Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-176/2025 13.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İlk iddia üzrə iddiaçı Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-736/2025 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-736/2025 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) ilk iddianın təmin edilməsi, Cavabdeh 479100 manat pul və ödənilmiş 769,10 manat dövlət rüsumu olmaqla, cəmi 479869,10 manat pulun tutularaq ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-736/2025 saylı qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsinə və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən faydalanan şəxsə ödənilmiş 479100 ( dörd yüz yetmiş doqquz min yüz iyirmi) manat sığorta ödənişi və ödənilmiş 769.10 (yeddi yüz altmış doqquz manat on qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 479869,10 (dörd yüz yetmiş doqquz min səkkiz yüz altmış doqquz manat 10 qəpik) manat pulun Cavabdeh tutularaq ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) X14 məxsus “Sədərək” Ticarət Mərkəzində yerləşən tekstil malları mağazaları xx.xx.2019-cu iltarixli, RDS********** nömrəli “Daşınmaz Əmlakın İcbari Sığortası” və orada olan hazır məhsul və mallar xx.xx.2019-cu il tarixli AS007703 nömrəli “Əmlakın yanğın və X48 sığortası” müqaviləsinə əsasən sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin baş müstəntiqi, mayor X11 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə”, xx.xx.2022-ci il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətdiyini, ailəsində yeganə onun işlədiyini, məhkumluğunun olmadığını, həmçinin yanğından sonra zərərçəkmiş şəxslərin “Sədərək” ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarının təmin edildiyini nəzərə alınaraq cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin baş müstəntiqi, mayor X11 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə”, xx.xx.2022-ci il tarixli qərarda göstərilir ki, aparılmış istintaq zamanı hadisə yerinə keçirilmiş baxışla, alınmış ifadələrlə, ekspertiza rəyləri və digər istintaqın sənədləri ilə müəyyən olunmuşdur ki, Cavabdeh “Sədərək” ticarət mərkəzinin 45, 47 və 48 saylı dükanların icarədarı və istifadəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ № 01-2001) 1.10.1, 6.1, 6.2 və “Ticarət və İaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ № 03-2002) 3.5.3.1, 3.5.4, 3.5.6, 3.5.12 bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalara riayət etməyərək dükanlarda elektrik avadanlıqlarına və elektrik şəbəkələrinə vaxtında profilaktiki baxışlar keçirməmiş, habelə yanğını və alışma törədə bilən hallarının vaxtında aradan qaldırılmasını təmin etməmişdir. Bu səbəbdən də 18 fevral 2020-ci il tarixində, saat 07 radələrində “Sədərək” ticarət mərkəzinin 3-cü korpusu 8 və 8a sıralarında yerləşən 45, 47 və 48 saylı mağazaların yanar materialdan ibarət tavanın üzəri ilə çəkilmiş elektrik xətlərində yaranmış qısa qapanma halından yanğın baş vermiş, nəticədə “Sədərək” ticarət mərkəzinə 491810 manat tikinti üzrə, X28 ******* manat , Cavabdeh 167204 manat, X6 18154,60 manat, X12 43970 manat, X7 177696 manat, X2 6970 manat, X37 116080 manat, X29 33917 manat, X30 23308 manat, X36 2566 manat, X20 26289 manat X3 32708.90 manat, X38 8894.40 manat, X31 53590 manat, X21 24128 manat, X8 23352 manat, X22 156150 manat, X17 218638 manat, X14 500169.50, X9 9120 manat əmtəə üzrə ziyan dəymiş, X18, X32, X19, X42, X23 və X1 zərər vurmayan xəsarətlər, X43 və X4 isə yüngül dərəcəli xəsarətlər almışlar. Həmçinin istintaq zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza ilə İsmayıl Cəfərovun icarəsində olan Sədərək Ticarət Mərkəzində yerləşən 51, 52, 53, 54, 55, 56 saylı mağazalara dəymiş zərərin məbləği 134.222 (bir yüz otuz dörd min iki yüz iyirmi iki) manat müəyyən olunmuşdur. Bu hərəkətləri ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda qeyd olunan sığorta müqavilələri üzrə faydalanan şəxs İsmayıl Cəfərov sığorta ödənişinin verilməsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1608/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Şirkətdən AS seriyalı, 007703 nömrəli, xx.xx.2019-cu il tarixli “Əmlakın yanğın və X48 sığorta şəhadətnaməsi” üzrə 432.000 manat, xx.xx.2019-cu il tarixli 959617 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi üzrə 132.222 manat olmaqla ümumilikdə 564.222 (beş yüz altımış dörd min iki yüz iyirmi iki) manat məbləğində sığorta ödənişi tutularaq faydalanan şəxs X13 xeyrinə ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 502/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)- 1608/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia cavabdehdən iddiaçı X13 xeyrinə xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın icbari sığorta şəhadətnaməsi üzrə 85.122 manat pulun tutulması hissəsində rədd edilmiş, qətnamə iddianın təmin edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən hər iki tərəf kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 240/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayətləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli, 2- 2(103)-502/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönləndirilmişdir. xx.xx.2023-cü il tarixli 24929/2023, 24930/2023 saylı sığorta ödəniş aktlarına və xx.xx.2024-cü il tarixli 78330, xx.xx.2024-cü il tarixli 78331, xx.xx.2024-cü il tarixli 75392, xx.xx.2023-cü il tarixli 74024, xx.xx.2023-cü il tarixli 72640, xx.xx.2023-cü il tarixli 69627, xx.xx.2023-cü il tarixli 67617 saylı ödəniş tapşırıqlarına əsasən cəmi 479100 (dörd yüz yetmiş doqquz min yüz iyirmi) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 167240 (yüz altmış yeddi min iki yüz qırx) manat sığorta ödənişi və hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,1 faizini təşkil edən 304775 (üç yüz dörd min yeddi yüz yetmiş beş) manat dəbbə pulunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Ağdam rayon məhkəməsinə müraciət edərək ondan faydalanan şəxsə ödənilmiş 479.100 manat sıorta ödənişi və ödənilmiş 769.10 manat dövlət rüsumu olmaqla cəmi 479.869.10 (dörd yüz yetmiş doqquz min səkkiz yüz altmış doqquz manat 10 qəpik) pulun Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödəniimsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda hazırda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Həmin ərizəyə əlavə edilmiş xx.xx.2019-cu İl tarixli 007767 nömrəli “Əmlakın Yanğın və X48 Sığorta Şəhadətnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommesiya Şirkəti ilə aralarında bağlanmış Sığorta müqaviləsinə əsasən “Sədərək” ticarət mərkəzində yerləşən Divan kreslo parçası satışı kimi fəaliyyət göstərən mağazası yanğın və partlayış hadisəsinə qarşı illik 400 manat sığorta haqqı ödəmək şərti ilə 100.000 manat məbləğində sığortalanmışdır. Həmin Sığorta Şəhadətnaməsindən görünür ki, o, sığorta haqqı olaraq sığortaçıya nağd qaydada 400 manat ödəmişdir. Həmin Sığorta Şəhadətnaməsindən görünür ki, Sığorta müqaviləsi xx.xx.20219 cu ildə qüvvəyə minmiş və xx.xx.2020-ci il tarixədək qüvvədə olmuşdur. İşin hallarından görünür ki, xx.xx.2019-cu il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş vermişdir. Həmin ərizəyə əlavə edilmiş 29 mart 2020-ci il tarxili 4501 nömrəli Ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ona 167.204 manat ziyan dəymişdir. Həmin ərizəyə əlavə edilmiş vəkili Bakı Şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vüqar Əhmədov tərəfindən cavabdeh Dövlət Kommersiya Şirkətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 442 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətinə müraciət edərək 10 avqust 2019- cu il tarixli, 007757 saylı sığorta müqaviləsinə əsasən xx.xx.2020 ci ildə “Sədərək”ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ona dəymiş 167.204 manat məbləğində sığorta ödənişi edilməsini xahiş etmişdir. Həmin ərizəyə əlavə edilmiş Sığorta Kommersiya Şirkətinin 20 oktyabr 2020-ci il tarixli, 11/Q-407/1 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2020-ci ildə "xxxx" ticarət mərkəzində baş vermiş yanğınla bağlı Şirkət tərəfindən yaradılmış Komissiya tərəfindən hadisə yerinə baxış keçirildiyini bildirsə də, ona məxsus mağazanın yanması ilə bağlı heç bir məlumat olmadığı üçün sığorta ödənişinin edilməsindən imtina edilmişdir. Həmin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi bankının xx.xx.2020-ci il tarixli 26.160121-2020 saylı məktubdan görünür ki Mərkəzi bank Azərbaycan Respublikas Dövlət Sığorta Kommersiya Şirkətinə və vəkilim Vüqar Əhmədova ünvanlanmış müraciətdə cavadeh təşkilatın sıörta ödənişindən imtinsınm əsassız olduğunu bildirərək “Sığorta fəaliyyəti haqqında” qanunun 102.1-ci maddəsinə əsasən baş vermiş hadisənin sığorta qanunvericiliyinə uyğun olaraq, tələb olunan sənədlər əldə edilməklə 7 iş günü müddətində yenidən araşdırılması, bu barədə məlumatın həmin müddətdə Mərkəzi Banka və vətəndaşa təqdim edilməsi, imtina əsaslı olmadıqda isə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsini Dövlət Sığorta Kommersiya Şirkətindən tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Mərkzi Bankın yuxarıda qeyd edilən tələbini də yerinə yetirmiş, araşdırmanın nəticəsi barədə ona heç bir məlumat verməmiş və sığorta ödənişini etməmişdir. Ümumilikdə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə etdiyi əvvəlki müracətlərinin cavablarından görünür ki, sığorta ödənişindən imtinaya əsas kimi sığorta hadisəsi barədə vaxtında məlumat verilməsini göstərilmişdir. Cavabdeh təşkilatın bu imtinasını aşağıda göstərilənlərə əsasən tamamilə əsassız hesab edir. İşin hallarından göründüyü kimi xx.xx.2020-ci ildə səhər saat 7:00 da “Sədərək” Ticarət Mərkəzində yanğın baş verməsi ilə bağlı həmin gün saat 07:25 dəqidədə Ticarət Mərkəzinin elektrik montyoru X24 tərəfindən Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin 101 Qaynar xəttinə zəng edilərək məlumat verilmişdir. Elə həmin gün bir-neçə saat sonra “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının bütün Televiziya və mətbuatda orqanlarında, habelə sosial şəbəkələrdə dövlət səviyyəsində məlumat verilmişdir. Yeni baş vermiş hadisə fərdi sığorta hadisəsi olmamqla hamıya bəlli olan ümumi bir hadisədir. Azərbaycan Respublikası MRM-in 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin ərizəyə əlavə edilmiş Dövlət Sığorta Kommersiya Şirkətinin 20 oktyabr 2020-d il tarixli, 11/Q-407/1 nömrəli məktubundan görünür ki, xx.xx.2020 cı ildə ”Sədərk” ticarət mərkəzində baş vermiş yanğınla bağlı Şirkət tərəfindən Komissiya yaradılmış və Komissiya tərəfindən dərhal hadisə yerinə baxış keçirilmişdir. İşin hallarından da göründüyü kimi yanğın məhz ona məxsus 48 saylı mağazada başlanmış və sonra digər mağazlara keçmişdir. Sual olunur.Necə olur ki,Şirkət tərəfindən yaradılmış Komissiya yanğın baş vermiş digər mağazalara baxış keçirmiş, ancaq yanğının baş verdiyi onun mağazasına baxış keçirməmişdir. Eyni zamanda bildirir ki, yanğın hadisəsi ilə bağlı "xxxx" Ticarət Mərkəzinin rəhbərliyi elə həmin gün Sığorta Şirkətinə məlumat vermişdir. Yəni cavabdeh təşkilat tərəfindən yaradılmış xüsusi Komissiyanın yanğınla bağlı hadisə yerinə gələrək yanmış mağazalara baxış keçirməsi, ancaq məlumat olmadığından yanğın hadisəsinin başladığı cavbdeh tərəfindən sığortalanmış ona məxsus 45,46,48 nömrəli mağazalarına baxış keçirməməsinə dair gətirdiyi dəlilin heç bir əsası olmamaqla yanaşı həm də ağılabatan deyil. Əsiində baş vermiş yanğın yerinə baxış keçirmiş hadisənin baş veridiyi “Sədərək” ticarət mərkəzində yerləşən yüzlərlə, hətta minlərlə mağaza ilə sığorta müqaviləsi bağlamış Dövlət Sığorta Kommersiya Şirkətinin məhz hansı mağazarda yanğın hadisəsin baş veriyini müəyyən etməsi bilavasitə cavabdehin maraq dairəsində olmalı idi. Əgər belə olmayıbsa bütün məsuliyyət yenə də X27 Şirkətinin üzərinə düşür. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-180/2025 nömrəli qərardadı ilə ilkin iddia - iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı pul tələbi barədə, qarşılıqlı iddia - Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbi barədə 2(013)- 180/2025 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İlk iddia üzrə iddiaçı Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, qarşılıqlı iddia tələbinin əsaslandığı hadisə xx.xx.2020-ci il tarixdə baş vermiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sığorta ödənişi tələbinə AR Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən müvafiq qaydada sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X5rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qarşılıqlı iddia üzrə iddiaçının tələbinin əsasını Şirkətlə iddiaçının arasında bağlanmış sığorta müqaviləsi təşkil edir. Qanunvericiliyin tələbinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Hadisənin baş verməsindən və sığorta ödənişindən imtina edilməsindən 5 ildən çox vaxt keçməsini nəzərə alsaq Mülki Məcəllənin 373-cü maddəsində qeyd olunan iddia müddəti ötürülmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı çəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsi tərəfindən faktla bağlı cinayət işi açılaraq araşdırma aparılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X11 tərəfindən qəbul edilmiş 28 dekabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CMnin 74-cü maddəsinə əsasən barəsində şəraitin dəyişməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsinin dispozisiyasından da göründüyü kimi onun təqsirli bilindiyi, ancaq cinayət məsuliyyətindən azad edildiyi Azərbaycan Respublikası CM-nin 225-ci maddəsi ehtiyatsılıqdan törənmiş cinayətlər kateqoriyasına aiddir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunun 25-ci maddəsinin tələbindən də göründüyü kimi Sığortaçının sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ qəsdən törədilən cinayət hərəkətlərinin nəticəsi olaraq baş verdikdə yaranır. İşin faktiki hallarından göründüyü kimi Dövlət Sığorta Kommersiya Şirkətinin ona qarşı subroqasiya qaydasında iddia qaldırmaq hüququ olmamışdır. İşin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi isə mübahisəyə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunun 25-ci maddəsini tətbiq etməli olduğu halda bunu etməmiş və nəticədə işin hallarına uyğun olmayan qanunsuz və əsassız qətnamə çıxarmışdır. Dövlət Sığorta Kommersiya Şirkətinin ona sığorta ödənişinin verilməsindən imtina etməsi əsassız olmuş və onun cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişini ödənilməsini tələb etmək hüququ olmuşdur. Lakin birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən qarşılıqlı iddianın iddia müddətinin ötürülməsi ilə verildiyi qənaətinə gələrək mübahisəyə MM-nin 377-ci maddəsini tətbiq etməklə maddi hüquq normasını düzgün tətbiq etməmiş və nəticədə qarşılıqlı iddia tələbinin iddia müddətini ötürülməsi əsası ilə rədd etməkdə səhvə yol vermiş dir. Belə ki, birinci instansiya məhkəməsi sığorta ödənişinin edilməsindən imtina barədə bildirişi aldıqdan sonra qanunla müəyyən edilmiş iddia müddətində məhkəməyə müraciət etmədiyi qənaətinə gələrkən - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vüqar Əhmədov tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 442 saylı məktubuna, Cavabdeh vəkili Vüqar Əmrahov tərəfindən Mərkəzi Banka ünvanladığı müraciətə, Azərbaycan Respublikası Mərkəzi Bankının Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış 08 oktyabr 2020-ci il tarixli, 26-16021-2020 nömrəli məktubuna, Dövlət Sığorta Kommersiya Şirkətinin 20 oktyabr 2020-ci il tarixli, 11/Q-407/1 nömrəli cavab məktubuna, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vüqar Əhmədov tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 08 aprel 2021-ci il tarixli, 248 nömrəli məktubuna, Mərkəzi Bankın sığortaçıya göndərdiyi 08 oktyabr 2020-ci il tarixli, 26-16021-2020 saylı məktubuna istinad etmişdir. Halbuki, işin hallarından görünür ki, sığortaçı və sığortalı arasında sığorta hadisəsinin baş verib verməməsinə dair tərəflər arasında xeyli müddət mübahisə olmuşdur. Birinci instansiya məhkəməsi özü də qətnamənin əsaslandırıcı hissəsində xüsusi ilə qeyd etmişdir ki, “Sığortaçı 10 sentyabr 2020-ci il tarixli, 067-16/145 saylı məktubla sığorta ödənişindən sığorta hadisəsəinin olub-olmamasını müəyyən edə bilmədiyi üçün imtina etmiş olsa da Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı ilə sığorta hadisəinin baş verməsi faktı təsdiq edilmişdir. Ancaq, birinci instansiya məhkəməsi Fövqəladə Hallar Nazirliyinin hansı tarixli qərarına istinad etdiyini göstərməmişdir. Çünki işin hallarından göründüyü kimi iş üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin və Bakı şəhər Nərimanov rayon Məhkəməsinin müxtəlif tarixli qərarları olmuşdur. Belə ki, ilkin olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X11 tərəfindən qəbul edilmiş 18 sentyabr 2020-ci il tarixli qərarla cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 may 2021-ci il tarixli 6(005)-43/2021 nömrəli qərarı ilə cinayət işi üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X11 tərəfindən qəbul edilmiş 18 sentyabr 2020-ci il tarixli qərar ləğv edilərək cinayət işi yenidən araşdırılması üçün Fövqəladə Hallar nazirliyinin Əməliyyat-İstintaq İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X11 tərəfindən qəbul edilmiş 30 iyul 2021-ci il tarixli qərarla cinayət işi üzrə cinayət təqibinə yenidən xitam verilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorunun müavini, İl dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən qəbul edilmiş “19 dekabr 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam veriməsi barədə qərarın ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi haqqında qərarla” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X11 tərəfindən qəbul edilmiş 30 iyul 2021-di il tarixi cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qanunsuz və əsasıssız oduğu üçün ləğv edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X11 tərəfindən qəbul edilmiş 28 dekabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CMnin 74-cü maddəsinə əsasən barəsində şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilərək barəsində CM-nin 225.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmişdir. Ancaq şikayət olunan qətnamənin əsaslndırıcı hissisindən göründüyü kimi birinci instansiya məkəməsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 10 sentyabr 2020-ci il tarixli, 067-16 /145 nömrəli məktubunu imtinanın başlanğıcı kimi qəbul edərək iddia müddəti üzrə 3 illik iddia müddətin axımının 10 sentyabr 2020-ci il tarixdən hesablanması, iddia müddətinin kəsilməsinə səbəb olan halın mövcud olmamasını, iddia müddətinin 10 sentyabr 2023-cü il tarixdə bitməsi və iddiaçının iddia müddətinin kəsilməsinə səbəb olan halların baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməməsi qənaətinə gəlmişdir. Aşağıda qeyd edilənlərə əsasən birinci instasnsiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsassız hesab edir. Belə ki, ilk iddia ərizəsinə qarşı birinci instansiya məhkəməsinə ünvanaldığı etiraza və qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X11 tərəfindən qəbul edilmiş 28 dekabr 2022-ci il tarixli başlanmış cinayət təqibinə xitam verilməsinə dair qərardan “məhkəmə nəzarəti qaydasında“ verilmiş şikayətdən göründüyü kimi o, hüquqlarının pozulduğunu Dövlət Sığorta Kommersiya Şirkəti onu məhkəməyə verdikdən sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X11 tərəfindən qəbul edilmiş 28 dekabr 2022-ci il tarixli qərarı İstintaq İdarəsindən götürdükdən sonra bilmişdir. Düzdür baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanmasını bilmiş və istintaq zamanı dindilmişdir. Ancaq yanğının baş verməsinə görə cinayət məsuliyyətinə cəlb edildiyini bilməmişdir. Qeyd edilən həmin Qərarı isə 2024-cü ilin dekabr ayında götürmüşdür. Beləliklə işin faktiki halından görünüdyü kimi xx.xx.2020-ci ildə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi zamanı ona məxsus mağazalrdakı malların yanması və sığorta hadisəsinin baş verməsini təsdiq edən son və hazırda qüvvədə olan qərar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X11 tərəfindən qəbul edilmiş 28 dekabr 2022-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi o, hüquqlarının pozulduğunu da məhz bu qərar qəbul edildikdən sonra bilmişdir. Ona görə də, iddia müddətinin axımının başlanğıcı da məhz onun öz hüquqlarının pozulduğu gün hesab edilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X11 tərəfindən qəbul edilmiş 28 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa eyni zamanda birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində müddətin kəsilməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsi qənaətinə gəlməsi də əsassızdır. Belə ki, iddia müddətinin kəsilməsinə əsas olmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat- İstintaq İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X11 tərəfindən qəbul edilmiş 28 dekabr 2022-ci il tarixdə qəbul edilmiş qərarın surəti və həmin qərardan məhkəmə nəzarəti qaydasında verilmiş şikayət qarşılıqlı iddia ərizəsinə və etiraza əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Beləliklə işin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası MM-nin 377-ci maddəsini tətbiq etməkdə səhvə yol vermişdir. İşin hallarından göründüyü kimi birinci instansiya məhkməsni işdə olan sübutlara hərtərəfli, tam və obyektiv hüquqi qiymət verməmişdir. Belə ki, işin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi həm ilk, həm də qarşılıqlı iddia tələbi üzrə sübutlara hərtərəfli, tam və obyektiv hüquqi qiymət verməmişdir. Apellyasiya şikayəti üzrə izahatl və prosessual məsələlər: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh nümayəndəsi və vəkili kimi Vəkil məhkəməyə xx.xx.2025-ci il tarixdə teleqram göndərərk məhköəmənin vaxtı barədə ona heç bir rəsmi məlumat verilmədiyini, məhkəmə iclasının vaxtı barədə qeyri-rəsmi məlumat əldə etdiyini qeyd edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İş materiallarında ilk iddia üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsi ilə bağlı məhkəmə bildirişi və SMS xəbərdarlığı ilə yanaşı Vəkil şəxsi kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş məlumatın olmasını, eləcə də Vəkil apellyasiya şikayətinə vəkil orderini əlavə etmədiyini (birinci instansiya məhkəməsində nümayəndə və vəkil kimi iştirak etmişdir) nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsaslanaraq məhkəmə kollegiyası işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və ilk iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və sığortalı X25 arasında bağlanmış və 2019-cu il 3 iyun tarixli BA seiyalı 959617 saylı “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi” ilə rəsmiləşdirilmiş daşınmaz əmlakın icbarı sığorta müqaviləsinə əsasən iddiaçının icarəyə götürdüyü mağazalar sığorta məbləği 200.000 manat, azadolma məbləği 2.000 manat, sığorta haqqı 510,72 manat olmaqla sığortalanmışdır. Qeyd olunan şəhadətnamədə sığorta müqaviləsinin 04 iyun 2019-cu il tarixində qüvvəyə mindiyi, 03 iyun 2020-ci il tarixində qüvvədən düşdüyü qeyd olunmuşdur. İş materiallarında olan AS seriyalı 007703 saylı 03 iyun 2019-cu il tarixli “Əmlakın yanğın və X48 sığorta şəhadətnaməsi”ndən görünür ki, fərdi sahibkar İsmayıl Cəfərovun icarəyə götürdüyü mağazalarda ümumi dəyəri 450.000 manat qiymətləndirilmiş ev tekstil malları 1800 manat sığorta haqqı ödənilməklə, 4 faiz azadolma məbləği nəzərdə tutulmaqla Azərbycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən yanğın və partlayış riskindən sığortalanmışdır. Qeyd olunan şəhadətnamədə sığorta müqaviləsinin 04 iyun 2019-cu il tarixində qüvvəyə mindiyi, 03 iyun 2020-ci il tarixində qüvvədən düşdüyü qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin baş müstəntiqi, mayor X11 tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarda göstərilir ki, aparılmış istintaq zamanı hadisə yerinə keçirilmiş baxışla, alınmış ifadələrlə, ekspertiza rəyləri və digər istintaqın sənədləri ilə müəyyən olunmuşdur ki, Cavabdeh “Sədərək” ticarət mərkəzinin 45, 47 və 48 saylı dükanların icarədarı və istifadəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ № 01-2001) 1.10.1, 6.1, 6.2 və “Ticarət və İaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ № 03-2002) 3.5.3.1, 3.5.4, 3.5.6, 3.5.12 bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalara riayət etməyərək dükanlarda elektrik avadanlıqlarına və elektrik şəbəkələrinə vaxtında profilaktiki baxışlar keçirməmiş, habelə yanğını və alışma törədə bilən hallarının vaxtında aradan qaldırılmasını təmin etməmişdir. Bu səbəbdən də xx.xx.2020-ci il tarixdə saat 07 radələrində “Sədərək” ticarət mərkəzinin 3-cü korpusu 8 və 8a sıralarında yerləşən 45, 47 və 48 saylı mağazaların yanar materialdan ibarət tavanının üzəri ilə çəkilmiş elektrik xətlərində yaranmış qısa qapanma halından yanğın baş vermiş, nəticədə “Sədərək” ticarət mərkəzinə 491810 manat tikinti üzrə, X28 162200 manat, Cavabdeh 167204 manat, X6 18154,60 manat, X12 43970 manat, X14 500169,50 manat əmtəə üzrə ziyan dəymişdir. Həmin Qərara əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin baş vermiş yanğın hadisəsi ilə bağlı zərərçəkmiş şəxslərin şikayət, iddia və tələblərinin olmadığı, yanğının təsirinə məruz qalmış dükanların yenidən təmir olunaraq onlara istifadəyə verildiyi, məhkumluğunun olmaması və ictimai təhlükəli olmaması nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsi tətbiq edilməklə onun barəsində şəraitin dəyişməsi ilə əlaqədar olaraq cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1608/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən AS seriyalı, 007703 nömrəli, xx.xx.2019-cu il tarixli “Əmlakın yanğın və X48 sığorta şəhadətnaməsi” üzrə 432000 manat, xx.xx.2019- cu il tarixli 959617 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi üzrə 132222 manat olmaqla ümumilikdə 564222 (beş yüz altımış dörd min iki yüz iyirmi iki) manat məbləğində sığorta ödənişinin tutularaq faydalanan şəxs X13 xeyrinə ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-502/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1608/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia cavabdehdən iddiaçı X13 xeyrinə xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın icbari sığorta şəhadətnaməsi üzrə 85.122 manat pulun tutulması hissəsində rədd edilmiş, qətnamə iddianın təmin edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-240/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kassasiya şikayətləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli, 2- 2(103)-502/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 24929/2023, 24930/2023 saylı sığorta ödəniş aktlarına və xx.xx.2024-cü il tarixli 78330, xx.xx.2024-cü il tarixli 78331, xx.xx.2024cü il tarixli 75392, xx.xx.2023-cü il tarixli 74024, xx.xx.2023-cü il tarixli 72640, xx.xx.2023cü il tarixli 69627, xx.xx.2023-cü il tarixli 67617 saylı ödəniş tapşırıqlarından görünür ki, cəmi 479100 ( dörd yüz yetmiş doqquz min yüz iyirmi) manat sığorta ödənişi faydalanan şəxs X13 bank hesabına köçürülmüşdür. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, ilk iddia üzrə Cavabdeh “Sədərək” Ticarət Mərkəzinin 45, 47 və 48 saylı dükanların icarədarı və istifadəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ № 01-2001) 1.10.1, 6.1, 6.2 və “Ticarət və İaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ № 03-2002) 3.5.3.1, 3.5.4, 3.5.6, 3.5.12 bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalara riayət etməyərək dükanlarda elektrik avadanlıqlarına və elektrik şəbəkələrinə vaxtında profilaktiki baxışlar keçirməmiş, habelə yanğını və alışma törədə bilən hallarının vaxtında aradan qaldırılmasını təmin etməmişdir. Bu səbəbdən də xx.xx.2020-ci il tarixdə saat 07 radələrində “Sədərək” Ticarət Mərkəzinin 3-cü korpusu 8 və 8a sıralarında yerləşən 45, 47 və 48 saylı mağazaların yanar materialdan ibarət tavanının üzəri ilə çəkilmiş elektrik xətlərində yaranmış qısa qapanma halından yanğın baş vermiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin baş müstəntiqi, mayor X11 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə”, xx.xx.2022-ci il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin ilk dəfə olaraq ehtiyyatsızlıqdan az ağır cinayət törətdiyini, ailəsində yeganə onun işlədiyini, məhkumluğunun olmadığını, həmçinin yanğından sonra zərərçəkmiş şəxslərin “Sədərək” ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarının təmin edildiyini nəzərə alınaraq cinayət təqibinə xitam verilmişdir. Baş vermiş yanğın hadisəsi nəticəsində Cavabdeh 167204 manant, X14 500169.50 manat maddi ziyan, eləcə də digər şəxslərə müxtəlif məbləğlərdə maddi ziyan dəymişdir. Həmin hərəkətləri ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İddiaçı ilə bağlanmış sığorta müqavilələri üzrə faydalanan şəxs İsmayıl Cəfərov sığorta ödənişinin verilməsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1608/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Şirkətdən AS seriyalı, 007703 nömrəli, xx.xx.2019-cu il tarixli “Əmlakın yanğın və X48 sığorta şəhadətnaməsi” üzrə 432.000 manat, xx.xx.2019-cu il tarixli 959617 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi üzrə 132.222 manat olmaqla ümumilikdə 564.222 (beş yüz altımış dörd min iki yüz iyirmi iki) manat məbləğində sığorta ödənişi tutularaq faydalanan şəxs X13 xeyrinə ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 502/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1608/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia cavabdehdən iddiaçı X13 xeyrinə xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın icbari sığorta şəhadətnaməsi üzrə 85.122 manat pulun tutulması hissəsində rədd edilmiş, qətnamə iddianın təmin edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönləndirilmişdir. xx.xx.2023-cü il tarixli 24929/2023, 24930/2023 saylı sığorta ödəniş aktlarına və xx.xx.2024-cü il tarixli 78330, xx.xx.2024-cü il tarixli 78331, xx.xx.2024-cü il tarixli 75392, xx.xx.2023-cü il tarixli 74024, xx.xx.2023-cü il tarixli 72640, xx.xx.2023-cü il tarixli 69627, xx.xx.2023-cü il tarixli 67617 saylı ödəniş tapşırıqlarına əsasən cəmi 479100 ( dörd yüz yetmiş doqquz min yüz iyirmi) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Qanunvericiliyin tələbinə əsasən sığorta ödənişini vermiş iddiaçı həmin məbləğin Cavabdeh tutularaq ona ödənilməsini subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 167240 (yüz altmış yeddi min iki yüz qırx) manat sığorta ödənişi və hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,1 faizini təşkil edən 304775 (üç yüz dörd min yeddi yüz yetmiş beş) manat dəbbə pulunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin ona məxsus mağazanın yanması ilə bağlı heç bir məlumat olmadığı üçün sığrta ödənişinin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən sığorta ödənişini vermiş iddiaçı həmin məbləğin Cavabdeh tutularaq ona ödənilməsini subroqasiya qaydasında tələb etmək hüququna malikdir. Belə ki, yuxarıda qeyd olunanlara əsasən baş vermiş yanğın hadisəsi Cavabdeh yanğın təhlükəsizliyi qaydalarını pozması nəticəsində yarandığından və o, AR Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilindiyindən iddiaçının cavabdehdən subroqasiya qaydasında pul tələb etməsi əsaslıdır. Ona görə də məhkəmə sığorta ödənişini vermiş iddiaçının həmin məbləğin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 479100 manat sığorta ödənişi tutularaq ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, Cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, baş vermiş yanğın hadisəsi nəticəsində Cavabdeh da əmlakına ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, baş vermiş yanğın hadisəsi nəticəsində Cavabdeh 167204 manat dəyərində ziyan dəymişdir. Daha sonra Cavabdeh tərəfindən sığorta ödənişinin edilməsi ilə bağlı Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edilmiş, lakin sığorta şirkəti sığorta ödənişinin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh sığorta ödənişinin verilməsindən imtina etməsi əsassız olmuşdur. Belə ki, AS seriyalı 007757 saylı 10 avqust 2019-cu il tarixli “Əmlakın yanğın və X48 sığorta şəhadətnaməsi”ndən görünür ki, fərdi sahibkar Cavabdeh icarəyə götürdüyü mağazalarda ümumi dəyəri 100000 manat qiymətləndirilmiş divan kreslo parçaları 400 manat sığorta haqqı ödənilməklə, 4 faiz azadolma məbləği nəzərdə tutulmaqla Azərbycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən yanğın və partlayış riskindən sığortalanmışdır. Qeyd olunan şəhadətnamədə sığorta müqaviləsinin 11 avqust 2019-cu il tarixində qüvvəyə mindiyi, 10 avqust 2020-ci il tarixində qüvvədən düşdüyü qeyd olunmuşdur. Göründüyü kimi Cavabdeh xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsinə əsasən 100000 manat məbləğində mallarını 400 manat sığorta haqqı ödəməklə, 4 faiz azadolma məbləği nəzərdə tutulmaqla yanğın və patlayış riskindən sığortalamışdır. Şəhadətnamənin qüvvədə olduğu 18 fevral 2020-ci il tarixdə baş vermiş yanğın hadisəsi zamanı Cavabdeh də əmlakına ziyan dəydiyindən və onun 100000 manat dəyərində əmlakı 4 faiz azadolma məbləği nəzərdə tutulmaqla sığorta olunduğundan o, 167204 manat deyil, 96000 manat məbləğində sığorta ödənişini ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Lakin Cavabdeh sığorta ödənişinin edilməsindən imtina barədə bildirişi aldıqdan sonra qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vüqar Əhmədov tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə xx.xx.2020-ci il tarixli 442 saylı məktub ünvanlanmış və həmin məktubda qeyd olunmuşdur ki, xx.xx.2020ci il tarixdə “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi nəticəsində Cavabdeh məxsus 200000 manat məbləğində daşınar əmlak yanaraq yararsız hala düşmüşdür. Sığorta hadisəsi baş verdikdən sonra Cavabdeh tərəfindən sığorta ödənişi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edilərək, 10 avqust 2019-cu il tarixli, 007757 saylı sığorta müqaviləsinə əsasən xx.xx.2020-ci ildə “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ona vurulmuş ziyanla bağlı sığorta ödənişi edilməsini xahiş edilmişdir. Lakin bu günədək sığorta ödənişi ilə bağlı heç bir addım atılmamışdır. Daha sonra Cavabdeh vəkili Vüqar Əmrahov tərəfindən Mərkəzi Banka müraciət ünvanlanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış 08 oktyabr 2020-ci il tarixli, 26-16021-2020 nömrəli məktubunda qeyd olunmuşdur ki, Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən təqdim edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, Cavabdeh öz əmlakını könüllü qaydada sığortalamış və həmin əmlaka yanğın hadisəsi nəticəsində zərər dəymişdir. Həmin əmlaka baş vermiş yanğın hadisəsi nəticəsində zərər dəyməsi bildirilsə də, sığortaçı tərəfindən Mülki məcəllənin 924.2-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsini təsdiq edən müvafiq sənədin əldə edilməsi üçün səlahiyyətli dövlət orqanına sorğu göndərilməmiş, vətəndaş Cavabdeh tərəfindən hadisə barədə vaxtında məlumat verilməməsi əsas gətirilərək təsdiqedici sənədlər təqdim edilmədən sığorta ödənişinin verilməsindən imtina edildiyi bildirilmişdir. Baş vermiş hadisənin sığorta qanunvericiliyinə uyğun olaraq tələb olunan sənədlər əldə edilməklə 7 iş günü müddətində yenidən araşdırılması, bu barədə məlumatın həmin müddətdə Mərkəzi Banka və vətəndaşa təqdim edilməsi, imtina əsası olmadıqda isə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 20 oktyabr 2020-ci il tarixli, 11/Q-407/1 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2020-ci ildə “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla bağlı Şirkət tərəfindən komissiya yaradılmış və vaxtında müraciət edən sahibkarların yanğın nəticəsində zərər dəymiş əmlaklarına baxış keçirilmişdir. Cavabdeh məxsus yanmış mağaza ilə bağlı heç bir məlumat verilməmişdir. Hadisədən 20 gün sonra məlumat verilmişdir. Bu səbəbdən vətəndaşın vaxtında məlumat vermədiyinə görə sığorta hadisəsi olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vüqar Əhmədov tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 08 aprel 2021-ci il tarixli, 248 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə Cavabdeh arasında bağlanılmış 10 avqust 2019-cu il tarixli, 007757 saylı sığorta müqaviləsi üzrə sığortaçının müvafiq müqavilə üzrə sığorta ödənişindən “Sığorta hadisəsinin olub-olmamasının müəyyən edilməsinin mümkün olmaması” səbəbindən imtina etməsi barəsində Mərkəzi Banka müraciət edilmiş və Mərkəzi Bankın sığortaçıya göndərdiyi 08 oktyabr 2020-ci il tarixli, 26-16021-2020 saylı məktub ilə imtina üçün əsas olmadığı təqdirdə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi qeyd edilmişdir. Həmin məktubun göndərilməsindən uzun müddət keçməsinə baxmayaraq bu günədək sığorta ödənişi həyata keçirilməmişdir. Hərçənd, Sığortaçı 10 sentyabr 2020-ci il tarixli, 067-16/145 saylı məktubu ilə sığorta ödənişindən sığorta hadisəsinin olub-olmamasını müəyyən edə bilmədiyi üçün imtina etmiş olsa da, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı ilə sığorta hadisəinin baş verməsi faktı təsdiq edilmişdir. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı imtina anı ilə müəyyən edilir ki, imtina barədə məlumat Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 10 sentyabr 2020-ci il tarixli, 067-16/145 nömrəli məktubla cavabdehə göndərilmişdir. İddia müddəti üzrə 3 illik iddia müddəti 10 sentyabr 2020-ci il tarixdən hesablanır ki, iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud deyildir. İddia müddəti 10 sentyabr 2020-ci il tarixdə başlanmış və 10 sentyabr 2023-cü il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və iddiaçının hazırki tələblə bağlı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı xx.xx.2025-ci il tarixdə belə məhkəməyə müraciət edərkən onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan halların baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edildiyindən və iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, eyni zamanda iddiaçı bu müddətin üzürlü səbəblərə görə ötürülməsi barədə sübutları məhkəməyə təqdim etmədiyindən qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Birinci nstansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 923.2-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. 924.1-ci maddəsinə əsasən sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 935.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş soğortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən, faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Həmin Qanunun 25.1 və 25.1.1-ci maddələrinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Konstitusiya Məhkəməsi Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 377.1 və 379-cu maddələri baxımından şərh edilməsinə dair 03 aprel 2025-ci il tarixli qərarından görünür ki, Sığorta ödənişi ilə bağlı tələblər üzrə iddia müddətinin axımı sığortalının (və ya faydalanan şəxsin) sığortaçının sığorta ödənişini etməkdən imtina etməsini bildiyi (bilməli olduğu), sığorta ödənişinin miqdarı ilə razılaşmadığı halda sığorta ödənişinin həyata keçirildiyi, habelə sığorta ödənişi həyata keçirilməməklə yanaşı sığorta ödənişindən imtina haqqında bildiriş verilmədikdə sığortaçının öhdəliyinin icra müddəti (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddət) bitdiyi andan başlayır. Həmin qərarda qeyd olunur ki, Sığorta ödənişləri ilə bağlı iddialar üzrə müddətin axımının başlanması məsələsinə münasibətdə, ilk növbədə göstərilməlidir ki, Mülki Məcəllənin iddia müddəti ilə bağlı qaydaları tənzimləyən 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsi ilə iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başladığı təsbit edilmişdir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Beləliklə, iddia müddətinin axımı hüququn pozulduğu andan tez başlaya bilməz. Odur ki, sığorta müqaviləsi üzrə məhz sığortaçının sığorta ödənişindən imtina etməsi və yaxud natamam ödənişi həyata keçirməsi sığortalıda sığortaçının qərarı ilə razılaşmamaq və bu qərardan şikayət etmək üçün hüquqi əsas yaradır. Təsadüfi deyil ki, “İcbari sığortalar haqqında” Qanunun 22.1.7-ci maddəsi ilə məhz sığortaçının sığorta ödənişindən imtina barədə qərarından və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda Mərkəzi Banka və məhkəməyə şikayət etmək sığortalının hüququ kimi müəyyən edilmişdir. Həmin Qanunun 24.1.6-cı maddəsi ilə eyni hüquq zərərçəkən üçün də tanınmışdır. Burada o da qeyd edilməlidir ki, sığortaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə nə sığorta ödənişinin həyata keçirilməsi, nə də bundan əsaslandırılmış imtina verilməsi sığortalı (və ya faydalanan) şəxsin hüquqlarının pozulması halını yaradır. Belə ki, qanunvericilik müvafiq sənədlərin verilməsindən etibarən 7 iş günü ərzində göstərilən hərəkətlərin sığortaçı tərəfindən icra edilməsi vəzifəsini qəti olaraq nəzərdə tutmuşdur. Bu səbəbdən, sığortaçının 7 iş günü ərzində ödəniş etmədiyi halda imtina ilə bağlı yazılı bildirişi də sığortalıya verməməsi qanunvericiliyin tələbinə aşkar şəkildə ziddir. Belə halda sığorta ödənişi öhdəliyinin icrası vaxtının keçməsi ilə (7 iş gününün sonu) sığorta təminatı hüququnun pozulduğu sığortalı (və ya faydalanan) şəxsə məlum olmuş olur. Bu zaman sığortaçı tərəfindən sığorta ödənişindən imtina barədə əsaslandırılmış bildirişin verilməməsi iddia müddətinin axımının başlanılması baxımından hüquqi əhəmiyyət kəsb etmir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmçinin Mülki Məcəllənin 445.2.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sığorta ödənişi ilə bağlı tələblər üzrə iddia müddəti sığortalının (və ya faydalanan şəxsin) sığortaçının sığorta ödənişini etməkdən imtina etməsini bildiyi (bilməli olduğu) və ya sığorta ödənişinin miqdarı ilə razılaşmadığı halda sığorta ödənişinin həyata keçirildiyi, habelə öhdəliyin icra müddəti (“İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddət) bitdiyi andan axmağa başlayır. İlk iddia ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində X14 məxsus “Sədərək” Ticarət Mərkəzində yerləşən tekstil malları mağazaları xx.xx.2019-cu iltarixli, RDS********** nömrəli “Daşınmaz Əmlakın İcbari Sığortası” və orada olan hazır məhsul və mallar xx.xx.2019-cu iltarixli AS007703 nömrəli “Əmlakın yanğın və X48 sığortası” müqaviləsinə əsasən sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin baş müstəntiqi, mayor X11 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə”, xx.xx.2022-ci il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən 479100 ( dörd yüz yetmiş doqquz min yüz iyirmi) manat sığorta ödənişi faydalanan şəxs X13 bank hesabına köçürülmüşdür. Hazırki halda sığortaçının sığortalıya ödədiyi məbləği subroqasiya qaydasında tələb etmək hüququ yarandığından birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, baş vermiş yanğın hadisəsi nəticəsində Cavabdeh da əmlakına ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, baş vermiş yanğın hadisəsi nəticəsində Cavabdeh 167204 manat dəyərində ziyan dəymişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsinə əsasən 100000 manat məbləğində mallarını 400 manat sığorta haqqı ödəməklə, 4 faiz azadolma məbləği nəzərdə tutulmaqla yanğın və patlayış riskindən sığortalamışdır. Sığorta hadisəsi baş verdikdən sonra Cavabdeh tərəfindən sığorta ödənişi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edilərək, 10 avqust 2019-cu il tarixli, 007757 saylı sığorta müqaviləsinə əsasən xx.xx.2020-ci ildə “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ona vurulmuş ziyanla bağlı sığorta ödənişi edilməsini xahiş etmiş, lakin sığortaçı 10 sentyabr 2020-ci il tarixli, 067-16/145 saylı məktubu ilə sığorta ödənişindən sığorta hadisəsinin olub-olmamasını müəyyən edə bilmədiyi üçün imtina etmiş olsa da, qarşılıqlı iddia üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə hüququnun müdafiəsi üçün zəruri addım atmamışdır. Belə ki, qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı imtina anı ilə müəyyən edilir ki, imtina barədə məlumat Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 10 sentyabr 2020-ci il tarixli, 067-16/145 nömrəli məktubla cavabdehə göndərilmişdir. İddia müddəti üzrə 3 illik iddia müddəti 10 sentyabr 2020-ci il tarixdən hesablanır ki, iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud deyildir. İddia müddəti 10 sentyabr 2020-ci il tarixdə başlanmış və 10 sentyabr 2023-cü il tarixdə bitmişdir. İddiaçı qeyd olunan müddət ərzində məhkəməyə müraciət etməmiş və iddiaçının hazırki tələblə bağlı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni iddia müddəti buraxılmaqla daxil olmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh isə məhkəməyə ərizə təqdim edərək qarşılıqlı iddia üzrə iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən birincisi ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisəyə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunun 25-ci maddəsini tətbiq etməli olduğu halda bunu etməmiş və nəticədə işin hallarına uyğun olmayan qanunsuz və əsassız qətnamə çıxarmışdır. Kollegiya şikayətin həmin dəlilini əsasız sayır, ona görə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunun 25.1.1-ci maddəsinə görə sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Kollegiya vurğulayır ki, Cavabdeh üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ № 01-2001) 1.10.1, 6.1, 6.2 və “Ticarət və İaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ № 03-2002) 3.5.3.1, 3.5.4, 3.5.6, 3.5.12 bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalara riayət etməyərək dükanlarda elektrik avadanlıqlarına və elektrik şəbəkələrinə vaxtında profilaktiki baxışlar keçirməmiş, habelə yanğını və alışma törədə bilən hallarının vaxtında aradan qaldırılmasını təmin etmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilindiyinə görə ilk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehdən faydalanan şəxsə ödənilmiş 479100 ( dörd yüz yetmiş doqquz min yüz iyirmi) manat sığorta ödənişini tələb etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddia müddətinin axımının başlanğıcı onun öz hüquqlarının pozulduğu gün hesab edilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X11 tərəfindən qəbul edilmiş 28 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının baş vermiş sığorta hadisəsi ilə bağlı sığorta ödənişi almaq hüququ yaranmışdır və o, nümayəndəsi vasitəsi ilə xx.xx.2020-ci il tarixdə ilk iddia üzrə iddiaçıya sığorta ödənişinin edilməsi ilə bağlı müraciət etmiş, lakin ona 10 sentyabr 2020-ci il tarixli məktubla sığorta ödənişinin edilməsindən imtina edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ona sığorta ödənişinin edilməsindən imtina edilməsi ilə razılaşmamış, ilk iddia üzrə iddiaçının özünə, Azərbaycan Respublikası Mərkəzi Bankına şikayət ərizəsi ilə müraciət etməkdə davam etmişdir. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat- İstintaq İdarəsinin İstintaq Şöbəsində aparılmış araşdırmanının nəticəsini gözləmədən hüququnun həyata keçirilməsi üçün müraciət etməkdə davam etmiş, yəni ilk iddia üzrə iddiaçının 10 sentyabr 2020-ci il tarixli imtina cavabı ilə hüququnun pozulduğunu bilmiş, lakin bununla belə məhkəməyə hazırkı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə, qanunvericiliklə bu kimi tələblər üçün müəyyən edilmiş üç illik iddia müddətini buraxmaqla müraciət etmişdir. Kollegiyanın qənaətinə görə qarşılıqlı iddia üzrə iddiaçının öz hüquqlarının pozulduğu gün kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X11 tərəfindən qəbul edilmiş 28 dekabr 2022ci il tarixli qərarın tarixindən o halda hesablana bilərdi ki, iddiaçı Cavabdeh həmin araşdırmanın nəticəsini gözləmiş olsun. Lakin iş materiallarından göründüyü kimi Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin imtina cavabını qanunsuz hesab edərək müraciətlər etməkdə davam etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə iddiaçının sığorta ödənişinin ödənilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət etməsi üçün iddia müddətinin axımının 10 sentyabr 2020-ci il tarixdən, yəni hüququnun pozulduğunu bildiyi andan hesablanmalı olması ilə razılaşır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-736/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-176/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-176/2025
13.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver