Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-722/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2260/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, əlavə dəyər vergisi ödənildikdən sonra 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə 84.268.47 manat, 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə 203.165.57 manat, 30 noyabr 2018-ci il tarixli 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 176.146.12 manat, yəni, əlavə dəyər vergisi ödənildikdən sonra cəmi 463.580,16 manat məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 100.000 manat məbləğində pul vəsaitinin, 31.940,67 manat həcmində faiz məbləğinin, vəkilə ödənilmiş 2.500 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianı təmin tədbiri barədə ərizə də təqdim edərək, Cavabdeh MMC-yə məxsus 90JB942 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581465 YÜK markalı, 90JU310 dövlət qeydiyyat nişanlı, KAMAZ 6520 057 YÜK markalı, 90JV327 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581465 XÜSU markalı, 10ZX968 dövlət qeydiyyat nişanlı, MAZ 953000 Yarımqoşqu markalı, 10PC898 dövlət qeydiyyat nişanlı, HAVAL H6 minik markalı, 90JB943 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S Yük markalı, 90JX194 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581460 yük markalı, 90AB435 dövlət qeydiyyat nişanlı, VAZ 2123 X1 markalı, 90JX190 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146C Yük, 90JC761 dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 018 02 Yük markalı, 90JU837 dövlət qeydiyyat nişanlı, KAMAZ 6520-029 Yük markalı, 90AK197 dövlət qeydiyyat nişanlı, VAZ21043 Minik markalı, 10ZF290 dövlət qeydiyyat nişanlı, altınordu yarıçqoşqu markalı, 99JG194 dövlət qeydiyyat nişanlı, Kamaz 53215 Yük markalı, 99JL487 dövlət qeydiyyat nişanlı, X3 markalı, 90JB941 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S markalı, 90JZ164 dövlət qeydiyyat nişanlı, Volvo FMX yük markalı, 90JB335 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58164C Yük markalı, 10PR113 dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı, 90JE626 dövlət qeydiyyat nişanlı, Qaz 3302 18 Yük markalı, 90JX370 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146C Yük markalı, 90JF153 dövlət qeydiyyat nişanlı, PAZ 32054 07 AVTOBUS markalı, 90JB635 dövlət qeydiyyat nişanlı, QAZ 330202 14 YÜK markalı, 90AB735 dövlət qeydiyyat nişanlı, HAVAL H2 MİNİK markalı, 90JT882 dövlət qeydiyyat nişanlı, KAMAZ 6520 057 yük markalı, 10ZX913 dövlət qeydiyyat nişanlı, Tuğsan Yarımqoşqu markalı, 90JD835 dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 01802 yük markalı, 90 JB235 dövlət qeydiyyat nişanlı, KAMAZ 55239 Ş DƏ 58164C yük markalı, 90JE629 dövlət qeydiyyat nişanlı, QAZ 3309 1352 yük markalı, 90JF207 qeydiyyat nişanlı, Ford cargo yük markalı, 90JE 534 dövlət qeydiyyat nişanlı, KAMAZ 65115 018 13 yük, 99AR887 dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı, 90JC762 dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 018 02 yük markalı, 90AE752 dövlət qeydiyyat nişanlı, VAZ 21715 minik markalı, 90PJ517 dövlət qeydiyyat nişanlı, X2 5 minik markalı, 90JB580 dövlət qeydiyyat nişanlı, KAMAZ 65115 023 13 yük markalı, 90JC935 dövlət qeydiyyat nişanlı, Mercedes Benz Xüsusi təy. Markalı, 90PD502 dövlət qeydiyyat nişanlı, Renault Logan minik markalı, 90JX196 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581460 yük markalı, 90 JB944 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S markalı, 90JB946 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S markalı, 90JV328 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S Xüsu markalı, 90 AB305 VAZ2123 X1 markalı, 90 JE543 dövlət qeydiyyat nişanlı, KAMAZ 65115 01813Yük markalı, 90JX 369 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146C markalı, 90AK326 dövlət qeydiyyat nişanlı, Haval H2 minik markalı, 90PJ518 dövlət qeydiyyat nişanlı, X2 5 minik markalı, 90 JX189 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146C yük markalı, 10 JZ060 dövlət qeydiyyat nişanlı, Haval H2 minik markalı, 90 JX195 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581460 Yük markalı, 90JB435 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58164C Yük markalı, 99JA435 KAMAZ 55111 016 13 Yük markalı, 99JL268 MAZ 642208232P13 yük markalı, 90JB940 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S yük markalı nəqliyyat vasitələrinə və “xxxx” ASC-də olan kod:503217, müxbir hesab: AZ81NABZ********************, SWİFT:AZFİAZ22XXX, hesab nömrəsi AZ41AZFİ40030AZ**********022 olan bank hesabına həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.04.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, vavabdeh Cavabdeh MMC-yə məxsus 90JB942 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581465 YÜK markalı, 90JU310 dövlət qeydiyyat nişanlı, KAMAZ 6520 057 YÜK markalı, 90JV327 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581465 XÜSU markalı, 10ZX968 dövlət qeydiyyat nişanlı, MAZ 953000 Yarımqoşqu markalı, 10PC898 dövlət qeydiyyat nişanlı, HAVAL H6 minik markalı, 90JB943 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S Yük markalı, 90JX194 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581460 yük markalı, 90AB435 dövlət qeydiyyat nişanlı, VAZ 2123 X1 markalı, 90JX190 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146C Yük, 90JC761 dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 018 02 Yük markalı, 90JU837 dövlət qeydiyyat nişanlı, KAMAZ 6520-029 Yük markalı, 90AK197 dövlət qeydiyyat nişanlı, VAZ21043 Minik markalı, 10ZF290 dövlət qeydiyyat nişanlı, altınordu yarıçqoşqu markalı, 99JG194 dövlət qeydiyyat nişanlı, Kamaz 53215 Yük markalı, 99JL487 dövlət qeydiyyat nişanlı, X3 markalı, 90JB941 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S markalı, 90JZ164 dövlət qeydiyyat nişanlı, Volvo FMX yük markalı, 90JB335 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58164C Yük markalı, 10PR113 dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı, 90JE626 dövlət qeydiyyat nişanlı, Qaz 3302 18 Yük markalı, 90JX370 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146C Yük markalı, 90JF153 dövlət qeydiyyat nişanlı, PAZ 32054 07 AVTOBUS markalı, 90JB635 dövlət qeydiyyat nişanlı, QAZ 330202 14 YÜK markalı, 90AB735 dövlət qeydiyyat nişanlı, HAVAL H2 MİNİK markalı, 90JT882 dövlət qeydiyyat nişanlı, KAMAZ 6520 057 yük markalı, 10ZX913 dövlət qeydiyyat nişanlı, Tuğsan Yarımqoşqu markalı, 90JD835 dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 01802 yük markalı, 90 JB235 dövlət qeydiyyat nişanlı, KAMAZ 55239 Ş DƏ 58164C yük markalı, 90JE629 dövlət qeydiyyat nişanlı, QAZ 3309 1352 yük markalı, 90JF207 qeydiyyat nişanlı, Fprd cargo yük markalı, 90JE 534 dövlət qeydiyyat nişanlı, KAMAZ 65115 018 13 yük, 99AR887 dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı, 90JC762 dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 018 02 yük markalı, 90AE752 dövlət qeydiyyat nişanlı, VAZ 21715 minik markalı, 90PJ517 dövlət qeydiyyat nişanlı, X2 5 minik markalı, 90JB580 dövlət qeydiyyat nişanlı, KAMAZ 65115 023 13 yük markalı, 90JC935 dövlət qeydiyyat nişanlı, Mercedes Benz Xüsusi təy. Markalı, 90PD502 dövlət qeydiyyat nişanlı, Renault Logan minik markalı, 90JX196 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581460 yük markalı, 90 JB944 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S markalı, 90JB946 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S markalı, 90JV328 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S Xüsu markalı, 90 AB305 VAZ2123 X1 markalı, 90 JE543 dövlət qeydiyyat nişanlı, KAMAZ 65115 01813Yük markalı, 90JX 369 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146C markalı, 90AK326 dövlət qeydiyyat nişanlı, Haval H2 minik markalı, 90PJ518 dövlət qeydiyyat nişanlı, X2 5 minik markalı, 90 JX189 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146C yük markalı, 10 JZ060 dövlət qeydiyyat nişanlı, Haval H2 minik markalı, 90 JX195 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581460 Yük markalı, 90JB435 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58164C Yük markalı, 99JA435 KAMAZ 55111 016 13 Yük markalı, 99JL268 MAZ 642208232P13 yük markalı, 90JB940 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S yük markalı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qadağan edilmiş, Cavabdeh “xxxx” ASC-də olan kod:503217, müxbir hesab: AZ81NABZ********************, SWİFT:AZFİAZ22XXX, hesab nömrəsi AZ41AZFİ40030AZ**********022 olan bank hesabındakı pul vəsaitlərinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan 495.520,83 manat həcmində həbs qoyulmuşdur. Qərardadla razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilib, ərizənin rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə tərəfindən cavabdehə məxsus həm bank hesabı üzərinə, həm də nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 158.3.1-ci maddəsinə əsasən birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə həbs qoyula bilər. Lakin, məhkəmə qeyd olunan normanın tələblərini pozmuş və istehsalatda bilavasitə iştirak edən nəqliyyat vasitələrinin üzərinə həbs qoymuşdur. Həmçinin, həmin əmlakların dəyəri müəyyən edilməmişdir. Halbuki, onların real bazar dəyəri iddia tələbindən çoxdur. Habelə, iddiaçının təqdim etdiyi sənədlərdə tələb olunan borc təsdiqlənmir və borcu təsdiq edən elektron qaimələr olmadığı üçün iddianın birmənalı şəkildə uğurla nəticələnməsi şübhə altındadır. Həmçinin, iddiaçının göstərdiyi iş həcminin təhvlim-təslim aktı təgdim olunmayib. Əldən çıxmış fayda və faiz tələbləri isə ümumiyyətlə ehtimal və mülahizələrə əsaslanır. Məhkəmə təcrübəsində də iddianın təmini tədbiri seçilərkən faiz və əldən çıxmış faydaya görə tələb olunan məbləğlər nəzərə alınmır. Eyni zamanda, cavabdeh ödənilmiş avansın geri tələb edilməsi barədə qarşılıqlı iddia irəli sürmüşdür. İddiaçı isə müqaviləyə əsasən öz öhdəliklərini tam şəkildə icra etmədiyinə görə hazırkı iddianı irəli sürmüş və iddianın təmin tədbiri barədə ərizəni təsir vasitəsi kimi vermişdir. Bakı Kommersiya Məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin MPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in 157 və 158-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər və buna prosesin istənilən mərhələsində yol verilir, hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Məhkəmə kollegiyası bildirir ki, iddianın təmin edilməsi mülki (iqtisadi) iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, bu tədbirin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər, bu tədbirin tətbiq olunması isə o halda realizə olunur ki, iddia ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlsin. İddianı təmin etmə tədbirinin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. İddianı təmin etmə tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Bu baxımdan, iddianı təmin tədbiri institutu mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. İddianı təmin tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianı təmin tədbiri bilavasitə məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə yönəlsə də, tədbirlə qorunan maraq iddianın məqsədlərini aşmasa da və onunla üst-üstə düşsə də, eyni zamanda həm nəqliyyat vasitələrinin, həm də bank hesabının üzərinə həbs qoyulması cavabdeh üçün ağır yükə çevrilməklə, mütənasibliyə cavab vermir və sonuncunun qanuni mənafelərini təmin etmir. Bu mənada məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bank hesabının üzərinə həbs qoyulması hissədə qismən razılaşır. Beləliklə, kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı bank hesabının üzərinə həbs qoyulması hissədə ləğv edilməli, həmin hissədə iddiaçının iddianı təminetmə tədbiri barədə ərizəsi təmin edilməməli, şikayət qismən təmin olunmalıdır (MPM-in 398.0.3-cü maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2260/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qərardadı qismən - bank hesabının üzərinə həbs qoyulması hissədə ləğv edilsin, İddiaçı MMC-nin iddianı təminetmə tədbiri barədə ərizəsi həmin hissədə təmin edilməsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin şikayəti qismən təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-722/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-722/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver