Məhkəmə qərarları › İş №2-2(103)-753/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-753/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-753/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: subpodrat müqaviləsi, hüquqi həqiqət, sübutetmə vəzifəsi, tərəflər arasında formalaşmış işgüzar praktika, qanuni faiz Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X14 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ı̇ ddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə2, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Firuddun oğlu, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-446/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında 12 sentyabr 2019-cu il tarixli MS41 nömrəli subpodrat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmışdır.

2. Müqaviləyə əsasən cavabdeh daxili yanğınsöndürmə sisteminin, avtomatik yanğınsöndürmə sisteminin, havalandırma sisteminin, tüstüsorma sisteminin, yanğın siqnalizasiya sisteminin quraşdırılmasını, bu işlərin həyata keçirilməsi üçün zəruri olan materialların tam təchizatını sifariş verərək iddiaçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada adı çəkilən işləri icra etməyi öhdəsinə götürmüşdür.

3. Həmin müqaviləyə 12 sentyabr 2019-cu il tarixli 01 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 13 nömrəli uşaq bağçasının daxili yanğınsöndürmə sistemi üçün ƏDV xaric 5000 manat, 17 sentyabr 2019-cu il tarixli 02 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 13 nömrəli uşaq bağçasının havalandırma sistemi üçün ƏDV xaric 22779,5 manat, 06 dekabr 2019-cu il tarixli 03 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Pirallahı rayonu, "xxxx" zavodu üçün ƏDV xaric 70000 manat, 28 yanvar 2020-ci il tarixli 04 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Yaşayış kompleksinin 6 saylı binasının 1-ci və 2-ci seksiyalarında havalandırma və tüstüsorma sistemi üçün ƏDV xaric 43000 manat, 29 yanvar 2020-ci il tarixli 05 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bağça üçün ƏDV xaric 1054 manat, 20 fevral 2020-ci il tarixli 06 nömrəli protokol imzalanaraq “ünvan 1 ünvanlı yanğın siqnalizasiya sistemi, sulu söndürmə sistemi və avtodayanacaq havalandırma üçün ƏDV xaric 26000 manat, 19 may 2020-ci il tarixli 07 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yaşayış kompleksində uşaq bağçasının havalandırma sistemi üçün ƏDV xaric 13000 manat və 19 may 2020-ci il tarixli 08 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 6 saylı 12 mərtəbəli yaşayış binasının tüstüsorma sistemi üçün ƏDV xaric 7500 manat dəyərində işlərin görülməsi razılaşdırılmışdır. Cavabdeh tərəfindən 01 və 02 nömrəli razılaşma protokolları üzrə görülmüş işlərin dəyəri tam ödənilmiş, 03 nömrəli protokol üzrə ƏDV xaric 37700 manat, 04 nömrəli protokol üzrə ƏDV xaric 27000 manat ödəniş edilmişdir.

4. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 sentyabr 2019-cu il tarixli müqavilə üzrə görülmüş işlərin dəyəri olaraq 67028 manat, faiz məbləği olaraq 6702,8 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı MMC 2018-ci ilin noyabrında təsis edilmişdir. Müəssisə yanğın təhlükəsizlik sistemlərinin quraşdırılması sahəsində ixtisaslaşmış olmaqla bu sahədə kommersiya fəaliyyətini həyata keçirir. İddiaçı ilə cavabdeh arasında 12 sentyabr 2019-cu il tarixli MS41 nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin sifarişi üzrə daxili yanğınsöndürmə sisteminin, havalandırma sisteminin, tüstüsorma sisteminin, yanğın siqnalizasiya sisteminin quraşdırılmasını, bu işlərin həyata keçirilməsi üçün zəruri olan materialların tam təchizatını həyata keçirmək və bunun müqabilində razılaşdırılmış xidmət haqqı almaq tərəflər arasında razılaşdırılmışdır. 2.2. Adıçəkilən müqavilə ilə əlaqədar iddiaçı tərəfindən 8 obyektə, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və "xxxx" Mənzil-Tikinti Kooperativinə (VÖEN **********) subpodrat qaydasında işlər görülmüşdür. Göstərilən xidmətlər, eyni zamanda işlərin həcmi müqavilənin razılaşma protokollarında təsbit edilmişdir. Ümumilikdə görülən işlərlə bağlı 1 nömrəli xx.xx.2019-cu il tarixli ƏDV-siz dəyəri 5000 manat təşkil edən, 2 nömrəli xx.xx.2019-cu il tarixli ƏDV-siz dəyəri 22779 manat təşkil edən, 3 nömrəli xx.xx.2019-cu il tarixli ƏDV-siz dəyəri 70000 manat təşkil edən, 4 nömrəli xx.xx.2020-ci il tarixli ƏDV-siz dəyəri 43000 manat təşkil edən, 5 nömrəli xx.xx.2020-cu il tarixli ƏDV-siz dəyəri 1054 manat təşkil edən, 6 nömrəli xx.xx.2020-ci il tarixli ƏDV-siz dəyəri 26000 manat təşkil edən, 7 nömrəli xx.xx.2020-ci il tarixli ƏDV-siz dəyəri 13000 manat təşkil edən və 8 nömrəli xx.xx.2020-cu il tarixli ƏDV-siz dəyəri 7500 manat təşkil edən razılaşma protokolları imzalanmış, cavabdehə 1 nömrəli xx.xx.2019-cu il tarixli protokol üzrə EAAZ 751680, 2 nömrəli xx.xx.2019-cu il tarixli protokol üzrə EBAA 019636, 3 nömrəli xx.xx.2019-cu il tarixli protokol üzrə EBAE 261332, EBAP 426871, EBAQ 449632, EBBV 972191, 4 nömrəli xx.xx.2020-ci il tarixli protokol üzrə EBAF 576478, EBAK 506161, EBBW 696296 seriya və nömrəli elektron qaimələr göndərilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-446/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia qismən təmin olunaraq, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə 36300 (otuz altı min üç yüz) manat əsas borc, əsas borca illik 5% ilə hesablanmaqla 2297 (iki min iki yüz doxsan yeddi) manat 34 (otuz dörd) qəpik pul olmaqla ümumilikdə 38597 (otuz səkkiz min beş yüz doxsan yeddi) manat 34 (otuz dörd) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 12 sentyabr 2019-cu il tarixli MS41 nömrəli subpodrat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh daxili yanğınsöndürmə sisteminin, avtomatik yanğınsöndürmə sisteminin, havalandırma sisteminin, tüstüsorma sisteminin, yanğın siqnalizasiya sisteminin quraşdırılmasını, bu işlərin həyata keçirilməsi üçün zəruri olan materialların tam təchizatını sifariş verərək iddiaçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada adı çəkilən işləri icra etməyi öhdəsinə götürmüşdür.

9. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə müəyyən edilməli hal tərəflər arasında müvafiq protokollarla razılaşdırılan işlərin görülüb-görülməməsidir. Məhkəmə qeyd etmişdir ki, 03 və 04 nömrəli protokollar üzrə işlərin görüldüyü təsdiq olunduğundan və iddiaçı tərəfindən 08 nömrəli protokol üzrə 2000 manat artıq ödəniş nəzərə alınmaqla iddia tələbi irəli sürüldüyündən 12 sentyabr 2019-cu il tarixli MS41 nömrəli müqavilə üzrə 36300 (03 nömrəli protokol üzrə 22300 manat + 04 nömrəli protokol üzrə 16000 manat – 2000 manat) manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

10. Məhkəmə digər tərəfdən qeyd etmişdir ki, 01 və 02 nömrəli protokolların dəyərinin də təhvil-təslim aktı tərtib edilməklə ödənildiyi iş materialları ilə təsdiq edilməmişdir. 05, 06 və 07 nömrəli protokollardakı işlərin görülməsinə dair təqdim edilən vatsap yazışmalarına isə qiymət verərək məhkəmə qeyd edir ki, X10 Davudov arasında aparılan danışıqlar sübut kimi çıxış edə bilsə də, X16 Cəfərov və mühasib arasında aparılan danışıqların Şövkət İbadullayevə göndərilən hissəsi əsasında həmin danışıqların məzmunu sübut oluna bilməz.

11. Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a. Apellyasiya şikayətlərinin dəlilləri

12. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, e-2-2(113)-446/2024 nömrəli, xx.xx.2024-cü il - tarixli qətnaməni təmin olunmayan hissədə ləğv edilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş materiallarına əlavə edilmiş watsaap yazışmalarında cavabdehin direktoru Qanuni nümayəndə1 borcu qəbul etməsini, eləcə də, watsaapla cavabdehə göndərilmiş və görülmüş işlərin həcmini və həmin işlərə görə ödənilməli pul vəsaitini özündə əks etdirən cədvəlin cavabdeh tərəfindən qəbul edilməsinə, dolayısı ilə iddianın cavabdeh tərəfindən etiraf edilməsinə dair xüsusatlara münasibətdə sadalanan hüquq normalarını düzgün tətbiq etməmişdir. 3 nömrəli protokol üzrə tələbimiz 32300 manat olmuş, məhkəmə həmin hissədə 22300 manat hissədə təmin etmiş, 10000 manat hissədə təmin etməmişdir. Məhkəmə bu mövqeyini əsaslandırarkən xx.xx.2022-ci il tarixli pretenziya məktubuna və watsap yazışmalarında olan 22 dekabr 2020-ci il tarixli üzləşmə aktına istinad etmişdir. Hesab edirəm ki, mübahisə ilə bağlı bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixli pretenziya məktubunda 22300 manat qeyd olunması həmin məktubun e.taxes.gov.az vergi internet portalı vasitəsilə yazılması ilə bağlı olmuş və sözügedən portal vasitəsilə yazıldığından EBBV 972191 seriya və nömrəli e-qaimədə olan məbləğ tələb olunmuşdur. Bununla bağlı məhkəmədə verilən suala da tərəfimdən eyni cavab verilmişdir. Eləcə də, xx.xx.2020–ci il tarixində birtərəfli imzalanmış akta 03 nömrəli protokol üzrə 10000 manat nəğd ödəniş edilməsi ona görə görünür ki, "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə1 hesabında vəsait olmadığı üçün rəsmi ödəniş edildikdən sonra qaytarmaq şərti ilə bu vəsaiti göndərərək operativ şəkildə yeni layihədə işə başlamağımızı istədi. Qətnamədə də istinad olunmuş “birtərəfli imzalanmış akt” əslində akt deyil, cədvəl şəklində hazırlanmış üzləşmə aktı layihəsidir. Razılaşdırmaq üçün cavabdeh şəxsə göndərilmiş və onun üzərində "xxxx" MMC-nin mühasibi Hamblet qeydlər apararaq bizə Davudov Anar vasitəsi ilə geri göndərmiş və onun vhatsapp səs yazısındada bu təsdiqlənir. Həmin cədvəldə mənim imzam yoxdur. Sözügedən 10000 manat həmin cədvəldə göstərilib. Ona görə də 06 nömrəli protokol üzrə "xxxx" MMC-nin layihəsi üçün ayrılmış vəsaiti mən, artıq tamamlanaraq təhvil verilmiş işin hesabına – 03 nömrəli protokola sayacağımı bildirmişdim. Diğər tərəfdən, cavabdeh tərəfin nümayəndəsi ümumiyyətlə nəğd pul vəsaiti verdiklərindən imtina edirlər. Odur ki, 3 nömrəli protokol üzrə faktiki hallar tam aydınlaşdırılmamış və səhv nəticəyə gəlinmişdir. 05,06 və 07 nömrəli protokollara münasibətdə məhkəməin qətnamənin 50-ci bəndində qeyd olunmuş mövqeyinə münasibətdə bildirirəm ki, cavabdehlə aramızda olan razılaşmaya əsasən biz görülmüş işlərlə bağlı cavabdehə e-qaimə onun hesabına vəsait daxil olduqdan sonra göndərirdik. Sifarişçi ilə birbaşa əlaqəmiz olmadığı üçün , "xxxx" MMC-yə vəsaitin ayrılmasından xəbərimiz olmayıb və o vəsaitlərin bizə aid hissəsi göndərilməyib. Sonradan məlum oldu ki, əslində cavabdeh tərəf bizi aldatmış, sifarişçidən vəsait almadığını bildirmiş, lakin vəsaiti almışdır. Həmin vaxt icra etdiyimiz layihələrə görə borclandığımız şirkətlərin tələbini ödəmək üçün 22300 və 16000 manatlıq qaimələri göndərməyə məcbur olmuşduq. 06 nömrəli protokol üzrə bildirirəm ki, "xxxx" MMC-nin rəhbərliyi ilə Qanuni nümayəndə1 tanışlıq münasibətləri olmuş, orada işlərə başlamaq üçün bizə nağd qaydada 10000 manat pul vermiş, həmin vəsait məhz 22 dekabr 2020-ci il tarixli üzləşmə aktında 03 nömrəli protokol üzrə ödəniş qrafasında qeyd olunmuşdur. Tərəfimizdən dəvət olunmuş şahidlər də, 06 nömrəli protokol üzrə işlərin görüldüyünə dair məhkəmədə ifadə vermişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş watsapp yazışmalarında da 06 nömrəli protokol üzrə görülmüş işlər müzakirə edilir. Hətta cavabdeh təşkilatın nümayəndəsi həmin işlərdə yol verilmiş nöqsanlar barədə fikirlərini bildidir və həmin nöqsanlara dair fotoşəkilləri bizə göndərir. "xxxx" MMC-nin sorğuya cavab olaraq protokolda göstərilən işlərin görülməməsi barədə cavabı bununla əlaqədardır ki, cavabdehin direktoru Qanuni nümayəndə1 "xxxx" MMC ilə görülmüş işlərin dəyərini mənzillə barter etmişdir. Qətnamənin 52-ci bəndində izahı verilən 05 nömrəli protokol üzrə işlər və göstərilən 05 may 2020-ci il tarixli AT-008/20 nömrəli təhvil-təslim aktının məzmununu təşkil etmir. Ona görə ki, sözügedən akt İddiaçı MMC-nin cavabdeh tərəfə iddiası olmayan 01 nömrəli protokol üzrə görülmüş işlərdir. 05 nömrəli protokol üzrə məhkəməyə "xxxx" MMC və ya sifarişçi "xxxx" MMC heç bir təhviltəslim aktı təqdim etməmişdir. "xxxx" MMC məhkəməyə təqdim etdiyi "xxxx" MMC ilə bağlanmış 17 yanvar 2020-ci il tarixli ATİS-001/20 müqavilə və məbləği 1080 manat (ədv xaric) olan onun 01 nömrəli qiymət razılaşma protokolu İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış məbləği 1054 manat (ədv xaric) 05 nömrəli qiymət razılaşma protololdakı iş həcimlərinin ancaq 1-ci sətrini təşkil edir. Qətnamənin 53 saylı bəndində "xxxx" MMC ilə bağlanmış 07 nömrəli protokol əsasında MİDA-nın Yasamal Rayonu xarici dairəvi avtomobil yolunun kənarında yaşayış kompleksində uşaq bağcasının havalandırma sistemi işlərini görmüşük. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin və "xxxx" MMCnin məhkəməyə təqdim etdiyi sənədlərdən aydın olur ki, o həmin kompleksdə 2 uşaq bağcasında - №45 və №47 saylı bağçalarda havalandırma işlərini götürmüş, qaimə göndərmiş və ödənişlər almışdır. Həmin bağcalardan 45 nömrəli bağçanın işlərini X12 ilə bağladığı subpodrat müqaviləsi ilə icra etdirmişdir. Layihələr eynitipli olduğu üçün digər bağçanın havalandırma işləri İddiaçı MMC ilə 07 nömrəli 19 may 2020-ci il tarixli protokolla razılaşdırılmışdır və qismən icra olunmuşdur. Amma 07 nömrəli protokolda uşaq bağcasının nömrəsi göstərilməmişdir. Bizə təqdim olunmuş işçi layihənin künc ştampında uşaq bağçasının nömrəsi deyil, “9 mərtəbəli yaşayış binasının (2 bloklu) 1-ci mərtəbəsi 125 uşaq bağçası və körpələr evi – TİP3” adı ilə göstərilmişdir. "xxxx" MMC-nin təqdim etdiyi 2 ədəd təhvil-təslim aktları - 18 fevral 2021-ci il tarxili AT0021A/21 aktı 45 saylı uşaq bağcasına, 25 İyul 2022-ci il tarixli AT-004A/21 saylı aktı isə 47 saylı uşaq bağçasının havalandırma işinə aiddir. 47 saylı uşaq bağçasına aid müqavilə "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Aktların mövcudluğu məhkəmənin baxış iclasında "xxxx" MMC-nin direktor müavini X5 yalan ifadə verməsini göstərir. Digər tərəfdən "xxxx" MMC 47 saylı bağçada həmin işləri icra etmək üçün istifadə olunan mal və materialların alışı barədə , eləcə də həmin işlərin görülməsi üçün insan resurslarının mövcudluğu barədə hər hansı sübut təqdim edə bilməmişdir. 08 nömrəli protokol üzrə 6 nömrəli 12 mərtəbəli yaşayış binasında icra etdiyimiz iş həcimləri həmin binanın havalandırma sistemini tamamlamış fiziki şəxs X8 VS 003 saylı müqavilə və 01 saylı protokolunda öz əksini tapmamışdır. Çünki bu bənd İddiaçı MMC tərəfindən icra olunub. Göstərilənlərdən məlum olur ki, məhkəmə 03, 05, 06 və 08 nömrəli protokollar üzrə görülmüş işlər və onların dəyərinin ödənilməsi ilə bağlı bütün faktiki hallar aydınlaşdırılmamış və nəticədə yalnış qənaətə gəlinmişdir.

14. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-2(113)-446/2024 saylı qətnaməsinin qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və PEM˝ SERVİCE˝ MMC-nin iddiasının tam rədd edilməsi, habelə qətnamənin əldən çıxmış faydanın qismən təmin edilən hissəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Kommersiya mübahisəsinin hallarından görünür ki, məhkəmə Konstitusiya Məhkəməsinin mövcud mövqeyinə istinad etmiş və işdəki digər sübutlarla tərəflər arasında münasibətə düzgün qiymət verməyə çalışmış, lakin son nəticədə qismən - iddianın təmin edilən hissəsində yanlış nəticəyə gəlmişdir. Belə ki, iddianın təmin edilən hissəsində məhkəmə 22300 manat dəyərində göstərilən xx.xx.2022-ci il tarixdə EBBV 972191 seriya və nömrəli elektron qaimə və iddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Yaşayış kompleksinin 6 saylı binasının 1-ci və 2-ci seksiyalarında ƏDV xaric 16000 manat dəyərində görüldüyü iddia edilən işlər üçün xx.xx.2022-ci il tarixdə EBBW 696296 seriya və nömrəli elektron qaiməyə münasibətdə düzgün mövqe sərgiləməmiş, qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, hər iki qaimə dəfələrlə sistemə vurulsa da, cavabdeh tərəfindən ləğv edilmişdir (İddiaçının qanunu nümayəndəsi öz izahatında bu halı təsdiq edir). Əgər işlər həqiqətən iddiaçı tərəfindən görülmüş olsaydı, o zaman cavabdehin həmin qaimələri ləğv etməsinə gərək qalmazdı. Üstəlik qaimələr üzrə işlər görülmüş olsaydı, həmin zaman cavabdehə pretenziya göndərilə və onun rəsmi mail adresinə etiraz ünvanlanardı. Artıq görülməmiş işlərə görə elektron-qaimənin dəfələrlə vurulmasına ehtiyac qalmazdı. Digər tərəfdən məhkəmə xx.xx.2022-ci il tarixdə EBBW 696296 seriya və nömrəli elektron qaimənin iş saatından sonra vurulmasına faktına qiymət verərkən nəzərə almamışdır ki, iddiaçı həmin işi icra etmiş olsaydı, yuxarıda qeyd edildiyi kimi etiraz və pretenziya göndərərdi, amma iddiaçı hazırki halda ˝ilzig˝ fəaliyyətə üstünlük vermiş, bilərəkdən iş saatından sonra elektron-qaiməni sistemə yerləşdirmişdir ki, cavabdehin gözündən yayınsın. Bundan başqa tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin 2.2.4-cü bəndinə görə müqavilə ilə inəy)˝ıçarcİ˝ hazırki halda PEM˝ S E RV İC E (CMM˝ üzərinə götürdüyü öhdəliklər daxilində görülən işlərin/xidmətlərin həyata keçirilməsinə dair mütəmadi olaraq, ˝içşirafiS˝-yə (hazırki halda .S.İ.T.A˝ FireSecurity˝ MMC-yə) məlumat verməlidir. Tərəflər arasında bağlanılmış bütün X3 2-ci bəndində qeyd olunur ki, ödəmə öncədən 50%, iş icrası zamanı 40%, sifarişçiyə təhvil-təslim aktı imzalandıqdan sonra 10% olmaqla həyata keçirilir. Həmin Protokolların 3-cü bəndində göstərilir ki, bu əlavə yuxarıda adı gedən müqavilənin ayrılmaz tərkib hissəsidir və müqavilə şərtləri ilə eyni hüquqi qüvvəyə malikdir. Müqavilənin 1.3-cü bəndində qeyd edilir ki, göstərilən xidmətlər, eyni zamanda işin həcmi bu Müqaviləyə qoşulan razılaşma protokolunda təsbit edilir və bu Müqavilənin ayrılmaz tətkib hissəsi hesab edilir. Hazırki halda tərəflər arasında bağlanılmış müqaviləyə dəyişiklik edilməmişdir, belə olan halda tərəflərə münasibətdə müqavilə şərtlərinin, ondan irəli gələn öhdəliklərin icrası mütləqdir. Lakin iddiaçı peM˝ Service˝ MMC-nin tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin və həmin müqavilənin ayrılmış tərkib hissəsi hesab edilən X3 tələbinə zidd olaraq, gördüyü işlər üzrə təhvil-təslim aktlarını ˝içşirafiS˝-yə, yəni eriF.S.İ.T.A˝ Security˝ MMC-yə təqdim etməmişdir. Belə olan halda cavabdehin qəbul etmədiyi hissədə işlərin icrasının həqiqətən iddiaçı tərəfindən icra edilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür ki, iddiaçı da buna dair mötəbər sübut təqdim edə bilməmişdir. Üçüncü şəxslərə münasibətdə təqdim edilən yazılar isə işə tam aydınlıq gətirmir və üstəlik məsələnin görünən tərəfi odur ki, həmin yazılar təhrif edilmişdir. Cavabdeh olaraq, iddiaçıya ödənilmiş məbləğə münasibətdə işlərin görüldüyünü qəbul etsək də, bildirilmişdir ki, həmin işlərin bir hissəsi qüsurlu görülmüş, bir hissəsi isə ümumiyyətlə görülməmişdir. Lakin cavabdeh yaranmış münasibətdən irəli gələrək, ona dəymiş ziyanı gələcəkdə tələb etmək niyyətində olmadığından yarımçıq işlər üzrə akt tərtib etməmiş və həmin hissədə işləri tamamlayaraq, əsas Sifarişçilərə özü təhvil vermişdir. Belə olan halda iddiaçının illər ərzində susması, cavabdehin mailə hər hansı etiraz və pretenziya göndərməməsi və digər vasitələrdən istifadə edərək, özünün pozulmuş hesab etdiyi haqqını istətəməsi yalnız və yalnız həmin işlərin həqiqətən də iddiaçı tərəfindən görülmədiyinə işarədir. Bununla belə məhkəmə iddianı qismən təmin edərkən sadalanan hallara düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa məhkəmənin təhvil-təslim aktlarına münasibətdə tərəflər arasında belə işgüzar münasibətin formalaşması hissəsindəki mövqeyi ilə razılaşmırıq. Göründüyü kimi məcəllədə işgüzar adətlərə münasibətdə ilkin olaraq, qanunvericiliyin və ya müqavilə şərtlərinin əsas götürüldüyü təsbit edilmiş və bu adətlərin qanunvericiliyə və ya müqaviləyə zidd olan hissəsinin tətbiq edilmədiyi göstərilmişdir. Hazırki halda təhviltəslim aktı istər qanunvericiliyin, istər də tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan X1 irəli gəlir ki, iddiaçı da gördüyü işlərin bitirməsinə dair təhvil-təslim aktlarını zamanında cavabdehə təqdim etdiyini sübuta yetirə bilməmişdir.

16. Bununla belə iddiaçı belə təhvil-təslim aktlarını zamanında tərtib etdiyini iddia edərək, onları məhkəməyə təqdim etmişdir. Belə olan halda tərəflər arasında yalnız elektron-qaimə faktura əsasında ödənişlərin edilməsi kimi işgüzar münasibətin yaranması kimi məhkəmənin mövqeyini yanlış olduğu görülməkdədir. Əks halda iddiaçı özü belə təhvil-təslim aktlarının ümumiyyətlə mövcud olmadığını qeyd edərək, onları məhkəməyə təqdim etməz və israrla zamanında həmin aktların cavabdeh tərəfindən qəbul edilmədiyi fikrini səsləndirməklə, bunu sübut etməyə çalışmadı. Beləliklə iddiaçının bu addımı bir daha təsdiq edir ki, o, tərəflər arasında bağlanılmış müqavilə və onun ayrılmaz tərkib hissəsi olan X4 nəzərdə tutulmuş şərtdən irəli gələrək addım atmış və təhvil-təslim aktları tərtib etmişdir. Lakin iddiaçı həqiqətən həmin aktlarda nəzərdə tutulmuş işləri tam görmüş olsaydı, o zaman aktlar zamanında ya cavabdehin nümayəndəsi, ya da baş Sifarişçinin nümayəndələri tərəfindən qəbul və təsdiq edilmiş olardı.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə2, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Firuddun oğlu məhkəmə iclasında apellyasiya şikayətlərini müdafiə etmişdirlər və təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmişdir və təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

17. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Əsaslandırıcı hissə

21. Apellyasiya baxışının hədləri

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı tərəfindən qismən, cavabdeh tərəfindən də qismən mübahisələndirdiyindən həmin hissələrdə yoxlanılır.

23. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

24. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-446/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

26. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

27. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 12 sentyabr 2019-cu il tarixli MS41 nömrəli subpodrat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh daxili yanğınsöndürmə sisteminin, avtomatik yanğınsöndürmə sisteminin, havalandırma sisteminin, tüstüsorma sisteminin, yanğın siqnalizasiya sisteminin quraşdırılmasını, bu işlərin həyata keçirilməsi üçün zəruri olan materialların tam təchizatını sifariş verərək iddiaçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada adı çəkilən işləri icra etməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 12 sentyabr 2019-cu il tarixli 01 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 13 nömrəli uşaq bağçasının daxili yanğınsöndürmə sistemi üçün ƏDV xaric 5000 manat, 17 sentyabr 2019-cu il tarixli 02 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 13 nömrəli uşaq bağçasının havalandırma sistemi üçün ƏDV xaric 22779,5 manat, 06 dekabr 2019-cu il tarixli 03 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Pirallahı rayonu, "xxxx" zavodu üçün ƏDV xaric 70000 manat, 28 yanvar 2020-ci il tarixli 04 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Yaşayış kompleksinin 6 saylı binasının 1-ci və 2-ci seksiyalarında havalandırma və tüstüsorma sistemi üçün ƏDV xaric 43000 manat, 29 yanvar 2020-ci il tarixli 05 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bağça üçün ƏDV xaric 1054 manat, 20 fevral 2020-ci il tarixli 06 nömrəli protokol imzalanaraq “ünvan 1 ünvanlı yanğın siqnalizasiya sistemi, sulu söndürmə sistemi və avtodayanacaq havalandırma üçün ƏDV xaric 26000 manat, 19 may 2020-ci il tarixli 07 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yaşayış kompleksində uşaq bağçasının havalandırma sistemi üçün ƏDV xaric 13000 manat və 19 may 2020-ci il tarixli 08 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 6 saylı 12 mərtəbəli yaşayış binasının tüstüsorma sistemi üçün ƏDV xaric 7500 manat dəyərində işlərin görülməsi razılaşdırılmışdır. Cavabdeh tərəfindən 01 və 02 nömrəli razılaşma protokolları üzrə görülmüş işlərin dəyəri tam ödənilmiş, 03 nömrəli protokol üzrə ƏDV xaric 37700 manat, 04 nömrəli protokol üzrə ƏDV xaric 27000 manat ödəniş edilmişdir. İddiaçı ƏDV-siz 03 nömrəli protokol 32300 manat, 04 nömrəli protokol üzrə 16000 manat, 05 nömrəli protokol üzrə 1054 manat, 06 nömrəli protokol üzrə 9200 manat, 07 nömrəli protokol üzrə 10474 manat məbləğində borcun olduğunu, 08 nömrəli protokol üzrə 2000 manat artıq ödəniş nəzərə alınmaqla ümumilikdə 67028 manat məbləğində pulun tutulmasını tələb edir. Cavabdeh iddiaya etiraz edərək, görülmüş işlərin dəyərinin ödənildiyini bildirir və iddianın rədd olunmasını xahiş edir.

28. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

29. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

30. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).

31. Hazırkı mübahisə 2019-cu il tarixli MS41 nömrəli subpodrat müqaviləsindən əmələ gəlmişdir və həmin müqavilə podrat müqaviləsinin növü hesab olunduğundan bu münasibətlərə Mülki Məcəllənin 39-cu fəslinin (“podrat”) normaları tətbiq olunur. Belə ki, Mülki Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır, podratçı və subpodratçı arasındakı münasibətlərə müvafiq qaydada və şərtlərlə (mutatis mutandis) sifarişçi və podratçı arasındakı münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilir.

32. Bu mənada iddiaçının görülmüş işlər üçün muzdun ödənilməsi tələbinin hüquqi əsası qismində Mülki Məcəllənin 753.1-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

33. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə müəyyən edilməli hal tərəflər arasında müvafiq protokollarla razılaşdırılan işlərin görülübgörülməməsidir.

34. Mübahisəli 03 nömrəli protokol üzrə xx.xx.2019-cu il tarixli EBAE 261332 seriya və nömrəli elektron qaimə ƏDV xaric 32200 manat, xx.xx.2020-ci il tarixli EBAP 426871 seriya və nömrəli elektron qaimə ƏDV xaric 2500 manat, xx.xx.2020-ci il tarixli EBAQ 449632 seriya və nömrəli elektron qaimə ƏDV xaric 3000 manat olmaqla ümumilikdə 32300 manat dəyərində görülmüş iş üçün tərtib edilmiş, elektron qaiməfakturalar cavabdeh tərəfindən təsdiqlənmiş, həmin işlərin dəyəri köçürmə yolu ilə ödənilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda yerləşən "xxxx" zavodunda ƏDV xaric 22300 manat dəyərində görülmüş işlər üçün xx.xx.2022-ci il tarixdə EBBV 972191 seriya və nömrəli elektron qaimə tərtib edilərək cavabdehə göndərilmiş, həmin qaimə sistem tərəfindən təsdiq edilmiş və dəyəri ödənilməmişdir. Cavabdehin nümayəndəsi elektron qaimə-fakturanın sistem tərəfindən təsdiq edilməsini iddiaçının nümayəndəsinin xahişi ilə əlaqələndirmiş, Anar Davudov xahiş etdiyi üçün qaimənin təsdiqinə göz yumulduğunu bildirmiş, lakin həmin qaimənin alt sənədinin, yəni təsdiqedici sənədinin olmadığını vurğulamışdır.

35. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli qərar).

36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi “Forma-2”-nin, təhvil-qəbul aktının olmamasına istinad edərək xx.xx.2022-ci il tarixli EBBV 972191 seriya və nömrəli elektron qaimənin mötəbərliyini şübhə altına almağa çalışsa da, tərəflərin işgüzar münasibətlərinə nəzər saldıqda işlərin görülməsinin təhvil alınması qismində yalnız elektron qaimələrin çıxış etdiyi aydın olur. Doğrudur, bütün protokollarda, o cümlədən 03 nömrəli protokolda yekun ödəmənin təhvil-təslim aktının tərtibindən sonra edildiyi şərtləşdirilsə də, tərəflər arasında hətta mübahisəsiz qəbul edilən 01 və 02 nömrəli protokolların dəyərinin də təhvil-təslim aktı tərtib edilməklə ödənildiyi iş materialları ilə təsdiq edilməmişdir. Belə olan halda, cavabdehin məhkəmə icraatında təhvil-təslim aktına, “Forma-2”-yə istinadı doğru olmamışdır. Belə ki, tərəflər arasında işgüzar münasibət görülmüş işlərə dair elektron qaimə əsasında, ona istinad etməklə ödənişlərin edilməsi istiqamətində formalaşmışdır.

37. Digər tərəfdən, cavabdehin nümayəndəsi adıçəkilən elektron qaimənin sistem tərəfindən təsdiqlənməsinin məqsədli olduğunu bildirmiş, bunu Anar Davudov xahişi ilə əlaqələndirmişdir. Halbuki kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Bu zaman kommersiya hüquqi şəxsinin görülməyən, gələcəkdə dəyərinin ödənilməsi öhdəliyi yaradacaq hüquqi faktı iradəli surətdə qəbul etməsi sonradan onun istisna edilməsi imkanını aradan qaldırır.

38. Üçüncü tərəfdən, məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən 09 yanvar 2024-cü il tarixli R1/2024 nömrəli məktubla məhkəməyə daxil olan sonuncu ilə cavabdeh arasında bağlanan 05 dekabr 2019-cu il tarixli ATİS 774/19 nömrəli podrat müqaviləsinə 01 nömrəli protokoldan görünür ki, həmin protokolla razılaşdırılan işlər və 03 nömrəli protokolla razılaşdırılan işlər tamamilə eynilik təşkil edir və cavabdeh tərəfindən təqdim edilən 13 fevral 2020-ci il tarixli AT-001/20 və AT-002/20 nömrəli təhviltəslim aktına əsasən avtomatik yanğın əleyhinə avtomatik xəbərvermə (siqnalizasiya) sistemi və sulusöndürmə (“sprinkler”) sistemi sonuncu tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Həmçinin məhkəmənin baxış iclasında şahid qismində dindirilən X6 da 2020-ci ilin fevral ayında iddiaçının işçisi kimi "xxxx" zavodunda tüstü detektorlarının bağlanılmasında iştirak etdiyini təsdiq etmişdir.

39. Qeyd olunanları, cavabdehin nümayəndəsinin iddiaçı tərəfindən razılaşdırılan işlərin 2020-ci ilin yay aylarına qədər görüldüyünü qeyd etdiyini və "xxxx" MMC-yə görülən və 03 nömrəli protokolla razılaşdırılan işlərin 13 fevral 2020-ci il tarixdə təhvil verildiyini nəzərə alan məhkəmə hesab edir ki, 03 nömrəli protokol iddiaçı tərəfindən tam icra edilmişdir.

40. Cavabdehin qüsurlu icra ilə bağlı arqumentlərinə münasibətdə isə göstərilməlidir ki, Mülki Məcəllənin 773-cü maddəsinə əsasən, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Başqa sözlə, cavabdeh icranın qüsurlu olması ilə bağlı ağlabatan müddətdə iddiaçıya hər hansı pretenziya irəli sürmədiyindən məhkəmə icraatında həmin hala istinad edə bilməz.

41. Cavabdehdən 03 nömrəli protokol üzrə tutulmalı məbləğlə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən X2 Sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə cavabdehə göndərilmiş pretenziya məktubdan görünür ki, 14 iş günü müddətində (xx.xx.2022-ci il tarixədək) 03 nömrəli protokol üzrə məhz 22300 manat məbləğində pulun ödənilməsi tələb edilir. Digər tərəfdən, iddiaçının iddianın faktiki əsasının sübutu kimi təqdim etdiyi nümayəndələri arasında vatsap vasitəsilə aparılan danışıqlarda istinad edilən və məhkəməyə təqdim edilən 22 dekabr 2020-ci il tarixli birtərəfli olaraq tərtib edilmiş üzləşmə aktından 03 nömrəli protokol üzrə xx.xx.2020-ci il tarixdə 10000 manat nağd ödənişin edildiyi və 22300 manat borcun qaldığı görünür.

42. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 03 nömrəli protokol üzrə iddiaçının dəyəri ödənilmiş 10000 manat həcmində işə də istinad etməsi əsassız olmuşdur. Bu səbəbdən 06 dekabr 2019-cu il tarixli 03 nömrəli protokol üzrə 22300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrində tutulmalıdır.

43. Mübahisəli 04 nömrəli protokol üzrə xx.xx.2020-ci il tarixli EBAF 576478 seriya və nömrəli elektron qaimə ƏDV xaric 12000 manat, xx.xx.2020-ci il tarixli EBAK 506161 seriya və nömrəli elektron qaimə ƏDV xaric 15000 manat ümumilikdə 27000 manat dəyərində görülmüş iş üçün tərtib edilmiş, elektron qaimə-fakturalar cavabdeh tərəfindən təsdiqlənmiş, həmin işlərin dəyəri köçürmə yolu ilə ödənilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Yaşayış kompleksinin 6 saylı binasının 1-ci və 2-ci seksiyalarında ƏDV xaric 16000 manat dəyərində görülmüş işlər üçün xx.xx.2022-ci il tarixdə saat 18:08:38-də EBBW 696296 seriya və nömrəli elektron qaimə tərtib edilərək cavabdehə göndərilmiş, həmin qaimə sistem tərəfindən təsdiq edilmiş və dəyəri ödənilməmişdir. Cavabdehin nümayəndəsi elektron qaimə-fakturanın sistem tərəfindən təsdiq edilməsini qaimənin iş saatından sonra təsdiq edilməsi və növbəti günlərin Qurban bayramı ilə bağlı qeyri-iş günü olması ilə əlaqələndirmişdir.

44. “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 dekabr 2021-ci il tarixli 375 nömrəli Qərarının 1-ci bəndinə əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilmişdir.

45. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üstüstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 42. Məhkəmə 2022-ci ilin iyul ayının 9 və 10-nun şənbə və bazar günlərinə təsadüf etdiyini nəzərə alaraq qeyd edir ki, 2022-ci il iyul ayının 9-12-si qeyri-iş günləri olmuşdur. 43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.

46. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə, saat 18:08:38-də cavabdehə təqdim edilmiş EBBW 696296 seriya və nömrəli elektron qaimə üçün təsdiq tarixi cavabdehin qeyd etdiyi kimi qeyri-iş günlərində deyil, 13 iyul 2022-ci il tarixdə başa çatmışdır. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin elektron vergi-hesab fakturaları ilə bağlı yuxarıda adıçəkilən hüquqi mövqeyinə uyğun olaraq, tərəflər arasında subpodrat müqaviləsinin bağlandığını, elektron qaimənin predmetini təşkil edən işin dəyərinin müvafiq protokol ilə razılaşdırıldığını, tərəflər arasındakı işgüzar münasibətlərin “elektron qaimə-ödəniş” formasında inkişaf etdiyini nəzərə almalı olan cavabdeh adıçəkilən elektron qaimə sistem tərəfindən təsdiq edildikdən sonra onu mübahisələndirməmiş, iddiaçıya hər hansı pretenziya irəli sürməmişdir. Halbuki istinad edilən işlərin görülmədiyini iddia edən cavabdeh elektron qaiməyə dərhal etiraz etməli idi.

47. Eyni zamanda məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən 05 mart 2024-cü il tarixli 0001 nömrəli məktubla məhkəməyə daxil olan sonuncu ilə cavabdeh arasında bağlanan 26 noyabr 2019-cu il tarixli ATİS 778/19 nömrəli podrat müqaviləsinə 01 nömrəli protokoldan görünür ki, həmin protokolla razılaşdırılan işlər və 04 nömrəli protokolla razılaşdırılan işlər tamamilə eynilik təşkil edir və cavabdeh tərəfindən təqdim edilən 05 may 2020-ci il tarixli AT-004/20 nömrəli təhvil-təslim aktına əsasən yanğın əleyhinə avtomatik sulusöndürmə (“sprinkler”) sistemi sonuncu tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

48. Belə olan halda, məhkəmə yuxarıda qeyd edilənlərə (bax §31-33, 35-36) əsasən hesab edir ki, 28 yanvar 2020-ci il tarixli 04 nömrəli protokol üzrə 16000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrində tutulmalıdır.

49. Məhkəmə dəyəri tələb edilən 05, 06 və 07 nömrəli protokollarla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

50. İşdə iştirak edən şəxslər nəzərə almalıdır ki, mülki məhkəmə icraatında məhkəmənin səlahiyyətləri, prosessual statusu onun üçün obyektiv həqiqətin müəyyənləşdirilməsini qeyri-mümkün edir. Bu mənada məhkəmə icraatının həqiqəti müəyyənləşdirilməsi konstitusion vəzifəsi mülki məhkəmə icraatında “hüquqi həqiqət”in müəyyən edilməsi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsi göstərmişdir ki, ümumiyyətlə, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır (Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərar).

51. Göstərilənlər onu deməyə əsas verir ki, müqavilədən irəli gələn münasibətlərdə tərəflər öhdəliyin icrası ilə bağlı hərəkətlərin lazımi qaydada rəsmiləşdirilməməsi, yazılı sənədlərin, o cümlədən təhvil-qəbul aktlarının tərtib olunmaması, ödənişlərin qeyri-rəsmi edilməsinin riskini daşıyırlar və bu zaman müvafiq sübutlarının olmaması səbəbindən obyektiv həqiqətin müəyyənləşdirilməsi məqsədilə sübutların toplanması və sübutetmə vəzifəsini məhkəməyə həvalə edə bilməzlər. Belə ki, tərəflər mülki məhkəmə icraatında hüquqi həqiqətin müəyyən olunduğunu nəzərə almalıdırlar.

52. İddiaçı tərəfindən X2 Sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə cavabdehə göndərilmiş pretenziya məktubdan görünür ki, sonuncudan yalnız iki elektron qaimə üzrə ƏDV xaric 22300 manat və 16000 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir. Halbuki pretenziya məktubunun göndərildiyi xx.xx.2022-ci il tarixdə iddiaçının qanuni təmsilçisinin də istinad etdiyi kimi tərəflər arasında işgüzar münasibətlər 2 ilə yaxın idi ki, başa çatmışdı. Belə olan halda, iddiaçının yalnız iki elektron qaiməyə istinadının səbəbləri qeyri-müəyyən qalmışdır. Eyni qaydada digər görüldüyü iddia edilən işlər üçün elektron qaimənin göndərilməməsi səbəbləri də məhkəmə tədqiqatı zamanı müəyyənliyə qovuşmamışdır. Halbuki yuxarıda göstərildiyi kimi tərəflər arasındakı əvvəlki işgüzar münasibətlərin “elektron qaimə-ödəniş” formasında olduğu aşkardır.

53. Digər tərəfdən, 06 nömrəli protokol "xxxx" MMC-nin Yeni Günəşlidə inşa etdiyi birinci bina üçün tərtib olunsa da, məhkəmənin sorğusuna cavab olaraq sonuncu, cavabdehlə həmin protokoldakı işlərin görülməsi üçün danışıqların aparıldığını, razılığın əldə edilmədiyini və müqavilə imzalanmadığını bildirmişdir. Belə olan halda, həmin protokol əsasında iddiaçının cavabdehin subpodratçısı kimi "xxxx" MMC-də hər hansı işləri görməsi istisna olunur.

54. Həmçinin 05 nömrəli protokol üzrə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bağça üçün 60 ədəd məfəzin, 1 ədəd vurucu ventilyatorun, 8 kv.m havalandırma kanalının, 1 ədəd əks klapanın və s. quraşdırılması nəzərdə tutulsa da, cavabdeh tərəfindən təqdim edilən 05 may 2020-ci il tarixli AT-008/20 nömrəli təhvil-təslim aktından yanğın əleyhinə daxili yanğın su kranlarının, 8 ədəd daxili yanğın su kranının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bağçada quraşdırılması ilə bağlı işlərin təhvil verildiyi görünür. Həmin işlərin görülməsi isə 05 nömrəli protokol üzrə öhdəliyin məzmununu təşkil etmir.

55. 07 nömrəli protokola gəldikdə isə göstərilməlidir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yaşayış kompleksində uşaq bağçasının havalandırma sistemi üçün işlərin görülməsi razılaşdırılmışdır. Qeyd edilən protokola nəzərə saldıqda həmin protokolla cavabdehlə X13 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında inşa edilmiş 47 nömrəli 125 yerlik uşaq bağçası və körpələr evində havalandırma sisteminin quraşdırılması barədə 10 sentyabr 2020-ci il tarixli müqaviləyə 01 nömrəli protokolun eynilik təşkil etdiyi aydın olunur. Həmin işlər üzrə X13 tərəfindən elektron qaimənin isə xx.xx.2020-ci il tarixdə təqdim edildiyi görünür. Halbuki iddiaçı həmin işlərin 10474 manatlıq hissəsinin 2020-ci ilin avqust ayında görüldüyünü iddia edirdi. Digər tərəfdən, 47 nömrəli uşaq bağçası üzrə görülmüş işlər baş podratçıya 25 iyul 2022-ci il tarixdə təhvil verilmişdir ki, həmin tarixlərdə iddiaçı və cavabdeh arasında əməkdaşlığın pozulduğu işin mübahisəsiz halıdır. Bu isə həmin işlərin iddiaçı tərəfindən görülməsini istisna edirdi. Həmçinin məhkəmənin baxış iclasında şahid kimi dindirilən "xxxx" MMC-nin mübahisəli işlər görülərkən direktor müavini olan X7 təhvil-təslim aktlarının işlər yekunlaşdıqdan dərhal sonra imzalandığını, faktiki olaraq 2020-ci ildə təhvil verilib 2021-ci il tarixdə aktlaşdırılan işin olmadığını təsdiq etmişdir.

56. 05, 06 və 07 nömrəli protokollardakı işlərin görülməsinə dair təqdim edilən vatsap yazışmalarına isə qiymət verərək məhkəmə qeyd edir ki, X10 Davudov arasında aparılan danışıqlar sübut kimi çıxış edə bilsə də, X16 Cəfərov və mühasib arasında aparılan danışıqların Şövkət İbadullayevə göndərilən hissəsi əsasında həmin danışıqların məzmunu sübut oluna bilməz. Həmin sübut yalnız danışığın olub-olmamasının təsdiqi kimi çıxış edə bilər. Belə ki, cavabdehin mühasibi Hamlet adlı şəxs tərəfindən Anar Davudova göndərilən cədvəl sonuncu tərəfindən Şövkət İbadullayevə göndərildiyindən həmin cədvəldə dəyişikliyin edilməsi ehtimalı ağlabatandır (nə qədər ki cavabdeh həmin cədvəli qəbul etmir). Yalnız belə bir cədvəlin əldə edilmə mənbəyinə əsaslı şübhə olmadıqda ona sübut kimi istinad edilə bilərdi. Bu hal isə həmin cədvəlin birbaşa Hamlet adlı şəxsdən gəldiyi zaman mümkündür. Başqa sözlə, nə qədər ki X16 Cəfərov və mühasib arasında aparılan danışıqlar birinci mənbədən, yəni həmin şəxslərin hər hansı birinin mobil telefonundan əldə edilə bilmir, onlar mötəbər sübut kimi çıxış edə bilməz.

57. Beləliklə, məhkəmə hesab edir ki, 03 və 04 nömrəli protokollar üzrə işlərin görüldüyü təsdiq olunduğundan və iddiaçı tərəfindən 08 nömrəli protokol üzrə 2000 manat artıq ödəniş nəzərə alınmaqla iddia tələbi irəli sürüldüyündən 12 sentyabr 2019-cu il tarixli MS41 nömrəli müqavilə üzrə 36300 (03 nömrəli protokol üzrə 22300 manat + 04 nömrəli protokol üzrə 16000 manat – 2000 manat) manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. b) Podrat müqaviləsi üzrə faizin tutulması tələbi ilə bağlı

58. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% ilə hesablanmaqla 6702,8 manat faiz borcunun da cavabdehdən tutulmasını xahiş etmişdir.

59. Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan - xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

60. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

61. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı).

62. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.

63. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.

64. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.

65. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.

66. Lakin nə tərəflər arasında imzalanmış 12 sentyabr 2019-cu il tarixli MS41 nömrəli müqavilədə, nə də ona əlavə olan razılaşma protokollarında öhdəliyin icrası üçün təqvim günü şərtləşdirilmişdir. Bu isə Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqini istisna edir.

67. İddiaçının xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya məktubunu X2 Sistemi vasitəsilə çatdırmaqla xx.xx.2022-ci il tarixədək pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5% hesablamanın başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmaqla iddia ərizəsi verilən xx.xx.2024-cü il tarixə qədər 462 gün üçün həyata keçirilməlidir.

68. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 2297,34 manat (36300 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 462 gün (gecikdirilən gün sayı) təşkil edir.

69. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

70. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-446/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onların özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar