Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-18/2023 16.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-10/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-10/2022 nömrəli qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 əsas borc üzrə 8982,22 manat, faiz borcu üzrə 388,13 manat, cərimə borcu üzrə 307,76 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1358,75 manat, ümumilikdə 11036,86 manat məbləğində kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 56 700 manat olan ünvan 1ində olan 0,06 ha torpaq sahəsində yerləşən 326.4 kv.m ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq "xxxx" MMC, VÖEN **********, AZ15GUNA********************, "xxxx" ASC, VÖEN **********, KOD 505594 müxbir hesab AZ 25 NABZ********************, SWİFT GUNAAZ22 saylı hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-10/2022 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iş üzrə icraata Cavabdeh2 xx.xx.2014-cü il tarixdə öldüyündən Cavabdeh2 münasibətdə xitam verilmişdir. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Kommesiya Məhkəməsinə müraciət edərək, Cavabdeh1 8982,22 manat əsas, 388,13 manat faiz, 1307,76 manat məbləğində cərimə və 1358,75 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 12036,86 (on iki min otuz altı manat, 86 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi; İpoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus məxsus ünvan 1i ünvanında yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 326.4 kv.m. ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2571 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 6% (altı faiz) ödənilmək şərtilə, 15.000 (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixdə 216 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1i ünvanında yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 326.4 kv.m. ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun Banka ödənilməmiş 8982,22 manat əsas, 388,13 manat faiz, 1307,76 manat məbləğində cərimə və 1358,75 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 12036,86 (on iki min otuz altı manat, 86 qəpik) manat borcu mövcuddur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Belə ki, Gəncə Kommersiya Məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci iltarixli UNİ/İ 72- 287/21 saylı ekspert rəyinə əsaslanaraq, ünvan 1ində olan 0,06 ha torpaq sahəsində yerləşən 326.4 kv.m. ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin likvid dəyərini 56700 manat müəyyən etmişdir. Hesab edirlər ki, ipoteka predmetinin indiki vəziyyətinin qiyməti hakim tərəfindən qəbul edilmiş qətnamədə göstərilən məbləğdən aşağıdır və əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real bazar qiymətini nəzərə almamışdır. İpoteka predmetinin indiki vəziyyətinin qiyməti hakim tərəfindən qəbul edilmiş qətnamədə göstərilən məbləğdən aşağıdır. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Lakin ekspert rəyinin nəticə hissəsində göstərilən ipoteka predmeti olmayan torpaq sahəsinə qiymətin müəyyən edilməsi ilə razı deyillər və hesab edirlər ki, rəy əsasında məhkəmənin gəldiyi nəticə əsassızdır. Bu səbəbdən ipoteka predmetinin indiki vəziyyətinin qiymətinin hakim tərəfindən qəbul edilmiş qətnamədə göstərilən 56700 manat məbləğin əmlakın real qiymətini əks etdirmədiyini və əmlakın dəyərinin bu məbləğdən aşağı olduğunu hesab edirlər. İşə baxan birinci instansiya məhkəməsi bütün normaların tələblərini pozmuşdur. Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə elektron qaydada ərizə göndərərək ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxsə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif olunmuş, cavabdeh iddiaçı ilə bağlanmış kredit müqaviləsinin restrukturizasiya olunması üçün ərizə vermiş və cavabdehlə kredit borcunun restrukturizasiyası ilə bağlı müqavilə bağlanmışdır. Ona görə də sənədlərin əslinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 2571 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalan - Cavabdeh1 fermer təsərrüfatının genişləndirilməsi məqsədilə 15 000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür İş materiallarında olan xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixli, 2571 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus olan ünvan 1ində olan 0,06 ha torpaq sahəsində yerləşən 326.4 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində olan 0,06 ha torpaq sahəsində yerləşən 326.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin Tovuz filialının xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********639 saylı nömrəli bildirişin surətindən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir İş materiallarında olan 20 may 2020-ci il tarixli, **********288 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 2571 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə borcu 8982,22 manat əsas, 388,13 manat faiz, 1307,76 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 1358,75 manat faiz borcu, cəmi 12036,86 manat təşkil etmişdir Gəncə Apellyasiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünalıq ekspertizası təyin edilmiş, lakin tərəflər baxışda iştirak etmədiyindən Məhkəmə Ekspertiza Mərkəzinin eksperti İsa Eyvazzadə tərəfindən rəyin verilməsindən imtina edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi Nümayəndə göndərdiyi xx.xx.2023-cü il tarixli ərizdən görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxsə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. İddiaçı ASC ilə cavabdeh arasında bağlanan kredit müqaviləsi yuxarıda adı qeyd olunan Fərmanın təsir dairəsinə düşdüyü üçün cavabdeh borcunun restrukturizasiya olunması üçün ərizə ilə banka müraciət etmiş, bankla müştəri arasında Fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlanmışdır. Bu səbəbdən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsllərinin geri götürülməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsllərinin LPO İddiaçı ASC-yə geri qaytarılması, həmçinin ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılmasını və ALAN: Adı: Ləğv prosesində olan İddiaçı ASC (VÖEN: **********, İBAN: AZ65NABZ**********0000023944, ALANİN BANKİ: Bankın adı: Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod: 501004, VÖEN: **********, M/h: AZ74NABZ********************, SWİFT: NABZAZ2C) hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli, 2571 nömrəli kredit müqaviləsi üzrə 8982,22 manat əsas, 388,13 manat faiz, 1307,76 manat məbləğində cərimə və 1358,75 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 12036,86 manat borcunun olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş ərizədən görünür ki, xx.xx.2014-cü il tarixli, 2571 nömrəli kredit müqaviləsi üzrə borc restrukturizasiya olunmuşdur. Yuxarıda qeyd olunan sənədlərdən göründüyü kimi iddiaçı təşkilat ilə cavabdeh arasında yeni kredit müqaviləsi bağlandığından xx.xx.2014-cü il tarixli, 2571 nömrəli kredit müqaviləsi üzrə cavabdehin öhdəliyi qalmadığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin tələb üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalı, 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh1 aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-10/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq "xxxx" MMC, VÖEN **********, AZ15GUNA********************, "xxxx" ASC, VÖEN **********, KOD 505594 müxbir hesab AZ 25 NABZ********************, SWİFT GUNAAZ22 saylı hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirmələ Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-18/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-18/2023
16.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver