Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-781/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-223/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi İddiaçı cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış Kredit Xətti müqaviləsinə 22 oktyabr 2015-ci il tarixli 3 saylı əlavə razılaşma, kredit Xətti müqaviləsinə dair 21 yanvar 2015-ci il tarixli 5 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 27 aprel 2015-ci il tarixli 6 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 28 aprel 2015-ci il tarixli 7 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 07 may 2015-ci il tarixli 8 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 08 may 2015-ci il tarixli 9 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 25 iyun 2015-ci il tarixli 10 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 08 iyul 2015-ci il tarixli 11 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 28 oktyabr 2015-ci il tarixli 12 nömrəli Kredit sazişi, kredit xətti müqaviləsinə dair 28 oktyabr 2015-ci il tarixli 13 nömrəli Kredit sazişinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-223/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı “X7 Azərbaycan” QSCnin cavabdehlər İddiaçı, X1 və X3 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır (İş No 2(105)-3/2022). Həmin iddianın əsasını hazırda iddiaçı tərəfindən mübahisələndirilən 22 oktyabr 2015-ci il tarixli 3 saylı əlavə razılaşma, 21 yanvar 2015-ci il tarixli 5 nömrəli Kredit sazişi, 27 aprel 2015-ci il tarixli 6 nömrəli Kredit sazişi, 28 aprel 2015-ci il tarixli 7 nömrəli Kredit sazişi, 07 may 2015-ci il tarixli 8 nömrəli Kredit sazişi, 08 may 2015-ci il tarixli 9 nömrəli Kredit sazişi, 25 iyun 2015-ci il tarixli 10 nömrəli Kredit sazişi, 08 iyul 2015-ci il tarixli 11 nömrəli Kredit sazişi, 28 oktyabr 2015-ci il tarixli 12 nömrəli Kredit sazişi və 28 oktyabr 2015-ci il tarixli 13 nömrəli Kredit sazişi, iddianın predmetini isə həmin sazişlər əsasında yaranmış kredit borcunun tutulması təşkil edir. Halbuki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 saylı qərardadında qeyd olunmuşdur ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 259.0 və 259.0.4-cü maddələrində isə təsbit olunmuşdur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Bu baxımdan kollegiya hesab edir ki, ərizə baxılmamış saxlanılmalı və Mülki Prosessual Məcəllənin 387.2.8-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 387.2.8 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı kredit sazişlərinin etibarsız hesab edilməsi tələbinə tələbinə dair kommersiya mübahisəsi baxılmamış saxlanılsın. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-223/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-781/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-781/2022
27.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver