Məhkəmə qərarları › İş №2-2(103)-853/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-853/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-853/2025 23.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat müqaviləsi, podrat müqaviləsi üzrə işlərin təhvil verilməsi anı, müqavilə şərtləri, avans ödənişi, sübutetmə) hakimlər X1 (sədrlik edən və məruzəçi), X6 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-290/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC ilə X3 arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 1234.5 kv. sahəsi olan qeyri yaşayış sahəsi İddiaçı MMC tərəfindən xx.xx.2033-cü il tarixədək aylıq 15500 manat icarə haqqı ödənilməklə icarəyə götürülmüşdür.

2. İddiaçı MMC (“podratçı”) ilə Cavabdeh MMC (“icraçı”) arasında 22 avqust 2023-cü il tarixli müqavilə imzalanmışdır.

3. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, İcraçı, Podratçının tapşırığına əsasən, müqaviləyə uyğun olaraq, Bakı şəhəri, Xətai rayonunda yerləşən mağazada havalandırma və soyutma sistemi işlərini “İcraçı” “Podratçı” yerinə yetirilməsini öhdəsinə götürür.

4. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, müqavilənin umumi dəyəri ƏDV daxil olmaqla 187000 (bir yüz səksən yeddi min) manat təşkil edir.

5. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, İcraçı müqavilə qeyd olunmuş tərkibdə, həcmdə və müddətdə xidməti işlərini layihəyə uyğun keyfiyyətdə yerinə yetirməyi öhdəsinə götürür, qurtarmış işləri, inşaat obyektini təhvil verir, obyektin vaxtında istismara verilməsini “Podratçı” ilə birlikdə təmin edir.

6. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, işlərin yerinə yetirilməsi zamanı, nöqsanlara yol verilərsə, işlər keyfiyyətsiz aparılarsa “Podratçı” qarşısında maddi məsuliyyət daşıyır.

7. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən işlərin yerinə yetirilməsinin müqavilədə göstərilmiş müddətinin gecikdirilməsinə görə “Podratçı” qarşısında məsuliyyət daşıyır. İşlərin xidmətləri “Podratçının” müəyyən etdiyi müddətdə təhvil verməyə borcludur. Əks təqdirdə “İcraçı” hər gecikdirilmiş gün üçün xidmətin dəyərinin 5%-i məbləğində “Podratçı” tərəfindən cərimə olunur.

8. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 100 000 manat pul köçürülmüşdür.

10. 25.08.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından Cavabdeh MMC-nin hesabına xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 00351 saylı hesab-fakturaya əsasən 18 000 manat pul köçürülmüşdür.

11. Cavabdeh MMC tərəfindən verilmiş AAÜ seriyalı 157907 saylı xx.xx.2023-cü il tarixli kassa mədəxil orderi qəbzi ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 27 000 manat pul ödənilmişdir.

12. Cavabdeh MMC tərəfindən verilmiş AAÜ seriyalı 157908 saylı xx.xx.2024-cü il tarixli kassa mədəxil orderi qəbzi ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 30 000 manat pul ödənilmişdir.

13. İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır.

14. "xxxx"MMC tərəfindən İddiaçı MMC-yə MT2408 ********* saylı xx.xx.2024-cü il tarixli 10.50 manat, MT2408 10613347 saylı xx.xx.2024-cü il tarixli 810.36 manat, MT2408 20240041 saylı xx.xx.2024-cü il tarixli 114 manat, MT2407 11797383 saylı xx.xx.2024-cü il tarixli 1269.22 manat məbləğində elektron qaimə göndərilmişdir.

15. 08.10.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" MMC-nin hesabına MT2408 10613346 saylı elektron qaiməyə əsasən 1.60 manat pul köçürülmüşdür.

16. 08.10.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" MMC-nin hesabına 123.6 manat pul köçürülmüşdür.

17. 08.10.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" MMC-nin hesabına 17.3 manat pul köçürülmüşdür.

18. 08.10.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" MMC-nin hesabına 193.6 manat pul köçürülmüşdür.

19. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 686.75 manat pul köçürülmüşdür.

20. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 96.61 manat pul köçürülmüşdür.

21. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 1075.61 manat pul köçürülmüşdür.

22. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 2100 manat pul köçürülmüşdür.

23. 08.10.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" MMC-nin hesabına 378 manat pul köçürülmüşdür.

24. "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli 41 saylı alqısatqı müqaviləsi imzalanmışdır.

25. “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 19953.5 manat pul köçürülmüşdür.

26. 08.10.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" MMC-nin hesabına 3591 manat pul köçürülmüşdür.

27. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə MT2407 ******* saylı xx.xx.2024-cü il tarixli hesabına 47090.26 manat məbləğində elektron qaimə göndərilmişdir.

28. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 19953.5 manat pul köçürülmüşdür.

29. 01 iyul 2024-ü il tarixli İddiaçı MMC və X4 arasında imzalanmış xidmət müqaviləsinin məzmunundna görünür ki, ünvan 1 ünvanında yerləşən 1234.5 kv. sahəsi olan qeyri yaşayış sahəsində X4 havalandırma sisteminin tam quraşdırılmasını öhdəsinə götürmüş, hər iki tərəfin imzası ilə təsdiqlənərək, müqavilə üzrə ümumi dəyər 19570 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

30. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən (X5) İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən mağazada havalandırma və soyutma sistemi işlərinin yerinə yetirmədiyi üçün vurulmuş maddi zərərin əvəzi qismində 135000 (bir yüz otuz beş min) manat, həmin işlərin gecikdirilməsinə görə cəmi 1 (bir) ay üçün 280500 (iki yüz səksən min beş yüz) manat, ödənilmiş icarə haqqının əvəzi qismində 6 (altı) ay üçün 93000 (doxsan üç min) manat, İddiaçı MMC-nin direktoru Gəncəli İsmayılova vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat olmaqla, ümumilikdə 518500 manat dəyərində zərər və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 808.50 (səkkiz yüz səkkiz manat 50 qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1234.5 kv. sahəsi olan qeyri-yaşayış obyekti fiziki şəxs X2 mülkiyyətindədir. Bakı şəhəri 53 saylt notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən qeyd olunan obyekt İddiaçı MMC tərəfindən xx.xx.2033-cü il tarixədək aylıq 15500 manat icarə haqqı ödənilməklə icarəyə götürülmüşdür. Obyekt icarəyə götürüldükdən sonra “Karaca” adı altında ticarət obyekti kimi Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən uçota alınmışdır. Obyekt təmirsiz halda qəbul edilmiş, təmirə başlandıqdan sonra İddiaçı MMC-nin direktoru X3 ilə Cavabdeh MMC-nin direktoru X10 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən, Cavabdeh MMC mağazada havalandırma və soyutma sistemi işlərinin yerinə yetirməyi (tam quraşdıraraq təhvil verməyi) öhdəsinə götürmüşdür. Bağlanmış müqaviləyə əsasən görüləcək işlərin ümumi dəyəri ƏDV daxil olmaqla 187000 (yüz səksən yeddi min) manat təşkil edir. Müqavilədə göstərilmiş müqavilə dəyərindən 175000 (bir yüz yetmiş beş min) manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir. Danışıqlara əsasən Cavabdeh MMC tərəfindən görüləcək işlər 1 (bir) aya yekunlaşmalı idi. Lakin müqavilə bağlandığı müddətdən 10 (on) aydan artıq müddət keçməsinə baxmayaraq hələdə cavabdeh şirkət üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməmiş, görüləcək işlər tamamlanmamışdır. Hal-hazırda mağazanın havalandırma və soyutma sistemi işlərinin tam yerinə yetirilməməsi səbəbindən icarə müqaviləsi bağlandığı müddətdən 1 ildən çox müddət keçməsinə baxmayaraq hələdə mağazanın təmir işləri yekunlaşmamışdır. Mağazada görüləcək digər işlər də, havalandırma və soyutma sistemi tam qurulub başa çatdırılmadığından yekunlaşa bilmir. Yuxarıda qeyd olunan Podrat müqaviləsinin 2.3-cü bəndinin 2-ci hissəsinə əsasən, işlərin yerinə yetirilməsində yubanma hallarına rast gəldikdə podratçı tərəfindən icraçı bu barədə xəbərdarlıq edilir. Cavabdeh MMC-yə işlərin yekunlaşdırılması barədə tərəfimizdən dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq işlərin tamamlanması barədə heç bir hərəkət etməmişdir. Müqavilədə göstərilmiş müqavilə dəyərindən tərəfimizdən 175000 (bir yüz yetmiş beş min) manat məbləğində pul vəsaiti ödənilsə də, görülmüş işlərin dəyəri ümumilikdə 40000 (qırx min) manat təşkil edir. Cavabdehlə aramızda imzalanmış Podrat Müqaviləsinin: 1.1-ci bəndinə əsasən, İcraçı, Podratçının tapşırığına əsasən, müqaviləyə uyğun olaraq, Bakı şəhəri, Xətai rayonunda yerləşən mağazada havalandırma və soyutma sistemi işlərini “İcraçı” “Podratçı” yerinə yetirilməsini öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən, müqavilənin umumi dəyəri ƏDV daxil olmaqla 187000 (bir yüz səksən yeddi min) manat təşkil edir. 2.4-cü bəndə əsasən, İcraçı müqavilə qeyd olunmuş tərkibdə, həcmdə və müddətdə xidməti işlərini layihəyə uyğun keyfiyyətdə yerinə yetirməyi öhdəsinə götürür, qurtarmış işləri, inşaat obyektini təhvil verir, obyektin vaxtında istismara verilməsini “Podratçı” ilə birlikdə təmin edir. İşlərin yerinə yetirilməsi zamanı, nöqsanlara yol verilərsə, işlər keyfiyyətsiz aparılarsa “Podratçı” qarşısında maddi məsuliyyət daşıyır. İşlərin yerinə yetirilməsinin müqavilədə göstərilmiş müddətinin gecikdirilməsinə görə “Podratçı” qarşısında məsuliyyət daşıyır. İşlərin xidmətləri “Podratçı”nın müəyyən etdiyi müddətdə təhvil verməyə borcludur. Əks təqdirdə “İcraçı” hər gecikdirilmiş gün üçün xidmətin dəyərinin 5%-i məbləğində “Podratçı” tərəfindən cərimə olunur. Müqavilənin şərtlərinə uyğun olaraq razışlaşdırılmış qaydada İddiaçı MMC nəzərdə tutulmuş ödəniş məbləğindən 175000 manat cavabdehə ödənilmişdir. Bir müddət müqavilədə göstərilmiş işlər görüldükdən sonra tikintinin müqaviləyə uyğun getmədiyinin, havalandırma sisteminin qurulub başa çatdırılmamasının, gecikdirilməsinin şahidi oldum. Bundan əlavə, cavabdeh obyektin müqavilədə nəzərdə tutulmuş işlərinin yerinə yetirilməsi zamanı əsassız olaraq müxtəlif bəhanələrlə yubadaraq işi aramızda razılşadırılmış müddətdə, (2023-cü ilin avqust ayının sonlarına kimi tamamlamlı idi) tamamlamalı olduğu halda yerinə yetirməmişdir. Halbuki, İcraçı müqavilədə qeyd olunmuş tərkibdə, həcmdə və müddətdə xidməti işlərin layihəyə uyğun keyfiyyətdə yerinə yetirməyi öhdəsinə götürür, qurtarmış işləri, inşaat obyektini təhvil verir, obyektin vaxtında istismara verilməsini öhdəsinə götürmüş, Əks təqdirdə “İcraçı”nın hər gecikdirilmiş gün üçün xidmət dəyərinin 5% məbləğində “Podratşı” tərəfindən cərimə olunur. Müqaviləyə uyğun olaraq hər gecikdirilmiş günə görə xidmət dəyərinin 5% məbləğində ümumikdə gecikdirilmiş günlərə görə bir gün üçün 9350 manat olmaqla bir ay üçün ümumilikdə 280.500 manat təşkil edir və cərimə məbləği olaraq bir aylıq tələb etmək niyyətindəyik. Bundan başqa, obyektin hər ayı üçün İddiaçı MMC tərəfindən 15500 (on beş min beş yüz) manat məbləğində icarə müqaviləsinə uyğun olaraq icarə haqqı ödənilir. Cavabdeh tərəfindən işlərin yubadılması səbəbindən mağaza istismara verilmədiyindən gəlir gətirmir, buna görə də, ödənilmiş icarə haqqı da cavabdehdən tutulmalıdır. Ona görə də, ümumilikdə cavabdehdən 6 ay üçün icarə haqqı, hər ay üçün 15500 (on beş min beş yüz) manatdan hesablanmaqla ümumilkdə 93000 (doxsan üç min) manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Ümumilikdə cavabdeh tərəfindən ödəniləcək maddi zərərin həcmi 508500 (beş yüz səkkiz min beş yüz) manat təşkil edir. Bundan başqa, İddiaçı MMC-nin diroktoru Gəncəli İsmayılov tərəfindən dəfələrlə cavabdehə işlərin vaxtında yekunlaşdırılması tələb edilsə də, cavabdeh buna məhəl qoymadığından mənəvi sarsıntı və iztirablar keçirmişdir. Buna görə də, cavabdehdən maddi zərərlə yanaşı ondan həm də 10000 (on min) manat mənəvi zərərin ödənilməsi tələb edilir.

32. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC-dən İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən mağazada havalandırma və soyutma sistemi işlərinin yerinə yetirmədiyi üçün vurulmuş maddi zərərin əvəzi qismində 135000 (bir yüz otuz beş min) manat, həmin işlərin gecikdirilməsinə görə cəmi 1 (bir) ay üçün 280500 (iki yüz səksən min beş yüz) manat, ödənilmiş icarə haqqının əvəzi qismində 6 (altı) ay üçün 93000 (doxsan üç min) manat, olmaqla, ümumilikdə 508500 manat dəyərində zərər və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 808.50 (səkkiz yüz səkkiz manat 50 qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Məhkəmə iclasında dindirilən şahid X15 ğlunun ifadəsindən görünür ki, tərəflər arasında danışıqlarda iştirak etdiyni bildirmiş, cavabdeh tərəfindən danışıqlar zamanı layihəyə 166.000 dollar qiymət çıxarıldı. Daha sonra iddiaçı başqa bir təklif irəli sürdü, həmin təklifə əsasən, qiymət 187.000 azn müəyyənləşdirildi. Və belə razılaşdırıldı ki, biz işlərin görülməsi prosesinə başlayaq, sonradan nə kimi əlavələr olsa, onların ödənişləri də ödəniləcəkdir. Sonrasında görülən işlərin 4-cü mərtəbədə də həyata keçiriləcəyi təqdirdə 25.500 azn əlavə ödəniləcəyi bildirildi. Bir müddət sonra Crescent Mall məsələsi meydana çıxdı və biz də bildirdik ki, o işi də bizimkilər görər. Oradakı görülən işlərlə bağlı da 85.000 azn ödəniş danışıldı. Amma o işlə bağlı müqavilə olmadı. Çünki əvvəl iş görülürdü və şifahi danışıqlar kifayət etdi. Açılışa 1 gün qalmış biz Crescent Malldakı işi yekunlaşdırıb təhvil verdik. Proses 2024-cü ildə baş vermişdir. Afiyəddin Cəlilovdakı işin Crescent Malldakı işdən sonra davam etdirilməsini iddiaçı özü tələb etmişdir. Sadəcə işlər mərhələ-mərhələ həyata keçirilirdi. Crescent Malldakı işləri yekunlaşdırdıqdan sonra tərəflər arasında mübahisələr başladı. Mübahisə pulun məbləği ilə bağlı idi. Afiyəddin Cəlilovdakı obyektdə təxmini 56.000 azn-lik görülməli olan iş qalmışdı. Müqavilədə və danışıqlarda təhvillə bağlı müddət nəzərdə tutulmamışdır. Evfemiyanın təklifi ilə 2-ci obyektdə işlərin görülməsinə başlanıldı. Afiyəddin Cəlilovdakı obyektdəki işlərin ləngiməsi Evfemiyanın özünün təklifi ilə bağlıdır, çünki onlar Crescent Malldakı işin daha tez təhvil verilməsini istəyirdilər.

34. Məhkəmənin 16 oktyabr 2024-cü il tarixli qərardadı ilə görülmüş işlərinin dəyərinin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilmiş, lakin tədqiqat obyektində iddiaçı tərəfindən görülməyən işlər tamamlandığı üçün, ilkin vəziyyət saxlanılmadığı üçün məhkəmə ekspertizası aparılmasından imtina edilmişdir.

35. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-290/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 59342.34 manat (əlli doqquz min üç yüz qırx iki manat otuz dörd qəpik) əsas borc, 3000 manat (üç min) cərimə və ödənilmiş 277 manat dövlət rüsumunun İddiaçı MMC -nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

36. Məhkəmə qətnaməsini aşağıdakı kimi əsaslandırmışdır:  İşin mübahisəsiz halları ondan ibarətdir ki, iş materiallarına əlavə edilən sübutlar, şahid ifadələri və tərəflərin izahatları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli podrat xidmətləri haqqında müqaviləyə əsasən öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən podratçı tərəfindən görülməli olan havalandırma işlərinin dəyəri 187000 manat məbləğində müəyyən edilmiş, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq ümumi müqavilənin dəyəri olan 187 000 manat pul vəsaitindən 175 000 manat məbləğində pulu cavabdehin hesabına köçürmüşdür. Tərəflər arasında işin mübahisəsiz hallarından biri də, cavabdeh tərəfindən müqavilə üzrə müəyyən edilən qeyri-yaşayış sahəsində havalandırma işlərinin müəyyən hissəsinin görülməsidir. Tərəflər arasında mübahisələndirilən hal, cavabdeh iddianı qəbul etməyərək, iddiaçı tərəfindən ödənilən 175000 manat məbləğində işlərin görüldüyünü qeyd edir, iddiaçı isə, cavabdeh tərəfindən 40000 manat məbləğində işlərin gürüldüyünü qeyd edərək, onun tərəfindən cavabdehə artıq ödənilmiş 135000 manat pulu, işlərin gecikdirilməsinə görə dəymiş zərəri və əldən çəxmış faydanı tələb edir. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən mağazada havalandırma və soyutma sistemi işlərinin müqavilə üzrə cavabdeh tərəfidən görülmüş işlərinin dəyərinin müəyyən edilməsi üçün xx.xx.2024-cü il tarixndə məhkəmə ekspertizası təyin edilmiş, lakin tədqiqat obyektində iddiaçı tərəfindən görülməyən işlər tamamlandığı üçün, ilkin vəziyyət saxlanılmadığı üçün məhkəmə ekspertizası aparılmasından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli podrat xidmətləri haqqında müqaviləyə əsasən cavabdeh tərəfindən işlərin tam yerinə yetirilməməsi işin mübahisəsiz halı olduğundan, iddiaçı tərəfindən işlər tamamlandığı üçün ekspertiza rəyi verilməsindən imtina edildiyindən, müqavilə üzrə qeyri-yaşayış sahəsində görüləcək işlərinin tamamının dəyərinin 187000 manat müəyyən edilməsi nəzərə alınaraq cavabdeh tərəfindən görülən işlərin dəyərini ancaq, iddiaçı tərəfindən işlərin tamamlanması üçün çəkilən xərclərlə müəyyən etmək mümkündür.  Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mağazada havalandırma və soyutma sistemi işlərinin tam yerinə yetirilməməsi həmin işlərin tamamlanması üçün iş materiallarında olan iddiaçının "xxxx" MMC və "xxxx" MMC ilə olan alqı-satqı və xidmət müqavilələri, habelə cavabdehin nümayəndəsinin məhkəmə iclasında olan izahatı ilə təsdiq olunur.  İş materiallarına əlavə olunmuş ödəniş tapşırıqları ilə təsdiq olunur ki, İddiaçı MMC tərəfindən İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən mağazada havalandırma və soyutma sistemi işlərinin tamamlanması üçün ümumilikdə 71342.34 manat məbləğində xərc çəkilmişdir.  Məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar əsasənda, iddiaçının mübahisəli qeyri-yaşayış obyektində cavabdeh tərəfindən görülməyən işlərin tamamlanması üçün çəkdiyi xərclər nəzərə alınmaqla, cavabdeh tərəfindən görülmüş işlərin dəyərini müəyyən etmək mümkündür. Beləliklə, müqavilənin ümumi qiyməti 187 000 manat məbləğindən iddiaçı tərəfindən çəkilmiş 71342.34 manat xərc çıxıldıqda 115657.66 manat cavabdeh tərəfindən görülmüş ümumi işlərin dəyəri təşkil edir.  Lakin iddiaçı müqavilə üzrə nəzərdə tutulan 187 000 manat pul vəsaitindən 175 000 manat pulun ödənilməsini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə ödənilən məbləğdən, cavabdeh tərəfindən görülən işlərin dəyəri çıxılmaqla, qalan məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.(175000-115657.66=59342.34)  Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh MMC-dən İddiaçı MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən mağazada havalandırma və soyutma sistemi işlərinin yerinə yetirmədiyi üçün vurulmuş maddi zərərin əvəzi qismində 59342.34 manat əsas borc tutulmalıdır.  Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin həmin işlərin gecikdirilməsinə görə cəmi 1 (bir) ay üçün 280500 manat cərimənin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, MM-nin 467-ci maddəsinin tələblərinə əsasən cərimə məbləği 3000 manat məbləğində müəyyən edilməlidir.  Bundan əlavə iddiaçı ödənilmiş icarə haqqının əvəzi qismində 6 ay üçün 93000 manat pulun tutulmasını xahiş etmişdir.  Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 21, 443.4-cü maddəsinə əsasən, həmin hissədə (əldən çəxmış fayda) sübut təqdim olunmadığından iddia həmin hissədə rədd olunmalıdır. Belə ki, şahid ifadələrindən və tərəflərin izahatlarından, həmçinin müqavilənin məzmunundan göründüyü kimi, hazırki müqavilə üzrə işlərin tam təhvil verilmə anı göstərilməmişdir. Qeyd edilən hallar nəzərə alınmaqla, iddiaçı əldən çıxmış faydaya dair iddiasını sübut edə bilməmişdir.  Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 808.78 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.  Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 277 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

37. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 385.1, 442, 443.1, 448.1, 752.1, 759.1, 759.2, 762.1, 762.2, 443.1, 443.2, 443.3, 443.4-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat

a) Apellyasiya şikayətinin dəlilləri

38. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-290/2025 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin materiallarından da görünür ki, ünvan 1 ünvanında yerləşən mağazada havalandırma və soyutma sistemi işlərinin müqavilə üzrə cavabdeh tərəfindən görülmüş işlərin dəyərinin müəyyən edilməsi üçün xx.xx.2024-cü il tarixdən məhkəmə ekspertizası təyin edilmiş, lakin tədqiqat obyektində iddiaçı tərəfindən görülməyən işlər tamamlandığı və ilkin vəziyyət saxlanılmadığı üçün məhkəmə ekspertizası aparılmasından imtina edilmişdir. Məhkəmə bu halı nəzərə almaqla tərəflər arasında xx.xx.2023-cü il tarixli podrat xidmətləri haqqında müqaviləyə əsasən cavabdeh tərəfindən işlərin tam yerinə yetirilməməsi işin mübahisəsiz halı olması, iddiaçı tərəfindən işlər tamamlandığı üçün ekspertiza rəyi verilməsindən imtina edildiyindən, müqavilə üzrə qeyri-yaşayış sahəsində görüləcək işlərin tamamının dəyərinin 187000 manat müəyyən edilməsi nəzərə alınaraq cavabdeh tərəfindən görülən işlərin dəyərini ancaq, iddiaçı tərəfindən işlərin tamamlanması üçün çəkilən xərclərlə müəyyən etmək mümkünlüyünü qeyd etsə də, sonda öz subyektiv mülahizəsi baxımından iddia tam təmin olunmalı halda, əksinə qismən qeyri - obyektiv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə özü də qeyd edir ki, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mağazada havalandırma və soyutma sistemi işlərinin tam yerinə yetirilməməsi həmin işlərin tamamlanması üçün iş materiallarında olan iddiaçının "xxxx" MMC və "xxxx" MMC ilə olan alqı-satqı və xidmət müqavilələri, habelə cavabdehin nümayəndəsinin məhkəmə iclasında olan izahatı ilə təsdiq olunur. Məhkəmə iş materiallarına əlavə olunmuş ödəniş tapşırıqları İddiaçı MMC tərəfindən İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən mağazada havalandırma və soyutma sistemi işlərinin tamamlanması üçün ümumilikdə 71342.34 manat məbləğində xərc çəkilməsini göstərərək və iddiaçı müqavilə üzrə nəzərdə tutulan 187 000 manat pul vəsaitindən 175 000 manat pulun ödənilməsini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə ödənilən məbləğdən, cavabdeh tərəfindən görülən işlərin dəyəri çıxılmaqla, qalan məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməli (175000-115657.66=59342.34) olması qənaətinə gələrkən nəzərə almamışdır ki, cavabdeh tərəfindən görülmüş ümumi işlərin dəyəri 115657.66 manat təşkil edə bilməzdi. Məhkəmənin də göstərdiyi kimi ekspertiza ona görə baş tutmamışdır ki, obyektdə cavabdedən tərəfindən görülməyən işlər iddiaçı tərəfindən tamamlanmışdır və belə olan halda müqavilədə göstərilmiş müqavilə dəyərindən tərəfimizdən 175000 (bir yüz yetmiş beş min) manat məbləğində pul vəsaiti ödənilsə də, görülmüş işlərin dəyəri ümumilikdə 40000 (qırx min) manat təşkil etməsinə dair dəlilimizə məhkəmənin iş materiallarına əlavə olunmuş ödəniş tapşırıqları ilə qiymət verməsi düzgün olmamışdır. Beləliklə də, məhkəmənin Cavabdeh MMC-dən İddiaçı MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən mağazada havalandırma və soyutma sistemi işlərinin yerinə yetirmədiyi üçün vurulmuş maddi zərərin əvəzi qismində 59342.34 manat əsas borc tutulmalı olmasına dair nəticəsi natamam olmaqla səhvdir. Belə ki, cavabdeh tərəfindən görülmüş ümumi işlərin dəyəri 115657.66 manat təşkil edə bilməsini təsdiq edən sübut iş materiallarında yoxdur. Bu məbləğ iddiaçının etirafına əsasən azı 40000 manat təşkil edə bilərdi ki, məhkəmə də İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 175000 (bir yüz yetmiş beş min) manat məbləğində pul vəsaitindən etiraf edilmiş məbləği çıxsa idi bu ağlabatan nəticəyə daha yaxın nəticə olardı. Məhkəmə göstərilən nəticələrə gələrkən qətnamədə sadaladığı maddi hüquq normalarının tələblərinə tam və düzgün əməl etməmişdir. xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən qeyd olunan obyekt İddiaçı MMC tərəfindən xx.xx.2033-cü il tarixədək aylıq 15500 manat icarə haqqı ödənilməklə icarəyə götürülmüşdür. Başqa sözlə, İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdən başlayaraq aylıq 15500 manat icarə haqqı ödənilməsi davam etsə də icarəyə götürülmüş obyekt podrat müqaviləsi bağlandığı xx.xx.2023-cü il tarixdən cavabdehin məsuliyyətsiz hərəkətsizliyinə görə faktiki olaraq təyinatı üzrə “Karaca” adı altında ticarət obyekti kimi fəaliyyət göstərə bilmədiyi üçün müqavilə üzrə görüləcək işlər üçün nəzərdə tutulmuş 1 ay istisna olmaqla hazırki vaxta kimi hər ay kirayə haqqı məbləğində zərərə uğrayır və əldə etməyinə ümid etdiyi gəlirdən tam məhrumdur. Müqavilə üzrə işlərin tam təhvil verilmə anı göstərilməsə də, məhkəmə hazırki mübahisəyə qiymət verərkən nəzərə almamışdır ki, danışıqlara əsasən Cavabdeh MMC tərəfindən görüləcək işlər 1 (bir) aya yekunlaşmalı idi. Lakin müqavilə bağlandığı müddətdən 10 (on) aydan artıq müddət keçməsinə baxmayaraq hələdə cavabdeh şirkət üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, görüləcək işlər tamamlanmamışdır. Hal-hazırda mağazanın havalandırma və soyutma sistemi işlərinin tam yerinə yetirilməməsi səbəbindən icarə müqaviləsi bağlandığı müddətdən 1 ildən çox müddət keçməsinə baxmayaraq hələ də mağazanın təmir işləri yekunlaşmamışdır. Məhkəmə cərimə hissəsində, həmçinin də əldən çəxmış fayda hissəsində nəzərə almamış və ya almaq istəməmişdir ki, Cavabdeh MMC tərəfindən görüləcək işlər 1 (bir) aya yekunlaşmalı idi. Lakin müqavilə bağlandığı müddətdən 10 (on) aydan artıq müddət keçməsinə baxmayaraq hələdə cavabdeh şirkət üzərinizə götürdüyü öhdəliyi yerinə yetirməmiş, görüləcək işlər tamamlanmamışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

40. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

41. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

42. İddiaçının əvvəlki məhkəmə iclaslarında iştirak edən nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müqaviq qətnamənin qəbul edilməsini xahiş etmişdir, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

44. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər 16 görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

45. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

46. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

47. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

48. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

49. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

50. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

51. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

52. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

53. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

54. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

55. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

56. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

57. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

58. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

59. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

60. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

61. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

62. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

63. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

64. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

65. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

66. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

71. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

72. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

73. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

75. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələdirdiyindən qətnamənin qanuni və əsaslığı həmin hissədə yoxlanılır. Belə ki, cavabdeh iddianın təmin olunan hissəsində qətnaməni mübahisələndirməmiş, apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

76. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

77. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

78. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

79. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

80. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 52, 53).

81. İşin faktiki hallarından, tərəflərin xx.xx.2023-cü il tarixli podrat xidmətləri haqqında müqavilə bağladıqları müəyyən olunur və buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 55-60) tətbiq etməkdə haqlı olmuşdur.

82. İşin mübahisəsiz halı odur ki, görülməli olan havalandırma işlərinin dəyəri 187000 manat məbləğində müəyyən edilmiş, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq ümumi müqavilənin dəyəri olan 187 000 manat pul vəsaitindən 175 000 manat məbləğində pulu cavabdehin hesabına köçürmüş, cavabdeh tərəfindən müqavilə üzrə müəyyən edilən qeyri-yaşayış sahəsində havalandırma işlərinin müəyyən hissəsi görülmüşdür.

83. Podrat müqaviləsi üzrə havalandırma işlərinin cavabdeh tərəfindən tam görülməməsi işin mübahisəsiz halı olduğundan məhkəmə kollegiyası qeyd edir ki, avansın ödənildiyi öhdəliyin mahiyyətindən və tərəflərin razılaşmasından başqa hal irəli gəlmirsə, mal verilməmişsə və ya iş, xidmət göstərilməmişsə, müvafiq öhdəliyin yerinə yetirilməsi üçün əvvəlcədən ödənilmiş dəyər (avans) geri qaytarılmalıdır. Əks yanaşma, müvafiq öhdəlik üzrə hər hansı işi yerinə yetirməmiş, xidməti göstərməmiş tərəfin əsassız olaraq vəsait əldə etməsinə (varlanmasına) gətirib çıxaracaqdır.

84. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə düzgün nəticəyə gəlmək üçün cavabdeh tərəfindən görülmüş haavalandırma işlərinin dəyəri müəyyən edilməlidir.

85. "xxxx" MMC tərəfindən quraşdırılmış havalandırma sisteminə dair forma 2 və materialların təhvil-təslim aktları iş materiallarında olmadığından xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən görülmüş işlərin dəyərini (həcmi) nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır.

86. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfidən görülmüş işlərinin dəyərinin müəyyən edilməsi üçün xx.xx.2024-cü il tarixində məhkəmə ekspertizası təyin edilmiş, lakin tədqiqat obyektində iddiaçı tərəfindən görülməyən işlər tamamlandığı üçün, ilkin vəziyyət saxlanılmadığı üçün məhkəmə ekspertizası aparılmasından imtina edilmişdir.

87. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlar əsasənda, iddiaçının mübahisəli qeyri-yaşayış obyektində cavabdeh tərəfindən görülməyən işlərin tamamlanması üçün çəkdiyi xərclər nəzərə alınmaqla, cavabdeh tərəfindən görülmüş işlərin dəyərini müəyyən etməkdə haqlı olmuşdur.

88. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, işlərin təhvil verilməsi anının müəyyən edilməsi üçün müqavilənin şərtləri, eləcə də tərəflərin məqsədi və gözlədikləri hüquqi nəticələr araşdırılmalıdır.

89. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən Qərarında da göstərilmişdir ki,, “...Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar”. Göstərilən prinsipi podrat müqaviləsini tətbiq edərək Plenum göstərmişdir ki, “...Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır.”. Həmçinin Plenum qeyd etmişdir ki, “...Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir”.

90. İşin hallarından görünür ki, iddiaçı tərəfindən müqavilənin ləğvinə səbəb cavabdehin müqavilə üzrə razılaşdırılmış vaxtda öhdəliyin yerinə yetirməməsi olmuş və iddiaçı bu halı müqavilə öhdəliyinin cavabdeh tərəfindən pozuntusu olaraq qiymətləndirmişdir.

91. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədə “müqavilə üzrə işlərin tam təhvil verilməsi anı ilə bağlı razılaşma (şərt)” təsbit olunmamışdır. Hansı ki, iddiaçı işlərin 1 ay ərzində təhvil verilməsini müqavilənin mühüm şərti hesab edirdisə, bu xüsusat tərəflər arasında bağlanan müqavilədə öz əksini tapmalı idi.

92. Digər tərəfdən, xx.xx.2023-cü il tarixli müqavilədə cavabdeh tərəfindən müqavilə üzrə işlərin 1 ay ərzində təhvil verilməməsinə görə sonuncunun məsuliyyət daşıyacağı nəzərdə tutulmamışdır.

93. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

94. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər kommersiya fəaliyyəti ilə məşğul olan subyektlər olaraq müqavilənin məhdud tənzimləməsinə görə risk daşıyırlar.

95. Şərh olunan meyara əsasən iddiaçı, yuxarıda göstərilən hallardan birini sübut etməlidir – hansı ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür.

96. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

97. Məhkəmə kollegiyası işin materiallarını təhlil edərək hesab edir ki, iddiaçı yuxarıdakı meyara uyğun olaraq cavabdeh tərəfindən işlərin yubadılması halını sübuta yetirə bilməmişdir.

98. Belə olan halda, ödənilmiş icarə haqqının cavabdehdən tutulması üçün əsas olmamışdır – çünki belə əsasın mövcudluğu üçün, cavabdeh tərəfindən işlərin yubadılması halı sübuta yetirilməmişdir.

99. Həmçinin hazırki işin hallarından görünür ki, cavabdehin müəyyənləşdirilən borcuna münasibətdə iddiaçı həddindən artıq yüksək məbləğdə cərimə hesablayıb tələb etmiş, birinci instansiya məhkəməsi isə onu mütənasib hesab etdiyi həddə qədər azaltmışdır. Kollegiyanın qənaətinə görə işin halları baxımından, həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətli hesab olunmalıdır.

100. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

101. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

102. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

103. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-290/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar