Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-953/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin İddiaçı MMC-nin ilkin cavabdeh "xxxx" MMC-yə qarşı, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar söz: öhdəliklərin icrası, podrat müqaviləsi üzrə pul tələbi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov İkram Sabir oğlu və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İlkin İddiaçı MMC-nin ilkin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024 tarixli e-2- 2(113)-1316/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Cavabdeh MMC (podratçı) ilə İddiaçı MMC (subpodratçı) arasında 26 sentyabr 2022-ci il tarixdə 26/09/22 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən subpodratçı podratçının təchiz etdiyi metal materialı ilə podratçının müəyyən etdiyi istehsal sahəsində müqavilənin əlavəsində qeyd edilmiş metal konstruksiya (emal, frezlənmə və metal konstruksiyanın yığılması, kəsilməsi, deşilməsi, qaynaq edilməsi, istehsalat olan malların yuklənməsi) işlərinin (bundan sonra "İşlər”) görülməsini və xidmətlərinin göstərilməsini öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən podratçı işlərin yerinə yetirilməsinin əvəzində subpodratçıya haqq ödəməyi öz öhdəsinə götürür. 1.4-cü bəndinə əsasən subpodratçı 600 ton arası işləri yerinə yetirməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən subpodratçı işləri qüsursuz və üçüncü şəxslərin iddialarını yaratmadan yerinə yetirməlidir. 2.3-cü bəndinə əsasən işlər təhvil-təslim aktı əsasında təhvil alınacaqdır. Əgər Podratçı hər hansı bir qüsura istinad edərək işləri təhvil almırsa, o zaman tərəflərdən birinin və ya hər iki tərəfin hesabına müstəqil ekspert dəvət edilə bilər. Qüsur təsdiq olunsa Subpodratçı müqavilənin 4-cü bəndinə əsasən məsuliyyət daşıyacaq. 2.4-cü bəndinə əsasən podratçı işlərin yerinə yetirilməsinə nəzarət etmək üçün istənilən vaxt işin gedişini müşahidə etmək hüququna malikdir. 2.7-cü bəndinə əsasən işlərin yerinə yetirilməsi müddəti 130 (yüz otuz) is gunu müddətində nəzərdə tutulmuşdur. İşlər podratçı tərəfindən qaynaqlanan səbəblərdən ləngidiləndə, boş dayanmalar və müddətin uzadılmasına görə subpodratçıya dəyən zərər Podratçı tərəfindən qarşılanmalıdır. 2.8-ci bəndinə əsasən podratçı tərəfindən işlərin yerinə yetirilməsi üçün verilən layihələr və cizgilər, iş qrafiki, öhdəliklər və razılaşdırılma protokolu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. 3.1-ci bəndinə əsasən müqavilənin qiyməti və işlərin həcmi bu müqavilənin əlavəsindəki qiymətlərə əsasən, yerinə yetiriləcək işlərə müvafiq olaraq müəyyən ediləcəkdir. 3.2-cü bəndinə əsasən müqavilə imzalandıqdan sonra Podratçı mobilizasiya işlərinin yerinə yetirilməsi üçün Subpodratçıya müqavilə qiymətinin 20%-i məbləğində avans ödənişi həyata keçirəcəkdir. Ödənişin qalan hissəsi yerinə yetirilmiş işlərin qəbulu aktı (forma 2) əsasında hər forma 2 məbləğindən müvafiq avans ödənişi məbləği saxlanılmaqla elektron qaimə əsasında 10 təqvim günü ərzində təmin ediləcəkdir 4.1-ci bəndinə əsasən əgər Subpodratçının işlərin görülməsində qüsuru varsa podratçı əlavə icra tələb edə bilər. Subpodratçı öz hesabına qüsuru aradan qaldırmalı və ya sifarişi yenidən yerinə yetirməlidir. 4.2-ci bəndinə əsasən işin görülməsi zamanı tərəflərin hər hansı birinə, o biri tərəfin günahından dəymiş zərər, əks tərəfin hesabına ödənilməlidir 6.1ci bəndinə əsasən müqavilə 26 sentyabr 2022-ci il tarixində qüvvəyə minir və müqavilə üzrə tərəflərin öhdəlikləri tam icra edilənədək qüvvədə qalır. Müqavilə podratçının və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir.
2. 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı podrat müqaviləsinə əlavə 1 olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulmuş işlərinin miqdarı və qiyməti (metal kəsim sonrası montajı, deşilməsi, qaynaq edilməsi və s. miqdarı (600 ton) və qiyməti 298.800 manat, metal konstruksiya (list) kəsilməsi miqdarı (600 ton) və qiyməti 141.200 manat, işçilik haqqı miqdarı (600 ton) və qiyməti 440.000 manat olaraq) razılaşdırılmışdır.
3. 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı podrat müqaviləsinə əlavə 2 olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulmuş işlərinin miqdarı və qiyməti (metal kəsim sonrası montajı, deşilməsi, qaynaq edilməsi və s. miqdarı (600 ton) və qiyməti 297.000 manat, metal konstruksiya (list) kəsilməsi miqdarı (600 ton) və qiyməti 180.000 manat, işçilik haqqı miqdarı (600 ton) və qiyməti 477.000 manat olaraq) razılaşdırılmışdır.
4. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 001 nömrəli yekun hesabata və xx.xx.2022-ci il tarixli 01 nömrəli forma 2-yə əsasən müəyyən edilir ki, oktyabr-noyabr aylarında İddiaçı MMC-nin 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı müqavilə üzrə görülmüş (Cheramic Zavod metal konstruksiyaların kəsilməsi, bükülməsi, yığılması və quraşdırma) işlərinin dəyəri 90.612 manat olmuş, bunun müqabilində 9.061,20 manat avans ödənişi edilmiş və yekun ödəmə cəmi 96.229,94 manat (81.550,8+14.679,14 manat ƏDV) olmuşdur. Hesabatda həmçinin qeyd olunub ki, müqavilə üzrə görüləcək işlərin həcmi 439.800 manatdır, müqaviləyə əsasən verilmiş avans 50.000 manatdır. Yekun hesabat (Forma 2) podratçının və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir.
5. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 002 nömrəli yekun hesabata və xx.xx.2022-ci il tarixli 02 nömrəli forma 2-yə əsasən müəyyən edilir ki, noyabr-dekabr aylarında İddiaçı MMC-nin 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı müqavilə üzrə görülmüş (Cheramic Zavod metal konstruksiyaların kəsilməsi, bükülməsi, yığılması və quraşdırma) işlərinin dəyəri 41.017 manat (əvvəlki forma 2 üzrə 90.612 manat olmaqla cəmi 131.629 manat) olmuş, bunun müqabilində 4.101,70 manat avans ödənişi edilmiş və yekun ödəmə cəmi 43.560,05 manat (36.915,3+6.644,75 manat ƏDV) olmuşdur. Hesabatda həmçinin qeyd olunub ki, müqavilə üzrə görüləcək işlərin həcmi 439.800 manatdır, müqaviləyə əsasən verilmiş avans 50.000 manatdır. Yekun hesabat (Forma 2) podratçının və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir.
6. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 003 nömrəli yekun hesabata və xx.xx.2023-cü il tarixli 03 nömrəli forma 2-yə əsasən müəyyən edilir ki, 2022dekabr/2023-yanvar aylarında İddiaçı MMC-nin 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı müqavilə üzrə görülmüş (Cheramic Zavod metal konstruksiyaların kəsilməsi, bükülməsi, yığılması və quraşdırma) işlərinin dəyəri 131.570 manat (əvvəlki forma 2-lər üzrə 131.629 manat olmaqla cəmi 263.199 manat) olmuş, bunun müqabilində 13.157 manat avans ödənişi edilmiş və yekun ödəmə cəmi 139.727,34 manat (118.413+21.314,34 manat ƏDV) olmuşdur. Hesabatda həmçinin qeyd olunub ki, müqavilə üzrə görüləcək işlərin həcmi 439.800 manatdır, müqaviləyə əsasən verilmiş avans 50.000 manatdır. Yekun hesabat (Forma 2) podratçının və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir.
7. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 004 nömrəli yekun hesabata və xx.xx.2023-cü il tarixli 04 nömrəli forma 2-yə əsasən müəyyən edilir ki, 2023yanvar/2023-fevral aylarında İddiaçı MMC-nin 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı müqavilə üzrə görülmüş (Cheramic Zavod metal konstruksiyaların kəsilməsi, bükülməsi, yığılması və quraşdırma) işlərinin dəyəri 118.803 manat (əvvəlki forma 2-lər üzrə 263.199 manat olmaqla cəmi 382.002 manat) olmuş, bunun müqabilində 11.880,30 manat avans ödənişi edilmiş və yekun ödəmə cəmi 126.168,79 manat (106.922,70+19.246,09 manat ƏDV) olmuşdur. Hesabatda həmçinin qeyd olunub ki, müqavilə üzrə görüləcək işlərin həcmi 439.800 manatdır, müqaviləyə əsasən verilmiş avans 50.000 manatdır. Yekun hesabat (Forma 2) podratçının və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 005 nömrəli yekun hesabata və xx.xx.2023-cü il tarixli 05 nömrəli forma 2-yə əsasən müəyyən edilir ki, 2023fevral/mart aylarında İddiaçı MMC-nin 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı müqavilə üzrə görülmüş (Cheramic Zavod metal konstruksiyaların kəsilməsi, bükülməsi, yığılması və quraşdırma) işlərinin dəyəri 57.907 manat (əvvəlki forma 2-lər üzrə 381.893 manat olmaqla cəmi 439.800 manat) olmuş, bunun müqabilində 11.801,70 manat avans ödənişi edilmiş və yekun ödəmə cəmi 54.404,25 manat (46.105,30+8.298,95 manat ƏDV) olmuşdur. Hesabatda həmçinin qeyd olunub ki, müqavilə üzrə görüləcək işlərin həcmi 439.800 manatdır, müqaviləyə əsasən verilmiş avans 50.000 manatdır. Yekun hesabat (Forma 2) podratçının və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 519.094,22 (ƏDV xaric 439.910,36 manat) manat məbləğində, o cümlədən 68.330,26 manat (ƏDV xaric 57.907 manat) məbləğində işlərin görülməsinə dair xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 251020 saylı; 140.187,54 (ƏDV xaric 118.803) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 193427 saylı; 155.253,54 manat (ƏDV xaric 131.570,80) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2023-cü il tarixli, EBCL seriyalı, 516795 saylı; 48.400,06 manat (ƏDV xaric 41.017 manat) məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 578577 saylı və 106.922,82 manat (ƏDV xaric 90.612,56 manat) məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 688397 saylı elektron qaimələr (elektron qaimə-fakturalar) tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.
10. xx.xx.2022-ci il tarixli BD3 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı müqavilə üzrə 30.000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də (28 may filialı) olan hesabına ödənilmişdir.
11. xx.xx.2022-ci il tarixli BD4 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı müqavilə üzrə 20.000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də (28 may filialı) olan hesabına ödənilmişdir.
12. xx.xx.2022-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı müqavilə üzrə 40.000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də (28 may filialı) olan hesabına ödənilmişdir.
13. xx.xx.2022-ci il tarixli BD3 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı müqavilə üzrə 10.000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də (28 may filialı) olan hesabına ödənilmişdir.
14. xx.xx.2023-cü il tarixli BD3 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı müqavilə üzrə 23.760 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də (28 may filialı) olan hesabına ödənilmişdir.
15. xx.xx.2023-cü il tarixli BD4 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı müqavilə üzrə 34.850 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də (28 may filialı) olan hesabına ödənilmişdir.
16. xx.xx.2023-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı müqavilə üzrə 10.000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də (28 may filialı) olan hesabına ödənilmişdir.
17. xx.xx.2023-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı müqavilə üzrə 10.000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də (28 may filialı) olan hesabına ödənilmişdir.
18. xx.xx.2023-cü il tarixli BD3 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı müqavilə üzrə 5.000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də (28 may filialı) olan hesabına ödənilmişdir.
19. xx.xx.2023-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı müqavilə üzrə 45.000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də (28 may filialı) olan hesabına ödənilmişdir.
20. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 27.000 manat məbləğində (avans ödənişi) pul vəsaiti İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
21. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 3.000 manat məbləğində (avans ödənişi) pul vəsaiti İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
22. xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 8.100 manat məbləğində (avans ödənişi) pul vəsaiti İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
23. xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 9.276 manat məbləğində (ƏDV qalıb məbləğ) pul vəsaiti İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
24. xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 1.800 manat məbləğində (EBDB seriyalı 193427 nömrəli e-qaiməyə əsasən) pul vəsaiti İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
25. xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 14.250 manat məbləğində (EBDB seriyalı 193427 nömrəli e-qaiməyə əsasən) pul vəsaiti İddiaçı MMC-nin hesabına köçürülmüşdür
26. xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 15.757,80 manat məbləğində (EBDC seriyalı 251020 nömrəli e-qaiməyə əsasən qalıq məbləğ) pul vəsaiti İddiaçı MMC-nin hesabına köçürülmüşdür
27. “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən TMP 022 saylı xx.xx.2022-cil tarixli müqaviləyə əsasən ƏDV daxil 75.921,20 (ƏDV xaric 64.340 manat) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 051916 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.
28. xx.xx.2022-ci il tarixli OD3 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, xx.xx.2022ci il tarixli, EBCL seriyalı, 051916 saylı elektron qaimə üzrə 63.340 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən “X1” "xxxx" ASC-də (Nərimanov filialı) olan hesabına ödənilmişdir.
29. “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən TMP 022 saylı xx.xx.2022-cil tarixli müqaviləyə əsasən ƏDV daxil 72.286,80 (ƏDV xaric 61.260 manat) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 844046 saylı electron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.
30. xx.xx.2023-cü il tarixli OD3 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 844046 saylı elektron qaimə üzrə 61.260 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən “X1” "xxxx" ASC-də (Nərimanov filialı) olan hesabına ödənilmişdir.
31. “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ƏDV daxil 7.080 (ƏDV xaric 6.000 manat) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 046822 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.
32. xx.xx.2023-cü il tarixli OD3 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 844046 saylı elektron qaimə üzrə 61.260 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən “X1” "xxxx" ASC-də (Nərimanov filialı) olan hesabına ödənilmişdir.
33. “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən TMP 022 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ƏDV daxil 3.722,90 (ƏDV xaric 3.155 manat) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 777238 saylı electron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.
34. “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən TMP 022 saylı xx.xx.2022-cil tarixli müqaviləyə əsasən ƏDV daxil 3.540 (ƏDV xaric 3.000 manat) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 210411 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.
35. “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən TMP 022 saylı xx.xx.2022-cil tarixli müqaviləyə əsasən ƏDV daxil 7.080 (ƏDV xaric 6.000 manat) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 104584 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.
36. “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən TMP 022 saylı xx.xx.2022-cil tarixli müqaviləyə əsasən ƏDV daxil 1.770 (ƏDV xaric 1.500 manat) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 210358 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.
37. “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən TMP 022 saylı xx.xx.2022-cil tarixli müqaviləyə əsasən ƏDV daxil 10.620 (ƏDV xaric 9.000 manat) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 210104 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.
38. xx.xx.2023-cü il tarixli OD4 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 9.000 manat məbləğində (avans ödənişi) pul vəsaiti Cavabdeh MMC tərəfindən “X1” "xxxx" ASCdə (Nərimanov filialı) olan hesabına ödənilmişdir.
39. “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən TMİ 09 saylı xx.xx.2022-cil tarixli müqaviləyə əsasən ƏDV daxil 7.080 (ƏDV xaric 6.000 manat) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 796999 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.
40. “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən TMİ 09 saylı xx.xx.2022-cil tarixli müqaviləyə əsasən ƏDV daxil 7.080 (ƏDV xaric 6.000 manat) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 046822 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.
41. İddiaçı MMC (podratçı) ilə "xxxx" MMC (subpodratçı) arasında 17 yanvar 2023cü il tarixdə OD-01/2023-01 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1ci bəndinə əsasən subpodratçı podratçının təchiz etdiyi metal materialı ilə podratçının müəyyən etdiyi istehsal sahəsində müqavilənin əlavəsində qeyd edilmiş metal konstruksiya (proje ölçülərində kəsilmiş metal konstruksiyanın 1 mt Zprofil bükülməsi, emalatxanadan iş sahəsinə daşınması və kəsim işlərinə və ölçülərinə nəzarət edilməsi) işlərinin (bundan sonra "İşlər”) görülməsini və xidmətlərinin göstərilməsini öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən podratçı işlərin yerinə yetirilməsinin əvəzində subpodratçıya haqq ödəməyi öz öhdəsinə götürür. 1.4-cü bəndinə əsasən subpodratçı 1 ayda 100-150 ton arası işləri yerinə yetirməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən subpodratçı işləri qüsursuz və üçüncü şəxslərin iddialarını yaratmadan yerinə yetirməlidir. 2.3-cü bəndinə əsasən işlər təhvil-təslim aktı əsasında təhvil alınacaqdır. Əgər Podratçı hər hansı bir qüsura istinad edərək işləri təhvil almırsa, o zaman tərəflərdən birinin və ya hər iki tərəfin hesabına müstəqil ekspert dəvət edilə bilər. Qüsur təsdiq olunsa Subpodratçı müqavilənin 4-cü bəndinə əsasən məsuliyyət daşıyacaq. 2.4-cü bəndinə əsasən podratçı işlərin yerinə yetirilməsinə nəzarət etmək üçün istənilən vaxt işin gedişini müşahidə etmək hüququna malikdir. 2.7-cü bəndinə əsasən işlərin yerinə yetirilməsi müddəti 1 (bir) ay müddətində nəzərdə tutulmuşdur. İşlər podratçı tərəfindən qaynaqlanan səbəblərdən ləngidilərdə, boş dayanmalar və müddətin uzadılmasına görə subpodratçıya dəyən zərər Podratçı tərəfindən qarşılanmalıdır. 2.8-ci bəndinə əsasən podratçı tərəfindən işlərin yerinə yetirilməsi üçün verilən layihələr və cizgilər, iş qrafiki, öhdəliklər və razılaşdırılma protokolu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. 3.1-ci bəndinə əsasən müqavilənin qiyməti və işlərin həcmi bu müqavilənin əlavəsindəki qiymətlərə əsasən, yerinə yetiriləcək işlərə müvafiq olaraq müəyyən ediləcəkdir. 3.3-cü bəndinə əsasən müqavilə imzalandıqdan sonra ödənişlər yerinə yetirilmiş işlərin qəbulu aktı (forma 2) əsasında məbləği elektron qaimə əsasında 10 təqvim günü ərzində təmin ediləcəkdir 4.1ci bəndinə əsasən əgər Subpodratçının işlərin görülməsində qüsuru varsa podratçı əlavə icra tələb edə bilər. Subpodratçı öz hesabına qüsuru aradan qaldırmalı və ya sifarişi yenidən yerinə yetirməlidir. 4.2-ci bəndinə əsasən işin görülməsi zamanı tərəflərin hər hansı birinə, o biri tərəfin günahından dəymiş zərər, əks tərəfin hesabına ödənilməlidir 6.1-ci bəndinə əsasən müqavilə 17 yanvar 2023-cü il tarixində qüvvəyə minir və müqavilə üzrə tərəflərin öhdəlikləri tam icra edilənədək qüvvədə qalır. Müqavilə podratçının və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir.
42. 17 yanvar 2023-cü il tarixli OD-01/2023-01 saylı podrat müqaviləsinə əlavə 1 olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulmuş işlərinin miqdarı və qiyməti (metal konstruksiyaların layihəyə uyğun bükü işlərinin 1 metrəsi ƏDV daxil 0.94 manat (ƏDV xaric 0,80 manat olması) barədə razılaşmışlar.
43. Nərimanov RPİ-nin İstintaq Şöbəsində izahatı alınmış X7 izahatında göstərmişdir ki, İddiaçı MMC-nin direktoru Tolqa Atıcı ilə 2022-ci ilin avqustunda tanış olmuş, İddiaçı MMC ilə aralarında metal işlərinin görülməsi ilə bağlı müqavilə olub. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış müqavilədən xəbəri var. Tolqa Atıcı zavoda ödənişləri yarımçıq edirdi və Cavabdeh MMC tərəfindən ödənişlərin tam verilməməsindən şikayətlənirdi. İddiaçı MMC-yə ödənən pullar zavoda köçürülmədiyinə görə sifarişçi ilə problem yaranmaması üçün üçtərəfli razılıq əsasında pullar birbaşa Cavabdeh MMC tərəfindən zavoda ödənilməsi barədə məlumatlıdır. Razılığa görə Harmony kəsimlərə görə pulu İddiaçı MMC-yə deyil, zavoda ödəyəcək, bu barədə sonradan xəbəri olub. Cavabdeh MMC-yə məxsus son 24 ton malın Tolqa Atıcı tərəfindən satılaraq əldə etdiyi vəsaitin İddiaçı MMC-nin zavoda olan borcdan təxminən 11.000 manat ödənilməsindən də xəbəri var. Afiq tərəfindən Tolga Atıcıya 10.000 nəğd pul ödənilməsini Tolga Atıcı özü bildirmişdir. Hətta hesablaşmada da 10.000 manat nağd ödəmə barədə məlumat var.
44. Nərimanov RPİ-nin İstintaq Şöbəsində izahatı alınmış "xxxx" MMC-nin nümayəndəsi X6 izahatında göstərmişdir ki, İddiaçı MMC ilə ACC.M şirkəti arasında bağlanan müqavilə üzrə İddiaçı MMC ilkin ödənişi etdikdən sonra onlara pul ödəmədiyinə görə onlar “Z” profilini zavodda saxlayıb onlara vermədilər. Odeion şirkətinin rəhbəri Tolqa Atıcı baş podratçının onlara borcu olduğuna görə onların pulunu verə bilməyəcəklərini bildirdi. Ona görə o, Tolqa Atıcıya hazır malı verməkdən imtina etdi. Bir neçə müddətdən sonra ümumi razılaşmaya görə 36.000 manatlıq malı, 32.000 manata Cavabdeh MMC-yə verdilər.
45. X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o hazırda işləmir, bu hadisələr baş verən vaxt da işləmirdi. Hər iki tərəfi tanıyır və onların arasında münasibətlərdən məlumatlıdır. İddiaçı MMC ödəniş etmədiyi üçün zavod Cavabdeh MMCnin hazır materiallarını buraxmırdı. Problemlərin həlli üçün aparılan danışıqlarda İddiaçı MMC”-nin adından o çıxış etmişdir. İddiaçı MMC-də rəsmi işçi olmamış, sadəcə tərəflər arasındakı danışıqlarda iştirak etmişdir. Razılaşmaya əsasən Cavabdeh MMC İddiaçı MMC-yə ödəyəcəyi pulu zavoda ödədi, ondan sonra mal buraxıldı.
Birinci instansiya məhkəməsində icraat
46. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə yaranmış 121.300,71 manat əsas ƏDV-siz qalıq borcun, gecikməyə görə minimal beş faiz hesabı ilə 5.122,65 manat əldən çıxmış fayda şəklində vurulmuş ziyan və 416,42 manat dövlət rüsumu olmaqla, cavabdehdən cəmi 126.839,78 manat tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
47. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC (podratçı) ilə İddiaçı MMC (subpodratçı) arasında 26 sentyabr 2022-ci il tarixdə 26/09/22 saylı podrat müqaviləsi bağlanmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş müqavilə şərtlərinə uyğun olaraq 26 sentyabr 2022-ci il tarixdə 1 nömrəli əlavə şəklində qiymət razılaşması protokolu rəsmiləşdirilmişdir. Hazırkı protokol xx.xx.2022-ci il tarixdən qüvvəyə minir və müqavilənin ayrılmaz hissəsi hesab edilir. Razılaşma qiyməti 580-630 ton arasındakı metal istehsalatı üçün nəzərdə tutulmuşdur. Bu razılaşma protokoluna əsasən işlərin qiyməti cəmi 440.000 manat olmaqla tərəflər arasında razılaşdırılmışdır. İddiaçı tərəf ilə cavabdeh arasında 2 nömrəli əlavə qaydasında 11 yanvar 2023-cü il tarixdə “Qiymət razılaşması protokolu” rəsmiləşdirilmişdir. Hər iki tərəfin təsdiq etdikləri xx.xx.2022-ci il tarixli 1 nömrəli Forma-2də məbləğ 90.612 manat məbləğində göstərilmişdir. Tərəflər arasında 22 noyabr 2022-ci il tarixdə təsdiq edilmiş oktyabr-noyabr 2022-ci il dövrü üçün tərtib edilmiş yekun hesabat sənədində - yekun ödənilən məbləğ 96.229,94 manat olaraq qeyd olunmuşdur. Bu sənəd təsdiq edildikdən dərhal sonra, razılaşmaya uyğun olaraq xx.xx.2022-ci il tarixdə cavabdehə görülmüş işlərinə görə 106922,8 manat məbləğdə elektron qaimə (seriya: EBCJ №688397) təqdim edilmişdir. Tərəflərin təsdiq etdikləri xx.xx.2022-ci il tarixli 2 nömrəli Forma-2-də məbləğ 41017,21 manat göstərilmişdir. Tərəflər arasında xx.xx.2022ci il tarixdə rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli 02 nömrəli Forma-2-yə istinadən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş yekun hesabatda yekun məbləğ 43.560,05 manat göstərilməklə, cavabdehə xx.xx.2022-ci il tarixdə (Seriya: EBCK №578577) 48400,06 manat məbləğində elektron qaimə göndərilmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş 3 nömrəli Forma-2-də məbləğ 131.570,6 manat göstərilmişdir. Forma-2 rəsmiləşdirildikdən sonra tərəflər arasında yekun hesabat sənədi xx.xx.2023-cü il tarixdə hər iki tərəflər imza etməklə görülmüş işlərə görə yekun ödəmə məbləği kimi 139727,34 manat göstərilmişdir. Görülmüş işlərin dəyəri kimi xx.xx.2023-cü il tarixdə Seriya: EBCL 51679 nömrəli elektron qaimə əsasında 155253,5 manat məbləğində görülmüş işlərin dəyəri tələb edilmişdir. ‒ Tərəflər arasında xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş 4 nömrəli Forma-2də məbləğ 118803,9 manat göstərilmişdir. Forma-2 rəsmiləşdirildikdən sonra tərəflər arasında “yekun hesabat” sənədi tərəflərin özləri tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmişdir. Tərəflərin rəsmiləşdirdikləri “yekun hesabat”da yekun ödəmə məbləği 126168,79 manat göstərilmişdir. Müqaviləyə və qeyd olunan sənədlərə uyğun olaraq xx.xx.2023-cü il tarixdə Seriya EBDB 193427 nömrəli elektron qaimə əsasında borcludan 140187,5 manat pulun ödənilməsi tələb edilmişdir. Tərəflər arasında 05 mart 2023-cü il tarixdə 05 nömrəli Forma-2 tərtib edilmişdir. “Forma- 2”də 57907 manat məbləğ müəyyən edilmişdir. Hər iki tərəfin iştirakı ilə 19 mart 2023-cü ildə təsdiq edilmiş “yekun hesabat”da görülmüş işin məbləği kimi 54.404,25 manat göstərilmişdir. Müqaviləyə uyğun olaraq qeyd olunan sənədlərə əsasən, xx.xx.2023-cü il tarixdə Seriya: EBDC 251020 saylıelektron qaimə cavabdehə təqdim olunmuşdur. Cəmi beş ədəd “Forma-2”lər üzrə əsas məbləğ = 439910,7 manat olmuşdur; 2) Cəmi beş ədəd “Yekun hesabat”lar üzrə məbləğ = 460090,37 manat olmuşdur; 3) Cəmi beş ədəd “Eqaimə”lər üzrə ƏDV daxil ümumi məbləğ = 519.094,12 manat olmuşdur. Tərəflər arasında rəsmiləşdirilmiş müqaviləyə “Forma-2”lər və yekun hesabatlara uyğun olaraq təqdim olunmuş e-qaimələr cavabdeh tərəfindən təsdiq edilmiş, lakin e-qaimədə göstərilmiş borc məbləği tam həcmdə ödənilməmişdir. Cavabdeh beş ədəd e-qaimə üzrə ödəməli olduğu 519094,12 manat məbləği tam ödəməmişdir. Tərəflər arasında rəsmiləşdirilmiş 5 ədəd “Forma-2”lər üzrə cəmi 439910,71 manat məbləğində cavabdehin əsas borcunun olduğu müəyyən olunub. Cavabdeh tərəfindən görülmüş işlərə görə 9 dəfəyə iddiaçıya cəmi 318.610,00 manat pul köçürülmüşdür. Cavabdeh 439.910 manat əsas borc məbləğinə görə ödəməli olduğu 79183 manat ƏDV-ni ödəmişdir. Əsas borcdan 318.610 manat vəsaiti köçürmüş, lakin 121.300,71 manatı ödəməkdən yayınır. Təqdim olunmuş eqaimələr üzrə məbləğlər ƏDV ilə birlikdə qeyd olunan məbləğdir. Cavabdeh ƏDV-ləri ayrıca depozit hesaba ödədiyi üçün, müəssisələrinə ödəməli olduğu ƏDV-siz əsas borc məbləğləri “Forma-2”lərdə göstərilən məbləğlərdir. 519.094,12 (E-qamə üzrə ƏDV daxil ümumi məbləğ) – 318.610 (Forma-2-lər əsasında köçürülmüş ƏDV-siz əsas məbləğ) – 79183 (köçürülmüş ƏDV məbləği) = 121300,71 manat qalıq borc məbləği. Mart-aprel 2023-cü ildən hazırkı vaxta qədər AR MM-nin 445.7-ci maddəsinə əsasən minimal 5 faiz hesablamaqla, cavabdeh borc vəsaitini vaxtında ödəmədiyi üçün, Müəssisələrinə əldən çıxan fayda olaraq 6065 manat ziyan vurmuşdur. 121300,71 manat +6065 manat = 127365 manat. Beləliklə ƏDV-siz əsas borc məbləği və gecikdirilmiş dövr üçün illik beş faiz hesabı ilə cavabdehin ümüumi borc məbləği 127365,7 manat təşkil edir. Qeyd olunanlara əsasən pretenziya qaydasında cəmi 126423,36 manat tələb olunduğundan, hazırda həmin məbləğ tələb edilir. Məhkəmə qərar çıxarana qədər birillik müddətdən artıq vaxt keçəcək. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 373.2, 385, 386, 389, 390, 425, 443, 445, 449 və 1096-cı maddələrinə Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında AR Qanunun 1-ci və 2-ci maddələrinə istinad etmişdir.
48. xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 113.500 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 406 manat pulun cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..
49. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, işin faktiki halları İlə əlaqədar olaraq bildirirlər ki, “Harmony Construction" MMC (Sifarişçi) ilə "xxxx" MMC (Podratçı) arasında xx.xx.2022-ci il tarixdə 26/09/22 saylı Podrat Müqaviləsi imzalanmışdır. Podrat müqaviləsinin şərtlərinə əsasən 1.000 ton emal üçün 600 manat, montaj üçün 200 man ödənilməli idi. Lakin Podratçı işi gecikdirdiyindən ona cəmi 600 ton emal üçün metal verilməsi və emal dəyərinin 733 manat olması barədə yeni müqavilə imzalandı. Müqavilə imzalandıqdan sonra xx.xx.2022-ci il tarixdə 20.000 manat və xx.xx.2022-ci il tarixdə 30.000 manat avans ödənilmişdir. Bunun müqabilində xx.xx.2022-ci il tarixdə ilk elektron qaimə ilə 90.612,56 manat məbləğində emal olunmuş metal məmulatlar təqdim edilmişdir. Müqavilənin ümumi dəyəri 439.910,36 manat (üstəgəl ƏDV 79.183,86, cəmi 519.094,22 manat) olmuşdur. Eyni zamanda “Harmony Construction" MMC metal məmulatlarının emal olunduğu zavodla da X3 Limited'’ MMC ilə kranın icarəsi müqaviləsi imzalanmışdır. İddiaçı MMC də öz növbəsində “X3 Limited’ MMC ilə zavod ərazisinin icarəyə götürülməsi və metalın kəsilməsi üçün xidmət müqaviləsi imzalamışdır. Bütövlükdə “Harmony Constructlon" MMC tərəfindən İddiaçı MMC-yə 439.910,36 manat məbləğindən 318.610 manat bank köçürməsi, 10.000 manat isə nağd şəkildə, cəmi 329.610 manat ödənilmişdir. “Harmony Construction" MMC tərəfindən “Odeion Construction" MMC-yə ödənilən məbləğdən “Odeion Construction" MMC “X3 Limited” MMC-yə metalın kəsilməsi üçün ödəniş etməli olduğu halda ödəniş etməmişdir. Nəticədə “X3 Limited" MMC emal olunmuş malı Cavabdeh MMC-yə verilməsinə mane olmuşdur. Bu zaman “X3 Limited” MMC “Harmony Consturction" MMC və “Odeion Constuction" MMC arasında üçtərəfli görüş keçirilmiş və kəsimin pulunu birbaşa "xxxx" MMC-dən “X3 Limited" MMC-yə ödənilməsi məqsədəmüvafiq görülmüşdür. Bunun üçün də “Harmony Construction" MMC ilə "X3 Limited" MMC arasında metal məmulatlarının kəsilməsi müqaviləsi imzalanmışdır. Nəticədə “X3 Limited" MMC tərəfindən “Harmony Construction" MMCyə 61.260+61.340+9.000=131.600 manat məbləğində metalın kəsilməsi üçün qaimə kəsilmişdir və həmin məbləğ tam şəkildə ödənilmişdir. Bu məbləğ isə üçtərəfli razılığa əsasən “Harmony Construction" MMC-nin “Odeion Construction" MMC-yə olan borcundan çıxılmalı idi. Müqavilə üzrə xidmətin dəyərinin tam ödənilməsinə baxmayaraq, İddiaçı MMC 44 ton malı emal etsə də, “Harmony Construciton" MMC-yə təqdim etməmişdir. “Odeion Construction" MMC Z profillərinin emalı üçün 38.000 manat Emil adlı şəxsə borcu olduğundan və “X3 Limited" MMC-yə olan icarə borcuna görə 44 ton emal olunmuş malı “Harmony Construction" MMC zavoddan təhvil ala bilməmişdir. Nəticədə “X3 Limited" MMC Eminə 36.000 manat əlavə vəsait ödəmiş və cəmi 24 ton malı təhvil almışdır. Qalan 20 ton emal olunmuş, dəyəri 65.000 manat olan malı “Odeion Construction“ MMC “Harmony Construction" MMC-dən xəbərsiz və icazəsiz sataraq, “X3 Limited" MMC-yə borcunu ödəmişdir. Son nəticədə İddiaçı MMC-nin “Harmony Construction" MMC-yə 115.300 manat borcu yaranmışdır. Bu günə qədər "xxxx" MMC-nin rəhbəri Tolga Atıcı ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsələr də, onların telefon zənglərinə cavab verməmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya mülki dövriyyə iştirakçısı olaraq ziyan vurulduğundan o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi iddiaçı şərtləri tam şəkildə icra etsə də, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və layiqli şəkildə icra etməmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 60.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445, 1096, 1097 və 1115-cı maddələrinə istinad etmişdir.
50. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024 tarixli e-2-2(113)-1316/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, ilkin Cavabdeh MMC-dən 121.300,71 manat borc, 5.122,65 manat məbləğində faizlər, cəmi 126.423,36 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 400, dövlət rüsumunun əvəzi olaraq 16,42 manat məbləğində pul vəsaitinin tutularaq ilkin İddiaçı MMC-yə ödənilməsi, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
51. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işin mübahisəsiz hallarına əsasən ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı MMC (subpodratçı) ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC (podratçı) arasında 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı podrat müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqavilə üzrə öhdəliklərini icra edərək ƏDV daxil 519.094,22 (ƏDV xaric 439.910,36 manat) dəyərində metal konstruksiya (emal, frezlənmə və metal konstruksiyanın yığılması, kəsilməsi, deşilməsi, qaynaq edilməsi, istehsalat olan malların yuklənməsi) işlərini görmüş, ilkin Cavabdeh MMC tərəfindən isə bunun müqabilində sözügedən məbləğin ƏDV-si tam şəkildə və əsas məbləğin 318.610 manat hissəsi ilkin iddiaçıya ödənilmişdir. Hazırda ilkin İddiaçı MMC görülmüş işlərə görə ƏDV xaric 121.300,71 manat məbləğində borcun və gecikməyə görə beş faiz hesabı ilə 5.122,65 manat məbləğində pul vəsaitinin ilkin Cavabdeh MMC-dən tutulmasını tələb edir. İlkin İddiaçı MMC tərəfindən mübahisəli podrat müqaviləsi üzrə ilkin Cavabdeh MMC-nin sifarişi əsasında ƏDV xaric 439.910,36 manat məbləğində işlərin görülməsi və həmin işlərə görə ilkin cavabdeh tərəfindən ilkin iddiaçının bank hesabına ƏDV xaric 318.610 manat məbləğində ödəniş edilməsi işin mübahisəsiz hallarıdır. İlkin iddiaçıya nəğd şəkildə 10.000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə ilkin cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ilkin cavabdeh həmin halı təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Odur ki, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə ilkin iddiaçı tərəfindən görülmüş ƏDV xaric 439.910,36 manat məbləğində podrat işlərin müqabilində ilkin cavabdeh tərəfindən 318.610 manat məbləğində ödənişin edilməsi, 121.300 manat məbləğində borcun isə ödənilməmiş qalması müəyyən edildiyindən ilkin iddiaçı həmin borcun ödənilməsini tələb etməkdə haqlıdır. Pul öhdəliyinin icra edilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsində ilkin iddiaya münasibətdə isə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtlərinə əsasən görülmüş işlərə görə ödənişlər işlərin qəbul aktı (forma -2) və elektron qaimə əsasında 10 təqvim günü ərzində edilməli olduğunu, mübahisəli işlərin görülməsi ilə bağlı sonuncu elektron qaimənin 2023-cü ilin aprel ayında ilkin cavabdehə göndərildiyini, yəni ilkin cavabdehin ödənişləri 1 ildən artıq müddət ərzində gecikdirdiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ilkin iddiaçının illik 5 % olmaqla 5.122,65 manat məbləğində faiz tutulmasına dair tələbi də əsaslıdır. Qarşılıqlı iddiaya gəldikdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh MMC pul tələbinə dair qarşılıqlı iddiasına əsas kimi üç faktiki hala istinad etmişdir: - İddiaçı MMC-nin metal kəsiminə görə “Texnolocikal Məşin Manyufəkturinq Limited’ MMC-yə olan 131.600 manat məbləğində borcunun Cavabdeh MMC tərəfindən ödənilməsi - İddiaçı MMC-nin Z profillərinin emalı üçün "xxxx" MMC-yə olan 36.000 manat məbləğində borcun Cavabdeh MMC tərəfindən ödənilməsi - Müqavilə üzrə Cavabdeh MMC-yə təqdim edilməli olan dəyəri 65.000 manat olan 20 ton emal olunmuş metal konstruksiyaların İddiaçı MMC tərəfindən icazəsi olmadan satılması MMCnin borcunun deyil, yuxarıda istinad edilən müqavilə üzrə göstərilmiş xidmətlərə görə öz borcların ödənilməsi olmuşdur. Birinci iki halla bağlı məhkəmə qeyd edir ki, həmin hissədə qarşılıqlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 431.1 və 731.3-cü maddələri təşkil edir. Həmin maddələrinin məzmunundan da göründüyü kimi öhdəlik şəxsən icra etməli olan hallar istisna olmaqla üçüncü şəxs tərəfindən icra edilə bilər və bu halda tələb hüququ kreditoru təmin etmiş üçüncü şəxsə keçir. Hazırkı halda isə qarşılıqlı iddiaçı Cavabdeh MMC qarşılıqlı cavabdehin müvafiq olaraq “X3 Limited’ MMC-yə və "xxxx" MMC-yə olan borclarının tərəfindən ödənildiyini iddia etsə də, qarşılıqlı cavabdehin sözügedən hüquqi şəxslər qarşısında icra edilməmiş borc öhdəliyinin mövcud olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəməyə yalnız İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış Z profillərinin bükülməsi işlərinin görülməsinə dair podrat müqaviləsi təqdim edilmişdir ki, həmin müqavilənin mövcudluğu sözügedən müqavilə üzrə İddiaçı MMC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən işlərin icra edilməsini, icra edilmiş işlərin həcmi və dəyərini, eləcə də həmin işlərə görə İddiaçı MMC-nin borc öhdəliyinin məbləğini müəyyən etmək üçün kifayət etmir. "xxxx" MMC-nin nümayəndəsi olduğu iddia edilən X4 Nərimanov RPİ-nin İstintaq Şöbəsində verdiyi izahatında İddiaçı MMC-nin "xxxx" MMC-yə 36.000 manat məbləğində borcunun olmasını və həmin borcun Cavabdeh MMC tərəfindən ödənilməsini təsdiq etməsi barədə qarşılıqlı iddiaçının istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, X4 "xxxx" MMC-nin nümayəndəsi olması ehtimal edilsə belə, borc öhdəliyinin mövcudluğuna dair tələbkarın nümayəndəsi tərəfindən izahatının həmin borc öhdəliyinin həqiqətən də mövcud olmasının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut olmaması açıq-aşkardır. Eynilə İ.Vahidin şahid ifadəsinə münasibətdə qeyd edilməlidir ki, şahidin tərəflərlə hər hansı bağlılığının olması, tərəflər ilə “X3 Limited’ MMC arasında danışıqlarda iştirak etməsi, yəni tərəflər arasında yaranmış münasibətlərdən məlumatlı olması məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmır. Odur ki, həmin ifadələrin də işin faktiki hallarını təsdiq edən mötəbər sübut kimi qəbul edilməsi istisna olunur. Bundan əlavə qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən qarşılıqlı cavabdehin əvəzinə “X3 Limited’ MMC-yə pul ödənilməsi barədə qarşılıqlı iddiaçının dəlilləri həmçinin onunla da təkzib edilir ki, Cavabdeh MMC tərəfindən “X3 Limited’ MMC-yə TMP- 022 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edilməklə müxtəlif xidmətlər göstərilməsi ilə bağlı (kəsim, büküm, kran xidməti və s.) elektron qaimə-fakturalar göndərilmiş və Cavabdeh MMC tərəfindən “X3 Limited’ MMC-yə məhz həmin qaimə-fakturalar əsasında ödənişlər edilmişdir. Belə olan halda isə Cavabdeh MMC tərəfindən “X3 Limited’ MMC-yə edilən ödənişlərin təyinatı İddiaçı MMC-nin borcunun deyil, yuxarıda istinad edilən müqavilə üzrə göstərilmiş xidmətlərə görə öz borcların ödənilməsi olmuşdur. Beləliklə, iş materiallarına əsasən “X3 Limited’ MMC-nin və "xxxx" MMC-nin qarşılıqlı İddiaçı MMC-yə qarşı tələb hüquqlarının olması müəyyən edilmədiyindən mövcud olmayan tələb hüquqlarının qarşılıqlı iddiaçı tərəfindən təmin edilməsi və nəticədə qarşılıqlı iddiaçıya keçməsi də istisna olunur. Belə olan halda həmin hissədə qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir. Qarşılıqlı iddiaçının qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi üçüncü hala-ona məxsus olan emal edilmiş malın qarşılıqlı cavabdeh tərəfindən satılmasına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 443.1-ci maddəsi təşkil edir. Tələbin sözügedən hissəsinə münasibətdə qeyd edilməlidir ki, qarşılıqlı iddiaçı həmin hissədə tələbini qarşılıqlı cavabdehin müqavilə şərtlərinə uyğun olaraq emal etdikdən sonra ona təqdim etməli olduğu 65.000 manat dəyərində 20 ton metal konstruksiyaları satmaqla müqavilə öhdəliklərini pozması və nəticədə ona maddi zərər vurulması ilə əsaslandırsa da, istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Odur ki, həmin hissədə də qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir.
52. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 385, 386, 442, 443, 445, 752.1, 431.1-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
53. İlkin iddia üzrə Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024 tarixli e-2-2(113)-1316/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
54. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə bu maddələrin məzmununa nəzər yetirməmiş və yalnız ilkin iddiaçının mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Məhkəmə yalnız ilk iddiaçının iddia ərizəsində göstərilənləri əsaslı hesab edərək heç bir araşdırma aparmadan tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi barədə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası qarşılıqlı iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün təqdim olunmuş sübutlara düzgün qiymət verilməli idi. Belə ki, üçtərəfli razılaşmaya əsasən ilkin iddiaçı şirkətin əvəzinə onun üçüncü şirkətə olan borcunu ödəmişdir. Ödədikləri borcun məhz iddiaçı şirkətin borcu olmasına və pulun ödənilməsini təsdiq edən sübutlar (şahid ifadələri və s.) təqdim edilsədə bunlar məhkəmə araşdırılmasında birtərəfli qaydada nəzərə alınmamışdır. İddiaçı MMC-nin Cavabdeh MMC-yə faktiki olaraq 115.300 AZN borcu yaranmışdır. Buna qədər İddiaçı MMC-nin rəhbəri ilə dəfələrlə əlaqə saxlanılmağa cəhd edilsədə də, telefon zənglərinə cavab verilməmişdir. Halbuki, hazırkı işin müəyyən olunmuş hallarından, tərəflərin izahatları, habelə tərəflərin müqaviləyədək, həmçinin müqavilədən sonrakı hərəkətlərini nəzərə aldıqda aşkar müəyyən olunur ki, İddiaçı MMC etibarlı tərəfdaş olmamış və heç bir əsası olmayan iddia tələbi ilə çıxış etməklə üstün mövqe nümayiş etdirərək digər mülki dövriyyə iştirakçısına (işgüzar partnyoruna) zərər vurmağa çalışmışdır. Göründüyü kimi qarşılıqlı iddiaçının iddiasını əsaslandırdığı faktiki hallar həmin tələbin qanuni əsası hesab edilə biləcək mülki qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və iddia tələbi təmin olunmalıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
55. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 448.1-ci maddəsinə görə Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
58. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə ilkin iddia üzrə Cavabdeh MMC tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
59. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024 tarixli e-2-2(113)-1316/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. İşin hallarından görünür ki, işin mübahisəsiz hallarına əsasən ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı MMC (subpodratçı) ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC (podratçı) arasında 26 sentyabr 2022-ci il tarixli 26/09/22 saylı podrat müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqavilə üzrə öhdəliklərini icra edərək ƏDV daxil 519.094,22 (ƏDV xaric 439.910,36 manat) dəyərində metal konstruksiya (emal, frezlənmə və metal konstruksiyanın yığılması, kəsilməsi, deşilməsi, qaynaq edilməsi, istehsalat olan malların yuklənməsi) işlərini görmüş, ilkin Cavabdeh MMC tərəfindən isə bunun müqabilində sözügedən məbləğin ƏDV-si tam şəkildə və əsas məbləğin 318.610 manat hissəsi ilkin iddiaçıya ödənilmişdir. İşin yuxarıda göstərilən halları ilə ilkin iddiaçı tərəfindən görülmüş ƏDV xaric 439.910,36 manat məbləğində podrat işlərin müqabilində ilkin cavabdeh tərəfindən 318.610 manat məbləğində ödənişin edilməsi, 121.300 manat məbləğində borcun isə ödənilməmiş qalması müəyyən edildiyindən ilkin iddiaçı həmin borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
61. Apellyasiya şikayətinin dəlili kimi İddiaçı MMC-nin Cavabdeh MMC-yə faktiki olaraq 115.300 AZN borcunun olduğu göstərilsə də bu hala dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətində istinad edilən şahid ifadəsi isə "xxxx" MMC-nin Cavabdeh MMC-yə borcunun mövcud olmasını təsdiq etmir. Belə ki, şahid ifadəsi sübut növlərindən biridir və digər sübutlarla yanaşı qiymətləndirilir. Digər sübutlarla yanaşı qiymətləndirərkən şahid ifadəsinin ziddiyyətli olduğu, iş materiallarında olan tərəflərin həqiqi münasibətlərini müəyyən edən sənədlərlə uzlaşmadığı müəyyən edilir. Ona görə də apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir.
62. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
63. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İlkin iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024 tarixli e-2-2(113)-1316/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.