Məhkəmə qərarları › İş №2-2(104)-183/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-183/2025

12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-183/2025 12.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X3rşı “manqalxananın cavabdehin vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsi” tələbinə dair kommersiya işi üzrə müvəqqəti təminat tədbirinin uzadılmasına dair ərizə üzrə QƏRARDAD Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X5 (bundan sonra – cavabdeh) qarşı “manqalxananın cavabdehin vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçının müvəqqəti təminat tədbirinin uzadılmasından imtina barədə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-1496/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları

1. Ərizəçi İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək Xankəndi şəhərində yerləşən İddiaçı MMC-yə məxsus olan “XAN ARAZ” Restoranına qarşı zor tətbiq etməklə qanunsuz boşaldılmasının cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X5 və digər şəxslərə 1 (bir) ay müddətində qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Gəncə Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli e-16(115)-41/2025 nömrəli qərardadı (hakim R.Qələndərzadə) ilə, ərizənin qismən təmin edilməsi, Xankəndi şəhərində yerləşən və xx.xx.2024-cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş tikintialtı sahəsi 298 kv.m., ümumi sahəsi 625 kv.m. olan “XAN ARAZ” Restoranının boşaldılması “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X5 1 ay müddətinə qadağan edilməsi, qərardadın icrası Xocalı rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, qərardadın dərhal icra edilməsi, müvəqqəti təminat tədbirinin 19 iyul 2025-ci il tarixə qədər qüvvədə olması qərara alınmışdır.

3. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli, 16(104)-86/2025 nömrəli qərardadı ilə, cavabdeh Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X7 tərəfindən verilmiş şikayət təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli e-16(115)- 41/2025 saylı qərardadı ərizənin təmin edilmiş hissəsində ləğv edilməsi, ərizəçi İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə birinci instansiyası məhkəməsinə müraciət edərək, İddiaçı qanuni əsaslarla istifadəsində olan Xankəndi şəhərində yerləşən “XAN ARAZ” Restoranının həyətində iddiaçının vəsaiti hesabına inşa edilmiş smeta dəyəri 5438 manat olan manqalxananın cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X6 vəsaiti hesabına inşa edilərək iddiaçıya təhvil verilməsi, hazırkı iş üzrə məhkəmə xərci kimi 394 manat vəkil xidmət haqqının, 120 manat dövlət rüsumunun cəmi 514 manat pulun cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X4 tutulub İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bundan sonra iddiaçı ayrı icraat üzrə baxılmış (e-16(115)-41/2025 nömrəli iş) müvəqqəti təminat tədbirinin uzadılması barədə vəsatət təqdim edərək, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)-1496/2025 nömrəli iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək müvəqqəti təminat tədbiri qismində Xankəndi şəhərində yerləşən və xx.xx.2024-cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş tikintialtı sahəsi 298 kv.m., ümumi sahəsi 625 kv.m. olan “XAN ARAZ” Restoranının boşaldılması "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X1 edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-1496/2025 nömrəli qəraradı (hakim R.Qələndərzadə) ilə, vəsatətin təmin edilməməsi qərara alınmışdır.

7. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, uzadılması tələb edilən müvəqqəti təminat tədbiri ilə məhkəməyə müraciət edilən iddia tələbinin arasında hər hansı əlaqə mövcud deyildir. Eyni zamanda tətbiq olunan müvəqqəti təminat tədbiri irəli sürülmüş iddia tələbinə mütənasib deyildir. Belə ki, ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədə Xankəndi şəhərində yerləşən İddiaçı MMC-yə məxsus olan “XAN ARAZ” Restoranına qarşı zor tətbiq etməklə qanunsuz boşaldılmasının cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X5 və digər şəxslərə 1 (bir) ay müddətində qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsində isə İddiaçın qanuni əsaslarla istifadəsində olan Xankəndi şəhərində yerləşən “XAN ARAZ” Restoranının həyətində iddiaçının vəsaiti hesabına inşa edilmiş smeta dəyəri 5438 manat olan manqalxananın cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X6 vəsaiti hesabına inşa edilərək iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

9. Əsas iddia tələbinin mahiyyəti iddiaçının vəsaiti hesabına inşa edilmiş və cavabdeh tərəfindən sökülmüş tikilinin cavabdehin vəsaiti hesabına yenidən inşa edilərək iddiaçıya təhvil verilməsi ilə bağlıdır. Müvəqqəti təminat tədbiri isə “XAN ARAZ” Restoranının boşaldılmasının “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X1 edilməsi ilə əlaqədardır. Belə olan halda iddia tələbi ilə müvəqqəti təminat tədbiri tətbiqi barədə ərizənin arasında hər hansı əlaqə yoxdur. Müvəqqəti təminat tədbiri tətbiqi barədə ərizə əsas iddia tələbinə mütənasib deyildir.

10. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.3, 157.5, 157.7, 159.1, 160 və 163-cü madələrinə istinadən əsaslandırmışdır.

11. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir.

12. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-1496/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Qərardaddan şikayətinin dəlilləri

13. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1496/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Vəsatətin təmin edilməməsi səbəbi kimi uzadılması tələb edilən müvəqqəti təminat tədbiri ilə məhkəməyə müraciət edilən iddia tələbinin arasında hər hansı əlaqə mövcud olmaması qeyd edilmişdir. Eyni zamanda tətbiq olunan müvəqqəti təminat tədbiri irəli sürülmüş iddia tələbinə mütənasib deyildir. Tərəflərindən budan sonra iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edilərək tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli BFM xx/xx/00023A nömrəli birgə fəaliyyət haqqında müqavilənin müddətinin xx.xx.2026- cı il tarixədək uzadılmış hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Baxmayaraq ki, müqavilə xx.xx.2026-cı il tarixədək qüvvədədir cavabdeh bildiriş təqdim edərək qanunsuz olaraq onlardan qeyri- yaşayış sahəsinin boşaldılmasını tələb edir. Cavabdeh dövlətə, qanunlara və məhkəməyə meydan oxuyaraq hərəkətlərini qanun çərçivəsində həyata keçirmədiyi üçün binanı zor tətbiq etməklə boşaltdırılması təhlükəsi mövcuddur. Bununla bağlı manqalın sökülməsi faktı məhkəmənin qərardadında öz təsdiqini tapmışdır.

14. Bundan sonra iddiaçı qərardaddan verilmiş şikayətə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə qərardaddan verdikləri şikayətə cavab olaraq bildirir ki, - “Şikayətin dəlillərinə gəldikdə ilk növbədə və xüsusilə qeyd edilməlidir ki, sözügedən iş üzrə məhkəmənin hazırlıq iclası 28 iyul 2025-ci il tarixə saat 16:15-ə təyin edilmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsini əsas götürərək, vəsatətin təmin edilməsini xahiş etsə də, həmin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına hazırki vəziyyətdə götürülməmişdir. Belə olan halda məhkəmə hesab edir, Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli qərardadı əsaslıdır və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur» Məhkəmənin bu mövqeyi ilə razılaşmaq mümkün deyildir. Məhkəmənin bu mövqeyi Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin tələblərinə tamamilə ziddir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.3-cü maddəsinə əsasən Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Yenə də MPM-nin 157.4-cü maddəsinə əsasən İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Göründüyü kimi müvəqqəti təmin tədbirinə baxılması iddianını icraata götürülməsindən sonra baxılmalıdır deyə bir hal yoxdur. Ona görə də məhkəmə düzgün nəticəyə gəlməmişdir.

b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

15. Cavabdeh iddiaçı tərəfindən verilmiş şikayətə etirazla məhkəməyə müraciət edərək, vəsatətin təmin edilməməsi və Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 1496/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

16. Etiraz onunla əsaslandırılmışdır ki, “Xankəndi əhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X7 (bundan sonra – Xidmət) cənab Prezidentin 2024- cü il 1 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən sözügedən şəhər və rayonlarda müvəqqəti idarəetməni həyata keçirir. Ötən dövr ərzində işlərinin ağır olmasına baxmayaraq verilən tapşırıqların və qoyulan məqsədlərin öhdəsində layiqincə gələrək fəaliyyət göstərdiyi ərazilərdə qanunvericiliyə müvafiq olaraq sahibkarlıq subyektlərinə və iqtisadiyyatın inkişafına tərəflərindən münbit şərait yaradılmışdır ki, bunun da nəticəsində xarici və yerli investorların sayı işğaldan azad olunmuş ərazilərdə günügündən artmaqdadır. İddiaçı xx.xx.2025-ci il tarixində Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-1496/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından verdiyi şikayətlə əslində özünü ifşa etmişdir. Belə ki, iddiaçı MTT vermək üçün iddia tələbinin artırılması ilə bağlı ərizə ilə Gəncə Kommersiya Məhkəmə müraciət etmiş, müraciətdə Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli BFM xx/xx/00023A nömrəli birgə fəaliyyət haqqında müqavilənin müddətinin xx.xx.2026-cı il tarixədək uzadılmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Buradan belə qənaətə gəlmək olur ki, iddiaçı tərəflərindən göndərilmiş bütün rəsmi bildirişləri almış, Müqavilənin xx.xx.2025-ci il tarixdə müddətinin bitdiyi və yeni şərtlərlə yeni müqavilə bağlanılmasına süni maneə yaratdığını etiraf etmişdir. Yuxarıda qeyd etdiyi fikri iddiaçı özü rəsmi olaraq öz şikayət ərizəsində təsdiqləyir: “Baxmayaraq ki, müqavilə xx.xx.2025-ci il tarixədək qüvvədədir. Cavabdeh bildiriş təqdim edərək qanunsuz olaraq bizdən qeyri yaşayış sahəsinin boşaldılmasını tələb edir. Cavabdeh dövlətə, qanunlara və məhkəməyə meydan oxuyaraq hərəkətlərini qanun çərçivəsində həyata keçirtmədiyi üçün binanı zor tətbiq etməklə boşaltdırılması təhlükəsi mövcuddur. Bununla bağlı manqalın sökülməsi faktı onlarında qərardadında öz təsdiqini tapmışdır.” Müqavilə məhz xx.xx.2025-ci il tarixədək qüvvədə olmuşdur. Necə deyərlər dil çaşar düzünü deyər. Qanuni fəaliyyət göstərdiyi dövr ərzində iddiaçıya tərəflərindən heç bir irad tutulmamış, əksinə humanist yanaşılaraq dəstək olunmuşdur. Belə ki, digər kirayə münasibətlərində kifayət qədər borcu olmasına, bu Müqavilə üzrə ödəmələrdə gecikdirmələri olmasına baxmayaraq sahibkara humanist yanaşılmışdır. Hazırkı mübahisə predmeti olan Manqalxananın tikildiyi ərazi yaşıllıq zonası olmuş, iddiaçı Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, həmin ərazini zəbt edərək Manqalxana tikməyə cəhd göstərmişdir. Hazırki Qərardaddan verilən şikayətlə iddia ərizəsinin predmetini yenə də mütənasib hesab etmirlər. Qanunvericiliyin tələblərindən göründüyü kimi müvəqqəti təminat tədbiri o halda seçilir ki, qətnamənin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri mümkün edən hallar mövcud olsun, habelə, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının təmini və ya bərpası mümkün olmasın. Həmçinin, müəyyən hərəkətləri etməyin cavabdehə və digər şəxslərə qadağan olunması mübahisənin mahiyyəti üzrə həll olunana qədər mövcud vəziyyətin qorunub saxlanılmasına xidmət etməlidir. Lakin, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin məzmunundan göründüyü kimi, iddiaçı iddia tələbi ilə (Maddi zərərin ödənilməsi, Manqalxana və müvəqqəti istifadəsinə verilmiş dövlət əmlakı olan qeyriyaşayış binası) müvəqqəti təminat tədbiri arasında əlaqənin mövcud olmasını, bu tədbirin görülməsinin iddia tələbinə mütənasibliyini əsaslandırmamış, qətnamənin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların mövcud olmasına dair konkret dəlillər təqdim etməmişdir. İddiaçı cavabdeh Xidmətə qarşı iddia tələbi iddiaçının vəsaiti hesabına inşa edilmiş manqalxanın cavabdehin vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsindən və Tərəflər arasında bağlanmış Müqavilənin müddətinin xx.xx.2026-ci ilədək uzadılmasından ibarət olduğu halda, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədə iddiaçının xahişi direktoruna işğaldan azad edilmiş ərazilərə girişinin cavabdeh və digər şəxslər tərəfindən qoyulmuş texniki qadağanın götürülməsindən ibarətdir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi iddia tələbinə əlaqəli və mütənasib sayıla bilməz. Bildirilər ki, İddiaçı MMC-nin rəhbəri X2 azad olunmuş ərazilərə buraxılışına tərəflərindən heç bir məhdudiyyət qoyulmamış və bu Xidmətin fəalliyyət istiqamətlərinə aid deyildir. Tərəflərindən iddiaçıya göndərilmiş 12 iyun 2025-ci il tarixli 17-4/2-715/2025 nömrəli bildirişdə tələblərə əməl olunmayacağı təqdirdə tərəflərindən qanunauyğun tədbirlər görülməsi qeyd olunmuşdur. Bundan əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilir. Gəncə Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli e-16(115)- 41/2025 nömrəli qərardadından Xidmət şikayət verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e16(115)-41/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 30 iyun 2025-ci il tarixli 16(115)- 41/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda şikayət üzrə iş Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Göründüyü kimi ərizəçinin eyni müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ilə bağlı ərizəsi məhkəmənin icraatındadır. Belə olan halda ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

19. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsi ilə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

Tətbiq edilən hüquq

“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarı

20. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarı

21. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

23. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

24. Maddə 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir.

25. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

26. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

27. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələri).

30. Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirinin əsas məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər.

31. Məhkəmə müəyyən etmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 19 iyun 2025ci il tarixli, e-16(115)-41/2025 saylı qərardadı ilə, iddiaçının ərizəsi qismən təmin edilərək, Xankəndi şəhərində yerləşən və xx.xx.2024-cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən istifadəsində olan “XAN ARAZ” restoranının cavabdeh tərəfindən boşaldılmasının 1 (bir) ay müddətinə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri tətbiq edilmişdir.

32. Həmin qərardaddan verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 23 iyul 2025-ci il tarixli, 16(104)-86/2025 nömrəli qərardadı ilə baxılmış və nəticədə birinci instansiya məhkəməsinin 19 iyun 2025-ci il tarixli, e-16(115)- 41/2025 saylı qərardadı ləğv edilmiş, iddiaçının müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi isə rədd edilmişdir.

33. Beləliklə, apellyasiya məhkəməsinin yuxarıda göstərilən qərardadı ilə 19 iyun 2025-ci il tarixli müvəqqəti təminat tədbiri tamamilə hüquqi qüvvədən düşmüşdür. Qüvvədən düşmüş və mövcud olmayan məhkəmə aktı ilə müəyyən edilmiş prosessual tədbirin “uzadılması” barədə vəsatət vermək prosessual baxımdan mümkün deyildir. Mülki Prosessual Məcəllənin 157.4-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, müvəqqəti təminat tədbirinin uzadılması yalnız qüvvədə olan və müddəti başa çatmaqda olan tədbirə münasibətdə tətbiq oluna bilər. Qüvvəsi apellyasiya qaydasında ləğv edilmiş tədbir üzrə uzadılma qərarı qəbul edilməsi hüquqi baxımdan əsassızdır və MPM-in 385.1-ci maddəsində təsbit olunmuş məhkəmə aktlarının məcburi icrası prinsipinə ziddir.

34. İş materiallarından göründüyü kimi, iddiaçı 10 iyul 2025-ci il tarixdə məhkəməyə əsas iddia ərizəsi ilə müraciət etmiş, manqalxananın cavabdeh vəsaiti hesabına inşa edilərək təhvil verilməsi, həmçinin məhkəmə xərclərinin ödənilməsi barədə tələb irəli sürmüşdür. Bu iddia predmeti ilə əvvəlki müvəqqəti təminat tədbiri arasında birbaşa hüquqi əlaqə olmadığı kimi, tədbirin məzmunu da iddia tələbinin həcmi ilə mütənasib deyildir.

35. Bundan əlavə, iddiaçı daha sonra iddianın həcmini artıraraq xx.xx.2024-cü il tarixli birgə fəaliyyət haqqında müqavilənin müddətinin xx.xx.2026-cı il tarixinədək uzadılmış hesab edilməsi barədə əlavə tələb irəli sürmüşdür. Lakin mövcud faktiki və hüquqi vəziyyətə görə, müqavilə xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş, cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi barədə bildiriş təqdim edilmişdir. Bu hallara dair apellyasiya məhkəməsinin qiymətləndirməsi və 23 iyul 2025-ci il tarixli qərardadı mövcuddur və həmin qərardad qüvvədədir.

36. Belə olan halda, artıq qüvvədən düşmüş və apellyasiya instansiyası tərəfindən ləğv edilmiş müvəqqəti təminat tədbirinin yenidən “uzadılması” barədə vəsatət verilməsi hüquqi əsası olmayan prosessual hərəkətdir. İddiaçının bu istiqamətdə verdiyi şikayət də göstərilən səbəblərə görə əsassız hesab edilir.

37. İş materiallarından aydın olur ki, iddiaçı bu dəfə 19 iyun 2025-ci il tarixli, e- 16(115)-41/2025 saylı iş üzrə qəbul edilmiş müvəqqəti təminat tədbirinin “uzadılması” barədə vəsatəti Gəncə Kommersiya Məhkəməsinin tam ayrı icraatda baxılan e-2-2(115)- 1496/2025 saylı işi üzrə təqdim etmişdir. Belə yanaşma prosessual vahidlik prinsipinə ziddir, çünki müvəqqəti təminat tədbiri yalnız tətbiq olunduğu iş çərçivəsində qüvvədə olur və başqa iş üzrə onun hüquqi nəticələri mövcud olmur.

38. Məkhəmə xüsusilə onu da qeyd edir ki, əgər ilkin tədbir e-16(115)-41/2025 saylı işdə tətbiq edilib, lakin daha sonra e-2-2(115)-1496/2025 saylı işdə onun “uzadılması” tələb olunursa, bu tələb faktiki olaraq yeni tədbir tələbidir, çünki əvvəlki tədbir yalnız öz işinin tərkibində mövcuddur. Burada hüquqi problem ondan ibarətdir ki, uzadılma mexanizmi mövcud tədbirin davamı üçündür; tədbir başqa icraata “transfer” edilə bilməz.

39. Beləliklə, məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbirinin uzadılması barədə ərizənin təmin edilməməsi qanunamüvafiq olmuşdur. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsi barədə gədliyi nəticə əsaslıdır. Odur ki, şikayət təmin edilməməli və mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanmalıdır.

40. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.

41. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

42. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 157-158, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-1496/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar