Məhkəmə qərarları › İş №2-2(103)-764/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-764/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-764/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Nəriman qızının sədrliyi və məruzəsi ilə, X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-128/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat

1. İlkin iddia üzrə İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 01 may 2022-ci il tarixli RVY/2022-00050 saylı alqı-satqı müqaviləsinin 10 oktyabr 2022-ci il tarixli, 3 saylı əlavəsinə əsasən qalıq borcu ƏDV daxil olmaqla 33.132,41 manat, əlavə işlərə görə ƏDV daxil olmaqla 128.345,06 manat, hüquqi xidmətə görə ödənilmiş 321 manat və ödənilmiş dövlət rüsumu 458 manat ümumilikdə 162.266,47 manat tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra edilməmiş təchizat həcmləri üçün iddiaçıya ödənilmiş 42976 manat məbləğində avans ödənişi, iddiaçı tərəfindən icra edilməsindən imtina edilmiş təchizat həcmlərinin yerinə yetirilməsi üçün digər şəxslərə ödənilmiş 10200 manat məbləğin və 24980,77 manat cərimə məbləği, cəmi ümumilikdə 78.157,37 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

3. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-dən qarşılıqlı iddia ilə tələb edilən 78,157.37 manat məbləğə əlavə olaraq 324.47 manat ödənilmiş dövlət rüsumunun, cəmi 78,481.84 manat məbləğin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində iddia tələbinə əlavə təqdim edərək, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-dən Qarşılıqlı iddia ilə tələb edilən 85,682.24 manat məbləğə əlavə olaraq 235,726.00 manat məbləğində K-Proje tərəfindən işlərin gecikdirilməsi nəticəsində yetirilmiş ziyanın, cəmi 321,408.24 manat məbləğin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. xx.xx.2024-cü il tarixində qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi iddia təlbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh “K-Proje Mobilya MMC şirkətindən cəmi 322019.65 manat məbləğin ilkin iddia üzrə Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nəfinə tutulması və sonuncuya (yəni Ravy Property MMC-yə) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-128/2025 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli RVY/2022-00050 saylı alqı-satqı müqaviləsinin 10 oktyabr 2022-ci il tarixli 3 saylı Əlavəsinə əsasən ədv daxil 33.132,41 manat, Əlavə işlərə görə ƏDV daxil 81.638,3 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 405 manatın tutularaq ilkin iddia üzrə İddiaçı MMC-yə ödənilməai, ilkin iddia üzrə ödənilən qalan hissədə dövlət rüsumunun və vəkil xərcinin ilkin iddia üzrə iddiaçının özünə aid edilməsi, qalan hissədə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixli RVY/2022-00050 saylı alqı-satqı müqaviləsi üzrə Sifariş Orderi 1 və Sifariş Orderi 3 üzrə işlərin icrasının gecikdirilməsinə görə 24.980,77 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 165 manatın tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilən qalan hissədə dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi, qalan hissədə qarşılıqlı iddia rədd edilməsi, məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitini 50 manatı İddiaçı MMC-dən, 50 manatı isə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir.

7. Həmin qətnamədən idddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdirlər.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 363.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. 361.3-cü maddəsinə görə apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda: 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi.

Məhkəmənin mövqeyi

10. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməlidir.

11. Belə ki, Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti geri qaytarılır.

12. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-128/2025 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır.

13. Lakin iddiaçı tərəfindən verilmiş və həmin nümayəndəsi və vəkili tərəfindən imzalanmış apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur.

14. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

15. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti xx.xx.2025-ci il tarixdə bitdiyi halda, iddiaçıların apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, xx.xx.2025-ci il tarixdə verilmişdir.

16. Bundan əlavə Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.

17. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

18. İlk iddia üzrə iddiaçı isə apellyasiya şikayətini həmin formaya uyğun tərtib etsə də, şikayətindəki tələbləri göstərməmişdir (qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin). Habelə, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə izah etmədiyindən cavabdehin tələbini dəqiq müəyyən etmək olmur.

20. Həmçinin ilk iddia üzrə cavabdehin apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iş üzrə ilkin iddia qiyməti 161.477,47 manat, qarşılıqlı iddianın qiyməti isə 321.408,24 manat təşkil edir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4 və 8.6-cı maddələrinin tələblərinə əsasən, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 531,28 manat təşkil etdiyi halda apellyasiya şikayəti verilərkən, cavabdeh tərəfindən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənildiyi müəyyən edilməmişdir.

21. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş apellyasiya şikayətinə əlavə edilmiş №: **********83 nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, 293,05 manat dövlət rüsumu ödənilmişdir.

22. Göründüyü kimi, ilk iddia üzrə cavabdeh tərəfindən dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş miqdarda ödənilməmişdir.

23. Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

24. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARAALDİ:

Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-128/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar