Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-85/2025 18.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pulun tutulması tələbinə dair iş üzrə (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam) hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 2(113)-4447/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı MMC ilə “Palma-ENK Tarvel Company” şirkəti arasında xx.xx.2009-cu il tarixli 66 saylı “subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə” müqavilə bağlanmışdır.
2. Müqavilənin 1-ci bəndinə əsasən müqavilənin əsas mövzusu agentin tapşırığı ilə subagentin aşağıda qeyd olunan əməliyyat və xidmətləri yerinə yetirməsidir: 1) sərnişin daşımaları üzrə dövlətlərarası və regionlararası reysləri yerinə yetirən aviaşirkətlərin, gələcəkdə daşıyıcı adlandıracaq və X1 sənədlərində bu daşımaların satışını təşkil etmək və həyata keçirmək; 2) subagentin fəaliyyətinin normal aparılması məqsədilə ona lazımi ciddi uçot blanklarının (JUB), möhür və ştampların ayrılması və avtomatlaşdırılması bron sisteminə qoşulmasını təmin etmək; 3) sanatoriyalara putyovkaların satışını həyata keçirmək
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 15753,98 manat borcun, 2362 manat əldən çıxmış faydanın və mediasiya prosesinin aparılması üçün ödənilmiş 200 manat xidmət haqqının, cəmi 18315,98 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə razılaşma olmuş və bunun əsasında İddiaçı MMC-nin (agent) vasitəsi ilə sərnişin daşımaları üzrə dövlətlərarası və regionalarası reysləri yerinə yetirən aviaşirkətlərin aviabiletlərinin satışını, xarici ölkələrə turların və sanatoriyalara putyovkaların satışlarını təşkil etmişdir. Bununla bağlı İddiaçı MMC və "xxxx" MMC arasında üzləşmə aktı mövcud olmuş və "xxxx" MMC şirkəti tərəfindən də təsdiqlənmişdir. Hazırda həmin Sifarişlə bağlı "xxxx" MMC-nin Delta Group LTD MMC-yə 15753,98 manat borcu yaranmışdır. Bununla bağlı cavabdehə həm elektron vergi xidmətindən, həmçinin poçt vasitəsilə və elektron məhkəmə vasitəsilə məktublar göndərilməsinə baxmayaraq borc cavabdeh tərəfindən qaytarılmamışdır. Əladən çıxmış fayda qismində cavabdehdən illik 5% olmaqla ümumilikdə 2362 manatın alınması xahiş olunur. Belə ki, 2 ildən çoxdur ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ziyan vurmaqdadır
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4447/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən “subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə” xx.xx.2009-cu il tarixli müqavilə üzrə 15753,98 manat məbləğində pul vəsaiti və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir
7. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız 3 il əvvəl olan üzləşmə aktına istinad etmişdir. Halbuki, ondan sonra baş verən prosesləri cavabdeh etirazlarında bildirmiş, sənədlər təqdim etmiş, lakin məhkəmə tərəfindən qeyd edilən hallarla bağlı araşdırma aparılmamışdır.
b) Apellyasiya instansiya məhkəməsindəki ilk icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, e-2-2(103)-324/2024 nömrəli qətnaməsi ilə cavabdeh Palma-ENK” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4447/2023 saylı qətnaməsi qismən, yəni 15753,98 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 1235,45 manat məbləğində pul vəsaiti tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən ləğv, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
10. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(102)- 488/2024 nömrəli qərarı ilə İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 aprel tarixli 2-2(103)- 324/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
d) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
Apellyasiya baxışı, verilən izahatlar
11. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə şifahi icraat qaydasında işə baxılması xx.xx.2025-ci il tarixə, saat 09:45-ə təxirə salınmışdır.
12. xx.xx.2025-ci il tarixdə AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə İddiaçı MMC-nin nümayəndəsi və vəkili tərəfindən iddiadan imtina edilməsi ilə bağlı ərizə daxil olmuşdur.
13. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili ərizəni müdafiə etmiş və təmin olunmasını xahiş etmişdir, cavabdehin nümayəndəsi və vəkili isə ərizənin təmin olunmasına etiraz etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
15. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
16. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
17. Maddə 261.0.4 İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
18. Maddə 370.1 Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
19. Məhkəmə kollegiyası ərizəyə iş materialları ilə birlikdə baxaraq hesab edir ki, İddiaçı MMC-nin öz iddiasından imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə iş üzrə icraata xitam verilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə İddiaçı MMC-nin öz iddiasından imtinası qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4447/2023 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. Kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Apellyasiya instansiyasında keçirilmiş audit xidmətinin dəyəri olaraq 200 (iki yüz) manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Auditorlar Palatasının hesabına köçürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.