən Respublika ərazisində 500 dən çox modul tipli məktəbin quraşdırılması üzrə Dövlət satınalmalarında qalib olaraq işləri müvəffəqiyyətlə yerinə yetirmiş bir şirkətdir. Bundan əlavə, tərəflər arasında hər hansı təhvil-təslim olmadan, məhkəmə gedişində və idda ərizəsində və ya digər sənədlərdə hər hansı görülmüş işlərin təhvil-təslimi qeyd edilmədən, məhkəmə prosesi zamanı bu fakt üzrə heç bir məyyənləşmə aparmadan əldən çıxmış fayda üzrə 5 % iddanın təmin edilməsi tam əsassızdır. Həmçinin, iş üzrə ümumiyyətlə ekspertizanın təyin edilməsinə əsas olmamış, məhkəmə ekspert rəyini məhkəmədə elan etməmiş, cavabdeh tərəfindən verilmiş ekspertin dindirilməsi və ekspertizanın düzgün aparılmamsı bardə yazılı etirazları nəzərə alınmamış, məhkəmə qətnaməsində də münasibət bildirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili X4 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 13.Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 14.Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
15. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 16.Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 17.Həmin Məcəllənin 754.1-ci maddəsinə əsasən əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 18.Həmin Məcəllənin 754.2-ci maddəsinə əsasən müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur.
19. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddiaçı tərəfindən irəli sürülmüş pulun tutulması barədə tələblərin qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Belə ki, iş materiallarında olan podratçı "xxxx" MMC ilə Subpodratçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PDL-21/20 saylı tikintidə subpodrat müqaviləsinə əsasən:
23. Müqavilənin 1.1-ci bəndinə əsasən subpodratçı, podratçının tapşırığı ilə, özünün və ya podratçının materiallarından və avadanlıqlarındn istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama-işəsalma və sair işlərini hjəmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür.
24. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələr, sazişlər, qoşmalar, layihələr, cizgilər (çertyojlar), təsnifatlar,smetalar, razılaşma protokolları, cədvəllər və s. daxil olmaqla bütün sənəd və materialların siyahısından ibarət olur.
25. Müqavilənin 1.3-cü bəndinə əsasən əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişmir və əlavələr hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sonra tərəflər arasında görülən işlər barədə tam razılaşmanı əhatə edir.
26. Müqavilənin 3.1-ci bəndinə əsasən podratçının öhdəlikləri:
27. Müqavilənin 3.1.6-cı bəndinə əsasən subpodratçıdan müqavilə ilə müəyyən olunmuş müddətdə və müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilmiş işləri təhvil almaq.
28. Müqavilənin 3.1.7-ci bəndinə əsasən subpodratçı tərəfindən yerinə yetirilmiş işlərin dəyərini müqavilə şərtlərinə uyğun olaraq ödəmək.
29. Müqavilənin 5.1-ci bəndinə əsasən işlərin qiyməti əlav ilə razılaşdırılır və ödənişi təhvil-təslim aktı (forma 2) əsasında aparılır.
30. Müqavilənin 5.2-ci bəndinə əsasən işlər üzrə hesablaşma işlərin hər mərhələsinin qəbulundan sonra bir ay müddətində podratçı tərəfindən subpodratçının bank hesabına köçürülməklə aparılır.
31. Müqavilənin 6.1-ci bəndinə əsasən işlərin hər mərhələsinin və yaxud son nəticəsinin qəbulu tərəflərin görülən işlərin təhvil-təslim aktının imzalanması və subpotratçı tərəfindən 2 saylı formanın təqdim edilməsi ilə təsdiq edilir.
32. Müqavilənin 6.2-ci bəndinə əsasən podratçı, subpodratçı ona işləri tam yerinə yetirməsi haqqında rəsmi məlumat verəndən sonra 10 gün ərzində subpodratçının iştirakı ilə yerinə yetirilmiş işləri baxıb qəbul etməli, təhvil-təslim aktını imzalayıb onun bir nüsxəsini subpodratçıya qaytarmalı və yaxud subpodratçıya işlərin qəbul olunmasından əsaslandırılmış imtina təqdim etməlidir. Əgər podratçı həmin müddət ərzində təhvil-təslim aktını imzalamazsa və yaxud əsaslandırılmış imtinanı təqdim emtəzsə, işlər supodratçı tərəfindən tərtib olunan birtərəfli akt əsasında podratçı tərəfindən qəbul edilmiş hesab olunacaqdır.
33. xx.xx.2020-ci il tarixli, PDL-21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə (forma 2) “2020-ci il iyun ayında olan yerinə yetirilmiş işlərin qəbul Aktı” adlı sənəddə görülməli olan işlərin ümumi dəyəri 87472,67 manat müəyyən edilmişdir.
34. xx.xx.2020-ci il tarixli, PDL-21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə olan 1 saylı əlavədə Astara rayonu, Xıçəso 40 şagirdlik yerlik modul tipli ibtidai məktəbin quraşdırılması ilə bağlı smetası 21594,44 manat həcmində müəyyən edilmişdir. Həmin əlavəni hər iki tərəf imzalamış və möhürlə təsdiq etmişdir.
35. xx.xx.2020-ci il tarixli, PDL-21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə olan 2 saylı əlavədə Astara rayonu, Xıçəso 40 şagirdlik yerlik modul tipli ibtidai məktəbin quraşdırılması ilə bağlı smetası 6164,18 manat olmuşdur. Həmin əlavəni hər iki tərəf imzalamış və möhürlə təsdiq etmişdir.
36. xx.xx.2020-ci il tarixli, PDL-21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Xiçəso kəndində yerinə yetrilmiş təmir-tikinti işlərinin qəbul aktı üzrə görülmüş işlər ƏDV xaric 21369 manat müəyyən edilmişdir.
37. 06.07.2020-cı il tarixli EBAL987073 saylı e-qaiməyə əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 25134,44 manat həcmində işlər görüldüyü qeyd olunmuşdur.
38. Podratçı "xxxx" MMC ilə Subpodratçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsinə əsasən:
39. Müqavilənin 1.1-ci bəndinə əsasən subpodratçı, podratçının tapşırığı ilə, özünün və ya podratçının materiallarından və avadanlıqlarındn istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama-işəsalma və sair işlərini hjəmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür.
40. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələr, sazişlər, qoşmalar, layihələr, cizgilər (çertyojlar), təsnifatlar,smetalar, razılaşma protokolları, cədvəllər və s. daxil olmaqla bütün sənəd və materialların siyahısından ibarət olur.
41. Müqavilənin 1.3-cü bəndinə əsasən əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişmir və əlavələr hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sonra tərəflər arasında görülən işlər barədə tam razılaşmanı təşkil edir.
42. Müqavilənin 3.1-ci bəndinə əsasən podratçının öhdəlikləri:
43. Müqavilənin 3.1.6-cı bəndinə əsasən subpodratçıdan müqavilə ilə müəyyən olunmuş müddətdə və müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilmiş işləri təhvil almaq.
44. Müqavilənin 3.1.7-ci bəndinə əsasən subpodratçı tərəfindən yerinə yetirilmiş işlərin dəyərini müqavilə şərtlərinə uyğun olaraq ödəmək.
45. Müqavilənin 5.1-ci bəndinə əsasən işlərin qiyməti əlav ilə razılaşdırılır və ödənişi təhvil-təslim aktı (forma 2) əsasında aparılır.
46. Müqavilənin 5.2-ci bəndinə əsasən işlər üzrə hesablaşma işlərin hər mərhələsinin qəbulundan sonra bir ay müddətində podratçı tərəfindən subpodratçının bank hesabına köçürülməklə aparılır.
47. Müqavilənin 6.1-ci bəndinə əsasən işlərin hər mərhələsinin və yaxud son nəticəsinin qəbulu tərəflərin görülən işlərin təhvil-təslim aktının imzalanması və subpotratçı tərəfindən 2 saylı formanın təqdim edilməsi ilə təsdiq edilir.
48. Müqavilənin 6.2-ci bəndinə əsasən podratçı, subpodratçı ona işləri tam yerinə yetirməsi haqqında rəsmi məlumat verəndən sonra 10 gün ərzində subpodratçının iştirakı ilə yerinə yetirilmiş işləri baxıb qəbul etməli, təhvil-təslim aktını imzalayıb onun bir nüsxəsini subpodratçıya qaytarmalı və yaxud subpodratçıya işlərin qəbul olunmasından əsaslandırılmış imtina təqdim etməlidir. Əgər podratçı həmin müddət ərzində təhvil-təslim aktını imzalamazsa və yaxud əsaslandırılmış imtinanı təqdim emtəzsə, işlər supodratçı tərəfindən tərtib olunan birtərəfli akt əsasında podratçı tərəfindən qəbul edilmiş hesab olunacaqdır.
49. Müqavilənin 11.2-ci maddəsinə əsasən tərəflərdən hər biri digər tərəfi 30 gün qabaqcadan yazılı formada xəbərdar etməklə müqaviləyə xitam vermək hüququna malikdir.
50. xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə (forma 2) “2020-ci il iyun ayında olan yerinə yetirilmiş işlərin qəbul Aktı” adlı sənəddə görülməli olan işlərin ümumi dəyəri 110956,78 manat müəyyən edilmişdir.
51. PDL-5/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Şəvqo kəndində yerinə yetrilmiş təmir-tikinti işlərinin qəbul aktı üzrə görülmüş işlər ƏDV xaric 60486 manat müəyyən edilmişdir.
52. xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə olan 1 saylı əlavədə Astara rayonu, Şəvqo kəndi 40 şagirdlik yerlik modul tipli ibtidai məktəbin quraşdırılması ilə bağlı smetası 3328,69 manat həcmində müəyyən edilmişdir. Həmin əlavəni hər iki tərəf imzalamış və möhürlə təsdiq etmişdir.
53. xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə olan 1 saylı əlavədə Astara rayonu, Şəvqo kəndi 40 şagirdlik yerlik modul tipli ibtidai məktəbin quraşdırılması ilə bağlı smetası 27283,55 manat olmuşdur. Həmin əlavəni hər iki tərəf imzalamış və möhürlə təsdiq etmişdir.
54. 06.07.2020-cı il tarixli EBAL987259 saylı e-qaiməyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 27283,55 manat həcmində işlər görüldüyü qeyd olunmuşdur.
55. Podratçı "xxxx" MMC ilə Subpodratçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı tikintidə subpodrat müqaviləsinə əsasən subpodratçı, podratçının tapşırığı ilə, özünün və ya podratçının materiallarından və avadanlıqlarındn istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama-işəsalma və sair işlərini hjəmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələr, sazişlər, qoşmalar, layihələr, cizgilər (çertyojlar), təsnifatlar,smetalar, razılaşma protokolları, cədvəllər və s. daxil olmaqla bütün sənəd və materialların siyahısından ibarət olur.
56. 10.08.2020-cı il tarixli EBAN463437 saylı e-qaiməyə əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 11800 manat həcmində, xx.xx.2020-ci il tarixli, EBAT593447 saylı e-qaimə üzrə 24127,20 manat həcmində və xx.xx.2020-ci il tarixli, EBAV229390 saylı e-qaimə üzrə 17930,43 manat həcmində işlər görüldüyü qeyd olunmuşdur.
57. xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə smetaya əsasən işlərin ümumi dəyəri 110.112,61 manat təşkil etmişdir.
58. xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə olan 1 saylı əlavədə Lerik rayonu, Loda kəndi 20 şagirdlik yerlik modul tipli ibtidai məktəbin quraşdırılması ilə bağlı smetası 53857,67 manat olmuşdur.
59. xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Lerik rayonu, Loda kəndində yerinə yetrilmiş təmir-tikinti işlərinin qəbul aktı üzrə görülmüş işlər əlavə işlər ƏDV xaric 64251 manat müəyyən edilmişdir.
60. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı, xx.xx.2020-ci il tarixli PDL-21/20 saylı, xx.xx.2020-ci il tarixli PDL-30/20 saylı müqavilələr üzrə yekun üzləşmə aktına əsasən PDL-51/20 saylı müqavilə üzrə qalıq borc 12799,47 manat, PDL-21/20 saylı müqavilə üzrə qalıq borc 2223,88 manat və PDL-30/20 saylı müqavilə üzrə qalıq borc 2820,94 manat borc qaldığı və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
61. xx.xx.2021-ci il tarixli xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı, xx.xx.2020-ci il tarixli PDL-21/20 saylı, xx.xx.2020-ci il tarixli PDL-30/20 saylı müqavilələr üzrə yekun üzləşmə aktı olan 1 saylı əlavəyə əsasən Astara rayon Xıçəso kənd 40 yerlik modul tipli məktəbin tikintisi üzrə bütün işlər yerinə yetirilib, məktəb direktorundan heç bir irad olmadığı, Astara rayon Şəvqo kənd 40 yerlik modul tipli məktəbin tikintisi üzrə su çəni doldurulmadığı və kombinin qoşulmadığı, qalan bütün işlər yerinə yetirildiyi, Lerik rayon Loda kənd 20 yerlik kənd məktəbinin tikintisi üzrə işlər yerinə yetirildiyi, amma göstərilən qüsurlar aradan qaldırılmalı olduğu qeyd olunmuşdur. (Qüsurlar-istinad divarlarının bəzi yerləri yenidən suvanmalı və emulsiya ilə rənglənməli, Beton yol və səkinin üstündən sement qum məhlulu ilə hamarlayıcı qatın verilməsi, girişdə sol tərəfdə yaşıllıq sahəsi betonlanmalı, Pilləkəndə qopmuş aqlay daşları bərpa olunmalı, aqlay tinləri və metal məhəccər uduqları cilalanmalı, Metal hasarda qüsurlar aradan qaldırılmalı və rənglənməli, Sınmış bardürlər düzəldilməli, Kombi otağının sökülüb, yenidən layihəyə uyğun quraşdırılmalı, su axıdan borunun çıxışı 15m məsafəyə uzadılmalı, Daxildə döşəməyə linonium vurulmalı, təmizlik işləri aparılmalı). Həmçinin "xxxx" MMC-nin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydə əsasən 6800 manat məbləğ müqabilində qeyd olunan bütün qüsurları 12 gün müddətində aradan qaldırmağı və obyektləri tam təhvil verilməsi öhdəliyi götürülmüşdür.
62. 18.04.2024-cü il tarixli Bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya Astara rayonu Xiçəsu kəndində yerləşən məktəbə görə 3000 manat və 18300,37 manat; Astara rayonu Şəvqo kəndində yerləşən məktəb üzrə 23121,65 manat; Lerik rayonu Loda kəndində yerləşən məktəb üzrə isə 10.000 manat, 20446,79 manat və 15195,26 manat ödənişlər edilmişdir.
63. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 10/9943 saylı rəyinə əsasən Astara rayonu, Xiçəsu kəndində yerləşən məktəb üzrə aparılmış təmi-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 73416 manat məbləğində olduğu, Astara rayonu, Xiçəsu kəndində yerləşən məktəb üzrə aparılmış əlavə təmi tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 21369 manat məbləğində olduğu, Astara rayonu, Şəvqo kəndində yerləşən məktəb üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 93318 manat (ƏDV-siz və əmtə əşyaları nəzərə alınmadan)məbləğində olduğu, Astara rayonu, Şəvqo kəndində yerləşən məktən üzrə aparılmış əlavə təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 60486 manat məbləğində olduğu, Lerik rayonu, Loda kəndində yerləşən məktəb üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 92669 manat (ƏDV-siz və əmtəə əşyalara nəzərə alınmadan) məbləğində olduğu və Lerik rayonu, Loda kəndində yerləşən məktəb üzrə aparılmış əlavə təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 64251 manat məbləğində olduğu müəyyən edilmişdir.
64. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli PDL21/20 saylı, xx.xx.2020-ci il tarixli PDL-30/20 saylı və xx.xx.2020-ci il tarixli, PDL-52 20 saylı tikintidə subpodrat müqavilələri üzrə icra edilmiş öhdəliklər üzrə yaranmış borc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən tələb etmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclaslarında bildirsə də ki, qeyd olunan məktəbləri iddiaçı deyil, cavabdeh şirkət özü tikmişdir, lakin həmin məktəblərin Cavabdeh MMC tərəfindən və ya hətta İddiaçı MMC deyil, başqa şirkət tərəfindən tikilməsini təsdiq edən hər hansı bir sənəd (sənədlərin sayının çoxluğuna istinad edərək) məhkəməyə ümumiyyətlə təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə cavabdehin bu cür arqumentini əsassız və sadəcə borcun ödənilməsindən yayınmaq məqsədi ilə irəli sürüldüyü qənaətə gəlir. Göründüyü kimi tərəflər arasında podrat müqaviləsinə dair hüquq münasibətləri yarandığından müqavilə üzrə yaranmış mübahisəyə də mülki qanunvericiliyin podrat müqaviləsinə dair normaları əsasında hüquq dəyərləndirilmə aparılması qanunauyğundur.
65. Mülki Məcəllənin 752.1, 753.1, 769-cu maddələrinə, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə, Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 1.2, 3.1, 3.2, 3.3, 3.4-cü bəndlərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında istinad edərək məhkəmə qeyd etmişdir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Həmçinin cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmətikinti eskpertizasının rəyindən də görünür ki, tərəflər arasında bağlanmış müqavilələrə müvafiq olaraq adıçəkilən ünvanlarda məktəblər tikilmiş, Astara rayonu, Xiçəsu kəndində yerləşən məktəb üzrə aparılmış təmi-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 73416 manat məbləğində olduğu, Astara rayonu, Xiçəsu kəndində yerləşən məktəb üzrə aparılmış əlavə təmi tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 21369 manat məbləğində olduğu, Astara rayonu, Şəvqo kəndində yerləşən məktəb üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 93318 manat (ƏDV-siz və əmtə əşyaları nəzərə alınmadan)məbləğində olduğu, Astara rayonu, Şəvqo kəndində yerləşən məktən üzrə aparılmış əlavə təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 60486 manat məbləğində olduğu, Lerik rayonu, Loda kəndində yerləşən məktəb üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 92669 manat (ƏDV-siz və əmtəə əşyalara nəzərə alınmadan) məbləğində olduğu və Lerik rayonu, Loda kəndində yerləşən məktəb üzrə aparılmış əlavə təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 64251 manat məbləğində olduğu müəyyən edilmişdir.
66. Buna görə də, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli, PDL – 21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri ƏDV daxil 61496,40 manat (ekspert rəyinə əsasən ƏDV-siz məbləğ 73416 manat – 21300,37 manat (Astara rayonu, Xiçəsu kəndində olan məktəbə görə ödəniş məbləği) = 52115,63 manat + 18%ƏDV); əlavə xərclərə görə ƏDV daxil 25215 manat, xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikintiquraşdırma işlərinə görə ödəniş məbləğləri çıxılmaqla smeta dəyəri üzrə ƏDV daxil 80344,54 manat, əlavə xərclərə görə ƏDV daxil 71373,48 manat; xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Lerik rayonu, Loda kəndində 20 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə ödəniş məbləğləri çıxılmaqla smeta dəyəri üzrə ƏDV daxil 52124,98 manat, əlavə xərclərə görə ƏDV daxil 75816,18 manat məbləğində borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
67. Həmçinin, məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla xx.xx.2020-ci il tarixli, PDL-21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə gecikdirilmiş müddət üçün illik 5% hesablanmaqla 13524 manat, xx.xx.2020ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə gecikdirilmiş müddət üçün illik 5% hesablanmaqla 23003 manat və xx.xx.2020-ci il tarixli, PDL- 52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə isə gecikdirilmiş müddət üçün illik 5 % hesablanmaqla 17099 manat məbləğində borc manat məbləğində pulun cavabdehdən tələb etməsində iddiaçı haqlı olmuşdur.
68. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır.
69. Eyni zamanda cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.
70. Əlavə olaraq kollegiya qeyd edir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli PDL21/20 saylı, xx.xx.2020-ci il tarixli PDL-30/20 saylı və xx.xx.2020-ci il tarixli, PDL-52 20 saylı tikintidə subpodrat müqavilələrinin bağlanması və həmin müqavilələrdə qeyd olunan modul tipli məktəblərin tam inşa olunması işin mübahisəsiz hallarıdır.
71. Cavabdeh smeta və təhvil-təslimlə bağlı sənədlərin təqdim edilmədiyinə istinad etsə də, məhkəmə iclasında onun nümayəndəsi etiraf etdi ki, iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli yekun üzləşmə aktı tərtib olunmuş, sonradan onun birinci səhifəsi dəyişdirilmiş və ikinci variantda hər hansı rəqəmlər deyil, bütovlükdə layihənin başa çatdığı qeyd edilmişdir.
72. Həmin aktın ikinci variantı cavabdeh tərəfindən təqdim edilmişdir.
73. İddiaçının nümayəndəsi həmin aktın birinci səhifəsinin dəyişdirilməsini və ikinci variantda tərtib edilməsini qəbul etməmiş və bunun onların iştirakı olmadan edildiyini bildirmişdir.
74. Eyni zamanda, həmin aktların hər iki variantının ikinci səhifəsi eyni məzmundadır və orada “qeyd edilən məbləğ” ifadəsindən istifadə edilmişdir. Lakin cavabdehin təqdim etdiyi aktın nüsxəsində hər hansı məbləğ qeyd edilməmişdir.
75. Bu baxımdan, kollegiya hesab edir ki, yalnız həmin aktın iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş nüsxəsi mötəbər sübut kimi qəbul edilə bilər.
76. Həmin xx.xx.2021-ci il tarixdə tərtib edilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş aktda isə göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı müqavilə üzrə Lerik rayonu Loda kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasının (13x7,2 m) smeta dəyəri 93.315,77 manat təşkil edir.
77. İddiaçı tərəfindən təqdim edilmiş həmin müqaviləyə dair smetada da həmin məbləğ göstərilmişdir (cild 1, i/v 106-111).
78. Lakin, həmin smeta cavabdeh tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir.
79. Göründüyü kimi tərəflər arasında olan işgüzar münasibətlərdə smeta təsdiq olunmadan da işlərin görülməsi həyata keçirilmişdir.
80. Bundan əlavə, həmin fakt iddiaçının istinad etdiyi halların, yəni cavabdehin müəyyən sənədlərin imzalanmasından yayınmasını da təsdiq edir.
81. Qeyd olunanları, həmin müqavilələrdə göstərilən modul tipli məktəblərin cavabdehin özü və ya digər şəxs (şəxslər) tərəfindən tikilməsini təsdiq edən sübutların təqdim edilmədiyini və iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/9943 saylı rəyinə əsasən işlərin görülməsinin təsdiq olunduğunu nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli, PDL-21/20 saylı müqaviləyə aid 2020-ci il iyun ayında olan yerinə yetirilmiş işlərə dair akt (Forma 2), ƏDV xaric 21369 manat dəyərində işlərin görülməsi barədə qəbul aktı, xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı müqaviləyə aid 2020-ci il iyun ayında olan yerinə yetirilmiş işlərə dair akt (Forma 2) və xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı müqaviləyə aid dəyəri ƏDV ilə birgə 110.112,61 manat və 53.857 manat olan smetalar, ƏDV xaric 60486 manat dəyərində işlərin görülməsi barədə qəbul aktı, ƏDV xaric 64215 manat dəyərində işlərin görülməsi barədə qəbul aktı cavabdeh tərəfindən təsdiq olunmasa da, həmin sənədlərdə göstərilən tikinti işləri iddiaçı tərəfindən yerinə yetirilmişdir.
82. İş üzrə keçirilmiş həmin ekspert rəyinin şübhə altına alınması üçün əsaslar mövcüd deyil. Belə ki, rəydən görünür ki, ekspert tərəfindən 15 və 16 fevral 2024cü il tarixlərdə tədqiqat obyektlərinə baxış keçirilmiş, onların fotoşəkilləri çəkilmiş, aparılmış tədqiqat və hesablamalar ətraflı təsvir olunmuşdur.
83. Eyni zamanda, cavabdeh həmin rəyi mübahisələndirsə də, rəydəki hər hansı zddiyyətli məqamlara və ya digər konkret dəlillərə istinad etməmişdir.
84. İddiaçının təqdim etdiyi sənədlərin həqiqiliyi ilə bağlı dəlillərə dair qeyd edilir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən həmin sənədlərin əsilləri təqdim edilmiş və onlara baxış keçirilmişdir.
85. Cavabdehin istinad etdiyi prosessual normaların pozulmasına dair qeyd edilir ki, iş üzrə tərəfin verdiyi vəsatətlərin təmin edilməməsi prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmənin vəzifəsi verilmiş vəsatətə münasibət bildirməkdən ibarətdir, həmin vəsatətin təmin edilib-edilməməsi isə işin hallarından asılı olarq məhkəmənin səlahiyyətinə aid olan məsələdir.
86. Mülki Məcəllənin 754-cü maddəsinin tələblərinin pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz.
87. Belə ki, iddiaçının nümayəndəsi izahatında bildirdi ki, dağ yolları ilə ağır yüklü texnikaların hərəkətində çətinliklər və təhlükələr yarandığı üçün yüklərin az miqdarda daşınması, əllə yüklənib-boşaldılması və yolların düzəldilməsinə zərurət yaranmış və buna görə əlavə xərclər yaranmışdır. 88.İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/9943 saylı rəyindən də müəyyən edilir ki, əlavə işlər əsasən tikinti materiallarının daşınması ilə əlaqədar yaranmışdır.
89. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, tikinti işləri Astara və Lerik rayonlarının dağ kəndlərində aparılmışdır.
90. Qeyd olunan halları və Mülki Məcəllənin 754.1, 754.2-ci maddələrinin dispozisiya şərtlərinin nəzərə alaraq kollegiya hesab edir ki, əlavə xərclərin dəyəri ödənilməlidir. Çünki, iddiaçı tərəfindən artıq xərclərin əvvəlcədən nəzərdə tutmaması ağlabatandır. Eyni zamanda, cavabdehin bundan məlumatsız olması inandırıcı görünmür, bununla yanaşı o, müqavilələrə xitam verməmişdir.
91. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz borcunun tutulması barədə tələblərin əsassız təmin olunmasına dair qeyd edilir ki, Mülki Məcəllənin tələblərinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1). Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (maddə 427.2). 92.Tərəflər arasında bağlanmış müqavilələrdə də iddiaçının öhdəliklərinin icrası müddətləri müəyyən edilmişdir. Cavabdeh isə iddiaçı tərəfindən həmin müddətlərin pozulması ilə bağlı sübutlar təqdim etməmişdir. 93.Belə olan halda, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faiz borcunun həmin müddətlərə uyğun hesablanması düzgün olmuşdur.
94. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-319/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov