Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-17/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və Cavabdeh2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli e-2-2(115)-44/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli e-2-2(115)-44/2022 nömrəli qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 9070,71 manat əsas, 934,33 manat faiz, 123 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1299,06 manat faiz borcu, ümumilikdə 11427 manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Namazova Aydın Lətif oğluna məxsus olan likvid dəyəri 275000 (iki yüz yetmiş beş min) manat olan ünvan 1ində 0,13 ha torpaq sahəsində yerləşən 551,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq „Uniprice“ MMC, VÖEN **********, AZ15GUNA********************, “GÜNAY BANK“ ASC, VÖEN **********, KOD 505594 müxbir hesab AZ 25 NABZ**********0000047944, SWİFT GUNAAZ22 saylı hesaba ödənilməsi, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN**********, AZ90AİİB400 **********7272114 saylı hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 12227,29 manat -bundan 9070,71 manat əsas, 934,33 manat faiz, 923,19 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1299,06 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1ində 0,13 ha torpaq sahəsində yerləşən 551,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğulara yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cəmi 12227,29 manat bundan 9070,71 manat əsas, 934,33 manat faiz, 923,19 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1299,06 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmi 40 manat rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Namazova Aydın Lətif oğluna məxsus olan ünvan 1ində 0,13 ha torpaq sahəsində yerləşən 551,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğulara yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialı ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2856 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 14.500 (on dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1ində 0,13 ha torpaq sahəsində yerləşən 551,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğular ipotekaya qoyulmuşdur. ünvan 1ində 0,13 ha torpaq sahəsində yerləşən 551,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğuların ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 258 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********342 saylı xx.xx.2021-ci il tarixli və **********361 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh1nun kredit üzrə cəmi borcu 12227,29 manat təşkil edir. Bundan 9070,71 manat əsas, 934,33 manat faiz, 923,19 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1299,06 manat faiz borcu təşkil edir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin indiki vəziyyətinin qiyməti qətnamədə göstərilən məbləğdən aşağıdır və əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real bazar qiymətini nəzərə almamışdır. Belə ki, "xxxx" MMC tərəfindən tərtib olunan qiymətləndirmə rəyi ilə ünvan 1ində 0,13 ha torpaq sahəsində yerləşən 551,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə hansı meyarlar əsasında 275.000 manat qiymət qoyulması anlaşılan deyil. “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanunun 9-cu maddəsinə əsasən, qiymətləndirici qiymətləndirmə fəaliyyəti haqqında mövcud qanunvericilik çərçivəsində qiymətləndirmənin forma və metodlarını müstəqil seçmək hüququna malikdir. Əmlak qiymətləndirilərkən uyğun satışların müqayisəsi metoduna əsasən, obyektin yerləşdiyi rayonun əmlak bazarında qiymətləndirilən obyektə uyğun olan obyektlərin satışları ilə bağlı məlumatlar toplanılır, araşdırılır və alınmış nəticələr müxtəlif variantlarda nəzərdən keçirilir. Bu nəticələrə edilmiş düzəlişlərdən sonra tədqiq olunan əmlakın bazar qiyməti müəyyən edilir. İpoteka predmetinə uyğun olan Tovuz rayonunda yerləşən əmlakların ümumi bazar qiymətinə nəzər saldıqda aşkarcasına görmək mümkündür ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin qiymətinin 275.000 manat olması mümkün deyildir. Daşınmaz əmlakların satışını özündə əks etdirən internet saytlarında yerləşdirilən elanlarda Tovuz rayonunun mərkəzində yerləşən 6 otaqlı, ümumi sahəsi 240 kv.m. olan fərdi yaşayış evi 130.000 manata (https://emlak.az/825966-satilir-6-otaqli-240-m2-heyetevitovuz.html ), 3 otaqlı fərdi yaşayış evi 90.000 manata (https://tap.az/elanlar/dasinmazemlak/baglar-vevillalar/********) satılır. İpoteka predmeti olan əmlakın qiymətini qeyd olunan fərdi yaşayış evləri ilə müqayisə edərkən bu nəticəyə gəlmək mümkündür ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin qiyməti maksimum 170.000-180.000 manat civarındadır. Qeyd olunanlara əsasən hesab edir ki, ünvan 1ində 0,13 ha torpaq sahəsində yerləşən 551,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti dəyərindən artıq yüksəkdir və apellyasiya şikayəti təmin olunaraq, ipoteka predmetinin qiymətinin yenidən müəyyənləşdirilməlidir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsini və məhkəmə iclasında iştirak edən cavabdehi dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və cavabdehdən iddia tələbi üzrə tutulmuş məbləğin ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi hissələrində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 2856 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalan Cavabdeh1 14 500 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli, 2856 nömrəli kredit müqaviləsinin təminatı kimi Namazova Aydın Lətif oğluna məxsus olan ünvan 1ində 0,13 ha torpaq sahəsində yerləşən 551,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində 0,13 ha torpaq sahəsində yerləşən 551,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********342 saylı və xx.xx.2021-ci il tarixli, **********361 saylı nömrəli bildirişlərdən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli, **********380 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixə 9070,71 manat əsas, 934,33 manat faiz, 923,19 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1299,06 manat faiz borcu, cəmi 12227,29 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli UNİ/S 121-718/21 saylı əmlakın qiymətləndirilməsinə dair rəydə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın - ünvan 1ində 0,13 ha torpaq sahəsində yerləşən 551,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinin 143 200,0 manat, likvid dəyərinin 128 900,0 manat təşkil etdiyi göstərilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02- 133/21 saylı əmlakın qiymətləndirilməsinə dair rəydə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın - ünvan 1ində 0,13 ha torpaq sahəsində yerləşən 551,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinin 275 000,0 manat, likvid dəyərinin 261 000,0 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə kollegiyasının qərardadı əsasında təyin edilmiş təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 10/480-9/557 saylı rəyindən görünür ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 232.000,0 manat, hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri isə təqribən 209.000,0 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanaraq həmin müqavilə əsasında İddiaçı ASC tərəfindən cavabdehə 36 ay müddətinə 14.500 manat məbləğində kredit verilmiş, iddiaçı bununla da üzərinə düşən öhdəliyi yerinə yetirmiş olsa da, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Kredit müqaviləsinin təminatı kimi Namazova Aydın Lətif oğluna məxsus olan ünvan 1ində 0,13 ha torpaq sahəsində yerləşən 551,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə kredit verilmiş, cavabdeh yaranmış borcunu xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Odur ki, kollegiya hesab edir ki, məhkəmə iddia tələbini kredit borcu hissəsində yuxarıda göstərilən qaydada – qismən təmin etməkdə haqlı olsa da, kredit müqaviləsinin təminatı olan daşınmaz əmlakın qiymətinin müəyyənləşdirilməsində, habelə kredit müqaviləsi üzrə tutulan məbləğin ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi hissələrində yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə tələbi ipooteka predmetinə yönəltməkdə haqlı olsa da, lakin ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı biri-birindən kəskin şəkildə fərqlənən rəy almış, ikinci rəylə müəyyən edilmiş qiyməti ilkin satış qiyməti kimi müəyyən edərkən gəldiyi nəticəni əsaslandırmamışdır. Halbuki bu halda məhkəmə təkrar qiymətləndirmə təyin etməli idi. Təyin olunmuş məhkəmə ekspertizasının rəyi ilə ünvan 1ində 0,13 ha torpaq sahəsində yerləşən 551,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 209.000,0 manat müəyyən edildiyindən kollegiya hesab edir ki. qətnamə həmin hissədə dəyişdirilərək iş üzrə ipoteka predmetinin ilkin satış qiyməti 209.000,0 manat müəyyən edilməlidir. Beləliklə də apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası hesab edir ki, həmin şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan borcun ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 275.000,0 manat müəyyən edilməsi hissələrində dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.3, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommesiya Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli e-2-2(115)-770/2021 saylı qətnaməsi qismən - Cavabdeh1 9070,71 manat əsas, 934,33 manat faiz, 123 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1299,06 manat faiz borcu, ümumilikdə 11427 manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi və xüsusi mülkiyyət hüququ ilə Namazova Aydın Lətif oğluna məxsus olan likvid dəyəri 275000 (iki yüz yetmiş beş min) manat olan ünvan 1ində 0,13 ha torpaq sahəsində yerləşən 551,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi hissəsində dəyişdirilsin Cavabdeh1 9070,71 manat əsas, 934,33 manat faiz, 123 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1299,06 manat faiz borcu, ümumilikdə 11427 manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tutma xüsusi mülkiyyət hüququ ilə Namazova Aydın Lətif oğluna məxsus olan ilkin satış qiyməti (likvid dəyəri) 209.000 (iki yüz doqquz min) manat olan ünvan 1ində 0,13 ha torpaq sahəsində yerləşən 551,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində ondan Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-17/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-17/2023
31.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver