Məhkəmə qərarları › İş №2-2(103)-967/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-967/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-967/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, pul) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçının nümayəndəsi X3, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2253/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli podrat xidmətləri haqqında müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Podratçı, Sifarişçinin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 150 ünvanda yerləşən “X2“ tikinti layihəsində (bundan sonra - Sahə ) təmir - tikinti işlərinin tələb olunan bütün material və işçiliyin təmin olunmasını (bundan sonra - İşlər) bu Müqavilə ilə razılaşdırılmış qiymətə və müddətdə yerinə yetirməyi, Sifarişçiyə tam işlək vəziyyədə təhvil verməyi, Sifarişçi isə həmin İşlərin nəticələrini təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Podratçıya ödəməyi öhdəsinə götürür. - 3.2-ci bəndinə əsasən Podratçı İşləri (İş qrafiki) ilə razılaşdırılmış müddət ərzində, yəni 31 avqust 2023-ci il tarixinədək yerinə yetirəcək və İşlərin irəliləməsi və nəzarətinə görə özü məsuliyyət daşıyır. - 4.1-ci maddəsinə əsasən işlərin qənaətbəxş və tam icrası müqabilində Sifarişçi Podratçıya bu Müqaviləyə əlavə olunacaq Əlavələrdə qeyd olunan məbləğləri, (bundan sonra “Müqavilə məbləği”). Sifarişçi İşlərin icrası üçün Podratçıya bu Müqavilədən kənar hər hansı əlavə məbləğ ödəməyəcək və bu Müqavilə ilə müəyyən olunmuş hallar istisna olmaqla hər hansı digər ödəniş etməyəcək. - 4.2-ci bəndinə əsasən Bu Müqavilə üzrə hesablaşma nağdsız qaydada Azərbaycan manatı ilə həyata keçiriləcək. Xarici valyutada göstərilmiş məbləğlər müvafiq hesabfaktura üzrə ödəniş edilən tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarix üçün müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə hesablanacaq və ödəniləcək. - 4.4-cü bəndinə əsasən Bu müqavilənin dəyəri 996 526.6 USD məbləğİndədir . Müqavilə imzalandığı tarixdə qüvvədə olan məzənnə (1 ABŞ dolları^ 1,70 AZN) gələcəkdə baş verə biləcək devalvasiya və digər fors-major hallar baş verdiyi zaman dəyişdiyi halda bu Müqavilənin şərtlərinə tətbiq edilməyəcəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

2. İddiaçı tərəfindən cavabdehə EBCK 201651 nömrəli xx.xx.2022-ci il tarixli 354000 manat, EBDA 734122 nömrəli xx.xx.2023-cü il tarixli 165200 manat, EBDA 773980 nömrəli xx.xx.2023-cü il tarixli 3374.99 manat, EBDB 985157 nömrəli xx.xx.2023cü il tarixli 17700 manat, EBDB 546463 nömrəli xx.xx.2023-cü il tarixli 59 000 manat, EBDD 116844 nömrəli xx.xx.2023-cü il tarixli 35461.36 manat, EBDE 500380 nömrəli xx.xx.2023-cü il tarixli 47200 manat, EBDD 725061 nömrəli xx.xx.2023-cü il tarixli 11800 manat, EBDD 708593 nömrəli xx.xx.2023-cü il tarixli 129800 manat, EBDK 882397 nömrəli xx.xx.2023-cü il tarixli 37760 manat, EBDL 012336 nömrəli xx.xx.2023-cü il tarixli 64900 manat, EBDL 324297 nömrəli xx.xx.2023-cü il tarixli 49943.50 manat, EBDN 325482 nömrəli xx.xx.2023-cü il tarixli 75136.51 manat, EBCM 299991 nömrəli xx.xx.2022-ci il tarixli 141600 manat məbləğində elektron qaimələr göndərilmişdir.

3. Tərəflərin möhürləri və imzaları ilə təsiq edilmiş Sifarişçi və podartçı arasında görülən işlərin təhvil təslim aktlarına əsasən, müxtəlif vaxtlarda ümumi dəyəri 710.169 ABŞ dolları olan işlər təhvil verilmişdir.

4. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 5000 manat ödənilmişdir.

5. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 40 000 manat ödənilmişdir.

6. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 22 000 manat ödənilmişdir.

7. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 1675 manat ödənilmişdir.

8. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 2325 manat ödənilmişdir.

9. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 40000 manat ödənilmişdir.

10. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 32 000 manat ödənilmişdir.

11. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 35000 manat ödənilmişdir.

12. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 20000 manat ödənilmişdir.

13. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 55000 manat ödənilmişdir.

14. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 5000 manat ödənilmişdir.

15. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 14000 manat ödənilmişdir.

16. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 6000 manat ödənilmişdir.

17. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 30000 manat ödənilmişdir.

18. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 40000 manat ödənilmişdir.

19. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 10000 manat ödənilmişdir.

20. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 30052 manat ödənilmişdir.

21. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 15000 manat ödənilmişdir.

22. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 10000 manat ödənilmişdir.

23. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 40000 manat ödənilmişdir.

24. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 5500 manat ödənilmişdir.

25. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 40000 manat ödənilmişdir.

26. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 2860.17 manat ödənilmişdir.

27. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 5000 manat ödənilmişdir.

28. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 50000 manat ödənilmişdir.

29. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 39500 manat ödənilmişdir.

30. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 40000 manat ödənilmişdir.

31. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 80000 manat ödənilmişdir.

32. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 45885.72 manat ödənilmişdir.

33. “X9” ASC tərəfindən verilmiş ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 254114.28 manat ödənilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

34. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aramızda bağlanmış xx.xx.2022-ci il tarixli, 01 saylı podrat müqaviləsiüzrə ödənilməyən 194.235,52 manat məbləğində pulun, nümayəndəyə və vəkilə göstərilən hüquqi yardıma görə ödədiyimiz 2.000 manat pulun. habelə ödədiyimiz 485 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Pyramid Studio MMC ilə Cavabdeh MMC ilə arasında xx.xx.2022-ci il tarixli 01 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin sifarişi əsasında onlar tərəfindən “X2” tikinti layihəsində iştirak etmişlər, orada təmir tikinti işləri görmüşlər. (tələb olunan bütün material və işçiliyin təmin olunması) Onlar tərəfindən həmin binada ümumilikdə mal-material, işçiliklə birlikdə 710.169 ABŞ dollar məbləğində (710.169 ABŞ dollar x 1.70 manat = 1.207.287,52 manat məbləğində iş görülmüşdür. Həmin məbləğdən cavabdeh tərəfindən onların hesabına bu günə qədər cəmi 1.013.052 manat pul ödənilmişdir. Hal-hazırda cavabdehin bizə 194.235.52 manat məbləğində borcu qalmışdır. Cavabdehlə aralarında görülmüş işlərin təhvil-təslim aktları vardır. Həmin aktları cavabdeh imzası və möhürü ilə təsdiq etmişdir. Cavabdeh bu günə qədər qalan borcunu ödəməmişdir. Görülmüş işlərin dəyərinin qalan borcunun ödənilməsi barədə cavabdehə pretenziya göndərilmişdir. Lakin cavabdeh onlara cavab verməmişdir. Cavabdeh borcunu ödəmək istəmir. Belə olan halda onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

36. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, xx.xx.2022-ci il tarixli, 01 saylı podrat müqaviləsi üzrə ödənilməyən 194.235,52 manat məbləğində pulun, 34962.39 manat ƏDV,cəmi 229197.91 manat pulun və nümayəndəyə və vəkilə göstərilən hüquqi yardıma görə ödədikləri 2.000 manat pulun, habelə ödədikləri 520 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Cavabdeh iddiaya etiraz verərək iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbindən də göründüyü kimi tərəflər arasında imzalanmış təhvil-təslim aktlarına (İPC) əsasən, iddiaçı tərəfindən hazırki müqavilə üzrə ümumilikdə ƏDV daxil 1,207,287.52 manat məbləğində xidmət göstərilmişdir. Cavabdeh tərəfindən isə hazırki müqavilə üzrə iddiaçıya ümumilikdə ƏDV daxil 1,198,776.36 manat məbləğində ödəniş həyata keçirilmişdir. Göründüyü kimi, göstərilmiş xidmətlər ilə ödənilmiş məbləğlər arasında fərq ƏDV daxil 8,511.16 manat təşkil edir.

39. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2253/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2022-ci il tarixli, 01 saylı podrat müqaviləsinə əsasən, cavabdeh "xxxx" MMC-dən 191375,35 (yüz doxsan bir min üç yüz yetmiş beş manat otuz beş qəpik) manat məbləğində əsas borc, 34447,65 (otuz dörd min dörd yüz qırx yeddi manat altmış beş qəpik) ƏDV borcu, 500 (beş yüz) manat vəkil xərci və 485 (dörd yüz səksən beş) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

40. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilə üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş F2 sənədlərində (ümumi dəyəri 710.169 ABŞ dolları olan) qeyd edilən işlərin cavabdehə təhvil verilməsi və cavabdeh tərəfindən cəmi 1.198.776.36 manat məbləğində pulun ödəbilməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında əsas mübahisələndirilən hal F2 sənədlərində qeyd edilən iddiaçı tərəfindən cavabehə təhvil verilən xidmətlərin dəyərinin (ümumi dəyəri 710.169 ABŞ dolları (1,207,287.52 manat))ədv daxil dəyər və ya ədv xaric dəyər olmasıdır. İşlərin təhvil verilməsinə dair məhkəməyə təqdim edilən sənədlərdə, heç bir qrafada həmin rəqəmlərin ədv daxil rəqəm olmasına dair qeyd yoxdur və bu barədə heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilən ödəniş tapşırıqları və ƏDV subuçot hesabından köçürmələrdən görünür ki, F2 sənədlərində qeyd edilən rəqəmlər ədv xaric-görülən xidmətlərin dəyəridir. Belə ki, F-2 və Elektron qaimələrin birində görülən işlərin dəyəri məs. 300.000 manatdırsa (176.470.59 ABŞ) cavabdeh 54.000 manat ayrıca ƏDV ödəmişdir, (bax e-qaimə xx.xx.2022). İş materiallarında görünür ki, F-2- lərdə yalnız görülən işlərin dəyəri yazılmışdır. ƏDV isə qaimələr təqdim olunanda hesablanmış, cavabdeh tərəfindən ödəmələr də həmin qaydada həyata keçirilmişdir.

41. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2253/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini "191,375.35 manat əsas borc, 34,447.65 manat ƏDV borcu" hissəsində ləğv edib, müqavilə üzrə borcun ƏDV daxil 8,511.16 manat olması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

42. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli podrat xidmətləri haqqında müqavilənin 4.1-ci bəndinə əsasən, Sifarişçi işlərin icrası üçün Podratçıya bu Müqavilədən kənar hər hansı əlavə məbləğ ödəməyəcək və bu Müqavilə ilə müəyyən olunmuş hallar istisna olmaqla hər hansı digər ödəniş etməyəcək. Müqavilənin 4.4-cü bəndinə görə isə, bu müqavilənin dəyəri 996 526.6 USD məbləğindədir. Müqavilə imzalandığı tarixdə qüvvədə olan məzənnə (1 ABŞ dolları^ 1,70 AZN) gələcəkdə baş verə biləcək devalvasiya və digər fors-major hallar baş verdiyi zaman dəyişdiyi halda bu Müqavilənin şərtlərinə tətbiq edilməyəcəkdir. Müqavilə üzrə görüləcək işlərin yuxarı həddi həmçinin tərəflər arasında imzalanmış 16 ədəd təhvil-təslim aktında da (F2) öz əksini tapmışdır. Qətnamədən də göründüyü kimi, mübahisə görülən işlərə görə ödənilmiş vəsaitə ƏDV məbləğinin daxil olub-olmamasıdır. Məhkəmə qətnamədə belə qənaətə gəlmişdir ki, F2-də göstərilən məbləğlərə ƏDV daxil deyildir və bu mövqeyini cavabdeh tərəfindən ƏDV sub-uçot hesabına ödənişlərin edilməsi, həmçinin, "F2 və Elektron qaimələrin birində görülən işlərin dəyəri məs. 300.000 manatdırsa (176.470.59 ABŞ) cavabdeh 54.000 manat ayrıca ƏDV ödəmişdir, (bax e-qaimə xx.xx.2022). İş materiallarında görünür ki, F-2-lərdə yalnız görülən işlərin dəyəri yazılmışdır. ƏDV isə qaimələr təqdim olunanda hesablanmış, cavabdeh tərəfindən ödəmələr də həmin qaydada həyata keçirilmişdir" (51-ci bənd). Məhkəmənin bu mövqeyi ilə bağlı qeyd edirlər ki, F2-də təsdiq olunmuş məbləğlər ilə cavabdeh tərəfindən edilən ödənişlər və iddiaçı tərəfindən göndərilən elektron-qaimələrin bir çoxu üst-üstə düşmür. Tərəflər arasında mövcud olan uzunmüddətli və inam üzərində qurulmuş münasibətləri nəzərə alaraq, cavabdeh iddiaçı tərəfindən göndərilən elektron qaimələr üzrə ödənişləri həyata keçirmişdir (ƏDV məbləğləri də daxil olmaqla). Bundan başqa, istər müqavilənin ümumi dəyəri və görüləcək işlərin həcmi, istər də F2-lər iddiaçı tərəfindən müəyyən edilmiş və tərtib edilmişdir. Bu isə, öz növbəsində, podrat müqaviləsinin təbiətinə uyğundur. Belə ki, görüləcək işlərin həcmini və dəyərini ilkin olaraq iddiaçı (icraçı) müəyyən etməli, sonradan isə cavabdeh (podratçı) ilə razılaşdıraraq işə başlamalıdır. Ümumi qəbul olunmuş yanaşma belədir ki, vergi ödəyicisinin təqdim etdiyi malların (işlərin, xidmətlərin) dəyərinə ƏDV daxil edilməyibsə, bu barədə müqavilədə birbaşa qeyd edilməlidir. Əgər müqavilədə belə bir qeyd yoxdursa, malların (işlərin, xidmətlərin) təqdim edilmə qiyməti ƏDV daxil olmaqla müəyyən edilmiş hesab olunur. Məhkəmə qətnamədə belə qənaətə gəlmişdir ki, F2-də göstərilən məbləğlərə ƏDV daxil deyildir və bu mövqeyini cavabdeh tərəfindən ƏDV sub-uçot hesabına ödənişlərin edilməsi, həmçinin, "F2 və Elektron qaimələrin birində görülən işlərin dəyəri məs. 300.000 manatdırsa (176.470.59 ABŞ) cavabdeh 54.000 manat ayrıca ƏDV ödəmişdir, (bax e-qaimə xx.xx.2022). İş materiallarından görünür ki, F-2-lərdə yalnız görülən işlərin dəyəri yazılmışdır. ƏDV isə qaimələr təqdim olunanda hesablanmış, cavabdeh tərəfindən ödəmələr də həmin qaydada həyata keçirilmişdir" (51-ci bənd). Məhkəmənin bu mövqeyi ilə bağlı qeyd edirlər ki, F2-də təsdiq olunmuş məbləğlər ilə cavabdeh tərəfindən edilən ödənişlər və iddiaçı tərəfindən göndərilən elektron-qaimələrin bir çoxu üst-üstə düşmür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının təyinat hissəsində "podrat muqavile 01 tarix 01112022 hesab faktura 01nc tarix 21112022 elave 1" qeyd edilmişdir. Məhkəmə isə bu sübuta qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz:

43. İddiaçı MMC apellyasiya şikayətinə qarşı yazılı etiraz vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

44. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, bir neçə qaimə ilə ödənişin üst-üstə düşməməsinin səbəbi cavabdehdir. F2də qeyd olunan məbləği cavabdeh istədiyi vaxt hissə-hissə ödəyirdi, bir neçə gündən sonra isə bizə zəng vurub bildirirdi ki, pul keçirilib qaiməni göndərin. Bir neçə qaimə ilə ödənişin üst-üstə düşməməsi işin sonda həllinə təsir etmir.Nəticə etibarı ilə bütün F2-lər üzrə cəmi ödənişlərin edilib edilməməsi əsasdır. Hansı müqavilədə, hansı F2-də, harada, hansı sənəddə yazılıb ki, ödəniş ƏDV ilə birlikdədir? F2də yalnız görülən işlərin məbləği yazılmışdır. Müqavilədə belə bir bənd yoxdur, müqavilədə və F2-lərdə yalnız görülən işlərin dəyəri yazılmışdır. ƏDV ilə bağlı heç bir qeyd yoxdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında əsassız olaraq qeyd etmişdir ki, guya ki, xx.xx.2022-ci il tarixdə ödədikləri 254.114.28 manat pul ƏDV ilə birlikdə 300.000 manat (F2 üzrə 176.470.59 ABŞ) təşkil edir. Bu tam yalandır. Belə ki, Cavabdeh MMC 300.000 manat (F2 üzrə 176.470.59 ABŞ) pulu hissə-hissə yəni, birinci dəfə 254.114.28 manat pulu ƏDV-siz xx.xx.2022-ci il tarixdə PYRAMİD STUDİO” MMC-yə ödəmiş, qalan 45.885.72 manat ƏDV-siz pulu isə xx.xx.2022-ci il tarixdə ödəmişdir. Cəmi olmuşdur 300.000 manat. Cavabdeh 254.114.28 manat ödənişə görə- 45.740.5 manat ƏDV ödəmişdir. (bax ƏDV sub-uçot hesabından köçürmələrin siyahısı № 29) Cavabdeh 300.000 manatdan qalan 45.885.72 manat ödənişə görə isə 8.259.44 manat ƏDV ödəmişdir. (bax ƏDV sub-uçot hesabından köçürmələrin siyahısı № 28) Beləliklə də, cavabdeh cəmi 300.000 manat (F2 üzrə 176.470.59 ABŞ) ödənişə görə cəmi 53.999.94 manat ƏDV ödəmişdir. Görülən işlər F2 üzrə 710.169 ABŞ dollar x 1.70 manat =1.207.287,52 manat (ƏDV-siz) Həmin görülən işdən 1.015.912,17 manat ödənilmişdir. 1.015.912,17 manat ödənilən məbləğə görə 182.864.019 manat ədv ödənilmişdir. Ödəniş və ƏDV ilə cəmi 1.198.776.36 manat ödənilmişdir. Görülən işlər 710.169 ABŞ dollar x 1.70 manat =1.207.287,52-(ƏDV-siz) manatdan çıxırıq ödənilən 1.015.912.17 manat (ƏDVsiz)= 191.375.35 manat əsas borc ƏDV-siz qalmışdır. (1.207.287,52 manat görülən işlər)+217.311.672 manat 18% ƏDV=1.424.599.192 manat—1.198.776.36 manat ədv ilə birlikdə ödənilən məbləğ =225.823 manat ədv ilə birlikdə borc qalmışdır. Beləliklə də, Cavabdeh MMC-nin hal-hazırda bizə F-2-lər üzrə 191.375.35 manat ƏDV-siz borcu vardır. Həmin məbləğin 18 faizi ƏDV-si 34.447.653 manat təşkil edir. Cəmi 225.823 manat ƏDV ilə birlikdə pulun cavabdehdən alınaraq İddiaçı ММС-yə verilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

45. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

46. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

47. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. -762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. -762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

49. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 161-ci maddəsinə (Vergi tutulan əməliyyatın dəyəri) əsasən:

-161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. -161.2. Əgər vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, yaxud almağa hüququ varsa, bu malların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir. -161.3. Bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri bu Məcəllənin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir. Bu qayda bu Məcəllənin 159.6-cı maddəsinə uyğun olaraq qeydiyyat ləğv edildikdə, əldə qalan mallara da tətbiq edilir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

54. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022- ci il tarixli, 01 saylı podrat müqaviləsinə əsasən öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlar, həmçinin cavabdehin etiraz ərizəsinin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilə münasibətlərinin olması, iddiaçı tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq təmir tikinti işlərinin yerinə yetirməsi, təhil təslim aktları F2 sənədlərinə əsasən təhvil verilmiş işlərinin dəyərinin 1,207,287.52 manat məbləğində olması, cavabdeh tərəfindən iddiaçıya müqaviləyə əsasən cəmi 1.198.776.36 manat ödənilməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında işin mübahisələnidirilən halı, iddiaçı təhvil təslim aktlarında (F2 sənədi) təhvil verilən işlərin (1,207,287.52 manat) ədv xaric dəyəri olmasına əsaslanaraq, Cavabdeh MMC-nin iddiaçıya 191.375.35 manat əsas, 34.447.653 manat ƏDV borcunun qalmasını iddia edir, cavabdeh hazırki müqavilə üzrə ümumilikdə ƏDV daxil 1,207,287.52 manat məbləğində xidmət göstərildiyini, Cavabdeh tərəfindən isə hazırki müqavilə üzrə İddiaçıya ümumilikdə ƏDV daxil 1,198,776.36 manat məbləğində ödəniş həyata keçirildiyini, cavabdehin iddiaçıya cəm ƏDV daxil 8,511.16 manat borcu qalmasını bildirərək iddianı qismən qəbul edir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən görülmüş işlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

58. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCK 201651 nömrəli xx.xx.2022-ci il tarixli 354000 manat, EBDA 734122 nömrəli xx.xx.2023-cü il tarixli 165200 manat, EBDA 773980 nömrəli xx.xx.2023-cü il tarixli 3374.99 manat, EBDB 985157 nömrəli xx.xx.2023-cü il tarixli 17700 manat, EBDB 546463 nömrəli xx.xx.2023-cü il tarixli 59 000 manat, EBDD 116844 nömrəli xx.xx.2023-cü il tarixli 35461.36 manat, EBDE 500380 nömrəli xx.xx.2023-cü il tarixli 47200 manat, EBDD 725061 nömrəli xx.xx.2023-cü il tarixli 11800 manat, EBDD 708593 nömrəli xx.xx.2023-cü il tarixli 129800 manat, EBDK 882397 nömrəli xx.xx.2023-cü il tarixli 37760 manat, EBDL 012336 nömrəli xx.xx.2023-cü il tarixli 64900 manat, EBDL 324297 nömrəli xx.xx.2023-cü il tarixli 49943.50 manat, EBDN 325482 nömrəli xx.xx.2023-cü il tarixli 75136.51 manat, EBCM 299991 nömrəli xx.xx.2022-ci il tarixli 141600 manat məbləğində elektron qaimələr göndərilmişdir.

59. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilədə qeyd edilən işlərin cavabdehə təhvil verilməsi barədə bütün sübutlar (təhvil təslim aktları (F2), elektron qaimələr) məhkəməyə təqdim edilmişdir.

60. Hazırki halda mübahisələndirilən məqam F2 sənədlərində qeyd edilən iddiaçı tərəfindən cavabdehə təhvil verilən xidmətlərin dəyərinin (ümumi dəyəri 710.169 ABŞ dolları (1,207,287.52 manat)) ƏDV daxil dəyər və ya ƏDV xaric dəyər olmasıdır.

61. Cavabdeh apellyasiya şikayətində əgər müqavilədə belə bir qeyd yoxdursa, malların (işlərin, xidmətlərin) təqdim edilmə qiymətinin ƏDV daxil olmaqla müəyyən edilmiş hesab olunmasını və iddiaçı tərəfindən göndərilən elektron qaimələr üzrə ƏDV məbləğləri də daxil olmaqla ödənişlərin həyata keçirilməsini qeyd etmişdir.

62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə, həmçinin F2 sənədlərində malların (işlərin, xidmətlərin) təqdim edilmə qiymətinə ƏDV daxil olub-olmaması ilə bağlı heç bir qeyd yoxdur. İş materiallarında olan ödəniş tapşırıqları və ƏDV sub-uçot hesabından köçürmələrdən də müəyyən olunur ki, F2 sənədlərində qanunvericiliyə uyğun olaraq yalnız görülən işlərin dəyəri yazılmışdır. ƏDV isə qaimələr təqdim olunanda hesablanmış, cavabdeh tərəfindən edilən ödəmələr də həmin qaydada həyata keçirilmişdir. Cavabdeh malların (işlərin, xidmətlərin) təqdim edilmə qiymətinə ƏDV daxil olmasını iddia etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.

63. Bu səbəbdən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2253/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2253/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar