Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-848/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1553/2025 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 213720,80 (iki yüz on üç min yeddi yüz iyirmi manat səksən qəpik) manat məbləğində borcun və 503,72 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il, e-2-2(113)-1553/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 213720,80 manat məbləğində pul, 503,72 manat dövlət rüsumu, ümumilikdə 214224,52 (iki yüz on dörd min iki yüz iyirmi dörd manat əlli iki qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il, e-2-2(113)-1553/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmiş, həmin tarixdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il, e-2-2(113)-1553/2025 saylı icra sənədi icra edilməsi üçün Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir. Daha sonra cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə (vəsatət) təmin edilməmişdir. Hazırda cavabdeh Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadının ləğv edilməsini, müddətin bərpası barədə ərizənin təmin edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi məlumat çatmamış, çəkişmə prinsipi təmin edilməmiş və nəticədə cavabdeh öz mövqeyini məhkəmədə bildirə bilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixlie-2-2(113)-1553/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh MMC-dən 213.720,80 manat məbləğində pul, 503,72 manat dövlət rüsumu, ümumilikdə 214.224,52 (iki yüz on dörd min iki yüz iyirmi dörd manat əlli iki qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə rəsmi qaydada cavabdehin nümayəndəsi və vəkili tərəfindənxx.xx.2025-ci il tarixdə əldə edilmişdir. Cavabdeh "xxxx" MMC xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı xx.xx.2025-cil tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı,xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə Cavabdeh MMC tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməməsi qərara alınmışdır. Qərardad belə əsaslandırılmışdır ki,“Belə ki, materiallardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113) 1553/2025 saylı,xx.xx.2025-ci il tarixli qətnaməsi cavabdeh MMC-nin, habelə MMC-nin qanuni təmsilçisinin elektron kabinetlərinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Apellyasiya şikayəti cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə (apellyasiya şikayəti verilmə müddəti bitdikdən 29 gün sonra)verilmiş, cavabdeh tərəfindən məhkəməyə apellyasiya şikayəti verilməsi müddətinin üzrlü səbəbdən ötürülməsi barədə ümumiyyətləhərhansı sübut təqdim edilməmişdir.” Məhkəmə qərardad qəbul edən zaman nəzərə almamışdır ki, əgərhəqiqətən cavabdeh qətnaməni almış olsa idi, bu zaman ondan təkrar məhkəmə qətnaməsinin əldə edilməsi üçün Dövlət Rüsumu haqqında AzərbaycanRespublikası Qanununa əsasən ödənilməli olan 10 manat məbləğində rüsum tələb edilərdi. Bu fakt özüdə təsdiq edir ki, cavabdeh məhkəmə qətnaməsini əldə etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1553/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətə etiraz vermiş və etiraını onunla əsaslandırmışdır ki, ərizənin məqsədi qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasını ləngitmək və tələbkarın mənafelərini zərbə altına qoymaqdan ibarətdir. İcradan yayınan və hazırda qanuni təmsilçisi axtarışda olan şəxsin bu cür manipulyativ prosessual davranışı, təkcə qərarın icrasını uzatmır, həmçinin dövlət orqanlarının səmərəli fəaliyyətinə, məhkəmə qərarlarının icrasının təminatına və axtarışda olan şəxsə nəzarət tədbirlərinə ciddi təhlükə yaradır. Qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzürlü olmalıdır ki, məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa etsin. Üzrlü səbəblərə müraciət edənin özü ilə bağlı olan və ərizəçinin müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə mane olan obyektiv hallar (məsələn, fövqəladə hallar və hadisələr:daşqınlar, yanğınlar, zəlzələlər, epidemiyalar və s.) aid edilə bilər. Qətnamə rəsmi qaydada cavabdehə təqdim edilmişdir. e-2-2(113)-1553/2025 nömrəli iş üzrə xx.xx.2025 tarixli qətnamə xx.xx.2025 tarixində elektron kabinetdə yerləşdirilmişdir. Göründüyü kimi, mübahisələndirilən qətnamə rəsmi qaydada verilmişdir. Əlavə olaraq, “Gefest" MMC-nin bütün fəaliyyəti dövründə və məhkəmə prosesinin bütün mərhələlərində vergi bəyannamələri, mənfəət bəyannaməsi və hər ay ƏDV bəyannaməsi rəsmi olaraq İnternet Vergi İdarəsi (e-taxes.gov.az) vasitəsilə təqdim edilib və şirkət bu günə qədər də aktivdir, bəyannamələri fasiləsiz göndərir. Belə olan halda, həm iddiaçı tərəfindən e-taxes üzərindən göndərilmiş iddia ərizəsi və pretenziya məktublarını, həm də göndərilmiş məhkəmə bildiriş və aktları cavabdeh tərəfin görməməsi və ya bunlardan xəbərsiz olması faktiki olaraq mümkünsüzdür. “Məlumatım yox idi” kimi müdafiə, hüquqi və faktiki baxımdan yalnız saxta bəhanədir və bu, elektron dövlət resurslarından davamlı istifadə edən bir şirkət üçün tamamilə inandırıcılıqdan uzaqdır. Əgər cavabdeh davamlı şəkildə bəyannamə təqdim edə bilirsə, eyni portaldakı bildirişləri də vaxtında görmək və oxumaq məcburiyyətindədir. Qeyd olunmalıdır ki, məhkəmə qətnaməsinin icrası mərhələsində Cavabdeh MMC və onun qanuni təmsilçisi icra orqanı tərəfindən dəfələrlə rəsmi və telefon vasitəsilə çağırılmış, lakin heç bir üzürlü səbəb olmadan icra orqanına gəlməkdən məqsədli şəkildə yayınmışdır. İcra orqanı bu barədə yazılı izahat təqdim edib, icra işində barəsində axtarış qərarı çıxarılıb və bu barədə tərəflər rəsmi şəkildə məlumatlandırılıb. “İcra haqqında” Qanunun 27-ci maddəsinə görə, borclu (həm fiziki, həm hüquqi şəxs rəhbəri) icra tədbirlərindən yayınarsa, icra məmuru onun barəsində axtarış qərarı çıxarır və bu, hüquqi baxımdan borclunun qəsdən icradan yayınan və dövlət orqanlarının qanuni tələblərinə məhəl qoymayan şəxs kimi tanınmasına səbəb olur. Cavabdeh artıq 2 ay ərzində icra orqanına gəlməkdən məqsədli şəkildə imtina edib və yalnız apellyasiya müddəti keçdikdən sonra “xəbərim yoxdur” kimi gülünc və əsassız bəhanələrlə çıxış edir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından yayınmaq, icra prosesini manipulyasiya etmək və axtarışda olduğu halda hüquqi prosesin gedişini gecikdirməyə çalışmaq - hüquqi baxımdan açıq şəkildə prosessual cığallıq niyyətinin təzahürüdür və bu cür davranış heç bir halda üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Qanunun tələbinə əsasən, belə hallar üzürlü səbəb sayıla bilməz və apellyasiya müddətinin bərpasına əsas vermir. Cavabdeh bu gün də rəsmi olaraq Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 108, mənzil 94 ünvanında qeydiyyatdadır. Cavabdeh nə bu ünvanı rəsmi qaydada dəyişməsi, nə də ki, “həmin ünvanda fəaliyyət göstərməyi dayandırrrması barədə hər-hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin “həmin ünvanda fəaliyyət göstərməyi dayandırm”ası sadəcə ərizəyə faktiki əsas yaratmaq cəhdidir. Həmçinin hesab edir ki, əriçəçinin “1 aylıq müddət formal olaraq ötürülsə də, bu, cavabdehdən asılı olmayan səbəblərdən baş vermişdir” dəlili elə, ərizəçinin özünün “həmin ünvanda fəaliyyət göstərməyi dayandırmışdır”dəlili ilə təkzib edilir və ərizənin əslində süni şəkildə “üzürlü” əsas yaratmaqla verildiyini göstərir. Hesab edir ki, \ıenire contra factum proprium (heç kim özünün əvvəlki davranışına zidd ola bilməz) klassik hüquq prinsipi əsas götürülməklə, digər bir klassik hüquq prinsipi ex dolo mafo non oritur action (məhkəmə öz tələbini vicdansız davranışla əsaslandıran şəxsin tərəfini tutmur) tətbiq edilməli, cavabdehin hüquqdan sui-istifadə olan dəlilləri qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız olaraq mübahisələndirilməsinin əsasını təşkil etməməlidir. Bundan əlavə Cavabdehin qanuni təmsilçisi Nümayəndə2 cavabdehin hüquqi ünvanı olan ünvan 1şayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il, e-2-2(113)-1553/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə2 elektron kabinetinə yerləşdirilmişdir. Digər tərəfdən EMİS-dən çıxarışlara əsasən o da müəyyən edilir ki, Cavabdeh MMCnin qanuni təmsilçisi Nümayəndə2 “Elektron Məhkəmə” İnformasiya sistemində elektron kabineti mövcud olsa da, sistemdə qeydiyyata alınmış elektron ünvanı (e-mail), mobil telefon nömrəsi və s. yoxdur. Mülki Prosessual Məcəllənin: 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.8-ci maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Yuxarıda göstərilən normanın məzmunundan da göründüyü kimi məhkəmə sənədlərinin elektron qaydada çatdırılmış hesab edilməsi üçün onlar işdə iştirak edən şəxslərin və ya onların nümayəndələrinin “elektron kabinet”lərində yerləşdirilməklə yanaşı sonunculara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmalıdır. Hazırkı halda isə Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə2 Elektron Məhkəmə” İnformasiya sistemində elektron kabineti olsa da, elektron poçt ünvanının, mobil telefon nömrəsinin sistemdə qeydiyyata alınması iş materialları ilə öz təsdiqini tapmadığından qətnamənin cavabdehin elektron kabinetinə yerləşdirilməsi 135.8-ci maddəsinin tələbləri baxımından rəsmi qaydada verilmə kimi qiymətləndirilə bilməz. MPM-nin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizənin rədd edilməsi barədə gələrkən göstərilən halları nəzərə almamış, qətnamənin Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə2 elektron kabinetinə yerləşdirilməsini rəsmi qaydada verilmə hesab etmişdir. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda göstərilənlər nəzərə alınmaqla müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1553/2025 saylı qərardadı ləğv edilsin. Prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-848/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-848/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver