Məhkəmə qərarları › İş №2-2(103)-761/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-761/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-761/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6, X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdehin nümayəndəsi vəkili X3 iştriakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-920/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən - 12 yanvar 2022-ci il tarixli, 01/22-TTS-GP saylı və02 mart 2022-ci il tarixli, 04/22-TTS-GP saylı İşlərin görülməsi (Xidmətlərin göstərilməsi) haqqında müqavilələrə əsasən görülmüş işlərə görə 854.513,58 (səkkiz yüz əlli dörd min beş yüz on üç manat əlli səkkiz qəpik) manatın, - gecikdirilmiş 854.513,58 (səkkiz yüz əlli dörd min beş yüz on üç manat əlli səkkiz qəpik) manat borcuna 01 mart 2023-cü il tarixdən başlayaraq 01 yanvar 2025-ci il tarixədək illik 5 faiz olmaqla 78.320 (yetmiş səəkiz min üç yüz iyirmi) manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması, - məhkəməyə ödənilmiş 1223 (min iki yüz iyirmi üç) manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-920/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 854.513,58 (səkkiz yüz əlli dörd min beş yüz on üç manat əlli səkkiz qəpik) manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 78320 manat faiz borcu, vəkil xərcinin əvəzi olaraq 326 manat və dövlət rüsumunun əvəzi olaraq 1223 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixində Cavabdeh MMC qeyd edilən qətnamədən appellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilərək, Bakı Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2-2(113)-920/2025 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi ilə bağlı buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi və verilmiş apellyasiya şikayətinin vaxtında verilmiş hesab olunaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh MMCnin müddətin bərpasına dair ərizəsi təmin edilmiş, qətnamədən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddətin Cavabdeh MMC-yə münasibətdə bərpa edilməsi və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş, işin baxılması şifahi icraat qaydasında xx.xx.2025-ci il tarixdə saat 11:50-ə təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Kommersiya Məhkəməsinin 10 iyul 2025-ci il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-920/2025 saylı qərardadından İddiaçı MMC tərəfindən şikayət verildiyi bildirilmiş və işin həmin Məhkəməyə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili X4 işin apellyasiya baxışından çıxarılmaısna etiraz etmədiyini bildirdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya işi apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 2(103)-761/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar