Məhkəmə qərarları › İş №2-2(103)-865/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-865/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-865/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X6 qarşı kommersiya işi Açar söz: qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi və dəymiş zərərin ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X15 iştirakları ilə, İddiaçı cavabdeh X6 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18) qarşı «qeyriyaşayış sahəsinin onun adına rəsmiləşdirilməsi və dəymiş zərərin ödənilməsi» tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli e-2- 2(113)-1331/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. X7 ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixli “Obyektin tikintisi haqqında fərdi” müqavilə adı altında podrat müqaviləsi bağlanmış, cavabdeh “Podratçı” olaraq Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, 15 mərtəbəli “Biznes mərkəzində” 7-ci mərtəbənin bir il müddətində tikilərək sifarişçiyə (iddiaçıya) təhvil verilməsini öz öhdəsinə götürmüşdür.

2. X1 imza və möhürü ilə təsdiq olunmuş arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi 20-ci sahədə 15 mərtəbəli Biznes Mərkəzinin 7-ci mərtəbəsinin tikintisi üçün ödənilməli olan 840.000 manat məbləğin sifarişçi İddiaçı tərəfindən tam ödənildiyi və xx.xx.2011-ci il tarixə borcunun olmadığı qeyd edilmişdir.

3. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş sənədin surətindən görünür ki, İddiaçı tərəfindən X6 7-ci mərtəbəyə görə xx.xx.2016-cı il tarixində 50.000 manat məbləğində, xx.xx.2016-cı il tarixində 50.000 manat məbləğində, xx.xx.2016-cı il tarixində 25.000 manat məbləğində, xx.xx.2016-cı il tarixində 50.000 manat məbləğində və xx.xx.2016-cı il tarixində isə 25.000 manat məbləğində (cəmi 200.000 manat) ödəniş edilmiş və həmin məbləğin verilməsi və onun alınması X3 imza və möhürü ilə təsdiq edilmişdir.

4. İşdə olan X7 ilə alıcı X18 arasında notarial qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m. olan qeyriyaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 3865,9 kv.m. olan qeyriyaşayış binasının 7-ci mərtəbəsində yerləşən 431.15 kv.m. hissəsini X7 400.000 manata alıcı X4.

5. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ümumi sahəsi 13077,6 kv.m olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2018-ci il qeydiyyat tarixi ilə xüsusi mülkiyyət əsasında 1-ci mərtəbədən 782.2 kv.m və yarımzirzəmidən 843.6 kv.m X14, qalan hissə (11451.8 kv.m) - X3 adına qeydiyyata alınmışdır.

6. X10 ünvanlanmış pretenziya məktubunda Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən 15 mərtəbəli “Biznes Mərkəzi”nin 7-ci mərtəbəsinin bütünlükdə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmiləşdirilməsi və ya iddiaçıdan aldığı ******* manatı geri qaytarması əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbini dəyişərək Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən, sahəsi 13077,6 kvadrat metr olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsinin bütünlüklə İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh X3 üzərinə qoyulması, sonradan 200000 manat borc qismində aldığı pul vəsaitinin və iş üzrə ödənilmiş 1300 manat dövlət rüsumunun X2 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 02 iyun 2011-ci il tarixində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs cavabdeh X6 840000 manat ödəməklə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 172 ünvanında yerləşən “Biznes Mərkəz”in 7-ci mərtəbəsinin İddiaçı satılması barədə müqavilə imzalanmışdır. Sonradan cavabdeh həmin binaya reyestrdən çıxarış alınması üçün İddiaçı əlavə 200000 manatı hissəvi şəkildə borc olaraq almışdır. Bundan sonra cavabdeh X7 Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair çıxarış əldə etmiş, İddiaçı bildirmədən binanın mərtəbələrini hissə-hissə satmağa başlamışdır. İddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman qeyd edilən binanın 7-ci mərtəbəsinin hal-hazırda kimə məxsus olması barədə dəqiq məlumat olmadığından, məlumatın əldə edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə vəkil sorğusu ilə müraciət edilmişdir. Sonradan məlum olmuşdur ki, X7 İddiaçı ümumilikdə ******* manat alıb Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 172 ünvanında yerləşən 13077,6 kv.m olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsinə dair onunla müqavilə imzalasa da, hal-hazırda qeyd edilən binanın 7-ci mərtəbəsini təkrar X4.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1331/2023 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X2 200.000 (iki yüz min) manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 490 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

10. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X7 ilə İddiaçı arasında obyektin tikintisi barədə xx.xx.2011-ci il tarixli 3 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, 15 mərtəbəli “Biznes mərkəzində” 7-ci mərtəbənin iddiaçıya təhvil verilməsini cavabdeh öz öhdəsinə götürmüş və bu mərtəbə bütövlükdə iddiaçıya məxsus olması nəzərdə tutulmuşdur. Həmçinin işin mübahisəsiz hallarından o da məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən ümumi sahəsi 13077,6 kv.m olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2018-ci il qeydiyyat tarixi ilə xüsusi mülkiyyət əsasında 1-ci mərtəbədən 782.2 kv.m və yarımzirzəmidən 843.6 kv.m X14, qalan hissə (11451.8 kv.m) - X3 adına qeydə alınmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixli iki ******* və ******* saylı alqısatqı müqavilələrinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m. olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsini satıcı X7 alıcı X15 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür və nəticə etibarı ilə mübahisəli qeyri-yaşayış sahəsi 3-cü şəxs X17 təhvil verilmiş və o da, bildirdiyi kimi, qeyri-yaşayış sahəsinin təmirinə başlamışdır. X7 ilə İddiaçı arasında obyektin tikintisinə dair öhdəlik hüquq münasibətləri yaranmış, İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan öhdəlik (840.000 manat pulun ödənilməsi) tam icra edilsə də, X7 tərəfindən öhdəlik icra edilməmiş qalmış və bugünə kimi Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, 15 mərtəbəli “Biznes mərkəzində” 7-ci mərtəbəsi iddiaçıya təhvil verilməmişdir, iddiaçı da məcbur qalaraq məhkəməyə müraciət etmişdir.

11. Məhkəmə iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsinin hazırda başqa şəxslərin hüquqlarından azad vəziyyətdə mövcud olub-olmamasını araşdırmaq məqsədilə qeydiyyat orqanına müvafiq sorğular göndərmişdir. Həmin sorğu nəticəsində xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* və ******* saylı alqı-satqı müqavilələrinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m. olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 3865,9 kv.m. olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsini X7 alıcı X9, bununla əlaqədar X18 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və həmin şəxs məhkəmə prosesində iştirakı zamanı mübahisəli mərtəbəni notariusda alqı-satqı müqaviləsi ilə aldığını və müqavilə bağlanan zaman əmlakın yüklü olmadığını qeyd etmişdir. Çıxarış alması üçün qeydiyyat orqanına müraciət etdikdə məhkəmənin qərarı ilə əmlaka həbs qoyulduğu ona bildirilmiş, həmin sahə ilə bağlı mübahisə olduğunu bilmədiyindən vicdanlı alıcıdır.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin verdiyi izahatı formal mülahizələr və məhkəməyə təqdim etdiyi X7 ilə X19 arasında bağlanmış borcun etirafı haqqında müqavilənin və işdə tərəf olmayan şəxslərin birtərəfli qaydada əlyazma ilə tərtib edilən sənədlərin hazırki mübahisəyə heç bir aydiyyətinin olmaması kimi qiymətləndirilməlidir. Çünki iddiaçı tərəfindən təqdim olunan müqavilə, 840.000 manata dair maliyyə arayışı və 200.000 manatın ödənilməsi barədə sənədlə müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, 15 mərtəbəli “Biznes mərkəzi”nin 7-ci mərtəbəsinin tikilib təhvil verilməsi üçün iddiaçı tərəfindən cavabdehə xx.xx.2011-ci il tarixində 840.000 manat və 2016-ci ildə - cəmi 200.000 manat ödənişlər edilmişdir (həmin ödənişlərin qəbul edilməsinə dair sənədlər cavabdehin imza və möhürü ilə təsdiq edilmişdir). Lakin, həmin Biznes Mərkəzi, həmçinin 7-ci mərtəbəsi tikilib başa çatdırıldıqdan sonra xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən 7-ci mərtəbə iddiaçının adına deyil, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ümumi sahəsi 13077,6 kv.m olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2018-ci il qeydiyyat tarixi ilə xüsusi mülkiyyət əsasında 1-ci mərtəbədən 782.2 kv.m və yarımzirzəmidən 843.6 kv.m X14, qalan hissə (11451.8 kv.m) - X3 adına qeydiyyata alınmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri bağlanılarkən Daşınmaz Əmlakın Dövlət Reyestri məlumatlarına əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsi cavabdeh - X3 mülkiyyətində olmuş və 3-cü şəxs X18 bu halda vicdanlı alıcı qismində çıxış edərək əmlakı notarial qaydada müqavilələr bağlayaraq əldə etmişdir və həmin əmlak Satıcıcavabdeh tərəfindən Alıcı-3- cü şəxsin sahiblik və istifadəsinə təhvil verilmişdir. 3-cü şəxs- X18 ilə bağlanılan alqı-satqı müqavilələri mübahisələndirilməmişdir, həmin şəxsə qarşı heç bir tələb irəli sürülməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən iddiaçının birinci tələbi – “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 7-ci mərtəbəsi onun adına rəsmiləşdirilməsi” tələbinin təmin edilməsi, qeyd olunan əmlakın 3-cü şəxs X5 və ona təhvil verilməsi səbəbi ilə artıq qeyri-mümkün olduğu üçün təmin oluna bilməz. Məhkəmə eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən kreditor (hazırki işdə İddiaçı) öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

14. Məhkəmə qeyd etmişdir ki, işdən göründüyü kimi iddiaçı tərəf cavabdeh ondan daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün (7-ci mərtəbəyə görə) 200.000 manat məbləğində pul vəsaitinə ehtiyacı olduğunu və bunun üçün ona borc verilməsini xahiş etdiyini bildirmişdir və iddiaçı da 2016-ci ilin müxtəlif aylarında beş dəfə olmaqla (cəmi 200.000 manat) pulu cavabdehə vermişdir. Bu tələbinin əsası kimi hər iki tərəfin imzası ilə təsdiq edilmiş və fərqli tarixlərdə pul vəsaitinin verilməsinə dair sənədə istinad edilmişdir. Cavabdeh tərəfin nümayəndəsi isə xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirakı zamanı iddiaçı tərəfindən 2016-cı il tarixdə 200.000 manat ödəniş edildiyinə etiraz etməmişdir. Lakin, bildirmişdir ki, maliyyə arayışına əsasən əmlakın dəyəri 840.000 manat müəyyən olunmuşdur, sonradan ödənilən 200.000 manat isə əmlakin dəyərinə aid edilməməlidir.

15. İddiaçı tərəfin cavabdehə mübahisəli qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsinə görə əlavə ödəmiş olduğu 200.000 manat məbləğində pul vəsitinin verilməsi işdə olan sənədlə sübuta yetirildiyindən, həmçinin cavabdehin nümayəndəsi bu məbləğin ödənilməsinə etiraz etmədiyindən məhkəmə hesab etmişdir ki, tələb həmin hissədə əsaslıdır və həmin ödənilmiş məbləğ iddiaçıya dəymiş ziyan kimi geri qaytarılmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1331/2023 nömrəli qətnaməsinin qismən ləğv edilərək Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən 13077,6 m2 olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsinin bütünlüklə İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh X3 üzərinə qoyulmasının, ödənilmiş 1300 manat dövlət rüsumumun cavabdeh X2 tutularaq İddiaçı ödənilməsi barədə tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, işin Kommersiya Məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı ilə X8 arasında imzalanmış 02 iyun 2011-ci il tarixində podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən X7 inşa etdiyi 15 mərtəbəli “Biznes Mərkəz”nin 7-ci mərtəbəsini bütünlüklə İddiaçı təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Eyni zamanda, X1 imza və möhürü ilə təsdiq olunmuş xx.xx.2011-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi 20-ci sahədə 15 mərtəbəli biznes mərkəzinin 7-ci mərtəbəsinin tikintisi üçün ödənilməli olan 840.000 manat məbləğin sifarişçi İddiaçı tərəfindən tam ödənildiyi qeyd edilmişdir. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddənin tələbindən də aydın görünür ki, əmlak daha əvvəl hazırki iş üzrə İddiaçı xeyrinə əmələ gəlib. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. İşin mübahisəsiz hallarından da göründüyü kimi, X7 eyni əmlakı bir neçə nəfərə satmaqla dələduzluq etmiş və onun bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olmuşdur. Bakı Kommersiya Məhkəməsi açıq-aşkar növcud olan dələduzluq faktına göz yumaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Halbuki, Bakı Kommersiya Məhkəməsinin hakimi dələduzluq faktına görə xüsusli qərardad çıxarmaqla prokurora məlumat verməli idi.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

19. Üçüncü şəxs X18 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

20. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

21. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2-ci maddəsinə görə kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 140-cı maddə-reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddə-daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

22. Qətnamə iddiaçı tərəfindən qismən – iddia tələbinin təmin edilmədiyi hissədə mübahisələndirdiyindən məhkəmə baxışının predmetini iddianın rədd edildiyi hissə təşkil edir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1331/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən 13077,6 m2 olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsinin bütünlüklə İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh X3 üzərinə qoyulmasına dair iddia tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddianın rədd edildiyi hissədə iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

25. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Obyektin tikintisi haqqında fərdi” müqavilə adı altında podrat müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə əsasında 840.000 manat pul ödənilmiş, cavabdeh tikinti başa çatdıqdan sonra iddiaçının mülkiyyətinə verməyi vəd etdiyi halda tikinti başa çatdıqdan sonra həmin sahə üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınmış, bundan sonra cavabdeh iddiaçı tərəfindən ödənilmiş 840.000 manat pulu iddiaçıya qaytarmadan sahəni xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən qeyri-yaşayış binasının 7ci mərtəbəsində yerləşən 431.15 kv.m. hissəsini X4. Müqavilədə alqı-satqının dəyəri 400.000 manat qeyd edilsə də, E.Səfərov işə apellyasiya qaydasında baxılarkən satıcıya 800.000 manat ödədiyini göstərmişdir. Sahə cavabdeh tərəfindən X17 faktiki təhvil verilsə də, mübahisəli ilə bağlı daşınmaz əmlakın üzərinə məhkəmə tərəfindən həbs qoyulduğundan X15 daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı).

27. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı halda iddiaçı tərəfindən cavabdehdən tələb edilən əmlakı notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etmiş X18 MM-nin 182.1-ci maddəsinə əsasən vicdanlı alıcı olduğundan (həmin şəxsin alqı-satqı müqaviləsi bağlananadək bu mübahisə barədə məlumatlı olduğu iddiaçı tərəfindən sübut edilməmişdir), onunla cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin etibarsız əqd hesab edilməsi üçün qanuni əsaslar olmadığından, o cümlədən iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi olduğu üçün sifarişçinin podratçı tərəfindən ona təhvil verilməmiş əmlak üzərində mülkiyyət hüququ yaranmadığından Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən 13077,6 m2 olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsinin bütünlüklə İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh X3 üzərinə qoyulmasına dair iddia tələbi təmin edilə bilməz.

28. Birinci instansiya məhkəmənin də qeyd etdiyi kimi, hazırkı halda cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçı 2011-ci ildə podrat müqaviləsi üzrə ödədiyi 840.000 manatı cavabdehdən geri tələb etmək hüququna malikdir.

29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1331/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1331/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar