Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-157/2025 11.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının vəkili Vəkil3 və Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil1 iştirakları ilə, "pul" tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-444/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdehin vəkili (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Goranboy rayonu, Azad kəndi ərazisində yerləşən ümumi sahəsi 26 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə **********82 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Məmmədov X8 rayonu, Azad kəndi ərazisində yerləşən ümumi sahəsi 26 ha olan torpaq sahəsini İddiaçı QSC-yə icarəyə vermişdir.
3. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 07 aprel 2023-cü il tarixli müqavilənin ləğvinə dair müqavilədən məlum olur ki, tərəflərin iştirakçı olduqları, Gəncə şəhər 6 saylı notariat ofisində rəsmiləşdirilmiş 3M-731 reyestr nömrəli xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bu müqaviləyə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq ləğv edilmişdir.
4. İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış 10 fevral 2022-ci il tarixli 2022.02.10 nömrəli alğı-satqı müqaviləsinə əsasən, spesifikasiya və fakturaya müvafiq olaraq Goranboy Rayonu, Azad Kəndi 25 ha Erik (kayısı) bağı üçün 1 dest damcı suvarma materialları və suvarma qurğularını Satıcı satmağı, Alıcı isə almağı öhdəsinə götürür (1.1). Müqavilənin ümumi məbləği 82.000 USD, 139.400 (AZN) təşkil edir və bu müqavilənin ayrı-ayrı Razılaşmalarının ümumi məbləğlərindən ibarətdir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Alıcı Müqavilə üzrə avans ödənişini hesab faktura təqdim olunduğu gündən 5 iş günü ərzində ödəyəcəkdir.
5. Suvarma materialları və suvarma qurğularının satın alınması ilə bağlı 10 fevral 2022-ci il tarixli 2022.02.10 nömrəli müqaviləyə 1 nömrəli əlavədən görünür ki, müqavilənin ümumi məbləği 139400 manat təşkil edir.
6. Elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən İddiaçı QSC-nə qaimə üzrə 139400.00 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür.
7. "xxxx" MMC-nin adından Ahmet Arslan tərəfindən İddiaçı QSC-nin nümayəndəsi Qalib bəyə ünvanlanmış xx.xx.2022-ci il tarixli “gmail” məktubunun “Şirin Agro QSC 25 ha sözleşme son hali” başlıqlı mətnindən görünür ki, X17 25 ha (Faig bey) sözleşmenin son halini gönderiyorum. Sözleşme rakamı və nakliye Cüneyt bey ve Galib bey arasında danışılmış son durumdur. Sözleşmeye sizin tavsiyeniz üzerine nakliye tutarını yazmadım. Sözleşme değeri 82.000 USD, nakliye 4800 USD.
8. İddiaçı QSC ilə “Beta Sulama və Fidancılıq” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli Fidan satış sözləşməsindən görünür ki, İddiaçı QSC tərəfindən ümumilikdə 65870,40 ABŞ doları məbləğində ağac tingləri alınmışdır.
9. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, İddiaçı QSC tərəfindən gətrilən tinglərə görə ümumilikdə 65870,40 ABŞ doları və 655,40 manat gömrük ödənişi edilmişdir.
10. "xxxx" MMC-nin direktoru Cüneyt Terkuran tərəfindən Gəncə Kommersiya Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, direktoru olduğu "xxxx" MMC ilə "xxxx" QSC arasında, Goranboy rayonu, Azad kəndi ərazisində 25 ha ərik bağı üçün bir dəst damcı suvarma materialları və suvarma qurğularının satışı ilə bağlı xx.xx.2022-ci il tarixində 2022.02.10 №-li müqavilə imzalanmışdır. Müqavilə imzalanmamışdan əvvəl "xxxx" QSC-nin təsisçisi X6, Gəncə şəhər sakini Cavabdeh2 və o görüşmüşlər. Görüş zamanı Gəncə şəhər sakini Cavabdeh2 yuxarıda qeyd olunan (25 ha bağ üçün) bir dəst damcı suvarma materialları və suvarma qurğularının onun Goranboy rayonu Azad kəndi ərazisində salınacaq bağı üçün lazım olduğunu bildirmiş və həmin torpağın çıxarışını, torpaq sahəsinin planı və ölçüsünü təqdim etmişdir. Həmçinin, hazırda bağda əkmək üçün ağac tingi alışına və onların suvarılması üçün suvarma qurğuları almağa maddi imkanı yoxdur, bu məqsədlə onun tanışı olan, "xxxx" QSC-nin təsisçisi X2 ona bu işlərin görülməsi üçün maddi dəstək göstərməsini xahiş edib. Həmçinin bildirmişdir ki, Qalib Hümmətovdan və ya onun təsisçisi olduğu "xxxx" QSC tərəfindən ödəniş edilib onun bağı üçün ağac tingləri və suvarma sistemləri alınacağı halda, həmin vəsaiti qısa müddətdə özünün və ya ailə üzvlərinin adına bankdan götürəcəyi kredit hesabına qaytaracaq. Yuxarıda göstərilən müqavilə üzrə ödənişlər şirkətə "xxxx" QSC tərəfindən ödənilib, Cavabdeh2 tərəfindən onlara hər hansı köçürmə və ya nağd olaraq ödəniş edilməyib. Müqavilə üzrə bütün öhdəliklər onlar tərəfdən yerinə yetirilib. Belə ki, şirkətin əməkdaşı Cemil Cankaranın iştirakı ilə suvarma qurğularının Goranboy rayonu Azad kəndi ərazisində yerləşən, Gəncə şəhər sakini Cavabdeh2 məxsus torpaq sahəsində quraşdırılması təmin edilib.
11. X13 İnkişaf Mərkəzinin xx.xx.2025-ci il tarixli aqronom rəyində qeyd edilmişdir ki: - Ümumi 26 ha əkin sahəsinin 16.57 ha hissəsində xurma və ərik bağları salınmışdır. Ərazidəki xurma və ərik ağaclarının təxminən 3 yaşında olması müəyyən edilmişdir. Hal-hazırda xurma ağaclarının meyvəsi tam yetişmə fazasında olmadığından, həmçının ərik ağaclarında məhsul olmadığı üçün ağacların dəqiq sortunu əyani müşahidə ilə müəyyən etmək mümkün olmamışdır. - Bağ sahəsi damcı suvarma sistemi ilə təmin olunmuşdur. Nasos qurğuları və boru xətləri mütəxəssislər tərəfindən sökülərək digər ərazilərdə quraşdırıla bilər.
12. X13 İnkişaf Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-22-3-22/2-79/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsində müasir suvarma sistemləri quraşdırılmış və yalnız 1 nasosxana fəaliyyət göstərir. Su təminatı 159 və 160 nömrəli subartezian quyuları vasitəsi ilə həyata keçirilir. Quyulardan götürülən su əvvəlcə nasos qurğusuna ötürülür, daha sonra isə nasos vasitəsi ilə sahənin suvarılması təmin olunur. Təqdim olunmuş aqronom rəyinə əsasən mövcud suvarma sistemi texniki cəhətdən sökülərək mütəxəssislər tərəfindən digər ərazidə quraşdırılması mümkün hesab edilmişdir.
13. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/1284 nömrəli ekspert rəyində qeyd edilmişdir ki: - Tədqiqata təqdim edilmiş 26,0 ha torpaq sahəsinin 16,57 ha hissəsində 6446 ədəd Xurma 2-3 illik (Roio Brıllıante sortu), 1556 ədəd Ərik 3-4 illik (Şekerpare sortu), 16 ədəd Heyva 4-5 illik (Eşmə sortu) olması müəyyən edildi. - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2022-ci il tarixli idxal karantin icarəsində (mülki iş materialı səhifə 166) qeyd olunan ağaclar (tinglər) bilavasitə təqdim edilmədiyindən qərardadda qoyulmuş “2. Həmin torpaq sahəsində əkilmiş ağaclar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2022-ci il tarixli idxal karantin icarəsində (səh.166) qeyd edilmiş ağaclarla eynilik təşkil edirmi?” sualı üzrə müqayisəli tədqiqatlar aparılmadı” - Tədqiqata təqdim edilmiş 26,0 ha torpaq sahəsinin 16,57 ha hissəsində 6446 ədəd Xurma 2-3 illik (Roflo Brıllıante sortu), 1556 ədəd Ərik 3-4 illik (Şekerpare sortu), 16 ədəd Heyva 4-5 illik (Eşmə sortu) ağacların köçürülmə prosesi düzgün yerinə yetirilərsə əkilmiş ağacların ziyan vurulmadan mübahisəli ərazidən çıxarılaraq yerinin dəyişdirilməsi mümkündür. Lakin ağacların köçürüləcəyi ərazi təqdim edilmədiyindən qərardadda qoyulmuş “Mümkün olduğu təqdirdə həmin ağacların başqa torpaq sahəsinə köçürülməsi onların məhsuldarlığına və inkişafına təsir edə bilərmi?” sualı üzrə tədqiqat işləri aparılmadı.
Birinci instansiya məhkəməsində icraat:
14. İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, ağac tinglərinin gətirilməsi üçün "xxxx" Türkiyə Şirkətinə ödənilmiş 111979,68 manat və suvarma sisteminin alınması üçün "xxxx" MMC-yə ödənilmiş 139400 manat, suvarma sisteminin bağa çatdırılması üçün ödənilmiş 6800 manat nəqliyyat xərci və ağac tinglərinin idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi üçün ödənilmiş 655,40 manatın, ümumilikdə 258835,08 manatın və məhkəməyə ödənilmiş 548,84 manatın cavabdehlərdən tutularaq İddiaçı QSC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Azərbaycan Respublikasının müxtəlif rayonlarında aqrar sahəsində fəaliyyət göstərməkdədir. Şirkətin təsisçisi və 100 faiz payçısı X3 Cavabdeh2la tanışlığı olmuş, sonuncu tanışlıqdan istifadə edərək mülkiyyət hüququ ilə ona məxsus olan Goranboy rayonu, Azad kəndi ərazisində 26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində intensiv bağ sahəsinin salınması üçün ağac tinglərinin, suvarma sistemi və onun avadanlıqlarının alınmasına köməklik göstərməsini bildirmişdir. Həmin avadanlıqların Cavabdeh2 adına alınması mümkün olmamış, səbəb isə o olmuşdur ki, Cavabdeh2 polis əməkdaşı olmaqla dövlət qulluqçusudur. Dövlət qulluqçusunun isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına qanunvericilik yol vermir. Həmçinin, ağac tikinti və suvarma sistemləri avadanlığı satan şirkətlər həmin ting və suvarma sistemləri quraşdırılacaq ərazinin peykdən koordinatlarını tələb edir. Koordinatları tələb olunan torpaq sahəsinin alıcı qismində şirkət çıxış edən İddiaçı QSC-nin ya mülkiyyətində, ya da icarəçi kimi istifadəsində olması zəruridir. Yuxarıda qeyd olunan səbəblərə görə formal olaraq 26 ha torpaq sahəsini Cavabdeh2 icarə müqaviləsi əsasında İddiaçı QSC-yə vermiş, Cəmiyyət ağac tingləri və suvarma sistemləri avadanlıqlarını alır. Çəkilmiş vəsaitin qaytarılmasının əsası kimi isə arvadı Cavabdeh1 adına bankdan kredit götürəcəyini, bunun üçün sahibkar kimi vergi orqanında qeydiyyata alınacağını bildirmiş, dediklərinin təsdiqi olaraq sənədləri onlara təqdim etmişdir. xx.xx.2022-cü il tarixdə Cavabdeh2 ilə İddiaçı QSC arasında Goranboy rayonu, Azad kəndində yerləşən 26 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmış, bundan sonra Cavabdeh2 ağac tinglərinin gətirilməsi üçün İddiaçı QSC-nin vasitəçiliyi və vəsaiti ilə Türkiyə Respublikasının "xxxx" şirkəti ilə xx.xx.2022-ci il tarixli, 220546 saylı müqavilə bağlamışdır. Həmin müqavilə əsasında xx.xx.2023-cü il tarixdə dəyəri 111979,68 manat olmaqla ağac tingləri (ağac şitilləri) alınmasını təmin etmişlər. Bundan əlavə, ağac tinglərinin əkilməsi ilə birlikdə ağacların suvarılması üçün "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən İddiaçı QSC tərəfindən alınaraq və gətirilərək 26 ha torpaq sahəsinə 139400 manat dəyərində suvarma sistemi alınması və əlavə olaraq suvarma sisteminin bağa çatdırılması üçün 6800 manat nəqliyyat xərci ödənilmişdir. Ağac tinglərinin idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi üçün 655,40 manat əlavə gömrük ödənişi olmuşdur. Cavabdeh2 bildirmişdir ki, yoldaşına sahibkarlıq krediti vermirlər. Gərək icarə müqaviləsi ləğv edilsin. xx.xx.2023-cü il tarixdə hər iki tərəfin iştirakı ilə Goranboy rayonu, Azad kəndində yerləşən 26 ha torpaq sahəsinə dair icarə müqaviləsi ləğv edilmişdir. Bu günədək cavabdehlər tərəfindən hər hansı ödəniş edilməmişdir.
16. İddia tələbinə qarşı cavabdehin vəkili tərəfindən təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC bu iş üzrə məhkəməyə ünvanladığı, elektron məhkəmə sistemi vasitəsilə yerləşdirlmiş məktubda qeyd edir ki, guya Cavabdeh2 lazım olan tinglər və suvarma qurğusu razılaşma əsasında İddiaçı QSC nin maliyyəsi hesabına gətirilb və "xxxx" MMC-in işçisi Cemil Cankara tərəfnindən suvarma sistemləri quraşdırılmışdır. "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli məktubu məhkəmə iclasında iddaçının nümayəndəsi tərəfindən bir daha məhkəmənin diqqətinə çatdırıldı. Bundan sonra məhkəmə tərəfindən cavabdeh tərəfin "xxxx" MMC-in məktubuna münasibəti və cavabdehə münasibətdə dələduzluq cinayətnin tərkib əlamətləri olması ilə bağlı xüsusi qərar çıxararaq araşıdrma aparılması üçün göndərilməsi barədə vəsatətə münasibəti öyrənilərkən cavabdeh tərəf olaraq məsələyə münasibət bldirildi. Ancaq məhkəmə vəsatətlə bağlı tərəflərin fikrini dinləsə də, vəsatət üzrə məhkəmənin nə qərara gəlməsi elan edilmədi. Bundan sonra məhkəməyə heç bir vəsatət daxil olmadı. Ancaq sədrlik edən hakim "xxxx" MMC-nin məktubda qeyd edilən işçisi Cemil Cankaranın məhkəmə clasına gətirlməsinin mümkünlüyü barədə iddaçının nümayəndəsinin fikri öyrənildi. İddiaçı həmin şahidin məhkəmə iclasına gətirilməsini mümkün hesab etdi. Məhkəmə isə növbəti iclasda şahidin məhkəmə iclasına dəvət edilməsi məqsədilə işin hazırlıq iclasını təxirə almaq barədə qərar qəbul etdi. Onun tərəfindən aparılan dəqiqləşdirmə zamanı hakim bildirdi ki, şahid məhkəmənin öz təşəbbüsü ilə işə dəvət edilir. Məhkəmə iclasına sədrlik edən hakimin iş üzrə tərəflərdən birinin xeyrinə öz təşəbbüsü ilə şahid dəvət etməsi qanunvericiliklə yolverilməzdir və hakimin obyektivliy, bitərəfliyi, arbitr funksyasını həyata keçirməsinə ziddir. Sübutların araşdırılması baxımından konkret olaraq hazırkı iş üzrə "xxxx" MMC tərəfindən təqdim edilən məktubda mübahisələndirilən suvarma sisteminin həmin MMCnin işçisi tərəfndən Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində quraşdırılmasının araşdırılması üçün hakim həmin məktuba əsasən MMC-yə Cavabdeh2 tərəfindən suvarma qurğusunun quraşdırılması üçün sifariş verib-verməməsi, əgər vermişdirsə müvafiq sənədlərin surətini təqdim edilməsini, işçiyə bu xidmətin göstərilməsi üçün əmək haqqı ödənişi barədə sənədlərin təqdim edilməsini tərəfə təklif etməkdə haqlıdır. Nəzərə alsaq ki, iddiaçı tərəf peşəkar vəkillə təmsil olunur, belə olan halda məhkəmə iclasına sədrlik edən hakimin də iddiaçı tərəfə “hüquqi yardım” etməsi cavabdeh tərəfi çıxılmaz vəziyyətə salır. Belə ki, cavabdeh tərəfin təmsilçisi olaraq o, məhkəmə iclasında həm hakimlə, həm də iddiaçı ilə mübarizə, çəkişmə aparmaq məcburiyətində qalır.
17. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-444/2025 nömrəli qətnaməsi ilə iddia Cavabdeh2 münasibətdə qismən təmin edilmiş, Cavabdeh2 139.400 (bir yüz otuz doqquz min dörd yüz) manat pulun tutularaq İddiaçı QSC-nə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 429,40 (dörd yüz iyirmi doqquz manat qırx qəpik) manat pulun Cavabdeh2 tutularaq İddiaçı QSC-nə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 119,44 (bir yüz on doqquz manat qırx dörd qəpik) manat hissəsinin İddiaçı QSC-in özünə aid edilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsinin qətnaməsində ilkin olaraq ağac tinglərinin gətirilməsi üçün "xxxx" Türkiyə Şirkətinə ödənilmiş 111979,68 manat və ağac tinglərinin idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi üçün ödənilmiş 655,40 manatın tutulması hissəsi ilə bağlı qeyd edilir ki, həmin hissədə iddia rədd edilməlidir. Belə ki, İddiaçı QSC ilə “Beta Sulama və Fidancılıq” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli Fidan satış sözləşməsindən görünür ki, İddiaçı QSC tərəfindən ümumilikdə 65870,40 ABŞ doları məbləğində ağac tingləri alınmışdır. Hazırda iddiaçı həmin müqaviləyə istinad edərək, “Beta Sulama və Fidancılıq” şirkətindən həmin ağac tinglərini məhz Cavabdeh2 torpaq sahəsindən əkmək üçün satın aldığını və ödənişini etdiyini bildirərək, həmin pulun cavabdehlərdən geri alınmasını xahiş etsə də, məhkəmə hesab edir ki, iddiaçının dəlilləri əsassızdır. Mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə vurğulayır ki, İddiaçı QSC ilə “Beta Sulama və Fidancılıq” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə və gömrük bəyannaməsində ağac tinglərinin alıcısı kimi məhz İddiaçı QSC göstərilmiş və həmin tinglərin hansı səbəbdən alınması və yaxud Cavabdeh2 məxsus torpaq sahəsinə əkilməsi üçün gətirilməsi ilə bağlı hər hansı bir müddəa və ya qeyd göstərilməmişdir.
19. Bundan əlavə, iddiaçı suvarma sisteminin alınması üçün "xxxx" MMC-yə ödənilmiş 139400 manat, suvarma sisteminin bağa çatdırılması üçün ödənilmiş 6800 manat nəqliyyat xərcinin də cavabdehlərdən tutulmasına dair iddia tələbi qismən əsaslıdır. Belə ki, İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış 10 fevral 2022-ci il tarixli 2022.02.10 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, spesifikasiya və fakturaya müvafiq olaraq Goranboy rayonu, Azad kəndi 25 ha Erik (kayısı) bağı üçün 1 dest damcı suvarma materialları və suvarma qurğularını satıcı satmağı, alıcı isə almağı öhdəsinə götürür (1.1). Müqavilənin ümumi məbləği 82.000 USD, 139.400 (AZN) təşkil edir və bu müqavilənin ayrı ayrı Razılaşmalarının ümumi məbləğlərindən ibarətdir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Alıcı Müqavilə üzrə avans ödənişini hesab faktura təqdim olunduğu gündən 5 iş günü ərzində ödəyəcəkdir. Həmçinin, suvarma materialları və suvarma qurğularının satın alınması ilə bağlı 10 fevral 2022-ci il tarixli 2022.02.10 nömrəli müqaviləyə 1 nömrəli əlavədən görünür ki, müqavilənin ümumi məbləği 139400 manat təşkil edir. İş materiallarına əlavə olunan elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı QSC-nə qaimə üzrə 139400.00 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür. Eyni zamanda, tərəflər arasında olan yazışma məktubundan, yəni "xxxx" MMC-nin adından Ahmet Arslan tərəfindən İddiaçı QSC-nin nümayəndəsi Qalib bəyə ünvanlanmış xx.xx.2022-ci il tarixli gmail məktubunun “Şirin Agro QSC 25 ha sözleşme son hali” başlıqlı mətnindən görünür ki, X17 25 ha (Faig bey) sözleşmenin son halini gönderiyorum. Sözleşme rakamı və nakliye Cüneyt bey ve Galib bey arasında danışılmış son durumdur. Sözleşmeye sizin tavsiyeniz üzerine nakliye tutarını yazmadım. Sözleşme değeri 82.000 USD, nakliye 4800 USD.
20. Məhkəmə gəldiyi hüquqi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 445, 448-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.
21. Tərəflər qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, iddiaçı Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-444/2025 saylı qətnaməsinin qismən – iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi, cavabdehin vəkili (nümayəndəsi) isə şikayətində qətnamənin qismən - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin bu hissədə də təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
22. İddiaçı tərəfin apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 27-ci qrafasında yüklərin boşaldılma yeri kimi Goranboy rayonu, Azad kəndi göstərilmişdir. KOD76001. Gömrük bəyannaməsinin qoşma sənədləri siyahısında Cavabdeh2 məxsus olan torpaq sahəsinin kordinatları tam təfsilatı ilə qeyd edilmişdir. Cavabdeh2 məxsus olan Goranboy rayonu, Azad kəndi ərazisində əkilən ərik və xurma tinglərinin idxal karantin icazəsi vardır. İD**********. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi İddiaçı QSC tərəfindən idxal edilən 1110 ədəd, 4480 kq olan ərik tingi və 655 ədəd, 2640 kq olan xurma tinglərinə xx.xx.2022-ci il tarixdə İD********** saylı idxal karantin icazəsi vermişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İD********** saylı X7 idxal olunan ərik və xurma tinglərinin əkiləcəyi ərazinin Goranboy rayonu, Azad kəndi olduğu qeyd edilmişdir. Gömrük bəyannaməsi və X7 olan məlumatlar bir-biri ilə eynilik təşkil edir. Bundan başqa, ağac tinglərinin və suvarma sistemlərinin Cavabdeh2 özü tərəfindən alınması sübut olunmamışdır. Belə ki, qeyd olunan avadanlıq və sayda ağac tinglərinin bazardan hər hansı sənədsiz alınması qeyri-mümkündür. Qeyd olunan xüsusatla bağlı sübut təqdim etməyin zəruriliyi ondan ibarətdir ki, mübahisələndirilən suvarma sistemləri avadanlıqlarının Azərbaycanda istehsalı yoxdur. Həmin avadanlıqların dəyəri çox olduğu üçün satışı rəsmi qaydada aparılmalıdır. Goranboy rayonu, Azad kəndində yerləşən torpaq sahəsində basdırılan Ağac tingləri isə xüsusi peyvənd olunmuş elə bitkilərdir ki, Azərbaycanda həmin tingləri yetişdirən hər hansı təsərrüfat subyekti yoxdur.
23. Cavabdeh tərəfin apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnamədə gəldiyi nəticəni “suvarma sistemlərinin məhz Goranboy rayonu, Azad kəndi 25 ha Erik (kayısı) bağı üçün alındığı qeyd olunmuş, həmçinin müqavilə tərəfləri arasında olan yazışmada da müqavilənin başlıq mətnində Faiq bəyin adı qeyd olunmuşdur” ilə əsaslandırır. Lakin, “suvarma sistemlərinin məhz Goranboy rayonu, Azad kəndi 25 ha Erik (kayısı) bağı üçün alındığı qeyd olunması” və “tərəflər arasında olan yazışmada da müqavilənin başlıq mətnində Faiq bəyin adı qeyd olunması” onun müqavilənin və ya bu alqı-satqıya “şifahi razılaşdırılmış tərəf” olmağının sübutu hesab edilə bilməz. Belə ki, İddiaçı QSC-nin rəhbəri Qalib Hümmətov ilə onların iş birliyində olmağı, gələcəkdə ona müxtəlif razılaşmalardan kənarlaşdırılmaq, onu özünə borclu etməklə istədiyi şərti diktə etmək kimi planlar hazırlamış, bu haqda birinci instansiya məhkəməsində təqdim edilmiş yazılı çıxışda da qeyd edilmişdir. Bu fikirlərin təsdiqi kimi demək olar ki, X9 rayonu Düzqışlaq kəndində 100 ha torpaq sahəsi almaqda ona kömək etməyini təklif etmiş, o da bu işə razılaşmışdır. Q.Hümmətov torpaq sahələrini aşağı qiymətə torpaq sahiblərindən almağına baxmayaraq, notariat qaydasında bağlanan alqı-satqı müqavilələrində qiymətlərin 3-4 dəfə artıq göstərməklə gələcəkdə həmin sahəni satarkan alıcıya torpaq sahəsinin qiymətinin “yüksək” olmasının əyani sübutu kimi təqdim etməyi planlaşdırmışdır. Ancaq sonradan, yəni 2025-ci ilin aprel-may aylarında Q.Hümmətov Goranboy rayon Polis şöbəsinə müraciət edərək, 100 ha torpaq sahəsinin alqı-satqı müqavilələrində göstərilən “şişirdilmiş” qiymətlərə istinad edərək ona bu torpaqların alınması üçün 500.000 manat pul verməsini, torpaq sahələrinin sahiblərinə alqı-satqı zamanı daha az məbləğ ödəmək yolu ilə onun 300.000 manat pulunu guya dələduzluq yolu ilə onunla keçirməyi barədə polisə məlumat vermişdir. Nəticədə onun barəsində Goranboy rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmasına, 31 may 2025-ci il tarixdə onun iş üzrə şübhəli şəxs qismində tanınmağına, barəsində həbsli axtarış verilməsinə və tutularaq 48 saat saxlanmağına nail olmuşdur. Bütün bu hərəkətlər də Q.Hümmətov tərəfindən ondan “pul almaq”, onu öz “şərtlərinə tabe etdirmək” və s. məqsədlərə nail olmaq niyyəti daşımışdır. Onun şübhəli şəxs qismində saxlandığı 48 saatda Q.Hümmətovun heç bir istəyinə tabe olmamağı və istintaq orqanını Q.Hümmətov çox məharətlə onun “dələduzluq” etməyinə inandıraraq onlara da doğru olmayan məlumatlar verməsi ifşa edildiyindən Goranboy Rayon Prokurorluğunun ********* saylı cinayət işi üzrə 03 iyun 2025-ci il tarixli qərarı ilə “şübhəli şəxs statusuna xitam verilməklə” MSY-dən azad edilmişdir. Bu kimi hərəkətlərlə Qalib Hümmətov onun barəsində Goranboy rayonunda 2, Göygöl rayonunda 1, Gəncə Şəhər Baş Polis İdarəsində isə daha 1 cinayət işi başlanmasına nail olmuşdur. Ancaq bu işlər hər biri saxta məlumatlar verilməklə hüquqmühafizə orqanlarının aldadılması nəticəsində mümkün olmuşdur. Hazırkı iddia tələbi də ona qarşı əvvəlcədən planlaşdrılmış məqsədli və məkrli niyyətlə məhkəmədə qaldırılmışdır. Qətnamənin 37-ci bəndində qeyd edilir ki, “Bundan əlavə, "xxxx" MMC-nin direktoru Cüneyt Terkuran tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, direktoru olduğu "xxxx" MMC ilə "xxxx" QSC arasında, Goranboy rayonu, Azad kəndi ərazisində 25 ha ərik bağı üçün bir dəst damcı suvarma materialları və suvarma qurğularının satışı ilə bağlı xx.xx.2022-ci il tarixində 2022.02.10 №-li müqavilə imzalanmışdır. Müqavilə imzalanmamışdan əvvəl "xxxx" QSC-nin təsisçisi X6, Gəncə şəhər sakini Cavabdeh2 və görüşmüşlər. Görüş zamanı Gəncə şəhərsakini Cavabdeh2 yuxarıda qeyd olunan (25 ha bağ üçün) bir dəst damcısuvarma materialları və suvarma qurğularının onun Goranboy rayonu Azad kəndi ərazisində salınacaq bağı üçün lazım olduğunu bildirmişdir”. İddiaçı MMC ilə "xxxx" MMC əlbir fəaliyyət göstərir, mütəmadi əməkdaşlıq edirlər. Əgər İddiaçı MMC-nin rəhbəri Hümmətov Qalibə onun 250.000 manat borcu olsa, bir dəfə də olsa bir WhatsApp səs atması, sms yazışması etmiş olardı. İşin hallarından görünür ki, iddia qaldırılanadək olan müddətdə bir dəfə də olsa danışıqlarını təsdiq edən mobil məlumat məhkəməyə təqdim edilməmişdir. Onun adına olan torpaq sahəsinin sənədlərinin iddiaçı tərəf guya onun hansısa razılaşma əsasında verməyini bildirir. Bununla bağlı qeyd olunur ki, icarə müqaviləsi bağlanması məqsədilə ondan adına olan 26 ha torpaq sahəsinin sənədləri Qalib Hümmətov tərəfindən müqavilənin tərtib olunması üçün istənilmişdir. Həmin müddətdə Qalib Hümmtəov digər məqsədləri üçün onun adına olan torpaq sahəsinə dair sənəddən istifadə edə biləcəyini bilmirmiş. Onun özünün də adına kifayət qədər torpaq sahələri var, ancaq onun adına olan torpaq sahəsinə dair sənədlərdən istifadə etməsini yalnız onun gələcəkdə borclu vəziyyətə salınmaqla “təzyiq altında saxlaması” onunla istənilən məsələ ilə razılaşmadığı halda ona qarşı təsir vasitəsi kimi istifadə etmək məqsədi daşımışdır. "xxxx" MMC-nin məhkəməyə ünvaladığı məktubdan da görünür ki, bu MMC məhkəmədə tərəf olmamasına, bu MMC-yə heç bir sorğu edilməməsinə baxmayaraq birbaşa məhkəməyə MMC-nin adından məktub ünvanlanmşdır. Məhkəmədə hansı məsələyə baxılması, mübahisə predmeti və s. haqda "xxxx" MMC haradan və kimdən məlumatlanmışdır? Məktubun məzmunu da maraqlı şəxsin sifarişi ilə diktə edilmişdir. Məktubun məzmununda qeyd edilir ki, “Yuxarıda gösətrilən müaqavilə üzrə ödənişlər şirkətə "xxxx" QSC tərəfindən ödənilib, Cavabdeh2 tərəfindən onlara hər hansı köçürmə və ya nağd olaraq ödəniş edilməyib. Müqavilə üzrə bütün öhdəliklər onlar tərəfdən yerinə yetirilib. Belə ki, şirkətin əməkdaşı Cemil Cankaranın iştirakı ilə suvarma qurğularının Goranboy rayonu Azad kəndi ərazisində yerləşən, Gəncə şəhər sakini Cavabdeh2 məxsus torpaq sahəsində quraşdırılması təmin edilib.” Ancaq məhkəmə iclasında sədrlik edən hakimin təşəbbüsü ilə dəvət edilmiş, məktubda adıçəkilən Cemil Cankara izahatında su qurğusu avadanlığının quraşdırma xərclərini Cavabdeh2 ödəməsini bildirmişdir. "xxxx" MMC-nin məhkəməyə ünvanladığı məktubun mətnində göstərilənlərlə “şahidin” məhkəmə iclasında veridiyi izahatı arasında olan ziddiyyətli məsləyə hüquqi qiymət verməmişdir. Bu ziddiyyət sübutun qərəzli və məqsədli olaraq iddiaçının müdafiəsinə, xeyrinə olan hərəkətər olmasına baxmayaraq məhkəmə maraqlı tərəfin tədim etdiyi sübutlara tənqidi yanaşmamışdır. Həmçinin məhkəmə iclasında “şahid” Cemil Cankaranın "xxxx" MMC-də hüquqi mövqeyi, kimliyi barədə məhkəmənin qətnamədə qeyd etdiyi (Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında iş materiallarına əlavə edilib) sənəd hakimin özü tərəfindən, məhkəmə iclasından sonra əldə edilərək iş materiallarına əlavə edilib. Əks halda məhkəmə iclasında sənədlərin tədqiqiqində bu sənəd barədə məlumat verilərdi (audiovideo yazı mövcuddur). Məhkəmə iclasında tədqiq olunmayan sənədlərə və sübutlara istinad edərək qətnamənin əsaslandırılması isə mülki prosesual qanunvericiliyin tələblərinin kobud şəkildə və məqsədli olaraq pozuntusuna yol verilməsidir. Məhkəmə qətnamədə daha sonra 39-cü bənddə qeyd edir ki, “Məhkəmə hesab edir ki, Goranboy Rayonu, Azad kəndində yerləşən həmin 25 ha torpaq sahəsi cavabdeh Məmmədov X4 yerləşən həmin 25 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olduğundan və həmin torpaq sahəsinin İddiaçı QSC-yə icarəyə verilməsi ilə bağlı əvvəllər tərəflər arasında müqavilə münasibətləri mövcud olduğundan, iş materiallarında olan sübutlar və şahidin ifadəsi həmin suvarma sistemlərinin məhz Cavabdeh2 məxsus Goranboy rayonu, Azad kəndində yerləşən həmin 25 ha torpaq sahəsi üçün alınmış olduğu qənaətinə gəlməyə əsas verir.” Məhkəmənin gəldiyi nəticənin heç bir hüquqi əsası yoxdur, yalnız ehtimallar əsasında formalaşmış fikirdir. Belə ki, onun mülkiyyətində Goranboy rayonu Azad kəndində 26 ha torpaq sahəsinin olması belə bir nəticəyə gəlməyə əsas verə bilməz. İddiaçı QSC ilə icarə müqaviləsi iddia ərizəsində istinad edilən su qurğusunun sifariş verilməsindən 10 ay sonra bağlanmışdır. Ancaq məhkəmə bu məsələyə də heç bir hüquqi qiymət verməmişdir. İddiaçı QSC-nin rəhbərinin onun adına olan 26 ha torpaq sahəsinə sonradan icarə müqaviləsi bağlanmasından şirkətin rəhbəri Qalib Hümmətovun hansı məqsədlə istifadə edilməsi ona bəlli olmamışdır.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.
24. Apellyasiya şikayətlərinə qarşı tərəflərin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları.
25. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi və tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını və cavabdeh tərəfin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, tərəflər arasında olan münasibətə əsasən iddiaçı tərəfindən suvarma sistemləri cavabdehə məxsus torpaq sahəsində quraşdırılmış və ağac tingləri həmin sahəyə əkilmişdir. Həmin suvarma sistemlərinin və ağac tinglərinin çıxarılması ziyan vurulmadan mümkün olmadığından hazırki tələblə məhkəməyə müraciət etmişdir.
26. Cavabdeh2 vəkili (nümayəndəsi) iddia tələbinə qarşı təqdim etdiyi etiraz ərizəsi və apellyasiya şikayətinin məzmuna uyğun izahat verdi, tərəfindən verilmiş şikayətinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, torpaq sahəsində olan suvarma sistemləri və ağac tingləri cavabdehin özü tərəfindən alınmışdır, lakin hazırda bunu təsdiq edən sənəd mövcud deyildir. Məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi həmin sistemlər iddiaçı tərəfindən özü üçün alınmış, ona məxsus fərdi-yaşayış evinə daşınmışdır. Alınan malların heç birinin cavabdehə aidiyyəti yoxdur.
Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarı: «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının şikayəti qismən təmin edilməlidir.
31. İşin mübahisəsiz hallarından görünür ki, Goranboy rayonu, Azad kəndi ərazisində yerləşən ümumi sahəsi 26 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə reyestrdə qeydiyyata alınmış, həmin torpaq sahəsinin İddiaçı QSC-yə icarəyə verilməsi ilə bağlı sonuncu və Cavabdeh2 arasında 19 dekabr 2022-ci il tarixli icarə müqaviləsi bağlanmış, 07 aprel 2023-cü il tarixli müqavilənin ləğvinə dair müqaviləyə əsasən isə həmin icarə müqaviləsi ləğv edilmişdir.
32. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, cavabdehlərdən ağac tinglərinin gətirilməsi üçün "xxxx" Türkiyə Şirkətinə ödənilmiş 111979,68 manat və suvarma sisteminin alınması üçün "xxxx" MMC-yə ödənilmiş 139400 manat, suvarma sisteminin bağa çatdırılması üçün ödənilmiş 6800 manat nəqliyyat xərci və ağac tinglərinin idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi üçün ödənilmiş 655,40 manatın, ümumilikdə 258835,08 manat pulun tutulmasını xahiş etmiş, hazırki qərarın 17-ci bəndində qeyd olunan yekun məhkəmə aktı qəbul edilmişdir.
33. Apellyasiya şikayətlərinin dəlillərində iddiaçı və cavabdeh tərəfindən müvafiq olaraq həm iddia tələbinin təmin olunmayan hissəsi, həm də təmin olunan hissəsi mübahisələndirilmişdir. Belə olan halda, qətnamə bütövlükdə yoxlanılmalıdır.
34. Məhkəmə kollegiyası suvarma sisteminin alınması üçün "xxxx" MMC-yə ödənilmiş məbləğ (139400 manat) hissəsində iddia tələbinin təmin, bağa çatdırılması üçün ödənilmiş nəqliyyat xərci (6800 manat) və ağac tinglərinin idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi üçün ödənilmiş məbləğ (655,40 manat) hissələrində isə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gədiyi nəticə ilə razılaşır və qeyd edir ki, İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış 10 fevral 2022-ci il tarixli 2022.02.10 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, spesifikasiya və fakturaya müvafiq olaraq Goranboy Rayonu, Azad Kəndi 25 ha Erik (kayısı) bağı üçün 1 dest damcı suvarma materialları və suvarma qurğularını satıcı satmağı, alıcı isə almağı öhdəsinə götürür (1.1). Müqavilənin ümumi məbləği 82.000 USD, 139.400 (AZN) təşkil edir və bu müqavilənin ayrı ayrı Razılaşmalarının ümumi məbləğlərindən ibarətdir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Alıcı Müqavilə üzrə avans ödənişini hesab faktura təqdim olunduğu gündən 5 iş günü ərzində ödəyəcəkdir. Həmçinin, suvarma materialları və suvarma qurğularının satın alınması ilə bağlı 10 fevral 2022-ci il tarixli 2022.02.10 nömrəli müqaviləyə 1 nömrəli əlavədən görünür ki, müqavilənin ümumi məbləği 139400 manat təşkil edir. İş materiallarına əlavə olunan elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı QSC-nə qaimə üzrə 139400.00 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür. Eyni zamanda, tərəflər arasında olan yazışma məktubundan, yəni "xxxx" MMC-nin adından Ahmet Arslan tərəfindən İddiaçı QSC-nin nümayəndəsi Qalib bəyə ünvanlanmış xx.xx.2022-ci il tarixli gmail məktubunun “Şirin Agro QSC 25 ha sözleşme son hali” başlıqlı mətnindən görünür ki, X17 25 ha (Faig bey) sözleşmenin son halini gönderiyorum. Sözleşme rakamı və nakliye Cüneyt bey ve Galib bey arasında danışılmış son durumdur. Sözleşmeye sizin tavsiyeniz üzerine nakliye tutarını yazmadım. Sözleşme değeri 82.000 USD, nakliye 4800 USD (Bax: hazırki qərarın 4, 5 və 7-ci bəndləri).
35. "xxxx" MMC tərəfindən İddiaçı QSC-nə qaimə üzrə 139400.00 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalar ötürülməsi iş materialları ilə də öz təsdiqini tapır (Bax: hazırki qərarın 6-cı bəndi).
36. Göründüyü kimi 10 fevral 2022-ci il tarixli 2022.02.10 nömrəli alğı-satqı müqaviləsi İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlansa da, müqavilənin predmetində suvarma sistemlərinin məhz Goranboy Rayonu, Azad kəndi 25 ha Erik (kayısı) bağı üçün alındığı qeyd olunmuş, həmçinin müqavilə tərəfləri arasında olan yazışmada da müqavilənin başlıq mətnində Faiq bəyin adı qeyd edilmişdir.
37. Bundan əlavə, "xxxx" MMC-nin direktoru Cüneyt Terkuran tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, direktoru olduğu "xxxx" MMC ilə "xxxx" QSC arasında, Goranboy rayonu, Azad kəndi ərazisində 25 ha ərik bağı üçün bir dəst damcı suvarma materialları və suvarma qurğularının satışı ilə bağlı xx.xx.2022-ci il tarixində 2022.02.10 №-li müqavilə imzalanmışdır. Müqavilə imzalanmamışdan əvvəl "xxxx" QSC-nin təsisçisi X6, Gəncə şəhər sakini Cavabdeh2 və o görüşmüşlər. Görüş zamanı Gəncə şəhər sakini Cavabdeh2 yuxarıda qeyd olunan (25 ha bağ üçün) bir dəst damcı suvarma materialları və suvarma qurğularının onun Goranboy rayonu Azad kəndi ərazisində salınacaq bağı üçün lazım olduğunu bildirmiş və həmin torpağın çıxarışını, torpaq sahəsinin planı və ölçüsünü təqdim etmişdir. Həmçinin, hazırda bağda əkmək üçün ağac tingi alışına və onların suvarılması üçün suvarma qurğuları almağa maddi imkanı yoxdur, bu məqsədlə onun tanışı olan, "xxxx" QSC-nin təsisçisi X2 ona bu işlərin görülməsi üçün maddi dəstək göstərməsini xahiş edib. Həmçinin bildirmişdir ki, Qalib Hümmətovdan və ya onun təsisçisi olduğu "xxxx" QSC tərəfindən ödəniş edilib onun bağı üçün ağac tingləri və suvarma sistemləri alınacağı halda, həmin vəsaiti qısa müddətdə özünün və ya ailə üzvlərinin adına bankdan götürəcəyi kredit hesabına qaytaracaq. Yuxarıda göstərilən müaqavilə üzrə ödənişlər şirkətə "xxxx" QSC tərəfindən ödənilib, Cavabdeh2 tərəfindən onlara hər hansı köçürmə və ya nağd olaraq ödəniş edilməyib. Müqavilə üzrə bütün öhdəliklər onlar tərəfdən yerinə yetirilib. Belə ki, şirkətin əməkdaşı Cemil Cankaranın iştirakı ilə suvarma qurğularının Goranboy rayonu Azad kəndi ərazisində yerləşən, Gəncə şəhər sakini Cavabdeh2 məxsus torpaq sahəsində quraşdırılması təmin edilib.
38. Bundan başqa qeyd olunan məktuba əsasən məhkəmə iclasına şahid qismində dəvət olunan və ifadə verən "xxxx" MMC-nin qanuni təmsilçisi (Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında iş materiallarına əlavə edilib) Cemil Cankara ifadəsində özünün təsisçi kimi şirkətin ortaqlarından biri olduğunu, 2022-ci ildə Faiq müəllimin 25 hektar ərazisində suvarma sisteminin qurlaşdırılmasında birbaşa iştirak etdiyini bildirmişdir.
39. Məhkəmə kollegiyası tərəfindən sözügedən suvarma sisteminin təyinatı dəyişdirilmədən (ziyan vurulmadan) torpaq sahəsindən çıxarılmasının mümkünlüyü araşdırılmış, nəticədə suvarma sisteminə ziyan vurulmadan sökülərək torpaq sahəsindən çıxarılmasının mümkün olmaması müəyyən edilmişdir.
40. Belə ki, məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dinlənilmiş X5 izahat verərək bildirmişdir ki, sözügedən torpaq sahəsində bir hissəsi yerin altında, digər hissəsi isə yerin üstündə yerləşən vahid damcı suvarma sistemi vardır. Belə ki, borular yerin altından gedir və onların torpağın altına daxil olması gözlə görünür. Həmin boruların çıxarılması sual altındadır. Çünki onların torpağın altında hansı vəziyyətdə olmaları məlum deyil, həmçinin başqa yerdə quraşdırıldıqdan sonra işləyib-işləməməsi barədə də dəqiq məlumat verilməsi mümkün deyildir.
41. Məhkəmə tərkibi hesab edir ki, Goranboy rayonu, Azad kəndində yerləşən həmin 25 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olduğundan və həmin torpaq sahəsinin İddiaçı QSC-yə icarəyə verilməsi ilə bağlı əvvəllər tərəflər arasında müqavilə münasibətləri mövcud olduğundan, iş materiallarında olan sübutlar və şahidin ifadəsi həmin suvarma sistemlərinin məhz Cavabdeh2 məxsus Goranboy Rayonu, Azad kəndində yerləşən həmin 25 ha torpaq sahəsi üçün alınmış olduğu qənaətinə gəlməyə əsas verdiyindən birinci instansiya məhkəməsi iş üzrə tələbin qeyd olunan hissəsində düzgün nəticəyə gəlmişdir.
42. Apellyasiya şikayətində cavabdeh suvarma sistemlərinin iddiaçının özünə məxsus fərdi yaşayış evinə daşındığını qeyd etmiş və məhkəmə iclasında foto şəkillər təqdim etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, həmin foto şəkillərin hansı ərazi olması və fərdi yaşayış evinin kimə məxsus olması müəyyən edilmir, bununla yanaşı cavabdehə dəfələrlə təklif olunmasına baxmayaraq ona məxsus torpaq sahəsində quraşdırılan suvarma sisteminin alınmasına dair sübutu təqdim etməmiş, həmin əşyaları bazardan aldığını bildirmişdir.
43. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti formal xarakter daşımaqla qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas deyildir.
44. Bununla yanaşı kollegiya suvarma sisteminin bağa çatdırılması üçün ödənilmiş 6800 manat nəqliyyat xərcinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf həmin hala dair yalnız “gmail” yazışması təqdim etmişdir. Hansı ki, həmin yazışmada yalnız “nakliye”, yəni daşıma xərcinin 4800 USD olduğu qeyd olunmuşdur. Lakin, qeyd olunan yazışma mətni digər sübutlarla öz təsdiqini tapmır. Bundan başqa, İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin mətnində də onunla bağlı hər hansı bir razılaşma nəzərdə tutulmamışdır.
45. Məhkəmə kollegiyası iddia tələbinin ağac tinglərinin gətirilməsi üçün "xxxx" Türkiyə Şirkətinə ödənilmiş məbləğ (111979,68 manat) hissəsində rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, İddiaçı QSC ilə “Beta Sulama və Fidancılıq” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə və gömrük bəyannaməsində ağac tinglərinin alıcısı kimi məhz İddiaçı QSC göstərilmiş, həmin tarixdən sonra cavabdehin torpaq sahəsi müqavilə üzrə iddiaçının icarəsində (xx.xx.2022 – xx.xx.2023-cü illər) olmuşdur.
46. Bundan başqa iş materiallarında olan Gömrük bəyənnaməsində (İ cild. iş.v 20) Göndərən: X18 X16 Ziraat Tar.Su.Hayvan.Gida Tur.İnş.San və Tic.LTD.ŞTİ, Malı qəbul edən: İddiaçı QSC, malın boşaldılma yeri Goranboy rayon Azad kəndi qeyd olunmuşdur.
47. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İdxal olunan əkin-səpin materiallarına və digər qruplara aid olan fitosanitar məhsullara verilən İD********** nömrəli X7 də idxalçının adı İddiaçı QSC, göndərən müəssisənin adı X18 X16 X15 X11 İnşaat Sanayı ve Ticarət Limited Şirkəti, yükün son təyinat ünvanı ünvan 2bdehin mülkiyyətində olan torpaq sahəsində ağacların əkilməsi işin mübahisəsiz halıdır və bu nümayəndəsi tərəfindən verilmiş izahatda da öz təsdiqini tapır.
49. Məhkəmə tərəfindən torpaq sahəsində olan ağac növlərinin müəyyən edilməsi və həmin ağacların çıxarılmasının mümkünlüyü ilə bağlı müvafiq ekspertiza rəyi alınmış, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/1284 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 26,0 ha torpaq sahəsinin 16,57 ha hissəsində 6446 ədəd Xurma 2-3 illik (Roio Brıllıante sortu) və 1556 ədəd Ərik 3-4 illik (Şekerpare sortu) olması müəyyən edilmişdir. Ağacların köçürülmə prosesi düzgün yerinə yetirilərsə əkilmiş ağacların ziyan vurulmadan mübahisəli ərazidən çıxarılaraq yerinin dəyişdirilməsi mümkündür. Lakin ağacların köçürüləcəyi ərazi təqdim edilmədiyindən qərardadda qoyulmuş “Mümkün olduğu təqdirdə həmin ağacların başqa torpaq sahəsinə köçürülməsi onların məhsuldarlığına və inkişafına təsir edə bilərmi?” sualı üzrə tədqiqat işləri aparılmamışdır.
50. Göründüyü kimi işdə olan sənədlərlə xx.xx.2022-ci il tarixli müqavilə ilə iddiaçı Cəmiyyət tərəfindən "xxxx" Türkiyə Şirkətindən alınmış ağac növlərinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə **********82 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmış Goranboy rayonu, Azad kəndi ərazisinə gətrilməsi və həmin ağac tinglərinin növləri ilə eynilik təşkil etməsi təsdiq olunmuşdur.
51. Bununla yanaşı ekspert rəyində ağacların növü və sayı dəqiq qeyd olunsa da, başqa əraziyə köçürüləcəyi təqdirdə onların məhsuldarlığına və inkişafına təsir etməsi halı dəqiq müəyyən edilməmişdir.
52. Məhkəmə kollegiyası ekspert rəyini işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert tədqiqat apararkən ağacların morfoloji əlamətlərinə, üzərlərində olan və gövdə ətrafına səpələnmiş meyvələrin xüsusiyyətlərini əsas götürmüşdür. İş üzrə tərəflərin də rəyin qeyri-obyektivliyi barədə hər hansı arqumenti olmamışdır. Bir sözlə, məhkəmə-bioloji ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir.
53. Digər tərəfdən cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsində hazırda mövcüd olan ağac tinglərinin alınmasını təsdiq edən (müqavilə, qaimə və s) sənəd də məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, iddiaçının tələbi haqlıdır və işdə olan sübutlara əsasən qismən təmin edilməlidir.
54. Belə ki, qeyd olunan rəyin nəticə hissəsinə əsasən tədqiqata təqdim edilmiş 26,0 ha torpaq sahəsinin 16,57 ha hissəsində 6446 ədəd Xurma 2-3 illik (Roio Brıllıante sortu) və 1556 ədəd Ərik 3-4 illik (Şekerpare sortu) olması müəyyən edilmişdir.
55. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 220546 nömrəli “Fidan satış sözleşmesi”ndən görünür ki, “Kayısı fidanı/Şekerpare” sortunun birinin dəyəri (birim fiyat) 4,164 USD, “Trabzon hurması fidanı/Rojo Brıllıante” sortunun birinin dəyəri (birim fiyat) isə 3 USD olaraq qeyd edilmişdir.
56. Belə olan halda birinin dəyəri 4,164 USD olan 1556 ədəd Ərik (Şekerpare sortu) və birinin dəyəri 3 USD olan 6446 ədəd Xurmanın (Roio Brıllıante sortu) ümumi dəyəri 25817,18 USD – 43889,21 manat (6446 x 3 = 19338; 1556 x 4,164 = 6479,18; 19338 + 6479,18 = 25817,18 USD => 43889,21 AZN) təşkil edir ki, həmin məbləğ Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir.
57. Məhkəmə kollegiyası iddia tələbinin “ağac tinglərinin idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi üçün ödənilmiş 655,40 manat” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb qeyri-müəyyən olduğundan, belə ki, iddiaçı tərəf həmin məbləğin nə ilə müəyyən olunmasına və necə hesablanmasına dair sübut təqdim etmədiyindən əsassızdır.
58. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
59. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
60. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
61. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”.
63. Məhkəmə kollegiyası məhkəmə xərcləri hissəsində də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa işin apellyasiya mərhələsində keçirilmiş ekspertizanın dəyəri olan 72 (yetmiş iki) manat ekspertiza xərci də Cavabdeh2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
64. Beləliklə apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməli və həmin hissədə tələb qismən təmin edilməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
qətetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-444/2025 nömrəli qətnaməsi qismən – “İddia qalan hissədə rədd edilsin” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 43889,21 manat (qırx üç min səkkiz yüz səksən doqquz manat iyirmi bir qəpik) pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyirinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-444/2025 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə 72 (yetmiş iki) manat ekspertiza xərci Cavabdeh2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41, NABZ ******************** SWİFT BİK CTREAZ 22,MEM VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov