Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-22/2023 20.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, e-2- 2(115)-24/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 228433,43 manat-bundan 131498,08 manat əsas, 43151,81 manat faiz, 40106,80 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 13676,74 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh2 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən 50 saylı mənzilə yönəlməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilə yönəlməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 3 ünvanında yerləşən 22 saylı mənzilə yönəlməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin mənzillərin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, e-2-2(115)-24/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2ndən əsas borc üzrə 122 966,78 (bir yüz iki min doqquz yüz altmış altı manat yetmiş səkkiz qəpik) manat əsas, 12 484,54 (on iki min dörd yüz səksən dörd manat əlli dörd qəpik) manat faiz, 3000 (üç min) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 12 488,54 (on iki min dörd yüz səksən səkkiz manat əlli dörd qəpik) manat faiz borcu, ümumilikdə 150 935,86 (bir yüz əlli min doqquz yüz otuz beş manat səksən altı qəpik) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus, likvid dəyəri 225 000 (iki yüz iyirmi beş min) manat olan ünvan 4 ünvanda yerləşən 50 saylı mənzilə, Cavabdeh3 məxsus likvid dəyəri 144 500 (bir yüz qırx dörd min beş yüz) manat olan ünvan 2 ünvanda yerləşən 6 saylı mənzilə, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus, likvid dəyəri 68 800 (altmış səkkiz min səkkiz yüz olan ünvan 5 ünvanda yerləşən 22 saylı mənzilə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılması, iş üzrə 600 (altı yüz) manat ekspertiza xərcinin iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" MMC,VÖEN **********, AZ15GUNA ********************, "xxxx" ASC, VÖEN**********, KOD 505594 müxbir hesab AZ 25 NABZ********************, SWİFTGUNAAZ22 saylı hesabına ödənilməsi, iş üzrə 300 (üç yüz) manat ekspertiza xərcinin Cavabdeh2ndən tutularaq "xxxx" MMC, "xxxx" ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN**********, AZ90AİİB ******************** saylı hesaba ödənilməsi, iş üzrə 200 (iki yüz manat) manat ekspertiza xərcinin Cavabdeh2ndən tutlaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN********** müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 nümayəndəsi (direktoru) N.Həsənov apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, e- 2-2(115)-24/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış cəriməni kifayət qədər şişirdilmiş formada təmin etmişdir. Bundan başqa, məhkəmə tərəfindən keçirilmiş ipotekanın predmetinin qiymətləndirilməsi ilə bağlı ekspertizaların rəylərii ilə də razı deyildir. Hesab edir ki, əmlakın qiyməti real dəyərindən çox aşağıdır. Məhkəmə çəkişmə prinsipini pozaraq müəssisənin nümayəndəsinin məhkəmə baxışında iştirakını təmin etməmişdir. Bununla da məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də məhkəmənin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 nümayəndəsi (direktoru) X5 məhkəməyə ərizə verərək hazırda İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC ilə kreditin hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə etdiklərini və bu səbəbdən apellyasiya şikayətinin baxılması zərurətinin aradan qalxdığını bildirmiş, ona görədə iş üzrə apellyasiya şikayətinin geri qaytarılaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh2 nümayəndəsi (direktoru) X5, Cavabdeh3, Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 nümayəndəsi (direktoru) X5 ilə telefon əlaqəsi saxlanılarkən sonuncu bir daha apellyasiya şikayətindən imtina etdiyini bildirərək onun iştirakı olmadan işə baxılmasını, apellyasiya şikayətindən imtinasının qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətindən imtinanın nəticələrinin ona aydın olduğunu bildirmişdir. Digər cavabdehlər isə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 Cavabdeh2 kredit üzrə müqaviləsindən irəli gələn öhdəliklərini tam yerinə yetirdiyini, ona görə də Cavabdeh2 MMC-in apellyasiya şikayətindən imtina etməsinin qəbul edilməsinə və apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyərək hesab edir ki, Cavabdeh2 MMC-in hazırkı iş üzrə məhkəmə qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş üzrə Cavabdeh2 nümayəndəsi (direktoru) N.Həsənovun məhkəmə Apellyasiya Məhkəməsinə ünvanladığı ərizəsinin məzmunundan belə aydın olur ki, o, Gəncə Kommersiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, e-2-2(115)-24/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətdən imtina edir və apellyasiya icraatına xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Cavabdeh2 nümayəndəsi (direktoru) X3 Gəncə Kommersiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, e-2-2(115)-24/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikası MPM-in 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına Cavabdeh2 nümayəndəsi (direktoru) X3 apellyasiya şikayəti üzrə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 369, 384, 400 və 404- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh2 nümayəndəsi (direktoru) X3 Gəncə Kommersiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, e-2-2(115)-24/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına Cavabdeh2 nümayəndəsi (direktoru) X3 apellyasiya şikayəti üzrə xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-22/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-22/2023
20.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver