Məhkəmə qərarları › İş №2-2(103)-856/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-856/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-856/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsi 20 iyul 2022-ci il tarixli, e-2-2(113)- 4148/2022 saylı qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MTK-dan iddiaçı MMC-yə məxsus əmlakların, yəni 2000 ədəd H isgelenin, 4000 ədəd isgele ayağının, 2000 ədəd cüt isgele şarpazının, 300 ədəd 0,90 X 3 panonun, 100 ədəd 0,75 X 3 panonun, 50 kub 5 X10 taxtanın, 4000 m qara diktin qaytarılması; cavabdeh MTK-dan 646.00 manat məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 300.000 pulun, iddiaçı MMC-nin işgüzar nüfuzuna vurulmuş ziyana görə 200.000 manat pulun, cəmi 1.146.000 manat və 1.246 manat ödənilmiş dövlət rüsumunun cavabdeh MTK-dan tutularaq iddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmşdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4148/2022 saylı qərardadı ilə İddiaçı MMC-nin iddia ərizəsi geri qaytarılmışdır. Hazırda iddiaçı qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4148/2022 nömrəli 20 iyul 2022-cil tarixli qərardadının ləğv edilməsini və iddia ərizsəni məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırılmışdır ki, qəraradadda qeyd olunan sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Belə ki, iş üzrə elektron sistemdə sənədlərin növü bölümündə 11-ci qrafada iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin göndərilməsini təsdiq edən surətli poçtun qaiməsi, 9-cu qrafada isə pretenziya məktubunun (pretenziya məktubunun adı müraciət kimi adlandırılmışdır) və pretenziya məktubunun göndərilməsini təsdiq edən surətli poçtun qaiməsi əlavə edilmişdir. Məhkəmənin gəldiyi bu nəticə əsassızdır. Belə ki, məhkəmə tərəfindən əlavə edilmiş sənədlərin siyahısına tam baxılmamışdır. Mülki- Prosesual Məcəllənin tələblərinə tam riayət olunmuşdur və məhkəmənin iddia ərizəsinin geri qaytarılmasının hüquqi əsası yoxdur. Sadalanan xüsusatlardan göründüyü kimi, birinci instansiya məhkəməsinin qərardadında göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və bununla da iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 151.1-ci maddələrinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə müvafiq olaraq müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə görə, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Qeyd olunan Məcəllənin 152.1, 152.1.4 və 152.1.6 maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuş və şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti doğrudur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401,402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4148/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar