Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-144/2025 04.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinə qarşı iş üzrə Açar sözlər: bələdiyyə mülkiyətində olan torpaq sahəsinin icarəyə verilməsi Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı və cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinə (bundan sonra – cavabdeh) qarşı maddi zərərin ödənilməsi və ya torpaq sahəsinin icarəyə verilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(115)-46/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 12 mart 2003-cü il tarixli 03 saylı müqaviləyə əsasən, cavabdeh bələdiyyənin mülkiyyətində olan 4 ha torpaq sahəsi cavabdehə icarəyə verilmiş və icarəçi əkin məqsədi üçün 4 ha torpaq sahəsini 10 il müddətinə hər il 13 manat 50 qəpik icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüşdür.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(102)-838/2022 saylı qərarından və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(104)- 13/2024 saylı qərarından görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi hökm edilmişdir. Hökmə əsasən Nəbiyev X5 rayon Xoylu kəndində Xoylu bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı uqodiyası örüş sahəsi kimi nəzərə tutulmuş torpaq sahəsinin 5.5 ha hissəsində müxtəlif növ meyvə ağacları, 0.6 ha hissəsində isə yönca bitkisi əkməklə ümumilikdə 6.1 ha torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icra hüququ olmadan özbaşına becərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökmdən CM-nin 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar çıxarılmış, İddiaçı həbsdə saxlanıldığı 14 gün təyin eidlmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 il 11 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmiş, İddiaçı həbsdən azad edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(104)-603/2022 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 8 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(104)-13/2024 saylı qərarı ilə İddiaçı cəzanın 9 fevral 2024-cü il tarixədək çəkilməmiş 6 ay 17 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.
3. Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2023-cü il tarixli 4/18 saylı ekspertiza rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 207-208-ci vərəqələrində olan 12 mart 2023-cü il tarixli 03 saylı müqavilədə “İcarəyəverən” qrafasındakı imza X9 (öncəki bələdiyyə sədri) oğlu tərəfindən icra olunmuşdur.
4. Kənd Təsərrüfatı Nazirliyi X12 İnkişaf mərkəzinin xx.xx.2024-cü il tarixli 3-22-3- 22/2-71/2024 saylı məktubundan görünür ki, torpaq sahəsinin istifadəyə verilməsi haqqında müqavilə sənədində torpağın kateqoriyası və məqsədli istifadə (əkin, çoxillik əkin və s) növünün dəqiqləşdirilməsinə ehtiyac vardır. Kənd təsərrüfatı təyinatlı əkin məqsədli torpaqlarda çoxillik əkmə aparıla bilər.
5. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı mübahisəli ərazidə faktiki istifadəsində 13.49 ha torpaq sahəsi olduğu müənnəyn olunmuşdur. mövcud xəritə materiallarına istinadən. həmin 13.49 ha torpaq sahəsinin 10.06 ha hissəsi bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan örüş sahəsi, 3.43 ha hissəsi isə digər şəxslərin xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir
6. “Əmlakın Qiymətləndirilməsinin Nəticələri Haqqında Hesabat”a əsasən, Goranboy rayonu Xoylu kəndində yerləşən 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş 2255 ədəd ərik ağacından, 17 qoz ağacından və 8 ədəd armud ağacından xərclər çıxılmaqla əldə ediləcək gəlirin gəlir yanaşması metodu ilə xx.xx.2024-cü il tarixə real bazar dəyəri 415873,50 manat təşkil edir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 836/2024 saylı qərarından görünür ki, Goranboy rayon Xoylu bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə mürcaiət edərək bələdiyyəyə məxsus 10.06 ha torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması və torpaqdan qanunsuz istifadə nəticəsində bələdiyyəyə vurulmuş 1500 manat ziyanın və 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 27 aperl 2023-cü il atrixli 2(061)-278/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı Goranboy rayon Xoylu bələdiyyəsinin mülkiyyətində olan 6.1 ha torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tərtər Rayon Məhkəməsinin 27 aperl 2023-cü il tarixli 2(061)- 278/2023 saylı qərardadına əsasən iddia tələbinin 1500 manat pul hissəsi baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, cavabdeh bələdiyyə mülkiyyətində olan örüş kateqoriyalı torpaq sahəsini zəbt edərək 0.6 ha hissəsinə yonca bitkisi, 5.5 ha hissəsinə isə meyvə ağacları əkmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(104)-1961/2023 saylı qətnaməsi ilə Tərtər Rayon Məhkəməsinin 27 aperl 2023-cü il atrixli 2(061)-278/2023 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 836/2024 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(104)-1961/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Mütəxəssis qismində dindirilmiş X12 X3 sektorunun müdiri vəzifəsində çalışan X6 göstərmişdir ki, torpağın təyinatın iki növü vardır. Torpaqlar əkin və örüş təyinatlıdır. Əgər torpaq əkin təyinatlıdırsa orda istənilən növ ağac, bitki əkilə bilir. Torpaq əkin üçün verilirsə çoxillik əkmələr də əkilə bilər. Torpaq əkin üçün verilirsə torpaqda əsasən yonca bitkisi, ağac, ot bitkiləri və meyvə ağacları əkilə bilər. Ona əslində məhdudiyyət qoyulmayıb. Bunun üçün torpaq analiz edilir. Hansı bitki hansı torpaq üçün yararlıdırsa o əkilir. Əkin təyinatlıdırsa nə istəsə onu da əkə bilər. Ancaq örüş təyinatlıdırsa orada əkin edilə bilməz.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, icarə müqaviləsi əsasında istifadəsində olmuş 4 ha torpaq sahəsində çəkdiyi xərclər nəticəsində 415843,50 manat maddi zərərin cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsindən tutulub ona ödənilməsi və ya çəkdiyi xərcin əvəzlənməsi məqsədi ilə torpaq sahəsinin daha 3 il müddətinə onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə 4 nəfər üzvdən ibarət ailənin mülkiyyətinə 1.99 ha kənd təsərrüfatı məhsulları istehsal məqsədi ilə pay torpaq sahəsi verilmişdir. Ailə üzvlərinə verilmiş pay torpağı əkin və biçinə yararsız olduğu üçün Xoylu bələdiyyəsinin qərarı ilə başqa torpaq sahəsi ilə əvəzlənmişdir. Cavabdeh ilə onun arasında xx.xx.2003-cü il tarixdə bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən bələdiyyənin mülkiyyətində olan 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun istifadəsinə 10 il müddətinə icarəyə verilmişdir. Müqavilə ilə şərtləndirilmiş icarə haqqını bu günə kimi tam həcmdə ödəmişdir. Eyni zamanda müqavilə dövlət qeydiyyatından keçmiş, torpaq sahəsi təyinatı üzrə istifadə olunmuş, hətta daşlardan və digər yad cisimlərdən təmizlənərək daha yararlı hala gətirilmişdir. 2005-ci ildə icarəyə götürdüyü torpaq sahəsində 2255 ədəd ərik ağacı, 17 ədəd qoz ağacı, 8 ədəd armud ağacı əkmişdir. Həmin sahədə bağın salınması müqavilənin müddətinin uzadılması ümidi ilə olub. Keçmiş bələdiyyə sədri X7 ilə əvvəlcədən də razılıqları olub, əks halda müqavilənin davam edilməsinə bildiriş göndərərdi və ya elə 2013-cu ildə ləğv edərdi. 2013-cü ilə qədər ilə icarəyə verənə dəfələrlə müqavilənin uzadılması barədə yazılı qaydada müraciətləri olmasına baxmayaraq icarəyə verən ona cavab verməmiş, susqunluq göstəmirş, bu isə müqavilənin uzadılmasına razılıq kimi başa düşülmüş və qiymətləndirilmişdir. Eyni zamanda müqavilə tərəfi olan bələdiyyənin və ya onun keçmiş sədri X2 torpağın boşaldılması, qaytarılması, müqavilə müddətinin bitməsi ilə davam edilməməsi barədə heç bir yazılı və ya şifahi bildiriş və ya məlumat olmamışdır. Müqavilənin bitməsi barədə cavabdehdən təklif, məlumat olmadığı üçün 2013-cü ildən müqaviləyə və qanuna uyğun olaraq torpaq sahəsinə 2022-ci il tarixədək qulluq göstərməkdə davam etmişdir. Həmin sahədə əkdiyi ağaclar (bağ) son 2 ildir ki, məhsul verməyə başlamışdır. 2022-ci ilin əvvəlində Goranboy Rayon Məhkəməsində torpaq sahələrindən çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə iddia qaldırmışdır. Bələdiyyə sədri X7 müqavilə müddətinin bitməsinə görə müqavilənin ləğvinə və ya yenidən bağlanması üçün heç bir hərəkət etmir, külli miqdarda xərc çəkilərək başa gələn bağın müəyyən həddə, yəni bar vermə həddinə çatmağını gözləmiş və bundan sonra məhkəməyə vermişdir ki, bağı əlindən alsın. Bələdiyyə müqavilənin uzadılması barədə təkliflərdən yayınmış, müqavilənin ləğv edilməsi barədə bildiriş göndərməmiş, məkrlə salınan bağın artıq gəlir gətirdiyini gözləmiş və bununla da mülki qanunvericiliyin və imza edərək bağladığı müqavilənin 2.12-ci bəndinin təbələrini pozmuşdur. Bələdiyyə və onun sədri niyə əvvəllər, yəni müqavilənin müddətinin qurtardığı müddətdən sonra yox, müqavilənin müddətinin qurtardığı andan təxminən 9-10 il müddətində yox, məhz 2022-ci il tarixdə onu torpaqdan çıxarmaq üçün məhkəməyə müraciət etmişdir? Müqavilənin müddətinin qurtardığı andan, yəni onun məhkəməyə müraciət etdiyi andan tərəfindən çoxlu təkliflər olub ki, müqaviləni yenidən bağlasınlar, amma bələdiyyə sədri bağın barını gözləmişdir ki, öz xeyri üçün bağı onun əlindən alsın. 2003-cü ildən müqavilənin bağlandığı vaxtdan bələdiyyə sədri X4 torpaqdan çıxarılma tələbi ilə məhkəməyə müraciət etdiyi andan, yəni 2022-ci ilin əvvələrinədək torpağın təmizlənməsi, münbitləşdirilməsi, ona xüsusi qulluq edilməsi, 2280 ədəd ağacın əkilməsi, onlara qulluğun edilməsi nəticəsində ona dəymiş real zərərin və əldən çıxmış faydanın həcmi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli “Əmlakın qiymətləndirilməsinin nəticəsi haqqında” hesabatında 415873,50 manat müəyyən edilmişdir. 2003-cü ildən 2021-ci ilin sonuna, 2022-ci ilin əvvəlinədək torpaq sahəsi onun istifadəsində olmuş, həmin müddətdə çəkdiyi xərc isə 415843.50 manat təşkil edir.
11. Cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, Goranboy rayon Xoylu bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2003-cü il tarixli 08 saylı icarə müqaviləsinə əsasən Goranboy rayonu Xoylu bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan 4 ha torpaq sahəsi əkin məqsədilə 10 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. İddiaçı torpaq sahəsini daşlardan və yad cismlərdən özünün torpaqdan istifadəsini asanlaşdırmaq üçün təmizləmişdir, bələdiyyəyə xeyir vermək məqsədilə etməmişdir. Ümumiyyətlə, torpaq sahəsinin daşlardan və yad cismlərdən təmizlənməsi torpağın yararlılığını, keyfiyyətini artıran amil deyil. Bundan başqa həm müqavilənin məzmunundan, həm də iddiaçının iddia ərizəsində qeyd etdiklərindən görünür ki, torpaq sahəsi iddiaçıya kənd təsərrüfatı məhsullarının əkini üçün verilmişdir, bağ salınması üçün deyil. Torpaq sahəsində meyvə ağaclarının əkilməsi barədə bələdiyyə ilə iddiaçı arasında heç bir razılaşma olmamışdır. Əksinə, torpaq sahəsində ağac əkməməsi barədə bələdiyyə tərəfindən ona dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. İddiaçı ilə bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2013-cü ildə başa çatmasına baxmayaraq, iddiaçı torpaq sahəsindən çıxmamış, 10 il ərzində torpaq sahəsindən qanunsuz olaraq istifadə etmişdir. İddiaçı təkcə ona icarəyə verilmiş 4 ha torpaq sahəsini deyil, bələdiyyənin mülkiyyətində olan 10 ha torpaq sahəsini 10 il ərzində qanunsuz zəbt edərək istifadə etmiş və gəlir götürmüşdür. Qeyd etdikləri qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində öz əksini tapmışdır. Belə ki, bələdiyyənin mülkiyyətində olan 10 ha torpaq sahəsini 10 il ərzində zəbt edərək qanunsuz istifadə etdiyinə görə iddiaçının barəsində Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə cinayət işi başlanılmış, Goranboy Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 1(045)-103/2021 saylı hökmü ilə Nəbiyev X5 rayonu Xoylu Bələdiyyəsinə məxsus 10 hektar torpaq sahəsini qanunsuz zəbt edib istifadə etdiyinə görə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməsi hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə hökmü dəyişdirilmiş, hökmdən İddiaçı CM-nin 188.3-cü maddəsi ilə təyin edilmiş cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi ilə bağlı müddəaların xaric edilməsi, İddiaçı həbsdə saxlanıldığı 14 gün müddətin təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 11 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalında həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi, cəzasının əvvəlinin 27 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərarı ilə Goranboy Rayon Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli hökmü onun tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, İddiaçı təqsirli bilindiyi CM-nin 188.3-cü maddəsi ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, CMnin 69.3-cü maddəsinə əsasən İddiaçı 25 noyabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək və 27 yanvar 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək həbsdə saxlandığı 07 ay 18 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 1 il 8 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-278/2023 saylı qətnaməsi ilə iddiaçı Goranboy rayon Xoylu bələdiyyəsinin cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı Goranboy rayonu Xoylu bələdiyyəsinin mülkiyyətində olan 6.1 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)- 1961/2023 saylı qətnaməsi ilə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)- 278/2023 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 836/2024 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bundan başqa iddiaçı qeyd edir ki, guya torpaq sahəsi 2021-ci ilin sonuna, 2022-ci ilin əvvəlinədək onun istifadəsində olub. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları olmasına baxmayaraq iddiaçı hələ də torpaq sahəsini zəbtdən azad etmir, məhkəmə qərarının icrasından yayınır. O, bu il də ağacların barını yığıb satıb, gəlir əldə edib. Belə olan halda iddiaçı bələdiyyədən hansı maddi zərər istəyir? Çəkdiyi xərcin əvəzinə torpaq sahəsinin daha 3 onda qalmasına gəldikdə isə, bu qətiyyən mümkün deyil. Belə ki, iddiaçı torpaq sahəsini özündə qanunsuz saxlamaqla təkcə bələdiyyəyə zərər vermir, həm də digər yerli sakinlərin hüquqlarını pozur. Belə ki, hər kəs icarəyə torpaq sahəsi götürüb əkib-becərmək istəyir. İddiaçı isə onları bu hüquqlarından, bələdiyyəni isə gəlirindən məhrum edir. Göründüyü kimi, iddia ərizəsində qeyd edilənlərin əksinə bələdiyyə tərəfindən iddiaçıya hər hansı zərər vurulmamışdır, əksinə, iddiaçı əkin üçün nəzərdə tutulmuş torpaq sahəsini ağac əkməklə yararsız hala salmışdır. Ağacların əkilməsi və becərilməsi üçün müəyyən xərc çəksə belə bu iddiaçının öz təşəbbüsü ilə olmuşdur, üstəlik bu xərcin iddiaçının qeyd etdiyi məbləğdə olması da qeyri-mümkündür. Həmçinin 10 il ərzində torpaqdan qanunsuz istifadə etməklə iddiaçı çəkdiyi xərcdən qat-qat artıq məbləğdə gəlir götürmüşdür. Göründüyü kimi iddiaçının torpaq sahəsində bağ salınmasına heç vaxt qanuni əsası olmamışdır, iddiaçıya heç bir ziyan dəyməmişdir, əksinə, iddiaçının qanunsuz hərəkətləri nəticəsində bələdiyyə mülkiyyətində olan torpağa ziyan dəymişdir. Odur ki, hazırki iddia tələbi əsassızdır və təmin edilməməlidir.
12. İddiaçı İsmayil oğlu iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, qeyd edilən torpaq sahəsi 2003-cü ildən etibarən müqavilə əsasında onun istifadəsindədir. Hazırda torpaq sahəsində əkdiyi ağacların məhsulunu da özü götürür. Torpaq sahəsi əkin üçün ona verilmiş, müqavilədə də bu qeyd edilmişdir. Torpaq sahəsi ona əkin üçün verildiyi üçün hər cür kənd təsərrüfatı bitkisi əkməyə icazəsi vardır. Müqavilə müddəti bitdikdən sonra dəfələrlə yazılı qaydada müraciət etsə də, cavabdeh müqavilənin müddətini uzatmamışdır. 2004-cü ildən həmin sahədə ağaclar əkilmişdir. Torpaq sahəsi ona verilərkən müqavilədə həmin torpaq sahəsinin örüş sahəsi olması qeyd edilməmişdir, yoxsa o həmin torpaq sahəsinə ağac əkməzdi. Ağac əkdiyi vaxtdan bələdiyyəyə müraciət etmişdir, daha sonra isə müvafiq qrumlara tədbir görülməsi üçün müraciət etmişdir. O, dəfələrlə keçmiş bələdiyyə sədrinə müraciət etmişdir, ancaq bələdiyyə sədri onun müraciətlərinə cavab verməmişdir. Hər il o həmin torpaq sahəsi üçün subsidiya almışdır. Bələdiyyə ilə aralarında yeni müqavilə bağlamamışlar. Faktiki olaraq torpaq sahəsi onun istifadəsindədir. Hazırkı ağaclar 6 ildir ki, əkilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
13. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinin nümayəndəsi X8 (öncəki bələdiyyə sədri) etiraz ərizəsində göstərdiklərinə uyğun izahat verərək qeyd etmişdir ki, örüş yerini iddiaçı özü əkmişdir. O, örüş yerində əkin əkmək üçün müqavilə bağlamamışdır. Həmçinin, iddiaçı müqavilənin müddəti bitdikdən sonra ağac əkmişdir. Etiraz ərizəsində göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
14. Cavabdehin nümayəndəsi (hazırkı bələdiyyə sədri) izahatında bildirmişdir ki, o özü də həmin kənddə yaşayır. Bələdiyyə sədri olmamışdan qabaq da gedən mübahisə ilə bağlı məlumatı olmuşdur. İddiaçı İsmayil oğlu sözü gedən torpaq sahəsini 2003-cü ildə icarəyə götürmüşdür, 2013-cü ilədək ordan istifadə etmişdir. Həmin illər ərzində torpaq sahəsində onun tərəfindən meyvə bağı salınmış və becərilmişdir. 2013-cü ildən sonra isə icarə müqaviləsinin müddəti uzadılmamışdır. İddiaçı İsmayil oğlu bildirir ki, torpaq sahəsini öz başına əkməmişdir, ona müəyyən məbləğdə ziyan dəymişdir. O, bələdiyyə sədri vəzifəsinə təzə seçilmişdir, bələdiyyənin hazırda borcu çoxdur. Bələdiyyənin həmin ziyanı ödəməyə maddi imkanı yoxdur. Hazırda torpaq sahələri hərrac-müsabiqə yolu ilə icarəyə verilir, iddiaçı bunula bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli, müəyyən sənədlər təqdim etməli, daha sonra hazırlanan sənədlər Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi idarəsinə təqdim edilməlidir. Yəginki iddiaçıya hərracda üstünlük veriləcəkdir. Torpaq sahəsinin hərraca çıxarlması ilə bağlı proses təxminən 3-4 ay çəkir. Həmin ərazi hazırda meyvə bağıdır, lakin bildiyinə görə həmin sahə örüş sahəsidir. Hazırda bələdiyyənin həmin torpaq sahəsini əkib-becərməyə də imkanı yoxdur, sahənin iddiaçıda qalması onlar üçün məqsədəmüvafiqdir. Bələdiyyənin pul tələbini ödəmək üçün maddi imkanı yoxdur, odur ki, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır.
15. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-46/2025 nömrəli qətnaməsi (hakim G.Quliyeva) ilə, iddianın təmin edilməməsi, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 (beş yüz) manat ekspertiza xərci İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilməsi, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 137 (bir yüz otuz yeddi) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
16. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Goranboy rayonu Xoylu bələdiyyəsi arasında 12 mart 2003-cü il tarixdə torpaq sahəsinin icarəyə verilməsi haqqında 3 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən 4 ha torpaq sahəsi 10 il müddətinə hər il 13 manat 50 qəpik icarə haqqı ödəmək şərti ilə əkin məqsədi üçün icarəçinin istifadəsinə verilmişdir. 12 mart 2013-cü il tarixdə icarə müqaviləsinin müddəti bitmiş, tərəflər arasında yeni icarə müqaviləsi bağlanmamış və ya icra müqaviləsinin müddəti uzadılmamışdır. 12 mart 2003-cü il tarixdən hazırkı vaxtadək torpaq sahəsi İddiaçı sahibliyində və istifadəsindədir və Goranboy rayonu Xoylu bələdiyyəsinə qaytarılmamışdır. Həmin sözügedən 4 ha torpaq sahəsində İddiaçı tərəfindən 2460 ədəd ərik ağacı, 250 ədəd şaftalı ağacı, 18 ədəd qoz ağacı, 8 ədəd armud ağacı əkilmiş, həmin ağaclara çəkilmiş xərc 120420 manat müəyyən edilmişdir.
17. İddiaçı iddia tələbində icarə müqaviləsi əsasında istifadəsində olmuş 4 ha torpaq sahəsində çəkdiyi xərclər nəticəsində 415843,50 manat maddi zərərin cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsindən alınaraq ona ödənilməsi və ya çəkdiyi xərcin əvəzlənməsi məqsədi ilə torpaq sahəsinin daha 3 il müddətinə onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə bildirmişdir ki, İddiaçı ilə Goranboy rayonu Xoylu bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinin müddəti 12 mart 2013-cü il tarixdə bitmiş, tərəflər arasında olan icaaeə hüquq münasibətlərinə xitam verilmişdir. Həmin tarixdən sonra İddiaçı 4 ha torpaq sahəsini heç bir əsas olmadan qanunsuz olaraq istifadəsində saxlamış, mülkiyyətçiyə qaytarmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə torpaq sahəsini qanunsuz olaraq sahibliyində saxladığına və istifadə etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, həmçinin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir.
19. İddiaçının çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etdiyi ağaclar isə tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddətində deyil, icarə müqaviləsinin müddəti bitdikdən və icarə hüquq münasibətlərinə xitam verildiyi vaxtdan sonra heç bir əsas olmadan sahibliyində və istifadəsində saxladığı bələdiyyə müəkiyyətində olan torpaq sahəsində heç bir icazə almadan əkilmişdir. Belə ki, qiymətləndirmə rəyi ilə 2460 ədəd ərik, 250 ədəd şaftalı, 8 ədəd armud ağacların 6 illik, 18 ədəd qoz ağacının isə 10 illik olması müəyyən edilmişdir ki, həmin müddətlər də tərəflər arasında icarə hüquq münasibətlərinin xitamından sonraya təsadüf edir.
20. Belə olan halda ağaclara çəkilmiş xərcin maddi ziyan olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı tələbi təmin edilə bilməz. Həmçinin torpaq sahəsinin iddiaçının istifadəsində saxlanılması ilə bağlı iddia tələbi də əsassızdır. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsindən İddiaçı çıxarılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.
21. Bundan başqa torpaq sahəsinin yenidən iddiaçının istifadəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətçinin hüquqlarına və səlahiyyətlərinə aiddir.
22. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 700.1, 702, 706.1 və 719.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 119.2, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
23. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, 16.Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-46/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, icarəyə götürdüyü torpaq sahəsində əkdiyim ağaclar, saldığı bağ daşınmaz əmlakdır. 2013-cü ilə qədər müqavilənin uzadılması ilə “İcarəyə verənə” dəfələrlə müqavilənin uzadılması barədə yazılı qaydada müraciətləri olmasına baxmayaraq icarəyə verən ona cavab verməmiş, susqunluq göstəmiş bu isə müqavilənin uzadılmasına razılıq kimi başa düşülüb və qiymətləndirilib.” A.İbrahimov müqavilənin uzadılmarı barədə təkliflərdən yayınmış, müqavilənin ləğv edilməsi barədə bildiriş göndərməmiş, məkrlə salınan bağın artıq gəlir gətirdiyini gözləmiş və bununla da mülki qanunvericiliyin və imza edərək bağladığı müqavilənin 2.12-ci bəndinin təbələrini pozmuşdur. Qeyd etdiyi kimi müqavilənin müddətini uzadılması ilə bağlı təklifi cavabdehə bir neçə dəfə olub. Müqavilənin 2.12-ci bəndinin 7-ci abzasında qeyd olunub: “İcarəyəverən” torpaq sahəsi özəlləşdirildiyi halda həmin (eyni zamanda icarəyə verildiyi halda) sahənin ilk növbədə ona (icarəçiyə) təklif edilməsinin “İcarəyəverəndən” tələb etmək hüququ vardır. Eyni zamanda müqavilə tərəfi olan Bələdiyyənin və ya onun keçmiş sədri X2 Torpağın boşaldılması, qaytarılması, müqavilə müddətinin bitməsi ilə davam edilməməsi barədə heç bir yazılı və ya şifahi bildiriş və ya məlumat olmamışdır. Torpaq icarə müqaviləsi azı 3 il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyrimüəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən 3 ay ərzində imtina etməsin. Müqavilənin bitməsi barədə cavabdehdən təklif, məlumat olmadığı üçün 2013-cü ildən müqaviləyə və qanuna uyğun olaraq torpaq sahəsinə 2022-ci il tarixədək qulluq göstərməkdə davam etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, qeyd edilən torpaq sahəsi 2003-cü ildən etibarən müqavilə əsasında onun istifadəsindədir. Hazırda torpaq sahəsindən istifadə edir və əkdiyi ağacların məhsulunu da özü götürür. Torpaq sahəsi əkin üçün ona verilmiş, müqavilədə də bu qeyd edilmişdir. Torpaq sahəsi ona əkin üçün verildiyi üçün hər cür kənd təsərrüfatı bitkisi əkməyə icazəsi vardır. Belə ki, müqavilə müddəti bitdikdən sonra dəfələrlə yazılı qaydada müraciət etsə də, cavabdeh müqavilənin müddətini uzatmamışdır. İndi isə artıq ağaclar bar verəcəyi üçün bələdiyyə sədri onunla yenidən müqavilə bağlamır və onun saldığı əlindən almaq istəyir. Eyni zamanda, dəfələrlə keçmiş bələdiyyə sədrinə müraciət etmişdir, ancaq bələdiyyə sədri onun müraciətlərinə cavab verməmişdir. Hər il o həmin torpaq sahəsi üçün subsidiya almışdır. Bələdiyyə ilə hazırda aralarında yeni müqavilə bağlamamışlar. Onun əsas istək və tələbi torpaq sahəsinin yenidən ona üç il müddətində icarəyə verilməsidir və hazırki vəziyyətdə də bunu mübahisələndirir. Çünki, əkib yetişdirdiyi ağacların və bağın onda qalmasını istəyir. Hərrac keçiriləcəyi təqdirdə torpaq sahəsi onun əlində çıxa bilər və başqa qalibsa olsa bağı da ona qalacaqdır. Onun üçün də hərrac vasitəsilə deyil, bələdiyyə ilə birbaşa olaraq icarə müqaviləsi bağlamaq istəyir. Buna görə də apellyasiya şikayətinin təmin edilərək, torpaq sahəsinin yenidən üç il müddətinə ona icarəyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Goranboy rayonu Xoylu kəndində yaşayır. Bələdiyyə sədri olmamışdan qabaq da gedən mübahisə ilə bağlı məlumatı olmuşdur. İddiaçı İsmayil oğlu sözü gedən torpaq sahəsini 2003-cü ildə icarəyə götürmüşdür və 2013-cü ilədək ordan istifadə etmişdir. Həmin illər ərzində torpaq sahəsində onun tərəfindən meyvə bağı salınmış və becərilmişdir. 2013-cü ildən sonra isə icarə müqaviləsinin müddəti uzadılmamışdır. O, bələdiyyə sədri vəzifəsinə təzə seçilmişdir və bələdiyyənin hazırda borcu çoxdur. Bələdiyyənin cavabdehin tələbi etdiyi ziyanı ödəməyə maddi imkanı yoxdur. Hazırda torpaq sahələri hərrac-müsabiqə yolu ilə icarəyə verilir. Əgər, iddiaçı hərracda iştirak etsə böyük ehtimal ona üstünlük veriləcəkdir. Həmin ərazi hazırda meyvə bağıdır, lakin bildiyinə görə həmin sahə örüş sahəsidir. Hazırda bələdiyyənin həmin torpaq sahəsini əkib-becərməyə də imkanı yoxdur və sahənin iddiaçıda qalması onlar üçün məqsədəmüvafiqdir. Buna görə də qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
29. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
30. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
31. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
33. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayə müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
34. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
35. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
36. Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
37. Maddə 16. 3-cü hissə. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
38. Maddə 56. 1-ci hissə. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.
39. Maddə 56. 2-ci hissə. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
40. Maddə 56. 3-cü hissə. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün istifadəyə və icarəyə verilə bilər.
41. Maddə 56. 5-ci hissə. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
42. Maddə 81. Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları aşağıdakılardır: torpaqdan təyinatı üzrə istifadə etmək; qadağan edilmiş bitkilər istisna olmaqla, kənd təsərrüfatı bitkilərinin əkinləri və istehsal edilmiş məhsul üzərində mülkiyyət hüququnu həyata keçirmək; torpaq sahəsində geniş yayılmış faydalı qazıntılardan, su ehtiyatlarından öz təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək; torpağın verilməsi şərtlərinə müvafiq surətdə istehsal təyinatlı müvəqqəti yardımçı tikililər və qurğular ucaltmaq; torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq; bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək; qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək.
43. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
44. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu
45. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
46. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
47. Maddə 11.1. Bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir.
48. Maddə 11.2. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
49. Maddə 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər.
“İcarə haqqında” Qanun
50. Maddə 1. İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bundan istifadə etməkdir.
51. Maddə 7. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.
52. Maddə 13. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və xitam verilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən biri müqavilə şərtlərini pozduğu halda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
53. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
59. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
60. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
61. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
62. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
66. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etsə də, məhkəmə iclasında ərizə təqdim edərək, iddianın yalnız “torpaq sahəsinin üç il müddətində onun istifadəsində verilməsi” hissəsinə qiymət verilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ziyanın ödənilməsi və ya torpaq sahəsinin uç il müddətinə istifadəsinə verilməsi tələblərinə dair iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun olamasa da birinci instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılmış və bunda da birinci instansiyası məhkəməsi haqlı olmamışdır. Belə ki, iddiaçının iddia ərizəsində göstərilən tələbi dəqiq və aydın ifadə edilməlidir. Cavabdehə qarşı yönəlməli olan tələbi iddiaçı seçir və məhkəmənin onun əvəzinə iddia tələbini seçərək “və ya” ilə ayrılan tələblərinin hansının iddiaçının marağına uyğun olmasına dair seçim etmək kimi səlahiyyəti yoxdur. Bu baxımdan iddiaçının tələbi aydın olmayaraq Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə cavab verməsə də hazırki işə baxan məhkəmə, icraatda qənaət prinsipindən çıxış edərək iddianı baxılmamış saxlamamış və bir işə təkrarən baxılmasının qarşısının alınması, məhkəmələrin iş yükünü nəzərə alaraq məhkəmə iclasında iddiaçı ilə bu istiqamətdə dəyərləndirmə aparmışdır. İddiaçı, ərizə ilə məhkəməyə müraciət edərək iradə ifadəsini bildirmiş və “torpaq sahəsinin üç il müddətində onun istifadəsində verilməsi hissəsinə” qiymət verilməsini xahiş etmişdir ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını yalnız həmin hissə üzrə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
68. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-46/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
70. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı ilə Goranboy rayonu Xoylu bələdiyyəsi arasında 12 mart 2003-cü il tarixdə torpaq sahəsinin icarəyə verilməsi haqqında 3 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən 4 ha torpaq sahəsi 10 il müddətinə hər il 13 manat 50 qəpik icarə haqqı ödəmək şərti ilə əkin məqsədi üçün icarəçinin istifadəsinə verilmişdir. 12 mart 2013-cü il tarixdə icarə müqaviləsinin müddəti bitmiş, tərəflər arasında yeni icarə müqaviləsi bağlanmamış və ya icra müqaviləsinin müddəti uzadılmamışdır.
71. Cavabdeh torpaq sahəsinin iddiaçının tərəfindən zəbt edilməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və nəticədə iddiaçı məhkəmələrin qanuni qüvvəyə minmiş hökmünə əsasən ona istinad edilən cinayət əməlinin törədilməsində təqsirli bilinmişdir.
72. Bundan başqa cavabdeh idiaçıya qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə üraciət etmiş və cavabdehin iddiaçıya qarşı iddia tələbi məhkəmə aktı ilə təmin edilsə də iddiaçı torpaq sahəsindən çıxmayaraq torpaq sahəsi 12 mart 2003-cü il tarixdən hazırkı vaxtadək iddiaçının sahibliyində və istifadəsindədir.
73. Hazırda iddiaçı əvvəllər ona icarəyə verilmiş torpaq sahəsinin Goranboy rayonu Xoylu bələdiyyəsi tərəfindən yenidən ona icarəyə verilməsini istəyir.
74. Məhkəmə birinci instansiya məhkəməsinin ilkin iddia ilə bağlı hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəlləyə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 389.3). Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (maddə 148.2).
75. Bu baxımdan, yeni müqavilənin bağlanması cavabdehin vəzifəsi deyil, hüququdur və onun iradəsinə zidd olaraq üzərinə belə vəzifə qoyula bilməz.
76. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.2-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyətləri vardır.
77. 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
78. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü hissəsinə görə, Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün istifadəyə və icarəyə verilə bilər.
79. Eyni zamanda istinad olunan qanunun 9.1-ci maddəsinə əsasən həmin maddədə göstərilən istisnalardan başqa digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər ki, cavabdeh istəsə belə mübahisə predmeti olan torpaq sahəsinin hərrac və ya müsabiqədən kənar iddiaçının icarəsinə vermək səlahiyyəti yoxdur.
80. Nəzərə alnmalıdır ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi yalnız qanunvericiliklə nəzərdə tutulmuş qaydada – açıq hərrac və ya müsabiqə yolu ilə həyata keçirilə bilər ki, bu proseslər inzibati və məhkəmə müdaxiləsi yolu ilə deyil, şəffaf prosedurlar vasitəsilə tənzimlənməlidir.
81. Bələdiyyə torpaqları yalnız müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qaydada və əsasən hərrac və müsabiqə yolu ilə icarəyə verilə bilər (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddə 2-ci hissə).
82. İcarə hüququ əldə etmək üçün maraqlı şəxslər ilkin olaraq bələdiyyəyə müraciət etməli, daha sonra isə açıq müsabiqə və ya hərracda iştirak etməlidirlər. Bu halda isə məhkəmə prosesi vasitəsilə birbaşa müqavilə bağlanması hüquqi əsasdan məhrumdur.
83. Torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin məcburi qaydada bağlanması iddiası bələdiyyənin torpaq üzərindəki sərəncam hüququnu pozur və qanunverciliyin yuxarıda sadalanan tələbləri ilə ziddiyyət təşkil edir.
84. Məhkəmə qeyd edir ki, bələdiyyə torpaqları üzərində icarə hüququ yalnız rəqabət mühiti şəraitində, yəni hərrac və ya müsabiqə nəticəsində müəyyən edilmiş ən əlverişli şərtlərlə verilməli, bu proseslərdə iştirak etməyən şəxsin isə birbaşa olaraq müqavilənin bağlanmasını tələb etməsi hüquqa ziddir. İcarə münasibətləri sahibkarlıq maraqları ilə yanaşı, ictimai maraqları da ehtiva etdiyindən, bu prosesin şəffaf, bərabər imkanlara əsaslanan və qanunvericiliklə tənzimlənən prosedur əsasında – yəni hərrac və ya müsabiqə yolu ilə həyata keçirilməsi məcburidir. Bunların nəticəsində torpaq üzərində icarə hüququnun məhkəmə qərarı ilə deyil, bələdiyyənin sərbəst iradəsinə və qanuni prosedura əsaslanan qərarı ilə verilməsi hüquqi dövlətdə mülkiyyət və idarəetmə prinsiplərinin qorunmasının vacib şərtidir.
85. Torpaq sahəsinin icarəyə verilməsi yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirildiyindən icarəçinin həmin torpaq sahəsi ilə bağlı üstünlük hüququ qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçının üstünlük hüquqa da mövcud deyildir.
86. Göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin istifadəyə verilməsi yalnız “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Torpaq Məcəlləsinə uyğun olaraq, hərrac və ya müsabiqə yolu ilə həyata keçirilməlidir. Bu tələb qanunvericiliklə məcburi xarakter daşıyır və heç bir halda məhkəmə qərarı və ya fərdi tələb əsasında müqavilə bağlanması mümkün deyildir. Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini bir şəxsin xeyrinə fərdi qaydada təqdim etməsi hüquqi əsas sayılmır və bu, bələdiyyələrin o, cümlədən digər şəxslərin qanunla qorunan bərabər hüquqlarını pozur.
87. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
88. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
89. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
90. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən mübahisələndirilən hissədə kassasiya şikayəti verilə bilər.
91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-46/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.