Məhkəmə qərarları › İş №2-2(103)-875/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-875/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-875/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, X1 İddiaçının vəkili Nümayəndə2 katibliyi, Cavabdehin nümayəndəsi Vəkil2 Aftandil oğlunun iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı podrat müqaviləsi üzrə mübahisələr tələbinə dair iqtisadi iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2260/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, əlavə dəyər vergisi ödənildikdən sonra 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə 84.268.47 manat , 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə 203.165.57 manat, 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 176.146.12 manat, yəni, əlavə dəyər vergisi ödənildikdən sonra cəmi 463.580,16 manat məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 100.000 manat məbləğində pul vəsaitinin, 31.940,67 manat həcmində faiz məbləğinin, vəkilə ödənilmiş 2.500 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun “Gilan İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 84.268,47 manat, 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə ƏDV xaric 103.165,57 manat, 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 176.146,12 manat, cəmi 363.580,16 manat məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 100.000 manat məbləğində pul vəsaitinin, 25.050,7 manat məbləğində faizlərin, vəkilə ödənilmiş 2.500 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2260/2021 saylı qətnaməsi ilə İddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 84.268,47 manat , 09 noyabr 2018ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə ƏDV xaric 103.165,57 manat 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 176.146,12 manat, cəmi ƏDV xaric 363.580,16 manat məbləğində əsas borc, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərclərin əvəzi olaraq 1.500 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilmiş, qalan hissədə iddia rədd edilmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2260/2021 qətnaməsinin qismən ləğv edilməsi, ümumi borc müəyyən olunan 363.580,16 manat pul tələbi tutulması hissəsindən 84 268,48 manat hissənin təmin edilməməsi, 103.165,57 manatdan hissəsindən 62.804 çıxılmaqla 40.362 manat qədər təmin edilməməsi və 176 146,12 hissəsinin təmin edilməməsi ümumilikdə 62804 manat pul vəsaitinın təmin edilməsi, vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 1.500 manat və əlavə 25 manat məbləğində dövlət rüsumunun azaldılaraq 500+10 manat, ümumilikdə 63.314 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində aparılan ilkin icraat : Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-128/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)- 2260/2021 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə qismən ləğv edilmiş, iddia Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 181.138,02 manat borcun tutulması hissəsində rədd edilmiş və qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiya məhkəməsində aparılan icraat : Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 2(103)-476/2022 saylı qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 fevral tarixli, 2-2(103)-128/2022 saylı qətnaməsi qismən - əsas borcun təmin edilməyən hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qət edilərək kassasiya şikayəti qismən təmin edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 20 fevral 2018-ci il tarixli 1708-FNX- 001 saylı podrat müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 522434 saylı elektron qaiməyə əsasən cari məbləğ 84268,47 ƏDV 18%-ilə birlikdə 99436,79 AZN məbləğində elektron qaimə kəsilmişdir. Həmin elektron qaiməyə əsasən sübut kimi görülmüş işlərin qəbulu haqqında təhvil-təslim aktı (Forma 2) olmadığına görə həmin hissədə 84268.47 məbləğində pul tələb edilməsi əsassızdır. Belə ki, 20 fevral 2018- ci il tarixli 1708-FNX-001 saylı podrat müqavilənin 3.2-ci bəndinə əsasən təqdim edilmiş sənədlər əsasında tələbin düzgünlüyü tam yoxlamayaraq düzgün qiymətləndirməmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən muzd haqqı görülmüş işlərin həcmi və keyfiyyəti sifarişçinin müvafiq Tikinti Departamenti tərəfindən təhvil-təslim aktı ilə təsdiqləndikdən sonra nağd və ya bank köçürməsi ödəniş yolu ilə ödənilir. Görülmüş işlərin həcmi sifarişçinin ölçmə qaydasına uyğun təyin olunur. 30 noyabr 2018-ci il tarixli 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə ümumi qaimənin cəminə əsasən 176.146,12 manat pul tələb etmişdir. Həmin elektron qaiməyə əsasən qörülmüş işlərin qəbulu haqqında sübut kimi təhvil-təslim aktı (Forma 2) olmadığına görə 176.146,12 məbləğində pul tələb edilməsi əsassızdır. Tərəflər arasında 30 noyabr 2018-ci il tarixdə 1721 –FMX-001 saylı müqavilənin 3.2-ci bəndinə əsasən təqdim edilmiş sənədlər əsasında tələbin düzgünlüyü tam yoxlamayaraq düzgün qiymətləndirməmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən muzd haqqı görülmüş işlərin həcmi və keyfiyyəti sifarişçinin müvafiq Tikinti Departamenti tərəfindən təhvil-təslim aktı ilə təsdiqləndikdən sonra nağd və ya bank köçürməsi ödəniş yolu ilə ödənilir. Görülmüş işlərin həcmi faktiki ölçülərə uyğun təyin olunur. 09 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən 103165,57 AZN ƏDV xaric tələb düzgün deyil, əslində 62804.19 AZN məbləğində olmalıdır. Bundan əlavə, 09 noyabr 2018 ci il tarixli müqaviləyə əsasən 85560,39 AZN dəyərində xx.xx.2021 ci il tarixdə EBAZ seriyalı 822845 saylı kəsilmiş elektron qaimə ləğv edilərək qarşı tərəf ƏDV ilə birlikdə 38233.96 AZN elektron qaimə kəsməli idi və nəticədə 40361,38 manat ƏDV xaric azalmalıdır. Həmin hissənin də forma 2 sənədi mövcud deyildir. Yuxarıda qeyd edilən hallara açıqlama verərək bildiririk ki, Fenix Construction MMC ilə Gilan İnşaat MMC arasında 09 noyabr 2018 ci il tarixdə 1713 –FC- 001 saylı müqaviləyə əsasən 26 noyabr 2019 ci il tarixli F-2 yə əsasən 227508,95 AZN məbləğində iş görülmüşdür. Həmin işlərin görülməsi ilə əlaqədər Fenix Construction MMCnin Gilan İnşaat MMC-yə xx.xx.2020 ci il tarixdə EBAQ seriyalı 913924 saylı elektron qaimə -160402,53. Cari məbləğ 28872.46 ƏDV 18% E/Q kəsmişdir. xx.xx.2021 ci il tarixdə EBAZ seriyalı 522845 saylı elektron qaimə -72763.04. Cari məbləğ 13097,35 ƏDV 18% elektron qaimə kəsilmişdir. Həmin xx.xx.2020 ci l tarixdə kəsilmiş E/Q-dən ƏDV daxil 39000.00 AZN xx.xx.2020 ci il tarixdə ödəniş edilib xx.xx.2021 ci l tarixdə kəsilmiş E/Q-dən ƏDV 118000.00 AZN (xx.xx.2021 ci il tarixdə ödəniş edilib) vəsait ödənilmişdir. Kəsilmiş ümumi E/Q –lərin dəyəri 275135.38 AZN təşkil etmişdir. Lakin F-2 yə əsasən görülmüş işlərin həcmi 227508,95 AZN təşkil etmişdir. Həmin 227508,95 AZN vəsaitdən ümumilikdə 157000 AZN ödənilmiş məbləğ çıxıldıqdan sonra ədvsiz 62804.19 manat, ƏDV daxil 74108.94 AZN vəsait borc olaraq qalmışdır.Lakin qarşı tərəfin bizim şirkətə kəsilmiş E/Q – də isə ƏDV daxil 47626.43 AZN vəsait artıq elektron qaimə kəsilmişdir. (Kəsilmiş E/Q 275135.38 ; 227508.95 F-2; ödənilmiş vəsait cəmi ƏDV daxil 157000.00 AZN ; artıq kəsilmiş E/Q ƏDV daxil 47626.43AZN) həmin ƏDV-siz 40361.38 manat ümumi borcdan azalmalıdır. Həmin işlərin qəbulu haqqında forma 2 mövcud deyildir. Buna görə də, həmin hissədə 40361.38 manat F-2 mövcud olmadığına görə təmin olunmamalıdi. Bu faktiki halda düzgün araşdırılmamamışdır. Burda göstərilən dəlillərlə bağlı tələbkara elektron xəbərnamə göndərilmiş və elektron qaimələri ləğv edib borcun azalmasını xahiş etmiş, lakin qarşı tərəf heç bir münasibət bildirməmişdir. İddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 1.500 manat və əlavə 25 manat məbləğində dövlət rüsumunun tutulmasını ağlabatan hesab edilməsi qismən düzgündür. Tələb olunan məbləğ azaldığı təqdirdə 500 manat həcmində vəkil yardımına görə və dövlət rüsumu 10 manat təyin ediləcəyi ağlabatandır. Məhkəmə İddiaçı təqdim etdiyi elektron qaimələr üzrə araşdırma aparmayaraq qətnamə çıxarmışdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Tərəflərin izahatları : Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdən də təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili apelyasiya şikayəti müdafiə edərək, onun təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan: - Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında bağlanmış 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı sifarışçinin Bakı şəhəri, Səbail rayonunda yerləşən “Cresent Development” tikinti obyektində təsdiq olunmuş layihəyə uyğun su izolyasiya görməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürümüşdür. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən görülmüş işlərə görə muzdun məbləği bu Müqavilənin tərkib hissəsi olan əlavələrdə müəyyən edilir. Bu məbləğə AR qanunvericiliyi ilə tətbiq edilən bütün vergilər bə digər məcburi ödənişlər, o cümlədən podratçı tərəfindən cəlb edilən işçi heyətinin vergiləri və digər məcburi ödənişləri muzda daxildir və sifarişçi bu ödənişlərə görə heç bir məsuliyyət daşımır. 3.2-ci bəndinə əsasən muzd haqqı görülmüş işlərin həcmi və keyfiyyəti sifarişçinin müvafiq Tikinti Departamenti tərəfindən təhvil-təslim aktı ilə təsdiqləndikdən sonra nağd və ya bank köçürməsi ödəniş yolu ilə ödənilir. Görülmüş işlərin həcmi sifarişçinin ölçmə qaydasına uyğun təyin olunur. 3.3-cü bəndinə əsasən bütün işlər müvafiq sənəd və sertifikatlar podratçı tərəfindən təhvil verildikdən sonra təhvil alınacaq. 3.3.1-ci bəndinə əsasən ümumi məbləğin 50% müqavilə imzalandığı gündən ilkin avans şəklində ödənilməsi, daha sonra 40 %-i işin gedişatı zamanı, 10% iş bitdikdən sonra və təhvil-təslim olduqdan sonra ödənilməsi nəzərdə tutulmuşdur. 5.1-ci bəndinə əsasən müqavilə üzrə işlər tam həcmdə başa çatdırıldıqdan sonra, podratçı ilə sifarişçi arasında təhvil-təslim aktı imzalanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat Müqaviləsinə 1 №-li Əlavəsinə əsasən tərəflər arasında görüləcək işlərin dəyəri ƏDV daxil cəmi 967.414,59 ABŞ dolları məbləğində təşkil edir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli 1721-FNX-001 saylı podrat müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı sifarışçinin Bakı şəhəri, Səbail rayonunda yerləşən “Crescent Development” Landşaft tikinti obyektində təsdiq olunmuş layihəyə uyğun izolyasiya görməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən görülmüş işlərə görə muzdun məbləği bu Müqavilənin tərkib hissəsi olan Əlavələrdə müəyyən edilir. Bu məbləğə AR qanunvericiliyi ilə tətbiq edilən bütün vergilər bə digər məcburi ödənişlər, o cümlədən podratçı tərəfindən cəlb edilən işçi heyətinin vergiləri və digər məcburi ödənişləri muzda daxildir və sifarişçi bu ödənişlərə görə heç bir məsuliyyət daşımır. 3.2-ci bəndinə əsasən muzd haqqı görülmüş işlərin həcmi və keyfiyyəti sifarişçinin müvafiq Tikinti Departamenti tərəfindən təhvil-təslim aktı ilə təsdiqləndikdən sonra nağd və ya bank köçürməsi ödəniş yolu ilə ödənilir. Görülmüş işlərin həcmi faktiki ölçülərə uyğun təyin olunur. 3.3-cü bəndinə əsasən bütün işlər müvafiq sənəd və sertifikatlar podratçı tərəfindən təhvil verildikdən sonra təhvil alınacaq. 5.1-ci bəndinə əsasən müqavilə üzrə işlər tam həcmdə başa çatdırıldıqdan sonra, Podratçı ilə Sifarişçi arasında təhvil-təslim aktı imzalanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -30 noyabr 2018-ci il tarixli 1721-FNX-001 saylı Podrat Müqaviləsinə 1 №-li Əlavəsinə əsasən tərəflər arasında görüləcək işlərin dəyəri ƏDV daxil cəmi 46.703,87 manat məbləğində təşkil edir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında bağlanmış 09 noyabr 2018-ci il tarixli 1713-FNX-001 saylı işlərin görülməsi barədə müqavilədən görünür ki, həmin müqavilə ilə tərəflər sifarişçinin sifarişi əsasında icraçı tərəfindən izolyasiya işlərinin yerinə yetirilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilə ilə görüləcək işlərin ilkin siyahısı təsdiq edilmiş və dəyəri 923.626,16 manat məbləğində müəyyən edilmişdir. - Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 20 fevral 2018-ci il tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə xx.xx.2018-xx.xx.2018ci il tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə xx.xx.2018-ci il tarixli akta əsasən müəyyən edilir ki, podratçı tərəfindən 540.902,75 ABŞ dolları dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 20 fevral 2018-ci il tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə xx.xx.2018-xx.xx.2019cu il tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə xx.xx.2019-cu il tarixli akta əsasən müəyyən edilir ki, podratçı tərəfindən 298.710,35 ABŞ dolları dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 20 fevral 2018-ci il tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə xx.xx.2019-xx.xx.2019cu il tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə xx.xx.2019-cu il tarixli akta əsasən müəyyən edilir ki, podratçı tərəfindən 28.203,6 ABŞ dolları dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə xx.xx.2018xx.xx.2019-cu il tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə xx.xx.2019-cu il tarixli akta əsasən müəyyən edilir ki, podratçı tərəfindən 34.182,43 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə xx.xx.2019xx.xx.2020-ci il tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə xx.xx.2020-ci il tarixli akta əsasən müəyyən edilir ki, podratçı tərəfindən 135.318,10 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 09 noyabr 2018-ci il tarixli, 17**-FC-*** saylı İşlərin görülməsi barədə Müqaviləsi üzrə xx.xx.2019-xx.xx.2019-cu il tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə xx.xx.2019-cu il tarixli akta əsasən müəyyən edilir ki, podratçı tərəfindən 227.508,95 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 09 noyabr 2018-ci il tarixli, 17**-FC-*** saylı işlərin görülməsi barədə Müqaviləsi üzrə xx.xx.2018-xx.xx.2019-cu il tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə xx.xx.2019-cu il tarixli akta əsasən müəyyən edilir ki, podratçı tərəfindən 282.893,58 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Hüquqi yardımın göstərilməsi haqqında 546 saylı müqavilədən görünür ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil1 tərəfindən İddiaçı MMC-yə göstərilən hüquqi yardım haqqının məbləği 2.490+10 manat müəyyən edilmişdir. -xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Vəkil1 2.500 manat məbləğində ödəniş edilmişdir. -09 noyabr 2018-ci il tarixli, 17**-FC-*** saylı işlərin görülməsi barədə müqaviləsi üzrə tərtib edilmiş EBAQ seriyalı, 913924 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə ilə müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 160.402,53, ƏDV daxil 189.274,99 manat məbləğində pul vəsaiti ödənilməlidir. -09 noyabr 2018-ci il tarixli, 17**-FC-*** saylı işlərin görülməsi barədə müqaviləsi üzrə tərtib edilmiş EBAZ seriyalı, 522845 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 72.763,04 manat, ƏDV daxil 85.560,39 manat məbləğində pul vəsaiti ödənilməlidir. -20 fevral 2018-ci il tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə EBAZ seriyalı, 522434 saylı, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 84.268,47, ƏDV daxil 99.436,79 manat məbləğində pul vəsaiti ödənilməlidir. 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə EBAQ seriyalı, 914861 saylı, xx.xx.2020-ci il tarixli elektron qaiməyə müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 135.318,10 manat, ƏDV daxil 159.675,36 manat məbləğində pul vəsaiti ödənilməlidir. 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə EBAQ seriyalı, 915086 saylı, xx.xx.2020-ci il tarixli elektron qaiməyə müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 34.182,43 manat, ƏDV daxil 40.335,27 manat məbləğində pul vəsaiti ödənilməlidir. -30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsinə 02 saylı Əlavə üzrə EBAZ seriyalı, 523191 saylı, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric, 6645,59 manat, ƏDV daxil 7.841,80 manatt məbləğində pul vəsaiti ödənilməlidir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-dən yaranmış borcun xx.xx.2021-ci il tarixinədək ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Kollegiya işin hallarını, apelyasiya şikayətinin dəillərini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 20 fevral 2018-ci il tarixli 1708-FNX001 saylı, 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı, 30 noyabr 2018-ci il tarixli, 1721- FNX-001 saylı podrat müqavilələri bağlanmış, iddiaçı cavabdeh tərəfindən sifariş edilmiş işləri görərək göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh görülmüş işlərin dəyərini ödəməməklə həmin müqavilələri üzrə öhdəliklərini pozmuşdur. Nəticədə 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 84.268,47 manat, 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə ƏDV xaric 103.165,57 manat, 30 noyabr 2018-ci il tarixli 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 176.146,12 manat, cəmi 363.580,16 manat məbləğində borcu yaranmışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, işin faktiki halları ilə hazırki mübahisə üzrə irəli sürülən iddia tələbinin əsaslı olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. - 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. - 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. - 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddiaçı podrat müqavilələrinə əsasən gördüyü işlərin dəyərinin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olduğundan podrat müqavilələri üzrə cəmi 363.580,16 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı tərəflər arasında bağlanmış podrat müqavilələrinin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirərək, müvafiq işləri görmüşdür. Eyni zamanda sifarişçi, yəni cavabdeh bunun qarşılığında Mülki qanunvericiliyin müvafiq maddələrində nəzərdə tutulan hallara uyğun olaraq podrat müqaviləsinə vaxtından əvvəl xitam verməmiş, iddiaçı tərəfindən görülmüş işlərin qüsurlu olması və ya həmin işlərdən narazı olması barədə iradə ifadəsini bəyan etməmiş, podratçı tərəfindən görülmüş işləri qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, «…tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.» Göründüyü kimi Cavabdeh MMC tərəflər arasında bağlanmış müqavilə öhdəliklərini yerinə yetirməmiş, görülmüş işlərin müqabilində iddiaçıya müqavilədə nəzərdə tutulmuş pul məbləğini ödəməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 2021-ci il 25 iyun tarixli barışıq sazişinə əsasən iddiaçı və cavabdeh aralarında bağlanmış podrat müqavilələri üzrə görülmüş işlərin müqabilində ödənilməli olan əsas borc məbləğinin 420.000 manat olması, həmin borc məbləğinin 200.000 manat hissəsinin saziş imzalandığı gündən sonrakı ayın 15-nə qədər, qalan 220.000 manatlıq hissəsinin isə 10 ay ərzində ödənilməsi barədə razılığa gəlmişlər. Barışıq sazişi tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən borc məbləğinin 420.000 manat olması etiraf edilmişdir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı cavabdehin vəkili Vəkil2 tərəfindən təqdim edilmiş məlumatdan, ödəniş tapşırığı,elektron qaimə və hesabdan çıxarışdan müəyyən edilir ki, hazırkı məhkəmə icraatının gedişində cavabdeh tərəfindən iddiaçıya 10.000, 50.000 və 100.000 manat olmaqla, ümumilikdə 160.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişi və göstərilən sənədlər həm cavabdeh tərəfindən podratçının gördüyü işlərin qəbul edilməsini, həm də iddiaçının müqavilələr əsasında gördüyü işlərə görə haqlı olaraq pul tələb etdiyini təsdiq edir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2260/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2260/2021 saylı qətnaməsi yoxlanılan - Cavabdeh MMC-dən 181.138,02 manat borcun tutulması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Кollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Aytən Oruczadə Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar