Məhkəmə qərarları › İş №2-2(103)-767/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-767/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-767/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-640/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26 aprel 2021-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 542159,35 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə ifadə olunan ekvivalentinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin cavabdeh qarşılıqlı iddiaçının xerinə ipoteka ilə yüklü edilməsi, cavabdeh qarşılıqlı iddiaçının xeyrinə cavabdeh İddiaçı MMC-dən ******* ABŞ dolları əsas, 475576 ABŞ dolları faiz, ümumilikdə cəmi ******* ABŞ dollarının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh MMC iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-nin adına keçmiş 13 adda nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, e-2-2(113)-640/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, İddiaçıə məxsus RENAULT LOGAN markall, 2014-cü il buraxılışlı, VF17SREB451770550 Ban nömrəli, **-AZ-*** dövlət qeydiyyat nişanlı, RANGE ROVER VOGUE markalı, 2011-ci il buraxılışlı, SALLMAME4BA359503 Ban nömrəli, **-AA-*** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ S500 MAYBACH markalı, 2016-cı il buraxılışlı, WDD2229821A211815 Ban nömrəli, **-AZ-*** dövlət qeydiyyat nişanlı, MAYBACH 62 markalı, 2003-cü il buraxılışlı, WDB2401781A000713 Ban nömrəli, **-AF-*** dövlət qeydiyyat nişanlı, ZİM 12 markalı, 1954-cü il buraxılışlı, 7367 Ban, 07329 Şassi nömrəli, **-AD-*** dövlət qeydiyyat nişanlı, RANGE ROVER markalı, 2015-ci il buraxılışlı, SALGA3EF0FA231115 Ban nömrəli, 90- AA988 dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ G63 BRABUS markalı, 2019-cu il buraxılışlı, WDB4632761X327458 Ban nömrəli, **-AD-*** dövlət qeydiyyat nişanlı, ROLLS ROYCE CULLİNAN markalı, 2019-cu il buraxılışlı, SCATV4105LU201272 Ban nömrəli, **-AF-*** dövlət qeydiyyat nişanlı, PORSCHE CAYENNE TURBO markalı, 2015-ci il buraxılışlı, WP1ZZZ92ZGLA86111 ban nömrəli, **-AL-*** dövlət qeydiyyat nişanlı, HARLEY DAVİDSON MOTOSİKL markalı, 2019-cu il buraxılışlı, 5HD1YGKD5KB067536 ban nömrəli, 99-B-709 dövlət qeydiyyat nişanlı, MERCEDES S500 markalı, 2014-cü il buraxılışlı, WDD2221821A035822 Ban nömrəli, **-AA-*** dövlət qeydiyyat nişanlı, QAZ 13 “ÇAYKA” markalı, 1980-ci il buraxılışlı, 3203 Ban, 3090 Şassi nömrəli, **-AE-*** dövlət qeydiyyat nişanlı, PORSCHE PANAMERA TURBO markalı, 2015-ci il buraxılışlı, WP0ZZZ97ZFL075126 ban nömrəli, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə ******* ABŞ dolları həcmində həbs qoyulması qərara alınmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-2(103)-397/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin şikayəti təmin edilməmişdir. Daha sonra İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-640/2021 saylı iş üzrə 04.02.2021-ci il tarixli qərardadının ləğv edilməsi və İddiaçınə məxsus RENAULT LOGAN markalı, 2014-cü il buraxılışlı, VF17SREB451770550 Ban nömrəli, **-AZ-*** dövlət qeydiyyat nişanlı, RANGE ROVER VOGUE markalı, 2011-ci il buraxılışlı, SALLMAME4BA359503 Ban nömrəli, **-AA-*** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ S500 MAYBACH markalı, 2016-cı il buraxılışlı, WDD2229821A211815 Ban nömrəli, **-AZ-*** dövlət qeydiyyat nişanlı, MAYBACH 62 markalı, 2003-cü il buraxılışlı, WDB2401781A000713 Ban nömrəli, 90- AF400 dövlət qeydiyyat nişanlı, ZİM 12 markalı, 1954-cü il buraxılışlı, 7367 Ban, 07329 Şassi nömrəli, **-AD-*** dövlət qeydiyyat nişanlı, RANGE ROVER markalı, 2015-ci il buraxılışlı, SALGA3EF0FA231115 Ban nömrəli, **-AA-*** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ G63 BRABUS markalı, 2019-cu il buraxılışlı, WDB4632761X327458 Ban nömrəli, **-AD-*** dövlət qeydiyyat nişanlı, ROLLS ROYCE CULLİNAN markalı, 2019cu il buraxılışlı, SCATV4105LU201272 Ban nömrəli, **-AF-*** dövlət qeydiyyat nişanlı, PORSCHE CAYENNE TURBO markalı, 2015-ci il buraxılışlı, WP1ZZZ92ZGLA86111 Ban nömrəli, **-AL-*** dövlət qeydiyyat nişanlı, HARLEY DAVİDSON MOTOSİKL markalı, 2019-cu il buraxılışlı, 5HD1YGKD5KB067536 Ban nömrəli, 99-B-709 dövlət qeydiyyat nişanlı, MERCEDES S500 markalı, 2014-cü il buraxılışlı, WDD2221821A035822 Ban nömrəli, **-AA-*** dövlət qeydiyyat nişanlı, QAZ 13 “ÇAYKA” markalı, 1980-cı il buraxılışlı, 3203 Ban, 3090 Şassi nömrəli, **-AE-*** dövlət qeydiyyat nişanlı, PORSCHE PANAMERA TURBO markalı, 2015-ci il buraxılışlı, WP0ZZZ97ZFL075126 Ban nömrəli, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə ******* ABŞ dolları həcmində qoyulmuş həbsin götürülməsi, iddianı təmin etmə tədbirinin bir növü digəri ilə əvəz edilərək e-2- 2(113)-640/2021 saylı iş üzrə iddianı təmin etmək üçün tədbirlər kimi zərurət olduğu halda İddiaçı MMC-nin xüsusi mülkiyyətindəki ümumi sahəsi 468,3 kv.m olan, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.04.2021-ci il tarixli e-2-2(113)-640/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 19.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 şikayəti müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 161.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin ərizəsinə əsasən iddianı təmin etmə tədbirinin bir növünün digəri ilə əvəz edilməsinə yol verilir. Lakin kollegiya hesab edir ki, hazırki işdə qeyd olunan maddənin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, İddiaçı MMC tərəfindən verilmiş ərizədə iddianı təmin etmə tədbirinin bir növünün digəri ilə əvəz edilməsi deyil, üzərinə həbs qoyulmuş əmlakın dəyişdirilməsi xahiş edilir. Bununla bağlı isə qeyd olunur ki, Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə (158.3.1); ikinci növbədə - hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər (158.3.2); üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər (158.3.3); dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak (158.3.4). Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi əmlak üzərinə həbs qoyulması birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı üzrə həyata keçirilir və hazırki işdə də üzərinə həbs qoyulmuş İddiaçı MMC-nin mülkiyyətində olan nəqliyyat vasitələri birinci növbəyə aiddir. İddiaçı MMC-nin üzərinə həbs qoyulmasını təklif etdiyi ümumi sahəsi 468,3 kv.m olan, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak üçüncü növbədə üzərinə həbs qoyulması lazım olan əmlaklar siyahısına daxildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-640/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar