Məhkəmə qərarları › İş №2-2(103)-911/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-911/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-911/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-115/2023 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* manat məbləğində əsas borc, 512607,9 manat faiz borcu olmaqla, ümumilikdə 2953597,9 manat borcun, 2267 manat ödənilmiş dövlət rüsumunun və 400 manat mediasiya xərcinin "xxxx" ASCdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-115/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Daha sonra iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-115/2023 saylı xx.xx.2023 tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, eyni zamanda şikayətə buraxılmış müddətin üzürlü hesab edilməsi barədə ərizə əlavə etmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-115/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddəti üzrlü səbəb hesab edərək bərpa edilməsini və şikayətə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 115/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından səhhətində yaranmış ani pozulma ilə bağlı olaraq 6 gün şikayət vermə müddəti ötürülümüşdür. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-115/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-115/2023 saylı xx.xx.2023 tarixli qərardadından iddiaçı tərəfindən prosessual müddətin bərpasına dair verilmiş ərizə rədd edilmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-115/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadını ləğv edərək verilmiş “şikayətin verilməsi üçün prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və məhkəməyə təqdim edilmiş apellyasiya şikayətinin qəbul edilməsini və icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, səhhətindəki ani pozulma ilə bağlı hər hansı bir sübut təqdim etməyi həmin an xəstəxanaya müraciət etməməyi səbəbindəndir, ona görə də hər hansı bir sənəd əldə etmək mümkün olmamış və ev şəraitində müalicə edilməklə səhhətindəki pozğunluq bərpa edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-115/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-115/2023 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzrlü hesab etdikdə bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Üzrlü səbəblər dedikdə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Ərizədə göstərilən dəlillər isə əsassızdır. İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) şikayət verilməmə səbəbini onunla əsaslandırmışdır ki, səhhətində problemlər yaranmışdır. Bununla belə bu barədə sübutları məhkəməyə təqdim etməməsinin əsası kimi isə həmin anda xəstəxanaya müraciət etməməsini göstərmişdir. Məlum haldır ki, hazırki iş üzrə iddiaçı X1 deyil, İddiaçı MMC-dir. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsində də təsbit olunmuşdur ki, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Yəni iddiaçının qanuni təmsilçisinin səhhətində yaranmış problemlər apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü əsası kimi müəyyən edilə bilməz. Bununla belə kollegiya həmçinin qeyd edir ki, iddiaçının qanuni təmsilçisi xəstə olması barədə də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-115/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Aida Hüseyn Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar