Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-707/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşı podrat müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1802/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MMC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 003 saylı podrat müqaviləsi üzrə ödənilməmiş 211 000 manat məbləğində vəsaitin cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və X2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, e-2-2(113)-136/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı tərəfindən ərizə ünvanlanaraq, xx.xx.2025-ci il tarixində elektron məhkəmə sistemi üzərindən məhkəməyə yazılı müraciət etməsinə baxmayaraq məhkəmə nə protokol ilə tanış olmağıma, nə də protokola qeyd əlavə etməyinə şərait yaratmamışdır. Hüquqlarımın təmin edilməsi, məhkəmə prosesinin şəffaflığının təmin edilməsi üçün protokola qeyd verilməsi hazırkı halda zəruridir. Mülki Prosessual Məcəllənin 272.5-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr protokolun hər hansı hissəsinin elan edilməsinə, iş üçün əhəmiyyətli hesab etdikləri hallar barədə məlumatların protokolda qeyd edilməsinə dair vəsatətlər verə bilərlər. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Yuxarıdakılara əsaslanaraq, protokola tərəfimdən qeyd verilməsi üçün işin Bakı Kommersiya Məhkəməsinə geri qaytarmağınızı xahiş edirəm. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 Rəşad oğlu ərizələrini müdafiə edərək işin apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 ərizəyə etiraz etdiyini bildirdi. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılmalı və iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarına qeyd verilməsinə dair ərizəyə baxılması üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Eyni zamanda həmin Məcəllənin 272.5-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr protokolun hər hansı hissəsinin elan edilməsinə, iş üçün əhəmiyyətli hesab etdikləri hallar barədə məlumatların protokolda qeyd edilməsinə dair vəsatətlər verə bilərlər. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Göründüyü kimi birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarına qeyd verilməsinə dair ərizəyə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 2(103)-707/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh1, Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşı podrat müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(103)-707/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-707/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver