Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-780/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “X15 Hovuz and Spa” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: podrat müqaviləsi, podratın qüsurları, sübutetmə, zaminlik müqaviləsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil, cavabdeh AtaskayaHasan Mustafa oğlunun, cavabdehlər “X15 Hovuz and Spa” MMC-nin və Cavabdeh2 nümayəndələri (vəkilləri) Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin “X15 Hovuz and Spa” MMC-yə və Cavabdeh2 qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “zərərin əvəzinin və borcun, habelə hüquqi yardım xərcinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçının və cavabdehlərin nümayəndələri (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" MMC (hazırkı İddiaçı MMC) (sifarişçi) və “X15 Hovuz and Spa” MMC (icraçı) arasında 01 mart 2021-ci tarixdə 01 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə görə icraçı, sifarişçinin Bakı şəhəri, Nizami rayonu, X16 küçəsi 8 ünvanında yerləşən, öz xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində (sonrakı mətndə “inşaat sahəsi”) inşa etdiyi qeyri-yaşayış binalarında aşağıda sadalananlarla məhdudlaşmayan xidmətləri göstərməyi, sifarişçi isə həmin xidmətlərin qiymətini müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında ödəməyi öhdələrinə götürmüşlər:
1.1. İcraçı inşaat sahəsində fəaliyyət göstərən podratçılar, digər mal göndərən və xidmət göstərən şəxslərin qarşılıqlı əlaqədə işləməsi, birinin digərinə mane olmaması, görüləcək işlər və göstəriləcək xidmətlərin ardıcıllığını müəyyən etmək və sifarişçinin bu kimi inşaat risklərindən qorunması məqsədi ilə nəzarəti həyata keçirir, o cümlədən malların, işlərin və xidmətlərin keyfiyyətini yoxlayır; icraçının tikintiyə müəllif nəzarətini həyata keçirir; icraçı bütün fəaliyyət göstərən podratçılar və digər mal göndərən və xidmət göstərən şəxslərin mal, iş və xidmətlərinin keyfiyyətini və uyğunluğunu yoxlayaraq onların təhvil-təslim aktı əsasında sifarişçinin adından qəbul edir.
2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə üzrə xidmət haqqı 2500 (iki min beş yüz) manat məbləğində müəyyən olunur, xidmət haqqına ƏDV daxildir; 4.1-ci bəndinə əsasən, nəzarət etdiyi podratçıların gördüyü işləri təhvil-təslim aktı əsasında qəbul etdikdən sonrakı 10 (on) il ərzində həmin işlərin keyfiyyətində çatışmazlıq aşkar olunduqda sifarişçiyə dəymiş maddi zərərə görə icraçı podratçılarla birgə məsuliyyət daşıyır; 6.1-ci bəndinə görə, müqavilənin icra müddəti inşaat bitənə qədər, lakin hər bir halda 30 aprel 2022-ci il tarixinə qədər davam edir.
3. Müqavilə “X15 Hovuz and Spa” MMC-nin möhürü və direktoru Hasan Ataskayının imzası ilə, "xxxx" MMC-nin tərəfindən isə İddiaçı MMC-nin möhürü və direktoru Şahin Kərimovun imzası ilə təsdiq olunmuşdur.
4. "xxxx" MMC (kreditor) ilə X5 (zamin) və “X15 Hovuz and Spa” MMC (borclu) arasında 01 mart 2021-ci tarixdə 01 nömrəli zaminlik müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, zaminlik müqaviləsi kreditor ilǝ borclu arasında 01 mart 2021-ci il tarixdə bağlanmış 01 saylı müqavilənin tam məbləği, hər bir halda 30 000 (otuz min) manatdan artıq olmamaqla dəyə biləcək zərər və cərimə tələbi üzrə borclunun öhdəliklərinin icrasının təmin edilməsi üçün bağlanılır. Həmin müqavilənin 1.2-ci bəndinə görə, zaminlik müqaviləsi əsasında zamin, bağlanmış müqavilə üzrə birgə məsuliyyəti öz üzərinə götürür; 1.3-cü bəndinə əsasən müqavilə üzrə borclu öz öhdəliklərini tam icra etdikdən sonra kreditor zaminə qarşı hər hansı tələb irəli sürməyəcəyinə zəmanət verir; 1.4-cü bəndinə əsasən, müqavilə üzrə borclu öz öhdəliklərini tam icra etmədiyi təqdirdə zamin heç bir etiraz və mübahisə olmadan borclunun müqavilə üzrə öhdəliklərini onun əvəzinə tam icra edəcəyinə zəmanət verir.
5. Sözügedən zaminlik müqaviləsi kreditor qismində "xxxx" MMC-nin möhürü və direktoru Şahin Kərimovun imzası ilə, borclu qismində “X15 Hovuz and Spa” MMC-nin möhürü və direktoru Hasan Ataskayının imzası ilə, eləcə də zamin Cavabdeh2 imzası ilə təsdiq olunmuşdur.
6. 01 oktyabr 2021-ci il tarixdə “X15 Hovuz and Spa” MMC ilə İddiaçı MMC arasında 01 mart 2021-ci tarixli 01 saylı müqaviləyə 1 saylı əlavə razılaşma imzalanmışdır.
7. Həmin razılaşmanın 3-cü bəndinə əsasən müqavilənin 2.1-ci bəndi dəyişdirilmiş və həmin bəndə aşağıdakı redaksiya verilmişdir: “Hazırkı müqavilə üzrə xidmət haqqı 01 oktyabr 2021-ci il tarixindən etibarən 26 000 (iyirmi altı min) manat məbləğində müəyyən olunur və aşağıdakı qrafik əsasında ödənilir: 15 oktyabr 2021-ci il tarixində 10 000 (on min) manat - avans. 15 noyabr 2021-ci il tarixində 2000 (iki min) manat. 15 dekabr 2021-ci il tarixində 2000 (iki min) manat. 15 yanvar 2022-ci il tarixində 2000 (iki min) manat. 15 fevral 2021-ci il tarixində və ya müqavilə üzrə öhdəliklər tam icra olunduğu digər tarixdə 10 000 (on min) manat - yekun məbləğ”.
8. Razılaşmanın 4-cü bəndinə əsasən, müqaviləyə aşağıdakı məzmunda yeni 2.5-cü bənd əlavə edilmişdir: “Bu müqavilə üzrə işlər 15 mart 2022-ci il tarixinə qədər tamamlanmadıqda sonuncu ödəniş işlər yekunlaşana qədər dayandırılır”.
9. Razılaşmanın 5-ci bəndinə görə müqaviləyə aşağıdakı məzmunda yeni 4.3cü bənd əlavə edilmişdir: “Bu müqavilə üzrə işlər 15 fevral 2022-ci il tarixinə qədər yekunlaşmadıqda hər gecikmiş ay üçün icraçı sifarişçiyə 1000 (bir min) manat məbləğində cərimə ödəməlidir. Müqavilənin icrası icraçının təqsirinə görə gecikdikdə sifarişçinin hüququ çatır ki, müqaviləni birtərəfli qaydada ləğv etsin və dəymiş zərəri tələb etsin”.
10. 14 mart 2022-ci il tarixdə “X15 Hovuz and Spa” MMC ilə İddiaçı MMC arasında 01 mart 2021-ci tarixli 01 saylı müqaviləyə 2 saylı əlavə razılaşma imzalanmış, razılaşmanın 3-cü bəndində göstərilmişdir ki, “müqavilənin əvvəlki şərtlərində təsbit olunmuş sifarişçinin pul öhdəlikləri tam icra olunmuş, lakin icraçının öhdəlikləri tam icra olunmamışdır. Buna baxmayaraq, sifarişçi xoş məram və anlayış göstərərək müqavilədə müəyyən olunan sanksiyaların tətbiq olunmasını tələb etmir və icraçıya öhdəliklərini icra etmək üçün əlavə vaxt və ödəniş etməyə qərar verir. Bu səbəbdən də tərəflər razılaşırlar ki, icraçının öhdəliklərinin icrası üçün 30 iyun 2022-ci il tarixinə qədər vaxt müəyyən olunsun və icraçıya aşağıda müəyyən olunmuş əlavə ödənişlər edilsin: 15 mart 2022-ci il tarixində 4000 (dörd min) manat. 15 aprel 2022-ci il tarixində 3000 (üç min) manat. 15 may 2022-ci il tarixində 3000 (üç min) manat. 15 iyun 2022-ci il tarixində 2000 (dörd min) manat - yekun məbləğ. Razılaşmanın 4-cü bəndinə əsasən müqaviləyə aşağıdakı məzmunda yeni 2.5-cü bənd əlavə edilmişdir: Bu müqavilə üzrə işlər 30 iyun 2022-ci il tarixinə qədər tamamlanmadıqda sonuncu ödəniş işlər yekunlaşana qədər dayandırılır. Razılaşmanın 5-ci bəndinə əsasən, müqaviləyə aşağıdakı məzmunda yeni 4.3-cü bənd əlavə edilmişdir: “Bu müqavilə üzrə işlər 15 iyun 2022-ci il tarixinə qədər yekunlaşmadıqda hər gecikmiş ay üçün icraçı sifarişçiyə 1000 (bir min) manat məbləğincə cərimə ödənilməlidir. Müqavilənin icrası icraçının təqsirinə görə gecikdikdə sifarişçinin hüququ çatır ki, müqaviləni birtərəfli qaydada ləğv etsin və dəymiş zərəri tələb etsin”.
11. İddiaçı MMC (kreditor) ilə X5 (zamin) və “X15 Hovuz and Spa” MMC (borclu) arasında 14 mart 2022-ci tarixdə 01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
12. Həmin müqavilənin 1.1-ci bəndində göstərilmişdir, zaminlik müqaviləsi kreditor ilǝ borclu arasında bağlanmış 01 mart 2021-ci il tarixli 01 saylı müqavilənin, eləcə də həmin müqaviləyə 1 və 2 saylı əlavə razılaşmalarının tam məbləği, hər bir halda 200 000 (iki yüz min) manatdan artıq olmamaqla dəyə biləcək zərər və cərimə tələbi üzrə borclunun öhdəliklərinin icrasının təmin edilməsi üçün bağlanılır.
13. Zaminlik müqaviləsinin 1.2-ci bəndinə görə, zamin kreditor və borclu arasında bağlanmış müqavilə üzrə birgə məsuliyyəti öz üzərinə götürür.
14. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, müqavilə üzrə borclu öz öhdəliklərini tam icra etdikdən sonra kreditor zaminə qarşı hər hansı tələb irəli sürməyəcəyinə zəmanət verir; 1.4-cü bəndinə görə, müqavilə üzrə borclu öz öhdəliklərini tam icra etmədiyi təqdirdə, zamin heç bir etiraz və mübahisə olmadan borclunun müqavilə üzrə öhdəliklərini onun əvəzinə tam icra edəcəyinə zəmanət verir; 1.5-ci bəndinə əsasən, zaminliyin müddəti 5 (beş) il müəyyən olunur.
15. Sözügedən zaminlik müqaviləsi kreditor qismində İddiaçı MMC-nin möhürü və direktoru Şahin Kərimovun imzası ilə, borclu qismində “X15 Hovuz and Spa” MMC-nin möhürü və direktoru Hasan Ataskayının imzası ilə, eləcə də zamin Cavabdeh2 imzası ilə təsdiq olunmuşdur.
16. İddiaçı MMC (sifarişçi) ilə “X15 Hovuz and Spa” MMC (podratçı) arasında 01 oktyabr 2021-ci tarixdə P-01 nömrəli podrat müqaviləsi bağlanmışdır.
17. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, podratçı sifarişçinin Bakı şəhəri, Nizami rayonu, X16 küçəsində yerləşən, öz xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa etdiyi layihəsi üzrə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyən edilmiş işləri görüb (bundan sonra “işlər” adlandırılacaq) sifarişçiyə təhvil verməyi, sifarişçi isə bu işləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra “işlərin haqqı” adlandırılacaq) podratçıya ödəməyi öz öhdəsinə götürür.
18. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, əlavə razılaşma işlərin və malların haqqını, təsvirini, miqdarını, ölçü vahidini, qiymətini və sairə məlumatları özündə əks etdirir; 1.3-cü bəndinə görə, müqavilənin şərtləri ilə ona əlavə edilmiş əlavə razılaşmaların şərtləri arasında ziddiyyət yarandıqda əlavə razılaşmaların şərtləri üstün tutulur. Bu müqaviləyə əlavə razılaşmaların şərtləri arasında ziddiyyət yarandıqda sonuncu imzalanmış əlavə razılaşmanın şərtləri üstün tutulur; 2.1-ci bəndinə əsasən, müqavilə üzrə işlərin haqqı əlavə razılaşmada qeyd edilmişdir, qiymətlərə ƏDV daxil deyil; 2.2-ci bəndinə əsasən, podratçının bankında ödənilən bank haqları və komissiyaları podratçı tərəfindən ödənilir.
19. Podrat müqaviləsinin 3.2.1-ci bəndinə görə, işləri müqavilənin şərt və müddəalarına müvafiq olaraq qüsursuz yerinə yetirmək və hər iki tərəfin təsdiq etdiyi tǝhvil-tǝslim aktı ilə sifarişçiyə təhvil vermək podratçının vəzifəsidir; 4.4-cü bəndinə əsasən, podratçı bununla bəyan edir və zəmanət verir ki, müqavilə üzrə icra edilən işlər müqavilədə müəyyən edilmiş xüsusiyyətlərə uyğun, yararlı, keyfiyyətlə icra ediləcək və qüsursuz olacaq. İşlərin keyfiyyətsiz və ya qüsurlu icra edilməsi nəticəsində sifarişçiyə dəyən zərəri podratçı tam ödəməlidir və buna 10 (on il) müddətinə zəmanət verir.
20. Sözügedən podrat müqaviləsi sifarişçi qismində İddiaçı MMC-nin möhürü və direktoru Şahin Kərimovun imzası ilə, podratçı qismində “X15 Hovuz and Spa” MMCnin möhürü və direktoru Hasan Ataskayının imzası ilə təsdiq olunmuşdur.
21. 01 oktyabr 2021-ci il tarixdə “X15 Hovuz and Spa” MMC ilə İddiaçı MMC arasında 01 oktyabr 2021-ci tarixli P-01 saylı podrat müqaviləsinə 1 saylı əlavə razılaşma imzalanmışdır (həmin razılaşmada onun xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə kimi bağlandığı göstərilsə də, məzmunundan və mahiyyətindən əslində xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin əlavəsi olduğu görünür).
22. Razılaşmanın 3-cü bəndinə görə, müqavilə üzrə işlərin qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: suvaq işləri 5 (beş) AZN, kərpic hörgü işi - 4 (dörd) AZN, hamarlayıcı beton (5-6 sm) - 7 (yeddi) AZN, hamarlayıcı beton (10 sm və yuxarı) - 10 (on) AZN, astar şpatlyovka işləri, üzlük şpatlyovka işləri və boya işləri - 11 (on bir) AZN, döşəmə metlaxları - 11 (on bir) AZN, divar kafelləri - 11 (on bir) AZN, alçipan asma tavan (sadə) - 7 (yeddi) AZN, alcipan asma tavan (fiqurlu) - 10 (on) AZN.
23. Razılaşmanın 4-cü bəndinə əsasən, razılaşmanın 3-cü bəndində qeyd olunmuş qiymətlər əsasında faktiki görülmüş işlərin haqqı hər ayın 30-cu gününə qədər icraçıya ödənilməlidir.
24. Razılaşmanın 5-ci bəndi ilə müqavilə üzrə işlərin görülməsi üçün son müddət kimi 15 mart 2022-ci il müəyyən edilmiş, razılaşdırılmışdır ki, müqavilə üzrə işlər 15 fevral 2022-ci il tarixinə qədər tamamlanmadıqda sonuncu ödəniş işlər yekunlaşana qədər dayandırılırş
25. Razılaşmanın 6-cı bəndinə əsasən, müqaviləyə aşağıdakı məzmunda yeni 4.3-cü bənd əlavə edilmişdir: “Bu müqavilə üzrə işlər 15 fevral 2022-ci il tarixinə qədər yekunlaşmadıqda hər gecikmiş ay üçün icraçı sifarişçiyə 1000 (bir min) manat məbləğində cərimə ödəməlidir”.
26. İddiaçı MMC ilə “X15 Hovuz and Spa” MMC arasında 07 yanvar 2022-ci tarixdə “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” bağlanmışdır.
27. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, borclu müqavilənin 2.2-ci bəndində göstərilmiş pul məbləğini bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilədə müəyyən olunmuş şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öz öhdəsinə götürür; 1.2-ci bəndinə görə, borc verən öz növbəsində həmin borc məbləği tam həcmdə qaytarıldıqdan sonra borclu tərəfindən bu müqavilənin 2.1-ci bəndində göstərilmiş məbləğ ilə bağlı heç bir tələb və iddia irəli sürməyəcəyini təsdiq edir.
28. Müqavilənin 2.1-ci bəndinə görə, borclu bu müqaviləni imzalamaqla borc verənə aşağıda göstərilən borcunun olduğunu bǝyan, etiraf və təsdiq edir; 2.2-ci bəndinə əsasən, nağd pul üzrə borc 10 000 (on min) manat təşkil edir.
29. Müqavilənin 3.1-ci bəndinə görə, borclu bu müqaviləni imzalamaqla bəyan və tam təsdiq edir ki, aldığı və etiraf etdiyi borc məbləğini bu müqavilədə göstərilən müddət və şərtlərlə tam həcmdə, istisnasız və əskiksiz olaraq nəğd pul şəklində borc verənǝ qaytarılmasını təmin edəcəkdir; 3.2-ci bəndinə əsasən, bununla borclu borc verənə tam zəmanət verir ki, bu müqavilənin 2-ci maddəsində göstərilmiş borc məbləğinə görə özünə məxsus bütün daşınar və daşınmaz əmlakı ilə tam məsuliyyət daşıyır, lakin müqavilənin bu müddəası tərəflər arasında girov və ya ipoteka kimi başa düşülmür; 4.1-ci bəndinə görə, borclu bu müqavilə ilə etiraf etdiyi borcu 15 mart 2022-ci il tarixədək tam həcmdə borc verənə qaytarmasını öhdəsinə götürür; 4.2-ci bəndinə əsasən, borcun vaxtından əvvəl qaytarılması qəbul edilir; 4.3-cü bəndinə əsasən, müqavilənin 4.1-ci bəndində göstərilən tarix borcun qaytarılması üçün son müddətdir.
30. Maliyyə arayışlarından və kassa mədaxil orderlərindən aşağıdakılar görünür:
- 28.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, “X15 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış 01 mart 2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 5000 manat ödəniş edilmişdir. - 31.05.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 2500 manat ödəniş edilmişdir. - 31.05.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 3999 manat ödəniş edilmişdir. - 30.06.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 2500 manat ödəniş edilmişdir. - 30.06.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 13920 manat ödəniş edilmişdir. - 31.07.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 3145 manat ödəniş edilmişdir. - 31.07.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 2500 manat ödəniş edilmişdir. - 31.08.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 2500 manat ödəniş edilmişdir. - 31.08.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 8617 manat ödəniş edilmişdir. - 31.09.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 2500 manat ödəniş edilmişdir. - 15.10.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 10000 manat ödəniş edilmişdir. - 30.10.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 15967 manat ödəniş edilmişdir. - 06.11.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 992 manat ödəniş edilmişdir. - 15.11.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 2000 manat ödəniş edilmişdir. - 15.12.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 2000 manat ödəniş edilmişdir. - 16.11.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 14000 manat ödəniş edilmişdir. - 16.11.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 2973 manat ödəniş edilmişdir. - 30.12.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 10000 manat ödəniş edilmişdir. - 08.01.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, müqavilə öhdəliklərindən kənar, ustaların haqqını ödəmək məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 5037 manat ödəniş edilmişdir. - 14.01.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, P-01 nömrəli podrat müqaviləsi üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 2000 manat ödəniş edilmişdir. - 05.02.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, P-01 nömrəli podrat müqaviləsi üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 2500 manat ödəniş edilmişdir. - 12.02.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, P-01 nömrəli podrat müqaviləsi üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 480 manat ödəniş edilmişdir. - 12.02.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, P-01 nömrəli podrat müqaviləsi üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 674 manat ödəniş edilmişdir. - 12.02.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 1672,55 manat ödəniş edilmişdir. - 15.03.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 4000 manat ödəniş edilmişdir. - 15.03.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 4000 manat ödəniş edilmişdir. - 08.04.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 9808,10 manat ödəniş edilmişdir. - 08.04.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, P-01 nömrəli podrat müqaviləsi üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMCnin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 9808 manat ödəniş edilmişdir. - 15.03.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 3000 manat ödəniş edilmişdir. - 25.04.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 8913,25 manat ödəniş edilmişdir. - 30.04.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 4000 manat ödəniş edilmişdir. - 11.05.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 6359,32 manat ödəniş edilmişdir. - 11.05.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 1062,50 manat ödəniş edilmişdir. - 16.05.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 3000 manat ödəniş edilmişdir. - 19.05.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 3500 manat ödəniş edilmişdir. - 19.05.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 4965,59 manat ödəniş edilmişdir. - 06.06.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 5000 manat ödəniş edilmişdir. - 08.06.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 19465,32 manat ödəniş edilmişdir. - 13.06.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 736 manat ödəniş edilmişdir. - 20.06.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 2000 manat ödəniş edilmişdir. - 28.06.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X15 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X15 Hovuz and Spa” MMC-yə 10000 manat ödəniş edilmişdir.
31. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun “ünvan 2 ünvanda yerləşən İddiaçı MMC-yə məxsus qeyri-yaşayış obyektinin ofis binasında aparılan təmir işlərinin vəziyyəti barəsində” 21 noyabr 2022-ci il tarixli rəyində qeyd edilmişdir ki:
- Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2 nömrəli memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisləri Anar Vahid, Seymur Məmmədov, 3 nömrəli memarinşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Emin Cəfərov Tikintidə X3 Agentliyinin 24 oktyabr 2022-ci il tarixli, 36/13196 nömrəli tapşırığına əsasən ünvan 2 ünvanda yerləşən İddiaçı MMC-yə məxsus qeyri-yaşayış obyektinin ofis binasına vizual baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış obyekti ofis binası, servis binası, anbar binası və yardımçı tikililərdən ibarət olmaqla, bir-birindən temperatur tikişi ilə ayrılmışdır. Binada hal-hazırda tamamlama işləri aparılır. Təmir işlərində yaranmış mübahisə ilə əlaqədar İddiaçı MMC-nin Tikintidə X3 Agentliyinə ünvanladığı müraciət məktubu ilə əlaqədar olaraq “ofis binasına” baxış keçirilmişdir. Ofis binası zirzəmili, 3 mərtəbəli olub, planda qabarit ölçüləri 45,0 x 24,0 metrdir. Binanın konstruktiv sxemi karkas qəbul edilmişdir. Damı yastı tipli olub, yumşaq materiallar ilə örtülmüşdür. Baxış zamanı binanın əsas yükdaşıyan konstruksiyalarında çat və deformasiyalar müşahidə edilmədi. Ofis binasında sifarişçinin istəyinə uyğun olaraq hörgü planları və pilləkən qəfəsləri təsdiq olunmuş layihədən fərqli olaraq yerinə yetirilmişdir. Ofis binasında hal-hazırda təmir işləri aparılır. Baxış zamanı ofis binasında aparılan təmir işləri ilə əlaqədar aşağıdakı qüsurlar müşahidə edildi: binanın mərtəbə səviyyələrində boşluqlu kərpicdən olan öz yükünü daşıyan arakəsmə divarların əksəriyyəti (müxtəlif təyinatlı otaqlarda ve əsasəndə sanitar qovşaqlarında) - öz şaquli vəziyyətində hörülməmişdir; arakəsmə divarları düzgün (öz şaquli vəziyyətində) hörülmədiyindən suvaq işləri başlamamışdan öncə divarlar müxtəlif sayda alçipan (bir neçə alçipan) ilə düzləşdirilmiş, sonradan suvaq işləri görülmüşdür; binanın bütün mərtəbələri üzrə falçipandan olan tavan hissəsi düzgün quraşdırılmamışdır. Belə ki, otaqların hamısında döşəmədən tavana qədər olan məsafələrdə 1-2 sm səviyyə fərqi vardır; ofis binasının zirzəmi mərtəbəsi ilə servis binasının döşəməsində (0.00 sǝv) 25,5 sm səviyyə fərqi vardır. Belə ki, ofis binasının zirzəmi mərtəbəsində təqribən 22+23 sm beton döşəmə qatı tökülmüş, üzərində isə metlax tavacıqlar quraşdırılmışdır. Beton hazırlıq qatının artıq tökülməsi nəticəsində mərtəbə hündürlüyü layihədən fərqli olaraq azalmışdır. Binanın sanitar qovşaqlarında divarlara kafeller əyri vurulduğundan tikişlər bir-biri ilə uzlaşmır, kafellerin divara öz şaquli vəziyyətindən əyri vurulduğu aydın seçilir; zirzəmi mərtəbəsində döşəməyə vurulmuş metlax tavacıqların tikişləri arasına çəkilmiş dolğu materialı xaotik şəkildə yerinə yetirilmişdir. Zirzəmidə yeni vurulmuş metlax tavacıqların üzərində palçıq məhlulları qarışdırıldığından daxili bəzək elementləri yararsız vəziyyətə düşmüşdür; binanın pilləkən qəfəsinin tapdaq altı hissələrinin eni müxtəlif ölçüdədir. Fərqini aradan qaldırmaq üçün müxtəlif sayda alçipan materialı ilə tapdaqaltının kəllə (yan) hissələri üzlənmişdir. Yuxarıda qeyd olunan qüsurların aradan qaldırılması üçün aşağıda qeyd olunan tədbirlərin yerinə yetirilməsi məqsədəuyğun hesab edilir: 1. binanın bütün mərtəbələri səviyyəsində alçipandan olan tavan hissəsi sökülməli və yenidən quraşdırılmalı; 2. binanın sanitar qovşaqlarında olan kafel ve metlax tavacıqlar sökülərək yenidən vurulmalı; 3. mərtəbələr səviyyəsində öz yükünü daşıyan divarların əyri hissələri düzləşdirilməli; ofis binasının zirzəmi mərtəbəsindəki beton döşəmə qatı sökülərək layihə vəziyyətinə qaytarılmalı; 5. pilləkənlərin tapdaqaltı hissəsinin kəllə (yan ) hissələrinə vurulmuş alcipanlar sökülməli, fərq yaranmış hissələr suvaq qatı ilə düzləşdirilməlidir. 6. Ümumi sahələrdə yerə vurulmuş metlax tavacıqların dolğu məhlulları xüsusi kimyəvi maddələr ilə təmizlənməli, yaxud yenidən yeni metlaxlar vurulmalı.
32. İddiaçı MMC-nin direktoru və işçiləri tərəfindən tərtib olunmuş 23 dekabr 2022-ci il tarixli qüsur aktında göstərilmişdir ki, İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış kompleksinin “ofis binası" hissəsində “X15 Hovuz and Spa" MMC tərəfindən aparılmış qüsurlu təmir işləri nəticəsində itkiyə getmiş tikinti materiallarına baxış keçirildi və “X15 Hovuz and Spa" MMC tərəfindən təmir-tikinti işlərinin qeyri-peşəkar icrası nəticəsindǝ tikinti materiallarının yararsız hala düşərək itkiyə getməsi müəyyən olundu”.
33. 15 yanvar 2023-cü il tarixdə X4 ilə İddiaçı MMC arasında aşağıda göstərilən məzmunda “tələbin güzəşti haqqında” müqavilə bağlanmışdır: “Bir tərəfdən sonradan “əvvəlki kreditor” adlandırılan Azərbaycan Respublikasının vətəndaşı X4 (FİN: 2D315QN), digər tərəfdən sonradan “yeni kreditor” adlandırılan Azərbaycan Respublikasında qeydiyyatda olan İddiaçı MMC (VÖEN: **********) bu müqaviləni bağlamaqla aşağıdakılar barədə razılığa gəlirlər: əvvəlki kreditor “X15 Hovuz and Spa" MMC ilə yeni kreditor arasında 01 mart 2021-ci il tarixli 01 saylı xidmət müqaviləsi və 01 oktyabr 2021-ci il tarixli P-01 saylı podrat müqaviləsi üzrə 244 792 (iki yüz qırx dörd min yeddi yüz doxsan iki) manat məbləğində pul vəsaiti ödəmişdir. Əvvəlki kreditor “X15 Hovuz and Spa" MMC (sonrakı mətndə “borclu”) ilə yeni kreditor arasında 01 mart 2021ci il tarixli 01 saylı xidmət müqaviləsi və 01 oktyabr 2021-ci il tarixli P-01 saylı podrat müqaviləsi üzrə 244 792 (iki yüz qırx dörd min yeddi yüz doxsan iki) manat məbləğində pul vəsaiti ödəmişdir”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
34. İddiaçı MMC (iddiaçı) “X15 Hovuz and Spa” MMC-yə və Cavabdeh2 (cavabdeh və ya cavabdehlər) qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən 223 071 (iki yüz iyirmi üç min yetmiş bir) manat pul vəsaitinin, ilkin mediasiya sessiyasına görə ödənilmiş 400 (dörd yüz) manatın, 113,07 manat dövlət rüsumunun, hüquqi xidmətə görə 300 (üç yüz) manat haqqın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
35. İddiaçı tələbini işin yuxarıda sadalanan faktiki hallarına uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, “X15 Hovuz and Spa” MMC ilə arasında podrat müqaviləsi bağlanmış, həmin müqavilənin icrasının təmin edilməsi məqsədi ilə cavabdeh müəssisənin qanuni təmsilçisi Cavabdeh2 zamin qismində üzərinə öhdəlik götürmüşdür. Bununla belə, “X15 Hovuz and Spa” MMC-nin natamam icra etdiyi iş keyfiyyətsiz və tikinti normalarına uyğun olmamış, bu səbəbdən həmin işlərə sərf olunmuş tikinti materialları zərərə getməklə, iş yenidən başqa podratçı tərəfindən icra edilmişdir. Bu fakt isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 21 noyabr 2022-ci il tarixli rəyi ilə təsdiq olunur. “X15 Hovuz and Spa” MMC müqavilə üzrə razılaşdırılmış pul vəsaitini tam almış, lakin öhdəliklərini natamam və qüsurlu şəkildə icra etmiş, bu səbəblə də ona (iddiaçıya) külli miqdarda maddi zərər dəymişdir.
36. Sonradan iddiaçının nümayəndəsi “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə vermiş, xidmət və podrat müqavilələrinə görə cavabdehlərdən 244 792 (iki yüz qırx dörd min yeddi yüz yetmiş iki) manat pul vəsaitinin, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə “X15 Hovuz and Spa” MMC-dən 10 000 (on min) manat pul vəsaitinin, ilkin mediasiya sessiyasına görə ödənilmiş 400 (dörd yüz) manatın, 113,07 manat dövlət rüsumunun, hüquqi xidmətə görə 300 (üç yüz) manat haqqın tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
37. Cavabdehlərin nümayəndəsi (vəkili) iddia tələbinə qarşı yazılı etirazlar təqdim etmiş, etirazlarında aşağıdakıları göstərmişdir: “İddiaçının qüsur aktında və mütəxəssis rəyində istinad etdiyi dəlillər həqiqəti əks etdirmir. Belə ki, iddiaçı onlara layihəni təqdim etməmişdir. Bu baxımdan hesab edirlər ki, iddiaçı işlərin layihəyə uyğun icra edimədiyini iddia edə bilməz. Eyni zamanda qeyd edirlər ki, onların gördüyü iş sonradan iddiaçı tərəfindən cəlb edilmiş başqa podratçı şirkətlər tərəfindən dəyişdirilmişdir. Halbuki iddiaçı həmin layihəni qəbul etmiş, bununla bağlı müvafiq ödənişlər həyata keçirmişdir. Eyni zamanda, iddiaçının nümayəndələri tikinti ərazisinə də daimi olaraq nəzarət edirdi. Belə olan halda isə iddiaçının 1 il 6 aydan sonra onlar tərəfindən görülən işi söküb, yenidən başqa podratçını cəlb etməyi anlaşılan deyil və suallar doğurur. Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 21 noyabr 2022-ci il tarixli rəyi əsassızdır. Belə ki, iddiaçı tərəfindən layihə təqdim edilmədiyindən onlar işi həyata keçirərkən, bu barədə daimi olaraq iddiaçını məlumatlandırmışlar və iddiaçı bu barədə razılıq vermişdir. Bundan sonra işləri həyata keçirmişlər və iddiaçı işləri qəbul edib müvafiq ödənişləri həyata keçirmişdir. İddiaçı tərəfindən təqdim olunan iki zaminlik müqaviləsi üzrə Cavabdeh2 yalnız bir müqavilə üzrə (01 mart 2021-ci il tarixli müqavilə) məsuliyyət daşıyır. Bu baxımdan, iddiaçının zaminə qarşı tələbi əsassızdır. Belə ki, iddiaçının tələbi 01 oktyabr 2021-ci tarixli podrat müqaviləsindən irəli gəlir, Cavabdeh2 isə həmin müqavilə üzrə zamin deyil, 01 mart 2021-ci il tarixli müqaviləyə görə zamin olmuşdur. Buna görə də hesab edirlər ki, Cavabdeh2 aid hissədə iddia əsassızdır”.
38. Cavabdehlərin nümayəndəsi (vəkili) eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, ərizəni onunla əsaslandırmışdır ki, zaminlik müqaviləsi 14 mart 2022-ci il tarixində bağlanıb, iddiaçı isə məhkəməyə 20 aprel 2023-cü il tarixində müraciət edib. Beləliklə iddiaçı, zaminə qarşı iddianı Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan müddəti ötürəndən sonra verib. Buna görə də iddiaçının zaminə qarşı iddia tələbi iddia müddəti ötürüldüyü üçün də rədd olunmalıdır.
39. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/6346 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı MMC və “X15 Hovuz and Spa" MMC arasında imzalanmış 01 oktyabr 2021-ci il tarixli podrat müqaviləsində, iddiaçıya məxsus qeyriyaşayış sahəsində görüləcək işlərə dair layihə-smeta sənədləri olmadığından, eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” DLİ-nin mütəxəssislər tərəfindən tərtib edilmiş mütəxəssis rəyində, tədqiq olunan qeyri-yaşayış sahəsində görülmüş təmir işlərinin həcminə dair hər hansı məlumat olmadığından, Bakı şəhəri, Nizami rayonu, X16 küçəsi 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində “X15 Hovuz and Spa” MMC tərəfindən görülmüş işlərin həcminin nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nizami rayonu, X16 küçəsi 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində “X15 Hovuz and Spa” MMC tərəfindən görülmüş işlər sökülərək yenidən təmir işləri aparıldığından, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində görülmüş işlərdə qüsurların olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin "Azərdövlətsənayelayihə" DLİ-nin mütəxəssislər tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyri-yaşayış sahəsində aparılmış təmir işlərində qüsurların olduğu qeyd olunmuşdur. Bakı şəhəri, Nizami rayonu, X16 küçəsi 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində “X15 Hovuz and Spa” MMC tərəfindən görülmüş işlər söküldüyündən qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmadı”.
40. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, İddiaçı MMC-də layihəçi olmuş, Hasan bəyi də layihə çərçivəsində tanımışdır, hazırda onların arasında mübahisə olması barədə də xəbərdardır. Hasan bəyin gördüyü işlər sonradan bütünlüklə sökülmüş, sökülmənin səbəbi işlərdə keyfiyyətin olmaması, yəni divarlarda əyriliyin olması, kafelin düzgün vurulmaması, tavanın səviyyəsinin düzgün olmaması ilə əlaqədar olmuşdur. İş görülən zaman iradlar Hasan bəyə bildirilirdi. İradlar bildirilən zaman Hasan bəy cavabında inşaat prosesində belə hadisələrin olduğunu deyirdi, lakin sonda hər şeyin düzəldiləcəyini və ideal olacağını bildirirdi. Ümumiyyətlə, inşaat gedişində Hasan bəy və ya işçiləri tərəfindən layihənin olmaması ilə əlaqədar hər hansı bir irad və yaxud narazıçılıq olmamışdır. Ümumi “Whatsapp” qrupu üzərindən hər hansı bir sual yaranan zaman orada yazılırdı və anında cavablandırılırdı. Hər hansı bir yerin işlənilməsi ilə əlaqədar layihələr göndərilirdi. Layihə olmasa, hər hansı bir iş görülə bilməzdi. Layihədə Fövqəladə Hallar Nazirliyinin möhürü olur. Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət İdarəsinin möhürü inşaat işləri ilə əlaqədar layihələrə möhürü vurulur. Təmir və dizayn işləri ilə əlaqədar layihələrdə isə Fövqəladə Hallar Nazirliyinin möhürü olmur. Çünki dizayn və təmir işlərinə Fövqəladə Hallar Nazirliyi nəzarət etmir. İşlərdə olan iradları təkcə Hasan bəyə deyil, həm də işi gördürən Şahin bəyə də məlumat verirdi. Cavabdeh şirkətlə hər hansı bir əlaqəsi olmamış, ancaq bu layihədə tanımışdır. İşləri layihə olmadan görmək mümkün ola bilər”.
41. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, İddiaçı MMC-yə məxsus obyektin prorabıdır. İki il bundan qabaq mübahisəsi olan yanlışlıqlarla əlaqədar onu sözügedən obyektə çağırmışdılar. Ondan obyektdə olan inşaat zamanı yaranan səhvlikləri düzəltməyini istədilər. Ora gedən zaman Hasan bəylə görüşdü və iradları bildirdi. Lakin Hasan bəy heç bir qüsuru boynuna almadı. Hal-hazırda həmin obyektdə 99% görülən işlər sökülmüş və yenidən işlənilir. Sökülən zaman istifadə edilmiş materiallar yenidən yararlı olmadı və onları yenidən istifadə etmək mümkün olmadı. Hesab edir ki, görülən işlər düzgün deyildi və keyfiyyətsiz idi. Həmçinin ona layihə verildi, çünki layihə olmadan hər hansı bir iş görmək mümkün deyil. Təqdim edilmiş layihədə möhür var idi. O gəldikdən sonra həmin obyektə baxış keçirdi və ondan sonra görülmüş işlərdə qüsurların olduğunu aşkar etdi”.
42. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, İddiaçı MMC-yə məxsus obyektdə mühafizəçi işləyir. Hasan bəyin vaxtında görülən təmir işləri demək olar ki, hamısı söküldü. Hasan bəyə qüsurlar barədə iradlar bildirilmişdi. Hasan bəy qüsurların aradan qaldıracağını bildirsə də, heç bir qüsur aradan qaldırılmamışdı. Şahin bəy həmin obyekti təhvil aldı və hazırda həmin obyektdə işləyir. Hasan bəy həmin obyektə gəlib gedirdi, görülən işlərə baxırdı. Lakin hazırkı iş görən Şahin bəy səhərdən axşama kimi orada olur və tam nəzarət edir. Sökülən malların, materialların hamısı zibilliyə atıldı. Video görüntülərdə vardır. Tavanın ölçülərində fərqlər var idi, metlaklar əyri idi, kafellər düzgün vurulmamışdı. İlkin olaraq problem zirzəminin kafelinin düzgün vurulmamasından başladı. Daha sonra görülən digər işlərdə qüsurların aşkar edilməsindən sonra problem yarandı. Hasan bəy ancaq zirzəminin kafelini işləyib. Oraya betonu tökməyib. Rəhbərlikdən tapşırıq verildi ki, Hasan bəy həmin obyektə gəlməsin və bu barədə ona məlumat verilmişdir”.
43. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, 20 ildən çoxdur ki Hasan bəyin yanında işləyir. Hasan bəylə aralarında əmək müqaviləsi bağlanırdı. İddiaçı MMC-yə məxsus obyektdə işləyən zaman Hasan bəyə məxsus şirkətin işçisi kimi işləyirdi. İlk öncə İddiaçı MMC-yə məxsus obyektdə ona işləmək üçün 100 m2 yer verildi. Daha sonra həmin yerdə kafel və metlak işlərini gördükdən sonra oranın müdiri İsmayıl bəy adında şəxs gəlib, onun işinə baxdı və bəyəndi. Bundan sonra həmin obyektin kafel və metlak işlərini ona həvalə etdilər. Orada işləyən zaman 15 gün işlədikdən sonra İsmayıl bəy gəlib baxırdı, təhvil-təslim edildikdən 2-3 gün sonra ödənişlər edilirdi. Son vaxtlarda ödənişlərdə gecikmələr olurdu. İşin sonuna 15-20 gün qalmış onu oradan çıxartdılar. Səbəbin soruşduqda görülən işlərdə nöqsanların olduğu bildirildi. Nöqsanların nədən ibarət olduğunu soruşduqda onun işində nöqsanlar tapılmadıqda, nöqsanın malyarın işində olduğu bildirildi. Ümumiyyətlə, hər hansı bir işə başlanılanda layihlər təqdim olunur və o layihəyə uyğun olaraq iş görülür. Ancaq sözügedən obyektdə layihə təqdim edilməmiş, yalnız hissə-hissə çertyojlar verilirdi ki, müəyyən hissələri işləsinlər. Hasan bəy işi təhvil almırdı, sadəcə işlərə nəzarət edirdi. İşi təhvil alan şəxslər İsmayıl bəy və Şahin bəy olmuşdur. Gördüyü iş kafel və metlak işidir və həmin işdə hansı bir qüsur olması mümkünsüzdür”.
44. Birinci instansiya məhkəməsinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, cavabdehlərdən birgə qaydada 200 000 (iki yüz min) manat məbləğində pul vəsaitinin, cavabdeh “X15 Hovuz and Spa” MMC-dən 07 yanvar 2022-ci il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” üzrə 10 000 (on min) manat məbləğində borc, 300 (üç yüz) manat hüquqi yardım xərci, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 422,87 manat (dörd yüz iyirmi iki manat səksən yeddi qəpik) olmaqla, ümumilikdə 10 722,87 manat (on min yeddi yüz iyirmi iki manat səksən yeddi qəpik) məbləğində pul vəsaitinin alınıb iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
45. Məhkəmə şahid ifadələrinə, mütəxəssis rəyinə və digər materiallara istinad edərək, cavabdehin işi qüsurlu yerinə yetirməsi nəticəsinə gəlmiş, cavabdehin iddiaçının layihə təqdim etməməsi barədə dəlilini də əsassız hesab etmişdir. Məhkəmə vurğulamışdır ki, tərəflər arasında bağlanmış podrat, xidmət, zaminlik və borcun etirafı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, sifarişçi obyektdə işlərin görülməsini icraçıya sifariş vermiş, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada qeyd edilən işləri yerinə yetirməyi öhdəsinə götürmüş, işlər görülmüş və dəyəri iddiaçı tərəfindən ödənilmiş, iş qüsurlu görüldüyündən iddiaçıya zərər dəymişdir.
46. “X15 Hovuz and Spa” MMC-nin iddiaya etirazı ilə bağlı məhkəmə qeyd etmişdir ki, əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçının müqavilədən imtina etmək və vurulan zərərin əvəzini ödəməyi tələb etmək hüququ olmuşdur. Ona göə də cavabdehin məhz iddiaçının göstərişini nəzərə alaraq qüsurlu iş görməsinə haqq qazandıra bilməz. Cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirməmiş, podratın nəticəsi qüsurlu olmuş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, görülmüş işlər sökülərək yenidən təmir işləri aparılmışdır. Ona görə də iddiaçı qüsurlu işlərə görə dəymiş zərər kimi, qüsurlu işlərə görə ödədiyi məbləğlərin geri qaytarılmasını tələb etməkdə haqlıdır.
47. Məhkəmə iddiaçının nümayəndəsinin izahatına istinadən hesab etmişdir ki, görülən işlərdən yalnız təxminən 5 faiz hissəsi saxlanıldığından, iddiaçı görülən, saxlanılan işlər üçün ödədiyi məbləğlərin zərər kimi geri qaytarılmasını tələb edə bilməz. Həmin məbləği müəyyən etmək mümkün olmadığından, eyni zamanda iddiaçının zəzərə məruz qaldığı müəyyən olunduğundan 200 000 (iki yüz min) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda xx.xx.2022-ci tarixli 01 nömrəli zaminlik müqaviləsinə əsasən zamin X5 kreditor ilǝ borclu arasında xx.xx.2021-ci il tarixli 01 saylı müqavilənin eləcə də həmin müqaviləyə 1 və 2 saylı əlavə razılaşmalarının tam məbləği, hər bir halda 200000 (iki yüz min) manatdan artıq olmamaqla dəyə biləcək zərər və cərimə tələbi üzrə borclunun öhdəliklərinin icrasını təmin edilməsi öhdəliyini üzərinə götürdüyündən, 200 000 manat Cavabdeh2 da tutulmalıdır.
48. Məhkəmə həm də hesab etmişdir ki, “X15 Hovuz and Spa” MMC-dən xx.xx.2022-ci il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” üzrə 10 000, 300 manat hüquqi yardım xərci, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 422,87 manat iddiaçının xeyrinə tutulmalıdır.
49. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 385.1-ci, 386.1-ci, 442-ci, 443.1-ci, 443.2-ci, 445.1-ci, 448-ci, 477.0.4cü, 752.1-ci, 762.1-ci, 762.2-ci, 768.1.1-ci, 768.1.2-ci, 768.2-ci, 882.1-ci, 882.2-ci maddələrinə istinad etmişdir.
50. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən (iddianın təmin olunmaması ilə bağlı hissədə) ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına tam uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, məhkəmənin iddiaçıya əlavə olaraq 44 792 manat məbləğində dəyən zərəri nəzərə almamaqla əsassız nəticəyə gəldiyini irəli sürmüşdür.
51. Qətnamədən cavabdeh MMC-nin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə qarşı yazılı etiraz ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, iddia tələbinin heç bir mötəbər sübutla təsdiqlənmədiyini, görülmüş iş nəticəsində yaranmış qüsurla və onun nəticəsində iddiaçıya dəyən zərərlə bağlı əsassız qənaətə gəlindiyini irəli sürmüşdür.
52. Qətnamədən Cavabdeh2 nümayəndəsi (vəkili) də apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın adı çəkilən cavabdehə aid hissədə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə qarşı yazılı etiraz ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin zaminlik müqaviləsi ilə bağlı əsassız nəticəyə gəldiyini irəli sürmüşdür. Apellyasiya şikayətinə qarşı etiraz
53. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
54. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) təmsil etdiyi hüquqi şəxsin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın tam təmin olunması barədə; cavabdehlərin nümayəndəsi (vəkilləri), həmçinin Cavabdeh2 isə öz şikayətlərinin dəlillərini müdafiə edərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
55. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
56. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
57. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
58. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
59. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
60. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
61. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
62. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
63. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
64. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
65. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
66. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
67. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
68. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
69. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
70. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
71. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
72. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
73. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
74. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.
75. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
76. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
77. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
78. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
79. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
81. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
82. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
83. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
84. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
85. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
86. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
87. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
88. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
89. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
90. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
91. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
93. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddiaçının iddia tələbi üzrə sübuta yetirilməli olan halların sübut olunmadığını nəzərə almamış, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
94. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
95. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
96. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
97. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 64, 65).
98. İşin faktiki hallarından, iddiaçının cavabdeh MMC ilə 01 mart 2021-ci il tarixdə xidmət müqaviləsi, həmin xidmət müqaviləsinə əlavə razılaşmalar, 01 oktyabr 2021-ci il tarixdə podrat müqaviləsi, habelə ona əlavə razılaşma bağladıqları müəyyən olunur və bu baxımdan ilk növbədə sözügedən müqavilələr arasında münasibətə aydınlıq gətirilməsi zəruridir.
99. 01 mart 2021-ci il tarixli xidmət müqaviləsi "xxxx" şirkəti ilə hazırkı mübahisə üzrə cavabdeh MMC arasında bağlanmış, buna baxmayaraq müqaviləyə "xxxx"-in deyil, İddiaçı MMC-nin möhürü vurularaq müqavilə onun nümayəndəsi tərəfindən imzalanmışdır (§ 3).
100. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçı, qüsurlu yerinə yetirilən işə görə zərərlə bağlı tələbini 01 mart 2021-ci il tarixli xidmət müqaviləsi üzrə deyil, 01 oktyabr 2021-ci il tarixli podrat müqaviləsinə istinadən irəli sürmüş, podrat müqaviləsindən irəli gələn öhdəliklərin pozulduğunu iddia etmişdir; belə olan təqdirdə isə, mübahisənin həll edilməsi baxımından yalnız 01 oktyabr 2021-ci il tarixli podrat müqaviləsi təhlil edilməlidir.
101. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
102. İddiaçının zərərlə bağlı iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 69-75) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsi zamanı aşkar olunan qüsurların mövcudluğunu sübutetmə yükü iddiaçının, işin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükü isə cavabdehlərin üzərinə düşür.
103. Podratda qüsurun sübuta yetirilməsi üçün qüsurun olması faktını irəli sürən tərəf, görülmüş işin qüsurlu olması barədə hansı meyara əsaslandığını göstərməli, bundan sonra həmin meyara uyğun olaraq qüsurun olması ilə bağlı konkret dəillər təqdim etməlidir.
104. Mülki Məcəllənin 762.2-ci maddəsinin (§ 71) məzmunundan görünür ki, podrat müqaviləsi üzrə keyfiyyətin şərtləşdirilməsi məhz dispozitiv şərt olaraq tərəflərin üzərinə düşür. Əks təqdirdə qanunvericilik bununla bağlı ümumi qaydada tənzimləmə həyata keçirir.
105. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən Qərarında da göstərilmişdir ki,, “...Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar”. Göstərilən prinsipi podrat müqaviləsini tətbiq edərək Plenum göstərmişdir ki, “...Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır.”. Həmçinin Plenum qeyd etmişdir ki, “...Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir”.
106. Göstərilən yanaşmaları əsas götürərək kollegiya hesab edir ki, qüsurun müəyyən edilməsi üçün müqavilənin şərtləri, eləcə də tərəflərin məqsədi və gözlədikləri hüquqi nəticələr araşdırılmalıdır.
107. Tərəflər arasında bağlanmış 01 oktyabr 2021-cü il tarixli podrat müqaviləsində görülmüş işlərin keyfiyyəti barədə hər hansı meyar müəyyən edilməmişdir; müqavilə üzrə bağlanmış əlavə razılaşmada da bu cür tənzimləmə mövcud deyil (§ 21-24).
108. Bundan başqa, iddiaçı işlərin görülməsi ilə bağlı cavabdehlərə hər hansı layihə də təqdim etməmişdir. İş materiallarından və şahid ifadələrindən aydın olur ki, yalnız inşaat işi ilə bağlı layihə mövcüd olmuş, lakin təmir və dizayn işləri ilə bağlı hər hansı layihə tərtib edilməmişdir. Bu fakt hər iki tərəfin təqdim etdiyi “Whatsapp” yazışmaları ilə də təsdiq olunur - həmin yazışmalarından görünür ki, iddiaçının nümayəndələri (memar və layihəçilər) görüləcək işlər və alınacaq materiallar barədə cavabdehlərə göstərişlər vermişlər.
109. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli ekspert rəyində də göstərilmişdir ki, hər hansı layihə təqdim edilmədiyindən qüsurun olub-olmamasını müəyyən etmək mümkün deyil.
110. Beləliklə, tərəflər arasında bağlanmış podrat müqaviləsini və onun tərkib hissəsi olan əlavəni, şahid ifadələrini, tərəflərin yazışmalarını, eləcə də ekspertiza rəyini təhlil edən kollegiya hesab edir ki, tərəflər müqavilə üzrə yerinə yetiriləcək işlərin keyfiyyətini razılaşdırmamışlar.
111. Bununla bağlı kollegiya qeyd edir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 56). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
112. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər olaraq həmin müqavilələrin məhdud tənzimləməsinə görə risk daşıyırlar və əgər müqavilə üzrə görülən işin keyfiyyəti ilə bağlı hər hansı meyar müəyyən etməmişlərsə, ümumi qaydalar tətbiq olunmalıdır.
113. Həmin ümumi qaydalara görə tərəflər keyfiyyəti şərtləşdirmədikdə (§ 71), görülən işin qüsursuz sayılması üçün podratın nəticəsi müqaviləyə uyğun istifadə oluna bilməli və ya adi istifadə üçün yararlı olmalıdır. Eyni zamanda, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
114. Şərh olunan meyara əsasən iddiaçı, yuxarıda göstərilən hallardan birini sübut etməlidir – hansı ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür.
115. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
116. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilən mütəxəssis rəyini, qüsur aktını foto və video materialları təhlil edərək hesab edir ki, iddiaçı yuxarıdakı meyara uyğun olaraq qüsur halını sübuta yetirə bilməmişdir.
117. Belə ki, iddiaçının əsas sübutu Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 21 noyabr 2022-ci il tarixli rəyi (§ 31) və özünün tərtib etdiyi 23 dekabr 2022-ci il tarixli qüsur aktıdır (§ 32) hansı ki, hər iki sənəd cavabdeh tərəfin iştirakı olmadan tərtib edilmişdir.
118. Kollegiya qəbul edir ki, bir sıra hallarda podratçılar öz hüquqlarından suiistifadə edərək, məsuliyyətdən yayınmaq məqsədilə qüsur aktının tərtib olunmasından yayınmağa çalışır, lakin sifarişçilər bu halda vicdanlılıq prinsipinə uyğun olaraq, müxtəlif üsullarla qüsur aktının tərtib edilməsində podratçının iştirakını və ya ən azından məlumatlı olmasını təmin etməlidirlər. Hazırkı mübahisə üzrə belə bir hal müəyyən olunmadığından, məhkəmə qüsur aktını və mütəxəssis rəyini təklikdə sübut kimi qiymətləndirə bilməz - əks yanaşma tərəflərin bərabərlik prinsipinin pozuntusuna gətirib çıxarardı.
119. Nəzərə alınmalıdır ki, iddiaçı işlərin başa çatdırılmasından sonra aşkar edilmiş qüsurlarla bağlı cavabdehlərə hər hansı pretenziya ünvanlamamış, qüsurlar varsa onların aradan qaldırılması üçün podratçıya şərait yaratmamışdır – hansı ki, bu bilavasitə qanunvericiliyin tələbidir (§ 73, 75) və qanunun mənasına görə, sifarişçi qüsuru özü o halda aradan qaldıra bilər ki, podratçı əlavə icradan imtina etmiş olsun, yaxud əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtarsın.
120. Həmçinin, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun ekspert mütəxəssisləri dəvət edilərək görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişinin aparılması zamanı, hətta həmin ekspert mütəxəssislər tərəfindən qüsurlarla bağlı rəy verildikdən sonra da cavabdehə hansı qüsurların olması, onların aradan qaldırılması, qüsurların təftişinin keçirilməsi vaxtı və iştiraklarına dair dəvət barədə hər hansı məlumat, bildiriş, pretenziya göndərilməmişdir. Başqa sözlə, iddia olunan qüsurların müəyyən edilməsi, yenidənqurma işlərinin xərcləri və sair məsələlər birtərəfli qaydada, podratçının xəbəri olmadan aparılmış, eləcə də həmin iddia olunan qüsurlar işdə olan ekspert rəylərinə əsasən müəyyən edilməmişdir.
121. Təqdim edilən foto və video materiallarda (i.v, cild İİ, səhifə 19) iddaçının xüsusi mülkiyyətndə olan qeyri-yaşayış sahəsində görülmüş işlərdə müxtəlif qüsurların olması göstərilsə də, həmin foto və video çəkilişlərin vaxtını və ümumi kontekstini bilmək mümkün olmadığından, onlar qüsurun olub-olmamasını təyin etmək üçün istifadə edilə bilməz.
122. Beləliklə iddiaçı, 01 oktyabr 2021-ci il tarixli podrat müqaviləsi üzrə işlərin qüsurlu icra olunduğunu sübuta yetirə bilməmişdir.
123. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçı cavabdehlərin qüsurlu iş görməsi nəticəsində həmin qüsurları bərpa etmək üçün yenidən iş gördüyünü iddia etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmiş, bununla bağlı istinad etdiyi şahid ifadələrində və qüsur aktında konkret olaraq yenidən görülməli olan işlərin həcmi, dəymiş zərərin məbləği göstərilməmişdir. Odur ki, iddiaçı Mülki Məcəllənin 764-cü maddəsinə uyğun olaraq, hər hansı zərəri tələb etməkdə haqlı deyil.
124. Həmçinin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi zaminliklə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
125. Zaminlik müqaviləsi əsas öhdəliyə münasibətdə aksessor xarakter daşıdığına görə, bu qəbildən mübahisələrə baxarkən, həmin öhdəliklə əsas öhdəlik arasındakı əlaqə aydınlaşdırılmalıdır.
126. Zamin kreditor qarşısında məhz zaminliklə təmin edilmiş əsas öhdəliyə görə tamamilə və ya qismən məsuliyyət daşıyır (§ 67-68). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır”.
127. Hazırkı mübahisə üzrə iddiaçı və Cavabdeh2 arasında iki zaminlik müqaviləsi (§ 4, 11) bağlanmışdır və zaminlik müqavilələrinin təhlili onu göstərir ki, həmin müqavilələrdə əsas öhdəlik qismində məhz 01 mart 2021-ci il tarixli xidmət müqaviləsi müəyyənləşdirilmişdir. Belə olan halda isə iddia tələbi zamin Cavabdeh2 qarşı əsaslı hesab edilə bilməz; çünkü iddiaçının zərərlə bağlı tələbi, yuxarıda şərh olunduğu kimi, 01 mart 2021-ci il tarixli xidmət müqaviləsi üzrə deyil, 01 oktyabr 2021-ci il tarixli podrat müqaviləsinə istinadən irəli sürülmüş, podrat müqaviləsindən irəli gələn öhdəliklərin pozulduğu iddia olunmuşdur.
128. Kollegiya, iddiaçının 07 yanvar 2022-ci tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” ilə bağlı tələbini isə əsaslı hesab edir.
129. Belə ki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Bununla da, tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır.
130. Mövcud borcun etirafı haqqında müqavilənin o zaman qüvvəsi olmur ki, tərəflər həmin müqavilədən irəli gələn vəzifələrini özlərindən asılı olmayan səbəblərlə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilməsinlər. Belə halların mövcud olduğunu sübut etmək vəzifəsi isə onlara istinad edən tərəfin üzərinə düşür. Qeyd olunan hallardan kənar etiraf edən bu müqavilədən irəli gələn tələblərə başlıca əqddən irəli gələn etirazlar verə bilməz.
131. Hazırkı mübahisə üzrə göstərilən hallar müəyyən olunmur, əksinə cavabdeh MMC nə birinci instansiya məhkəməsindəki icraat zamanı, nə də apellyasiya şikayətində müqaviləni mübahisələndirməmişdir.
132. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının nümayəndəsinin apellyasiya şikayəti təmin olunmamalı, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbləri qismən təmin edilərək “X15 Hovuz and Spa” MMC-dən 10 000 (on min) manat məbləğində borc, 300 (üç yüz) manat hüquqi yardım xərci, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 422,87 manat (dörd yüz iyirmi iki manat səksən yeddi qəpik) olmaqla, ümumilikdə 10 722,87 manat (on min yeddi yüz iyirmi iki manat səksən yeddi qəpik) məbləğində pul vəsaiti tutulub İddiaçı MMC-nə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
133. Məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
134. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı MMC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. “X15 Hovuz and Spa” MMC-nin və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-89/2024 saylı iş üzrə 25 aprel 2024cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin “X15 Hovuz and Spa” MMC-yə və Cavabdeh2 qarşı iddia tələbləri qismən təmin edilsin. “X15 Hovuz and Spa” MMC-dən 10 000 (on min) manat məbləğində borc, 300 (üç yüz) manat hüquqi yardım xərci, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 422,87 manat (dörd yüz iyirmi iki manat səksən yeddi qəpik) olmaqla, ümumilikdə 10 722,87 manat (on min yeddi yüz iyirmi iki manat səksən yeddi qəpik) məbləğində pul vəsaiti tutulub İddiaçı MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorlara aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva