Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-914/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı X2 Cavabdeh X3rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3229/2024 saylı qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları
1. 11 aprel 2022-ci il tarixli 32110***-*******01L nömrəli Əsas Kredit Limiti Razılaşmasından görünür ki, bu razılaşmanın predmetini, əsas kredit limiti razılaşmasına əsasən “Kreditverən” "Borc alan”a ******* manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində bu əsas kredit razılaşmasını və/və ya razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarını imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində "Borcalan” ona kredit verilməsi barədə Kreditverənə müraciət etmək hüququna malikdir. Kredit limiti çərçivəsində “Borcalan”a verilən kreditlər kredit razılaşmasının şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə, habelə gücləndirilmiş elektron imza və ya əl imzası ilə bağlanması ilə rəsmiləşdirilir və bu kredit limiti razılaşması çərçivəsində veriləcək hər bir kredit iizrə kreditin illik faiz dərəcəsi, FİFD, cərimə və kreditin ödənilməsinə dair digər spesifik şərtlər bu kredit limiti razılaşması və/və ya ayrılmaz, tərkib hissəsi hesab edilən kredit razılaşmaları ilə müəyyən ediləcəkdir. Borcalan tərəfindən bu əsas kredit limiti razılaşmasının imzalanması ilə Borcalan Kreditverənin https://www.bankrespulika.az/az/pages/kompleks-bank-xidmetimuqavilesi_1310 rəsmi saytında PDF və ya ASANDOG formalında yerləşdirilmiş və özündə kredit limitinin açılması, kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən Kompleks Bank Xidməti Müqaviləsi (KBXM) ilə tanış olduğunu və həmin müqavilənin şərtləri ilə razılaşdığını təsdiq edir, Borcalan ilə Kreditverən arasında olan münasibətlərin bu kredit limiti razılaşması və/və ya kredit razılaşmaları və KBXM ilə tənzimləndiyini qəbul edir, yuxarıda qeyd edilən şərtlərlə kreditin verilməsinə razılığını bildirir.
2. 11 aprel 2022-ci il tarixli 32110***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli kredit razılaşmasından görünür ki, https://www.bankrespulika.az/az/pages/kompleks-bank-xidmeti muqavilesi_1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş Kompleks Bank Xidmətləri müqaviləsinin şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbul edilməsi ilə “Borcalana” 32110***-*******01L saylı 11,04.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən 120 ay müddətinə illik 30 faizdən çox olmamaq şərtilə ******* manat məbləğində kredit limiti açılmışdır. Bu kredit limitinə əsasən “Kreditverən” “Borcalan”-nın ərizəsinə əsasən ona AZN, ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər, “Borcalan” və 32110***-*******01L saylı 11,04.2022-ci il tarixli əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürərək məsuliyyət daşıyırlar. Razılaşmanın 2-ci bəndinə əsasən “Kreditverən” 32110422-13X348001L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması çərçivəsində illik 14 faiz dərəcəsi ilə xx.xx.2025-cıi il tarixinədək , 3 ay güzəşt olmaqla 300000 manat məbləğində borc pul vəsaitini dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədlə “Boracalan”a verir. “Borcalan” bu kreditin verilməsinə görə 1500 manat məbləğində xidmət haqqı ödəyir və ya kreditin verilməsinə görə hesablanmış 1500 manat xidmət haqqı 32110***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına təminatı qismində bağlanılan ipoteka müqaviləsinə bağlandığı tarixdən 3 ildən tez xitam veriləcəyi təqdirdə “Borcalan” tərəfindən “Kreditverən”ə ödəniləcəkdir. 11 aprel 2022-ci il tarixli 32110***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli kredit razılaşmasından görünür ki, https://www.bankrespulika.az/az/pages/kompleks-bankxidmeti muqavilesi_1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş Kompleks Bank Xidmətləri müqaviləsininın şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbul edilməsi ilə “Borcalana” 32110***-*******01L saylı 11,04.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən 120 ay müddətinə illik 30 faizdən çox olmamaq şərtilə ******* manat məbləğində kredit limiti açılmışdır. Bu kredit limitinə əsasən “Kreditverən” “Borcalan”-nın ərizəsinə əsasən ona AZN, ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər, “Borcalan” və 32110***-*******01L saylı 11,04.2022-ci il tarixli əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürərək məsuliyyət daşıyırlar. Razılaşmanın 2-ci bəndinə əsasən “Kreditverən” 32110422-13X348001L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması çərçivəsində illik 1 faiz dərəcəsi ilə xx.xx.2025-ci il tarixinədək 3 ay güzəşt olmaqla 900000 manat məbləğində bore pul vəsaitini Dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədlə “Boracalan”a verir. “Borcalan” bu kreditin verilməsinə görə 4500 manat məbləğində xidmət haqqı ödəyir və ya kreditin verilməsinə görə hesablanmış 4500 manat xidmət haqqı 32110***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına təminatı qismində bağlanılan ipoteka müqaviləsinə bağlandığı tarixdən 3 ildən tez xitam veriləcəyi təqdirdə “Borcalan” tərəfindən “Kreditverən”ə ödəniləcəkdir. 08 aprel 2022-ci il tarixli ******* nömrəli Qoşulma Razılaşmasından görünür ki, tərəflərin bank xidmətlərinin göstərilməsinə dair hüquq və vəzifələrini müəyyən edir. Müştəri müraciətinə (müştəri tərəfindən identifikasiya məlumatlarından istifadə etməklə və/və ya Banka yaxınlaşmaqla Bank xidmətlərindən istifadə edilməsinə dair iradə ifadəsi) əsasən bankın təklif etdiyi xidmətlərdən istifadə edərkən Bank və Müştəri arasında olan münasibətlərin həmin xidmətlərə dair xüsusi şərtləri özündə əks etdirən və Bankın https://www.bankrespublika.az/az/pages/kompleksbank-xidmeti-muqavilesi_1310 rəsmi saytında və ya Mərkəzi Bankın müvafiq platformasında (Bundan sonra RİS adlandırılacaq) PDF və ya ASANDOC formatında yerləşdirilmiş və şərtləri Müştəri tərəfindən əvvəlcədən oxunub qəbul edilmiş Kompleks Bank Xidməti Müqaviləsi (bundan sonra KBXM) və müvafiq razılaşmalar ilə tənzimləndiyini bu razılaşmanı imzalayaraq qəbul edir.
3. Məsafədən bank xidmətlərinin göstərilməsinə dair Kompleks Bank Xidmətləri Müqaviləsindən görünür ki, banka gəlmədən elektron sənəd mübadiləsi yolu ilə Bank Respublika ASC-nin müştəriyə təklif etdiyi Bank xidmətləri ilə bağlı tərəflərin hüquq və vəzifələrinin yaranmasına və onlara xitam verilməsinə dair münasibətləri tənzimləyir və tərəflərin iradə ifadəsini elektron sənəd mübadiləsi yolu ilə bildirdiyi müqavilədir. Müqavilənin 3.3.4-cü bəndinə əsasən müştəri bank qarşısında yaranmış öhdəliklərinin (kredit, zaminlik, ipoteka, girov, xidmət haqqı üzrə borc və bunlarla məhdudlaşmadan digər öhdəliklərin) icrasının təminatı üsulu olaraq öz hesablarında olan pul vəsaitlərinin mübahisəsiz (akseptsiz) qaydada silinməsinə razılıq verir. Müqavilənin 9.1-ci bəndinə əsasən Bank (Kreditverən) Müştərinin (Borcalanın) müraciətinə və müştəri ilə bağlanmış müvafiq razılaşmaya və/və ya bu müqavilənin 17-ci bəndində qeyd edilmiş qaydaya uyğun olaraq Müştəriyə kredit razılaşması və ya Əsas kredit limiti razılaşması əsasında kreditlər verir. Müqavilənin 9.10-cu bəndinə əsasən kreditverən Borcalan tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirildikdə müvafiq ödəniş kreditin tam bağlanmasına yönəldildiyi təqdirdə ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 faizi, müvafiq ödəniş kreditin qismən qaytarılmasına yönəldildiyi təqdirdə isə ödəniləcək əsas borc məbləğinin 1 faizi həcmində komissiya haqqının ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin 19.9-cu bəndinə əsasən müştəri bu müqaviləni elektron qaydada təsdiq edərək bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə bank xidmətlərinin (kredit və qeyri-kredit) göstərilməsinə dair müraciətinin bu müqavilənin müddəalarının müştəri üçün məcburi hüquqi qüvvəyə malik olması üçün səbəb olduğunu və bağlanılan müvafiq razılaşmaların bu müqavilənin ayrılmaz tərkib hissəsi olduğunu qəbul edir.
4. Cavabdeh ASC-nin hesabdan çıxarışına əsasən müəyyən olunur ki, İddiaçı MTK-yə məxsus olan 32-1383480-1 nömrəli hesabdan kedit müqaviləsi üzrə xx.xx.2024cü il tarixində 182.317 manat və 570.347 manat; xx.xx.2024-cü tarixlərində isə 252.057,6 manat ödəniş edilmiş, eyni zamanda həmin hesabdan vaxtından əvvəl xitama görə xx.xx.2024-cü il tarixdə 1458,53 manat və 4562,78 manat ; xx.xx.2024-cü il tarixdə isə 2016,46 manat məbləğində komissiya haqqı tutulmuşdur. Birinci instansiya məhkəməsindəki icraat:
5. İddiaçı MTK iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ondan tutulmuş 8037,76 manat cərimə məbləği, həmin vəsaitə görə ödənilmiş 665,5 manat faiz məbləği, müqavilə üzrə nəzərdə tutulmuş 2813,2 manat məbləğində gecikmə faizi və 3215,1 manat məbləğində cərimə, 8703,26 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 23434,82 manat məbləğində vurulmuş maddi zərər, həmçinin 23434,82 manat məbləğində dəymiş mənəvi zərər, əlavə olaraq 275 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 47144,64 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh ASC ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli 32110422 138348001L saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı MTK-ya 120 ay müddətində (xx.xx.2032-ci ilədək) illik 30%-dan artıq olmamaq şərti ilə 2 milyon manat həcmində kredit limiti açılmışdır. Qeyd olunan kredit limiti üzrə ayrılmış kredit borcu hər zaman iddiaçı tərəfindən vaxtında ödənilmiş və heç bir gecikmə olmamışdır. xx.xx.2024 cü il tarixdə isə kredit borcu tam bağlanmışdır. Lakin, cavabdeh tərəfindən iddiaçıya heç bir əsas olmadan 10500,0 (on min beş yüz) manat məbləğində cərimə tətbiq olunmuşdur. Cərimənin tətbiq olunmasına əsas kimi isə cavabdeh tərəfindən iddiaçının başqa bankla da əməkdaşlıq etməsi gətirilmişdir. İlk öncə onu qeyd edək ki, cavabdeh müvafiq “etiraz” ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan 8037,76 manat pul vəsaitinin tutulduğunu etiraf etdiyi üçün, iddiaçı da tutulan əsassız vəsaitin həmin həcmdə olduğunu qəbul edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəaları, həmçinin mülki qanunvericiliyin tələbləri baxımında, cavabdeh tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozulmuş və bunun nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, iddiaçıdan əsassız tutulmuş 8037,76 manat məbləğ başqa bir kreditordan (fiziki şəxsdən) illik 28 % həcmində borc şəklində alınmış vəsait olmuşdur. Əsassız tutulmuş 8037,76 (səkkiz min otuz yeddi manat yetmiş altı qəpik) manat həcmində pul vəsaitinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində iddiaçıya tərəfindən təxminən 665,5 manat həcmində digər kreditora faizlər ödənilməsinə səbəb olmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış “Kompleks bank xidməti müqaviləsi”nin 9.11-ci bəndinə əsasən gecikdirilmiş ödəniş məbləğinin əsas məbləğinə müqavilə üzrə nəzərdə tutulmuş illik faiz dərəcəsinin (30 %) üzərinə 5 % gəlməklə gecikmə faizinin hesablanması nəzərdə tutulmuşdur. Müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər cavabdeh tərəfindən pozulduğu üçün 8037,76 manat məbləği həmin bənd üzrə gecikdirilməsi 2813,2 manat təşkil edir. Bundan başqa, tərəflər arasında bağlanmış “Kompleks bank xidməti müqaviləsi”nin 9.11-ci bəndinə əsasən gecikdirilmiş ödəniş məbləğinin 40 % həcmində cərimə hesablanması nəzərdə tutulmuşdur. Müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər cavabdeh tərəfindən pozulduğu üçün 8037,76 manat məbləği həmin bənd üzrə gecikdirilməsi 3215,1 manat təşkil edir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddiaçı hazırda çoxmərtəbəli bina tikintisi fəaliyyəti ilə məşğuldur və ötən 3 ay 18 gün ərzində ondan əsassız tutulmuş və əsassız tutulmaya görə digər kreditora ödənmiş olduğu faiz dərəcəsi ilə birlikdə olan 8703,26 manat pul vəsaitinin 100 % faizi həcmində, yəni 8703,26 manat həcmində sahibkarlıq fəaliyyəti ilə əlaqədar gəlir əldə etməkdən məhrum olmuşdur. Beləliklə, əsassız tutulmuş 8037,76 manat, həmin vəsaitə görə ödənilmiş 665,5 manat faiz, müqavilə üzrə nəzərdə tutulmuş 2813,2 manat gecikmə faizi və 3215,1 manat cərimə, 8703,26 manat həcmində əldən çıxmış fayda olmaqla, cəmi 23434,82 manat məbləğində iddiaçıya maddi zərər dəymişdir. Qeyd olunan dəymiş 23434,82 manat həcmində maddi zərərin 100 %-i həcmində də mənəvi zərərin dəyməsi kimi qəbul olunmalıdır. Çünki, iddiaçı pilot layihə icra etməklə çoxmərtəbəli bina tikintisi fəaliyyəti ilə məşğuldur. Həmin tikilməkdə olan binadan pilot layihə üzrə yaşayış və ya qeyri-yaşayış sahələri sökülən vətəndaşlara mənzillərin və qeyri-yaşayış sahələrinin verilməsi nəzərdə tutulur. İddiaçı həmin vətəndaşların müvəqqəti məskunlaşdığı mənzillərin aylıq icarə haqqını ödəyir. Bu baxımdan da, iddiaçının tikməkdə olduğu çoxmərtəbəli binanı tez bir müddətdə icra edərək öz sakinlərinə təhvil vermək öhdəliyi vardır. Lakin, hazırda iddia predmetini təşkil edən əsassız tutulmalar iddiaçıya öz öhdəliklərini planlaşdırdığı müddətdə icra etməyə mane olmaqla, onun sahibkarlıq fəaliyyətini məhdudlaşdırır. Bu da istər iddiaçının, istərsə də vətəndaşların qanunla qorunan hüquqlarına zərər vurur. Ona görə də hazırkı iddia üzrə dəymiş maddi zərər 23434,82 manat hesablandığı üçün, dəymiş mənəvi zərərin həcmi də həmin məbləğin 100 %-i həcmində hesablanır.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 439, 442.1, 446, 449, 1091, 1092, 1096-cı maddələrinə istinad olunmuşdur.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3229/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
8. İddiaçı MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, сavabdeh hazırkı iddiaya münasibət göstərməklə tərəflər arasında bağlanmış “Kompleks bank xidməti müqaviləsi”nin 9.10-cu bəndinə istinad edir. Əvvəla qeyd etmək istəyirəm ki, iddiaçı həmin bəndi qəbul etməmiş, ümumiyyətlə müqavilə elektron qaydada imzalanmışdır. Bundan başqa, cavabdehin müqaviləyə belə bir müddəa daxil etməsi də tamamilə əsassızdır və mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Borc və kredit müqaviləsi ilə bağlı cavabdehə belə bir müddəa üçün hüquq verə biləcək qanunvericilik norması 2023-cü ilin avqust ayında qanunvericiliyə daxil edilmiş 739-746-6-cı maddələrdə nəzərdə tutulmuşdur. Həmin dəyişikliyə əsasən isə belə bir müddəa yalnız istehlak krediti ilə bağlı hissədə nəzərdə tutulmuşdur ki, bu hal da hazırkı iddia üzrə əsaslara aid deyildir. Bundan başqa, da qanunvericilikdə ağırlaşdırıcı halların geriyə qüvvəsinin olmamasına dair kifayət qədər müddəalar öz əksini tapmışdır. Ona görə də cavabdehin müqavilədə belə bir müddəaya istinad etməsi tamamilə əsasız və qanunsuzdur. Lakin, işə baxan məhkəmə sadalanan qanunvericilik normalarını, hüquqi şəxsə dəymiş real maddi zərəri, cavabdeh tərəfin iddiaçıdan əsassız olaraq tutumuş olduğu məbləği etiraf etməsini, ümumiyyətlə obyektiv araşdırılmaqla əldə olunmuş faktların heç birinə əhəmiyyət vermədən, tamamilə cavabdehin tərəfin saxlamaq düşüncəsi formalaşdıran bir qətnamə qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıdan tutulmuş olan faiz məbləği onun iradəsinə zidd olaraq tutulmuş və iddiaçının həmin məbləği ödəməkdən imtina etmək şansı olmamışdır. Çünki, əvvəla iddiaçın həmin bankda bank hesablaşma-hesabı olmuş və cavabdeh faiz məbləğini bank hesablaşma-hesabına daxil olmuş pul vəsaitindən öz təşəbbüsü ilə tutmuşdur. Bundan başqa ipoteka predmeti yüklülükdən həmin faiz məbləği tutulduqdan sonra azad edilmişdir. Bundan başqa, görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə elektron qaydada imzlanmış, fiziki imzalanan müqavilədə isə elektron qaydada imzalanmış müqaviləyə istintad edilərək, elektron yazılmış müqavilənin bu şəkildə təsdiq edilməsi qeyd olunmuşdur. Lakin İddiaçı MTK-nın direktoru Azərbaycan Respublikasının vətəndaşı deyil. Gürcüstan Respublikası vətəndaşı olmasına baxmayaraq, cavabdeh tərəfindən ona müqavilə imzalatdırılarkən onun müqavilə üzrə maddələri oxuyub tam şəkildə anlayıb-anlamaması nəzərə alınmamışdır. Bir sözlə, cavabdeh elektron qaydada imzalanmalı olan müqavilənin müddəalarından məlumatsız olmuşdur. Buna baxmayaraq, məhkəmə tərəfindən qeyd olunan hal da araşdırılmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Mülki Məcəllənin: -21.1-ci maddəsiə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən hdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 964.2-ci maddəsinə əsasən üştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına görə Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Həmin qərarın 3-cüü bəndinə görə mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir.
13. MPM-in: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, tərəflər arasında 11 aprel 2022-ci il tarixli 32110***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli kredit razılaşmaları bağlanmış və cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirərək iddiaçıya ******* manat kredit vermişdir. İddiaçı hesabına daxil olan həmin kredit məbləği üzrə xx.xx.2024-cü ildə 182317 manat ödəniş edərək xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə öhdəliyini və 01-xx.xx.2024-cü ildə 822403 manat ödəniş edərək xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə öhdəliyini vaxtından əvvəl tam icra etmiş və cavabdeh tərəfindən 0,8% komissiya haqqı olaraq 8037,76 manat pul tutulmuşdur. Tərəflər arasında kredit limiti razılaşması bağlanarkən Cavabdeh ASC-nin rəsmi saytında yerləşdirilmiş və özündə kredit limitinin açılması, kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən Kompleks Bank Xidmətləri müqaviləsi İddiaçı MTK tərəfindən elektron qaydada imzalanmışdır. Həmin müqavilənin 9.10-cu bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirilməsi nəticəsində müvafiq ödənişlə kreditin tam bağlanması halında ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 faizi həcmində komissiya haqqının ödənilməsini tələb etmək hüququna malik olmuş və müqavilənin 19.9-cu bəndinə əsasən iddiaçı müqaviləni elektron qaydada təsdiq edərək, məcburi hüquqi qüvvəyə malik olduğunu və bağlanılan müvafiq razılaşmaların bu müqavilənin ayrılmaz tərkib hissəsi olduğunu qəbul etmişdir.
19. Məhkəmə qeyd edir ki, hazırda İddiaçı MTK tərəfindən irəli sürülə iddia tələbi üç hissədən ibarətdir.
20. Birincisi, cavabdeh tərəfindən tutulmuş 8037,76 manat məbləğində pul vəsaitinin geri qaytarılması, həmin vəsaitinin tutulması nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi, hüquqlarının pozulması nəticəsində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi
21. Məhkəmə kollegiyası cavabdeh tərəfindən tutulmuş kreditin vaxtından əvvəl qaytarılmasına görə 8037,76 manat məbləğində komissiyanın geri qaytarılması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci və 439.4-cü maddələri təşkil edir.
22. Bununla bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1091-ci maddəsinin məzmunundan da göründüyü şəxs o zaman əsassız varlanmış sayılır ki, hüquqi əsas (qanuni əsas və ya müqavilə əsası) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi hazırkı halda kredit müqaviləsi üzrə kredit məbləği vaxtından əvvəl ödənildiyi halda iddiaçıdan vaxtından əvvəl ödədiyi əsas borcun məbləğinin 1% məbləğində komissiya haqqının tutulması iddiaçının elektron imza ilə imzalayaraq təsdiq etdiyi Cavabdeh ASC-nin rəsmi saytında yerləşdirilmiş və özündə kredit limitinin açılması, kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən Kompleks Bank Xidmətləri müqaviləsində nəzərdə tutulmuşdur.
24. Müqavilə bağlandığı dövrdə qüvvədə olmuş mülki qanunvericilikdə kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsinə görə komissiya haqqının tutulmasının nəzərdə tutulmaması barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüququn təməl prinsipi olan müqavilə azadlığı prinsipinin tərkib elementlərdən biri də tərəflərin müqavilə şərtlərini sərbəst müəyyən etməsi azadlığıdır. Həmin prinsipə uyğun olaraq tərəflər mülki qanunvericiliyin imperativ normalarına zidd olmayan istənilən müqavilə şərtini müəyyənləşdirə bilərlər.
25. Hazırkı halda tərəflərin müqavilədə nəzərdə tutduqları kredit müqaviləsi üzrə kredit məbləğinin vaxtından əvvəl ödənilməsinə görə komissiya haqqının ödənilməsi barədə şərtin mülki qanunvericiliyin imperativ normalarının tələblərinə uyğunluğu məsələsinə münasibətdə qeyd edilməlidir ki, birincisi, öhdəliyin vaxtından əvvəl icra edilməsi qaydalarını müəyyən edən Mülki Məcəllənin 428.2-ci maddəsinə görə tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 744-ci maddəsi isə müəyyən müddət üçün faizlərin şərtləşdirildiyi borc müqaviləsinin borcalan tərəfindən tamamilə və ya qismən ləğv edilməsi qaydalarını müəyyən etmişdir. Həmin maddədə faizlərin şərtləşdirildiyi borc müqavilələrinin yalnız xəbərdarlıq müddətləri gözlənilməklə borc alan tərəfindən ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur.
26. Sözügedən normaların məzmunundan da göründüyü kimi qanunverici sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərdə kredit müqaviləsi üzrə krediti qaytarmaq öhdəliyini vaxtından əvvəl icra etməklə xəbərdarlıq müddəti gözlənilmədən kredit müqaviləsini ləğv etməyi kredit alanın şərtsiz hüququ kimi nəzərdə tutmamış, lakin həmin hüququn müqavilədə nəzərdə tutulması imkanını istisna etməmişdir.
27. Digər tərəfdən o da qeyd edilməlidir ki, kreditalan tərəfindən kredit müqaviləsi üzrə kredit məbləğinin vaxtından əvvəl qaytarılması kreditverəni kredit məbləği qaytarıldığı tarixdən kreditin verilmə müddəti başa çatanadək əsas borc məbləğinə müqavilə şərtlərinə uyğun hesablanmalı olan faizləri almaq imkanından məhrum edir. Bununla yanaşı bank vaxtından əvvəl qaytarılmış pul vəsaitinin digər müştərisinə kredit verilməsinə dair yeni müqavilə bağlamaqla bağlı əlavə xərclər çəkməli olur. Bu mənada, nə qədər ki, xəbərdarlıq müddəti gözlənilmədən krediti vaxtından əvvəl bağlamaqla kredit müqaviləsinə xitam vermək kreditalanın şərtsiz hüququ kimi qanunda nəzərdə tutulmamışdır, kredit verənin belə bir hüququ müqavilədə nəzərdə tutmaqla həmin hüququnun həyata keçirilməsini mümkün itkilərinin kompensasiyası olaraq komissiya haqqının ödənilməsi ilə şərtləndirməsi qanunazidd deyildir.
28. İddiaçının qanuni təmsilçisinin xarici vətəndaş olması və azərbaycan dilini bilməməsi, belə olan halda imzaladığı Kompleks Bank Xidmətləri müqaviləsinin məzmununu anlamaması barədə iddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının qanuni təmsilçisinin həmin müqaviləni elektron imza ilə imzalamamışdan əvvəl müqavilənin məzmunu ilə tanış olmaq, lazım gəldikdə tərcüməçinin köməyindən istifadə etmək imkanı məhdudlaşdırılmamışdır. Odur ki, iddiaçının mübahisəli kredit müqaviləsi üzrə əldə etdiyi bütün hüquqları həyata keçirdikdən, yəni müqavilədən bəhrələndikdən sonra məzmunu anlamamasına istinad etməklə müqaviləni mübahisələndirməsi öhdəlik hüquq münasibətinin iştirakçısının vicdanlı davranışı kimi qiymətləndirilə bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, Cavabdeh ASC-nin iddiaçıdan 8037,76 manat məbləğində komissiya haqqının tutması üçün müqavilə əsası mövcud olduğundan cavabdehin həmin məbləği əldə etməklə əsassız varlanması müəyyən edilmir.
30. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, 8037,76 manat məbləğində pul vəsaitinin geri qaytarılması hissəsində iddianı rədd etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
31. Maddi və mənəvi zərərin tutulması hissəsində iddiaya münasibətdə isə kollegiya qeyd edir ki, həmin hissədə iddia cavabdehin əsassız olaraq komissiya haqqını tutmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozması və nəticədə iddiaçıya maddi (real zərər və əldən çıxmış fayda formasında) və mənəvi zərərin dəyməsi ilə əsaslandırilmışdır.
32. Kollegiya qeyd edir ki, müqavilə üzrə öhdəliklərin pozulmasından irəli gələn maddi və mənəvi zərərin ödənilməsi işlərinə baxılarkən məhkəmə tərəfindən ilk növbədə cavabdehin müqavilə üzrə öhdəliyininin təqsirli pozuntusuna yol verməsi müəyyən edilməlidir.
33. Hazırkı halda tərəflər arasında imzalanmış Kompleks Bank Xidmətləri müqaviləsinin 3.3.4-cü bəndinə əsasən müştəri bank qarşısında yaranmış öhdəliklərinin (kredit, zaminlik, ipoteka, girov, xidmət haqqı üzrə borc və bunlarla məhdudlaşmadan digər öhdəliklərin) icrasının təminatı üsulu olaraq öz hesablarında olan pul vəsaitlərinin mübahisəsiz (akseptsiz) qaydada silinməsinə razılıq vermişdir. Odur ki, cavabdeh iddiaçı kredit müqavilə üzrə hesablanmış komissiya haqqını müştərinin bank hesabından akseptsiz qaydada silməklə, bank hesabı müqaviləsi üzrə öhdəliklərini pozmamışdr. Belə olan halda maddi və mənəvi zərərin tutulması hissəsində də iddia əsassız olmaqla rədd edilməlidir.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
35. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-119.5-ci maddələrinin tələblərinə əsasən iddiaçıya aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MTK tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3229/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova Elnur Həsənov