Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-15/2023 11.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli e-2-2(115)-237/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommesiya Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 716-Gİ/16 nömrəli müqavilə üzrə 4088 manat gecikdirilmiş əsas borc və 562 manat 97 qəpik cərimə borcunun, xx.xx.2016-cı il tarixli, 1182-GL/16 nömrəli müqavilə üzrə 487 manat gecikdirilmiş əsas borc və 67 manat 03 qəpik cərimə borcunun və xx.xx.2016-cı il tarixli, 322-LD/16 nömrəli müqavilə üzrə 97407 manat 45 qəpik gecikdirilmiş əsas borc və 101107 manat 83 qəpik cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 350 manat olmaqla, cəmi 204470 manat 28 qəpik pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək, xx.xx.2015-ci il tarixli, 716-Gİ/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə 562 manat 97 qəpik cərimə borcunun, xx.xx.2016-cı il tarixli, 1182-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə 67 manat 03 qəpik cərimə borcunun və xx.xx.2016-cı il tarixli, 322-LD/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə 97407 manat 45 qəpik gecikdirilmiş əsas borc və 101107 manat 83 qəpik cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 350 manat olmaqla, cəmi 199895 manat 28 qəpik pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Gəncə Kommersiya Мəhkəməsinin 12 aprel 2022-ci il tarixli e-2-2(115)-237/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın qismən təmin edilməsi, xx.xx.2015-ci il tarixli 716-Gİ/16 nömrəli lizinq müqaviləsi üzrə 50 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli 1182-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 10 manat cərimə borcu və xx.xx.2016-cı il tarixli 322-LD/16 nömrəli lizinq müqaviləsi üzrə 97407 manat 45 qəpik əsas borc, 1000 manat cərimə borcu olmaqla, cəmi 98467 manat 45 qəpik məbləğində borcun, 400 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 350 manatın Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması, iddianın qalan hissəsi təmin edilməməsi, 385 manat 40 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-237/2022 saylı qətnaməsinin ləğv edib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 716-Gİ/16 nömrəli, xx.xx.2016-cı il tarixli, 1182- GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli, 322-LD/16 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları və damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2015-ci il tarixli, 716-Gİ/16 nömrəli müqavilə üzrə 4088 manat gecikdirilmiş əsas borc və 562 manat 97 qəpik cərimə borcu, xx.xx.2016-cı il tarixli, 1182-GL/16 nömrəli müqavilə üzrə 487 manat gecikdirilmiş əsas borc və 67 manat 03 qəpik cərimə borcu və xx.xx.2016-cı il tarixli, 322-LD/16 nömrəli müqavilə üzrə 97407 manat 45 qəpik gecikdirilmiş əsas borc və 101107 manat 83 qəpik cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin mediasiya sessiyası keçirilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilmişdir. Bu məbləğ məhkəmə xərci kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 350 manat müəyyənləşdirilmişdir. Bu məbləğin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, borc məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruri olduğu halda işə məhkəmə bunu etməmişdir. Hesablanmış cərimə məbləğinin xeyli hissəsi silinsə də iddia tələbinin şişirdilmiş əsas borc hissəsindən pul silinməmişdir. Hansıki əvvəlki məhkəmə baxışında sübutların sübutların məhkəmə qaydasında tələb edilməsi barədə vəsatət vermişdi. Hazırkı işə tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməsinin təmin olunması üçün "xxxx" ASC-nin hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçməsi ilə əlaqədar müvafiq sənədlərin, xüsusən də hüquqların və öhdəliklərin təhviltəslim aktının, eləcə də lizinq yolu ilə satılmış əmlakın Azərbaycan Respublikası prezidentinin 18 dekabr 2018-ci il tarixli Fərmanının icrası qaydasında yenidən qiymətləndirilməsi ilə əlaqədar sənədlərin iddiaçıdan tələb edilərək iş materiallarına əlavə edilməsi təmin edilməlidir. Hesab edir ki, həmin Fərmanın icrası nəticəsində ona lizinq yolu ilə verilmiş əmlakın da yenidən qiymətləndirilməsi təmin edilməlidir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 716-Gİ/16 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 52050 manat olan 1 ədəd “AGGSD-600” markalı gübrəsəpən asmanı, 1 ədəd “New Holland TD5-110” markalı traktoru, 1 ədəd “AG-MP 14-5” markalı kotan 5 gövdəli asmanı, 1 ədəd “Belarus-1221” markalı traktoru və 1 ədəd “Magnum Mono 1300A” markalı yempaylayanı lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 1182-GL/16 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 3740 manat olan 1 ədəd “Agrion” markalı kultivator qarğıdalı üçün 6 cərgəli gübrəsəpənlə universal asmanı lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 322-LD/16 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 194804 manat 70 qəpik olan 132 ədəd “Holştin-friz” cinsli damazlıq heyvanları lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 716-Gİ/16 nömrəli müqavilə üzrə 4088 manat gecikdirilmiş əsas borcu və 562 manat 97 qəpik cərimə borcu, xx.xx.2016-cı il tarixli 1182- GL/16 nömrəli müqavilə üzrə 487 manat gecikdirilmiş əsas borcu və 67 manat 03 qəpik cərimə borcu, xx.xx.2016-cı il tarixli, 322-LD/16 nömrəli müqavilə üzrə 97407 manat 45 qəpik gecikdirilmiş əsas borcu və 101107 manat 83 qəpik cərimə borcu olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 3277 №-li hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna 350 manat məbləğində vəkil haqqı ödənilmişdir. İş materillarına əlavə olunmuş 07 dekabr 2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilkin mediasiya sessiyasında iştirak edərək 400 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə kollegiyası tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7915 saylı rəyindən görünür ki, 19 dekabr 2015-ci il tarixli 716-GL/16 nömrəli müqavilə üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş maliyyə arayışı, ödənişləri özündə əks etdirən cədvəl məlumatları, 19 dekabr 2015-ci il tarixli 716-GL/16 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2021-ci il tarixə "xxxx" ASC-yə olan əsas borcu 4088,0 manat, cərimə borcu 536,5 manat məbləğində müəyyən edilir; xx.xx.2016-cı il tarixli 1182-GL/16 nömrəli müqavilə üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş maliyyə arayışı, ödənişləri özündə əks etdirən cədvəl məlumatları, xx.xx.2016-cı il tarixli 1182-GL/16 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2021-ci il tarixə "xxxx" ASC-yə olan əsas borcu 487,0 manat, cərimə borcu 52,0 manat məbləğində müəyyən edilir; Hazırki ekspertiza zamanı borc məbləği xx.xx.2021-ci il tarixə hesablandığından təqdim edilmiş çıxarış məlumatlarında qeyd olunan xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aparılmış 922,0 manat məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmadı; xx.xx.2016-cı il tarixli 322-LD/16 nömrəli müqavilə üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş maliyyə arayışı, ödənişləri özündə əks etdirən cədvəl məlumatları, xx.xx.2016-cı il tarixli 322-LD/16 nömrəli "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2021-ci il tarixə "xxxx" ASC-yə olan əsas borcu 97.407,45 manat, cərimə borcu 98.865,35 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 716-Gİ/16 nömrəli, xx.xx.2016-cı il tarixli, 1182-GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli, 322-LD/16 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları və damazlıq heyvanları lizinqə götürmüş, beləliklə də iddiaçı müqavilə öhdəliyini yerinə yetirmiş olsa da, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2015-ci il tarixli, 716-Gİ/16 nömrəli müqavilə üzrə 4088 manat gecikdirilmiş əsas borc və 562 manat 97 qəpik cərimə borcu, xx.xx.2016-cı il tarixli, 1182-GL/16 nömrəli müqavilə üzrə 487 manat gecikdirilmiş əsas borc və 67 manat 03 qəpik cərimə borcu və xx.xx.2016-cı il tarixli, 322-LD/16 nömrəli müqavilə üzrə 97407 manat 45 qəpik gecikdirilmiş əsas borc və 101107 manat 83 qəpik cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və iddiaçı ilə cavabdeh arasında bağlanmış .12.2015-ci il tarixli, 716-Gİ/16 nömrəli, xx.xx.2016-cı il tarixli, 1182-GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli, 322-LD/16 nömrəli lizinq müqavilələrinin şərtləri baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları və damazlıq heyvanları lizinq şərtləri ilə almış olsa da, lakin öz üzərinə düşən öhdəliyi lazimi qaydada icra etməmiş, yəni lizingə aldığı texnikaların və damazlıq heyvanların dəyərini vaxtlı-vaxtında ödəməmiş və bu faktı təkzib edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddiaçının cavabdehə münasibətdə tələbi əsas borc hissəsində qanuni və əsaslı olduğu üçün məhkəmə iddianı həmin hissədə tam təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan cərimənin (dəbbə pulunun) məbləği məsələsini müzakirə edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən tələb olunan cərimə iddiaçıya vurulmuş ziyana tənasübsüz dərəcədə uyğun olmamaqla yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-ci maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə göstərilir ki, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq cavabdehə hesablanmış dəbbə pulunu azaltmışdır ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmiş, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində məhkəmə tərəfindən borc məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruri olduğu halda bunu etmədiyini, ödədiyi pulların əsas borca yox, cəriməyə silindiyini, məhkəmənin isə həmin xüsusatı nəzərə almadığını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı qeyd edir ki, kollegiyanın qərardadı əsasında təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən də göründüyü kimi, cavabdehin qalıq borcu iddiaçı tərəfindən düzgün hesablanmışdır. Kollegiya qeyd edir ki, əsas borca cərimə (dəbbə pulu) borclu ödəməli olduğu əsas borcu razılaşdırılmış müddətlərdə, yəni gecikdirmə ilə ödədikdə və ya da ödənişi tamamilə dayandırdıqda hesablanır. Hazırkı halda da cavabdehə cərimə sonuncu tərəfindən müqavilə öhdəliyi pozulduğuna görə hüsablanmışdır. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq ona lizinq şərtləri ilə satılmış texnika və heyvanların yenidən qiymətləndirilməli olmasına dair dəlili ilə razılaşmır və şikayətin həmin dəlilini əsassız sayır, ona görə ki, lizinq təşkilatı tərəfindən 2015-2016-cı illərdə lizinqə verilmiş texnika və damazlıq heyvanların yenidən qiymətləndirilməsi həmin Fərmanda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir, apellyasiya şikayətinin dəlilləri isə həmin qətnamənin ləğv edilməsi üçün əsas deyildir. odur ki. apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommesiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli e-2-2(115)-237/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-15/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-15/2023
11.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver