Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-813/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1891/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə “X1 Company” MMC arasında HX012/0319 nömrəli 18 mart 2019-cu il tarixli xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı istifadəsində olan yük maşını və yarım qoşqu ilə “X1 Company” MMC-nin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməyi, “X1 Company” MMC isə xidmət müqabilində iddiaçıya xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər.
2. Sonradan İddiaçı, cavabdeh "xxxx" MMC və “X1 Company” MMC arasında bağlanmış HX012/0319 nömrəli 18 mart 2019-cu il tarixli müqavilə üzrə yaranmış borca dair xx.xx.2021-ci il tarixli Razılaşmadan müəyyən olunur ki, razılaşma imzalandığı tarixdən “X1 Company” MMC-nin HX012/0319 nömrəli 18 mart 2019-cu il tarixli müqavilə üzrə borc öhdəlikləri (vergilər daxil) cavabdeh "xxxx" MMC-yə ötürülür, “X1 Company” MMC-nin iddiaçıya razılaşmanın imzalanma tarixinə 6599 manat məbləğində borcu mövcuddur və bu borc məbləği cavabdeh "xxxx" MMC tərəfindən iddiaçının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7600 manat borcun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, 18 mart 2019-cu il tarixli müqavilə üzrə 5 ay üzrə (dekabr, aprel, may, sentyabr, oktyabr) ödənilməli olan məbləğlər ödənilməmişdir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsidə iddiaya etiraz etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1891/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 6599 manatın tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 01 iyun 2021-ci il tarixli əlavə razılaşmaya əsasən tərəflər təsdiq etmişlər ki, borcun ötürülməsindən sonra iddiaçıya 6599 manat (vergilər daxil) borc qalmışdır. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıya 1500 manat vəsait ödəmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
13. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
14. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
16. Həmin Məcəllənin 522.1-ci maddəsinə görə kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
19. Belə ki, iddiaçı ilə “X1 Company” MMC arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır.
20. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
21. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.
22. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
23. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin “X1 Company” MMC həmin xidmətlərin dəyərini ona ödəməmişdir.
24. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir.
25. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.
26. Belə ki, İddiaçı, cavabdeh "xxxx" MMC və “X1 Company” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Razılaşmaya əsasən “X1 Company” MMCnin HX012/0319 nömrəli 18 mart 2019-cu il tarixli müqavilə üzrə borc öhdəlikləri (vergilər daxil) cavabdeh "xxxx" MMC-yə ötürülmüş və razılaşmanın imzalanma tarixinə borcun məbləği 6599 manat məbləğində müəyyən edilmişdir.
27. Göründüyü kimi, iddiaçı ilə “X1 Company” MMC arasında bağlanmış xidmət müqaviləsi üzrə öhdəliklər 01 iyun 2021-ci il tarixli üçtərəfli müqaviləyə əsasən cavabdehə verilmiş və o, həmin müqavilə üzrə 6599 manat məbləğində borcun ödəməsini öz üzərinə götürmüşdür.
28. Eyni zamanda iş materiallarında olan ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə, yəni 01 iyun 2021-ci il tarixdən sonra iddiaçıya 1500 manat vəsait ödənilmişdir (i/v 138).
29. Kollegiya hesab edir ki, həmin ödəniş sənədində ödənişin təyinatı kimi xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinin qeyd olunması texniki səhv kimi qəbul edilməlidir.
30. Belə ki, bununla bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, tərəflər arasında belə bir müqavilə bağlanmamışdır.
31. Beləliklə, tərəflər arasında başqa bir müqavilənin bağlanmadığını nəzərə alaraq kollegiya hesab edir ki, 1500 manat məbləğində ödəniş məhz 18 mart 2019-cu il tarixli xidmət müqaviləsi və 01 iyun 2021-ci il tarixli razılaşma üzrə ödənilmişdir.
32. Həmin ödəniş məbləği də nəzərə alındıqda müəyyən olunur ki, cavabdehin iddiaçıya ödəməli olduğu cəmi məbləğ 5099 manat təşkil edir (6599 - 1500 = 5099).
33. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və yuxarıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
34. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1891/2022 nömrəli qətnaməsi dəyişdirilsin və cavabdeh "xxxx" MMC-dən 5099 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova