Məhkəmə qərarları › İş №2-2(104)-166/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-166/2023

11.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-166/2023 11.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı1 hüquqi varisi X8 nümayəndəsi və vəkili Vəkil və maraqlarına toxunan şəxs Cavabdeh4 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və üçüncü şəxs Goranboy notariat ofisinə qarşı alğı-satqı müqavilələrinin və qərarların etibarsız hesab edilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-11/2023 saylı qətnaməsindən Cavabdeh1 və maraqlarına toxunan şəxs Cavabdeh4 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-11/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın təmin edilməsi, X20 ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda 3M-1-131 reyestrlə qeydə alınmış Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı 10 faiz payın alğısatqı müqaviləsinin, Cavabdeh2 MMC-nin təsisçilərinin xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi, 140 manat məbləğində ekspertiza xərcinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh1 və maraqlarına toxunan şəxs Cavabdeh4 MMC apellyasiya şikayətləri verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh4 MMC-yə qarşı üçüncü şəxs Goranboy rayon Notariat Kontorunu qeyd etməklə alğı-satqı müqavilələrinin və qərarların etibarsız hesab edilməsi, X30 reyestr məlumatlarında dəyişikliklərin edilməsi tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, X20 ilə Cavabdeh1 arasında 17 noyabr 2011-ci il tarixdə bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda reyestrdə 3M-1-131 № ilə qeyd edilmiş “nizamnamə kapitalının alğısatqı müqaviləsi”nin, Cavabdeh2 MMC-yə məxsus olan əmlakın Cavabdeh3 MMC-yə (halhazırda Cavabdeh4 MMC) satılması haqqında alğı-satqı müqaviləsinin, Cavabdeh2 MMCnin təsisçilərinin 21 noyabr 2011-ci il tarixli qərarının və Cavabdeh2 MMC-nin təsisçilərinin 07 dekabr 2011-ci il tarixli qərarının etibarsız hesab edilməsi, Cavabdeh2 MMC-nin X30 reyestr məlumatlarında müvafiq dəyişikliklərin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2ndə 37,5% payın sahibidir. Onun xəbəri olmadan onun da təsisçi olduğu və 37,5% payı olan Cavabdeh2 MMC-də təsisçi payının bir hissəsinin alğı-satqısı baş vermiş və müəssisəyə əlavə təsisçi daxil olmuşdur. Belə ki, payın bir hissəsinin qanunsuz (saxta) 17 noyabr 2011-ci il tarixli alğısatqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh1 Cavabdeh2 MMC-də 10% paya sahib olmuşdur. Bundan sonra Cavabdeh2 MMC-nin təsisçilərinin 21 noyabr 2011-ci il tarixli qərarı ilə Cavabdeh1 təsisçi olması faktı təsdiq olunmuşdur. Onun imzası həmin qərarda saxtalaşdırılmış, X32 isə 10 may 2011-ci il tarixdə İstanbul şəhərində vəfat etmişdir. Daha sonra Cavabdeh2 MMC-nin təsisçilərinin 07 dekabr 2011-ci il tarixli qərarı ilə (saxta qərar) Cavabdeh2 MMC-nin qanuni təmsilçilik hüququna malik direktoru X20 vəzifəsindən azad edilmiş və Cavabdeh1 həmin vəzifəyə təyin edilmişdir. Nizamnamə payının alğı-satqısı haqqında müqavilə bağlanarkən mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh2 MMC paylı mülkiyyətdir və təsisçilərdən biri öz payını və ya payının bir hissəsini üçüncü şəxsə satmaq istəyərsə ilk növbədə paylı mülkiyyətin digər payçılarına məlumat verməli və payın alınmasını ilk növbədə payçılara təklif etməli idi. Nizamnamə payının 10%-nin alğı-satqısı zamanı mülki qanunvericiliyin tələblərinə əməl olunmamışdır (tələblər kobud şəkildə pozulmuşdur). Alğı-satqıda üstünlük hüququ olan şəxslərə yəni, onlara məlumat verilməmiş, müqavilədə olan razılıq ərizəsində onun imzası saxtalaşdırılmış və o, ümumiyyətlə 27 dekabr 2010-cu il tarixdə Gəncə şəhəri 7 saylı Dövlət Notariat kontorunda olmamışdır. Digər guya razılıq ərizəsi yazmış X32 isə alğısatqı maviləsi bağlanmamışdan 6 ay əvvəl 10 may 2011-ci il tarixdə vəfat etmişdir. Nizamnamə payının bir hissəsinin alğı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə bağlanmışdır və etibarsız hesab edilməlidir. Qanunsuz (saxta) alğı-satqı müqaviləsi ilə 10% paya sahib olmuş Cavabdeh1 daha bir saxtakarlıq edərək müəssisənin təmsilçilik hüququnu ələ keçirmişdir (Cavabdeh2 MMC-nin təsisçilərinin 07 dekabr 2011-ci il qərarı). Həmin qərarın qəbul edilməsində o, iştirak etməmişdir və qərardakı imza onun imzası deyil. X32 isə həmin qərara imza ata bilməzdi, çünki qərar qəbul ediləndən 6 ay əvvəl 10 may 2011-ci ildə vəfat etmişdi. Bundan əlavə qanunsuz olaraq Cavabdeh2 MMC-nin rəhbəri seçilmiş Cavabdeh1 yenə də qalan təsisçilərin (payçıların) xəbəri olmadan (onlara xəbər vermədən), onların razılığını almadan Cavabdeh2 MMC-yə məxsus olan əmlakı qanunsuz olaraq Cavabdeh3 MMC-yə (halhazırda Cavabdeh4 MMC) satmışdır. Göstərilən alğı-satqı müqviləsi də mülki qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə bağlanmışdır və etibarsız hesab edilməlidir. Göründüyü kimi nizamnamə payının bir hissəsinin alğı-satqı müqaviləsi, “Elmir" MMC ilə Cavabdeh3 MMC (hal-hazırda Cavabdeh4 MMC) arasında bağlanmış əmlakın alğı-satqı müqaviləsi və Cavabdeh2 MMC-nin təsisçilərinin qərarları qanunsuz (saxta) olduğundan etibarsız hesab olunmalıdır. O, alğı-satqı müqavilələrinin və qərarların ləğvi barədə 12 fevral 2018-ci il tarixdə Goranboy Rayon Məhkəməsində iddia qaldırmışdır. Onun iddia tələbi Goranboy Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş, həmin qətnamədən verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təmin edilmiş, qətnamə ləğv edilmiş, lakin iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinə 18 avqust 2020-ci il tarixdə baxılmış və qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli 2(104)-3561/2019 saylı qətnaməsində göstərilmişdir ki, işdən göründüyü kimi, iddiaçı tələbinin əsası kimi MMC-nin təsisçilərindən olan Faiq Kərimovun 10 may 2011-ci ildə İstanbul şəhərində vəfat etdiyindən həmin qərarların onun tərəfindən imzalanmasının mümkün olmaması əsasına, həmçinin həmin qərarların onun özü tərəfindən imza edilməməsinə, onun imzasının saxtalaşdırılmasına istinad edərək birinci instansiya məhkəməsindən həmin qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin bu işdə nümayiş etdirdiyi hüquqi mövqeni əsas götürərək, hesab edir ki, iddiaçının istinad etdiyi bu əsaslar mübahisələndirilən qərarların ləğvi üçün deyil, etibarsızlığı üçün əsas ola bilərdi. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsində göstərilənlərə əsaslanaraq (qətnamə 18 avqust 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir), alğı-satqı müqavilələrinin və təsisçilərin qərarlarının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, məhkəmə X20 ilə Cavabdeh1 oğlu arasında 17 noyabr 2011-ci il tarixdə bağlanmış Goranboy rayon Dövlət 5 Notariat Kontorunda reyestrdə 3M-1-131 № ilə qeyd edilmiş “nizamnamə kapitalının alğısatqı müqaviləsi”nin; Cavabdeh2 MMC-yə məxsus olan əmlakın Cavabdeh3 MMC-yə (halhazırda Cavabdeh4 MMC) satılması haqqında alğı-satqı müqaviləsinin; Cavabdeh2 MMCnin təsisçilərinin 21 noyabr 2011-ci il tarixli qərarının və Cavabdeh2 MMC-nin təsisçilərinin 07 dekabr 2011-ci tarixli qərarının etibarsız hesab edilməsi; Cavabdeh2 MMC-nin X30 reyestr məlumatlarında müvafiq dəyişikliklərin edilməsi barədə qətnamə qəbul edilməlidir. Goranboy Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(045)-134/2021 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh4 MMC-yə (keçmiş Cavabdeh3 MMC) qarşı “alğı-satqı müqavilələrinin və qərarların etibarsız hesab edilməsi, X30 reyestr məlumatlarında dəyişikliklərin edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli 2(104)- 2998/2021 nömrəli qərardadına əsasən Goranboy Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(045)-134/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(045)-134/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş baxılması üçün məhkəmə aiddiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli e-2-2(115)-82/2022 nömrəli qərardadı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh4 MMC-yə və üçüncü şəxs Goranboy rayon Notariat kontoruna qarşı alğı-satqı müqavilələrinin və qərarların etibarsız hesab edilməsi, X30 reyestr məlumatlarında dəyişikliklərin edilməsi tələbinə dair iddiası üzrə kommersiya işinin icraatı xx.xx.2022-ci il tarixdə ölmüş İddiaçı1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e-2-2(115)-11/2023 nömrəli qərardadı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh4 MMC-yə və üçüncü şəxs Goranboy rayon Notariat kontoruna qarşı alğı-satqı müqavilələrinin və qərarların etibarsız hesab edilməsi, X30 reyestr məlumatlarında dəyişikliklərin edilməsi tələbinə dair iddiası üzrə Qasımova X11 Aydın Şubay oğlunun hüquqi varisi kimi tanınmış və işin icraatı təzələnmişdir. Daha sonra İddiaçı1 hüquqi varisi İddiaçı2 qızının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Cavabdeh1 və Cavabdeh2 MMC-ni cavabdeh, Goranboy rayon Notariat kontorunu isə üçüncü şəxs göstərməklə iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə göndərərək, X20 ilə Cavabdeh1 arasında 17 noyabr 2011-ci il tarixdə bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda reyestrdə 3M-1- 131 № ilə qeyd edilmiş Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı 10% payın alğısatqı müqaviləsi”nin, Cavabdeh2 MMC-nin təsisçilərinin 21 noyabr 2011-ci il tarixli qərarının və Cavabdeh2 MMC-nin təsisçilərinin 07 dekabr 2011-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh3 MMC-yə (hal-hazırda Cavabdeh4 MMC-yə), üçüncü şəxs Goranboy rayon Notariat kontoruna qarşı X20 ilə Cavabdeh1 arasında 17 noyabr 2011-ci il tarixdə bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda reyestrdə 3M-1-131 № ilə qeyd edilmiş “nizamnamə kapitalının alğı-satqı müqaviləsi”nin; Cavabdeh2 MMC-yə məxsus olan əmlakın Cavabdeh3 MMC-yə ( hal-hazırda Cavabdeh4 MMC) satılması haqqında alğı-satqı müqaviləsinin; Cavabdeh2 MMC-nin təsisçilərinin 21 noyabr 2011-ci il tarixli qərarının və Cavabdeh2 MMC-nin təsisçilərinin 07 dekabr 2011-ci il tarixli qərarının etibarsız hesab edilməsi; Cavabdeh2 MMC-nin X30 reyestr məlumatlarında müvafiq dəyişikliklərin edilməsi tələbi barədə” kommersiya işi üzrə iddia ərizəsi Gəncə Kommersiya Məhkəməsinin icraatındadır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 2(115)-11/2023 nömrəli qərardadı ilə İddiaçı2 qızı xx.xx.2022-ci il tarixdə ölmüş İddiaçı1 hüquqi varisi kimi tanınmışdır. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hal-hazırda iddia tələbinin dəqiqləşdirilməsi və iddianın həcminin azaldılması zərurəti yaranmışdır. Belə ki, iddia tələbinin Cavabdeh2 MMC-yə məxsus olan əmlakın Cavabdeh3 MMC-yə (hal-hazırda Cavabdeh4 MMC) satılması haqqında alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı olaraq, həmin alğı-satqı müqaviləsi iddiaçı olaraq onlardan asılı olmayan səbəblərdən məhkəməyə təqdim edilməmişdir. Həmin alğı-satqı müqaviləsinin olmaması səbəbindən alğı-satqı müqaviləsinin mübahisələndirilməsi mümkünsüz olmuşdur. Həmçinin iddia tələbinin Cavabdeh2 MMC-nin X30 reyestr məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” hissəsini də iddia tələbindən çıxarırlar. Hesab edirlər ki, məhkəmə “X20 ilə Cavabdeh1 arasında 17 noyabr 2011-ci il tarixdə bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda reyestrdə 3M-1-131 № ilə qeyd edilmiş Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı 10% payın alğı-satqı müqaviləsi”nin; Cavabdeh2 MMC-nin təsisçilərinin 21 noyabr 2011-ci il tarixli qərarının və Cavabdeh2 MMC-nin təsisçilərinin 07 dekabr 2011-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə” iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xx.xx.2011-ci il tarixli müqavilənin, habelə Cavabdeh2 MMC-nin iştirakçılarının xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi barədə iddianı xx.xx.2018-ci il tarixdə 1 illik kəsici müddəti ötürməklə qaldırmış, əqdin etibarsız sayılmasına əsas verən halları 1 ildən sonra bildiyi və ya bilməli olduğunu təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı kəsici müddət keçdikdən sonra yuxarıda göstərilən əqdləri mübahisələndirmiş, həmin əqdlərin etibarsız sayılmasına əsas verən halları xx.xx.2012-ci il tarixdə deyil, bundan xeyli müddət sonra bildiyini sübuta yetirməmiş və bununla da əqdin etibarsızlığını mübahisələndirmək hüququnu itirdiyi halda, iddia qaldırmışdır. Məhkəmə xx.xx.2011-ci il tarixli müqavilənin, habelə Cavabdeh2 MMC-nin iştirakçılarının xx.xx.2011ci il və xx.xx.2011-ci il tarixli qərarları yalan əqd hesab etsə də, yalanın nədən ibarət olmasını əsaslandırmamışdır. Halbuki, MM-in 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İş üzrə müəyyən edilmir ki, xx.xx.2011-ci il tarixli müqavilə, habelə Cavabdeh2 MMC-nin iştirakçılarının xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli qərarlar əslində hansı əqdi pərdələmək məqsədi güdmüşdür. Çünki əsl həqiqətdə, həmin əqd və qərarlar heç bir əqdi pərdələmək məqsədi güdməmişdir. Odur ki, həmin əqdlərin yalan əqd olaraq etibarsız hesab edilməsi barədə məhkəmənin gəldiyi nəticə səhvdir, yəni məhkəmə hüququn tətbiqində səhv buraxmaqla qətnamə çıxartmışdır. Bundan başqa, qeyd edilməlidir ki, istənilən qanunsuzluq əqdlərin etibarsızlığı əsası deyildir, digər iştirakçının payını satın almaqda üstünlük hüququnun (MM-in 93.3-cü maddəsində nəzərdə tutulan subyektiv hüququ) pozulması da əqdin etibarsızlığı əsası kimi MM-də nəzərdə tutulmamışdır. Ali Məhkəmənin xx.xx.2016-ci il tarixli 2(102)-113/16 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsi də qeyd edilənləri təsdiq edir. Digər tərəfdən qeyd edilməlidir ki, X32 tərəfindən Goranboy Rayonu Notariat Kontorunda verilmiş xx.xx.2010cu il tarixli razılıq ərizəsinin həqiqililiyi şübhə doğurmur. Belə ki, X21 Cavabdeh2 MMC-nin iştirakçısı X20 tərəfindən özünə aid 37,5 % paydan 10 %-in satılmasına və bağışlanmasına etiraz etməməsi barədə ərizə saxta deyildir, yəni ərizə mötəbərdir. Bu isə ona dəlalət edir ki, Cavabdeh2 MMC-nin iştirakçısı X20 tərəfindən özünə aid 37,5 % paydan 10 %-in satılması barədə xx.xx.2011-ci il tarixli əqd bütövlükdə etibarsız hesab edilə bilməz. Belə ki, MM-in 93.3-cü maddəsinə əsasən MMC-nin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Həmin müddəanı hazırkı işin hallarına tətbiq etdikdə, bu qənaətə gəlmək olar ki, hətta iddiaçının adından tərtib edilmiş xx.xx.2010-cu il tarixli payların özgəninkiləşdirilməsinə razılıq ərizəsi saxta olsaydı belə, onun X20 tərəfindən satılan 10 % payın hamısına münasibətdə deyil, öz paylarının miqdarına (25 %) mütənasib, yəni 10 %-in 25%-i hissəsində payı (X3 payın 2.5%-ini) satın almaqda üstünlük hüququ olardı. Bu baxımdan X20 tərəfindən özünə aid 37,5 % paydan 7,5 % payın satılması qanuni-etibarlı olacaqdı. 91.1-4 - 91.1-7-ci maddələri xx.xx.2018-ci il tarixli Qanunla MM-ə əlavə edilmişdir. Yalnız xx.xx.2018-ci il tarixdən sonra MMC-nin ümumi yığıncağının kvorum (yetərsay) həddinə (yenidən çağırılan ümumi yığıncaqda paylarının 50 %-nə, 2-ci dəfə yenidən çağırılan ümumi yığıncaqda paylarının 25%-nə malik iştirakçılar iştirak etdiyi halda ümumi yığıncağın səlahiyyətli olması) dair müddəalar əlavə edilmişdir. Həmin dövrə qədər isə ümumi yığıncağın yetərsay həddinə dair şərt qanunvericilikdə mövcud olmamışdır. Bu isə o deməkdir ki, xx.xx.2018-ci il tarixədək MMC-nin çağırılan ümumi yığıncağında istənilən iştirak payına malik olan iştirakçılar iştirak etdikdə, ümumi yığıncaq səlahiyyətli hesab edilirdi. Bu baxımdan Cavabdeh2 MMC-nin ümumi yığıncağının xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli qərarları qəbul edilərkən 25 % iştirak payına sahib olan İddiaçının iştirak edib-etməməsi ümumi yığıncağın səlahiyyətli olması üçün əhəmiyyət kəsb etməmişdir, çünki 3 iştirakçıdan hətta 1-i belə iştirak etsəydi, Cavabdeh2 MMC-nin ümumi yığıncağı səlahiyyətli sayılacaqdı. MMC-nin ümumi yığıncağının yetərsay həddinə dair müddəanın olmaması ona işarə edir ki, 25 % iştirak payına sahib olan iddiaçının iştirak etməməsi ümumi yığıncağın xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli qərarlarının qanuniliyinə də heç cür təsir etmir. Çünki hətta 1 iştirakçının iştirak etdiyi Cavabdeh2 MMC-nin ümumi yığıncaqı qərar qəbul etsəydi, həmin qərarlar qanuni olacaqdı. Yuxarıda qeyd edildiyi kimi, iddia qaldıran tərəf iddiaçı olduğundan o, kəsici müddəti ötürmədiyini, yəni subyektiv hüququnun olmasını (itirilmədiyini) sübuta yetirməli olduğu halda, bunu etməmişdir. Məhkəmə isə subyektiv hüququn olmasına dair sübut olmadan əsassız qətnamə çıxartmışdır. Bundan başqa, məhkəmə iddiaçının xx.xx.2010-cu il tarixli razılıq ərizəsindəki imzanın ona məxsus olmamasına dair məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 4/824 saylı rəyinə tənqidi mövqedən yanaşmamış, ekspert tədqiqatına iddiaçının hansı dövrə dair imzalarının təqdim edilməsini araşdırmamışdır. Çünki məhkəmə-xətşünaslıq ekspertizasının rəyinin mötəbər olması üçün ekspertiza zamanı razılıq ərizəsinin imzalandığı xx.xx.2010-cu il tarixə yaxın ərəfədə iddiaçının imza nümunəsi nümunə kimi əldə edilərək tədqiq edilməli idi. Maraqlarına toxunan şəxs Cavabdeh4 MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, "xxxx" MMC-ni cavabdehlər sırasından çıxarılmış saymaqla onun qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnu pozmuşdur. "xxxx" MMC-ni cavabdehlikdən çıxarılmaqla tərəflərin bərabərliyi, ədalət mühakiməsinin çəkişmə prinsipi əsasında aparılması qaydalarını pozmuşdur. Məhkəmə iddiaçının sübut etmə vəzifəsini öz üzərinə götürərək iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır. İddiaçının mübahisələndirdiyi halların ona məlum olması vaxtı barədə əvvəlki iddiaları üzrə göstərdiklərinə düzgün qiymət verməyib. Qətnamə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmamışdır. Məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspertin 29 iyun 2022-ci il tarixli, 4/824 saylı rəyinin hazırlanması zamanı İddiaçı1 hansı ildəki imzalarının tədqiq edilməsini araşdırmamışdır. Həmçinin, iş materiallarında iddiaçının özünün və eləcə də digər təsisçi X21 xx.xx.2010-cu il tarixli razılıq ərizələrindəki imzalarının saxtalaşdırılmasına dair ifadəsi ilə bağlı həmin ərizələri təsdiqləmiş notariat orqanı maraqlı tərəf kimi işə cəlb edilməmiş, təsisçi X32 tərəfindən X15 verilmiş etibarnamə üzrə ona hansı hüquqları verməsini araşdırmamışdır. X33 Cavabdeh2 MMC-nin (VÖEN **********) təsisçiləri sırasına daxil olunmasından 7 ilə yaxın vaxt keçməsi və bu işin halı iddiaçıya həmin vaxtdan məlum olsa da, guya iddiaçıya bu faktın 2016-cı ildə məlum olmasını nəzərə almaqla birinci instansiya məhkəməsi düzgün nıəticəyə gəlməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilməsinə baxmayaraq iddia müddəti tətbiq etməmişdir; əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia müddəti onun icrasına başlanıldığı gündən bir il müəyyən edilsə də məhkəmə iddia müddəti tətbiq etməmişdir. Mülki Məcəllənin 347-ci maddəsi əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər”, “Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu gündən bir ay ərzində mübahisə edilə bilər” müddəti tətbiq etməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsi mübahisə tərəfi olan "xxxx" MMC-nin iddia müddətinin tətbiq edilməsi barədə verdiyi ərizsinə baxmamışdır. Apelyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nin nümayəndəsi, üçüncü şəxs Goranboy rayon Dövlət Notariat Ofisinin nümayəndəsi, işə üçüncü şəxs qismində cəlb edilmiş X22, X17 və X26 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 hüquqi varisi X8 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərinə etiraz edərək həmin şikayətlərin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxs Cavabdeh4 MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib həmin şikayətin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilib qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən proses iştirakçılarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-11/2023 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh2 MMC-nin nizamnaməsinə xx.xx.2011-ci il tarixdə iştirakçıları tərəfindən edilmiş və xx.xx.2011-ci il tarixdə qeydə alınmış dəyişikliyin surətindən görünür ki, Cavabdeh2 MMC-nin təsisçiləri X20, İddiaçı1 və X27r, nizamnamə kapitalında X13 payı 37,5 %, İddiaçı1 payı 37,5 %, X21 payı 25 % təşkil edir. İş materiallarına əlavə olunmuş kommersiya X30 reyestrindən **********677300 saylı xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh2 MMC-nin əvvəlki təsiçiləri X20 37,5 % pay, İddiaçı1 37,5 % pay və X23 25 % pay olmuş, hazırkı iştirakçılar X21 payı 25 % nizamnamə kapitalında X13 payı 37,5 %, İddiaçı1 payı 37,5 %, X21 payı 25 % təşkil edir. İş materiallarına əlavə olunmuş X32 və İddiaçı1 tərəfindən xx.xx.2010-cu il tarixində Goranboy rayonu notariat kontoruna ünvanlanmış ərizələrdən görünür ki, onlar Cavabdeh2 MMC-nin təsisçisi kimi həmin cəmiyyətin nizamnamə fondundan X15 məxsus olan 37,5 faizin 10 faizinin satılmasına, bağışlanmasına etiraz etməmişlər. İş materiallarında olan notarial qaydada tərcüməsi təsdiq olunmuş ******* saylı ölüm sənədinin surətindən görünür ki, X32 xx.xx.2011-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində ölmüşdür. İş materiallarına əlavə olunmuş Goranboy rayon Dövlət Notariat Kontorunda reyestrdə 3M-1-131 nömrə ilə qeyd olunmuş X20 ilə Cavabdeh1 arasında bağlanılmış nizamnamə kapitalının xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, X20 Cavabdeh2 MMC-nin nizamnamə kapitalında olan 37,5 % payının 10% hissəsini Cavabdeh1 satmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh2 MMC-nin təsisçilərinin xx.xx.2011-ci il tarixli qərarındam görünür ki, həmin qərarla xx.xx.2011-ci il tarixli 3M-1-131 saylı nizamnamə kapitalının alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 təsisçilər sırasına daxil edilmiş və Cavabdeh2 MMC-nin nizamnamə kapitalında X13 payı 27,5 %, İddiaçı1 payı 37,5 %, X21 payı 25 %, Cavabdeh1 payı 10 % müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 MMC-nin təsisçilərinin xx.xx.2011-ci il tarixli qərarı ilə X20 Cavabdeh2 MMC-nin qanuni təmsilçilik hüququna malik direktoru vəzifəsindən azad edilmiş, Cavabdeh1 həmin vəzifəyə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-3561/2019 saylı qətnaməsinin surətindən görünür ki, Qasımov X24 Rasim Ağa oğluna qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Cavabdeh2 MMC-də təsisçi olması, qanunsuz 10 % payı əldə etməsi və qanuni təmsilçi olması ilə bağlı qərarın ləğv edilməsini, həmin hissədə Cavabdeh2 MMCnin X30 reyestr məlumatlarında müvafiq dəyişikliklər edilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh1 MMC-nin rəhbəri seçildikdən sonra təsisçilərin xəbəri olmadan MMC-yə məxsus əmlakın Cavabdeh3 MMC-yə satması barədə alğı-satqı əməliyyatının qanunsuz sayılmasını, Cavabdeh1 İddiaçı1 qarşı qarşılıqlı iddia verərək cavabdeh İddiaçı1 qarşılıqlı razılaşmaya və üzərinə götürdüyü öhdəliyə əsasən Cavabdeh2 MMCnin nizamnamə kapitalındakı 37,5 % payının ona satmasına dair bağlanmış əqddən əmələ gələn hüququn dövlət reyestrində qeydə alınması və 245000 manat pulun İddiaçı1 alınıb ona verilməsini xahiş etmişdir; Goranboy Rayon Məhkəməsinin 11 sentyabr 2018-cı il tarixli, 2(045)-621/2018 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim İ.X.Abdurəhmanlı) ilkin iddia üzrə İddiaçı1 ilkin iddia üzrə Cavabdeh1 qarşı Cavabdeh2 MMC-nin təsisçi olması, qanunsuz 10 % payı əldə etməsi və qanuni təmsilçi olması ilə bağlı qərarın ləğv edilməsi, həmin hissədə Cavabdeh2 MMC-nin X30 reyestr məlumatlarında müvafiq dəyişikliklər edilməsi və MMC-yə məxsus olan əmlakı Cavabdeh3 MMC-yə satması barədə alğı-satqı əməliyyatının qanunsuz sayılması tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı cavabdeh İddiaçı1 qarşılıqlı razılaşmaya və üzərinə götürdüyü öhdəliyə əsasən Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı 37.5 % payının ona satmasına dair bağlanmış əqddən əmələ gələn hüququn dövlət reyestrində qeydə alınması və 245.000 (iki yüz qırx beş min) manat pulun İddiaçı1 alınıb ona verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir; İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismən, ilkin iddia üzrə İddiaçı1 ilkin iddia üzrə Cavabdeh1 qarşı Cavabdeh2 MMC-nin təsisçi olması, qanunsuz 10 % payı əldə etməsi və qanuni təmsilçi olması ilə bağlı qərarın ləğv edilməsi, həmin hissədə Cavabdeh2 MMC-nin X30 reyestr məlumatlarında müvafiq dəyişikliklər edilməsi və MMCyə məxsus olan əmlakı Cavabdeh3 MMC-yə satması barədə alğı-satqı əməliyyatının qanunsuz sayılması tələbinə dair iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-662/2019 saylı iş üzrə 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 11 sentyabr 2018-cı il tarixli, 2(045)-621/2018 nömrəli qətnaməsi qismən, ilkin iddia üzrə İddiaçı1 ilkin iddia üzrə Cavabdeh1 qarşı Cavabdeh2 MMC-nin təsisçi olması, qanunsuz 10 % payı əldə etməsi və qanuni təmsilçi olması ilə bağlı qərarın ləğv edilməsi, həmin hissədə Cavabdeh2 MMC-nin X30 reyestr məlumatlarında müvafiq dəyişikliklər edilməsi və MMC-yə məxsus olan əmlakı Cavabdeh3 MMC-yə satması barədə alğı-satqı əməliyyatının qanunsuz sayılması tələbinə dair iddiasının rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh2 təsisçilərinin 21 noyabr 2011-ci il tarixli və 07 dekabr 2011-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi, Cavabdeh2 MMC-nin Kommersiya X30 reyestr məlumatlarında müvafiq dəyişikliklər edilməsi və xx.xx.2011-ci il tarixdə verilmiş **********677300 saylı çıxarışla müəyyən edilən Cavabdeh2 nizamanamə kapitalında təsisçilərin payının aşağıdakı kimi müəyyən edilməsi: İddiaçı1 – 37.5 %, X20 - 37.5 % və X32 – 25%. Qanuni təmsilçi X20, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; Həmin qətnamədən narazı qalan ilk iddia üzrə Cavabdeh1 və onun vəkili Vüqar Əliyev tərəfindən kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)- 662/2019 saylı iş üzrə 07 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilərək, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişlər; Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2 (102)-4663/2019 saylı mülki iş üzrə 08 iyul 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 2 (104)-662/2019 saylı iş üzrə 07 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-3561/2019 saylı qətnaməsindən həmçinin görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək Goranboy Rayon Məhkəməsinin 2(045)-621/2018 saylı iş üzrə 11 sentyabr 2018-cı il tarixli qətnaməsi ilkin iddia üzrə İddiaçı1 ilkin iddia üzrə Cavabdeh1 qarşı Cavabdeh2 MMC-nin təsisçi olması, qanunsuz 10 % payı əldə etməsi və qanuni təmsilçi olması ilə bağlı qərarın ləğv edilməsi, həmin hissədə Cavabdeh2 MMC-nin X30 reyestr məlumatlarında müvafiq dəyişikliklər edilməsi və MMC-yə məxsus olan əmlakı Cavabdeh3 MMC-yə satması barədə alğı-satqı əməliyyatının qanunsuz sayılması tələbinə dair ilk iddiasının rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia üzrə İddiaçı1 ilkin iddia üzrə Cavabdeh1 qarşı Cavabdeh2 MMC-nin təsisçi olması, qanunsuz 10 % payı əldə etməsi və qanuni təmsilçi olması ilə bağlı qərarın ləğv edilməsi, həmin hissədə Cavabdeh2 MMC-nin X30 reyestr məlumatlarında müvafiq dəyişikliklər edilməsi və MMC-yə məxsus olan əmlakı Cavabdeh3 MMC-yə satması barədə alğı-satqı əməliyyatının qanunsuz sayılması tələbinə dair ilk iddia əsassız olduğundan təmin edilməmişdir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 11 may 2022-ci il tarixli qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 29 iyun 2022-ci il tarixli, 4/824 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı1 adından olan xx.xx.2010-cu il tarixli ərizədə “İmza” qrafasındakı imza, Cavabdeh2 MMCnin adından olan xx.xx.2011-ci il tarixli və xx.xx.2011-ci il tarixli qərarlarda “İddiaçı1” yazılarının qarşısındakı imzalar- İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 140 manat təşkil etmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli **********876600 saylı məlumatın təqdim edilməsinə dair arayışdan görünür ki, Cavabdeh2 MMC xx.xx.2001-ci il tarixdə təsis edilmiş, təsisçiləri X20, İddiaçı1 və X23 olmuş, xx.xx.2023-cü il tarixdən isə təsisçiləri X22, X17, Cavabdeh1, İddiaçı2 qızı, X18r. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi vergi ödəyicisinin dövriyyəsi barədə xx.xx.2023-cü il tarixli **********557100 saylı vergi ödəyicisi olan Cavabdeh2 MMC-nin dövriyyəsi barədə arayışdan görünür ki, MMCnin ƏDV-siz 2012-ci il üzrə 851245,00 manat. 2013-cü il üzrə 817775,37 manat, 2014-cü il üzrə 1539367,03 manat. 2015-ci il üzrə 504525,73 manat, 2016-cı il üzrə 941962,88 manat təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh2 MMC xx.xx.2001-ci il tarixdə təsis edilmiş, təsisçiləri X20, İddiaçı1 və X23 olmuş, sonuncu xx.xx.2004-cü il tarixli payın alqı-satqı müqaviləsinə əsasən öz payını X7, kommersiya X30 reyestrindən **********677300 saylı xx.xx.2011-ci il tarixli çıxarışa görə Cavabdeh2 MMC-nin əvvəlki təsiçiləri X20 - 37,5 % pay, İddiaçı1 - 37,5 % pay və X23 - 25 % pay, həmin tarixdən isə nizamnamə kapitalında təsisçilər - X13 payı 37,5 %, İddiaçı1 payı 37,5 %, X21 payı 25 % təşkil etmişdir. X2 müəssisədəki 37,5 % payından 10 % hissəsini 17 noyabr 2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmış, sonuncu Cavabdeh2 MMC-də 10% paya sahib olmuşdur. Bundan sonra Cavabdeh2 MMC-nin təsisçilərinin 21 noyabr 2011-ci il tarixli qərarı ilə Cavabdeh1 təsisçi olması faktı təsdiq olunmuşdur. Daha sonra Cavabdeh2 MMC-nin təsisçilərinin 07 dekabr 2011-ci il tarixli qərarı ilə Cavabdeh2 MMC-nin qanuni təmsilçilik hüququna malik direktoru X20 vəzifəsindən azad edilmiş və Cavabdeh1 həmin vəzifəyə təyin edilmişdir. Qasımov X24 Rasim Ağa oğluna qarşı iddia ərizəsi ilə 12 fevral 2018-ci il tarixdə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Cavabdeh2 MMC-də təsisçi olması, qanunsuz 10 % payı əldə etməsi və qanuni təmsilçi olması ilə bağlı qərarın ləğv edilməsini, həmin hissədə Cavabdeh2 MMC-nin X30 reyestr məlumatlarında müvafiq dəyişikliklər edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, son nəticədə İddiaçı1 iddia tələbi təmin edilməmiş, bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir. X4 və X20 iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl, İddiaçı1 isə hazırkı iş üzrə iddia ərizəsi Gəncə Kommersiya Məhkəməsinin icraatında olduğu müddətdə vəfat etmiş, vərəsələr müəssisədəki paylardan ibarət mirası qəbul etmiş, hazırda Cavabdeh2 MMC-nin təsisçiləri X22 (X21 vərəsəsi - xx.xx.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə), X17 (X13 vərəsəsi-xx.xx.2015-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə), Cavabdeh1, İddiaçı2 qızı və X18r (İddiaçı1 vərəsələri-xx.xx.2023-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsalandırmışdır ki, İddiaçı1 37,5 % payla Cavabdeh2 MMC-nin iştirakçısı olmuşdur. Mülki Məcəllənin 93.3-cü maddəsinin tələbinə uyğun olaraq o, digər iştirakçının payını öz payının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malik olmuşdur. Eyni zamanda iddiaçı cəmiyyətin təsisçisi olduğundan əsis yığıncağında qəbul edilən qərar onun və ya onun nümayəndəsinin iştirakı olduqda səlahiyyətli hesab oluna bilər. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Mötəbərliyi şübhə doğurmayan məhkəmə-xətşünaslıq ekspertizasının 29 iyun 2022-ci il tarixli, 4/824 saylı ekspert rəyindən göründüyü kimi İddiaçı1 tərəfindən xx.xx.2010-cu il tarixində Goranboy rayonu notariat kontoruna ünvanlanmış ərizədəki imza İddiaçı1 məxsus olmadığından və bu hal iddiaçıya münasibətdə cəmiyyətin iştirakçısı olaraq digər iştirakçının payını öz payının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququnu pozduğundan, həmin ərizənin hüquqi davamı olaraq X20 ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda 3M-1-131 reyestrlə qeydə alınmış Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı 10 faiz payın alğı-satqı müqaviləsi qanunvericiliyin tələbi pozularaq bağlanıldığından etibarsız hesab olunmalıdır. Bundan başqa məhkəmə ekspert rəyini iş üzrə əhəmiyyət kəsb edən mötəbər hal kimi nəzərə alaraq və notarial qaydada tərcüməsi təsdiq olunmuş ******* saylı ölüm sənədinin surətini işin mübahisəsiz halı kimi qiymətləndirərək hesab edir ki, ekspert rəyinə əsasən xx.xx.2011-ci il tarixli və xx.xx.2011-ci il tarixli qərarlarda “İddiaçı1” yazılarının qarşısındakı imzalar-İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğundan və digər təsisçi X32 xx.xx.2011-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində öldüyündüdən həmin qərarların adı çəkilən şəxslər tərəfindən imzalanması mümkünsüzdür. Odur ki, Cavabdeh2 MMC-nin təsisçilərinin xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli qərarları da etibarsız hesab olunmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh4 MMC xx.xx.2021-ci il tarixində məhkəməyə elektron qaydada etiraz təqdim edərək, Mülki Məcəllənin 354.2, 347.1-ci və Mülki Prosessual Məcəllənin 130.3-cü maddələrini rəhbər tutaraq iş üzrə lüzumsuz araşdırmanın və prosessual hüquqlardan suiistifadənin qarşısının alınması məqsədi ilə məhkəmədən iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı1 hüquqi varisi İddiaçı2 qızının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərkən cavabdehlər sırasında Cavabdeh4 MMC-ni göstərmədiyindən və Cavabdeh4 MMC-yə qarşı tələb irəli sürülmədiyinən məhkəmə hesab edir ki, Cavabdeh4 MMC-nin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə məsələnin araşdırılmasına zərurət aradan qalxmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. MM-in 93.2-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, yol verilir. MM-in 93.3-cü maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər, bu şərtlə ki, cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında həmin hüququn həyata keçirilməsinin ayrı qaydası nəzərdə tutulmasın. Cavabdeh2 MMC-nin xx.xx.2001-ci ildə 3/490 nömrəsi ilə qeydiyyata alınmış Nizamnaməsinin MMC iştirakçılarının hüquq və vəzifələrindən bəhs edən 4.1-ci bəndində göstərilir ki, MMC iştirakçılarının mövcud qanunvericiliyə uyğun olaraq MMC-nin nizamnaməsindəki paylarını satmaq və ya başqa qaydada özgəninkiləşdirmək hüququ vardır. Nizamnamənin 4.2-ci bəndinə görə isə MMC iştirakçıları mövcud qanunvericiliyə uyğun olaraq hər hansı bir MMC iştirakçısının payının üçüncü şəxslərə özgəninkiləşdirilməsi mümkün olmadıqda onun payını almaq vəzifəsi daşıyır. İstinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, 3M- 1-131 saylı xx.xx.2011-ci il tarixli nizamnamə kapitalının alqı-satqı müqaviləsinin təsdiq olunması belə iddianın həmin hissədə təmin edilməsinə əsas ola bilməz. Belə ki, X13 Cavabdeh2 MMC-nin nizamnamə kapitalında olan payının 10% hissəsini üçüncü şəxs olaraq Cavabdeh1 satması, iddiaçının və mərhum X21 iradəsindən asılı olmamış və onların bu əqdin bağlanmasında razılıqları tələb olunmamışdır. X1 Cavabdeh2 MMC-nin nizamnamə kapitalında olan payının satın alınmasında üstünlük hüquqları olmamış, yalnız bu payın Cavabdeh1 satılmasının mümkün olmaması halında, onu almaq vəzifələri olmuşdur. Kollegiyya onu da qeyd etməyi zəruri sayır ki, istənilən halda xx.xx.2011-ci il tarixli 3M-1-131 saylı nizamnamə kapitalının alqı-satqı müqaviləsinin mövcudluğu Cavabdeh1 Cavabdeh2 MMC-nin təsisçiləri sırasına daxil olmasına və buna uyğun Cavabdeh2 MMCnin təsis sənədlərinə dəyişikliyin edilməsinə və dəyişikliyin qeydiyyata alınmasına əsas yaratmışdır. İddia tələbinin Cavabdeh2 MMC-nin xx.xx.2011-ci il tarixli qərarına aid hissəsi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı həmin xüsusatla bağlı məhkəməyə sübut təqdim etməmişdir. X35 İdarəsinin elektron xidmət qaydasında çap olunmuş kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə Cavabdeh2 MMC-nin qanuni təmsilçilərinin X10 və X19 adlı şəxslərin olduğu qeyd edilmiş, Cavabdeh1 Cavabdeh2 MMC-nin qanuni təmsilçisi olması halı təsdiq edilməmişdir. Halbuki, Cavabdeh1 Cavabdeh2 MMC-ni təmsil etmək, o cümlədən onun adından əqdlər bağlamaq hüququnun əmələ gəlməsi üçün onun qanuni təmsilçilik hüququna malik direktoru vəzifəsinə təyin edilməsi kommersiya qurumlarının dövlət reyestrində qeydə alınmalı idi. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı1 Cavabdeh2 MMC-nin təsisçilərindən biri olmaqla MMC-ninn nizamnamə kapitalında 37,5 % payı olmuşdur. MM-in 91.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradıla bilər. MM-in 91.1-1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək, şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. MM-in 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. İş materiallarında olan məhkəmə aktlarından görünür ki, iddiaçı Cavabdeh2 MMC-nin təsisçisi kimi hüququnun pozulduğunu 2016-cı ildə aşkar etdiyini göstərmişdir. Halbuki, işdəki sənədlərdən, o cümlədən vergi orqanının arayışından göründüyü kimi Cavabdeh2 MMC 2016-cı il də daxil olmaqla işləmiş. və müəyyən dövriyyəsi olmuş, vergi orqanına mütəmadi hesabatlar vermiş, yəni müəssisə gəlir əldə etmişdir. Bundan başqa iddiaçı Aydın X5 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli nizamnamə kapitalındakı payın alğı-satqısı müqaviləsinin, habelə Cavabdeh2 MMCnin təsisçilərinin 21 noyabr 2011-ci il tarixli və 07 dekabr 2011-ci il tarixli qərarlarının etibarsız hesab edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yenə də həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi etibarsız əqdlərdə müddətin tətbiqi ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Yuxarıda qeyd edildiyi kimi işin hallarına görə Cavabdeh2 MMC-nin təsisçisinin nizamnamə payının alğı-satqısına dair müqavilə xx.xx.2011-ci il tarixdə bağlanmış, mərhum X20 vəfat etdiyi günə qədər həmin müqaviləni mübahisələndirməmiş, hazırkı iş üzrə iddiaçı isə müqavilənin bağlandığı vaxtdan isə təxminən 6 (altı) ildən çox müddət keçdikdən sonra həmin müqaviləni mübahisələndirmiş, bununla da bu kimi iddia ilə məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Digər tərəfdən əqdin etibarsız hesab edilməsinə əsas verən hallar da iş materialları ilə müəyyən edilmir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin əqdi yalan əqd hesab etməklə ziddiyyətli nəticəyə gəldiyinə görə apellyasiya şikayətləri təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və X20 ilə Cavabdeh1 arasında 17 noyabr 2011-ci il tarixdə bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda reyestrdə 3M-1-131 № ilə qeyd edilmiş Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı 10% payın alğı-satqı müqaviləsinin, Cavabdeh2 MMC-nin təsisçilərinin 21 noyabr 2011-ci il tarixli qərarının və Cavabdeh2 MMC-nin təsisçilərinin 07 dekabr 2011-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalı, ekspertiza xərci iddiaçının hüquq varisinə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayətləri təmin edilsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-11/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarısın. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və üçüncü şəxs Goranboy notariat ofisinə qarşı alğı-satqı müqavilələrinin və qərarların etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza xərci olan 140 manat məbləğində pul X6 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X9, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində ondan Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar