Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-112/2025 21.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 188/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-188/2025 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, Cavabdeh gecikdirilmiş vaxt üçün hesablanmış 1457,37 manat pul vəsaiti və 34,58 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ödənilmiş 35,42 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan 21536 (iyirmi bir min beş yüz otuz altı) manat 4991,96 (dörd min doqquz yüz doxsan bir 96 qəpik) manat pul vəsaiti borcunu bu günə kimi tam ödəmədiyi üçün gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə 4991,96 (dörd min doqquz yüz doxsan bir 96 qəpik) manat pulun "xxxx" MMC-yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh, iddiaçı "xxxx" MMC-yə olan 21536 manat vəsaiti borcunu bu günə kimi tam ödəmədiyi üçün gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə 4991,96 manat pul vəsaitinin əldən çıxmış fayda kimi və 70 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-326/2023 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə aktına əsasən Cavabdeh, İddiaçınə 21536 (iyirmi bir min beş yüz otuz altı) manat məbləğində borc, 200 (iki yüz) manat mediasiya xərci ümumilikdə 21736 (iyirmi bir min yeddi yüz otuz altı) manat məbləğində pul tutularaq verilməlidir. Eyni zamanda Cavabdeh 154,61 (bir yüz əlli dörd manat altmış bir qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Cavabdeh 2016-cı ildən "xxxx" MMC-yə 21536 manat pul borcludur. Sadəcə olaraq, 2020ci ilədək müxtəlif bəhanələr gətirərək ödəyəcəyinə söz verirdi. Lakin 2020-ci ildə bir mənalı olaraq borcu ödəməkdən imtina etdi. O səbəbdən də onlar gecikdirilmiş vaxta faizin hesablanmasını 2020-ci ildən hesablamışlar. Hazırda Cavabdeh "xxxx" MMC-yə olan borcu 21736 manat təşkil edir. Amma dövlətin adından qət olunmuş qətnaməni bilərəkdən, məqsədli şəkildə yerinə yetirmir. Nəzərə almaq lazımdır ki, "xxxx" MMC 1997-ci ildən vergi ödəyicisidir, istehsal fəaliyyəti ilə məşğul olur, 300 nəfərdən artıq işçi heyəti vardır. Müəyyən işlərin həyata keçirilməsi ilə bağlı müxtəlif vaxtlarda respublikada fəaliyyət göstərən kommersiya banklarından Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi faizlərə uyğun olaraq kreditlər alır. Cavabdeh müəssisələrinə maddi zərər vurmaqla bərabər bu günə kimi, onların işgüzar nüfuzunada xələl gətirmişdir. O, özü dəfələrlə açıq şəkildə bildirmişdir ki, bütün vasitələrdən istifadə etməklə mümkün qədər "xxxx" MMC-yə olan borcunu ödəməkdən boyun qaçıracaq. Məhkəmənin nəzərinə xüsusi olaraq çatdırırlar ki, cavabdehin borcunu ödəməsi üçün kifayət qədər maddi imkanları, daşınar və daşınmaz əmlakları vardır. Lakin belə insanlar etdikləri hərəkətlərin və tutduqları işlərin gələcək nəticələrini bildikləri üçün əvvəlcədən öz işlərini ehtiyatlı tutaraq, başqalarının pulları hesabına əldə etdikləri daşınar və daşınmaz əmlaklarını öz adlarına deyil, öz yaxınlarının adlarına rəsmiləşdirirlər. Belə olan halda, cavabdeh xx.xx.2020-ci il tarixindən xx.xx.2024cü il tarixə kimi 3 il 19 ay, 19 gün üçün (21536 x 5% 12 ay = 89,73 manat bir ay (bir gün 2.99 manat)) cəmi faiz gecikdirilmiş vaxt üçün 4991,96 (dörd min doqquz yüz doxsan bir doxsan altı qəpik) manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsiniun qətnaməsi əsassızdır. Belə ki, Cavabdeh 2016-cı ildən "xxxx" MMC-yə 21536 mant pul borcludur. Sadəcə olaraq, 2020ci ilədək müxtəlif bəhanələr gətirərək ödəyəcəyinə söz verirdi. Lakin 2020-ci ildə bir mənalı olaraq borcu ödəməkdən imtina etdi. O, səbəbdən də onlar gecikdirilmiş vaxta faizin hesablanmasını 2020-ci ildən hesablamışlar. Hazırda Cavabdeh "xxxx" MMC-yə olan borcu 21736 (iyirmi bir min yeddi yüz otuz altı) manat təşkil edir. Amma dövlətin adından qət olunmuş qətnaməni bilərəkdən, məqsədli şəkildə yerinə yetirmir. Cavabdeh özü dəfələrlə açıq şəkildə bildirmişdir ki, bütün vasitələrdən istifadə etməklə mümkün qədər "xxxx" MMC-yə olan borcunu ödəməkdən boyun qaçıracaq. Cavabdehin borcunu ödəməsi üçün kifayət qədər maddi imkanları, daşınar və daşınmaz əmlakları vardır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul vəsaitini Cavabdeh əsassız olaraq qaytarmaqdan boyun qaçırdığına görə Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1ci maddəisinin tələblərinə əsasən həmin vəsaitin məbləğindən faizləri ödəməlidir. Belə olan halda, cavabdeh xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixə kimi 3 il 19 ay, 19 gün üçün (21536 x 5% 12 ay = 89,73 manat bir ay (bir gün 2.99 manat)) cəmi faiz gecikdirilmiş vaxt üçün 4991,96 (dörd min doqquz yüz doxsan bir 96 qəpik) manat təşkil edir. Ona görə də hesab edirlər ki, qətnamə ləğv olunmalı və iddia tələbi tam olaraq təmin edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsi barədə cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 326/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh, 21536 manat məbləğində borc, 200 manat mediasiya xərcinin İddiaçı xeyrinə tutulması, Cavabdeh həmçinin 154,61 manat dövlət rüsumunun tutulması qət olunmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 2-2(104)-210/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 15 mart 2024-cü il tarixli 2-2(102)-115/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 2-2(104)-210/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan icra vərəqəsindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icra vərəqəsi 25 aprel 2024-cü il tarixdə verilmişdir. Birinci istansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, sözügedən mübahisə üzrə Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş və sonra yuxarı instansiyalar tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsaslı olmuş və nəticədə cavabdeh üçün öhdəlik yaratmışdır. Buna baxmayaraq cavabdeh həmin öhdəliyi icra etməkdən yayınmaqdadır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün haqlı olaraq iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etməkdədir. Lakin iddiaçı tərəfindən tələb olunan dövrün başlanğıcı düzgün götürülməmişdir. Belə ki, hazırki mübahisənin ilkin həlli Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə yekunlaşmışdır və həmin qətnamə qüvvəsini almışdır. Belə olan halda iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faizi xx.xx.2023-cü il tarixdən etibarən hesablamalı idi. xx.xx.2023-cü il tarixdən iddiaçının tələb etdiyi son dövrə, yəni xx.xx.2024-cü il tarixinə kimi dövr 494 gün təşkil edir. Məhkəmə tərəfindən hesablama aparılmaqla müəyyən olunur ki, gecikdirilmiş vaxt üçün tələb edilməli olan illik beş faiz 1457,37 manat təşkil etməlidir. (21536 x 5% = 1076,8 manat : 365 gün = 1 gün üçün 2,95 manat, 494 gün üçün 1457,37 manat) Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddia 1457,37 manat hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan məhkəmə qərarları ilə cavabdeh iddiçıya borclu olduğu və həmin borcu edilmiş xəbərdarlıqlara baxmayaraq lazımi qaydada icra etmədiyi, beləliklə də iddiaçının pul vəsaitini özündə əsassız olaraq saxladığı müəyyən olunduğuna görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarları ilə Cavabdeh iddiaçıya borcunun olması, borcunu qaytarmaması müəyyən olunmuş, beləliklə də iddiaçı öz vəsaiti üzərində sərəncam vermək, vəsaitindən gəlir gəlir əldə etmək imkanından məhrum olmuşdur. Halbuki normal dövriyyə mövcud olsaydı, yəni cavabdehlər kredit borcunu vaxtında qaytarmış olsaydı, iddiaçı həmin vəsaitindən istifadə etməklə qazanc əldə etmiş olardı. İddiaçı apellyasiya şikayətinin dəlillərində gecikdirilmiş vaxta faizin 2020-ci ildən hesablamalı olduğunu bildirmişlər. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən göründüyü kimi İddiaçı Cavabdeh qarşı iddia ilə müraciət edərək ondan əsas borc üzrə 21536 (iyirmi bir min beş yüz otuz altı) manat, gecikdirilmiş vaxta görə hesablanmış əldən çıxmış fayda kimi 5204,53 manat məbləğində pulun tutulmasını xahiş etmiş, həmin qətnamə ilə iddia tələbi gecikdirilmiş vaxta görə hesablanmış əldən çıxmış fayda hissəsində təmin edilməmişdir. Bununla belə iddiaçı yenidən həmin dövr də daxil olmaqla gecikdirilmiş vaxta görə hesablanmış əldən çıxmış fayda kimi 4991,96 (dörd min doqquz yüz doxsan bir 96 qəpik) manat pulun xeyrinə tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi əvvəlki qətnamənin mövcudluğunu nəzərə alaraq iddianı qismən təmin etmişdir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məccəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələnin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-188/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-112/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-112/2025
21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver