Məhkəmə qərarları › İş №2-2(104)-153/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-153/2023

01.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-153/2023 01.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli e-2-2(115)-35/2022 saylı qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏNETDİ İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh ASC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət sosial müdafiə fonduna ödənilməmiş 39897 manat 26 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 40000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli e-2-2(115)-35/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş 27039 manat 15 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus qiyməti 40000 manat olan 1 ədəd “Toyota Camry” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açıq hərracda satılsması, 171 manat 12 qəpik məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli e-2-2(115)-35/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli e-2-2(115)-35/2022 saylı qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verməklə yanaşı Gəncə Kommersiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, e-2-2(115)-35/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə də məhkməyə müraciət ertmişdir. Gəncə Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2-2(115)-35/2022 saylı qərardadı ilə ərizə təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-35/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün cavabdehin nümayəndəsi X1 tərəfindən ötürülmüş prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi şikayət verərək qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsini və müddətin bərpa edilməsindən imtina edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-35/2022 saylı, 17 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi Nümayəndə Həmin oğlu tərəfindən verilmiş şikayətin təmin edilməmiş və şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2-2(104)-133/2023 saylı qərardadı ilə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Gəncə Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2-2(115)- 35/2022 saylı qərardadının və həmin qərardadla bağlı 17 mart 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1ci maddəsinin tələblərinə riayət olunmamaqla, yəni Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366 -cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Kommersiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, e-2-2(115)-35/2022 saylı qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar