Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-830/2022 01.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-43/2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin binasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehin üzərinə iddiaçıya dəymiş ziyanın 3.654.188,82 manat pul vəsaitinin iddiaçının hesablaşma hesabına köçürülməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2-2(113)-43/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2-2(113)-43/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər Həmin Məcəllənin 361.20-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin adından verilmiş apellyasiya şikayəti Vəkil tərəfindən imzalanmış, lakin apellyasiya şikayətinə vəkilə cavabdehin adından apellyasiya şikayətini imzalamaq hüququ verən etibarnamə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2-2(113)-43/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363,364,366,384,400 və 405-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2-2(113)-43/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-830/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-830/2022
01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver