Məhkəmə qərarları › İş №2-2(103)-786/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-786/2020

15.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-786/2020 15.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2857/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı “xxxx” Kiçik Müəssisəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” Kiçik Müəssisəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3999,80 manat məbləğində əsas borcun, həmin pul vəsaitinin gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə 21.598 manat məbləğində faizin, pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 16.399 manat məbləğdə faizin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmək məqsədi ilə cavabdehə məxsus əmlakın və nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Cavabdeh MMC-yə məxsus əmlak üzərinə iddia tələbində göstərilmiş əsas borc, yəni 3999,80 manat həcmində həbsin qoyulması, qalan hissədə isə ərizənin təmin edilməməsi qərara alınmışdır. İddiaçı “xxxx” Kiçik Müəssisəsi şikayət verərək, həmin qərardadın qismən ləğv edilməsi və iddianın təmini tədbiri barədə ərizənin tam təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 şikayəti müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 158.1.1, 158.3 və 158.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarına istinad edərək, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən əmlakının özgəninkiləşdirilməsi və belə olan halda iddia təmin edildiyi təqdirdə qətnamənin icrasının çətinləşməsi ehtimalının mövcud olduğunu, digər tərəfdən iddianın təmini tədbiri tətbiq edilməklə iddiaçının cavabdehin əmlakı üzərində həbs qoyulmasının belə bir ehtimalı aradan qaldırdığını nəzərə alaraq hesab etmişdir ki, iş üzrə cavabdehin əmlakı üzərinə həbs qoyulması növündə iddianın təmini tədbirinin tətbiqi üçün əsaslar mövcuddur. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, tətbiq olunan iddianı təmin etmə tədbirlərinin irəli sürülmüş iddia tələblərinə mütənasib olması barədə tələb nəzərə alınmaqla hazırkı iş üzrə iddianın təmini tədbiri qismində cavabdehin əmlakı üzərinə həbs qoyulması yalnız iddia tələbində göstərilmiş əsas borc məbləği həcmində tətbiq edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır. İddiaçının şikayətində göstərilən dəlillər isə əsaslı deyil və qərardadın qismən ləğv edilərək, ərizənin tam təmin edilməsi üçün əsas ola bilməz. Bu baxımdan kollegiya hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “xxxx” Kiçik Müəssisəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2857/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar