Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-766/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli, Q21-003 saylı və xx.xx.2021-ci il tarixli, Q21-004 saylı xidmət müqavilələri üzrə pul vəsaitinin tutulması və vurulmuş zərərin ödənilməsi Açar söz: pulun tutulması və vurulmuş zərərin ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi X6, nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı xidmət müqavilələri üzrə pul vəsaitinin tutulması və vurulmuş zərərin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2-2(113)-911/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İş materiallarına əlavə edilmiş 06 iyul 2021-ci il tarixli, Q21-003 saylı xidmət müqaviləsindən görünür ki, sifarişçi Cavabdeh MMC müqavilədə nəzərdə tutulmuş (keyfiyyətə nəzarət yoxlamaları və müayinələri, bütün sənədləşmə işləri, işin icra üsullarının tərtibatı, material keyfiyyətinin yoxlanılması və təslimat işləri, bütün test işləri, bütün təslimat işləri xidmətlərin göstərilməsini icraçıya (İddiaçı MMC) sifariş verməyi və razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada sifariş olunmuş xidmətəri göstərməyi öhdəsinə götürür. 2.Q21-003 saylı müqaviləyə 1 saylı əlavədən (xidmətlərin siyahısı) görünür ki, xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinə əsasən göstəriləcək xidmətlər və onların qiymətləri əks olunmuş cədvəl tərtib edilmişdir. 3.06 iyul 2021-ci il tarixli, Q21-004 saylı xidmət müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə SƏTƏM xidmətəri (bütün SƏTƏM yoxlanmaları, giriş təlimatları, SƏTƏM planının tərtibatı, risklərin qiymətləndirilməsi göstərməyi öhdəsinə götürür. 4.Hər iki müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Əlavə (və ya Əlavələr) ilə müəyyənləşdirilir. 5.Müqavilələrin 1.3-cü bəndinə əsasən icraçı müqaviləyə uyğun olaraq xidmətin nəticələrini sifarişçiyə vaxt cədvəli ve aylıq hakediş (Forma 2 ve 3) ilə birlikdə təqdim edir. Sifarişçi xidməti qəbul edirsə, icraçı tərəfindən təqdim olunmuş vaxt cədvəli ve aylıq hakediş (Forma 2 ve 3) imzalayır. 6.Müqavilələrin 2.2.1-ci bəndinə əsasən xidmətləri qüsursuz, peşəkar qaydada, lazımi keyfiyyətlə və hazırki müqavilə ilə müəyyən olunmuş qaydada, şərtlərlə, habelə müəyyən olunmuş müddətdə yerinə yetirərək təhvil vermək və bu xidmətlərin icra olunmasında bütün ağlabatan sənətkarlıq, qayğı və çalışqanlıqdan istifadə etmək; 7.Müqavilələrin 2.2.3-cü bəndinə əsasən xidmətləri Azərbaycan Respublikasında qüvvədə olan normativ hüquqi aktlara, qayda və standartlara, həmçinin bu müqaviləyə uyğun olaraq tam dəqiqliklə sifarişçinin tələblərinə əsasən keyfiyyətlə icra edərək təhvil vermək icraçının vəzifələrindəndir. 8.Müqavilələrin 3.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi və xidmətlərin göstərilməsinə dair xidmət haqqı bu müqaviləyə əlavə edilən Əlavə (və ya Əlavələr) ilə müəyyənləşdirilir. 9.Müqavilələrin 3.2-ci bəndinə əsasən bu müqavilə çərçivəsində sifarişçi icraçıya xidmət haqqını aşağıdakı qaydada bank köçürülməsi ilə ödəyəcək: 10.Müqavilələrin 5.3-cü bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurlar haqqında icraçıya dərhal bildiriş verməli və bildirişlə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. 11.Müqavilələrin 5.5-ci bəndinə əsasən icraçının xidmətlərin icrası zamanı müvafiq qanun və qaydalara riayət etməməsinə, yol verdiyi qüsurlara və buraxdığı səhvlərə görə sifarişçi məsuliyyət daşımır.
12. xx.xx.2021-ci il tarixli aylıq icra bəyənnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixli Q21-003 saylı müqavilə üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 16.714,23 manat təşkil edir. 07 iyul 2021-ci il tarixindən 31 iyul 2021-ci il tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 16.714,23 manat məbləğində işlər görülmüşdür. 07 iyul 2021-ci il tarixindən 31 iyul 2021-ci il tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Q21-004 saylı müqavilə üzrə cəmi ödəniləcək məbləğ 16.714,23 manat təşkil edir.
13. xx.xx.2021-ci il tarixli aylıq icra bəyənnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixli Q21-003 saylı müqavilə üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə 43.067,62 manat, əski əvvəlki aylar üzrə xalis dəyərləndirmə 16.714,23 manat, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 26.353,38 manat təşkil edir. 1 avqust 2021-ci il tarixindən 31 avqust 2021-ci il tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 26.353,38 manat məbləğində işlər görülmüşdür. 1 avqust 2021-ci il tarixindən 31 avqust 2021-ci il tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Q21-004 saylı müqavilə üzrə cəmi ödəniləcək məbləğ 26.353,38 manat təşkil edir.
14. xx.xx.2021-ci il tarixli aylıq icra bəyənnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixli Q21-003 saylı müqavilə üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə 67.167,23 manat, əvvəlki aylar üzrə xalis dəyərləndirmə 41.904,38 manat, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 25.262,85 manat təşkil edir. 1 sentyabr 2021-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 25.262,85 manat məbləğində işlər görülmüşdür. 1 sentyabr 2021-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Q21-004 saylı müqavilə üzrə cəmi ödəniləcək məbləğ 25.262,85 manat təşkil edir.
15. xx.xx.2021-ci il tarixli aylıq icra bəyənnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixli Q21-003 saylı müqavilə üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə 91.737,43 manat, əski əvvəlki aylar üzrə xalis dəyərləndirmə 67.167,23 manat, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 24.570,20 manat təşkil edir. 1 oktyabr 2021-ci il tarixindən 29 oktyabr 2021-ci il tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 24.570,20 manat məbləğində işlər görülmüşdür. 1 oktyabr 2021-ci il tarixindən 29 oktyabr 2021-ci il tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Q21-004 saylı müqavilə üzrə cəmi ödəniləcək məbləğ 24.570,20 manat təşkil edir.
16. xx.xx.2021-ci il tarixli aylıq icra bəyənnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixli Q21-004 saylı müqavilə üzrə icra olunmuş işlərin məbləği, o cümlədən bu günə qədər xalis dəyərləndirmənin məbləği, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 16.120 manat təşkil edir. 07 iyul 2021-ci il tarixindən 31 iyul 2021-ci il tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 16.120 manat məbləğində işlər görülmüşdür. 07 iyul 2021-ci il tarixindən 31 iyul 2021-ci il tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Q21-004 saylı müqavilə üzrə cəmi ödəniləcək məbləğ 16.120 manat təşkil edir.
17. xx.xx.2021-ci il tarixli aylıq icra bəyənnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixli Q21-004 saylı müqavilə üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə 49.914,38 manat, əvvəlki aylar üzrə xalis dəyərləndirmə 16.120 manat, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 33.794,38 manat təşkil edir. 1 avqust 2021-ci il tarixindən 31 avqust 2021-ci il tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 33.794,38 manat məbləğində işlər görülmüşdür. 1 avqust 2021-ci il tarixindən 31 avqust 2021-ci il tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Q21-004 saylı müqavilə üzrə cəmi ödəniləcək məbləğ 33.794,38 manat təşkil edir. 18 xx.xx.2021-ci il tarixli aylıq icra bəyənnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixli Q21-004 saylı müqavilə üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə 64.845,38 manat, əvvəlki aylar üzrə xalis dəyərləndirmə 49.914,38 manat, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 14.931 manat təşkil edir. 1 sentyabr 2021-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 14.931 manat məbləğində işlər görülmüşdür. 1 sentyabr 2021-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Q21-004 saylı müqavilə üzrə cəmi ödəniləcək məbləğ 14.931 manat təşkil edir.
19. Aylıq icra bəyannamələri və forma 2 sənədlərində öz əksini tapmış məbləğlərə əsasən görülən işlərin dəyəri 157746,04 manat təşkil edir. Həmin sənədləri cavabdehin adından layihə rəhbəri qismində Vüsal Məlikov imzalamışdır. Həmin sənədlərdəki imzanın V.Məlikova aid olduğu cavabdeh tərəfindən mübahisələndirilmir.
20. Vüsal Məlikovla cavabdeh arasında bağlanmış əmək müqaviləsi və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 Cavabdeh MMC-də layihə rəhbəri vəsifəsinə xx.xx.2021-ci il tarixdən təyin edilmiş və əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh MMC-nin işdəki arayışından görünür ki, V.Məlikovla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir və xx.xx.2021-ci il tarixdən əvvəl V.Məlikovla Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmamış, o MMC-də həmin tarixədək hər hansı vəzifə tutmamışdır.
21. xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
22. İş materiallarında iddiaçı tərəfindən cavabdehə yerinə yetirilmiş işlərlə bağlı göndərilmiş və qüvvədə olan 3 elektron qaimə mövcuddur: EBBK seriyalı, 522247 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimədə Q21-003 saylı müqavilə üzrə 40.616 manat, EBBL seriyalı, 820947 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimədə Q21-003 saylı müqavilə üzrə 24.570,20 manat, EBBK seriyalı, 521784 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimədə Q21-004 saylı müqavilə üzrə 39.211,81 manat dəyərində xidmət göstərildiyi qeyd olunur.
23. Elektron qaimələrə əsasən yerinə yetirilmiş xidmətlərin ümumilikdə dəyəri 104398,01 manat təşkil edir.
24. İşin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə nağd qaydada avans olaraq 52.000 manat pul ödənilmişdir. 25.İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, tərəflər arasında bağlanmış Q21-004 saylı (SETEM servis) xx.xx.2021-ci il tarixdə, Q-21-003 saylı (QA/QC Servis) müqavilə isə xx.xx.2021-ci il tarixdə iddiaçının 10 gün əvvəl edilmiş xəbərdarlığı əsasında ləğv edilmişdir. İddiaçı cavabdehdən göstərilmiş xidmətlərə görə müqavilələr ləğv edildiyi tarixədək hesablanmış xidmət haqqının ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən pretenziya məktublarına cavab verilməmişdir. Müqavilələrin 7.1-ci bəndində müqavilə tərəflərinin digər tərəfi 10 iş günü əvvəl xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv etmək hüququ nəzərdə tutulmuşdur.
26. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh MMC-dən 10 təqvim günü ərzində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
27. "xxxx" MMC-nin xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarxli iclaslarında iştirak edən şəxslərin siyahısından görünür ki, həmin iclaslarda Cavabdeh MMC-nin layihə rəhbəri qismində iddiaçı tərəfindən təqdim edilmiş icra bəyannamələrini və forma 2 sənədlərini imzalamış Vüsal Məlikov iştirak etmişdir.
26. DSMF-yə ödənişlərin gecikdirilməsinə görə iddiaçıya tətbiq edilmiş maliyyə sanksiyasının əvəzi olaraq 6.230,74 manat pul tələbi ilə bağlı məhkəməyə İddiaçı MMCnin şəxsi hesab vərəqəsindən çıxarış təqdim edilmişdir.
28. İşgüzar nüfuza vurulmuş ziyanla bağlı məhkəməyə iddiaçı ilə işçiləri arasında bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, xx.xx.2021ci il tarxli, xx.xx.2021-ci il tarixli əmrlər təqdim edilmişdir. Birinci instansiya məhkəməsində icraat
29.İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli № Q21-003 saylı xidmət müqaviləsi üzrə 66.349,66 manat, xx.xx.2021-ci il tarixli № Q21-004 saylı xidmət müqaviləsi üzrə 39.212,38 manat, cəmi 105.562,04 manat borcun, əldən çıxmış faydaya görə 105.562,04 manatın, cavabdehin ödənişi gecikdirilməsi ilə əlaqədar DSMF-yə ödənişlərin gecikdirilməsinə görə iddiaçıya tətbiq edilmiş maliyyə sanksiyasının əvəzi olaraq 6.230,74 manat, cavabdehin ödənişinin gecikdirməsi ilə əlaqədar əmək haqqının verilməsində çətinlik yarandığı üçün işçilərin əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və vergi öhdəliklərinin icrasını gecikdirdiyi üçün iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 100.000 manat, cəmi 318.585,82 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin hesablaşma hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 30.İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış hər iki müqavilə üzrə təhvil verilmiş işlərə görə sifarişçi icraçıya 157.746,04 manat xidmət haqqı ödəməli olsa da bu məbləği tam olaraq hələ də ödəməmişdir. Bununla bağlı icraçı sifarişçiyə dəfələrlə şifahi və 19, 25 və 30 oktyabr 2021- ci il tarixli yazılı müraciətlərində narazılığını və xəbərdarlığını bildirsə də, sifarişçi heç bir səbəb gətirmədən öhdəliyini icra etməkdən imtina etmiş və xidmət haqqını hələ də ödəməmişdir. Mübahisənin danışıqlar yolu ilə həll edilməsi məqsədi ilə cavabdehə dəfələrlə şifahi və 14, 19, 25 və 30 oktyabr 2021-ci il tarixdə yazılı müraciətlər edilsə də, cavabdeh heç bir səbəb gətirmədən öhdəliyini icra etməmişdir. xx.xx.2021-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərilsə də, bu pretenziya üzrə cavabdeh heç bir ödəniş etməmişdir. xx.xx.2021-ci il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilsə də, cavabdeh heç bir ödəniş etməmişdir. Müqavilə üzrə xidmət haqqının vaxtında ödənilməməsi ilə əlaqədar vergi borcları, işçilərin əmək haqqı vaxtında ödənilməmiş, işçilərlə bağlanmış əmək müqavilələrinə vaxtından əvvəl xitam verilmiş, iddiaçının işgüzar nüfuzuna ziyan dəymişdir. 31.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-911/2022 saylı qərardadı ilə "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. 32.Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbini əsassız hesab edir. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından göründüyü kimi işlərin qəbul edilməsinə səlahiyyəti olmayan şəxs imza etmiş, MMC-nin rəhbəri tərəfindən isə həmin aktlara imza edilməmişdir. Rəhbərin təhvil-təslim aktlarını imza etməməsinin səbəbi isə görülmüş işlərlə razı olmaması və xidmətlərin keyfiyyətsiz olması olmuşdur. Tərəflər arasında bağlanmış müqavilə şərtlərindən biri də görülmüş işlərin təhvil verilməsidir. İddiaçı tərəfindən isə müqavilədə göstərilmiş qaydada işlər təhvil verilməmiş və buna görə də cavabdeh tərəfindən ödənişlər edilməmişdir. İddiaçının xidmətlərini həyata keçirdiyi tikintinin sifarişçisi "xxxx" MMC-dir. Cavabdeh MMC isə tikinti işlərini aparan podratçı şirkətdir. İddiaçı tərəfindən tikintinin keyfiyyətinə vaxtında nəzarət edilmədiyinə görə, hal-hazırda "xxxx" MMC podratçı tərəfindən görülmüş tikinti işlərini qəbul etmir, yəni bildirmək istəyir ki, iddiaçı müqavilə öhdəliyini lazımınca icra etmədiyinə görə, həmin işlər Cavabdeh MMC-nin rəhbəri tərəfindən qəbul edilməmişdir. Sətəm xidmətlərinin göstərilməsi ilə bağlı müqaviləyə sentyabr ayında xitam verilmişdir. Buna baxmayaraq təhvil-təslim aktında iddiaçı öz mülahizəsinə uyğun məbləğ göstərmişdir. Göstərilən xidmətlər fiziki olaraq görünən xidmətlər deyil. İddiaçı ustalara və tikinti sahəsində çalışan şəxslərə nəzarət etməli, görülmüş işlərin keyfiyyətini yoxlamalı idi. Müqavilələr üzrə hər hansı ödəniş edilməyib. Məbləğ tikinti sahəsində çalışan şəxslərin əmək haqqısı kimi ödənilib. Yığıncaqların protokollarında Vüsal Məlikovun MMC-nin adından çıxış etməsi məsələsinə münasibətdə nümayəndə qeyd etmişdir ki, göstərilən hal V.Məlikovun səlahiyyətli olması mənasını vermir. Həmçinin protokolların həqiqi olubolmaması şübhə doğurur. 33..Məhkəmə iclasında üçüncü şəxsin nümayəndələri Nümayəndə və X7 izahatlarında bildirmişlər ki, iddianın təmin və ya rədd edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. A.Mustafayev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, Vüsal Məlikov yığıncaqlarda Cavabdeh MMC-nin adından iştirak edib. İşlərdə qüsurların olması ilə bağlı cavabdehə şifahi məlumat verilib. Podrat işlərində qüsür olması keyfiyyətə nəzarətdə də qüsür olması deməkdir. Binanın 20, 21, 28, 29, 29i mərtəbələrdə, S12, S13( şaxtalar), podiumda, Roundabout - Dairəvi yolayrıcısında, Bridge - Körpüdə və Utility - Kommunal xidmət binasında qüsurlar olduğu müəyyən edilmişdir. 34.X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı MMC-də keyfiyyətə nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışmış. Otel 33 mərtəbədən ibarət idi. O 29-cu mərtəbənin tikildiyi vaxtdan, sadəcə 4 mərtəbənin tikilməsində iştirak etmişdir. Görülmüş işlərin təhvil verilməsində iştirak etmişdir. Görülmüş işlərin keyfiyyətini əvvəl onlar yoxlayırdı. Daha sonra Cavabdeh MMCdə layihə rəhbəri olan Vüsal Məllikova və sahə rəisinə təhvil verirdilər. Sadəcə təhvil-təslim aktı imzalandıqdan sonra "xxxx" MMC-nin nümayəndələrini yoxlamaya dəvət edirdilər. İddiaçı MMC-də yalnız “Aypara” layihəsində çalışmış, dəmir-beton, torpaq kipləşmə, izolyasiya işlərinin keyfiyyətinə nəzarət edirdi. İşlərin bitib-bitməməsi barədə məlumatı yox idi. O, işdən ayrıldığı zaman körpü, nasosxananın birinci mərtəbəsi bitmiş, ikinci mərtəbəsi qalmışdı, binanın son üç mərtəbəsi bitməmişdi. Təhvil-təslim aktlarını Vüsal Məllikova təhvil vermişdi. Cavabdeh MMC-nin layihədə rolu icraçı olub. "xxxx" MMC-nin layihədə rolu sifarişçi olub. Qeyd edilən işlərin icrasını Dəniz Vağzalının yaxınlığında etmişlər. Görülmüş işləri Cavabdeh MMC-nin adından sahə rəisləri və layihə rəhbəri Vüsal Məlikov qəbul edirdi. Bu işləri "xxxx" MMC adından Fuad Babayev, Əndər Bahadır, Elşən Hacıyev, Furkan Dəmirçioğlu təhvil alıb. İşlərin təhvil-qəbulu sənədlərini təhvil-qəbulda iştirak edən hamı imzalayırdı. Cavabdeh MMC bu işləri qəbul etməsəydi, "xxxx" MMC bu işləri qəbul etməzdi. Bu işlərin bəzilərinin təhvil-təslimində FHN iştirak edirdi. FHN mənfi rəy verməyib. İddiaçı MMC-nin gördüyü işlər ilə bağlı nə Cavabdeh MMC, nə də ki "xxxx" MMC ona iradnamə göndərməyib. Əmək haqqının ödənilməsinin gecikdirilməsi İddiaçı MMC-ni tərk etməsinə səbəb olmuşdur. Vüsal Məlikovun imzası olmasa idi, "xxxx" MMC Cavabdeh MMC-dən işləri təhvil almazdı, V.Məlikovun imzası olmadığı halda "xxxx" MMC işləri təhvil almağa gəlmirdi. Təxmini xx.xx.2021-ci il tarixdə yığıncaq keçirilmişdir. Cavabdeh MMC-ni yığıncaqlarda Vüsal Məlikov layihə rəhbər olaraq təmsil etmişdir. Cavabdeh MMC-nin direktoru yığıcaqlarda iştirak etmirdi. Təhvil-təslim sənədlərini o hazırlayırdı. İlk öncə Vüsal Məlikov imzalayırdı, daha sonra "xxxx" MMC-nin nümayəndələri. Həmin sənədlərin əsilləri Cavabdeh MMC-dədir. 35.X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı MMC-də laborant vəzifəsində çalışmışdır. Vəzifəsi betonun keyfiyyətinə nəzarət etməkdən ibarət idi. Betonun keyfiyyətinin qüsurlu olması ilə bağlı İddiaçı MMCyə iradnamə göndərilməyib. 36.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-911/2022 saylı qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia rədd edilmişdir. 37.Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh MMC isə İddiaçı MMC tərəfindən göstərilməsi iddia edilən xidmətlərin keyfiyyətsiz (qüsurlu) olması ilə əlaqədar həmin xidmətlərin tərəflərindən qəbul edilmədiyini və xidmət haqqının ödənilməsindən imtina edildiyini, iddiaçının xidmət göstərilməsi barədə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar tərəflərindən görülmüş tikinti işlərində qüsurların yarandığını və göstərilən səbəbdən həmin tikinti işlərinin sifarişçi "xxxx" MMC tərəfindən hal-hazıradək qəbul edilmədiyini, eyni zamanda İddiaçı MMC tərəfindən mübahisəli müqavilələr üzrə müəyyən xidmətlərin göstərilməsi ehtimal edilsə belə, həmin xidmətlərin iddiaçının göstərdiyi həcmdə olmadığını, cavabdeh tərəfindən təsdiqlənməmiş aktlarda xidmətlərin həcminin və xidmət haqqının məbləğinin iddiaçının mülahizəsinə uyğun göstərildiyini bildirərək iddiaya etiraz edir. 38.İddiaçı tərəfindən mübahisəli xidmət müqavilələri üzrə cəmi 105.562,04 manat dəyərində SƏTƏM və keyfiyyətə nəzarət xidmətərinin göstərilib-göstərilməməsi işin mübahisəli halını təşkil edir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xidmət müqavilələrinin şərtlərinə əsasən icraçı göstərdiyi xidmətlərin nəticələrini sifarişçiyə vaxt cədvəli və aylıq hakediş ilə birlikdə təqdim etməli olduğu və sifarişçi xidməti qəbul etdikdə təqdim edilmiş vaxt cədvəli və aylıq hakedişi imzalamalı olduğu halda İddiaçı MMC məhkəməyə həmin müqavilələr üzrə göstərilmiş xidmətlərin cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən sənədləri təqdim edə bilməmişdir.
39. İddiaçının məhkəməyə təqdim etdiyi aylıq bəyannamələr, görülmüş işlər üzrə arayışlar cavabdehin adından Vüsal Məlikov adlı şəxs tərəfindən imzalanmış, üzərinə cavabdeh şirkətin möhürü vurulmamış, görülmüş işlərin məbləği barədə sənədlər isə cavabdehin adından ümumiyyətlə imzalanmamışdır. Arayış və bəyannamələri cavabdehin adından imzalamış Vüsal Məlikovun cavabdehin adından təhvil-təslim aktlara imza etmək səlahiyyətinə malik olmasını təsdiq edən sənəd isə məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə aktların əksəriyyətinin imzalandığı dövrdə (xx.xx.2021-ci il tarixədək olan dövrdə) V.Məlikovun Cavabdeh MMC-nin işçisi olması da iş materialları ilə öz təsdiqini tapmır. 40.İddiaçının V.Məlikovun səlahiyyətli şəxs olmasını sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi "xxxx" MMC-də təşkil edilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli iclaslarda V.Məlikovun Cavabdeh MMC-nin adından layihə rəhbəri qismində iştirak etməsini təsdiq edən iclasda iştirak edən şəxslərin siyahısının surətinə gəldikdə məhkəmə qeyd etmişdir ki, əvvəla həmin siyahıların həqiqiliyi cavabdehin nümayəndəsi və vəkili tərəfindən mübahisələndirilmiş, sənədin əsli isə məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən göstərilən siyahıların həqiqi olması ehtimal edilsə belə, həmin dövrdə cavabdehin rəsmi işçisi belə olmayan V.Məlikovun cavabdehi iclaslarda təmsil etməsi faktı həmin şəxsin cavabdehin adından görülmüş xidmətləri qəbul etmək, onların həcminin və dəyərini təsdiq etmək səlahiyyətinə malik şəxs olmasının müəyyən edilməsi üçün kifayət etmir. Cavabdehin adından göstərilmiş xidmətləri qəbul etmək səlahiyyəti Vüsal Məlikova etibarnamə əsasında verilməmiş, sonuncunun belə bir səlahiyyətə malik olması qanun normalarından və hüquqi şəxsin nizamnaməsindən irəli gəlmir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
41.İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
42. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “bu işlərin görülməsinə rəhbərlik edən, onların təhvil-təslimini həyata keçirən Vüsal Məlikov ən azı xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh MMC-də layihə rəhbəri vəzifəsində işləmiş, MMC-ni 3-cü şəxs qarşısında təmsil etmiş və müvafiq sənədləri imzalamışdır. İddiaçı xx.xx.2022-ci il tarixli vəsatət verərək bu faktı əsaslandırmış və sübut olaraq müvafiq çıxarışları təqdim etmişdir (sənədlərin rəngli skanını elektron kabinetə yerləşdirmişdir). Cavabdeh və 3-cü şəxs bu faktı inkar etməmiş və bunun təsdiqi üçün əlavə sübut tələb etməmişlər. Məhz bu səbəbdən məhkəmə bu sənədlərin əsillərinin təqdim edilməsini zəruri hesab etməmiş və iddiaçıya bunu təklif etməmişdir. Lakin qətnamədə tamamilə əks nəticəyə gəlmişdir. Bundan başqa, iddiaçı xx.xx.2022-ci il tarixli vəsatət verərək hər 3 şirkətdə işləmiş şəxslərin şahid qismində dindirilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, bu şəxslər iddiaçının 06 iyul - 29 oktyabr 2021-ci il tarixlərdə göstərdiyi xidmətlərin nəticəsini cavabdehə, cavabdehin isə işləri 3-cü şəxsə təhvil verilməsini və 3-cü şəxsin bu işləri qəbul edilməsini təsdiq edə bilərlər. Lakin, məhkəmə bu vəsatəti əsassız olaraq rədd etmişdir. Bu şəxslərdən ifadə alınsaydı onlar Vüsal Məlikovun səlahiyyətləri, təhvil-təslim sənədlərində onun imzası olmadan 3-cü şəxsin işləri qəbul etmədiyini və bu səbəbdən sənədləri onunla birgə imza etmələri barədə məlumat verə bilərdilər. Bundan başqa, məhkəmədə ifadə verən şahidlər Vüsal Allahyarov və Abbasqulu Quliyev işlərin Layihə rəhbəri olan Vüsal Məlikov tərəfindən idarə olunması və xidmətlərin məhz onun tərəfindən qəbul olunması işlərində məhz onun tərəfindən təhvil verilməsi barədə ətraflı məlumat vermişlər. Bu şahidlər təsdiq etmişlər ki, cavabdehin adından bütün işlər Vüsal Məlikov tərəfindən təhvil alınıb və 3-cü şəxsə məhz onun tərəfindən təhvil verilirdi. Vüsal Məlikovun imzası olmadan 3-cü şəxs heç bir işi qəbul etmirdi. İddiaçı tərəfindən göstərilmiş bütün xidmətlərin nəticəsini cavabdehin adından məhz Vüsal Məlikov qəbul etmişdir. Ondan başqa cavabdehin adından bu işlə məşğul olan 2-ci şəxs olmamışdır. Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, göstərilmiş xidmətləri qəbul etmiş Vüsal Məlikova nə etibarnamə, nə də ki, nizamnamə ilə belə səlahiyyət verilməmişdir (qətnamə səh 13. Abz 2). Məhkəmənin bu hissədə gəldiyi nəticəni də işini faktiki hallarına və təqdim edilmiş sübutlara tamamilə zidd hesab edirik. Belə ki, məhkəmə nəzərə almamışdır ki, Vüsal Məlikov bu kontekstə 2 istiqamətdə fəaliyyət göstərib. 1. görülən xidmətlərin nəticələrini iddiaçıdan təhvil alıb 2. bu xidmətlər əsasında cavabdehin işlərini 3-cü şəxsə təhvil verib. Məhkəmənin gəldiyi bu nəticələr işin faktiki hallarına zidd olduğu üçün məhkəmə aşağıdakı faktlara da heç bir hüquqi qiymət verməmişdir: Belə ki, Vüsal Məlikovun xx.xx.2021-ci ilədək cavabdehə heç bir aidiyyəti olmasaydı O: xx.xx.2021-ci il tarixdən etibarən cavabdehin layihə rəhbəri olaraq cavabdeh ilə 3-cü şəxs arasında keçirilən görüşlərdə iştirak edə bilməzdi, bu toplantılarda cavabdehin adından sənədləri imzalaya bilməzdi. Cavabdehin direktoru xx.xx.2021-ci il tarixli toplantıda Vüsal Məlikovun cavabdehin işçisi, ələlxüsus da Layihə rəhbəri qismində iştirakına yol verməz və onunla birlikdə bu protokolu imzalamazdı. 3-cü şəxs Vüsal Məlikovun bu toplantılarda iştirakına, ələlxüsus da layihə rəhbəri qismində iştirakına yol verməzdi. 3-cü şəxs işləri təhvil alarkən layihə rəhbəri qismində Vüsal Məlikovun imzasını tələb etməzdi. 3-cü şəxs cavabdehin direktoru iştirak etmədiyi halda, cavabdehin adından Vüsal Məlikovun (ələlxüsus da layihə rəhbəri qismində) iştirakını məqbul və yetərli hesab etməzdi. 3-cü şəxs bu toplantılarda cavabdehin adından (ələlxüsus da Layihə rəhbəri qismində) Vüsal Məlikovun layihə üzrə hesabat verməsinə, fikir bildirməsinə, protokol imzalamasına yol verməzdi. 3-cü şəxs Vüsal Məlikova layihə ərazisinə daxil olmaq üçün icazə kartı verməz və onu bu əraziyə buraxılmasına ümumiyyətlə yol verməzdi. Məhkəmə belə nəticəyə gəlmişdir ki, 3-cü şəxsin qüsur aşkar etdiyi üçün işləri cavabdehdən qəbul etməməsi iddiaçının göstərdiyi xidmətlərin nəticələrinin qüsurlu olmasını təsdiq edir (qətnamə səh 13. Abz 3-4). Məhkəmənin bu hissədə gəldiyi nəticəni də işini faktiki hallarına və təqdim edilmiş sübutlara tamamilə zidd hesab edirik. Bu iş üzrə məhkəmənin apardığı araşdırmanı qeyri obyektiv hesab edirik. Belə ki, məhkəmə iş üzrə həqiqəti müəyyən etmək üçün şərait yaratmamış, iş üçün zəruri sənədləri cavabdeh və 3-cü şəxsdən tələb etməmiş, əksər vəsatətlərimizi əsassız olaraq rədd etmiş, şahidlərin ifadəsini təhrif etmiş, iş üzrə təqdim etdiyimiz sübutları nəzərə almamış, cavabdeh və 3-cü şəxsin etirafını qeydə almamışdır. Belə ki, məhkəmə əsassız olaraq iş üzrə verilmiş vəsatətləri rədd etmişdir.·
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
43. İddiaçının qanuni nümayəndəsi X6, nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.
44. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
45. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 752.1-ci maddə- podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddə- sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 756.1-ci maddə- əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 759.1-ci maddə-sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 760.2-ci maddə- əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 762.2-ci maddə- podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 770-ci maddə-əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 445.7-ci maddə-borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 46.Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
47. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-911/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə 52398,01 manat əsas borc, 436 manat faiz tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
48. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı mübahisəyə podrat müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən hüquq normalarının tətbiq edilməklə baxılmalı olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olsa da məhkəmə mübahisəni həll edərkən işin hallarına, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, Mülki Məcəllənin 433-cü maddəsinin tələbini nəzərə almamış, nəticədə iddianın tamamilə əsassız olduğuna dair düzgün olmayan nəticəyə gəlmişdir.
49. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında 06 iyul 2021-ci il tarixdə Q21-003 saylı və Q21-004 saylı müqavilələr bağlanmış, iddiaçı Q21-003 saylı müqavilə ilə tikintidə istifadə edilən mal-materialların, işlərin keyfiyyətinə, Q21-004 saylı müqavilə ilə isə tikintidə işlərin təhlükəsizliyinə nəzarət etməyi öhdəsinə götürmüşdür. Q21-004 saylı müqavilə xx.xx.2021-ci il tarixdə, Q-21-003 saylı müqavilə isə xx.xx.2021-ci il tarixdə iddiaçının təşəbbüsü ilə birtərəfli qaydada ləğv edilmişdir. 50.Mülki Məcəllənin 760-cı maddəsinin tələbinə əsasən iddiaçı tərəflər arasında bağlanmış müqavilələr ləğv edilənədək görülmüş işlərin dəyərini cavabdehdən tələb etməyə haqlıdır.
51. Birinci instansiya məhkəməsi işdə iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etdiyini təsdiq edən sübutların olmadığına dair nəticəyə gələrkən nəzərə almamışdır ki, cavabdeh iddiaya yazılı etirazında (1-ci cild 117-ci vərəq) iddiaçı tərəfindən müqavilə ilə razılaşdırılmış xidmətlərin göstərildiyini mübahisələndirmir. Cavabdehin etirazının əsası bundan ibarətdir ki, görülmüş işlər (xidmətlər) keyfiyyətsiz olduğu üçün MMC-nin rəhbəri forma 2 aktlarına imza etməmiş, işlər buna səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilmişdir. MM-nin 770-ci maddəsinin tələbinə görə sifarişçi yerinə yetirilmiş işi təhvil almağa borclu idi. Müqavilələrin qüvvədə olduğu müddət ərzində iddiaçı tərəfindən razılaşdırılmış xidmətlərin göstərildiyiqəbul edilirsə xidmətlərin qüsurlu yerinə yetirildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda iddiaçı tərəfindən göstərilmiş xidmətlərin qüsurlu olduğuna dair cavabdehin iddiaya etirazı izahatlardan başqa hər hansı mötəbər sübutla təsdiq edilmir. "xxxx" MMC-nin nümayəndələri izahatlarında "xxxx" MMC tərəfindən icra edilmiş işlərdə müəyyən qüsurların olduğunu, bu qüsurların podratçı tərəfindən aradan qaldırıldığını bildirsə də, qüsur aktları təqdim edilmədiyindən bu qüsurların nədən ibarət olduğunu, iddiaçının göstərdiyi xidmətlərlə bağlı olub-olmadığını, iddiaçı ilə bağlanmış müqavilələrin qüvvədə olduğu dövrdə baş veribvermədiyini müəyyən etmək mümkün deyil. Halbuki, tərəflər arasında bağlanmış müqavilələrin 5.3-cü bəndinə əsasən müqavilənin icrası müddətində cavabdeh aşkar olunmuş qüsurlar haqqında icraçıya dərhal bildiriş verməli və bildirişlə qüsurların aradan qaldırılması üçün müddət göstərilməli idi. Tikintidə təhlükəsizliyə nəzarət xidməti qüsurla həyata keçirilmişdisə cavabdeh tikinti zamanı bədbəxt hadisə baş verməsi, tikintidə təhlükəsizlik qaydalarının pozulmasına görə cavabdehin məsuliyyətə cəlb edilməsi barədə sübutlar təqdim etməli idi. O cümlədən əgər tikintidə istifadə edilmiş mal-materiallların keyfiyyətinə nəzarət lazımı qaydada həyata keçirilməmişdisə bu barədə işin nəticəsini qəbul etmiş sifarişçi "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktları və digər sənədlər sübut qismində təqdim edilə bilərdi. Məhkəmə hesab edir ki, bu sübutlar olmadan iddiaçı tərəfindən həyata keçirilmiş nəzarət xidmətinin qüsurlu olduğu yalnız izahatlar əsasında müəyyən edilə bilməz. 52.İşə apellyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə yol verilmiş qüsurların nədən ibarət olması barədə məlumat vermək təklif edilmiş, cavabdeh tərəfindən elektron kabinet vasitəsi ilə "xxxx" MMC-nin meneceri Ender Bahadırın elektron poçtundan xx.xx.2021-ci il tarixdə Vüsal Məlikova və "xxxx" MMC-nin əməkdaşlarına göndərilmiş məktub təqdim edilmişdir. Həmin məktubun məzmununda CDP saytında keyfiyyətə nəzarətdə problemlər olduğu və saytın komandasında dəyişiklik edilməli olduğu qeyd edilmişdir. Cavabdehin nümayəndəsi təqdim edilən sübutun işin hansı halını təsdiq etdiyini izah edə bilməmişdir.
53. İşdəki icra bəyannamələri və forma 2 sənədlərindən görünür ki, iddiaçı tərəfindən yerinə yetirilmiş işlər cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən layihə rəhbəri kimi işə götürülmüş V.Məlikov adlı şəxs tərəfindən qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Vüsal Məlikovun nə 2021-ci ilin oktyabr ayınadək, nə də həmin tarixdən sonra cavabdehin adından işləri qəbul etmək səlahiyyətinə malik olduğu müəyyən edilmir. 54.Cavabdeh xx.xx.2021-ci il tarixədək Vüsal Məlikovun cavabdehin adından hər hansı sənədi imzalamaq səlahiyyəti olduğunu qəbul etməsə də, həmin şəxsin tikinti aparılan sahəyə hansı əsasla buraxılmasını, "xxxx" MMC-nin iclaslarında hansı əsasla "xxxx" MMC-nin əməkdaşı kimi iştirak etməsi, o cümlədən işlərin "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilməsi barədə aktların hansı əsasla layihə rəhbəri olaraq V.Məlikov tərəfindən imzalanmasının səbəbini izah edə bilməmişdir.
55. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən yerinə yetirilmiş işlərin "xxxx" MMC-yə təhvil verilməsi ilə bağlı tərtib edilmiş “checklist” adlı sənədlərdən görünür ki, 2021-ci ilin avqust-oktyabr aylarında tərtib edilmiş bütün “checklist” sənədləri "xxxx" MMC-nin layihə rəhbəri kimi V.Məlikov tərəfindən imzalanmışdır.
56. Mülki Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.
57. Hazırkı halda üçüncü şəxsin nümayəndələrinin izahatlarından görünür ki, podratçı "xxxx" MMC tərəfindən yerinə yetirilmiş işlər "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı tərəfindən nəzarət xidmətləri həyata keçirmiş tikintini təhvil verərək işin nəticəsindən fayda götürdüyündən işlərin nəticəsinin səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edildiyini mübahisələndirsə belə göstərilmiş xidmətlərin dəyərini ödəməyə borcludur. Bundan əlavə V.Məlikovla cavabdeh arasında əmək müqaviləsi 2021-ci ilin oktyabr aynda imzalansa da həmin şəxsin bu tarixdən əvvəl də "xxxx" MMC-nin layihə rəhbəri kimi cavabdehin adından sənədlər imzaladığı və layihə ilə bağlı keçirilmiş iclaslarda səlahiyyətli nümayəndə kimi cavabdehin təmsil etdiyi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası mərhələsində iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə sübut olunur.
58. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, hazırkı halda iddiaçı tərəfindən həyata keçirilmiş xidmətlərin qüsurlu olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda bu barədə iş materiallarında sübutlar olmadığı, işlərin qüsurlu olması barədə iddiaçıya pretenziya göndərilmədiyi, müqavilələrin cavabdeh tərəfindən deyil, ödəniş həyata keçirilmədiyinə görə iddiaçı tərəfindən ləğv edildiyi, xidmətlərin dəyəri ilə bağlı göndərilmiş elektron qaimələrə cavabdeh tərəfindən etiraz bildirilmədiyi nəzərə alınaraq xidmət müqavilələri üzrə ödənilməmiş borcun cavabdehdən tutulmasına dair iddiaçının tələbi əsaslıdır.
59. İddiaçı cavabdehdən 105.562,04 manat borcun tutulmasını xahiş etsə də, cavabdehə xidmətlərin dəyəri ilə bağlı göndərilmiş elektron qaimələrin cəmi 104398,01 manat olduğundan və müqavilə üzrə 52000 manat avans ödənildiyindən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xidmət müqavilələri üzrə 52398,01 (104398,01 - 52000) manat borc tutulmalı, müqavilələr üzrə borcun tutulmasına dair iddia tələbi qalan hissədə rədd edilməlidir.
60. Məhkəmə hesab edir ki, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə iddiaçı MM-nin 445.7-ci maddəsinə əsasən cavabdehdən əldən çıxmış fayda tələb etməyə haqlıdır. İddiaçının iddia tələbi ilə elektron qaimələrin göndərildiyi tarixdən 2 ay sonraxx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyi nəzərə alınarsa məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə icranın gecikdirildiyi iki ay üçün 52398,01 manat qalıq borcun illik 5%-i məbləğində cəmi 436 manat faiz tutulmalı, əldən çıxmış fayda tələbi qalan hissədə rədd edilməlidir. 61.İddiaçı cavabdehdən 100.000 manat məbləğində işgüzar nüfuza vurulmuş ziyanın tutulmasını xahiş etmiş, bu hissədə tələbi belə əsaslandırmışdır ki, cavabdeh öz öhdəliyini icra etmədiyindən iddiaçının maliyyə çətinliyi yaranmış, işçilərin əmək haqları ödənilmədiyi üçün əmək müqavilələrinə vaxtından əvvəl xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə 3 işçi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin məhz cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı olduğu əsaslı şübhədən kənar sübutlarla təsdiq edilmədiyindən, hətta sübut edilsə belə şirkətlə müqavilə münasibətlərinə son vermək istəyən işçilərin sayı cəmi 3 nəfər olduğu üçün bu halın iddiaçının işgüzar nüfuzuna ziyan dəyməsinə əsas olan hal kimi qiymətləndirilməsi mümkün olmadığından iddia bu hissədə təmin edilə bilməz.
62. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi belə ifadə edilmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
63. Cavabdehin pul öhdəliyinin icrasının gecikdirilməsi ilə əlaqədar DSMF-yə ödənişlərin gecikdirilməsinə görə iddiaçıya tətbiq edilmiş maliyyə sanksiyasının əvəzi olaraq 6.230,74 manat pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə bu tələblə bağlı sübut qismində təqdim edilmiş şəxsi vərəqəyə əsasən iddiaçıya məcburi dövlət sosial sığorta haqqı ödənişlərini gecikdirməyə görə hesablanmış peniyanın 6.230,74 manat deyil, 437,42 manat olduğu müəyyən olunur. İddiaçı cavabdehin müqavilə üzrə ödədiyi 52.000 manat məbləğdən işçilərinin əmək haqqı ödənişlərini həyata keçirərkən eyni zamanda məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişləri də həyata keçirmək imkanına malik olduğundan 6.230,74 manat pulun cavabdehdən tutulması hissəsində iddia əsassız hesab edilir
64. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 911/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə 52398,01 manat əsas borc, 436 manat faiz tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
65. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-911/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 52398,01 manat əsas borc, 436 manat faiz tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.