Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-10/2023 01.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi, İddiaçı Bank "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" Firmasına və Nümayəndə2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli e-2-2(115)-300/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" Firması tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, əmlakın açıq hərracda satılması və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommesiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" FİRMASİ arasında bağlanmış xx.xx.2019-cu il tarixli ВKN-00014- 06/19A saylı əsas kredit müqaviləsinin, xx.xx.2019-cu il tarixli BKN – A0014-06/19A saylı əlavə kredit müqaviləsinin, xx.xx.2019-cu il tarixli ВKX-00014-06/19A saylı əlavə kredit xətti müqaviləsinin və xx.xx.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 257430 manat əsas borc, 19207 manat 12 qəpik faiz məbləği, ümumilikdə 276637 manat 12 manat məbləğində borcun və ВKX-00014-06/19A saylı əlavə kredit xətti müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 49500 manat əsas borc, 6848 manat 99 qəpik faiz məbləği, ümumilikdə 56348 manat 99 qəpik məbləğində borcun iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, həmçinin 50 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdeh "xxxx" Firmasından iddiaçının xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli BKMG00014-06/19A saylı ipoteka müqaviləsi əsasında mülkiyyət hüququ ilə Nümayəndə2 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 273.3 kv.m olan mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və ipoteka ilə təmin edilmiş kredit borcunun həmin ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh "xxxx" Firmasından tutulması və cavabdehin ipotekaya qoyduğu əmlaka tutmanın yönəldilməsi ilə bağlı həmin mənzildə qeydiyyatda olan Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsinə və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommesiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli e-2-2(115)-300/2021 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın qismən təmin edilməsi, Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli ВKN-00014- 06/19A saylı əsas kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli BKN – A0014-06/19A saylı əlavə kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli ВKX00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi və xx.xx.2020-ci il tarixli RPZ-B0014- 06/19A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsi üzrə 257430 manat əsas borc, 19207 manat 12 qəpik faiz borcu, cəmi 276637 manat 12 qəpik məbləğində borc və xx.xx.2019-cu il tarixli ВKX-00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi üzrə 49500 manat əsas borc, 6848 manat 99 qəpik faiz borcu, cəmi 56348 manat 99 qəpik məbləğində borc olmaqla, ümumilikdə 332986 manat 11 qəpik məbləğində borc, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 50 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdeh "xxxx" Firmasından iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdeh Nümayəndə2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 40 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 680000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh Nümayəndə2 qaytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdeh "xxxx" Firmasından tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra mənzilin boşaldılması, Nümayəndə2 300 manat məbləğində qiymətləndirmə haqqının tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" Firması apellyasiya şikayəti verərək, iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilməklə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında xx.xx.2019-cu il tarixli BKN-00014-06/19A saylı Əsas kredit müqaviləsi bağlanmışdır və bank tərəfindən cavabdehə 60 ay müddətinə, xx.xx.2024-ci il tarixinədək əlavə müqavilələr bağlamaqla 310000 manat məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. Kreditin təminatı qismində cavabdeh "xxxx" Firması xx.xx.2019-cu il tarixdə Bank "xxxx" ASC ilə BKMG00014-06/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Nümayəndə2 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzili ipotekaya qoymuşdur. İddiaçı Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli BKN-A0014-06/19A saylı əlavə kredit müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 260000 manat məbləğində kredit verilmişdir. İddiaçı Bank "xxxx" ASC ilə "xxxx" Firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli BKX-00014-06/19A saylı Əlavə kredit xətti müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 50000 manat ümumi məbləğində illik 17 faiz ödəmək şərti ilə 36 ay müddətinə xx.xx.2022ci il tarixədək bərpa olunan kredit xətti açılmış və kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə kredit cavabdehin mülkiyyətinə verilmişdir, cavabdeh isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və krediti 22 noyabr 2022-ci il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Bank "xxxx" ASC ilə "xxxx" Firması arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 257430 manat məbləğində krediti illik 17 faiz ödəmək şərti ilə 52 ay müddətinə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən xx.xx.2019-cu il tarixli BKN-A0014-06/19A saylı kreditin tam bağlanması məqsədi ilə istifadə etməyi və onu 6 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Əlavə kredit xətti müqaviləsinin 5-ci bəndinə əsasən kreditin təminatı qismində xx.xx.2019-cu il tarixdə Bank "xxxx" ASC ilə BKMG-00014-06/19A nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş ünvan 2 ünvanında yerləşən əmlak ilə təmin olunmuşdur. Cavabdeh "xxxx" Firması kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 210 gün gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 4.2-ci və ipoteka müqaviləsinin 5.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh "xxxx" Firması apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi qəbul edilmiş qətnaməni əsaslandırmamışdır. Sadəcə olaraq maddi hüquq normaları sadalanmış, sonda isə iddia tələbi qismən təmin edilmişdir. Birinci instaniya məhkəməsinin qətnaməsi ilə razı deyil. Belə ki, əsas və faiz borcu həddindən artıq hesablanmışdır. Məhkəmə isə buna hər hansı münasibət bildirməmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməklə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş şəxslərdən cavabdeh "xxxx" Firmasının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Bank "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallaında olan 18 noyabr 2019-cu il tarixli BKN-00014-06/19A saylı əsas kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 60 ay müddətinə, xx.xx.2024-ci il tarixinədək əlavə müqavilələr bağlamaqla 310000 manat məbləğindək kredit xətti açılmışdır. İş materiallarında olan 20 noyabr 2019-cu il tarixli BKN-A0014-06/19A saylı əlavə kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 48 ay müddətinə, illik 17% olmaqla 260000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22 noyabr 2019-cu il tarixli BKX-00014-06/19A saylı əlavə kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 36 ay müddətinə, illik 17% olmaqla 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 24 iyun 2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 52 ay müddətinə, illik 17% olmaqla 257430 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, "xxxx" Firmasının 22 noyabr 2019-cu il tarixli BKX-00014-06/19A saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2020ci il tarixə 49500 manat əsas borcu, 6848 manat 99 qəpik faiz borcu, cəmi 56348 manat 99 qəpik məbləğində borcu, 24 iyun 2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 257430 manat əsas borcu, 19207 manat 12 qəpik faiz borcu, cəmi 276637 manat 12 qəpik məbləğində borcunun olması göstərilmişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7634 saylı rəyində göstərilir ki, "xxxx" Firması tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair arayış, hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli, RPZ-B00014-06/19A saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə "xxxx" Firmasının xx.xx.2020-ci il tarixə borcu ümumilikdə 276.758,70 manat məbləğində müəyyən edilir, o cümlədən 257.430 manat əsas borcun, 19.328,70 manat faiz borcunun olduğu müəyyən edilir. Qeyd edilir ki, Gəncə Kommersiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli e-2- 2(115)-300/2021 saylı qətnaməsindən sonra cavabdeh "xxxx" Firması tərəfindən banka xx.xx.2020-ci il tarixli, RPZ-B00014-06/19A saylı kredit müqaviləsi üzrə 391,01 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğin kredit müqaviləsi üzrə əsas və ya faiz borcuna silinməsi məhkəmə tərəfindən nəzərə alınmalıdır. "xxxx" Firması tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair arayış, hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, BKX-00014-06/19A saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə "xxxx" Firmasının xx.xx.2020-ci il tarixə borcu ümumilikdə 56.372,43 manat məbləğində müəyyən edilir, o cümlədən 49.500 manat əsas borcun, 6.872,43 manat faiz borcunun olduğu müəyyən edilir. Qeyd edilir ki, Gəncə Kommersiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli e-2- 2(115)-300/2021 saylı qətnaməsindən sonra cavabdeh "xxxx" Firması tərəfindən banka xx.xx.2019-cu il tarixli, BKX-00014-06/19A saylı kredit müqaviləsi üzrə 15.848,99 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğin kredit müqaviləsi üzrə əsas və ya faiz borcuna silinməsi məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ekspertiza xərci 150 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında xx.xx.2019-cu il tarixli BKN-00014-06/19A saylı Əsas kredit müqaviləsi bağlanmışdır və bank tərəfindən cavabdehə 60 ay müddətinə, xx.xx.2024-ci il tarixinədək əlavə müqavilələr bağlamaqla 310000 manat məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmış, kreditin təminatı qismində cavabdeh "xxxx" Firması xx.xx.2019-cu il tarixdə Bank "xxxx" ASC ilə BKMG00014-06/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Nümayəndə2 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzili ipoteka ilə yüklü etmişdir. İddiaçı Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli BKN-A0014-06/19A saylı əlavə kredit müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 260000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli BKX-00014-06/19A saylı Əlavə kredit xətti müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 50000 manat məbləğində illik 17 faiz ödəmək şərti ilə 36 ay müddətinə xx.xx.2022-ci il tarixədək bərpa olunan kredit xətti açılmış və kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə kredit cavabdehin mülkiyyətinə verilmişdir. Cavabdeh isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və krediti 22 noyabr 2022-ci il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Bank "xxxx" ASC ilə "xxxx" Firması arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 257430 manat məbləğində krediti illik 17 faiz ödəmək şərti ilə 52 ay müddətinə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən xx.xx.2019-cu il tarixli BKN-A0014-06/19A saylı kreditin tam bağlanması məqsədi ilə istifadə etməyi və onu 6 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Əlavə kredit xətti müqaviləsinin 5-ci bəndinə əsasən kreditin təminatı qismində xx.xx.2019-cu il tarixdə Bank "xxxx" ASC ilə BKMG-00014-06/19A nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş ünvan 2 ünvanında yerləşən əmlak ilə təmin olunmuşdur. Cavabdeh "xxxx" Firması kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini edilmiş xəbərdarlıqlara baxmayaraq yerinə yetirməmiş, 210 gün gecikməyə səbəb olmuşdur. Cavabdehin RPZ-B0014-06/20A saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 257430 manat, faiz borcu 19207 manat 12 qəpik cəmi 276637 manat 12 qəpik və BKX-00014-06/19A saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 49500 manat, faiz borcu 6848 manat qəpik, cəmi 56348 manat 99 qəpik təşkil edir. Ekspertiza rəyinə əsasən isə cavabdehin xx.xx.2020-ci il tarixli, RPZ-B00014- 06/19A saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə xx.xx.2020-ci il tarixə əsas borc üzrə 257.430 manat, faiz borcu üzrə 19.328,70 manat, ümumilikdə 276.758,70 manat məbləğində, xx.xx.2019-cu il tarixli, BKX-00014-06/19A saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə xx.xx.2020-ci il tarixə əsas borc üzrə 49.500 manat, faiz borcu üzrə 6872,43 manat, ümumilikdə 56.372,43 manat borcunun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" Firması kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyinə görə iddiaçı hazırkı iddia ilə müraciət etməkdə, məhkəmə isə iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcu və faiz borcu hissəsində tam təmin etmişdir. Cavabdeh tərəfindən kredit borcunun qalıq məbləği mübahisələndirildiyindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza rəyi ilə cavabdeh "xxxx" Firmasının Bank "xxxx" ASC-yə olan kredit borcunun borcunun əsas kredit borcu və faiz borcu hissəsində düzgün hesablandığı müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin hissədə tam razılaşır. Ekspertiza rəyinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə işə verilmiş tələblər üzrə baxır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" Firması kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində kredit borcunun qalıq hissəsinin iddiaçı tərəfindən düzgün müəyyən edilmədiyini, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən isə həmin xüsusatın lazımi qaydada araşdırılmadığı göstərilmişdir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehin iddiaçıya ödənilməmiş qalmış borcunun qalıq məbləğinin yuxarıda göstərilən məbləğdə (hətta faiz borcu üzrə bir qədər artıq) təşkil etdiyi müəyyən edildiyindən kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmin dəlilləri əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommesiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli e-2-2(115)-300/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, 150 (bir yüz əlli) manat miqdarında ekspertiza xərci cavabdeh "xxxx" Firmasından tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" Firmasının apelyasiya şikayəti təmin edilməsin. Gəncə Kommesiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli e-2-2(115)-300/2021 saylı qətnaməsi cavabdeh "xxxx" Firmasının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat cavabdeh "xxxx" Firmasından alınıb Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m/h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-10/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-10/2023
01.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver