Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-19/2023 21.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, e-2-2(115)- 73/2022 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə müraciət edərək, X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2020-ci il 27 fevral tarixli kredit müqaviləsi üzrə 19441,49 əsas, 4101,31 manat faiz, 792,9 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 24335,7 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın X3 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən, 2 otaqlı, 115,6 kv.m ümumi, 58,5 kv.m yaşayış, 57,1 kv.m yardımçı sahədən ibarət 17A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən, 2 otaqlı, 115,6 kv.m ümumi, 58,5 kv.m yaşayış, 57,1 kv.m yardımçı sahədən ibarət 17A saylı fərdi yaşayış evinin açıq hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X3 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən, 2 otaqlı, 115,6 kv.m ümumi, 58,5 kv.m yaşayış, 57,1 kv.m yardımçı sahədən 17A saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X2 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən, 2 otaqlı, 115,6 kv.m ümumi, 58,5 kv.m yaşayış, 57,1 kv.m yardımçı sahədən 17A saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, X4 ilə İddiaçı ASC arasında bağlanmış 27 fevral 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-3082/2021 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(043)-3082/2021 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCin xeyrinə 2020-ci il 27 fevral tarixli kredit müqaviləsi üzrə 15272,49 əsas, 6955,08 manat faiz, 1247,81 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 23475,38 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın X3 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən, 2 otaqlı, 115,6 kv.m ümumi, 58,5 kv.m yaşayış, 57,1 kv.m yardımçı sahədən ibarət 17A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən, 2 otaqlı, 115,6 kv.m ümumi, 58,5 kv.m yaşayış, 57,1 kv.m yardımçı sahədən ibarət 17A saylı fərdi yaşayış evinin açıq hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X3 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən, 2 otaqlı, 115,6 kv.m ümumi, 58,5 kv.m yaşayış, 57,1 kv.m yardımçı sahədən 17A saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X2 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən, 2 otaqlı, 115,6 kv.m ümumi, 58,5 kv.m yaşayış, 57,1 kv.m yardımçı sahədən 17A saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, X4 ilə İddiaçı ASC arasında bağlanmış 27 fevral 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, e-2-2(115)-73/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 27 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 15272,49 əsas, 6955,08 manat faiz, 247,81 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 22475,38 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqınun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə X3 məxsus olan likvid dəyəri 41000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən, 2 otaqlı, 115,6 kv.m ümumi, 58,5 kv.m yaşayış, 57,1 kv.m yardımçı sahədən ibarət 17A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutulma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlakın boşaldılması, X4 ilə İddiaçı ASC arasında bağlanmış 27 fevral 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN**********, AZ90AİİB ******************** saylı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X4 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, e-2-2(115)-73/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 hesablanmış kredit borcu ilə və ipoteka predmetinin müəyyən edilmiş ilkin satış qiyməti ilə razılşmadığını bildirərək borcun düzgün hesablanması, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edəlməsi məqsədi ilə məhkəmə ekspertizasının keçirilməsini apellyasiya şikayətinin dəlillərindən biri kimi göstərmişdir. İş üzrə cavabdeh X4 məhkəməyə ərizə verərək İddiaçı ASC-dən götürdüyü kredit borcunu tam məbləğdə ödədiyini və banka heç bir borcu qalmadığını, Gəncə Kommersiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini geri götürdüyünü, şikayətin geri götürülmsənin nəticələrinin ona izah edildiyini və ona aydın olduğunu bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya icraatna xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh X4 ilə telefon əlaqəsi saxlanılarkən sonuncu bir daha apellyasiya şikayətindən imtina etdiyini bildirərək onun iştirakı olmadan işə baxılmasını, apellyasiya şikayətindən imtinasının qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətindən imtinanın nəticələrinin ona aydın olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi və digər cavabdehlər isə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək hesab edir ki, cavabdeh X6 hazırkı iş üzrə məhkəmə qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş üzrə cavabdeh X6 Apellyasiya Məhkəməsinə ünvanladığı ərizəsinin məzmunundan belə aydın olur ki, o, Gəncə Kommersiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, e-2-2(115)-73/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətdən imtina edir və apellyasiya icraatına xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdeh X2 Gəncə Kommersiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, e-2-2(115)-73/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikası MPM-in 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına cavabdeh X2 apellyasiya şikayəti üzrə xitam verilməlidir. Həmçinin iş üzrə cavabdeh X1 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin "xxxx" ASC-nin Qara Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ ********************, VÖEN: **********, hesab: AZ90AİİB ******************** saylı hesabına hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 369, 384, 400 və 404- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh X2 Gəncə Kommersiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, e-2- 2(115)-73/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına cavabdeh X2 apellyasiya şikayəti üzrə xitam verilsin. İş üzrə cavabdeh X1 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin "xxxx" ASC-nin Qara Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ ********************, VÖEN: **********, hesab: AZ90AİİB ******************** saylı hesabına ödənilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-19/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-19/2023
21.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver