Məhkəmə qərarları › İş №2-2(103)-810/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-810/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-810/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı MMC-nin Vəkil3 Məmməd oğlunun, ikinci iddia üzrə iddiaçı Maraqlı şəxs MMC-nin Vəkil4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-90/2021 saylı 18.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC və Cavabdeh MTK tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə işin apelyasiya baxışından çıxarılması məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-90/2021 saylı 18.11.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin ilk iddiası qismən təmin edilərək ilk iddia üzrə Cavabdeh MTK-dan 386.247,24 manat məbləğində əsas borc, 20.000 manat məbləğində dəbbə pulu, cəmi 406.247,24 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaitinin tutularaq ilk iddia üzrə İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə ilk iddianın rədd edilməsi, Cavabdeh MTK-nın İddiaçı MMC-yə qarşı müqaviləyə əlavənin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası rədd edilmiş, iddiaçı Maraqlı şəxs MMC-nin Cavabdeh MTK-ya qarşı avadanlıqların qaytarılması və zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı MMC və Cavabdeh MTK tərəfindən verilmiş apelyasiya şikayətləri mümkün hesab edilərək məhkəmənin icraatına qəbul edilmiş və işə baxılması 27.08.2021-ci il tarixə təyin edilmişdir. Bakı Kommersiya Məhkəməsi 06.07.2021-ci il tarixli sorğu məktubu ilə müraciət edərək iddiaçı Maraqlı şəxs MMC tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə vəsatətə baxılması üçün işin Bakı Kommersiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin sorğusuna əsasən iş apelyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kommersiya mübahisəsi üzrə e-2-2(103)-810/2021 saylı iş apelyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar